Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-58/2025 21.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əməlində cinayətlərin residivi olan, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 232.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib 01 aprel 2019-cu il tarixdən hesablanmaqla 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 221.3-cü maddəsi həmin məcəllənin 128-ci maddəsinə tövsif edilib üzərində qəti olaraq 03 il 09 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmasına və xx.xx.2022-ci ildə cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 2024-cü ilin may ayının ortalarında Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən “Vogue” adlı oteldən qərbə doğru 3 kilometr məsafədə olan meşə sahəsində hər dibçəkdə bir ədəd çətənə (kannabis) bitkisi olmaqla , ümumilikdə 10 ədəd dibçəkdə qanunsuz olaraq qəsdən əkdiyi xeyli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini 08 avqust 2024-cü il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə qəsdən kultivasiya etmiş, bu fakt 08 avqust 2024-cü il tarixdə saat 21:15-dən 21:25-dək müddətdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən “Vogue” adlı oteldən qərbə doğru 3 kilometr məsafədə olan meşə sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 13410 qram olan hər dibçəkdə bir ədəd çətənə (kannabis) bitkisi olmaqla , ümumilikdə 10 ədəd dibçəkdə qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan yandıraraq tüstüsünü çəkməklə istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni yerdən tapmışdır. Çətənə bitkisinin toxumlarını uzun müddətdir ki, özündə saxlamışdır. Lakin son zamanlarda narkotik vasitə əldə etməkdə çətinlik çəkdiyi üçün həmin toxumları əkmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı kəndin ərazisində yerləşən meşə sahəsində 4x5 kvadrat metr ərazini kol kosdan təmizləmişdir. 2024-cü ilin may ortalarında həmin əraziyə gətirdiyi 10 ədəd dibçəyə gübrəli torpaq doldurmuşdur. Həmin dibçəklərə çətənə bitkilərini əkmiş, həftədə bir dəfə olmaqla həmin çətənə bitkilərini suvarmışdır. Onları suvarmaq üçün özü ilə plastik su boçkaları gətirmişdir. Həmin çətənə bitkilərini əkməkdə məqsədi şəxsi istifadə etmək istəməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində həmin çətənə bitkilərini əkdiyi ərazidə olduğu zaman polis əməkdaşları yaxınlaşaraq tərkibində narkotik maddələr olan bitkiləri qanunsuz olaraq kultivasiya etməyini bildirmişdirlər. Polislərin artıq əkdiyi bitkiləri görməsini bilib razılığı ilə videoçəkilişlə, aqronomun və polis əməkdaşlarının iştirakı ilə meşə sahəsində çətənə bitkilərini əkdiyi yerə baxış keçirilməsinə razılıq vermişdir. Baxış zamanı əkdiyi ümumilikdə 10 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən aşkar edilməklə qablaşdırılmışdır. O həmin bitkiləri özünün əkməyini etiraf etmişdir. Qablaşdırmanın üzəri o və digər iştirakçılar tərəfindən təsdiq edildikdən sonra möhürlənmiş və həmin qablaşdırma götürülmüşdür. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid Xaçmaz rayon X10 Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X6 ifadəsində göstərmişdir ki, 08 avqust 2024-cü il tarixdə Xaçmaz rayonu, Seyidlikəndyeri kənd sakini Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən meşə sahəsində narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal bu məlumatı Xaçmaz RPŞ-nin Xudat PB-nin rəhbərliyinə raportla məruzə etmiş, tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və Xaçmaz RPŞ-nin Xudat PB-nin rəhbərliyinin əmri ilə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması məqsədilə o, Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri Şahid2 oğlu və Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvü kimi hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Məlumatın yoxlanılması üçün Xudat PB-nin rəisinə raportla məruzə etmiş, həmin raport əsasında hadisə yerinə baxış keçirilməsi Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Nemət Xasayevə həvalə olunmuşdur. X7 tərəfindən baxışda işirak etməsi üçün aqronommütəxəssis dəvət olunmuş, bundan sonra birlikdə Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisinə getmişdirlər. 08 avqust 2024-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində olmaqla, həmin kəndin ərazisindəki “Vogue” adlı oteldən qərbə doğru 3 kilometr məsafədə olan meşə sahəsinin kənarında olmasını müəyyən etmiş və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb videoçəkiliş aparılmaqla barəsində Xaçmaz RPŞ-nin Xudat PB-nə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu bildirib sonuncudan həmin məlumat barəsində soruşduqda, Təqsirləndirilən şəxs etdiyi əməli etiraf edib həqiqətən də çətənə bitkiləri əkib-yetişdirdiyini bildirmişdir. Baxış başladıqdan sonra X7 özünü təqdim edib Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Seydlikəndyeri kəndi ərazisində narkotik tərkibli bitkiləri əkib-yetişdirməsi barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə məlumat daxil olduğunu bildirib baxışda iştirak edən şəxslərdən özlərini təqdim etməsini tələb etdi. Özlərini təqdim etdikdən sonra X7 iştirakları ilə baxış keçirilməsinə etirazının olubolmamasını Təqsirləndirilən şəxs soruşmuş, sonuncu da etirazının olmadığını bildirmişdir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs həmin ərazidə narkotik tərkibli çətənə bitkiləri əkib-əkmədiyini soruşmuş, verilən suala cavab olaraq Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Həmin yerdə -meşə sahəsində torpaq sahəsi bitki və kollardan təmizlənib orada cərgə ilə səliqəli şəkildə ümumilikdə 10 ədəd dibçəklərin içərisində 10 ədəd xarici görünüşlərinə görə çətənə bitkisinə bənzər bitkilərin olması müşahidə edilmişdir. Həmin bitkilər 3-4 metr hündürlükdə olmuşdur. Baxış zamanı mütəxəssis Əspəndi həmin bitkilərə baxıb onlara aqrotexniki qaydada qulluq göstərildiyini, diblərinə peyin və su verildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş həmin bitkilər birbir sayılaraq kökündən çıxarılmışdır. Meşə sahəsində olan həmin yerdən ümumilikdə 10 ədəd çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Bundan sonra aşkar olunmuş 10 ədəd çətənə bitkisi dörd ədəd ağ rəngli sintetik torbada qablaşdırılıb möhürlənərək götürülmüş, həmçinin hadisə yerindən aşkar olunmuş, Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib yetişdirməsi üçün istifadə etdiyi 10 ədəd dibçək kimi istifadə edilən qab maddi sübut kimi götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X10 Polis Bölməsinin polis nəfərləri Şahid3 və Həmidov X4 istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid Xaçmaz rayon X10 Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X3 ifadəsinə oxşar ifadə verərək, eyni xüsusatları təsdiq etmişdirlər. Məhkəmə istintaqında şahid qismində dindirilən aqronom-mütəxəssis Şahid4 ifadə verərək bildirdi ki, ali təhsilli aqronomdur. 08 avqust 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Nemət Xasayevin dəvəti ilə Xaçmaz RPŞ-nə gəlmiş, orada mütəxəssisin təyin edilməsi haqqında qərarla tanış olmuş, hüquq və vəzifələri izah olunmuş, daha sonra isə X7 və digər polis əməkdaşları ilə birlikdə Xaçmaz rayonu, Seyidlikəndyeri kəndinə getmişdirlər. Polis əməkdaşları ilə birlikdə Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində olmaqla “Vogue” adlı otelin yaxınlığında yerləşən meşə sahəsinin yaxınlığına getmiş və orada bir nəfər şəxsə yaxınlaşıb videoçəkiliş aparılmaqla özlərini təqdim etmiş, daha sonra X7 sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsə Xaçmaz RPŞ- nin Xudat PB-nə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu bildirib sonuncudan həmin məlumat barəsində soruşduqda Təqsirləndirilən şəxs etdiyi əməli etiraf edib həqiqətən də çətənə bitkiləri əkib-yetişdirdiyini bildirmişdir. Özlərini təqdim etdikdən sonra X7 iştirakları ilə baxış keçirilməsinə etirazın olub-olmamasını Təqsirləndirilən şəxs soruşmuş, sonuncu da etirazının olmadığını bildirmişdir. Bundan sonra X7 Təqsirləndirilən şəxs həmin ərazidə narkotik tərkibli çətənə bitkilərini harada əkib-yetişdirdiyini soruşmuş, verilən suala cavab olaraq Təqsirləndirilən şəxs çətənə bitkilərini meşə sahəsində əkib-yetişdirdiyini bildirmişdir. X7 həmin bitkiləri təqdim etməsini istədikdə Təqsirləndirilən şəxs həmin yerdə olan əkib-yetişdirdiyi çətənə bitkilərini təqdim etmişdir. Həmin yer Seyidlikəndyeri kəndi ərazisində yerləşməklə meşə sahəsi olmuş, meşə sahəsində torpaq sahəsi bitki və kollardan təmizlənib orada cərgə ilə səliqəli şəkildə ümumilikdə 10 ədəd dibçəklərin içərisində əkilmiş 10 ədəd xarici görünüşlərinə görə çətənə bitkisinə bənzər bitkilərin olması müşahidə edilmişdir. Həmin bitkilər 3-4 metr hündürlükdə olmuşdur. Baxış zamanı həmin bitkilərə baxıb onlara aqrotexniki qaydada qulluq göstərildiyini, diblərinə peyin və su verildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş həmin bitkilər polis əməkdaşlarının köməkliyi ilə bir-bir sayılaraq kökündən çıxarılmışdır. Meşə sahəsində olan həmin yerdən ümumilikdə 10 ədəd çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Bitkilər çıxarıldıqdan sonra X7 aşkar olunmuş həmin bitkiləri kimin əkib-yetişdirdiyini bir daha Təqsirləndirilən şəxs soruşmuş, verilən suala cavab olaraq sonuncu həmin bitkiləri əkib- yetişdirmişdir, özü qulluq göstərmişdir, narkotik vasitə istifadəçisi olduğu üçün özünə görə əkdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 10 ədəd çətənə bitkisi dörd ədəd ağ rəngli sintetik torbada qablaşdırılıb möhürlənərək götürülmüş, həmçinin hadisə yerindən aşkar olunmuş Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib yetişdirməsi üçün istifadə etdiyi 10 ədəd dibçək kimi istifadə edilən qab maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə- bioloji ekspertizasının 09 avqust 2024-cü il tarixli 3-16-16/2-7/1322 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs... ” yazıları və imzalar olan dörd ədəd ağ rəngli sintetik torbadakı ümumi sayı 10(on) ədəd yaş vəziyyətdə , ümumi çəkisi - 13410 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. - Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs kultivasiya etdiyi Xaçmaz rayonu, Seyidlikəndyeri kəndinin yaxınlığındakı meşə sahəsindən aşkar edilərək götürülmüş 10 ədəd, ümumi çəkisi 13410 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilər cinayət işi üzrə 15.08,24-cü il tarixdə maddi sübut hesab edilmiş, həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri ekspert tədqiqatından sonra qalıq qalmış 13409,5 qramı və həmin bitkilərin əkilməsi üçün 10 ədəd dibçək kimi istifadə edilən qablar saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayonu, Seyidlikəndyeri kəndinin ərazisindəki “Vogue” adlı oteldən qərbə doğru 3 kilometr məsafədə olan meşə sahəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5, polis əməkdaşlarının və mütəxəssis-aqronom Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs kultivasiya etdiyi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri 10 ədəd dibçəklərin içərisində olması müşahidə edilmişdir. Baxışda iştirak edən aqronom Şahid4 həmin dibçəklərdə əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını, onlara aqrotexniki qaydada qulluq edilməsini, dibçəklərdə suvarılmasını, boylarının 3-4 metr aralığında olmasını bildirmişdir. Təqsirləndirilən şəxs bunu təsdiq edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını şəxsi istifadəsi üçün həmin bitkiləri əkməsini, hər hansı şəxsə narkotik vasitə satmamasını bildirmişdir. Həmin 10 ədəd çətənə bitkisi iştirakçılar tərəfindən dibçəklərdən çıxarılmaqla 4 ədəd ağ sintetik torbalarda qablaşdırılmışdır. Torbaların üzəri iştirakçəlar tərəfindən imzalanmaqla möhürlənmişdir. Həmçinin baxış zamanı sübut əhəmiyyəti kəsb etdiyindən həmin çətənə bitkilərinin kultivasiya edildiyi 10 ədəd dibçəklər də müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı aparılmış videoçəklişin görüntülərinin köçürdüyü bir ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs meşə sahəsində narkotik tərkibli bitkiləri əkdiyi hadisə yerinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə tərəfimdən 15 avqust 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Seyidlikəndyeri kəndinin ərazisindəki “Vogue” adlı oteldən qərbə doğru 3 kilometr məsafədə olan meşə sahəsində narkotik tərkibli bitkiləri əkdiyi hadisə yerinə baxış keçirilməsi zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD formatlı diskə xx.xx.2024-cü il tarixdə təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə tərəfimdən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayətin öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs video- görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməllərini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024- cü il tarixli 5884 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədəm görünür ki, o, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 232.1, 221.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 221.3-cü maddəsi həmin məcəllənin 128-ci maddəsinə tövsif edilib üzərində qəti olaraq 03 il 09 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Seyidlikəndyeri kənd İnzibati Ərazis Dairəsi nümayəndəliyi tərəfindən verilmiş 145 nömrəli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Seyidlikəndyeri kənd İnzibati Ərazis Dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 232.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib 01 aprel 2019-cu il tarixdən hesablanmaqla 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 221.3-cü maddəsi həmin məcəllənin 128-ci maddəsinə tövsif edilib üzərində qəti olaraq 03 il 09 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmasına və xx.xx.2022-ci ildə cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 2024-cü ilin may ayının ortalarında Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən “Vogue” adlı oteldən qərbə doğru 3 kilometr məsafədə olan meşə sahəsində hər dibçəkdə bir ədəd çətənə (kannabis) bitkisi olmaqla , ümumilikdə 10 ədəd dibçəkdə qanunsuz olaraq qəsdən əkdiyi xeyli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini 08 avqust 2024-cü il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə qəsdən kultivasiya etmiş, bu fakt 08 avqust 2024-cü il tarixdə saat 21:15-dən 21:25-dək müddətdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən “Vogue” adlı oteldən qərbə doğru 3 kilometr məsafədə olan meşə sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 13410 qram olan hər dibçəkdə bir ədəd çətənə (kannabis) bitkisi olmaqla , ümumilikdə 10 ədəd dibçəkdə qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin yüngülləşdirən halların olmamasını, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.1 və 65.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 08 avqust 2024-cü il (saat 22:30) tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin 10 avqust 2024-cü il tarixli (saat 19:00) qərarından görünür ki, 10 avqust 2024-cü il tarixdə həbsdən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 21 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 13409,5 qram çətənə (kannabis) bitkiləri və həmin bitkilərin əkilməsi üçün 10 ədəd dibçək kimi istifadə edilən qablar məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkis) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin müddəti 21 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 13409,5 qram çətənə (kannabis) bitkiləri və həmin bitkilərin əkilməsi üçün 10 ədəd dibçək kimi istifadə edilən qablar məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkis) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-58/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-58/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver