Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-59/2021 09.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə xx xxxx 2003-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonunun Xudat şəhəri 1-ci Şöbədə qeydiyyatda olmaqla faktiki olaraq Xudat şəhəri Təzə planlarda yaşayan Təqsirləndirilən şəxs1, xx xxxxxx 2003-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 sentyabr 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin qarşısına gəlib hasardan aşmaqla qanunsuz həyətə daxil olub həyətə giriş qapısını arxa tərəfdən açaraq Təqsirləndirilən şəxs2 həyətə daxil olmasına şərait yaratmış, daha sonra onlar həyətdəki yay mətbəxinə keçib oradan özgə əmlakı olan Zərərçəkmiş şəxs məxsus hər kq-nın qiyməti 4 manat olmaqla ümumilikdə 600 manat dəyərində 150 kq çəkidə 05 kisə fındıq məhsulunu gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 sentyabr 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin qarşısına gəlib hasardan aşmaqla qanunsuz həyətə daxil olub həyətə giriş qapısını arxa tərəfdən açdıqdan sonra qanunsuz həyətə daxil olmuş, daha sonra onlar həyətdəki yay mətbəxinə keçib oradan özgə əmlakı olan Zərərçəkmiş şəxs məxsus hər kq-nın qiyməti 4 manat olmaqla ümumilikdə 600 manat dəyərində 150 kq çəkidə 05 kisə fındıq məhsulunu gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 12 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Xaçmaz rayonunun Xudat şəhəri Bakıxanov küçəsində yerləşən «Ruzi» marketin yanında dostu Təqsirləndirilən şəxs2 ilə görüşərkən ona Zərərçəkmiş şəxs həyətindəki fındıqları oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. İsa onun təklifi ilə razılaşmış və 13 sentyabr 2020-ci il tarixə keçən gecə saat 03 radələrində onlar İlhamın evinin yanına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra özü hasardan aşmaqla həyəti keçmiş və içəri tərəfdən küçə qapısını açmışdır. Bundan sonra İsa da həyətə daxil olmuş, onlar həyətdəki yay mətbəxinə keçərək, orada çarpayının üstünə yığılmış içərisində fındıq məhsulu olan kisələridən 05 ədədini götürüb daşımaqla əvvəlcə küçəyə yığmış, sonra İlhamın həyətindən çıxaraq kisələri köməkləşib bir-bir İlhamın evinin yaxınlığında yerləşən qəbirstanlığın qarşı tərəfində çubuqla hasara alınmış boş həyətyanı torpaq sahəsinə daşıyıb yığmışlar. Səhəri gün həmin fındıq məhsullarından 1 kisəsini yoldan keçən taksi avtomobili ilə Xudat şəhərində yerləşən «Qayalı» marketin yaxınlığındakı fındıq qəbulu məntəqəsinə, qalan 4 kisəsini isə «Həftə bazarı» adlanan ərazidə qırmızı rəngli «Ford» markalı avtomobillə fındıq alışı ilə məşğul olan tanımadıqları şəxsə satmışlar və əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bundan bir neçə gün sonra X11 əməkdaşları onu bölməyə dəvət etdikdə artıq polis əməkdaşlarının İsa ilə onun oğurluq etdiyini bildikləri ona məlum olmuş və etdiyi oğurluğu etiraf etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir və ona güzəşt edilməklə barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 12 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Xudat şəhəri Bakıxanov küçəsində yerləşən «Ruzi» marketin yaxınlığında dostu Təqsirləndirilən şəxs1 ilə görüşərkən söhbət əsnasında Sərxan ona Xudat şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı Xudat şəhəri Azərbaycan küçəsi 8 saylı evin həyətində kisələrə yığılmış vəziyyətdə fındıq məhsulu olduğunu gördüyünü demiş və gecə gedib İlhamın həyətindən fındıq məhsulu oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. O, Sərxanın təklifi ilə razılaşmış və onlar 13 sentyabr 2020-ci il tarixə keçən gecə saat 03 radələrində birlikdə İlhamın evinin yanına getmişlər. Küçədə heç kimin olmadığına əmin olduqdan sonra Sərxan hasardan aşaraq İlhamın həyətinə keçmiş və içəri tərəfdən küçə qapısını açmışdır. Bundan sonra o, özü də İlhamın həyətinə daxil olmuş, hər ikisi həyətdəki yay mətbəxinə keçərək orada çarpayının üstünə yığılmış içərisində fındıq məhsulu olan kisələrdən 05 ədədini götürüb əvvəlcə daşıyaraq küçəyə yığmışlar. Sonra İlhamın həyətindən çıxaraq oğurladıqları fındıq kisələrini köməkləşib bir-bir İlhamın evinin yaxınlığında yerləşən qəbirstanlığın qarşı tərəfində çubuqla hasara alınmış boş həyətyanı torpaq sahəsinə daşıyıb yığmışlar. Səhəri gün həmin fındıq məhsullarından 1 kisəsini yoldan keçən taksi avtomobili ilə Xudat şəhərində yerləşən «Qayalı» marketin yaxınlığındakı fındıq qəbulu məntəqəsinə, qalan 04 kisəsini isə «Həftə bazarı» adlanan ərazidə qırmızı rəngli «Ford» markalı avtomobillə fındıq alışı ilə məşğul olan tanımadıqları şəxsə satmışlar və əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bir neçə gün sonra X13 dəvət edildikdə hər şeyi olduğu kimi etiraf etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir və ona güzəşt edilməıklə barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 13 senyabr 2020-ci il tarixdə saat 08 radələrində arvadı Rəsmiyyə Haqverdiyeva onu yuxudan oyadaraq həyətlərindən fındıq məhsullarının oğurlandığını demişdir. O, həyətə düşüb fındıqları yığdığı yay mətbəxinə baxdıqda 150 kq çəkidə 5 kisə fındıq məhsulunun oğurlandığı ona məlum olmuşdur. Həyətindən fındıq məhsulunun qonşulardan kiminsə oğurladığını və həmin şəxsi tapıb öz məhsulunu geri alacağını fikirləşdiyindən əvvəlcə bununla bağlı şikayət etmək istəməmiş, lakin bir neçə gün axtarsa da, oğurlanmış fındıq məhsulunu və oğurluq etmiş şəxsi tapa bilmədiyindən 01 oktyabr 2020-ci il tarixdə X13 şikayət ərizəsi vermişdir. Polis şöbəsinə şikayət etdikdən sonra aparılmış araşdırma nəticəsində onun həyətindən oğurluğun qonşuluqda yaşayan Qanuni nümayəndə2 oğlu Təqsirləndirilən şəxs2 və Qanuni nümayəndə1 oğlu Təqsirləndirilən şəxs1 tərəfindən edildiyi məlum olmuşdur. Ona vurulmuş 600 manat ziyandan 200 manatı təqsirləndirilən şəxslərin valideynləri tərəfindən ödənilmiş, qalan 400 manat ziyan ona ödənilməmişdir. Həmin ziyanı təqsirləndirilən şəxslərdən tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X11 Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Xudat şəhər sakini Zərərçəkmiş şəxs 01 oktyabr 2020-ci il tarixdə ərizə ilə X13 müraciət edərək 13 sentyabr 2020-ci il tarixdə gecə saatlarında yaşadığı evin həyətində yerləşən yay mətbəxindən ümumilikdə 150 kq çəkidə olmaqla 5 kisə fındıq məhsulunun naməlum şəxslər tərəfindən oğurlandığını göstərmişdir. Zərərçəkmiş şəxs ərizəsi qeydiyyata alınmış və faktla bağlı araşdırma aparılması X3 təhqiqatçısı X6 həvalə olunmuşdur. Qeyd olunan tarixdə təhqiqatçı Mübariz Əliyev tərəfindən polis əməkdaşları, hal şahidləri və Zərərçəkmiş şəxs özünün iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və bununla bağlı fotoşəkillər çəkilməklə protokol tərtib edilmişdir. Bundan başqa qeyd olunan tarixdə Zərərçəkmiş şəxs məxsus evin həyətindəki yay mətbəxindən fındıq məhsullarını oğurlamış şəxsin və ya şəxslərin müəyyən edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisənin Xudat şəhəri təzə planlarda yaşayan xx xxxx 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Xudat şəhəri Azərbaycan küçəsi ev 15 ünvanında yaşayan xx xxxxxx 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi müəyyən edilmiş və bununla bağlı onlar hər ikisi valideynləri ilə birlikdə bölməyə dəvət edilmişlər. Aparılmış söhbətlər zamanı həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 13 sentyabr 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvana getdiklərini, İlham və onun ailə üzvlərinin yatdıqlarına tam əmin olduqdan sonra hasardan aşmaqla əvvəlcə onun həyətinə, sonra isə həyətdəki yay mətbəxinə daxil olub çarpayının üstündən beş kisə fındıq məhsulunu oğurladıqlarını, oğurladıqları fındıq kisələrini həyətdən küçəyə çıxardıqdan sonra qəbirstanlığın yaxınlığında yerləşən dörd tərəfi çəpərlənmiş boş torpaq sahəsinə yığdıqlarını, səhəri isə həmin fındıq məhsullarından bir kisəsini Xudat şəhərində yerləşən «Qayalı» marketin yaxınlığındakı fındıq qəbulu məntəqəsinə, qalan dörd kisəsini isə «Həftə bazarı» adlanan ərazidə qırmızı rəngli «Ford» markalı avtomobillə fındıq alışı ilə məşğul olan tanımadıqları şəxsə satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz rayon X14 Poli Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid6 eyni məzmunlu ifadə verərək məhkəmə istintaqında şahid qismində dindirilən baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, hər həftənin bazar günlərində Xudat şəhəri şəhərində yerləşən həftəlik bazara gedib alış-verişlə məşğul olur. 13 sentyabr 2021-ci il tarixdə səhər saatlarında özünə məxsus «Ford Transit» yük markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat şəhərində həftəlik bazarın qarşısında dayanıb fındıq məhsulu almaqla yığmağa başlamış, saat 11 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq onlarda satılıq fındıq məhsulu olduğunu demişlər. O, fındığın kimə məxsus olduğunu soruşduqda onlar fındığın özlərinə məxsus olduğunu demiş, həmin vaxt bazarda olan qardaşı oğlu Bəhruzu çağırıb tərəzini ona vermiş, idarə etdiyi avtomobillə Sərxan və İsa ilə birlikdə gedib fındığı onlardan çəkib almasını xahiş etmişdir. Bəhruz etiraz etməmiş və bundan sonra Sərxanla İsanı idarə etdiyi avtomobilə götürüb onlarla birlikdə getmişdir. Bir neçə dəqiqədən sonra Bəhruz qayıdıb gələrək fındıq məhsulunun çəkisinin 74 kq gəldiyini, fındığın bir kq-nı 5 manatdan hesablayıb uşaqlara 370 manat məbləğində pul verdiyini və onların düşüb getdiklərini demişdir. Bundan bir neçə müddət sonra X13 dəvət olunduqda Sərxanla İsanın ona satdıqları fındıq məhsulunun oğurluq olması və həmin fındıq məhsulunu Xudat şəhər sakini Zərərçəkmiş şəxs həyətindən oğurladıqları ona məlum olmuşdur. Lakin fındıq məhsulunu alarkən oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X4 göstərdi ki, hər həftənin bazar günlərində əmisi Şahid4la birlikdə Xudat şəhərində yerləşən həftəlik bazara gedib alışverişlə məşğul olur. 13 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində özünə məxsus VAZ- 2107 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat şəhərinə həftəlik bazara gəlmiş, bazarda əmisi Kamranın yanında olduğu zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əmisi Kamrana yaxınlaşaraq onlarda satlıq fındıq məhsulu olduğunu demişlər. Kamran ona tərəzisini vermiş və özünə məxsus avtomobillə gedib həmin uşaqların fındıq məhsulunu alıb gətirməsini xahiş etmişdir. O, etiraz etməmiş, İsanı və Sərxanı avtomobilinə götürərək onların dediyi ünvana getmiş, Sərxanla İsa həyətyanı sahəyə keçib oradan üç kisə yarım fındıq məhsulunu gətirib avtomobilin yük yerinə qoymuş, çəkisi ümumilikdə 74 kq gəlmişdir. O, fındığın hər kq-nı 5 manatdan hesablayıb Fərhadla Sərxana 370 manat pul vermişdir. Bundan sonra uşaqlar orada qalmış, özü isə fındıq məhsulunu götürüb əmisi Kamranın yanına qayıtmışdır. X9 dəvət edildikdə aldığı fındıqların oğurluq olduğu və həmin fındıqları Fərhad və Sərxanın Xudat şəhər sakini Zərərçəkmiş şəxs həyətindən oğurladıqları ona məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 göstərşdi ki, 2019-cu ildən müqavilə əsasında Xaçmaz rayonunun Xudat şəhəri şəhəri ərazisində yerləşən Xudat fındıq qəbulu məntəqəsində tədarükçü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci ilin sentyabr ayında məntəqəyə bir kisə fındıq məhsulu təhvil vermiş və həmin məhsula görə onlara fındığın hər kq-nı 4 manatdan hesablamaqla 105 manat məbləğində pul ödəmişdir. Lakin Fərhadla sərxanın təhvil verdikləri fındıq məhsulunun oğurluq olmasını bilməmiş, bu barədə Polis Bölməsinə dəvət edildikdə məlumatı olmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanması haqqında 05 mart 2021-ci il tarixli protokoldan və əlavə edilmiş foto şəkillərdən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs1 13 sentyabr 2020-ci il tarixdə gecə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsi ilə bağlı verdiyi ifadəsini təsdiq etməklə oğurluq etdikləri yeri əyani olaraq yerində göstərmişdir. İş materiallarında olan, ifadənin yerində yoxlanması haqqında 05 mart 2021-ci il tarixli protokoldan və əlavə edilmiş foto şəkillərdən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs2 13 sentyabr 2020-ci il tarixdə gecə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsi ilə bağlı verdiyi ifadəsini təsdiq etməklə oğurluq etdikləri yeri əyani olaraq yerində göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2021-ci il tarixli, 9/1039 saylı ekspert rəyindən görünür ki, 1 kq fındığın 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 4,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış 22 fevral 2021-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvəllər məhkum olumamışlar. İş materiallarında olan AZE seriyalı, 11810675 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2003-cü ildə anadan olmaqla cinayət törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2003-cü ildə anadan olmaqla cinayət törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 sentyabr 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin qarşısına gəlib hasardan aşmaqla qanunsuz həyətə daxil olub həyətə giriş qapısını arxa tərəfdən açaraq Təqsirləndirilən şəxs2 həyətə daxil olmasına şərait yaratmış, daha sonra onlar həyətdəki yay mətbəxinə keçib oradan özgə əmlakı olan Zərərçəkmiş şəxs məxsus hər kq-nın qiyməti 4 manat olmaqla ümumilikdə 600 manat dəyərində 150 kq çəkidə 05 kisə fındıq məhsulunu gizli olaraq talamaqla oğurluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 sentyabr 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin qarşısına gəlib hasardan aşmaqla qanunsuz həyətə daxil olub həyətə giriş qapısını arxa tərəfdən açdıqdan sonra qanunsuz həyətə daxil olmuş, daha sonra onlar həyətdəki yay mətbəxinə keçib oradan özgə əmlakı olan Zərərçəkmiş şəxs məxsus hər kq-nın qiyməti 4 manat olmaqla ümumilikdə 600 manat dəyərində 150 kq çəkidə 05 kisə fındıq məhsulunu gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət əməli törətmələrini, əməllərini səmimi etiraf etməklə peşmançılıq hissi keçirmələrini, cinayət törədərkən və hazırda yetkinlik yaşına çatmadıqlarını və yaşayış yeri üzrə müsbət səciyyələndirilmələrini cəzanı yüngülləşdirən hallar kimi, cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və onlara cəza təyin edərkən yuxarıda sadalanan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyələrini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin ediliş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “valideynin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanı ödənilməmiş qalan hissəsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tələb etdiyini bildirsə də cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək təqsirləndirilən şəxslərə qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdsə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 Xaçmaz rayon məhkəməsinin 21 aprel 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə hər biri 20 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri 20 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 hər birinə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq 120 manat ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «valideynin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb israya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «valideynin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb israya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdsə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri 20 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 hər birinə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq 120 (bir yüz iyirmi) manat ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-59/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-59/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver