Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-59/2024 11.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1973-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ələkbər.Sabir küçəsi, ev 2-də qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin X6 əməkdaşları tərəfindən 12 oktyabr 2023-cü il tarixdə o, Xaçmaz rayonu, Xudat şəhəri, Xəzər küçəsində saxlanılıb həmin gün saat 18:20-dən 18:30-dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin X6 inzibati binasında üzərinə keçirimiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümünün içərisində ümumi təmiz çəkisi 30.05 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bunula da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Sabir küçəsi ev 2-də yaşayır. Özü təxminən son 1 ildir ki, marixuanadan az-az istifadə edir, lakin digər narkotiklərdən istifadə etməmişdir. 11 oktyabr 2023-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən avtovağzal ərazisində piyada hərəkətdə olan zaman yerdə bir ədəd kağız bükülü görmüş, həmin bükümü yerdən götürüb açdıqda bükülünün içərisində narkotik vasitələri üzdən tanıdığı üçün onun marixuana olmasını bilmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülünü götürüb, əynində olan şalvarın cibinə qoymuş və tək olanda istifadə edəcəyini düşünmüşdür. 12 oktyabr 2023-cü il tarixdə saat 17:00-da Xaçmaz rayonu, Xudat şəhəri, Xəzər küçəsində piyada yol ilə gedərkən polis işçiləri ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirirərək onu Xaçmaz RPŞ-nin X8 dəvət etmişdirlər. Həmin vaxt onun tapdığı büküm də üzərində olmuşdur. O polis işçilərininin üzərində olan narkotik vasitədən məlumatlı olmalarını anlayıb polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdə o, şübhəli şəxs kimi tutulmuş, bu zaman hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və onun hüquqları izah olunmuşdur. Ardınca isə vəkilin də iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da onun şalvarının sağ yan cibində şəxsi istifadə məqsədilə gizlədib saxladığı 01 ədəd kağız bükümü polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Uzun müddət narkotik vasitə istifadə etdiyi üçün həmin kağız bükümdə olan kütlənin narkotik vasitə marixuana olmasını bilirdi. Bunu da şəxsi axtarış zamanı polis əməkdaşlarına könüllü şəkildə demişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansısa bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə müstəntiq tərəfindən həmin kağı2 büküm elə aşkar olunduğu vəziyyətdə ağ rəngli zərfə qoyularaq proses iştirakçıları tərəfindən imzalandıqdan sonra qablaşdırılmışdır. O heç kimə narkotik vasitə satmamışdır. Ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin X6 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Şahid1 bildirmişdir ki, o, hal-hazırda Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili olmaqla, polis baş leytenantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə ona əməliyyat yolu ilə Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Sabir küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Onun tərəfindən bu məlumat polis bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin Xudat PBnin PPX-nin manqa komandiri, polis baş serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 12 oktyabr 2023-cü il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, Xəzər küçəsində olmasını müəyyən etmiş və həmin tarixdə saat 17:00-da həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin X8 dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlar ilə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmiş, sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, şəxsi axtarış keçrilməzdən əvvəl ona üzərindəkiləri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o könüllü olaraq əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümünü çıxarıb təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxılan zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlələrin olması müşahidə-edilmişdir. Daha sonradan həmin maddənin narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən mərkəzi avtovağzal ərasindən piyada keçərkən tapmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə üzərindən qanunsuz başqa əşya aşkar edilməmişdir. Ftemin içərisində narkotik vasitə qurudulmuş marixuana olan kağız büküm ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürüldü. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin X6 əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindəki 01 ədəd kağız bükümünün içərisindən daha sonradan narkotik vasitə olan qurudulmuş marixuana olduğu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.2023-cü il tarixdə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 özünü təqdim edir və narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında, istifadəsində və daşınmasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim edir. Müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs bu təklifdən sonra üzərində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümü çıxararaq təqdim edir. O həmin kağız bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını və onu tapmasını bildirir. Həmin kağız bükümün içərisinə baxılan zaman orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması görünür. Qeyd olunandan başqa onun üzərindən qanunsuz hər hansı predmet aşkar edilmir. Kağız bükümün içərisindən aşkar edilərək götürülən qurudulmuş marixuanaya bənzər kütlə bükümlə birlikdə müstəntiq tərəfindən 01 ədəd zərfdə qablaşdırılaraq götürülür, iştirakçılar tərəfindən zərfin üzəri imzalarla təsdiq edilir. Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu bir daha etiraf etdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-bioloji ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1410 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd kağız bükülüdə təmiz çəkisi 30,05 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X10 xx.xx.2023- cü il tarixli 7407 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik X4 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli 3147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir və o, barəsində itttiham olunan əməli törədərkən anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən güclü ruhu həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. Həmin şəxsin əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş olan Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 30,05 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd içərisində şəxsi axtarış videogörüntüsü olan disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə müvafiq olaraq qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 30,03 qram qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş İctimai Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin X6 əməkdaşları tərəfindən 12 oktyabr 2023-cü il tarixdə o, Xaçmaz rayonu, Xudat şəhəri, Xəzər küçəsində saxlanılıb həmin gün saat 18:20-dən 18:30-dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin X6 inzibati binasında üzərinə keçirimiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümünün içərisində ümumi təmiz çəkisi 30.05 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bunula da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, İ Qarabağ Müharibəsinin iştirakçısı olması və hazırda əlillik dərəcəsinin olmasını), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 12 oktyabr 2023-cü il tarixli protokoldan və müstəntiqin 14 oktyabr 2023-cü il tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14 oktyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 30,03 qram marixuana məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 30,03 qram marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-59/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-59/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver