Məhkəmə qərarları › İş №1(067)-59/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-59/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-59/2025 11.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1956-cı ildə Xızı rayonunun, Altıağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Arif Hüseynzadə küçəsi, ev 37-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə saat 22 radələrində qaranlıq və quru hava şəraitində oğlu X3 məxsus “Vaz 21099” markalı, **-HE-*** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” nişanının) tələblərini pozaraq, yəni üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini keçmək növbəliliyini gözləyib avtomobili yol ayrıcına daxil etmədən dayandırmaqla hərəkət üstünlüyünə malik olan nəqliyyat vəsitəsinə yol verməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməyib yolayrıcına daxil olaraq ehtiyatsızlıqdan Xaçmaz şəhəri, Aşıq Ələsgər küçəsi ilə hərəkət üstünlüyünə malik olaraq hərəkətdə olan Şahid idarə etdiyi “Hunday Avante” markalı 99- KC-995 qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra “Vaz 21099” markalı, **-HE-*** qeydiyyat nişanlı avtomobilin səkidə olan piyada Zərərçəkmiş şəxs dəyməsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs “baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın nahiyəsinin sıyrılmış yarası, sol bazu, sol qamış sümüklərinin və V bel fəqərəsinin qapalı sınıqları” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olmuş, bununla da o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxsnın həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, belində stend olduğu üçün oğluna məxsus «VAZ-21099» markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobillə aptekdən dərman alıb geri qaydarkən, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Aşıq Ələsgər küçəsinin kəsişməsinə çatdıqda qarşıdakı baş yolun sol kənarından, yəni Aşıq Ələskər küçəsindən üzü 20 yanvar küçəsinə doğru avtomobilin üzü yuxarı qalxmasını görmüşdür. Maşının uzaqda olmasını görüb həmin yolayrıcını ötüb keçmək istərkən sol tərəfdən gələn avtomobil idarə etdiyi avtomobillə toqquşdu və bundan sonra avtomobili yerində bir dəfə dövrə vuraraq, avtomobilin ön hissəsi gəldiyi yola dayanan vəziyyətdə qalmışdır.Onun idarə etdiyi avtomobililə toqquşan avtomobil isə toqquşmadan sonra yolun səkisində olan piyadanı vuraraq divara dəymişdir. Bundan sonra artıq halı özündə olmamış və huşumu itirmişdir.Yeddi gündən sonra xəstəxanada ayılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, idarə etdiyi “VAZ 21099” markalı “**-HE-***” dövlət qeydiyyat nişanlı avtomobil oğlu Rövşən Hacıyevə məxsus olmuş, lakin həmin avtomobili çox vaxtı idarə etmişdir. Nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. xx.xx.2024-cü il tarixdə oğluna məlumat verərək, içki və hər hansı təsiredən maddə qəbul etmədən avtomobili yenidən ayıq vəziyyətdə idarə edib, Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən “Qayalı” marketdən ev üçün alver edib, oradan yaşadığı Xaçmaz şəhəri, Arif Hüseynzadə küçəsinə getmək istəmişdir. Buna görə həmin prospektdən irəli gəlib sağa dönmüş, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində 20-30 km/saat sürətlə hərəkətdə olarkən Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Aşıq Ələsgər küçəsinin kəsişməsinə çatanda həmin yolun sağ kənarında quraşdırılmış qıraqları qırmızı iti hissəsi aşağı yönələn işarə, yəni “yol ver” işarəsi olmasını görmüş, lakin həmin kəsişmədəki yolayrıcına çatdıqda qarşıdakı baş yolun sol kənarından, yəni Aşıq Ələskər küçəsindən üzü 20 yanvar küçəsinə doğru bir ədəd markası və nömrəsini bilmədiyi avtomobilin işıqlarını və həmin avtomobilin üzü yuxarı qalxmasını görsə də, hərəkət sürətini azaltmayaraq həmin avtomobil gələnə qədər həmin yolayrıcını ötüb keçəcəyini düşünmüşdür. Buna görə baş yolda avtomobili görüdüyü halda yolayırıcına daxil olmuş, lakin həmin anda sol tərəfdən gələn avtomobil idarəsində olan avtomobilin orta hissəsindən vurmuş, bundan sonra avtomobili yerində bir dəfə dövrə vuraraq, avtomobilin ön hissəsi üzü gəldiyi yola dayanmış vəziyyətdə qalmışdır. Həmin vaxtı toqquşan digər avtomobilin toqquşmadan sonra yolun səkisində olan piyadanı vurub divara dəyməsini görmüşdür. Bundan sonra artıq halı özündə olmamış, huşu getdiyi üçün oradaca yıxılıb qalmışdır. Sonradan onu xəstəxaya aparmışdırlar. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, hadisə Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Aşıq Ələsgər küçəsinin kəsişməsində baş vermişdir. Həmin günü o qızı gilə qonaq getmişdir. Qızı gildən çıxıb Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə üzü Xaçmaz şəhəri, N.Nərimanov küçəsi tərəfə yolun səkisi ilə gedərkən, yolu keçib o biri tərəfə keçmək istədiyi zaman A.Ələsgər küçəsindən ağ rəngli “Hunday» markalı avtomobilin yol ilə üzü yuxarı qalxmasını görmüşdür.Avtomobilin sürətlə gəldiyini görüb yolu keçməmiş və səkinin kənarında dayanıb avtomobilin yolu keçməsini gözləmişdir. Həmin vaxt yolların kəsişməsində qarşıdan, yəni Xaçmaz şəhəri, N.Nərimanov küçəsindən VAZ-21099 markalı avtomobilin gəldiyini görmüşdür. VAZ-21099 markalı avtomobilin sürücüsü yolda quraşdıran «Yol ver» nişanının tələblərinə əməl etməyərək, baş yol sayılan A.Ələsgər küçəsinə daxil olmuş və nəticədə A.Ələsgər küçəsi ilə hərəkətdə olan ağ rəngli “Hunday» markalı avtomobil ilə toqquşmuşdur.Toqquşmadan sonra zərbənin təsirindən «Hunday» markalı avtomobil yolun səkisinə çıxaraq onu vurmuşdur. Hadisədən sonra o, huşunu itirmişdir. Hadisədən sonra onunla heç kim maraqlanmamışdır. Sonradan o, xəstəxanadan gəldikdən 2-3 aydan sonra ağ rəngli “Hunday» markalı avtomobilin sürücüsünün atası onun yanına gəlmişdir. Lakin VAZ-21099 markalı avtomobilin sürücüsü ona gəlib baş çəkməmişdi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında ünvan 1 ünvanında yaşayan qızı Elviranın ailəsinə qonaq getmişdir. Həmin yerdə biraz qaldıqdan sonra evinə getmək istəmiş, buna görə həmin evdən qapıdan çıxıb Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə üzü Xaçmaz şəhəri, N.Nərimanov küçəsi tərəfə yolun səkisində gedərkən, yolu keçib, o biri tərəfə getməyə hazırlaşmışdır. Bu zaman A.Ələsgər küçəsindən ağ rəngli “Hunday” markalı nömrəsini bilmədiyi avtomobilin yol ilə üzü yuxarı qalxmasını görmüşdür. Avtomobilin sürətinə görə yolu keçməmiş, həmin avtomobilin yolu keçməsini gözləmişdir. Həmin vaxt yolların kəsişməsində qarşıdan, yəni Xaçmaz rayonu, Nərimanov küçəsindən Vaz 21099 markalı nömrəsini bilmədiyi avtomobil gəlmişdir. Həmin Vaz 21099 markalı avtomobilin sürücüsü yolda quraşdırılan “Yol ver” nişanının tələblərinə əməl etməyərək, baş yol sayılan A.Ələsgər küçəsinə daxil olmuşdur. Bundan sonra həmin “Hunday” markalı nəqliyyat vasitəsi və Vaz 21099 markalı nəqliyyat vasitəsi toqquşmuş, toqquşmadan sonra zərbənin təsirindən “Hunday” markalı avtomobil yolun səkisində olan zaman üzərinə gəlib vurmuş, bundan sonra huşunu itirmiş, heç bir hadisədən məlumatı olmamışdır. Hadisədən sonra huşunu itirdiyindən, sonra nə necə olmasını bilməmişdir. Xəstəxanada oyananda xəsarətlərinin çox olmasını bilmişdir. Hadisədə günahkar olan şəxsin cəzalanmasını istəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid göstərmişdir ki, 04 iyun 2024cü il tarixdə saat 21-45 radələrində DGK-nin Xaçmaz şöbəsindən işdən çıxıb evə gedmək üçün Aşıq Ələskər küçəsi ilə idarə etdiyi avtomobili ilə saatda 30-40 kilometr sürətlə düz yolla hərəkətdə olarkən dörd yol ayrıcısına catarkən yolun boş olmasına əmin olması üçün uzaq yaxın işıqların yandırıb söndürmüş və dörd yol ayrıcında sol tərəfdən piyada gəldiyini görmüşdür. Dörd yol ayrıcına daxil olarkən anidən qarşısına avtomobilin hərəkət etdiyini görmüşdür. Həmin vaxt tormoz verə bilməmiş və qarşısında olan avtomobillə toqquşmuş və onun avtomaşını gedib hasara dəymişdir. Maşının sol qapısını aça bilmədiyi üçün sağ qapısını açıb avtomaşınından düşmüşdür. Maşından düşdükdə səkinin üstündə bir nəfər şəxsin yıxıldığını görmüşdür. Birinci zən etmişdir ki, bu toqquşduğu avtomobilin sürücüsüdür cünki avtomobilin qapısı açıq olmuşdur. Birinci qorxmuş, sonradan şəxsin tərpəndiyini görmüşdür. Sonradan oraya şəxslər toplaşmışlar və həmin şəxslər toqquşduğu VAZ-21099 markalı avtomobilin yanında olmuşlar, oraya yaxınlaşdıqda avtomobilin sürücüsü maşının içərisində olduğunu baş nahiyyəsinin maşının stoykasına dəydiyini görmüşdür. Orada olan şəxslər sürücünü avtomobilin içərisindən düşürtdüyünü görmüşdür. O, ilk öncə hadisə barədə şöbə rəisinə xəbər vermiş, sonra isə təcili yardıma və hadisə zamanı xəsarət alanların yaxınlarına zəng edib məlumat vermişdir. Hadisə yerinə təcili yardım gəldikdən sonra onlar xəstəxanaya getmişlər. Şahid qismində ifadə vermiş Şahid ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, “Hunday Avente” markalı **-KC-*** dqn-lı nəqliyyat vasitəsi ona məxsusdur, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 04 iyun 2024-cü il tarixdə saat 22 radələrində xidmət etdiyi DGK-nin Xaçmaz şöbəsindən işdən çıxıb, evə gedən zaman avtomobili ilə Xaçmaz şəhəri, Aşıq Ələskər küçəsində saatda 30-40 kilometr sürətlə hərəkət etmişdir. Faktiki olaraq iş yerindən Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə qədər olan məsafə təxmini 100 metr olmuşdur. Həmin istiqamətdə hərəkətdə olarkən, yolun sağ tərəfindən, yəni Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsindən nəqliyyat vasitələri çox vaxt hərəkətdə olduğu yoldan keçən nəqliyyat vasitələrini gözləmədiyi üçün avtomobilin uzaq yaxın faralarını işlətmiş, həmin vaxta kimi heç bir maşını görmədiyi üçün əmin olaraq, hərəkətini davam etdirmişdir. Hərəkətdə olarkən yolu keçmək üçün hazırlaşan ağ köynəkli piyadanın olmasını görmüşdür. Bu zaman yolayrıcına çatanda sağ istiqamətdən tanımadığı şəxsin idarə etdiyi VAZ 21-099 markalı nəqliyyat vasitəsi önünə qəfil çıxdığı üçün yolların kəsişməsində toqquşmuş, avtomobilin təhlükəsizlik yastıqları açıldığı üçün əyləci basmaq imkanı olmamışdır. Avtomobillə toqquşandan sonra, Vaz 21099 markalı nəqliyyat vasitəsi zərbənin təsirindən bir dəfə öz ətrafında fırlanmış, idarə etdiyi avtomobil isə zərbədən sonra yolun sol kənarında olan daş hasara dəyərək dayanmışdır. Hərəkətdə olduğu yol baş yol olmuş, həmin VAZ 21099 markalı nəqliyyat vasitəsi isə yolun sağ kənarından gələrək, yol ver nişanını gözləməli olmuşdur. Hadisədən sonra avtomobildən düşüb sürücü tərəf gedəndə bir nəfər piyadanın da xəsarət almasını görmüşdür. Baş vermiş hadisənin günahını qarşısına çıxan Vaz 21099 markalı nəqliyvat vasitəsinin sürücüsündə görmüşdür. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 04 iyun 2024-cü il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, toqquşma hərəkət hissəsindən soldan 5,5 metr, sağdan 3,5 metr məsafədə olmuş, piyada isə zərbənin təsirindən fırlanan «VAZ 21099» markalı maşının dəyməsi zamanı sol yuxarı səkidə vurulmuşdur. İş materiallarında olan sərxoşluğun müayinəsinə dair 05 iyun 2024-cü il tarixli, 271 protokola əsasən sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin 07 iyul 2024-cü il tarixli, 277 nömrəli ekspert rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın nahiyəsinin sıyrılmış yarası, sol bazu və V bel fəqərəsinin qapalı sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 ekspert rəyinin 31 iyul 2024-cü il tarixli, 334 nömrəli ekspert rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –subaraxnoidal qansızma ilə müşaiyət olunmuş ənsə sümüyünün sol tərəfinin böyük dəliyə uzanan xətti sınığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli 8/1848 nömrəli rəyinə əsasən: 1a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Avente markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. 1b.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 21099 markalı **- HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəktlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4. “Yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan əməlin tövsif edilməsi haqqında 07 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbirinin secilməsi haqqında 09 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri secilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz RİHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar.Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməsi üçün Xaçmaz rayon prokuroru qarşısında vəsatət qaldırılaraq qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İş materiallarında olan inzibati icraatın başlanması haqqında 25 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati icraat başlanılmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs Abdul oğlundan ona dəymiş zərərin əvəzi olaraq ümumilikdə 6000 (altı min) manat pulun və ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2025-ci il tarixli 8/513 nömrəli rəyinə əsasən: 1a-4a. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Avente markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. 1b-4b.Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 21099 markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəktlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4. “Yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21099 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə saat 22 radələrində qaranlıq və quru hava şəraitində oğlu X3 məxsus “Vaz 21099” markalı, **- HE-*** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” nişanının) tələblərini pozaraq, yəni üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini keçmək növbəliliyini gözləyib avtomobili yol ayrıcına daxil etmədən dayandırmaqla hərəkət üstünlüyünə malik olan nəqliyyat vəsitəsinə yol verməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməyib yolayrıcına daxil olaraq ehtiyatsızlıqdan Xaçmaz şəhəri, Aşıq Ələsgər küçəsi ilə hərəkət üstünlüyünə malik olaraq hərəkətdə olan Şahid idarə etdiyi “Hunday Avante” markalı 99- KC-995 qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra “Vaz 21099” markalı, **-HE-*** qeydiyyat nişanlı avtomobilin səkidə olan piyada Zərərçəkmiş şəxs dəyməsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs “baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın nahiyəsinin sıyrılmış yarası, sol bazu, sol qamış sümüklərinin və V bel fəqərəsinin qapalı sınıqları” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olmuş, bununla da o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxsnın törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsüf olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən, özünü ona elan olunmuş ittihamla təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və o, məsuliyyətdən yaxa qurtarmaq istəyir. Məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq, onu iş üzrə toplanmış digər sübutlarla: şahidin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə yanaşı qiymətləndirərək, uydurulmuş dəlil kimi rədd edir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, 69 yaşı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarın 72-ci bəndin 2-ci abzasından görünür ki, Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. İş üzrə verilən mülki iddia baxılmamış saxlanıldır, maddi sübut yoxdur. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 128 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri –hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 128 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi nəzərə alınsın. İş üzrə verilən mülki iddia baxılmamış saxlanılsın, maddi sübut yoxdur. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar