Məhkəmə qərarları › İş №1(067)-6/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-6/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-6/2025 12.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs X11 və onun müdafiəçisi X5 iştirakları ilə xx.xx.1988-ci ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Xacmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilmiş X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X11 04 mart 2020-ci il tarixdə Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən fermaya gəlib Zərərçəkmiş şəxs həmin fermada saxladığı camışlara və keçilərə çobanlıq etməsi və bunun müqabilində zəhmət haqqı olaraq hər ay 350 manat əmək haqqı verilməsi barədə razılaşdıqdan sonra həmin gün Zərərçəkmiş şəxs fermada saxladığı 07 baş ana, 06 baş bala, 04 baş yeni doğlumuş bala camışları, 97 baş ana, 17 baş yeni doğulmuş bala keçiləri və 03 baş erkək hələb keçisini sonuncudan razılaşdıqları şərtlər əsasında baxılması və saxlanılması üçün təhvil almış və sonrakı günlərdə Zərərçəkmiş şəxs fermaya gəlməməsindən istifadə edərək 04 mart 2020-ci il tarixdən 2020-ci ilin may ayının sonlarınadək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək baxılması və saxlanılması üçün ona etibar edilmiş hər biri 2500 manat dəyərində olan 02 baş ana camışı, hər biri 1500 manat dəyərindən olan 03 baş bala camışı, hər biri 500 manat dəyərində olan 04 baş yeni doğlumuş bala camışı, hər biri 120 manat dəyərində olan 94 baş ana keçini, hər biri 40 manat dəyərində olan 17 baş bala keçini və hər biri 660 manat dəyərində olan 03 baş erkək hələb keçisini satmaqla və kəsib öz şəxsi ehtiyacları üçün istifadə etməklə xeyli miqdarda, yəni ümumilikdə 25440 manat məbləğində ona etibar edilmiş özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmiş, yəni öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda tam təqsirli bilərək göstərdi ki, o, 2020-ci ilin iyul ayında heyvanları təhvil verib Etibar müəllimdən icazə alıb yaşadığı Ağsu şəhərindəki evinə getmişdir. O, bir ay ərzində heyvanlara yaxın getməmişdir. Bir aydan sonra qayıtdıqdan sonra orada X9, Aysel və Elşənin qardaşı olub. Yaxınlaşıb heyvanları sayıb 94 heyvan olub, səhv etmirsə 15 baş iri buynuzlu camış olub, oradanda Etibar müəlimə zəng edib bu barədə bildirmişdir. Etibar müəllimin göndərdiyi Vidadi müəlimin göstərişi ilə heyvanlar sayılmışdır. Orda o, hamsın satmayıb. Heç bir istintaqdan yayınmamışdır. Bütün istintaq dövründə də, məhkəmə dövründə də mesaj gəlib məhkəməyə gəlmişdir. Sadəcə olaraq qarşı tərəf gəlməyəndə o gəlmişdir, o, gəlməyəndə isə qarşı tərəf gəlmişdir. Etibar müəllim xaricdə olduğuna görə məhkəməyə teleqram göndərmişdir ki, xəstəli ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsi nəzərə alaraq başqa vaxta keçirilməsini xahiş etmişdir. Nəzərə almayaraq barəsində axtarış elan edilmişdir. Xaçmaz rayon Polis Şöbəsinin rəis müavini Faiq müəllim ona zəng vuraraq şöbəyə yaxınlaşmasını bildirdikdə həmin saniyədədə şöbəyə yaxınlaşmışdır. Könüllü olaraq gəlmişdir, yayınmamışdır. Təqsirləndirilən şəxs X11 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, anası Seyidsəkinə və bacısı Şəfəqlə birlikdə Ağsu rayonu, Pirhəsənli kəndində yaşayır. O, 2009-cu ildə Ağsu rayonu, Daşdəmirbəyli kəndində yaşayan X12 ilə evlənmişdir və sonuncu ilə olan nigahından 2010-cu il təvəllüdlü Uğur adlı oğlu və 2013-cü il təvəllüdlü Səkinə adlı qızı vardır. 2019-cu ilin may ayında o, Rəxşəndədən ayrılmışdır. O, Zərərçəkmiş şəxs 2016-cı ildən tanımışdır. 2016-cı ildə o, Saray qəsəbəsi ərazisində olan İnşallah adlı şəxsə məxsus fermada işləmişdir. İşlədiyi fermanın qonşuluğunda Etibar müəllimə məxsus ferma yerləşmişdir və sonuncunun fermasında Mahir adlı şəxs işləmişdir. Aradabir Mahirlə görüşüb söhbət etmişdir və onların yaxın münasibəti yaranmışdır. 2016-cı ilin avqust ayında Mahir ona zəng vurub demişdir ki, qızının toyu olacaq, o, çıxıb gedir, işlədiyi fermanın sahibi Etibar müəllim çoban axtarır. O, Etibar müəllimin fermasında işləmək istədiyini bildirmiş, Mahirdə Etibar müəllimin mobil telefon nömrəsini ona vermiş və o, zəng vurub Etibar müəllimlə danışmışdır. Etibar müəllim görüşmək üçün onu Bakı şəhərinə çağırmış və o, Bakı şəhərinə gedib Etibar müəllimlə görüşərək ona demişdir ki, Saray qəsəbəsində olan fermada işləyir, işlədiyi fermanın sahibinə 1495 manat borcu var, həmin məbləğdə pul versə ferma sahibinə olan borcunu qaytarıb işləmək üçün onun fermasına gələr. Etibar müəllim onunla razılaşmış və həmin gün ona işlədiyi ferma sahibinə ödəməsi üçün 1495 manat pul, əlavə olaraq fermada işləyəcəyi birinci ay üçün 250 manat, yol pulu olaraq isə 50 manat pul vermişdir. Sonra Etibar müəllim ona demişdir ki, hər ay ona 350 manat əmək haqqı verəcək, fermada olan camışların südünüdə ona verir, yağ, pendir hazırlayıb həm ona verər, həm də ki, satıb pul əldə edər. O, Etibar müəllimdən ayrılıb Saray qəsəbəsinə gəlmiş və ferma sahibi İnşallaha olan borcunu ödədikdən sonra səhəri gün arvadı Rəxşəndə ilə birlikdə Etibar müəllimin Nabran kəndində olan fermasına gəlmişdir. Gəldiyi gün görmüşdür ki, Etibar müəllimin Nabran kəndi ərazisində yerləşən fermasında 13 baş ana, 9 baş 5-6 aylıq bala, bir baş erkək camış, bir baş inək, bir baş 4-5 aylıq dana, bir rəst at var. Bir müddət keçdikdən sonra Etibar müəllimlə birlikdə Ağsu rayonuna gedib bir illik camışlar alıb fermaya gətirmişlər, o, aldıqları camışlara baxıb kökəltmiş, sonradan isə aldıqları camışları Etibar müəllim kəsdirib satdırmışdır. 2016-cı ilin payız ayları olardı fermada olan at xəstələnmiş və Etibar müəllimin razılığı ilə o, atı balası ilə birlikdə 200 manat satmışdır. 2017-ci ilin may ayının əvvəllərində o, Etibar müəllimin fermasında olan camışları Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində olan fermaya gətirmişdir. Bir neçə gün keçdikdən sonra Etibar müəllimin dostü Vüqar gəlib fermada qalmışdır. Vüqar tək gəldiyi üçün o, ona demişdir ki, özü fermada ailəsi ilə qalır, o, da öz ailəsini gətirsin. Vüqar ailəsini gətirməmiş və bir neçə ay keçdikdən sonra o, ailəsinidə götürüb Ağsu rayonu, Pirhəsənli kəndinə getmiş, fermada isə Vüqar qalmışdır. 2018-ci ilin dekabr ayında Etibar müəllim zəng vurub ona demişdir ki, Vüqar fermadan getmişdir, o, İstisu qəsəbəsinə gəlib onun camışlarını Saray qəsəbəsində olan fermasına aparsın. O, da İstisu qəsəbsinə gəlib Etibar müəllimin camışlarını Kamaz markalı avtomobilin yük yerinə yığaraq Saray qəsəbəsində olan fermaya aparıb Xıdır adlı çobana təhvil vermişdir və sonrakı aylarda Saray qəsəbəsində olan fermada Etibar müəllimin camışlarına Xıdır baxmışdır. 2019-cu il aprel ayında Etibar müəllim zəng vurub ona demişdir ki, Xıdır gedir, gəlib heyvanları Xıdırdan təhvil alsın. Səhəri gün o, Saray qəsəbəsinə gedib Xıdırdan camışları təhvil almışdır. Həmin vaxt Xıdırın ona neçə baş camış təhvil verməsini xatırlamır. Ancaq həmin vaxt Xıdır Etibar müəllimdən aldığı 170 manat puluda ona vermişdir. Xıdırdan camışları təhvil aldıqdan 15- 16 gün sonra o, yük avtomobili ilə camışları İstisu qəsəbəsi ərazisində olan köhnə çörək bişirmə sexinin ərazisinə gətirib sonrakı günlərdə camışları orada saxlamış, bir müddət keçdikdən sonra Etibar müəllim fermaya gəlmiş və onlar birlikdə Gəncə şəhərinə gedib heyvan bazarından ana, erkək və bala camışlar alıb İstisu qəsəbəsində olan fermaya gətirmişlər. Həmin vaxtdan sonra fermada 17 baş ana, 17 baş bala, 3 baş erkək, 4 baş il yarımlıq düyələr olmaqla ümumilikdə 41 baş camış olmuşdur. Etibar müəllim 41 baş camışın ona təhvil verilməsi ilə bağlı akt, hər ay ona 350 manat əmək haqqı verəcəyi ilə bağlı əmək müqaviləsi tərtib edərək gətirmiş, o, da fermada Etibar müəllimin gətirdiyi akta və əmək müqaviləsinə imza etmişdir. Həmin ərəfədə o, fermada tək qalmış, camışlarada özü tək baxmışdır. Fermada olan ana camışların yaşlarını və diri çəkilərini dəqiq bilməmiş, ancaq bala camışların bəziləri bir aylıq, bəziləri isə 3-4 aylıq olmuşlar. 2019-cu ilin iyul ayında Etibar müəllim fermaya gəlib ona demişdir ki, keçi satan şəxslə danışmışdır, birlikdə gedib keçilərə baxsınlar, onun seçdiyi keçiləri o, alıb fermaya gətirəcəkdir. O, Etibar müəllimlə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmiş və sonuncu orada olan fermanın sahibi Mahirlə danışıb razılaşaraq 109 baş ana, 102 başa bala, 5 baş erkək keçilər almışdır. Alınan vaxtı bala keçilər 1-5 aylıq arasında olmuşlar. Bildiyinə görə Etibar müəllim keçilərin alınması ilə bağlı Mahirə 17000 manata yaxın pul vermişdir. Etibar müəllim Bakı şəhərinə getmiş, o, onun aldığı keçiləri yük avtomobili ilə İstisu qəsəbəsində olan fermaya gətirmiş, səhəri gün Etibar müəllim fermaya gəlmiş və keçilərin ona təhvil verilməsi ilə bağlı gətirdiyi təhvil-təslim aktına o, imza etmişdir. Sonrakı günlərdə bala keçiləri Etibar müəllim, ana keçiləri isə o, özü otarmışdır. Bir neçə gün keçdikdən sonra Etibar müəllim qayıdıb Bakı şəhərinə getmiş, o,özü fermada tək qalmış və keçiləri otarmaq üçün çoban axtarmağa başlamışdır. O, tanışları vasitəsi ilə əslən Oğuz rayonundan olan Elnur adlı oğlanla əlaqə saxlayıb ona demişdir ki, İstisu qəsəbəsinə gəlib fermada çoban işləsin. Bir neçə gün keçdikdən sonar Elnur fermaya gəlmiş və o, zəng vurub bu barədə Etibar müəllimə bildirmiş, sonuncuda ona demişdir ki, Elnur fermada qalıb ona köməklik göstərsin, o, özü hər ay Elnura 250 manat əmək haqqı verəcəkdir. Həmin vaxtdan sonra Elnur fermada qalıb keçiləri otarmış, o, özü isə camışları otarmışdır. Elnur iki aya yaxın fermada qalıb çobanlıq etmiş və həmin müddətdə də onun əmək haqqını Etibar müəllim özü vermişdir. Elnur fermaya gəldikdən bir müddət sonra o, camışları sağmaq üçün sağıcı axtarmış, bu barədə tanışı Nursadıqa bildirdikdə sonuncu demişdir ki, Xudat şəhərində yaşayan Məhəmmədəlinin qızı əvvəllər fermada işləmişdir, iş axtarır, o, gəlib fermada sağıcı işləsin. O, Nursadığa Ayseli fermaya gətirməsini demiş, bir neçə gün keçdikdən sonra Nursadıq Ayseli fermaya gətirib onunla tanış etmişdir. O, Ayselə demişdir ki, onu sağıcı kimi işə götürəcək və ona ayda 200 manat əmək haqqı verəcək. Aysel fermada sağıcı işləməyə razılaşmış və o, onun mobil telefon nömrəsini öyrənib demişdir ki, evə getsin, zəng vurub onu çağıracaqdır. İki-üç gün keçdikdən sonra o, zəng vurub Ayseli fermaya çağırmış və həmin gündən başlayaraq Aysel gəlib fermada sağıcı işləmişdir. Aysel işə başladığı ilk gün axşam yaşadığı evə getmiş, ondan sonrakı günlərdə isə axşamlar evə getməyib fermada olan otaqda qalmışdır. Üç-dörd gün keçdikdən sonra o, Ayselə demişdir ki, arvadından ayrılmışdır, razıdırsa bir yerdə yaşasınlar. Aysel onunla yaşamağa razılaşmış və həmin gündən başlayaraq onlar qeyri rəsmi olaraq ər-arvad münasibətində olmuşlar. O, özü fermada olan camışları və keçiləri sağmış, Ayseldə camış və keçi südündən pendir, qatıq və yağ hazırlamışdır. Hazırladıqları pendiri, yağı və qatığı həm satmışlar, həm özləri istifadə etmişlər, həm də ki, Etibar müəllim özü ilə Bakı şəhərinə aparmışdır. 2019-cu ilin avqust ayının axırlarında fermada olan ana keçilərdən üç başı xəstələnib ölmüş, bala keçilərdən, yəni oxlaqlardan biri ilan sancması nəticəsində, ikisi zəhərlənib ölmüş, üç baş oğlaqı o, özü kəsmiş, iki baş oğlaqı kəsib Etibar müəllimin dostu Vidadiyə, iki baş oğlaqı isə kəsib Etibar müəllimin Siyəzən rayonundan gəlmiş tanışlarına vermiş, erkək keçilərdəndə ikisini Etibar müəllimin razılığı ilə özü kəsmişdir. Fermada 106 baş ana keçi, 92 baş oğlaq, 3 baş erkək keçi qalmışdır. 2019-cu ilin sentyabr ayının əvvəllərində Etibar müəllim fermaya gəlmiş və fermada 106 baş ana, 92 baş oğlaq, 3 baş erkək olmaqla ümumilikdə 201 keçini qalması ilə bağlı yazıb gətirdiyi akta ona imza etdirmişdir. Həmin vaxt Etibar müəllim fermada Ayseli görüb kim olduğunu soruşmuş, o, da ona demişdir ki, Aysel fermada olan camışları və keçiləri sağır və onunla birlikdə fermada qalır. Etibar müəllim fermada qalıb Ayselin işinə baxmış və sonuncunun gördüyü işlər Etibar müəllimin xoşuna gəldiyi üçün o, Ayselin fermada qalmasına razılıq vermişdir. Sonra Etibar müəllim fermada olan keçilərin sayına uyğun siyahı tərtib etmiş və onun tərtib etdiyi siyahıya, o, Elnur imza etmişlər. 2019-cu ilin oktyabr ayında Elnur getmiş, fermada onunla Aysel qalmışlar. Sonrakı aylarda da Etibar müəllim işləri ilə əlaqədar fermaya gəlib heyvanlara baxa bilməmişdir. Heyvanları tək otarmaqda çətinlik çəkmiş və zəng vurub bu barədə Etibar müəllimə bildirdikdə sonuncu demişdir ki, fermada işləyə biləcək çoban axtarsın. 2019-cu ilin dekabr ayında o, Həbibə zəng vurub Xaçmaz rayonu, İstisu qəsəbəsində olan fermada işlədiyini, çoban lazım olduğunu bildirdikdə Həbib demişdir ki, gəlib onunla birlikdə fermada işləyə bilər. O, Həbibə 250 manat əmək haqqı verə biləcəyini bildirdikdə sonuncu onunla razılaşaraq səhəri gün taksi avtomobili ilə İstisu qəsəbəsinə gəlmişdir. O, Həbibi qarşılayıb fermaya aparmışdır. Sonrakı günlərdə Həbib fermada qalıb keçiləri otarmış, o, özü isə camışları otarmışdır. Həbibin fermaya gəldiyi vaxtdan 10-15 gün keçdikdən sonra Etibar müəllim zəng vurub ona demişdir ki, erkək oğlaqlardan 30-35 başını ayırıb kökəltsin, o, aparıb satacaqdır. Etibar müəllimin tapşırığı əsasında o, 34 baş erkək oğlaqı ayırıb fermada saxlamışdır. Sonrakı günlərdə yenədə Etibar müəllim fermaya gələ bilməmiş, fermada olan heyvanlara o, Həbib, Aysel baxmışlar. 2019-cu ilin dekabr ayının axırlarında və 2020-ci ilin yanvar ayı ərzində fermada olan ana keçilərdən 30-40 başı bala vermiş, o, da yeni doğulmuş keçilərin şəkillərini çəkib Etibar müəllimə göndərmişdir. Qış ayları olduğuna və fermada istilik normadan çox aşağı olduğuna görə yeni doğulmuş çəpişlərin əksər hissəsi doğulduqdan bir neçə gün sonra ölmüşdür. O, ölən çəpişlərin sayı barədə bəzən Etibar müəllimə məlumat vermiş, bəzən isə bu barədə Etibar müəllimə heç bir söz deməmişdir. 2020-ci ilin yanvar ayında oğlu Uğur xəstələnmiş və o, Xudat şəhərində yaşayan qəssab Elnurdan borc olaraq 450 manat pul istəmiş, Elnur ona borc olaraq 100 manat pul vermiş və o, Elnura demişdir ki, qayıdanda ondan aldığı pulu qaytaracaqdır. Həmin vaxt o, zəng vurub Ayselin qardaşı Elşəni fermaya çağırmışdır. Elşən fermaya gəlmiş və o, ona demişdir ki, Ağsu rayonuna gedir, fermada qalıb Həbibə köməklik göstərsin. Elşən etiraz etməmiş və o, Elşəni, Həbibi, Ayseli fermada qoyub Ağsu rayonuna getmiş, səhəri gün isə qayıdıb İstisu qəsəbəsinə fermaya gəlmişdir. O, fermaya gələndən sonra Elşən öz yaşadığı evə getmiş, fermada o, Aysel və Həbib qalmışlar. 2020ci il yanvar ayının ortalarında Etibar müəllim fermaya gəlmiş və özü ilə gətirdiyi aktı ona verib demişdir ki, imza etsin. O, da həmin aktı oxumadan imza etmişdir. Etibar müəllim camışları, ana keçiləri saysada bala keçiləri saymadan qayıdıb Bakı şəhərinə getmişdir. 2020-ci ilin yanvar ayının axırlarında fermada yeni doğulmuş 20-30 başa yaxın çəpiş olmuşdur. Bir həftəyə yaxnı vaxt keçdikdən sonra o, yenidən zəng vurub Elşənə demişdir ki, Aysellə birlikdə Ağsu rayonuna gedir, fermaya gəlib Həbibə köməklik göstərsin, gələndə pulunu verəcəkdir. Həmin gün Elşən fermaya gəlmiş və o, Həbiblə Elşəni fermada qoyub Aysellə birlikdə Ağsu rayonuna getmişdir. Fermaya gəldiyi gündən Həbib keçilərə baxmış, camışları isə Elşən otarmalı idi. Ağsu rayonuna getdiyi vaxtdan iki-üç gün keçdikdən sonra Elşən ona zəng vurub demişdir ki, Həbib fermada olan bir baş erkək, iki baş bala camışları satmışdır. Elşənlə danışdıqdan sonra o, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili Pənah müəllimə və polis sahə rəisi Təhmin müəllimə zəng vurub onlardan xahiş etmişdir ki, gedib fermaya baxsınlar, Elşənin deməsinə görə Həbib fermada olan camışları satmışdır. Bildiyinə görə onun etdiyi zəngdən sonra polis əməkdaşları fermaya gedib Elşənlə görüşərək problem olub-olmadığını, heyvanların harada olduqlarını soruşmuşlar, Elşəndə onlara heyvanların otlaq sahəsində olduğunu və fermada hər şeyin qaydasında olduğunu demişdir. Sonra o, yenidən Elşənə zəng vurub Həbibin harada olduğunu soruşduqda demişdir ki, Həbib fermadadır, polis əməkdaşları gələndə bilərəkdən Həbibin fermada olmadığını demişdir, Həbib Qazel markalı avtomobillə fermaya gələn şəxsə bir baş erkək, 02 baş bala camışı satmışdır. O, bir aydan çox Ağsu rayonu, Pirhəsənli kəndində qalmış, 2020-ci ilin mart ayının əvvəllərində isə qayıdıb fermaya gəlmişdir. Fermada olan camışları və keçiləri sayanda 9 baş ana, 4 baş düyə, 2 baş erkək, 9 baş bala camışların, 103 baş keçilərin olmadığını görüb Elşəndən heyvanların harada olduqlarını soruşmuş, sonuncuda ona demişdir ki, Həbib Bakı şəhərindən adam çağırıb camışları həmin şəxsə satmışdır, 30 baş erkək keçini isə Vidadi aparmışdır. O, zəng vurub bu barədə Etibar müəllimə bildirmiş, bir neçə gün keçdikdən sonra Etibar müəllim fermaya gəlmiş və o, özüdə fermada olan heyvanları sayıb göstərdiyi sayda heyvanların olmadığını bilmişdir. Etibar müəllim fermada qalan 7 baş ana, 6 baş 8-9 aylıq bala camışları, 97 baş ana keçiləri və 17 baş yeni doğulmuş çəpişləri sayıb ona təhvil verərək Bakı şəhərinə getmişdir. Fermada olan keçilər baxımsız qaldıqları üçün xeyli zəifləmişlər. Etibar müəllimin getdiyi vaxtdan bir neçə gün keçdikdən sonra fermada olan ana keçilərdən 3 başı, çəpişlərdən isə 18 başı ölmüşdür. Hətta ölmüş keçilərin cəsədlərini o, Etibar müəllimin ərizəsi əsasında aprılan araşdırma zamanı təhqiqatçı Samir müəllimədə göstərmişdir. 2020-ci ilin may ayının əvvəllərində Aysellə söhbət edərkən sonuncu ona demişdir ki, çobanlıqdan bezmişdir, fermadan çıxıb gedəcəkdir. Ayselin sözündən sonra o, fermada qalmış heyvanları satmaq qərarına gəlmiş və əvvəlcə fermada olan keçiləri kəsib satmışdır. Sonradan o, İmran vasitəsi ilə Qaçu adı ilə çağrılan Bəhruzla tanış olmuş, Bəhruz onun fermada işlədiyini bilib keçi almaq istədiyini bildirmiş, o, da birinci dəfə Bəzruzdan 80 manat pul alıb ona 3 baş oğlaq vermiş, sonrakı günlərdə də o, Bəhruzla razılaşıb bir baş keçi 100 manat olmaqla ona 25 başa keçi satmışdır. Bəhruz aldığı keçilərə görə ona 120 manat pul verib demişdir ki, qalan puluda sonradan verəcəkdir. Bir neçə gün keçdikdən sonra Bəhruz fermaya gəlib ona 400 manat pul verib demişdir ki, ona bir baş camış satsın. O, Bəhruzla razılaşmış və səhəri gün tanımadığı şəxsin idarə etdiyi Qazel markalı avtomobillə bir baş ana, iki baş bala camışı Xaçmaz rayonu, Armudpadar kəndinə gətirib Bəhruza vermişdir. Sonradan 25 baş keçini borcunun əvəzinə İstisu qəsəbəsində mağazası olan Bayrama vermiş, 13 baş keçini İmrana verib 150 manat pul almış, 6 baş keçini təmənasız Raminə vermiş, 2 baş keçini kəsib İstisu qəsəbəsində olan mağazada işləyən Sabina adlı qadına vermiş, iki baş keçini Cəlala verib əvəzində başqa keçi almış və fermada qalan digər keçiləri isə kəsib bir hissəsini özü istifadə etmişdir. Hətta bir dəfə axşam o, fermada olarkən Elşənin qucağında nəsə apardığını görüb ondan nə apardığını soruşmuş, Elşən keçidir deyəndə o, ondan keçini hara apardığını soruşduqda Elşən keçini yerə atıb getmişdir. Həmin vaxt fermanın yaxınlığına polis əməkdaşları gəlmişlər və o, yaxınlaşıb Şahin adlı polis əməkdaşına Elşənin fermadan keçi oğurladığını bildirmiş, Şahingildə Elşəni avtomobilə əyləşdirib özləri ilə aparmışlar. Bundan sonra o, zəng vurub bu barədə Etibar müəllimə məlumat vermişdir. Ancaq o, Elşən barəsində araşdırma aparılıb-aparılmadığını bilməmişdir. 2020-ci ilin may ayının axırlarında fermada 6 baş ana, 4 baş bala camışlar qalmışdır. O, 5 baş ana, 3 baş bala camışları fermada qoymuş, bir baş ana və bir başa bala camışı aparıb tanışı Ceyhuna verərək Aysellə birlikdə Ağsu rayonu, Pirhəsənli kəndinə getmişdir. Ceyhuna verdiyi camışa görə pul almamışdır. Bir müddət Aysellə birlikdə Ağsu rayonunda, sonra isə Saray qəsəbəsinə gəlib Etibar müəllimin evində qalmışlar. Bir neçə gün keçdikdən sonra Aysel ona demədən Xaçmaz rayonuna gəlmiş, o, özü isə Saray qəsəbəsində Etibar müəllimin evində qalmışdır. Ayselin Xaçmaz RPŞ-nə aparıldığını bilmiş və zəng vurub Etibar müəllimə demişdir ki, Saray qəsəbəsindədir, gəlib onu aparsın, birlikdə Xaçmaz RPŞ-nə getsinlər. Həmin gün axşam Etibar müəllim Xaçmaz RPŞ-nin Adəm adlı əməkdaşı ilə birlikdə Saray qəsəbəsinə gəlib onu götürmüş və həmin gün Adəm onu Xaçmaz RPŞ-nə gətirmişdir. Etibar müəllim ona saxlaması üçün 17 baş ana, 17 baş bala, 3 baş erkək, 4 baş düyə camışlar, 2019-cu ilin iyul ayında isə 109 baş ana, 102 baş oğlaq, 5 baş erkək keçi vermişdir. Sonradan fermada olan üç baş ana, iki baş bala camışlar, 6 baş ana keçilər ölmüş, oğlaqlardan biri ilan sancması nəticəsində, ikisi zəhərlənib ölmüş, üç baş oğlaqı o, özü kəsmiş, iki baş oğlaqı kəsib Etibar müəllimin dostu Vidadiyə, iki baş oğlaqı kəsib Etibar müəllimin Siyəzən rayonundan gəlmiş tanışlarına vermiş, erkək keçilərdəndə ikisini Etibar müəllimin razılığı ilə özü kəsmiş, 30 baş erkək oğlaqı isə kökəltəmək üçün Etibar müəllimin dostu Vidadi aparmışdır. Qalan camışları və keçiləri isə Həbiblə Elşən satmışlar. 2020-ci ilin yanvar ayının axırlarında fermada 100 baş ana, 90 baş oğlaq, 3 baş erkək keçi, 25-30 baş yeni doğulmuş çəpişlər, 14 baş ana, 15 baş bala, 3 baş erkək, 4 baş düyə camış olmuşdur. 2020-ci ilin yanvar ayında fermada 30-40 başa yaxın yeni doğulmuş çəpişlər olmuşdur, onlarda fermada şəraitin olmaması səbəbində doğulduqdan bir neçə gün sonra ölmüşlər. 27 yanvar 2020-ci il tarixdə fermada 215 baş yeni doğulmuş çəpiş olmamışdır. O, həmin aktı oxumadan imzalamışdır. Camışların südünü, camış və keçi südündən hazırladığı yağı, pendiri və qatığı ətrafda olan kənd sakinlərinə özü satmış, əldə etdiyi puldan da Həbibin aylıq əmək haqqını vermişdir. Şahid2 heç vaxt onu silahla hədələməmişdir. Bəhruza verdiyi keçilərin pulunu ala bilmədiyi üçün ondan tələb etmişdir ki, verdiyi keçiləri geri qaytarsın. Bu səbəbdən də Bəhruzla aralarında mübahisə yaranmışdır və Bəhruz ona demişdir ki, pulu yoxdur, verdiyi keçilərini pulunu sonradan verəcəkdir. 25 baş keçini, bir baş ana və iki baş bala camışları o, özü Bəhruza satmışdır. Bəhruz ondan aldığı heyvanlara görə ona ümumilikdə 600 manat pul vermişdir. Bəhruz əlavə olaraq ona 4000 manat pul verməli idi. Ancaq o, indiyədək həmin pulu Bəhruzdan ala bilməmişdir. 2020-ci ilin yanvar ayının axırlarında o, Ağsu rayonuna gedərkən fermada 100 baş ana, 90 baş oğlaq, 3 baş erkək keçi, 25-30 baş yeni doğulmuş çəpişlər, 14 baş ana, 15 baş bala, 3 baş erkək, 4 baş düyə camış olmuşdur. İfadəsində adlarını qeyd etdiyi Byram, İmran, Ramin, Sabina, Cəlal və Bəhruz bilmişlər ki, fermada olan heyvanlar Etibara məxsusdur. Ancaq o, onlara fermada olan heyvanları Etibarın icazəsi olmadan satdığını deməmişdir. Adlarını qeyd etdiyi şəxslərin özləridə ondan heyvanları Etibarın icazəsi ilə satıb-satmadığını soruşmamışlar, o, da bu barədə onlara heç bir söz deməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Alim onun yanında neçə illərdi işləyir. O, müqavilə imzalamamışdan əvvəl də onun yanında işləyirdi. Saray qəsəbəsində ona məxsus yardımçı təsərüfatı var idi orda işləyirdi. Ordan tanıyırdı Alimi. Sonra Alim onun yanına gələrək təsərüfat düzəltməyi təklif etdi. O, da Nabranda təsərüfat düzəltdi. Alimin özünə pul vermiş özünün iştirakı ilə özünün bəyəndiyi heyvanları almışlar. Bir az öz pulu olmuş, 40000 manata yaxın kredit götürmüşdür. Nə gədər ki, Alim özü tək idi təsərüfatda normal işləyirdi. Ara sıra oğurluq eləsədə o dərəcədə də eləmirdi ki, ona ziyan vura bilsin. Sonra Alim öz yanına Muxtadır kəndindən bacı-qardaş gətirdi. Yaşadığı kənddən bir köməkçi gətirdi. Alimin ünvana getdiyi və heyvanı satdığı adamlar gəlib burda bildirmişlər ki, Alim xanımla birlikdə gəlmişdir. Halbu ki, heç yerdə adları yoxdur. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir. Məhkəmə istintaqı zamanı o, Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Yasamal rayonu, Qırmızı Şərq hərbi şəhərcik, ev 334, mənzil 40-da yaşayır. O, 2002-ci ildə təsərrüfatla məşğul olamaq qərarına gəlmiş və həmin müddətdə dostu Bəxşeyiş sinif yoldaşı Hətəmxanı onun yanına gətirib demişdir ki, o, qoyun alıb saxlaması üçün Hətəmxana versin, qoyunu saxlaması ilə bağlı Hətəmxana əmək haqqı versin, Hətəmxanda onun qoyunlarına baxsın. O, Bəxşeyişlə razılaşaraq xeyli sayda qoyun alıb Hətəmxana vermiş, sonrakı bir il ərzində təsərrüfatına Hətəmxan, ondan sonra isə Azay adlı sinif yoldaşı baxmışdır. Qoyunçuluqdan gəlir əldə edə bilmədiyinə görə 2016-cı ildə o, qoyunçuluq təsərrüfatına son qoymuş və qərara gəlmişdir ki, camışlar alıb saxlatdırsın. 2016-cı ilin aprel ayında o, Xaçmaz rayonu, Nabran kəndi ərazisində camışçılıq təsərrüfatı yaratmışdır. Həmin vaxt o, ilkin olaraq 13 baş ana camış və 8 baş bala camış alıb saxlaması üçün əvvəllər onun təsərrüfatında işləmiş Mahir adlı şəxsə vermişdir. 19 avqust 2016-cı il tarixədək Mahir xalası oğlu Bəhruzla birlikdə Nabran kəndi ərazisində yaratdığı fermada qalaraq camışlara baxmışlar. Mahir fermadan gedərkən ona demişdir ki, Alim adlı oğlanı tanıyır, Alim Saray qəsəbəsində olan qoyunçuluq fermasında çoban işləyir, o, Alimlə danışıb razılaşmışdır ki, Alim gəlib onun təsərrüfatına baxsın. O, Mahirə Alimlə görüşmək istədiyini bildirmiş və 19 avqust 2016-cı ildə Alim Bakı şəhərinə gəlib onunla görüşmüşdür. Alimlə söhbət edərkən sonuncu ona demişdir ki, Saray qəsəbəsində olan fermada işləyir, işlədiyi fermanın sahibinə 1495 manat pul borcu var, o, həmin məbləğdə pulu ona versə, o, ferma sahibinə borcunu qaytarıb onun fermasına gələr. Həmin vaxt o, Alimə işlədiyi ferma sahibinə ödəməsi üçün 1495 manat pul, əlavə olaraq fermada işləyəcəyi birinci ay üçün 250 manat, yol pulu olaraq isə 50 manat pul vermişdir. Sonra o, Alimə demişdir ki, hər ay ona 350 manat əmək haqqı verəcəkdir və fermada olan camışların südünüdə ona verir, o, kömək üçün fermaya başqa çoban gətirsə, camışların südünü satıb əldə etdiyi puldan gətirdiyi çobana əmək haqqı verər. Alim ondan ayrılıb getmiş və həmin gün axşam Alim ailəsi ilə birlikdə Nabran kəndində yerləşən ona məxsus fermaya gəlmişdir. Alim fermaya gələndə 13 baş ana camış, 12 baş il yarımlıq dişi camışlar, 6 baş erkək camış, bir baş inək, bir baş düyə olmuşdur. Həmin ərəfələrdə o, əlavə olaraq camışlar alıb saxlamışdır və kökəltdikdən sonra kəsdirib satırmışdır. 2016-cı ilin payız ayları olardı fermada olarkən bilmişdir ki, Alim kökəltmək üçün aldığı erkək camışlaradan birini, fermada olan işıq generatorunu və atı balası ilə birlikdə satıb pulunu ələ keçirmişdir. Alimin satdığı erkək camışı 2016-cı ilin yaz aylarında 700 manata almışdır, sonrakı aylarda qüvvətləndirici yem verilərək kökəldilmişdir və satıldığı müddətdə həmin camış təxminən ***-**** manat dəyərində olardı. Atı 400 manata, işıq generatorunu isə 750 manata almışdır. Sonradan Alimin özünün deməsinə görə atı 300 manata, arvadının deməsinə görə isə Alim işıq generatorunu 100 manata satmışdır. O, bu barədə bilsədə Alimdən satığı heyvanların və işıq generatorunun pulunu istəməmişdir. 2017-ci ilin may ayının əvvəllərində o, təsərrüfatını Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində olan fermya gətirmişdir. Alimin fermada olan heyvanları ondan xəbərsiz satdığını bilmiş və 24 may 2017-ci ildə sinif yoldaşı X29 rayonu, İstisu qəsəbəsi ərazisində olan fermaya gətirmişdir ki, fermada olan heyvanların baxılmasına nəzarət etsin. Sonrakı aylarda Vüqar fermada qalmış, 03 avqust 2017-ci il tarixdə Vüqar ona zəng vurub demişdir ki, Alim bazarlıq etmək adı ilə ondan 50 manat pul alaraq çıxıb getmişdir. Alim qayıdıb fermaya gəlməmiş və sonrakı bir ay ərzində fermada olan heyvanlara Vüqar baxmışdır. Vüqar fermadan gedəndə o, fermada olan 25-30 baş camışları Saray qəsəbəsində olan fermasına aparmışdır. 2018-ci ilin dekabr ayından 15 aprel 2019-cu ilədək Saray qəsəbəsində olan fermada heyvanlara əslən Quba rayonundan olan Xıdır adlı şəxs baxmışdır. 15 aprel 2019-cu il tarixdə Alim qayıdıb Sayra qəsəbəsində olan fermaya gəlmiş və həmin gün Xıdır Saray qəsəbsində olan fermada saxladığı 17 baş ana,17 baş bala, 4 baş erkək, 4 baş il yarımlıq dişi camışları sayıb Alimə təhvil vermişdir. Alim camışları təhvil alarkən Xıdır əmək haqqından əlavə verdiyi 170 manat puluda Alimə vermişdir. Alimə təhvil verilən ana camışlar 4-7 illik olmaqla diri çəkiləri 700-750 kq, erkək camışlar 2-5 illik olmaqla birinin diri çəkisi 600 kq, digər birinin diri çəkisi 500 kq, üçüncü erkək camışın diri çəkisi isə 450 kq olmuşdur. Düyə camışlar 1 il yarımlıq olmaqla diri çəkiləri 300 kq, danaların isə bəziləri 8 aylıq, bəziləri isə bir illik olmaqla diri çəkiləri 180-200 kq olmuşdur. Camışları ayrı-ayrı şəxslərdən müxtəlif qiymətlərə almışdır. Alimin heyvanları Xıdırdan təhvil aldığı vaxtdan 15-16 gün keçdikdən sonra o, təsərrüfatında olan camışları Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən Ramin adlı şəxsin fermasına gətirmişdir. Camışları saxladığı fermanı alması barədə Raminlə razılaşdığı üçün o, fermada heyvan saxlaması ilə bağlı Raminə icarə pulu verməmişdir. Alimin camışları Xaçmaz rayonuna gətirdiyi vaxtdan bir neçə gün keçdikdən sonra o, Bakı şəhərində olarkən camışların Alimə təhvil verildiyi tarixə, yəni 15 aprel 2019-cu il tarixə həm əmək müqaviləsi tərtib etmiş, həmdə ki, 17 başa ana, 17 baş bala, 3 baş erkək, 4 baş düyə camışların Alimə təhvil verilməsi ilə bağlı təhviltəslim aktı yazıb Xaçmaz rayonu, İstisu qəsəbəsinə gələrək fermada Alimə imza etdirmişdir. Alim 2019-cu ilin iyul ayınadək İstisu qəsəbəsində olan fermada tək qalıb onun camışlarına baxmışdır. Sonra o, keçi alıb saxlamaq qərarına gəlmiş və maraqlananda Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində olan fermada keçi satıldığını eşitmişdir. 28 iyul 2019-cu il tarixdə o, Alimlə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə gedib orada olan fermanın sahibi Mahir adlı şəxslə görüşüb 109 baş ana, 102 baş bala, 2 baş erkək olmaqla ümumilikdə 213 baş keçi alıb İstisu qəsəbəsində olan fermaya göndərmişdir. Aldığı keçilərə görə ümumilikdə Mahirə 17900 manat pul vermişdir. Mahirdən aldığı bala keçilər, yəni oxlaqlar 2019-cu ilin iyul ayında 5-6 aylıq olmuşlar. Bir neçə gün keçdikdən sonra özü Maştağa qəsəbəsi ərazisində olan heyvan bazarına gedib 1980 manat pul verərək hələb keçisi adı ilə tanınan 3 baş erkək keçib alıb İstisu qəsəbəsində olan fermaya göndərmişdir. Keçiləri fermaya göndərdikdən bir neçə gün keçdikdən sonra o, keçilərin Alimə təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı yazmış və Xaçmaz rayonu, İstisu qəsəbəsinə gəlib fermada Alimə və onunla gəlmiş Bəhruz Sultanova imza etdirmişdir. Həmin vaxt o, fermada Elnur adlı oğlanı görüb kim olduğunu soruşduqda Alim ona demişdir ki, Enuru fermaya çoban gətirmişdir, Elnur fermada olan keçiləri otaracaqdır. O, Alimə heç bir söz deməmiş və qayıdıb Bakı şəhərinə getmişdir. Sonrakı ayrı-ayrı günlərdə Alim ona zəng vurub 3 baş ana keçinin öldüyünü, bir baş oğlağı ilan çaldığını, bir baş oğlağın öldüyünü, 6 baş oğlağı özünün kəsdiyini, 3 baş oğlağı onun tanışlarına verdiyini, 2 baş erkək keçini kəsdiyini bildirmiş və o, fermada 106 baş ana keçinin, 91 baş oğlağın, 3 baş erkək keçinin qalması ilə bağlı siyahı tərtib etmiş və 02 sentyabr 2019-cu il tarixdə İstisu qəsəbəsində olan fermaya gəlmişdir. Həmin vaxt fermada Aysel adlı qızı görüb kim olduğunu soruşduqda Alim demişdir ki, Aysel fermada olan camışları və keçiləri sağır və onunla birlikdə fermada qalır. O, Ayselin işinə baxmış, gördüyü işlər xoşuna gəldiyi üçün onun fermada qalmasına razılıq vermişdir. Alimin dediyi saya uyğun siyahı tərtib etmiş və 106 baş ana, 91 baş oğlaq, 3 baş erkək olmaqla ümumilikdə 200 baş keçini Alimə təhvil vermiş və bununla bağlı yazdığı siyahının altına Alim, Elnur və Asyel imza etmişlər. 2019cu ilin sentyabr ayının axırları və ya oktyabr ayının əvvəlləri olardı o, bilmişdir ki, Elnur fermadan çıxıb gedib, fermada olan heyvanlara Alimlə Aysel baxırlar. Sonrakı aylarda da o, fermaya gəlib heyvanlarına baxmışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində o, 5950 manata 300 kvadratmetr parket, 600 manata bir ədəd divan, 5000 manata müxtəlif ölçülərdə dəmirlər, 1300 manata müxtəlif ölçülü taxtalar, 1400 manata dəmir axurlar alıb İstisu qəsəbəsi ərazisində olan fermaya gətirmişdir. Adlarını qeyd etdiyi əşyalara o, ümumilikdə 14250 manat pul vermişdir. Parketi fermada olan otaqların döşfəməsinə düzdürmüş, dəmirlər, taxtalar və axurlar isə fermanın həyətində qalmışdır. Həmin vaxt fermada Həbib adlı şəxsi görüb kim olduğunu soruşduqda Alim demişdir ki, həmkəndlisidir, gətirmişdir ki, fermada qalıb ona köməklik göstərsin. O, yenədə Həbibin fermada qalmasına narazılıq etməmiş və Alimə tapşırmışdır ki, erkək keçilərdən ayırıb kökəltsin, sonradan onları aparıb satsınlar. Alimdə ona söz vermişdir ki, erkək keçilərdən seçib kökəldəcəkdir. O, heyvanlarını saymadan qayıdıb Bakı şəhərinə getmiş, səhəri gün isə kökəldilməli olan keçilərə verilməsi üçün 2000 manat dəyərində qüvvətləndirici yem alıb fermaya göndərmişdir. Sonrakı müddətdə o, pandemiya ilə əlaqədar Xaçmaz rayonuna gələ bilməmişdir. Xaçmaz rayonuna gələ bilmədiyi müddətdə demək olarkı Alim hər gün ona zəng vurub yeni doğulmuş keçi balalarının sayını demiş, o, da yeni doğulmuş çəpişlərin sayının qeydiyyatını aparmışdır. Alimin özünün deməsinə görə fermada üç baş ana keçinin hər biri üç bala, 99 baş ana keçinin hər biri iki bala, 9 baş ana keçinin hər biri isə bir bala vermişdir, bir baş ana camış və iki baş bala camış ölmüşdür. Alimin ona dediklərini nəzərə alsaq 2020-ci ilin yanvar ayının axırlarında fermada 16 baş ana, 15 baş bala, 3 baş erkək, 4 baş düyə camışlar, 106 baş ana, 91 baş oğlaq, 3 baş erkək keçilər və 215 baş çəpişlər olmuşdur. Alimin dediyi heyvanların sayına uyğun o, Bakı şəhərində təhvil-təslim aktı tərtib edərək 27 yanvar 2020-ci il tarixdə dostu Vidadi, sürücüsü Bəhruzla birlikdə fermaya gəlib heyvanları saymış və görmüşdür ki, fermada16 baş ana, 15 baş bala, 3 baş erkək, 4 baş düyə camışlar, 106 baş ana, 91 baş oğlaq, 3 baş erkək keçilər və 215 baş çəpişlər var. Bundan sonra Bakı şəhərində tərtib etdiyi aktı o, özü, Alim və sürücüsü Bəhruz imza etmişlər. O, heyvanları Alimə təhvil verib Bakı şəhərinə qayıtmışdır. 2020-ci ilin fevral ayının əvvəllərində dostu Vidadi ona zəng vurub demişdir ki, fermaya getmişdir, fermada Elşənlə Həbibi görmüşdür, Alim özü isə Ağsu rayonuna getmişdir. O, bir neçə dəfə Alimə zəng vursada telefonu sönülü oldüğü üçün onunla əlaqə saxlaya bilməmişdir. 07 fevral 2020-ci il tarixdə o, Xaçmaz rayonu, İstisu qəsəbəsinə gəlmişdir ki, fermada olan heyvanlarına baxsın. İstisu qəsəbəsinə gələrkən 43 manat dəyərində ərzaq almış və əlavə olaraq Elşənin özünə 40 manat pul vermişdir. Elşəndən Həbibin harada olduğunu soruşduqda demişdir ki, səhər duranda görmüşdür ki, Həbib çıxıb gedib. O, ana camışların tövlədə olduğunu, düyə və erkək camışların tövlədə olmadığını görüb Elşəndən düyə və erkək camışların harada olduğunu soruşduqda demişdir ki, cavan heyvanlar qamışlıqdadır. Elşənə heyvanları fermaya gətirməsini tapşırmış, Elşəndə ona söz vermişdir ki, gedib cavan camışları qamışlıqdan gətirəcəkdir. Sonra o, Alimin kökəltmək üçün fermada saxladığı erkək keçilərə baxmış və onların həddindən çox arıq olduğunu görub baxımsız qaldıqlarını bilmiş və Vidadidən xahiş etmişdir ki, erkək keçiləri aparıb özü baxsın. Fermada olan ana keçilər bir qədər kənarda otlamışlar və ana keçilərin sayı gözünə az dəysədə o, keçiləri saymadan Elşənə növbəti həftə gələcəyini bildirərək qayıdıb Bakı şəhərinə getmişdir. Səhəri gün Vidadi ona zəng vurub demişdir ki, 30 baş erkək keçini fermadan aparmışdır, sonradan isə 3 baş erkək keçini geri fermaya qaytarmışdır. 15 fevral 2020-ci il tarixdə o, İstisu qəsəbəsinə gələrkən 37 manat dəyərində ərzaq alıb gətirmiş, Elşənin özünə isə 100 manat pul vermişdir. Yenədə 9 baş sağılan ana camışlar tövlədə olmuşlar, sağılmayan 7 baş ana, 15 baş bala, 3 baş erkək, 4 baş düyə camışlar isə görməyib Elşəndən sağılmayan ana və cavan camışların harada olduqlarını soruşduqda demişdir ki, düyə və erkək camışları gətirib tövləyə salmışdır, səhər isə otlamaları üçün onları qamışlığa buraxmışdır. Həmin gün Alimə zəng vurmuş, Alim telefona cavab verdikdə ondan düyə və erkək camışların fermada olmadıqlarını, harada olduqlarını soruşduqda demişdir ki, Qusarçay tərəfdən fermaya gəlir, özü axtarıb camışları tapacaqdır. Vidadi ilə birlikdə ətraf əraziləri axtarsalarda Alimi görə bilməyib geri fermaya qayıtmışlar. Həmin gün keçilər otlaqda olduqlarına görə o, yenədə fermada olan keçiləri saymamışdır. Ancaq uzaqdan baxanda hiss etmişdir ki, keçilərin sayı azdır. Elşəndən keçilərin sayının az olduğunu soruşduqda isə demişdir ki, keçilərin sayını Həbib bilir. Həmin gün o, qayıdıb Bakı şəhərinə getmiş, 20 fevral 2020-ci il tarixdə isə şikayət ərizəsi ilə Xaçmaz RPŞ-nə və Xaçmaz rayon prokurorluğuna müraciət edərək İstisu qəsəbəsində olan fermadan 25 baş camışın və 100 başa yaxın keçinin aparılması barədə məlumat vermişdir. 03 mart 2020-ci il tarixdə 69 manat dəyərində ərzaq məhsulu alıb İstisu qəsəbəsinə fermaya gəlmiş, fermada Elşənin olduğunu görüb Alimin gəlib-gəlmədiyini soruşduqda demişdir ki, Alim gəlməmişdir, özü isə fermaya 100 manat dəyərində saman gətirib heyvanlara vermişdir. O, da çıxarıb Elşənə 100 manat pul vermişdir. 06 fevral 2020ci il tarixdən 04 mart 2020-ci ilədək o, fermaya 4 dəfə gəlmiş, fermaya gəldiyi günlərin ikisində Elşəni femada tək, iki gəlişində isə Elşənin atası Məhəmmədəlinin at arabası ilə fermada olduğunu görmüşdür. Hər gəlişində Elşəndən heyvanların harada olduqlarını soruşmuş, Elşəndə ona demişdir ki, onun heç nədən xəbəri yoxdur, heyvanların harada olduqlarını Həbib bilir. 2020-ci ilin fevral ayında fermada olduğu vaxtlar o, ancaq fermada 9 baş sağılan camışların olduqlarını görmüşdür. Elşəndən sağılmayan camışların harada olduqlarını soruşduqda isə demişdir ki, həmin camışlar gecə gəlmişlər, səhər isə o, onları açıb qamışlığa buraxmışdır. Elşənin fermada olduğu müddətdə o, özü, atası Məhəmmədəli və bacısı Aysel bir dəfədə olsun ona deməmişlər ki, Alim fermada olan heyvanları öz başına satır. Hətta bir neçə dəfə özü onlara demişdir ki, fermada olanları ona deməsələr özləridə məsuliyyət daşıyacaqlar. Ondan əlavə dostu Vidadidə Elşənə, Məhəmmədəliyə və Ayselə demişdir ki, Alim fermada olan heyvanları satsa ona bildirsinlər. 04 mart 2020-ci il tarixdə Alim fermya gəlmiş və onlar fermada olan camışları və keçiləri sayanda görmüşlər ki, fermada 7 baş ana, 6 baş bir illik bala camışlar, 97 baş ana keçi qalıb. Fermada 9 baş ana, 4 baş düyə, 3 baş erkək, 9 baş bala camışların, 76 baş keçinin, 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında doğulmuş 194 baş çəpişlərin, yəni bala keçilərin və 650 manata aldığı bir rəst atın əksik olduğunu görüb harada olduqlarını Alimdən soruşduqda demişdir ki, o, fermada olmayanda Elşənlə Həbib fermada olan heyvanları satmışlar, kimə satdıqlarını öyrənib ona bildirəcəkdir. O, fermada olan 7 baş ana, 6 baş bir illik bala camışları, 97 baş ana keçini və 17 baş yeni doğulmuş çəpişləri Alim təhvil vermiş və bununla bağlı yazdığı siyahının alt hissəsinə Alim özüdə imza etmişdir. Fermada olan heyvanları yenidən Alimə təhvi verməsinə səbəb Elşən, Məhəmmədəli və Aysel olmuşlar. Çünki onlar Alimin fermadan heyvan satdığını bilsələrdə ona bildirməmişlər və demişlər ki, Alim fermada olan heyvanlara yaxşı baxır. Bir müddət keçdikdən sonra demək olarkı hər gün Alim ona zəng vurmuş və hər zəngində də demişdir ki, Elşənlə Həbib əlbir olub fermada olan heyvanları satmışlar, o, özü müəyyənləşdirmişdir ki, Həbiblə Elşən 3 baş camışı Xaçmaz rayonu, Qusarçay kəndində yaşayan Nəriman adlı şəxsə satmışlar. Bir dəfə də Alim ona zəng vurub demişdir ki, Elşənin telefonunda ferma ilə bağlı məlumatlar var, Elşən mobil telefonunu ondan gizlədir, ancaq bir-iki gün ərzində Elşənin mobil telefonuna baxıb baş verənləri ona bildirəcəkdir. Növbəti günü Alim ona zəng vurmuş və o, telefona cavab verdikdə görmüşdür ki, Alim Elşənə qışqırır, Elşəndə ağlayaraq Alimə deyir ki, onu vurmasın, hər şeyi danışacaqdır. O, diqqətlə qulaq asanda Ayselin Alimə «bəsdir, Elşəni vurma, Elşən mənim qardaşımdır» deməsini eşitmişdir. Sakitçilik yarananda isə o, eşitmişdir ki, Elşən Alimə deyir ki, o, özu bir-iki dəfə keçi satmışdır, qalan keçiləri Həbib satmışdır. Bir qədər keçdikdən sonra Alim Elşənin mobil telefonunda olan səs yazılarını öz mobil telefonu vasitəsi ilə onun mobil telefonuna göndərmişdir. O, Alimin göndərdiyi səs yazısını dinləyəndə görmüşdür ki, Elşən Həbibə deyir ki, «maşınla gəlmişəm, sən haradasan», Həbibdə Elşənə beş mərtəbə tərəfdən fermaya gəldiyini deməklə cavab vermişdir. O, sonrakı səs yazısını dinləyəndə isə görmüşdür ki, Həbib Elşənə tunbaların yanında, yəni keçmiş konserv zavodunun təmizləyici qurğularının olduğu yerdə olduğunu, 6-7 baş ayırdığını, gəlib aparmasını bildirir. Bir dəfə də Alim ona zəng vurub demişdir ki, Aysel «Kasablankanın», yəni əvvəllər çimərlik geyimləri satılan mağazanın yanında dayanıb, Elşəndə bir baş keçini quçağında Asyel istiqamətində aparır. Alimin danışığından o, onun qaçdığını hiss etmişdir. Alim ona polisə zəng vurmasını bildirmiş, o, da zəng vurub bu barədə Xudat PB-nin əməliyyat müvəkkili Pənah müəllimə məlumat verərək demişdir ki, onun fermasında oğurluq var, ora polis əməkdaşlarından göndərin nə baş verdiyinə baxsınlar. İki-üç dəqiq keçdikdən sonra Pənah özü ona zəng vurub demişdir ki, Xudat PB-nin «Fiat» markalı avtomobili ilə xidmət aparan polis əməkdaşları onun fermasına yaxın yerdədirlər, indi onlar gedib onun fermasına baxarlar. Pənah müəllimlə danışdıqdan sonra Alim özü ona zəng vurub demişdir ki, polis əməkdaşları xidməti avtomobillə gəlmişlər. Sonra Alim ona demişdir ki, polislər Elşəni tutub keçini almışlar. Alimin mobil telefonu açıq olduğuna görə o, gələn səsdən də hiss etmişdir ki, polislər Elşəni avtomobilə mindirib aparmaq istəyirlər, Elşəndə getməmək üçün onlara yalvararaq qışqırır. Sonra o, gələn səslərdən eşitmişdir ki, Elşənin fermadan keçi aparması ilə bağlı Alim Ayseli vurur, Ayseldə ağlayaraq deyir ki, onu vurmasın. Həmin vaxt Alim Ayselə demişdir ki, «mənim təsərrüfatımı niyə dağıtdınız, siz məni zəlil etdiniz». Ayseldə qardaşı Elşəni söyərək demişdir ki, qardaşı Elşən narkomandır, cinayət edibsə gedib cəzasını çəksin. Alimlə danışarkən o, qeyd etdiyi sözləri çox aydın eşitmişdir. Sonra Alim ona zəng vurub demişdir ki, Aysel qaçıb atası evinə getmişdir. Bir qədər keçdikdən sonra Pənah müəllimdə ona zəng vurub demişdir ki, polis nəfərləri Elşəni saxlayıb keçi almaq istəyən Rusiya qeydiyyat nömrə nişanlı avtomobilin sürcüsü ilə birlikdə Xudat PB-nə gətirirlər. Səhəri gün Alim ona zəng vurub demişdir ki, Elşəni bölmədə saxlamayıb evə buraxmışlar. 11 mart 2020-ci il tarixdə o, fermaya gəlib Alimlə görüşmüş və onlar bir yerdə otlaq sahəsinə gedib heyvanlara baxmışlar. Axşam heyvanlar fermaya gələndə o, saymış və görmüşdür ki, 04 mart 2020-ci il tarixdə Alimə təhvil verdiyi camışlar və keçilər yerindədirlər. O, Alimə 20 manat pul verib Bakı şəhərinə getmiş, sonrakı günlərdə fermaya gəlməmiş və 16 aprel 2020-ci il tarixdə dostu Vidadi ilə fermaya gəlib heyvanları saymış, yenədə fermada olan heyvanlar yerində olmuşlar və o, Alimə 100 manat pul verib Bakı şəhərinə getmişdir. 21 aprel 2020-ci il tarixdə o, fermaya gəlib keçiləri sayanda görmüşdür ki, 7 baş ana keçi əksikdir. Alimdən 7 baş ana keçinin harada olduğunu soruşduqda demişdir ki, ola bilsin ki, kənd sakinlərinin heyvanlarına qarışmışdır, səhər tapıb gətirəcəkdir. Səhəri gün Alim ona zəng vurub 7 baş ana keçini tapdığını bildirmiş, o, da Vidadidən xahiş etmişdir ki, gedib fermada olan heyvanları saysın. Bir qədər keçdikdən sonra Vidadi özü zəng vurub ona demişdir ki, fermaya gedib keçiləri saymışdır, 97 baş ana keçi və 17 baş çəpişlər yerindədirlər. Pandemiya ilə əlaqədar o, Xaçmaz rayonuna gələ bilməmiş və demək olarkı hər gün Alimə zəng vurub danışmış, Alimdə ona heyvanların yerində olduğunu bildirmişdir. 2020-ci ilin may ayının axırları olardı Vidadi ona zəng vurub demişdir ki, yaxınlıqda olan kafenin sahibi ona zəng vurub demişdir ki, 4-5 gün olarkı Alim fermada yoxdur, 5-6 camış sahibsiz qamışlıqda qalıb. O, Vidadiyə zəng vurub xahiş etmişdir ki, fermaya gedib Alimin harada olub-olmadığını öyrənsin. Bir müddət keçdikdən sonra Vidadi ona zəng vurub demişdir ki, axtarsada Alimi və fermada olan keçiləri tapa bilməmişdir, fermada isə 5 baş ana və 3 baş bala camışlar qalmışdır, fermada olan camışlara baxmağı müvəqqəti olaraq İstisu qəsəbəsində yaşayan Cəlalın nəvəsinə tapşırmışdır. İki gün keçdikdən sonra o, İstisu qəsəbəsinə gəlmiş və gedib fermaya baxanda görmüşdür ki, Vidadinin dediyi kimi fermada 5 baş ana və 3 baş bir illik camışlar qalmışlar. O, da fermada qalmış camışları 14000 manata Nabran kəndində yaşayan İsmət adlı şəxsə satmışdır. Sonrakı günlərdə o, nə qədər zəng etsədə Alim onun etdiyi zənglərə cavab verməmiş, bir müddət keçdikdən sonra Alim istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona mesaj göndərərək onun fermasında olan bir başa ana və bir baş bala camışı tanışı Ceyhuna verdiyini, bir baş qarnı balalı ana və iki baş bala camışları, 25 baş keçini Bəhruz adlı şəxsə satdığını, 25 baş keçini Müslüm adlı şəxsə, 13 baş keçini İmran adlı şəxsə, 4 baş keçini Cəlal adlı şəxsə, 4 baş keçini Safalı adlı şəxsə, 6 baş keçini Ramin adlı şəxsə verdiyni, Ayselin isə 7 baş keçini və bir baş erkək camışı Rəşada verdiyini göstərmişdir. Sonra o, Ceyhuna zəng vurub Alimin ona camış veribvermədiyini soruşmuş, Ceyhunda ona demişdir ki, Alim ona bir baş ana və bir başa bala camış verib saxlamasını, sonra gəlib aparacağını demişdir. Ceyhuna həmin camışın ona məxsus olduğunu bildirdikdə o, ondan həmin camışı satmaq istəyib-istəmədiyini soruşmuş, o, da ona satmaq istədiyini bildirmiş, sonra Ceyhun gəlib onunla görüşərək Alimin ona verdiyi ana və bala camışla bağlı ona ümumilikdə 2000 manat pul vermişdir. Sonradan istintaq müddətində Müslümdən 8 baş, İmrandan 10 baş, Safalıdan 3 baş, Ramindən 3 baş, Cəlaldan 2 baş olmaqla ümumilikdə 26 baş keçi alınıb ona qaytarılmış, Alimin bacısı tərəfindən isə dəymiş ziyanla bağlı ayrı-ayrı vaxtlarda ona 6200 manat pul ödənilmişdir. O, Alimə 17 baş ana, 17 baş bala, 3 baş erkək, 4 baş düyə camışlar, 109 baş ana, 102 baş oğlaq, 5 baş erkək keçi vermişdir. Sonrakı aylarda Alim ona demişdir ki, fermada saxladığı ona məxsus bir baş ana, 2 baş bala camışlar, 3 baş ana, 2 baş oğlaq ölmüşdür, 2 baş erkək və 6 baş oğlağı özü kəsmişdir, 3 baş oğlağı isə onun tanışlarına vermişdir. Fermada 16 baş ana, 15 bala, 3 baş erkək, 4 baş düyə camışlar, 106 baş ana, 92 baş oğlaq, 3 baş erkək keçilər qalmışdır. 2020-ci ilin fevral ayının əvvəllərində Vidadi gəlib fermadan 27 baş oğlaq aparmışdır, fermada 65 baş oğlaq qalmışdır. 20 fevral 2020ci il tarixdə o, gəlib fermada olan heyvanlara baxmışdır və təxmini olaraq 100 baş keçinin, 200 başa yaxın yeni doğulmuş çəpişin, 9 baş ana, 9 baş bala, 4 baş düyə, 3 baş erkək camışların və 4 baş yeni doğulmuş bala camışların olmadıqlarını görüb bu barədə ərizə ilə Xaçmaz RPŞ-nin Xudat PB-nə və Xaçmaz rayon prokurorluğuna müraciət etmişdir. Həmin vaxt o, Xudat PB-də izahat verərkən dəymiş ziyanın təxmini olaraq 50-55 min manat olduğunu fikirləşmiş və izahatında da ona 50-55 min manat maddi ziyan dəyməsini göstərmişdir. Xudat PB-də və Xaçmaz rayon prokurorluğunda izahat verərkən heyvanların sayı və dəymiş maddi ziyanla bağlı göstərdiyi rəqəmlər təxmini idi. Məqsədi təsərrüfatında baş verən hadisələri hüquq mühafizə orqanlarının diqqətinə çatdırmaq olmuşdur. Şikayət etdiyi vaxtdan sonra, yəni 04 mart 2020-ci il tarixdən sonra sayıb Alimə təhvil verdiyi 2 başa ana, 3 baş bala camışları, 97 baş keçini və 17 baş yeni doğulmuş keçiləri Aysellə birlikdə satıb pulunu ələ keçirmişlər. Heyvanları Alimə təhvil verdiyi vaxtdan 2020-ci ilin fevral ayının əvvəllərinədək ona məxsus hər biri 120 manat dəyərində 76 baş keçi, hər biri 40 manat dəyərində 194 baş yeni doğulmuş bala keçilər, hər biri 2500 manat dəyərində 9 baş ana, hər biri 1500 manat dəyərində 9 baş bala, hər biri 2000 manat dəyərində 4 baş düyə, hər biri 2000 manat dəyərində 3 baş erkək camışlar Alim, Həbib, Elşən, Aysel, Məhəmmədəli tərəfindən satılaraq pulu ələ keçirilmişdir. Göstərdiyi sayda heyvanların satılaraq pulunun ələ keçirilməsi ilə bağlı ona ümumilikdə 66880 manat maddi ziyan dəymişdir. 04 mart 2020-ci il tarixdə isə o, Alimə 7 baş ana, 6 başa bala camışlar, 97 baş ana və 17 baş yeni doğulmuş keçi təhvil vermişdir. Həmin heyvanlardan da 2 baş ana camışı, 3 baş bala camışı, 4 baş yeni doğulmuş bala camışı, 94 baş ana keçini, 17 baş yeni doğulmuş keçini, 3 baş hələb keçisi adı ilə tanınan erkək keçiləri Alim Aysellə birlikdə sataraq pulunu ələ keçirmişlər. Bir baş keçinin 120 manat, bir baş yeni doğulmuş keçinin 40 manat, bir baş hələb keçisi adı ilə tanın erkək keçinin 660 manat, bir baş ana camışın 2500 manat, bir baş bala camışın 1500 manat, bir baş yeni doğulmuş bala camışın 500 manat dəyərində olmasını nəzərə alsaq 04 mart 2020-ci ildən sonra Alimlə Aysel ona ümumilikdə 25440 manat maddi ziyan vurmuşlar. Sondan Aysel ona demişdir ki, Alim fermaya göndərdiyi yemi və dəmirləri Müslüm adlı şəxsə satmışdır. O, bu barədə Alimdən soruşduqda o, da ona yemi və dəmirləri Məhəmmədəlinin apardığını bildirmişdir. Fermada saxladığı ana camışların və ana keçilərin hamısı eyni cinsdən olmaqla təxmini olaraq eyni yaşda və eyni çəkidə olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs yaxın dostudur. Zərərçəkmiş şəxs təklifi ilə onlar bir yerdə Nabran kəndində yerləşən təsərüfata gedərək orada olan malları saymışlar. Yadında qalmayıb 94 və ya 98 keçi saydılar və 13 baş çamış saymışlar. Camışların 7 ana idi 6 bala itdi. Şahid9 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Sabir küçəsi, ev 9-da yaşayır. X23 şəhərində yerləşən hərbi şəhərciyinin komendantı işləyir. O, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs təxminən 5 il, Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan Təqsirləndirilən şəxs isə təxminən 4 il olarkı tanıyır. Dəqiq tarixi xatırlamır, təxminən 5 il əvvəl mobil telefonuna zəng gəlmiş və o, mobil telefona cavab verdikdə danışan şəxs adının Etibar olduğunu bildirərək onunla görüşmək istədiyini bildirmiş, o, Xudat şəhərinə gedib Etibarla görüşmüşdür. Etibarın deməsinə görə o, onun mobil telefon nömrəsini tanışlarından öyrənmişdir. Ancaq Etibar onun mobil telefon nömrəsini kimdən öyrənməsini deməmişdir. Həmin vaxtdan sonra onun Etibarla münasibəti yaranmış və onlar dostluq etməyə başlamışlar. Etibar ayda bir dəfə Xudat şəhərinə gəlib onunla görüşmüşdür. 2016cı ilin aprel və ya may ayı olardı Etibar Xudat şəhərinə gəlib onunla görüşərkən demişdir ki, camışçılıq təsərrüfatı yaratmışdır, onun aldığı camışlara Mahir adlı çobanla xalası oğlu Bəhruz baxırlar, heyvanlarını saxlaması üçün yer axtarır. O, da Etibara demişdir ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində onun özünə aid yer olmuş, o, həmin yeri başqa bir şəxsə satmış, həmin şəxsi isə 10 il olarkı görmür, satdığı yer qamışlıqdır, müvəqqəti olaraq camışlarını həmin yerdə saxlasın, sonra başqa yer tapanda aparar. Etibar onunla gedib İstisu qəsəbəsi ərazisində olan həmin yerə baxmış, səhəri gün isə camışlarını və bir neçə baş inəyini gətirib həmin ərazidə düzəltdirdiyi yerlərə bağlamışdır. Etibarın camışları bir aya yaxın həmin yerdə qalmış, sonra isə o, camışlarını və inəklərini İstisu qəsəbəsi ərazisində Xəzər dənizinin kənarına aparmışdır. İki-üç ay Etibara məxsus camışlar və inəklər Xəzər dənizinin kənarında olan qamışlıqda saxlanılmış, sonra isə onlar camışları və inəkləri İstisu qəsəbəsi ərazisində olan fermaya gətirmişlər. 2017-ci ilin əvvəlləri olardı o, Xudat şəhərində Etibarla görüşüb İtsisu qəsəbəsi ərazisində olan fermaya getmişdir. Həmin vaxt fermada camışlar, iki baş inək və bir baş düyə olmuşdur. Sonra eşitmişdir ki, inəklərdən birini ilan çaldığı üçün ölmüşdür. Bir müddət keçdikdən sonra Etibar Xudat şəhərinə gəlib onunla görüşərkən demişdir ki, Vüqar adlı sinif yoldaşınıda fermaya gətirmişdir, Vüqar fermada qalıb Alimə köməklik edəcəkdir. O, Etibarla birlikdə fermaya gələndə Alimlə Vüqarı bir yerdə fermada görmüşdür. Onlar bir qədər fermada olmuşlar, sonra isə fermadan çıxıb getmişlər. Bir müddət keçdikdən sonra isə o, eşitmişdir ki, Alim ailəsinidə götürüb fermadan getmişdir, fermada Vüqar özü tək qalmışdır. Sonrakı günlərdə Etibarın camışlarını Saray qəsəbəsinə aparmasını eşitsədə bu barədə maraqlanmamışdır. Dəqiq tarixi xatırlamır, 2019-cu ilin əvvəllərində Etibar ona zəng vurub harada olduğunu soruşmuş, o, da ona işdə olduğunu bildirmişdir. Etibar onunla görüşmək istədiyini bildirmiş və o, Xudat şəhərində Etibarla görüşərək onunla İstisu qəsəbəsi ərazisində olan fermaya getmişdir. İstisu qəsəbəsində olarkən Etibar Alimə zəng vurub harada olduğunu soruşmuş, Alimdə meşənin kənarında heyvanları otardığını bildirmişdir. Onlar həmin yerə gedəndə Alimin orada olduğunu görmüşlər və Etibar avtomobilində olan əti götürüb manqal yandıraraq kabab çəkmiş və o, Etibar, Alim orada yeyib-içmişlər. Həmin vaxt o, bilmişdir ki, Etibar camışlarını yenədə İstisu qəsəbəsi ərazisində olan fermaya gətirmişdir. Sonrakı aylarda da Etibar İstisu qəsəbəsinə gəlib fermasına baxmış və hər gəlişində də onunla görüşmüşdür. Həmin ərəfədə Etibarın İstisu qəsəbəsi ərazisində olan fermada hansı sayda camış saxladığını bilməmiş, Etibar özüdə bu barədə ona heç bir söz deməmişdir. Ancaq özü fermaya gedəndə orada ana-bala bir yerdə 30 başa yaxın camış görmüşdür. Elə vaxtlarda olmuşdur ki, Etibara məxsus fermaya gedəndə ölmüş bala camışlar görüb Alimə demişdir ki, ölmüş camışların şəkillərini çəkib Etibara göndərsin. 2019-cu ilin iyul ayının axırları və ya avqust ayının əvvəlləri olardı Etibar Xudat şəhərinə gəlib onunla görüşərkən demişdir ki, keçi alıb İstisu qəsəbəsi ərazisində olan fermasına gətirmişdir. Ancaq Etibar hansı sayda keçi alıb gətirməsini ona deməmiş və onlar birlikdə fermaya gedib baxanda görmüşdür ki, fermada xeyli sayda ana və bala keçilər var. Yenədə o, bir qədər fermada olmuş, sonra isə qayıdıb iş yerinə getmişdir. Sonrakı aylarda aradabir Etibar ona zəng vurub xahiş etmişdir ki, fermaya gedib onun heyvanlarına baxsın. O, da fermaya gedib Etibarın heyvanlarına baxmışdır. 2019-cu ilin sentyabr ayının əvvəllərində İstisu qəsəbəsi ərazisində olan Etibara məxsus fermaya gedib baxarkən görmüşdür ki, Xudat şəhərində yaşayan tanıdığı Məhəmmədəlinin qızı Aysel fermadadır. Həmin vaxt Alim ona demişdir ki, Aysel fermada olan camışları və keçiləri sağır və onunla birlikdə fermada qalır. O, Alimə başqa heç bir söz demədən oradan çıxıb getmişdir. Sonrakı müddətdə o, yenədə İstisu qəsəbəsi ərazisində olan fermaya gedib Etibara məxsus heyvanlara baxmışdır. Ancaq o, heç vaxt Etibara məxsus camışları və keçiləri saymamış və həmin ərəfədə fermada olan camışların və keçilərin dəqiq sayını bilməmişdir. 2019-cu ilin payız ayları olardı İstisu qəsəbəsinə gedib fermaya baxanda görmüşdür ki, orada olan vaqonun içərisində 4-5 baş ölmüş çəpişlərin cəsədləri var. Həmin vaxt Alim ona demişdir ki, çəpişlər ölürlər, o, çəpişlərin ölüm səbəbini bilmir. O, da Alimə demişdir ki, özü ölmüş çəpiş cəsədlərinin şəkillərini çəkib Etibara göndərsin. 2019-cu ilin sonlarında və 2020-ci ilin yanvar ayının əvvəllərində Etibar şəxsi işləri ilə bağlı demək olarkı İstisu qəsəbəsində olan fermasına gəlməyib ondan xahiş etmişdir ki, gedib onun fermasına baxsın. Hətta bir dəfə Alim ona zəng vurub demişdir ki, ana camışlardan birini maşın vurmuşdur, o, həmin camışı kəsib kolbasa sexinə vermək istəyir. O, da Alimə demişdir ki, bu barədə ona heç bir söz deyə bilməz, özü zəng vurub Etibarla danışsın. 2019-cu ilin dekabr ayı olardı o, gedib Etibara məxsus fermaya baxarkən orada tanımadığı bir oğlanı görüb Alimdən onun kim olduğunu soruşduqda demişdir ki, fermada olan oğlanın adı Həbibdir, Həbib onun qohumudur, fermada qalıb ona köməklik göstərəcəkdir. O, Həbibin fermada olması ilə bağlı Alimə heç bir söz demədən oradan çıxıb getmişdir. 2020-ci ilin yanvar ayının ortalarında o, oğlu üçün Xudat şəhərində toy məclisi keçirmişdir və Etibarıda həmin məclisə dəvət etmişdir. Toy günü Etibar Alimlə birlikdə məclisin keçirildiyi şadlıq sarayına gələndə o, görmüşdür ki, Etibar bir baş çəpiş kəsdirərək özü ilə gətirib. Etibarla Alim məclisdə iştirak etdikdən sonra çıxıb getmişlər, o, isə Etibarın gətirdiyi çəpişin ətini qonaqlar üçün bişirtdirmişdir. Qonaqlar çəpişin ətini yedikdən sonra xoşlarına gəldiyini bildirmişlər və səhəri gün o, Etibara zəng vurub ondan ona bir baş çəpiş satmasını xahiş etmiş, Etibarda ona demişdir ki, fermaya gedib iki baş çəpiş götürər, həmin çəpişlərdən birini ona pay olaraq verir, digər bir baş çəpişlə bağlı isə Alimə 100 manat pul verər. O, fermaya gedib bu barədə Alimə bildirmiş, Alim də zəng vurub Etibarla danışdıqdan sonra gətirib ona iki baş çəpiş vermiş, o, da Alimə 100 manat pul verərək çəpişləri aparıb getmişdir. Alimin ona verdiyi erkək çəpişlərin hər birinin diri çəkiləri təxminən 20 kq olardı. Toydan iki-üç keçdikdən sonra Etibar Xudat şəhərinə gəlib onunla görüşmüş və onlar birlikdə İstisu qəsəbəsinə gedib fermada olan keçiləri saymışlar. Həmin vaxt fermada anabala bir yerdə 115 baş keçinin olduğunu görmüşdür. Etibar Alimdən keçilərin qalan hissəsinin harada olduğunu soruşduqda Alim əvvəlcə Etibara cavab verə bilməmiş, sonradan isə demişdir ki, ola bilsin ki, keçilərin qalan hissəsi kənd sakinlərinin keçilərinə qarışıb. Etibar camışların harada olduğunu soruşmuş, Alimdə camışların qamışlıqda olduğunu bildirmiş və onlar camışları saymadan çıxıb getmişlər. Bir neçə gün keçdikdən sonra o, Etibara məxsus fermaya gələndə görmüşdür ki, Alim fermada yoxdur, Elşənlə Bayram isə fermanın girişində dayanıb söhbət edirlər. Elşəndən Alimin harada olduğunu soruşmuş, Elşəndə ona demişdir ki, Alim onu fermada qoyaraq bacısı Aysellə birlikdə Ağsu rayonuna getmişdir. Sonra o, Bayramdan fermada nə axtardığını soruşmuş, sonuncu ona Alimi axtardığını, Alimin ona pul borcu olduğunu, pulunu almaq üçün gəldiyini bildirdikdə Bayrama demişdir ki, bu ferma Alimin deyil, Alim fermada çoban işləyir, fermada olan heyvanlar Etibara məxsusdur, birdən pul əvəzin fermada olan heyvanlardan aparar, belə bir iş görməsin. Bayram gedəndən sonra o, Elşəndən camışların harada olduğunu soruşmuş, Elşəndə ona demişdir ki, camışların bir hissəsi tövlədədir, bir hissəsi isə qamışlıqdadır. O, gedib tövləyə baxanda görmüşdür ki, tövlədə 7 baş ana və 6 baş bala camışlar var. Sonra o, Elşənlə gedib çəpişlərə baxmış və görmüşdür ki, fermada olan çəpişlər baxımsızlıqdan çox pis vəziyyətdədirlər, bəziləri isə ölmüşlər. O, zəng vurub Etibara demişdir ki, fermada olan çəpişlər baxımsızlıqdan çox arıqlamışlar, bunların hamısı öləcəklər. Etibarda ona demişdir ki, imkan varsa çəpişləri ölməyə qoymasın, aparıb özü saxlasın. O, çıxıb getmiş və səhəri gün «Qazel» markalı avtomobillə fermaya gedib 30 baş çəpişi Elşənlə birlikdə avtomobilin yük yerinə yığaraq özünə məxsus tövləyə gətirmiş, sonrakı günlərdə 5-6 baş çəpiş ölmüş, qalan hissəsini isə o, saxlayıb sağaltmışdır. Apardığı keçilər isə yeni doğulmuş çəpişlər olmamışlar. Həmin vaxtdan sonra o, Alimi görməmiş, fermada qalmış heyvanlara isə Elşən baxmışdır. 2020-ci ilin mart ayında Alim qayıdıb İstisu qəsəbəsinə gəlmiş və Etibar fermada qalmış heyvanlarını yenidən saxlaması üçün Alimə təhvil vermişdir. Sonrakı müddətdə fermada olan heyvanlara Alimlə Aysel baxmışlar. 2020-ci ilin aprel ayında Etibar ona zəng vurub demişdir ki, gedib fermada olan keçiləri saysın. O, gedib fermada olan keçiləri sayanda görmüşdür ki, fermada 97 baş ana keçi və 17 baş çəpişlər var. Sonradan o, bilmişdir ki, Alim fermada olan keçiləri ayrı-ayrı şəxslərə satmışdır. Etibar bununla bağlı şikayət etmiş və araşdırma zamanı ayrı-ayrı şəxslərdən yığılmış 26 baş keçiləri Etibar gətirib saxlaması üçün ona vermişdir. Etibara məxsus həmin keçilərə indi də o, baxır. 2019-cu ilin dekabr ayında və 2020-ci ilin yanvar ayında fermada neçə baş yeni doğulmuş çəpiş olmasını o, xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirdi ki,o 25 il hərbidə olub. Təqsirləndirilən şəxs Alim Pirverdiyev onun əsgəri olub yanında xidmət edib və yaxşı əsgərlərdəndə biri olub.Azərbaycanın paradında iştirak edən əsgərlərdən biri olub. O sonradan eşidib ki, Alim burda çobanlıq edir. O, bundan sonra onlara dəstək olub Etibar müəllimlə birlikdə. O, həmin dövrlərdə bilməyib onlarda mal ölüb ya qalıb. O, oradan bir heyvan almışdır. Alim onun yaşadığı kəndə demişdir ki, bir heyvanı təzə balalıyıb qalıb orda, ailəsi ilə problemi olduğu üçün yaşadığı Ağsu rayonuna getmək istəyir, fermada balası olan bir baş camış var, həmin camışı qoyub getsə baxan olmayacaq, o da razılaşmış və camışı balası ilə yaşadığı Rəhimli kəndinə gətirib onun tövləsinə bağlamışdır. Camışı gətirib tövləyə bağladığından bir həftə sonra gələn olmadığını görüb Etibar müəllimlə bu barədə danışmış və bildirmişdir ki, «mənim həyətimdə heyvan var mən bu heyvanı nə vaxta kimi saxlayacam?». Şahid11 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Şabran rayonu, Rəhimli kəndində yaşayır. O, 1992-ci ildən 2016-cı ilin əvvəllərinədək Beyləqan rayonu ərazisində olan hərbi hissədə gizir rütbəsində hərbi xidmətdə olmuşdur. O, Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan Təqsirləndirilən şəxs 2007-ci ildən, Zərərçəkmiş şəxs isə 2019-cu ilin aprel ayından tanıyır. Alim xidmət apardığı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2019-cu ilin aprel ayının axırlarında o, bilmişdir ki, Alim Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində olan fermada işləyir. O, İstisu qəsəbəsi ərazisində olan fermaya gedib Alimlə görüşmüş və həmin vaxt orada Etibarla görüşüb söhbət edərkən bilmişdir ki, Alimin işlədiyi ferma Etibara məxsusdur. Həmin vaxtdan sonra onun Etibarlada tanışlığı yaranmışdır. 2019-cu ilin aprel ayında o, Alimin işlədiyi fermada olarkən orada ancaq camışlar olduğunu görmüşdür. Saymadığına görə fermada nə qədər camış olmasını dəqiq bilməmişdir. Dəqiq tarixi xatırlamır, 2019-cu ilin iyul ayında Alimin işlədiyi fermada olarkən görmüşdür ki, Etibarla Alim yük avtomobili ilə fermaya müxtəlif çəkilərdə olan ana keçilər və çəpişlər gətirmişlər. O, keçilərin və çəpişlərin sayını bilməmiş və Etibarla Alimdən keçiləri və çəpişləri haradan və ya kimdən neçəyə aldıqlarını soruşmamışdır. Həmin ərəfələrdə Alim fermada arvadı ilə birlikdə işləmiş və onlar fermanın ərazisində olan otaqda qalmışlar. Bir müddət keçdikdən sonra fermaya gedəndə görmüşdür ki, Alimin arvadı orada yoxdur və Alim fermada Aysel adlı qızla qalır. Alimdən arvadının harada olduğunu və yanında olan Ayselin kim olduğunu soruşduqda demişdir ki, arvadından ayrılmışdır, indi qeyri-rəsmi olaraq Aysellə yaşayır. O, Alimə iradlarını bildirərək fermadan çıxıb getmişdir. Sonrakı aylarda nə qədər cəhd etsədə Alimlə arvadını barışdıra bilməmişdir. 2020-ci ilin may ayının sonları olardı Alim ona zəng vurub demişdir ki, arvadı ilə aralarında aliment məsələsi yaranmışdır, Ağsu rayonuna getmək istəyir, fermada balası olan bir baş camış var, həmin camışı qoyub getsə baxan olmyacaq, bala camış ölə bilər, gətirib Şabran rayonu, Rəhimli kəndində olan ona məxsus tövləyə qoysun, bir neçə gün o, həmin camışa baxsın, gəlib aparacaqdır. O, Alimlə razlaşmış və həmin gün Alim yanında balası olan bir baş camışı Rəhimli kəndinə gətirib onun tövləsinə bağlamışdır. Alim iki-üç gün ərzində gəlib camışı aparacağını desədə qayıdıb gəlməmiş və o, İstisu qəsəbəsinə gəlib fermada Etibarla görüşərək ona demişdir ki, Alim yanında balası olan bir baş camışı Şabran rayonu, Rəhimli kəndinə gətirib onun tövləsinə bağlayaraq demişdir ki, Ağsu rayonuna gedir, iki-üç gün ərzində gəlib aparacaqdır, ancaq bir həftəyə yaxın vaxt keçib, Alim gəlib camışı aparmır. Etibarda ona demişdir ki, fermada 5 baş ana, 3 baş bala camış qalmışdır, qalan camışlar və keçilər yoxdur, Alimidə tapa bilmir ki, bu barədə ondan soruşsun. Sonra Etibar ona demişdir ki, camışla balası onda qalsın sonradan gəlib özü aparar. Təxminən 5-6 gün keçdikdən sonra Etibarla görüşərkən sonuncu ona demişdir ki, «Maralgöl» istirahət mərkəzinin müdiri ilə görüşüb razılaşaraq fermada qalmış ana və bala camışları ona satır. O, da Etibara demişdir ki, əgər camışlarını və balalarını satırsa onda tövləsində olan camışla balasını onun özünə satsın. Etibar etiraz etməmiş və o, Etibara 2000 manat pul verib tövləsində olan ana camışla balasını almışdır. Həmin camışı hal-hazırda da o, Şabran rayonu, Rəhimli kəndində olan tövləsində saxlayır. Bildiyinə görə Etibardan aldığı camış 5 bala vermişdir. Ancaq o, aldığı camışın diri çəkisini dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs olan Alim Pirverdiyevi tanıyır. Alim onun yaşadığı kəndi mal-heyvan otarırdı. Alim ona məxsus olan torpaq sahəsinə camışları salıb otarmış və orada onun əkdiyi gələmləri yediyi üçün Alimlə razılaşaraq 3-4 baş çəpiş almışdır ondan. Etibar müəllimi əvvəllər tanımamış onunla sonradan tanış olmuşdur. Şahid X13 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, İstisu qəsəbəsində yaşayır. O, Alim Pirverdiyevi təxminən 2 ilə yaxındır ki, tanımışdır. Onunla aralarında heç bir ədavət və qərəzli münasibəti yoxdur. Alim Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində mal-qara saxlamış, sonradan Alim Pirverdiyev təsərrüfatında saxladığı iri buynuzlu heyvanlarını onun bağ sahəsinə buraxdığı üçün onunla aralarında mübahisə baş vermişdir. Hətta ondan başqa biri neçə kənd sakini də ondan narazıçılıq etmişlər. Bundan sonra o, şəxsən özü sonradan adının Etibar olduğunu bildiyi şəxsin telefon nömrəsini tapıb təsərrüfatın sahibi kimi ona bununla bağlı şikayət etmiş, Etibarda ona kobud cavab verərək onun çoban olmadığını, bununla bağlı çobanı Təqsirləndirilən şəxs iradını bildirməsini demişdir. O, Təqsirləndirilən şəxs yanına gəlib demişdir ki, kənd sakinləri adından ondan şikayət edəcəkdir. Alimdə ondan xahiş etmişdir ki, o, şikayət etməsin, ona dəyən ziyanı ödəyəcəkdir. Sonradan Alimlə təxminən mart ayının ortalarında İstisu qəsəbəsində görüşəndə sonuncu ona demişdir ki, pulu yoxdur, təsərrüfatında olan keçilərdən 3 başını onun üçün ayırıb gəlib aparsın. O, da bir neçə gün sonra Alimin mal-qara saxladığı yerə gəlmiş və Alimin özünün ayırıb verdiyi üç baş keçini götürüb həyətinə gətirmişdir. Sonradan Alimin kənd ərazisində bir neçə nəfərə keçi satdığını eşitdiyi üçün ondan yenə də keçi almaq istəmiş, lakin sonradan fikirindən daşınıb ondan keçi almamışdır. Halhazırda təsərrüfatında Alimin verdiyi 3 baş keçi var və könüllü olaraq həmin keçiləri qaytara bilər. Alim iri buynuzlu heyvanlarını, yəni camışları onun bağ sahəsinə salıb otaranda qələmləri məhv etməklə ona təxminən 250-300 manatlıq ziyan vurmuşdur. O, həmin ziyanı aktlaşdırmamışdır. Ona görə də Alim ona 3 baş keçi verdiyi üçün onunla razılaşmışdır. Alimin İstisu qəsəbə sakinləri Müslüm və İmran adlı şəxslərə dəqiq olaraq keçi satmasını bilsə də onun bir neçə başqa kənd sakinlərinə də keçi satdığını eşitmişdir. Amma keçiləri həmin şəxslərə hansı qiymətlərə satmasından dəqiq məlumatı yoxdur. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı ifadə verərək göstərmişdir ki, o, Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olsa da ailəsi ilə birlikdə Xaçmaz şəhəri, H.ünvan 1 ünvanında yaşayır. Onun adı Bəhruz olsada hamı onu Qoçu adı ilə çağırır. O, özünə məxsus Vaz-21012 markalı H825EP05 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Alim Pirverdiyevi təxminən 2019-cu ilin avqust ayından tanımışdır. Belə ki, Xaçmaz rayonu, İstisu qəsəbəsində keçi almaq istəyərkən Alimi ona tanıtmışlar və birinci dəfə ondan 50 manata bir baş keçi almışdır. Sonradan Alimlə tanış olmuş və sonuncu keçi lazım olsa ona müraciət etməsini demişdir. Təxminən 4 gün sonra yenə də ondan 40 manat müqabilində bir baş keçi almışdır. Beləliklə aralarında yaxın münasibət yaranmışdır. Sonra da Alim ondan 400 manat pul istəyərək demişdir ki, aliment borcunu ödəyəcək və həmin pulun əvəzində ona bir baş camış verəcək. O, da ona 400 manat pul vermişdir. Bir neçə müddət sonra o, Alimdən xəbər tuta bilmədiyi üçün onun yaşadığı təsərrüfata getmişdir. Bir qadın çıxıb Alimin evdə olmadığını demiş, bir neçə gün sonra yenədə qayıdıb Alimin olduğu təsərrüfata getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Alim onun gəldiyini bilən kimi pəncərədən atlanıb qaçır. Təxminən bir həftə sonra yenidən Alimin olduğu təsərrüfata gedib onunla görüşmüş və sonuncu borcunun əvəzinə ona 5 baş keçi vermişdir. Sonra da ona demişdir ki, 400 manat da versə bir baş da balalı camış verəcək. Həqiqətən də bir neçə gün sonra səhər tezdən Alim ona zəng edib harada olduğunu soruşmuş, o, Xaçmaz şəhərində olduğunu bildirdikdə Alim onun üçün camış gətirdiyini demişdir. Alimlə Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində görüşəndə sonuncu tanımadığı Qazel markalı avtomobillə onun üçün bir baş iki balası olan camış gətirdiyini bildirmişdir. Alim camışı avtomobildən düşürəndən sonra çıxıb getmişdir. O, camışı balaları ilə birlikdə Armudpadar kəndində yaşayan Fariz adlı dostunun təsərrüfatına buraxmışdır. Alimə də demişdir ki, görüşüb pulu ona verəcəkdir. Sonrada Nabran kəndinə gedəndə bir dəfə Alimə 100 manat pul vermişdir. O, pul verəndə Alim demişdir ki, 200 manat da verər, hesabı bağlayarlar. Sonra da bir neçə dəfə Alim ona zəng edib qalan pulu istəmiş, o, da Alimə telefonla danışanda camışın xəndəyə düşüb öldüyünü demiş və şəkillərini çəkib ona göndərmişdir. Ona görə də Alimə demişdir ki, onu tələsdirməsin. Sonra Alimin yanına gedib ona demişdir ki, hal-hazırda pulu yoxdur, onu tələsdirməsin, bir aya kimi pulunu ödəyəcəkdir. Alimdə onunla razılaşmışdır. Həmin vaxtdan sonra Alimi görməmişdir. Çünki bir dəfə Alimə zəng etmiş, sonuncuda ona demişdir ki, Bakı şəhərindədir gələndə özü ona zəng edib xəbər verəcəkdir. O, Alimdən keçiləri özü üçün pulla almışdır və aldığı keçilərin hamısını kəsib ətini yemişdir. Alimdən aldığı camışı isə Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan dostu Farizə vermişdir ki, saxlasın. Lakin bir neçə gün sonra Fariz onu çağırıb camışın xəndəyə düşdüyünü və boynu qırılaraq öldüyünü demişdir. O, da gedib özü ölən camışın şəkillərini çəkib Alimə göndərmişdir. Balalardan biri də sonradan ölmüş, bir baş sağ qalan camış balası isə Arzu kəndindəki evin həyətindədir. O, Alimdən aldığı heyvanların başqa kiməsə məxsus olmasını bilməmişdir. Alimin aliment ödədiyi üçün həmin heyvanları ucuz qiymətə satdığını fikirləşmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbədə yaşayır. O, Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayından tanıyır. 2019-cu ilin avqust ayında tanışı Mirsadıq onun evinə gəlib qızı Ayselə demişdir ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində ferma var, istəsə onu həmin fermada işə düzəldə bilər. Aysel Mirsadığa işləmək istədiyini bildirmiş, sonuncuda Ayseli İstisu qəsəbəsində olan fermaya aparmışdır. Həmin gün Aysel evə gəlib onlara demişdir ki, fermada olan Alim adlı oğlan onu sağıcı kimi işə götürmüşdür. Bir neçə gün keçdikdən sonra Alim zəng vurub Ayseli fermaya işə çağırmış və həmin vaxtdan sonra Aysel səhər saatlarında evdən çıxıb İtsisu qəsəbəsi ərazisində olan fermaya getmiş, axşam isə qayıdıb evə gəlmişdir. İki-üç gün keçdikdən sonra Aysel gecələr evə gəlməmiş və maraqlananda bilmişdir ki, Aysel Alimlə birlikdə fermada qalır. Bir müddət keçdikdən sonra isə Aysel onlara demişdir ki, o, Alimlə evlənmişdir. O, Ayselin Alimlə evlənməsinə narazılığını bildirərək sonrakı günlərdə Aysellə maraqlanmamışdır. Bir müddət keçdikdən sonra isə fermaya gedəndə görmüşdür ki, Ayselin işlədiyi fermada keçilər və camışlar var. Maraqlananda bilmişdir ki, fermada olan camışlar və keçilər Etibar adlı şəxsə məxsusdur. 2019-cu ilin noyabr ayının ortaları olardı qızı Aysel zəng vurub ona demişdir ki, fermada olan camışlardan biri tövlədə ölmüşdür, gəlib onlara kömək etsin, ölmüş camışın cəsədini tövlədən bayıra çıxarsınlar. O, özünə məxsus atı arabaya qoşub İstisu qəsəbəsi ərazisində olan fermaya getmiş və ferma ərazisində olan tövləyə daxil olub baxanda görmüşdür ki, orada bir baş ana camışın cəsədi var. Onlar ölmüş camışın cəsədini iplə at arabasının arxasına bağlayıb sürüyərək tövlədən bayıra çıxarmışlar və aparıb yaxınlıqda olan qamışlığa atmışlar. Sonra o, özü zəng vurub bu barədə Etibara bildirmiş, Etibar isə ona başqa heç bir söz deməmişdir. 2019-cu ilin noyabır ayının axırları və ya dekabr ayının əvvəlləri olardı İstisu qəsəbəsi ərazisində olan fermaya gedəndə görmüşdür ki, fermada tanımadığı bir oğlan var. Alimdən həmin oğlanın kim olduğunu soruşduqda demişdir ki, həmkəndlisidir, ona kömək etmək üçün gəlmişdir. O, ferma ərazisində olan tövlənin qarşısına gələndə görmüşdür ki, ana camışlardan biri ölüb. Həbib ölmüş ana camışın başını kəsərək demişdir ki, kolbasa sexinə verəcəklər. Sonra o, tövlənin içərisinə daxil olub baxanda görmüşdür ki, tövlədə də iki baş ana camış var və həmin camışlar ayağa dura bilmirlər. O, Alimlə Həbibə heç bir söz demədən qayıdıb yaşadığı evə getmişdir. Dəqiq tarixi xatırlamır, 2019-cu ilin dekabr ayının ortaları olardı qızı Aysel zəng vurub ona demişdir ki, ana camışlardan biri fermanın yaxınlığında olan su arxına düşmüşdür, gəlib onlara kömək etsin, camışı su arxından çıxarsınlar. Yenədə o, özünə məxsus atı arabaya qoşub İstisu qəsəbəsi ərazisində olan fermanın yaxınlığına gələndə görmüşdür ki, ana camışlardan biri su arxına yıxılıb. Alim gedib Bayramı çağırmış və onlar camışı arxın içərisindən çıxarıb arabanın üstünə qoyaraq fermanın həyətinə aparmışlar. Bundan sonra isə o, qayıdıb evinə getmişdir. 2020-ci ilin yanvar ayının sonlarında oğlu Elşən ona demişdir ki, Alim onu çağırıb demişdir ki, Aysellə birlikdə Ağsu rayonuna gedəcəklər, o, gəlib Həbiblə birlikdə fermada olan keçilərə və camışlara baxsın. Həmin vaxtdan sonra Elşən İstisu qəsəbəsi ərazisində olan fermada qalıb camışlara və keçilərə baxmışdır. Bir müddət keçdikdən sonra Aysel qayıdıb evə gəlmiş, Alim isə Ağsu rayonunda qalmışdır. 2020-ci ilin mart ayının əvvəllərində eşitmişdir ki, Alim Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində olan fermaya gəlmiş və Etibar fermada qalmış keçiləri və camışları saxlaması üçün Alimə təhvil vermişdir. Bir neçə ay keçdikdən sonra isə eşitmişdir ki, Alim fermada olan keçiləri və camışların bir hissəsini sataraq qaçıb getmişdir. O, İstisu qəsəbəsi ərazisində yerləşən fermada saxlanılan Etibara məxsus camışlardan və keçilərdən heç kimə satmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbədə yaşayır. O, 2013-cü ildə Xudat şəhərində yaşayan X18 ilə evlənmişdir və onun Mirzağa ilə olan nigahından 2014-cü il təvəllüdlü Asim adlı oğlu var. 2018-ci ildə Mirzağa oğurluq etdiyinə görə həbs olunmuş və həmin vaxtdan sonra o, qayıdıb valideyinlərinin yanına gələrək sonrakı illəri valideyinləri ilə birlikdə yaşamışdır. 2019-cu ilin avqust ayında atasının dostu Mirsadıq onların evinə gəlib ona demişdir ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində ferma var, istəsə onu həmin fermada işə düzəldə bilər. O, Mirsadığa işləmək istədiyini bildirmiş və sonuncu onu İstisu qəsəbəsində olan fermaya gətirib Alimlə tanış etmişdir. Həmin vaxt Alim ona demişdir ki, onu sağıcı kimi işə götürə bilər, o, həm fermada olan camışları sağar, həm də ki, fermada təmizlik işləri görər. O, Alimlə razılaşdıqda sonuncu ona demişdir ki, mobil telefon nömrəsini ona desin, bir neçə gün ərzində zəng vurub onu çağıracaqdır. İki-üç gün keçdikdən sonra Alim mobil telefonuna zəng vurub onu fermaya çağırmış, o, da evdən çıxıb İstisu qəsəbəsinə Alimin işlədiyi fermaya getmişdir. Alim onu qarşılayıb demişdir ki, fermada gördüyü işlərin müqabilində hər ay ona 200 manat əmək haqqı verəcəkdir. Alim onunla əmək müqaviləsi bağlamamış və o, özüdə bu barədə ona heç bir söz deməmişdir. Alimin deməsinə görə o, fermanı Etibar adlı şəxslə şərik olaraq yaratmışdır. Həmin gündən başlayaraq o, fermada işə başlamışdır. 2019-cu ilin avqust ayında işə başaldığı ilk gündə o, fermada 40 başa yaxın camış olduğunu görmüşdür. Ana camışları Alimlə birlikdə o, özü sağmışdır. Həmin vaxt fermada ana və bala keçilərdə olmuşdur, ancaq o, saymadığına görə ana və bala keçilərin dəqiq sayını bilməmişdir. Alimin özünün deməsinə görə fermada 100 yaxın ana keçi və 100 yaxın bala keçi olmuşdur. İşə başladığı ilk gün o, axşam evə getmiş, ondan sonrakı günlərdə isə axşamlar evə getməyib fermada olan otaqda qalmışdır. Üç-dörd gün keçdikdən sonra Alim ona demişdir ki, arvadından ayrılmışdır, razıdırsa onunla evlənsin və onlar bir yerdə yaşasınlar. O, Alimlə evlənməyə razılıq vermiş və həmin gündən başlayaraq o, qeyri-rəsmi olaraq Alimlə ər-arvad münasibətində olmuşdur. Fermada olan camışların və keçilərin südündən Alim pendir, qatıq və yağ hazırlayıb satmışdır. Fermaya gəldiyi gündən bir həftəyə yaxın vaxt keçdikdən sonra Alim Etibara zəng vurub demişdir ki, «fermaya bir qız gəlib, mən onunla evlənmişəm». Səhəri gün tanımadığı bir nəfər, yəni sonradan adını bildiyi Etibar fermaya gəlmiş və Alim onu Etibarla tanış etmişdir. Etibar bir həftəyə yaxın onlarla fermada qalmış və sonra qayıdıb Bakı şəhərinə gedərkən onun işindən razılıq etmişdir. Etibar fermada qalarkən fermada olan camışlara və keçilərə baxmış, ancaq o, onun camışların və ya keçilərin sayının az olması barədə Alimə söz deməsini eşitməmişdir. Etibar Bakı şəhərinə gedərkən balonlarda pendir, qatıq və yağ aparıb getmişdir. Sonradan da Etibar hər həftənin altıncı günü fermaya gəlmiş, bazar günü isə Alimin balonlarda hazırladığı pendirdən, yağdan və qatıqdan avtomobilinə yığıb özü ilə Bakı şəhərinə aparmışdır. Sonrakı aylarda da Etibar fermaya gəlib camışlara və keçilərə baxsada Alimə camışların və keçilərin sayının az olması barədə heç bir söz deməmişdir. Aradabir fermaya tanmadığı bir qadınla bir kişi gəlmişlər, Alimdə onlara pendir və süd vermişdir. Alimdən fermaya gələn qadınla kişinin kim olduqlarını soruşduqda demişdir ki, Etibar müəllimin tanışlarıdır, onlar jurnalist işləyirlər. 2019-cu ilin sentyabr ayının axırları və ya oktyabr ayının əvvəlləri olardı Alim ona demişdir ki, İstisu qəsəbəsidə olan mağazaya gedib Səbiş adlı qadına onun adını deyərək bir ədəd araq alıb gətirsin. O, İstisu qəsəbəsində olan mağazaya getmiş və mağazada olan satıcıya, yəni adını Səbiş olaraq bildiyi qadına yaxınlaşıb onu Alimin göndərdiyini, bir ədəd araq istədiyini bildirmiş, həmin qadın da ona araq verməyib demişdir ki, bayırda gözləsin, özü Alimlə danışacaqdır. O, mağazadan bayıra çıxmış, satıcı qadın zəng vurub Alimlə danışdıqdan sonra onu içəri çağırıb bir ədəd 0,5 litrlik araq vermişdir. Qadından nə məsələ olduğunu soruşduqda demişdir ki, Alimin ona 100 manatdan çox borcu var, Alim özü ona söz vermişdir ki, borucunu ödəyəcək, ancaq Alim bu günədək ona olan borcunu ödəməmişdir. Bir neçə gün keçdikdən sonra Alim ona demişdir ki, İstisu qəsəbəsində Bayram adlı şəxsə məxsus mağaza var, o, Baryamın mağazasına gedib onu adını deyərək ərzaq alsın, aldığı ərzağın pulunu sonradan özü verəcəkdir. O, mağazaya gedib onu Alimin göndərdiyini deyib nisyə olaraq ərzaq istədikdə Bayram ona ərzaq verməyib demişdir ki, Alimin onun mağazasına xeyli borcu yaranmışdır, Alim onu aldadıb borcunu verməmişdir. O, fermaya gəlib bu barədə Alimə bildirdikdə sonuncu demişdir ki, Etibar müəllim gələndə pul alıb borcunu ödəyəcəkdir. Fermada olan camışlar və keçilər yaxşı qidalanmadıqlarına görə payız-qış aylarında çox zəifləmişdirlər. Ona görə də Alim bəzi ana camışları çölə buraxmayıb tövlədə saxlamışdır ki, gedib çöldə ölə bilərlər. Dəqiq tarixi xatırlamır, 2019-cu ilin noyabr ayı olardı o, tövləyə daxil olub baxanda görmüşdür ki, Alimin çölə buraxmayıb tövlədə saxladığı ana camışlardan biri ölüb. O, Alimi çağırmış və Alim gəlib camışa baxdıqdan sonra tanımadığı tanışlarını çağırmış və onlar köməkləşib ölmüş camışın cəsədini sürüyərək bayıra çıxarıb tövlənin qarşısına qoymuşlar. Bundan sonra o, zəng vurub bu barədə atası Məhəmmədəliyə bildirmiş və bir qədər keçdikdən sonra atası at arabası ilə fermanın həyətinə gəlmiş və atası ilə Alim ölmüş camışın cəsədini iplə at arabasının arxasına bağlayıb sürüyərək aparıb yaxınlıqda olan qamışlığa atmışlar. Sonra atası onun yanında Etibara zəng vurub bir baş ana camışın öldüyünü və ölmüş camışın cəsədini fermanın yaxınlığında olan qamışlığa atdıqlarını bildirmişdir. Bir neçə gün keçdikdən sonra Etibar müəllim fermaya gəlmiş və o, özü də gedib ölmüş ana camışın cəsədinə baxdıqdan sonra Alimə demişdir ki, iy gələcək, camışın cəsədin aparıb bir qədər kənara atsın. Sonrakı günlərdə də hava soyuduğuna və yem olmadığına görə bala camışlar və bala keçilər ölmüşlər, Alimdə ölmüş bala camışların və bala keçilərin cəsədini aparıb fermanın həyətində olan quyunun içərisinə atmışdır. Hətta bir dəfə atası ona demişdir ki, quyunun içərisində olan ölmüş camış və keçi balalarını Etibar müəllimə göstərib demişdir ki, yem yoxdur, heyvanlar ac qalıb ölürlər. Sonrakı günlərdə də bəzi ana camışlar zəifləyib xəstələyərək ölmüşlər. Etibar müəllim özü nadir hallarda keçi kəsdirib evinə aparmışdır. O, bir dəfə Etibar müəllimin Vidadi adlı tanışına iki baş çəpiş, yəni bala keçi və Saraydan gələn tanışlarına keçi verdiyini görmüşdür. Etibar müəllimin Saraydan gələn tanışlarına neçə baş keçi verdiyini isə o, bilməmişdir. 2019-cu ilin noyabr ayının axırları olardı Alim ona demişdir ki, Ağsu rayonunda yaşayan Həbib adlı tanışı var, Həbib gəlib fermada onlarla işəlyəcəkdir. Bir neçə gün keçdikdən sonra taksi avtomobili ilə tanmadığı bir nəfər fermaya gəlmiş və Alim onu gələn şəxslə tanış edərək həmkəndlisi Həbib olduğunu bildirmişdir. Sonrakı günlərdə Həbib onlarla fermada qalmış və Alim Həbibə demişdir ki, hər ay ona 300 manat pul verəcəkdir. Alim ona da hər ay 200 manat əmək haqqı verəcəyini desədə onun yanında olduğu müddətdə heç vaxt ona pul verməmiş, qeyri-rəsmi ər-arvad münasibətində olduqlarına görə o, da Alimdən pul istəməmişdir. Həbibin fermaya gəldiyi vaxtdan təxminən bir aya yaxın vax keçdikdən sonra fermanın həyətində olarkən Alimin onu çağırdığını eşidib baxanda görmüşdür ki, Alim feradan təxminən 70-80 metr aralı məsafədə olan arxın kənarında dayanıb qışqıraraq onu çağırır. Alimin olduğu yerə gələndə görmüşdür ki, ana camışlardan biri su arxının içərsinə yıxılıb. O, zəng vurub atasına demişdir ki, qardaşı Elşənidə götürüb gəlsin, ana camışlardan biri arxın içərisinə yıxılıb, çıxara bilmirlər, gəlib kömək edib camışı arxın içərisindən çıxarsınlar. Bir qədər keçdikdən sonra atası ilə qardaşı at arabası ilə olduqları yerə gəlmişlər. Alim gedib Bayramıda çağırmış və onlar camışı arxın içərisindən çıxarıb arabanın üstünə qoyaraq fermanın həyətinə gətirmişlər. Həmin ana camış sonrakı iki gün ərzində fermanın həyətində qalıb ayağa durmamış və ot yeməmişdir. Getdikcə daha da zəifləyən camşın öləcəyini bildiyi üçün Həbib həmin camışı kəsərək Xudat şəhərində yaşayan Elnur adlı qəssaba satmışdır. Həbibin xəstə camışı kəsib Elnura neçəyə satdığını o, bilməmişdir. Bildiyinə görə Elnur özü də ölmüşdür. Sonrakı günlərdə də Həbib fermada qalıb keçiləri otarmış, camışlara isə Alim özü nəzarət etmişdir. Etibar müəllim sonuncu dəfə 2019-cu ilin dekabr ayında fermada olmuş, ondan sonra isə o, fermaya gəlməmişdir. 2019-cu ilin dekabr ayında Etibar müəllim fermaya gələndə özü də Həbibi görüb onunla söhbət etmiş və həmin vaxt Alim özü də Etibar müəllimə demişdir ki, ana camışlardan biri arxın içərisinə yıxılaraq ölmüşdür. 2020-ci ilin yanvar ayında fermada 35 başa yaxın camış, 150-200 baş arası keçi olmuşdur. 2020-ci ilin yanvar ayında ana keçilərdən bəziləri bala versədə yaxşı baxılmadığına və yerləri soyuq olduğuna görə bala keçilər doğulandan 2-3 gün sonra ölmüşlər. Hətta atası bir neçə dəfə zəng vurub bu barədə Etibarın özünə də demişdir. 2020-ci ilin yanvar ayının sonlarında Alim ona demişdir ki, birinci arvadından olan oğlu xəstədir, Ağsu rayonuna getmək istəyir, o, da onunla Ağsu rayonuna getsin. O, əvvəlcə Alimlə Ağsu rayonuna getmək istəməmiş, ancaq onun təkid etməsindən sonra məcbur olub onunla razılaşmışdır. Alim onun qardaşı Elşəni çağırmış və fermada olan heyvanları Elşənlə Həbibə tapşıraraq onunla birlikdə Ağsu rayonu, Pirhəsənli kəndinə getmişdir. Pirhəsənli kəndində olduqları vaxt Alim ona dedmişir ki, Elşən zəng vurub ona Həbibin fermada olan camışlardan satdığını demişdir. Sonrakı müddətdə Alim Xaçmaz rayonuna gəlməmiş və onlar bir bir aydan çox Ağsu rayonu, Pirhəsənli kəndində qalmışlar, 2020-ci ilin mart ayının əvvəllərinə isə qayıdıb Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində olan fermaya gəlmişlər. Alim fermada olan camışları və keçiləri saydıqdan sonra ona demişdir ki, Həbib camışların və keçilərin bir hissəsini satmışdır. Sonra Etibar müəllim fermaya gəlmiş və fermada olan 7 baş ana, 6 baş bala camışları, 97 baş ana keçini, 17 baş yeni doğulmuş çəpişləri və 03 baş erkək hələb keçisini sayıb Alimə təhvil vermişdir. Sonradan isə ana camışlardan dördü bala vermişdir. Alim bir müddət keçilərə və camışlara baxmış, sonradan isə bilmədiyi səbəbdən Alim keçiləri satmışdır. 2020-ci ilin aprel ayının əvvəlləri olardı fermaya tanımadığı bir cavab oğlan gəlib Alimi soruşmuş, o, ona Alimin evdə olmadığını bildirdikdə həmin şəxs demişdir ki, Alim gələndə ona desin ki, Qoçu gəlmişdir. Bir qədər keçdikdən sonra Alim evə gəlmiş və o, ona Qoçu adlı şəxsin gəlib onu axtardığını bildirərək Qoçunun kim olduğunu soruşmuş, Alim isə söhbətdən yayınaraq demişdir ki, sonradan özü Qoçu ilə görüşüb söhbət edəcəkdir. Bir neçə gün keçdikdən sonra həmin şəxs yenidən fermaya gəlmiş və Alim fermada olsada özü bayıra çıxmayıb ona demişdir ki, çölə çıxıb Qoçuya onun evdə olmadığını desin. O, durub çölə çıxmaq istəyəndə Alim arxa pəncərədən düşüb qaçmış, o, bayıra çıxıb Qoçuya Alimin evdə olmadığını bildirmiş, Qoçuda ona başqa heç bir söz demədən avtomobilinə əyləşib getmişdir. Alim qayıdıb gələndə ondan nəyə görə Qoçu ilə görüşmədiyini, ondan gizləndiyini soruşmuş, Alimdə ona demişdir ki, Qoçudan 400 manat borc pul almışdır, qaytarmağa pulu olmadığı üçün onunla görüşmək istəmir. Sonradan o, bilmişdir ki, Alim Qocudan borc olaraq aldığı 400 manat pulun əvəzinə ona 5 baş çəpiş vermişdir. 2020-ci ilin may ayının əvvəlləri olardı o, İstitsu qəsəbəsində yaşayan tanıdığı Maralın evinə getmiş və bir neçə saat keçdikdən sonra qayıdıb gələndə fermanın həyətində Vaz-2106 markalı avtomobilin dayandığını görüb Alimdən gələnin kim olduğunu soruşduqda demişdir ki, Bayramdır, borcunun əvəzində ona keçi verəcəkdir. Bundan sonra Alim gətirib Bayramın avtomobilinin arxa yük yerinə bir neçə baş keçi qoymuşdur. O, yaxınlaşıb baxmadığına görə Bayramın avtomobilinin arxa yük yerinə Alimin neçə baş keçi qoduğunu görə bilməmiş, Alim özüdə bu barədə ona heç bir söz deməmişdir. Alim fasilələrlə fermada olan keçiləri kəsib satdığına görə fermada olan keçilərin sayı azalmışdır. 2020-ci ilin may ayının sonları olardı Alim fermada olan bir baş ana camışı balası ilə birlikdə yük avtomobilinə mindirib aparmış və qayıdıb gələndə ona demişdir ki, apardığı camışı saxlaması üçün dostu Ceyhuna vermişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra fermanın həyətinə «Qazel» markalı avtomobil gəlmiş və Alim bir başa ana camışı və iki baş bala camışı avtomobilin yük yerinə mindirib aparanda ondan camışı hara apardığını soruşmuş, o, da ona dedmişdir ki, ana camışı aparıb erkək camışın yanına buraxacaqdır, bir həftədən sonra isə qaytarıb geri gətirəcəkdir. Alimdən bala camışları nəyə görə apardığını soruşduqda isə demişdir ki, bala camışlar süd əmirlər, balaları anadan ayrısa ölə bilərlər. Həmin camışın yanında olan balalardan biri özünün olsada, biri ölmüş ana camışın balası olmuş və onlar onu öyrətdikləri üçün o da Alimin apardığı ana camışdan süd əmmişdir. Alim ana camışı və iki bala camışı aparıb getmiş, geri qayıdıb gələndə isə ona demişdir ki, bir neçə gün keçdikdən sonra gedib camışı geri gətirəcəkdir. Bir həftə keçdikdən sonra Alim ana və bala camışları qaytarıb fermaya gətirməmiş və o, bu barədə Alimdən soruşduqda demişdir ki, vaxtı yoxdur, sonra gedib geri gətirəcəkdir. Sonrakı günlərdə Alim fermada olan keçiləri hissə-hissə satmış və demək olarkı fermada çox az sayda keçi qalmışdır. 2020-ci ilin iyun ayı olardı Alim fermada qalmış heyvanları Jalal adlı kişiyə tapşırmış və onlar birlikdə Ağsu rayonu, Pirhəsənli kəndinə getmişlər. O, iki aya yaxın Ağsu rayonu, Pirhəsənli kəndində qalmış, sonra isə qayıdıb Xudat şəhərinə valideyinlərinin yanına gəlmişdir. Həmin vaxtdan sonra o, Alimi görməmişdir. Sonradan bilmişdir ki, Etibar müəllim Alim barəsində Xaçmaz RPŞ-nə şikayət edib. Alim satdığı heyvanların pulundan ona verməmişdir. Alim heyvanları Etibarın razılığını satdığını demiş, o, da ona inanıb Etibara heç bir söz deməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbədə yaşayır. O, Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının əvvəllərində görüb tanımışdır. 2019-cu ilin avqust ayının ortaları olardı bacısı Aysel evə gəlməmiş və maraqlananda bilmişdir ki, Aysel Alimə qoşulub getmişdir və onlar Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində olan fermada qalırlar. Bacısı Aysel bir dəfə evlənib ayrılmışdır və onun əvvəlki ərindən altı yaşında bir oğlu vardır. Ayselin yenidən onlardan xəbərsiz Alimə qoşulub getməsi xoşlarına gəlməmiş, bu səbəbdən də o, özü və valideyinləri Ayselin arxasınca getməmişlər və onunla maraqlanmamışlar. O, Alimin adını eşitəsdə onu görməmiş və tanımamışdır. 2019-cu ilin dekabr ayının əvvəlləri olardı Xudat şəhərində olan bərbərxanada saçını qırxdırıb evə gedərkən mobil telefonuna zəng gəlmiş və o, telefona cavab verdikdə danışan şəxs ondan Elşən olub-olmadığını soruşmuş, o, ona Elşən olduğunu bildirib kim olduğunu soruşduqda o, səhf düşdüyünü bildirərək telefonu söndürmüşdür. Bir neçə dəqiqə keçdikdən sonra həmin şəxs yenidən ona zəng vurub harada görüşə biləcəklərini soruşmuş, o, ona harada istəyirsən deməklə cavab verdikdə həmin şəxs Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən kafedə olduğunu bildirərək onu ora çağırmışdır. O, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən kafeyə gəlib içəri daxil olanda görmüşdür ki, bir nəfər tək stollardan birinin arxasında oturub yemək yeyərək araq içir. Həmin şəxs onu görən kimi yanına çağırmış və ondan onu tanıyıb-tanımadığını soruşmuş, o, onu tanmadığını bildirdikdə həmin şəxs demişdir ki, sonradan onu tanıyar. Yenədə o, kim olduğunu bildirməyib ondan işləyib-işləmədiyini soruşmuş, o, ona işləmədiyini bildirdikdə demişdir ki, onunla işləsə gündəlik ona 20 manat pul verər. O, ondan kim olduğunu, harada işlədiyini, onun nə iş görəcəyini soruşduqda o, bu barədə ona heç bir məlumat verməyib demişdir ki, səhər zəng vurub ona bir söz deyəcəkdir. O, ona «sən yeməyini ye mən gedirəm» deyərək kafedən çıxıb evə getmişdir. Həmin vaxt o, söhbət etdiyi şəxsin kim olduğunu bilməmişdir. Səhəri gün saat 10 radələrində mobil telefonuna zəng gəlmiş və cavab verdikdə danışan şəxsin səsindən bir gün əvvəl kafedə görüşüb söhbət etdiyi şəxs olduğunu bilmişdir. Telefonla danışarkən həmin şəxs ona demişdir ki, Xaçmaz rayonu, İstisu qəsəbəsinə gəlsin, yolun kənarında dayanıb onu gözləyəcəkdir. O, İstisu qəsəbəsinə gələndə görmüşdür ki, bir gün əvvəl kafedə görüşdüyü şəxs Xudat-Nabran avtomobil yolunun kənarında tək dayanıb onu gözləyir. Yaxınlaşıb görüşdükdən sonra həmin şəxs ona demişdir ki, adı Alimdir, bacısı Aysel onunla birlikdə yaşayır, İstisu qəsəbəsi ərazisində olan ferma onundur, bir nəfər çobanla danışmışdır, həmin çoban gəldikdən sonra fermada işlər çox olacaq, onda zəng vurub onu çağıracaqdır, o, gəlib fermada onunla işləyər. O, başqa heç bir söz deməyərək Alimdən ayrılıb evə getmişdir. Sonrakı müddətdə Alim onunla əlaqə saxlamamış və o, onu görməmişdir. 2020-ci ilin yanvar ayının ortalarında Alim ona zəng vurub demişdir ki, birinci arvadından olan uşağı xəstədir, Bakı şəhərinə getməlidir, o, fermaya gəlib onun çobanına köməklik göstərsin, özü Bakı şəhərinə gedib səhəri gün geri qayıdacaqdır. O, fermaya gəlib Alimlə görüşmüş və üzbəüz söhbət edərkəndə Alim bacısı Aysellə Bakı şəhərinə gedəcəyini bildirərək çobanı kimi təqdim etdiyi Həbib adlı şəxsə demişdir ki, o, ona 20 manat pul versin, özü qayıdıb gələndə qalan məsələləri həll edəcəkdir. Alimin sözündən sonra Həbib cibindən çıxarıb ona bir ədəd 20 manatlıq əskinas vermişdir. Sonra Alim ona fermaya nəzarət etməsini bildirərək demişdir ki, fermada olan camışlara o, Həbib isə keçilərə baxacaq. Həmin vaxt fermada hansı sayda camış və keçi olduğunu o, dəqiq bilməmişdir. Alimlə bacısı Aysel gedəndən sonra o, axşam camışları ferma ərazisində olan tövləyə salmış, səhər isə qapını açıb çölə buraxmışdır. Həbib özü də hər gün keçiləri aparıb otarmışdır. Bir neçə gün keçdikdən sonra Alim qayıdıb fermaya gəlmiş və iki-üç gün keçdikdən sonra yenidən Aysellə birlikdə Ağsu rayonuna getmişdir. Yenədə fermada onunla Həbib qalmışlar. O, keçilərin sayının azaldığını hiss edib bu barədə Həbibdən soruşduqda sonuncu fikir yayındırıcı sözlər deməklə ona qəti bir cavab verməmişdir. O, fikirləşmişdir ki, Alim fermaya gələndə bu barədə ona bildirər. Alim getdikdən bir neçə gün sonra Həbibin mobil telefonuna zəng gəlmiş və sonuncu telefonla danışdıqdan sonra ona demişdir ki, pul lazımdır, adam gələcək, camışlardan birini gələn adama satıb pul almaq lazımdır. Səhəri gün Nəriman adlı şəxs «Qazel» markalı avtomobillə fermaya gəlmiş və Həbiblə birlikdə bir baş erkək camışı gətirib Nərimanın gəldiyi «Qazel» markalı avtomobilin yük yerinə mindirdikdən sonra Nəriman sayaraq Həbibə 670 manat pul vermişdir. Həbibin 670 manat pulu nə etdiyini o, bilməmişdir. Sonrakı iki gün ərzində Həbib onunla birlikdə fermada qalmışdır. Həbibin erkək camışı Nərimana satdığı vaxtdan iki gün keçdikdən sonra yenidən Nəriman «Qazel» markalı avtomobillə fermaya gəlmiş və Həbib özü fermada olan iki baş bala camışı Nərimana satmışdır. Həbibin satdığı iki baş bala camışa görə Nərimandan nə qədər pul aldığını bilməmiş və Həbib özü də bu barədə ona heç bir söz deməmişdir. Həbibin satdığı bala camışlar 10-11 aylıq olmuşlar, ancaq o, həmin bala camışların erkək və ya dişi olmalarını xatırlamamışdır. Həbibin bala camışları satdığı günün axşamı heyvanları tövləyə saldıqdan sonra Həbiblə birlikdə fermada olan otağa gedib yatmışlar, səhəri gün tezdən yuxudan oyananda görmüşdür ki, Həbib yoxdur. O, Həbibi axtarsada tapa bilməmiş və Alimə zəng vurub demişdir ki, Həbib bir baş erkək camışı və iki baş bala camışı satmışdır, keçilərin sayı azalmışdır, indi Həbib fermada yoxdur, onu tapa bilmir. Alimdə ona demişdir ki, elə bir şey ola bilməz, Həbib camışları ondan xəbərsiz satmışdır. Sonrakı günlərdə Alim və Həbib qayıdıb fermaya gəlməmişlər və üç-dörd gün keçəndən sonra fermaya tanımadığı bir nəfər gəlmiş və həmin vaxt o, bilmişdir ki, fermaya gələn şəxsin adı Etibardır, ferma və fermada olan heyvanlar Etibar müəllimə məxsusdur. Etibar müəllim yanında olan şəxslə birlikdə camışları və keçiləri saydıqdan sonra ona heç bir söz demədən fermadan çıxıb getmişdir. Sonrakı bir aya yaxın müddət ərzində o, özü tək fermada qalmışdır. Ancaq Alim qayıdıb gəlməmiş və bacısı Aysel özü tək qayıdıb Xudat şəhərinə gələrək ona demişdir ki, Alim Ağsu rayonunda qalmışdır, o, özü Alimdən xəbərsiz qayıdıb gəlmişdir. Həmin gündən sonra o, fermaya getməmiş və sonrakı günlərdə fermada olan camışlara və keçilərə kimin nəzarət etdiyini bilməmişdir. 2020-ci ilin fevral ayının axırlarında o, bilmişdir ki, Etibar müəllim Alim və Həbib barəsində şikayət edib. Onun izahatında fermaya gələn 4 ədəd «Qazel» markalı yük avtomobilinə Həbibin 16 baş camış yükləməsini göstərməsi düz deyildir. Alim özü onu başa salmışdır ki, nə vaxt onu çağırsalar Həbibin fermadan 16 baş camış satmasını bildirsin. O, da izahatında və ifadəsində Alimin ona dediklərini, yəni Həbibin fermadan 16 baş camış satmasını göstərmişdir. O, Həbibin fermadan bir baş erkək və iki baş bala camış satmasını görmüşdür. Həmin camışları Həbib Nəriman adlı şəxsə satmışdır. Həbib keçilərə baxarkən keçilərində sayı günbəgün azalmış, ancaq o, Həbibin keçiləri kimə satmasını görməmiş və bu barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış X26 ifadəsində göstərmişdir ki, o, Gürcüstan Respublikasının vətəndaşıdır. 1992-ci ildə o, özü tək Azərbaycana gəlmişdir. Həmin ərəfələrdə arvadı ürək xəstəsi olmuş və həkimlər ona məsləhət görmüşlər ki, arvadını meşə sahəsi çox olan rayona aparsın. O, Azərbaycana gəldikdən sonra bir sıra rayonları gəzib baxmış, Xaçmaz rayonu, İstisu qəsəbəsi xoşuna gəldiyi üçün İstisu qəsəbəsində olan fermada işə düzəlmiş və yaşaması üçün ev verildikdən sonra o, Gürcüstan Respublikasının Dumanisi rayonuna gedib arvadı Gülzarı və uşaqlarını Xaçmaz rayonu, İstisu qəsəbəsinə gətirmişdir. Həmin vaxtdanda İstisu qəsəbəsində yaşayır. Özəlləşdirmə olanadək o, fermada çoban işləmiş, özəlləşdirmə olub ferma dığıldıqdan sonra isə öz fərdi təsərrüfatında işləmişdir. O, İstisu qəsəbsindən təxminən 1,5-2 km aralı məsafədə olan meşəlik sahəyə gedib odun gətirərkən görmüşdür ki, bir cavan oğlan orada olan fermada camış saxlayır. İlk vaxtlar həmin oğlanla heç bir münasibəti olmasada sonradan rastlaşanda onlar bir-birlərinə salam vermişlər. Bir müddət keçdikdən sonra isə bilmişdir ki, fermada camış saxlayan oğlanın adı Alimdir. Yenədə o, Alimlə heç bir münasibət saxlamamış və rastlaşanda ona salam verib getmişdir. 2019-cu ilin aprel və ya may ayı olardı o, görmüşdür ki, Alim İstisu qəsəbəsinin yaxınlığında olan başqa bir fermaya gəlib camış saxlayır. O, öz təsərrüfatında olan qoyunları və keçiləri otarmaq üçün apararkən Alimin camış saxladığı fermanın yaxınlığından keçib getmiş, bir müddət keçdikdən sonra onun Alimlə ünsiyyəti yaranmış və Alim ona demişdir ki, işlədiyi ferma Etibar adlı şəxsə məxsusdur. Sonra Alim istifadəsində olan mobil telefon nömrəsini ona verərək demişdir ki, o, da mobil telefon nömrəsini ona desin, camışlar itəndə onunla əlaqə saxlasın, qarşısına camış çıxanda zəng vurub ona məlumat versin. O, etiraz etməyib öz mobil telefon nömrəsini ona vermişdir. 2019-cu ilin may və ya iyun ayı olardı İsmayıl adlı şəx gəlib ona demişdir ki, Alimin işlədiyi fermadan təxminən 300 metr aralı məsafədə olan torpaq sahəsi ona məxsusdur, tanımadığı adamlar gəlib onun torpaq sahəsinin qumunu yığıb aparırlar, hər ay ona 100 manat pul verəcək, o, onun torpaq sahəsinə gözətçilik etsin. O, İsmayılla razılaşmış və demək olarkı hər gün fermanın yanından keçməklə gedib onun göstərdiyi torpaq sahəsinə baxmışdır. 2019-cu ilin yay ayları olardı Alimin işlədiyi fermanın yaxınlığından keçib gedərkən görmüşdür ki, fermada tanımadığı 50-55 yaşlarında bir kişi var. Yaxınlaşıb həmin kişidən kim olduğunu soruşduqda demişdir ki, adı Vüqardır, ferma tələbə yoldaşı Etibara məxsusdur, Alim fermada olan camışları baxımsız qoyub getmişdir, Etibarın xahişi ilə gəlib camışlara baxır. O, fermanın həyətində olan ağacın altında bir kişinin, bir qadının və uşaqların oturub çörək yediklərini görmüş və Vüqardan onların kim olduqlarını soruşduqda demişdir ki, fermanın sahibi Etibardır, ailəsi ilə oturub çörək yeyirlər. Sonra Etibar durub camışların olduğu yerə getmiş və onunla Vüqarda onun arxasınca gəlmişlər. Həmin vaxt Vüqar onu Etibarla tanış etmiş və o vaxtdan da o, Etibarı tanımışdır. Bir müddət keçdikdən sonra isə görmüşdür ki, Alim qayıdıb gəlib. Hətta bir dəfə o, qoyunlarını həyətə gətirərkən yolla 15-20 baş camışın gəldiklərini görüb Alimə zəng vurmuş, Alimdə ona demişdir ki, camışları o, özü gətirir. Bir neçə dəqiqə keçdikdən sonra Alim onun yanına gəlmiş və o, baxanda görmüşdür ki, İstisu qəsəbəsi tərəfdə markasını və qeydiyyat nömrə nişanını görə bilmədiyi avtomobil dayanıb, iki nəfərdə piyada onlara tərəf gəlirlər. Həmin iki nəfər onlara yaxınlaşanda görmüşdür ki, Etibarla dostu Vidadidir. Etibarla Vidadi onlara çatmağa 100 metr qalmış qayıdıb geri getmişlər. 2019-cu ilin iyul və ya avqust ayı olardı o, Alimin işlədiyi fermada ana-bala bir yerdə olmaqla təxminən 200 başa yaxın keçi olduğunu görmüşdür. Alim ona demişdir ki, keçilərin bir hissəsi onundur, bir hissəsi isə Etibarındır. Bir müddət keçdikdən sonra o, fermada başqa bir qız olduğunu görüb Alimdən arvadının harada olduğunu soruşmuş, o, da ona demişdir ki, arvadından ayrılmışdır, fermada olan qızı sağıcı kimi gətirmişdir, həmin qız camışları sağıb aylıq maaşını alacaqdır. Sonrakı aylarda həmin qız, yəni sonradan adını bildiyi Aysel Alimlə birlikdə fermada qalmışdır. O, tədricən keçilərin sayının azaldığını görüb Alimə demişdir ki, keçilərin sayı azalır, bir gün buna görə sənin başın ağrıyacaq. Alim keçilərin öldüyünü bildirdikdə ondan ölmüş keçilərin şəkillərini çəkib sahibinə göndərib-göndərmədiyini soruşmuş, o, da ona demişdir ki, keçilər öldükcə qeydiyyatını aparır və şəkillərini çəkib Etibara göndərir. Sonra o, Alimə fermada olan iki baş ana keçini göstərib demişdir ki, həmin keçilərin rəngindən xoşu gəlir, o, öz təsərrüfatından ona iki baş ana keçi versin, o, da həmin ana keçiləri ona versin. Alim onunla razılaşmış və o, ona iki baş ana keçi vermiş, Alimdə fermada olan iki baş ana keçini gətirib ona vermişdir. Həmin vaxt o, Alimdən Etibarın mobil telefon nömrəsini istəmişdir ki, zəng vurub keçilərin sayının azalmasını Etibarın özünə bildirsin. Alim ona xatırlamadığı bir mobil telefon nömrəsi vermiş, o, onun verdiyi nömrəyə zəng vuranda görmüşdür ki, həmin nömrə ümumiyyətlə təyin olunmayıb. Sonrakı aylarda Etibarın fermaya gəlməsini görməmiş, ancaq fermanın yanından keçib gedərkən görmüşdür ki, fermada olan keçilərin sayı xeyli azalıb. Fermada olan camışlar isə qamışlıqda otladıqları üçün o, onların sayını bilməmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində o, görmüşdür ki, fermada olan keçiləri tanımadığı bir nəfər otarır. Bir neçə gün keçdikdən sonra keçiləri otaran şəxsi İstisu qəsəbəsində olan Bayrama məxsus mağazada görüb kim olduğunu soruşduqda ona demişlər ki, adı Həbibdir, Alim onu fermaya çoban gətirmişdir. Həbibin keçiləri otardığı vaxtlarda fermada demək olarkı ana-bala bir yerdə olmaqla təxminən 150 başa yaxın keçi vardır. Qış aylarında fermada olan camışlara və keçilərə yaxşı baxılmadığı üçün onlar çox zəifləmişdirlər. Bir müddət keçdikdən sonra o, görmüşdür ki, Həbiblə Alim fermada yoxdurlar, fermada olan heyanlara tanıdığı Elşən baxır. Elşəndən Alimin harada olduğunu soruşduqda demişdir ki, Alim onun bacısı Aysellə birlikdə yaşadığı Ağsu rayonuna getmişdir, qayıdıb gələcəklər. Elşənin fermada olduğu vaxtlarda fermada 100 başa yaxın keçi olmuşdur, camışların isə sayını o, dəqiq bilməmişdir. Bir müddət keçdikdən sonra o, görmüşdür ki, Alim fermadadır. Sonrakı günlərdə fermada olan heyvanlara Alim, Elşən və Aysel baxmışlar. Bir neçə gün keçdikdən sonra Elşən çıxıb getmiş, Alimlə Aysel isə fermada qalmışlar. 2020-ci ilin aprel ayı olardı Etibarın dostu Vidadi evinə gəlib ona demişdir ki, Alim çıxıb getmişdir, Etibarın fermasında 5-6 baş ana camış qalmışdır, 100 manat pul verəcək, o, 10 gün fermada qalmış camışlara baxsın, Etibar özü gəlib fermada qalmış camışları satacaqdır. O, Vidadi ilə razılaşmadıqda Vidadi həmin vaxt onun evində olan nəvəsi Farizə təklif etmişdir ki, o, gəlib fermada olan camışlara baxsın, ona 100 manat pul verəcəkdir. Fariz Vidadi ilə razılaşıb fermaya getmişdir. Bir neçə gün keçdikdən sonra Fariz gəlib ona demişdir ki, ana camışlardan biri yoxdur. Onlar iki-üç gün fermanın ətrafında olan qamışlığı axtarsalarda camışı tapa bilməmişlər, sonra Fariz kimdənsə at götürüb qamışlığı axtarmış və axşam o, itmiş camışı tapıb fermaya gətirmişdir. Farizdən camışı haradan tapdığını soruşduqda demişdir ki, camış qamşlıqda doğmuşdur, balasıda ölmüşdür. Farizə demişdir ki, gedib camışın ölmüş balasını gətirsin, Etibar gələndə özünə göstərsinlər ki, o, onlara inansın. Fariz ata minib getmiş və qayıdıb gələndə ona demişdir ki, itə bənzər heyvan camışın ölmüş balasını sürüyərək aparmışdır. Bir neçə gün keçdikdən sonra Etibar gəlib fermada qalmış 5 baş ana və 3 baş bala olmaqla ümumilikdə 8 baş camışı Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Maral göl» restoranın sahibinə satmışdır. Etibarın camışları neçəyə satdığını isə o, bilməmişdir. 2020-ci ilin iyul ayında o, Xaçmaz RPŞ-nə dəvət olunanda bilmişdir ki, Etibar Alim barəsində şikayət edib. O, ifadə verdikdən sonra qayıdıb evinə getmiş və Alimlə dəyişdiyi iki baş ana keçiləri qaytarıb Etibarın özünə vermişdir. Etibara iki baş ana keçi verib həmin keçiləri aldığını bildirərək öz keçilərimi geri istəmiş, Etibarda ona demişdir ki, onda ona veriləsi keçi yoxdur. O, Alimə verdiyi iki baş keçini geri ala bilməmişdir. O, Almin işlədiyi fermada yeni doğulmuş keçi balaları görməmişdir. O, ilk vaxtlar fermada ana-bala bir yerədə olmaqla təxminən 200 başa yaxın keçi görmüş, sonrakı aylarda isə keçilərin sayı azalmış və 2020-ci ilin mart ayında fermada 50 başa yaxın keçi qalmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid7 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, İstisu qəsəbəsi, Rəsulzadə küçəsi, ev 16-da yaşayır. O, əslən Ağsu rayonu, Pirhəsənli kəndindən olan Təqsirləndirilən şəxs təxminən 3-4 il, Zərərçəkmiş şəxs isə bir ildən çox olarkı tanıyır. Alim Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində olan fermada camış və keçi saxlamışdır. Onun Alimlə heç bir şəxsi münasibəti olmamışdır. O, aradabir Xudat-Nabran avtomobil yolunun kənarında yerləşən çayxanaya gələndə Alimidə orada görmüş və onlar ancaq bir-birlərinə salam vermişlər. O, özü heç vaxt Alimin işlədiyi fermaya getməmişdir. İlk vaxtlar o, fermada olan heyvanların kimə məxsus olduqlarını bilməmişdir. 2020-ci ilin aprel ayı olardı İstisu qəsəbəsi ərazisində Alimin otardığı keçilərin sayının az olduğunu görüb ondan keçilərin qalanının harada olduğunu soruşmuş, Alimdə ona demişdir keçilər Etibar müəllimə məxsusdur, Etibar müəllimin uşağı xəstə olduğu üçün onun tapşırığı ilə satır. Alimdən keçiləri neçəyə satdığını soruşduqda isə demişdir ki, 500 manat versə ona 11 baş keçi satar. O, Alimlə razılaşaraq ona demişdir ki, satdığı 11 baş keçini almaq istəyir, həmin keçiləri onun həyətinə gətirsin. Alim 9 baş dişi və iki baş erkək keçiləri onun həyətinə gətirmiş, o, da qonşuluqda yaşayan anasından borc olaraq 500 manat pul alıb Alimə vermişdir. Bundan sonra Alim çıxıb getmişdir. Alimin ona satdığı dişi keçilərin hər birinin diri çəkiləri təxminən 20 kq, erkək keçilərin hər birinin diri çəkiləri isə 30 kq olardı. Sonrakı günlərdə o, erkək keçilərdən birini kəsmiş, qalan keçiləri isə yaşadığı evin həyətində olan tövlədə saxlamışdır. Bir müddət keçdikdən sonra Etibar müəllim onun həyətinə gəlib Alimdən keçi alıb-almadığını soruşmuş, o, da tövlədə saxladığı keçiləri Etibar müəllimə göstərərək demişdir ki, həmin keçiləri Alimdən almışdır. Etibar müəllim keçilərə baxdıqdan sonra demişdir ki, Alimin satdığı keçilər ona məxsusdur, Alim həmin keçiləri ondan xəbərsiz sataraq pulunu ələ keçirmişdir. Etibar müəllimin sözündən sonra o, Alimdən aldığı 10 baş keçini gətirib onun özünə təhvil vermişdir. Alim ona demişdir ki, keçilərin sahibi Etibar müəllimin uşağı xəstədir, Etibar müəllim ona tapşırmışdır ki, keçiləri tez satıb pulunu ona göndərsin. O, tez satılması üçün keçiləri dəyərindən aşağı qiymətə satır ki, tez pul əldə edib Etibar müəllimə göndərsin. O, da Alimə inanıb onun satdığı keçiləri almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid8 ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, İstisu qəsəbəsi, Rəsulzadə küçəsində yaşayır. O, əslən Ağsu rayonu, Pirhəsənli kəndindən olan Təqsirləndirilən şəxs təxminən 2 il, Zərərçəkmiş şəxs isə bir ildən çox olarkı tanıyır. Alim Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində olan fermada camış və keçi saxlamışdır. O, özlərinə məxsus heyvanları gətirmək üçün gedərkən Alimi görüb aradabir onunla söhbət etmişdir. Ancaq o, özü heç vaxt Alimin işlədiyi fermaya getməmişdir və ilk vaxtlar fermada olan heyvanların kimə məxsus olduqlarını bilməmişdir. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin mart və ya aprel ayı olardı o, öz heyvanlarını gətirmək üçün gedərkən yolda Alimlə rastaşmış, söhbət edərkən Alim ona demişdir ki, fermada özünə aid keçilərdə var, öz keçilərini satır, istəyirsə bir neçə baş keçini ona satsın. Alimdən keçiləri neçəyə satdığını soruşduqda demişdir ki, bir baş keçini 75 manata satır. O, 3 baş dişi keçi almaq istədiyini bildirmiş, Alimdə ona demişdir ki, səhər 3 baş dişi keçini onların həyətə gətirib pulunu alacaqdır. O, Alimdən ayrılıb getmiş və səhəri gün Alim 3 baş dişi keçini onların həyətə gətirmişdir. Alimin gətirdiyi keçilərdən biri digərlərinə nisbətən balaca olduğuna görə o, balaca keçi üçün Alimə 70 manat, digər iki baş keçinin hər biri üçün isə 75 manat vermişdir. Alim 220 manat pulu ondan aldıqdan sonra çıxıb getmişdir. Alimin ona satdığı dişi keçilərin birinin diri çəkisi təxminən 25 kq, digər iki baş dişi keçilərin diri çəkiləri isə 27-30 kq olardı. Sonrakı günlərdə o, Alimdən aldığı keçiləri yaşadığı evin həyətində olan tövlədə saxlamışdır. 2020-ci ilin iyul ayında o, Xaçmaz RPŞ-nə dəvət olunanda bilmişdir ki, Alimin ona satdığı keçilər Etibar adlı şəxsə məxsusdur, Alim Etibardan xəbərsiz həmin keçiləri ona sataraq pulunu ələ keçirmişdir. O, bu barədə bildikdən sonra evə gedərək Alimdən aldığı 3 baş keçini Etibarın özünə təhvil vermişdir. İş materiallarında olan sabiq Xaçmaz rayon prokuroru baş ədliyyə müşaviri Elxan Əbdürrəhimovun cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında 25 iyun 2020-ci il tarixli qərarından görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Əhməd Muradovun HK- 1/66 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsinə dair xx.xx.2020ci il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş, fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılsın. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin sabiq müstəntiqi, polis mayoru Elxan Allahverdiyevin 27 iyun 2020-ci ilin cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatına götürülmüşdür. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin sabiq müstəntiqi, polis mayoru Elxan Allahverdiyevin 13 iyul 2020-ci il tarixli məcburi gətirmə haqqında qərarından görünür ki, xx.xx.1988-ci ildə Ağsu rayonunda anadan olmuş, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X11 istintaqa gəlmədiyi üçün onun barəsində məcburi qaydada Xaçmaz rayon Polis Şöbəsinin İB-nə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin sabiq müstəntiqi, polis mayoru Elxan Allahverdiyevin 23 iyul 2020-ci il tarixli şəxsin barəsində axtarış elan olunması və ittiham elan etmək üçün tutulması haqqında qərarından görünür ki, xx.xx.1988-ci ildə Ağsu rayonunda anadan olmuş, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X11 cinayət prosesini həyata keçirən orqandan gizlənərək çağırışa gəlməkdən qəsdən boyun qaçırtdığına görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin sabiq müstəntiqi, polis mayoru Elxan Allahverdiyevin 19 avqust 2020-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərarından görünür ki, X11 19 avqust 2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq Xaçmaz rayon Polis Şöbəsinə gətirildiyindən onun barəsində olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin sabiq müstəntiqi, polis mayoru Elxan Allahverdiyevin 19 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, X11 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin sabiq müstəntiqi, polis mayoru Elxan Allahverdiyevin 21 avqust 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(067)- 128/2020 saylı qərarı ilə, X11 barəsində həbs etmənin əvvəli 19 avqust 2020-ci il tarixdən hesablanaraq 02 iki ay müddətinə həbs qətimkan tədbiri secilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 4(067)-171/2020 saylı qərarı ilə, X6 həbsdə saxlama müddəti 01 ay 06 gün, yəni 20 noyabr 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin sabiq müstəntiqi, polis mayoru Elxan Allahverdiyevin 02 noyabr 2020-ci il tarixli əməlin tövsif olunması haqqında qərarından görünür ki, X6 əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 179.3.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Ağsu RİH Başçısının Pirhəsənli kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X6 himayəsində 2010-cu il təvəllüdlü X19 və 2013-cü il tarixli X14 adlı iki yetkinlik yaşına catmayan uşağı vardır. İş materiallarında olan Ağsu RİH Başçısının Pirhəsənli kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X19 orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıtdıqdan sonra kənd təsərrüfatı ilə məşğul olmuşdur. Kənd ağsaqqaları və gənclər arasında böyük hörməti vardır. Ailəlidir iki övladı var. Onun haqqında Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə nə yazılı nədə şifahi heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini baş ədliyyə müşaviri Elçin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə 17 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə istinad olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 (üç) ay, yəni 21 noyabr 2020-ci il tarixdən 21 fevral 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 4(067)-183/2020 saylı qərarı ilə, X6 həbsdə saxlama müddəti 03 ay, yəni 20 fevral 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 04 fevral 2021-ci il tarixli, 9/576 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2020-ci ilin fevral ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: a) Qərarın təsviri hissəsində göstərilən heyvanların çəkisi barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün deyil. b) -01 (bir) kq erkək camış əti -7,00 manat,01 (bir) kq dişi camış əti-6,00 manat; -01 (bir) kq təkə əti-9,00 manat, 01 (bir) keçi əti -8,00 manat; -01 (bir) kq çəpiş əti-12,00 manatdır İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(067)- 22/2021 saylı qərarı ilə, X6 həbsdə saxlama müddəti 01 ay, yəni 21 mart 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X15 09 mart 2021-ci il tarixli cinayət işinin icraata götürülməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(067)- 39/2021 saylı qərarı ilə, X11 barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadəlmasından imtina edilmiş və məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X15 başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 17 mart 2021-ci il tarixli qərarından görünür ki, X11 barəsində başqa yerə qetməmək haqqında iltizam qətikan tədbiri seçilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X15 qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 01 may 2021-ci il tarixli qərarından görünür ki, X11 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X15 01 may 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, xx.xx.1988-ci ildə Ağsu rayonunda anadan olmuş, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X11 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edildiyindən cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X15 09 fevral 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərarından görünür ki, 09 fevral 2023-cü il tarixdə X1 olaraq Xaçmaz rayon Polis Şöbəsinə gəldiyindən onun barəsində olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X15 polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, X11 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X2 qiymətləndirilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, X6 əməli Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsüf olunmuş və həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X2 qiymətləndirilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, X6, X3, Şahid4, X3 və Şahid5 əməlində Azərbaycan Respublikası CM-nin 179.2.1-ci maddəsinin tərkibi olmadığına görə həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X2 qiymətləndirilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 179.2.1-ci maddəsinin tərkibi olmadığına görə həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X15 cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, X9 və Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraatına qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X15 təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 10 fevral 2023-cü il tarixli qərarından görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək və bu ittihama əlavələr edilərək, o, həmin məcəllənin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yeni məzmunda yenidən ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004- cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs X6 törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs X7 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X11 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs X6 cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni 27 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 əsas cəza təyin edilərkən, əlavə cəza kimi dövlət, yerli özünüidarəetmə və kommersiya sahəsində rəhbər və maddi-məsul şəxs qismində vəzifə tutmaq hüququndan da məhrum edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat pul təqsirləndirilən X4 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X10, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun təqsirləndirilən şəxs X7 qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla əsasən 02 il müddətinə dövlət, yerli özünüidarəetmə və kommersiya sahəsində rəhbər və maddi-məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 6 ay 28 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 5 ay 02 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü məddəsinə əsasən əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 27 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 50 (əlli) manat pul təqsirləndirilən şəxs X4 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X10, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar