Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-60/2021 15.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Xaçmaz şəhəri, H.Rəsulbəyov küçəsi, ev 29-da qeydiyyatda olan, faktiki olaraq Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi, ev 37-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Bosfor” kafesində ucadan nəlayiq söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub masanın üzərində olan bir ədəd 5 manat dəyərində qəndqabını, bir ədəd 3 manat dəyərində olan külqabını və bir ədəd 5 manat dəyərində olan duz-istiot qabını sındırmış, ona yaxınlaşıb sakitləşdirmək istəyən kafeni işlədən Zərərçəkmiş şəxs zor tətbiq edəcəyi ilə hədələyərək kafenin 30 manat dəyərində qapı şüşəsini təpiyi ilə vurub sındıraraq, özgənin əmlakını məhv etməklə sonuncuya 43 manat dəyərində ziyan vurmaqla xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, 24 mart 2021-ci il tarixində Xaçmaz şəhərində Kapital bankın yaxınlığında yerləşən kafedə 500 qram araq və üzərindən 3 bokal pivə içdikdən sonra saat 23 radələrində Xaçmaz şəhəri N. Nərimanov küçəsi qoşa qapının yanında yerləşən “Bosfor” kafesinə gəlmiş, kafedə əyləşib yemək yeyərkən içdiyi içkilər ona təsir etmiş və getdikcə halı pisləşmişdir. İçkinin təsirindən nə üçün hirsləndiyinin səbəbini xatırlamamışdır. O, kafedə əyləşdiyi masanın üstündə olan qənd qabını, kül qabını və duz-istiot qabını yerə vuraraq sındırdığını, həmin vaxt kafedə olan bir neçə nəfər müştərinin kafedən bayıra çıxdıqlarını, sonra kafenin şüşəsini təpiklə vurub sındırdığını bildirmişdir. O, qapının şüşəsini sındırdıqdan sonra 2 nəfər mühafizə polisinin əməkdaşları kafeyə daxil olmuşlar,o isə istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib «Bosfor» kafesində döyülməyi barədə məlumat verərək digər masanın üstündə olan külqabını başının orta nahiyəsinə vuraraq özünə xəsarət yetirmişdir. Eləcə də, kafeni işlədən Zərərçəkmiş şəxs ona yaxınlaşıb sakit olmasını bildirdikdə o, Əbülfəzə yaxın gəlməməsini bildirərək sonuncunu sözlə hədələmişdir. Daha sonra polis əməkdaşları onu nizam intizama dəvət etdikdə o, özündə olmadığından polis əməkdaşlarına tabesizlik göstərmiş, lakin daha sonra polis əməkdaşları onu Xaçmaz rayon polis şöbəsinə gətirmişlər. Ona orada məlum olmuş ki, Bosfor kafesini işlədən Əbülfəz, onun etdiyi hərəkətlər və vurduğu ziyanla əlaqədar Xaçmaz RPŞ-nə şikayət edib. Həmçinin o, xuliqanlıq hərəkətləri edərək kafeni işlədən Zərərçəkmiş şəxs ziyan vurduğunu, etdiyi əməldən peşman olduğunu və bir daha xuliqanlıq əməllərinə yol verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək göstərmişdir ki, 24 mart 2021-ci il saat 23 radələrində adını polisdə bildiyi Bəhruz adlı şəxs sərxoş vəziyyətdə kafeyə gəlib dönər sifariş edərək ikinci zalda masaların birində əyləşmiş, təxminən 5 dəqiqə sonra daha iki nəfər müştəri kafeyə gəlib və dönər sifariş edərək həmin zalda başqa masada əyləşmişlər. Sifarişləri qəbul edib dönərləri verdikdən sonra o, birinci zalda əyləşmiş dostu Şahid2 və kafedə kuryer işləyən işçi Telman Qəribovun yanına keçib əyləşib söhbət etməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra ikinci zaldan şüşə sınmalarının və ucadan söyüş səslərini eşidərək İlham və Telman ilə birgə tez ikinci zala keçəndə Bəhruzun ayaq üstə dayanıb ucadan ünvansız nalayiq söyüşlər söydüyünü, masanın üstündə olan 3 manat dəyərində külqabı, 5 manat dəyərində qəndqabı və 5 manat isə duz-istiot qabı yerdə sınmış vəziyyətdə olduğunu görmüşlər. O, Bəhruza sakitləşməsini deyib yanına getmək istəyəndə Bəhruz onun ünvanına nalayiq söyüşlər söyərək əlini qaldırıb əgər yaxın getsə onu vuracağını bildirmişdir. O,Bəhruzun xəsarət yetirə biləcəyindən ehtiyyat edib sonuncuya yaxınlaşmamışdır. Bu vaxt zalda olan müştərilər Bəhruzun ictimai qaydanı pozaraq bu kimi hərəkətlər etməsindən narahat olub sifariş etdikləri dönəri tam yemədən qorxub kafedən çıxıb getmişlər. Müştərilər kafedən çıxandan sonra Bəhruz təpiklə kafenin 30 manat dəyərində olan qapı şüşəsini vurub sındırmışdır. Bu vaxt səs-küyə iki nəfər mülki mühafizənin əməkdaşları gəlmişlər. Həmin vaxt Bəhruz mobil telefonu ilə harasa zəng edib kafedə döyüldüyünü bildirərək masanın üzərində olan külqabını götürüb öz başına bir neçə dəfə vuraraq özü-özünə xəsarət yetirmiş və nəticədə Bəhruzun başı qanamışdır. Mülkü mühafizənin əməkdaşları Bəhruzu sakitləşməyə, nizam-intizama dəvət etsələr də Bəhruz onlarıda söymüşdür. Daha sonra Bəhruzun DİN-in 102 xəttinə çağırışı ilə bağlı kafeyə Xaçmaz RPŞ-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları vəziyyəti biləndən sonra mülkü mühafizə əməkdaşları ilə birlikdə Bəhruzu polis şöbəsinə aparmış və o, polis şöbəsinə gedib Bəhruzun barəsində şikayət ərizəsi yazmışdır.O, Bəhruzun xuliqanlıq hərəkətlərinə görə kafeni tərk edən müştəriləri tanımadığını, Bəhruzun ucadan söyüş və pəncərənin sınma səsinə kafeyə iki nəfər mülkü mühafizənin əməkdaşları gələrkən içəridə ondan başqa dostu İlhamın və kafedə işləyən Telmanın olduğunu, lakin kafedən aralıda bir neçə nəfər şəxsin yığılaraq pəncərədən içəri baxdıqlarını görsə də həmin şəxsləri tanımadığını, Bəhruz adlı şəxsin DİN-nin 102 xidmətinə yalan məlumat verdiyini bildirmişdir. Həmçinin o, kafedə Bəhruza qarşı kiminsə nəsə etmədiyini, Bəhruzun özü özünə xəsarət yetirdiyini bildirmişdir. Bəhruzun əməlləri nəticəsində ona ümumilikdə 43 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 oğlu bildirmişdir ki, 24 mart 2021-ci il tarixində saat təxminən 22:30 radələrində kafeyə Əbülfəzin dostu və onun tanıdığı İlham gəlmiş və onlar birlikdə kafenin birinci zalında əyləşib çay içərək söhbət etməyə başlamışlar. Daha sonra saat 23 radələrində bir nəfər şəxs sərxoş halda içəri daxil olaraq dönər sifariş verib masaların birində əyləşmiş, təxminən 5 dəqiqə sonra daha iki nəfər müştəri kafeyə gələrək dönər sifariş edib həmin zalda başqa masada əyləşmişlər. Əbülfəz müştərilərin sifarişlərini qəbul edib yenidən gələrək əyləşib söhbət etməyə davan etmişdir. Dönər hazır olduqdan sonra o, dönərləri müştərilərin masalarına aparıb qoymuş və yenidən masaya gələrək əyləşmişdir. Təxminən 10 dəqiqə sonra ikinci zaldan şüşə sınmalarının və ucadan söyüş səslərini eşidərək Əbülfəz və İlham ilə birgə tez ikinci zala keçəndə, sərxoş halda kafeyə gəlmiş adını sonradan bildiyi Bəhruz adlı müştərinin ayaq üstə dayanıb ucadan ünvansız nalayiq söyüşlər söydüyünü, masanın üstündə olan külqabı, qəndqabı və duz-istiot qabı yerdə sınmış vəziyyətdə olduğunu görmüşlər. Əbülfəz Bəhruza sakitləşməsini deyib yanına getmək istəyəndə Bəhruz Əbülfəzin ünvanına nalayiq söyüşlər söyərək əlini qaldırıb Əbülfəzi əgər yaxın gəlsə vuracağı ilə hədələmiş, Əbülfəz də Bəhruzun xəsarət yetirə biləcəyindən ehtiyat edib yaxınlaşmamışdır. Bu vaxt zalda olan müştərilər Bəhruzun içtimai qaydanı pozaraq bu kimi hərəkətlər etməsindən narahat olub sifariş etdikləri dönərlərini tam yemədən kafedən çıxıb getmişlər. Müştərilər kafedən çıxandan sonra Bəhruz təpiklə kafenin pəncərə şüşəsini vurub sındırmış, bu vaxt səsə iki nəfər mülki mühafizənin əməkdaşları gəlmiş, həmin vaxt Bəhruz mobil telefonu ilə harasa zəng edib kafedə döyüldüyünü bildirərək masanın üzərində olan külqabını götürüb başına bir neçə dəfə vuraraq xəsarət yetirmiş və nəticədə Bəhruzun başı qanamışdır. Mülki mühafizənin əməkdaşları Bəhruzu sakitləşdirməyə, nizam intizama dəvət etsələr də Bəhruz onlarıda söymüşdür. Bəhruz bir qədər də orada iş rejimini pozaraq xuliqanlıq hərəkətlərini davam edərkən kafeyə Xaçmaz RPŞ- nin əməkdaşları gəldilər və orada Bəhruzun, öz mobil telefonu ilə AR DİN-nin 102 xidmətinə zəng edib döyülməsini bildirdiyi və bu səbəbdən polis əməkdaşlarının kafeyə gəldiyi məlum olmuşdur. Polis əməkdaşları vəziyyəti biləndən sonra mülkü mühafizə əməkdaşları ilə birlikdə Bəhruzu polis şöbəsinə aparmış və Əbülfəz polis şöbəsinə gedib Bəhruzun barəsində şikayət ərizəsi yazmışdır. Məhkəmədə iclasında şahid qismində ifadə vermiş Şahid2, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 oğlu bildirdi ki, 24.03.2021-ci il tarixində saat 18 radələrində o, mülki mühafizəçi Şahid4la birlikdə 4 nömrəli piyada marşrutda xidmətdə olarkən Xaçmaz şəhəri N.Nərimanov küçəsində Bosfor kafesinin yaxınlığında saat 23:15-də həmin kafenin içindən ucadan nəlayiq söyüşlər və şüşə sınmasının səsini eşidib Şahid4 ilə birlikdə Bosfor Kafesinin səs gələn 2ci zalına girmiş, içəri daxil olduqdan sonra adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs ucadan nəlayiq söyüşlər söydüyünü, həmçinin kafenin yerində sınmış külqabı, qəndqabı və digər şüşələrin sınmış vəziyyətdə olduğunu görmüşdür. Həmçinin kafenin qapısının şüşəsi də sınmış vəziyyətdə olmuşdur. Həmin vaxt kafedə kafeni işlədən Əbülfəz, orada işləyən Telman və digər bir şəxs olmuşdur. Bəhruz qeyd olunan şəxslərin ünvanına ucadan nəlayiq söyüşlər söymüşdür və onun hərəkətlərindən sərxoş olduğu hiss olunmuşdur. O, Bəhram ilə birlikdə Bəhruzu nizam intizama dəvət etdikdə Bəhruz mobil telefonu ilə harasa zəng edərək masanın üzərindəki külqabını başının təpə nahiyəsinə vuraraq telefonda döyüldüyünü bildirərək telefonu söndürmüşdür. O, Bəhramla birlikdə Bəhruzu nizam intizama dəvət etsələr də Bəhruz buna məhəl qoymayıb ucadan nəlayiq söyüşlər söyməyə və onlarıda təhqir etməyə başlamışdır. Bu vaxt küçədən keçən bir neçə nəfər şəxs dayanıb pəncərədən içəri baxmışlar. Bəhruz nizam-intizama məhəl qoymadığından O, mühafizə komandiri olan Asif Soltanova zəng edərək məlumat vermiş, 5 dəqiqə sonra tutucu qrup gəlmiş, eyni zamanda kafeyə Xaçmaz RPŞ-nin əməkdaşlarıda gəlmişlər və həmin vaxt Bəhruzun AR DİN-nin 102 xidmətinə zəng etdiyi, bu səbəbdən polis əməkdaşlarının kafeyə gəldiyi məlum olmuşdur. Bundan sonra tutucu qrup Bəhruzu Xaçmaz RPŞ-nə gətirmiş, kafeni işlədən Zərərçəkmiş şəxs polis şöbəsinə gələrək Bəhruzdan şikayət etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4, ibtidai istintaq zamanı Şahid3 ifadəsi ilə analoji ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Xaçmaz rayon İƏD-nin nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 17.10.2018-ci il tarixli Xaçmaz rayon məhkəməsinin hökmü ilə Azərbaycan Resbublikası CM-nin 306.1, 69.3 maddələri ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15.10.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsminin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayət nəzərə alınmır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyindən, barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarış elan olunmuşdur. İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixdə tutulmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Bosfor” kafesində ucadan nalayiq söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub masanın üzərində olan bir ədəd 5 manat dəyərində qəndqabını, bir ədəd 3 manat dəyərində olan külqabını və bir ədəd 5 manat dəyərində olan duz-istiot qabını sındırmış, ona yaxınlaşıb sakitləşdirmək istəyən kafeni işlədən Zərərçəkmiş şəxs zor tətbiq edəcəyi ilə hədələyərək kafenin 30 manat dəyərində qapı şüşəsini təpiyi ilə vurub sındıraraq özgənin əmlakını məhv etməklə sonuncuya 43 manat dəyərində ziyan vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X1 törətdiyi jinayətin ağırlığını və onun əmlak vəziyyətini nəzərə alaraq, ona əməlinin tövsif olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Bu zaman məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 03 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 03 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-60/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-60/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver