Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-60/2022 01.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü ildə Qusar rayonunun Əcəxuroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Əcəxuroba kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N9,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs N7 fevral N0N0-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına qanuni yolla keçən zaman müqabil dövlətə girişinə icazə verilməməsi səbəbindən Rusiya Federasiyasına qanuni yolla gedə bilməyəcəyini bildiyinə görə Rusiya Federasiyasında olan avtomobilini satıb aliment borcunu ödəmək məqsədilə müqabil dövlətə qanunsuz yolla getmək üçün N0 yanvar N0NN-ci il tarixdə, saat NN radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Xaçmaz rayonunun Samurçay kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 8-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, N005-ci ildən işləmək məqsədi ilə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası Maxaçqala şəhərinə gedib-gəlmiş, orada tikintidə fəhlə, daha sonra avtomobil ustası və taksi sürücüsü işləmişdir. N7 fevral N0N0-ci il tarixdə Rusiya Federasiyasında sürdüyü avtomobilin cəriməsinə görə həmin ölkədən deport edilmiş və Azərbaycan Respublikasına qayıtmışdır. N0N0-ci ilin iyul ayında arvadı X1 boşanmış, sonradan ondan məhkəmə qərarı ilə uşağı Kamillanın yetkinlik yaşına çatanadək saxlanılması üçün arvadı Pərvanənin xeyrinə aliment qət edilmişdir. Qusar rayonunda fəhləliklə məşğul olmaqla aliment ödəmiş, sonradan səhhətində yaranan problemlərlə bağlı bir müddət aliment ödəyə bilməmişdir. N0 yanvar N0NN-ci il tarixdə Qusar rayonunun Əcəxuroba kəndində yaşadığı evə Qusar rayon icra və probasiya şöbəsindən çağırış məktubu göndərilmiş, aliment borcunu ödəmədiyinə görə həbs ediləcəyindən qorxduğu üçün Rusiya Federasiyasında olan avtomobilini satıb aliment borcunu ödəmək məqsədilə həmin dövlətə getmək qərarına gəlmişdir. Lakin, sonuncu dəfə, yəni N7 fevral N0N0-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına qanuni yolla keçmək istəyərkən girişinə icazə verilməmiş, buna görə də Rusiya Federasiyasına qanuni yolla gedə bilməyəcəyini bildiyindən, qanunsuz yolla Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Maxaçqala şəhərinə getmək məqsədilə yaşadığı evdən çıxıb taksi ilə Xaçmaz rayonunun Yalama qəsəbəsinə getmişdir. Oradan piyada Xaçmaz rayonu Samurçay kəndinə yola düşmüş və bir neçə saat sonra Samurçay kəndində yerləşən meşəyə çataraq meşə ilə irəliləyib Rusiya Federasiyasına keçmək istəmişdir. Təxminən 5-10 dəqiqə yol getdikdən sonra sərhədçilər tərəfindən saxlanılmış və bu səbəbdən sərhədi keçə bilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir. Ona həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən N №-li hərbi hissənin 1-ci sərhəd zastavasının rəisi vəzifəsini icra edən, leytenanat Şahid3 göstərdi ki, N0 yanvar N0NN-ci il tarixdə saat N1:40-dan 0N:00-a kimi əsgərlər- naryad başçısı Şahid1 və naryad üzvü ŞahidN 1-ci sərhəd zastavasında “sərhəd gözətçisi” xidmətinə təyin olunmuşlar. Xidmət müddətində sərhəd naryadının başçısı Şahid1 saat NN:10 radələrində rabitə vasitəsi ilə ona 8-ci sahə istiqamətində bir nəfər naməlum şəxsin olması barədə məruzə etmiş, o, dərhal sərhəd zastavasının şəxsi heyətini silaha komandasına qaldırmış və şəxsi heyətlə birlikdə həmin əraziyə doğru hərəkət etmişdir. Daha sonra saxlanılan şəxs sərhəd zastavasına gətirilmiş, ilkin sorğu zamanı saxlanılan şəxs özünü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim etmiş və Azərbaycan Respublikasından Rusiya Federasiyasına qaçaq yolla keçmək istədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən N №-li hərbi hissənin 1-ci sərhəd zastvasının əsgəri olmuş Şahid1 göstərdi ki, N0 yanvar N0NN-ci il tarixdə saat N1:40-dan 0N:00-dək 1-ci sərhəd zastavasında “sərhəd gözətçisi” xidmətinə naryad baçşısı kimi o, naryad üzvü kimi ŞahidN təyin olunmuş, müvafiq təlimat aldıqdan sonra xidmətə başlamışlar. Naryad üzvü ŞahidN ilə birlikdə xidməti ərazidə hərəkət edərkən saat NN:10 radələrində 8-ci sahə istiqamətində bir nəfər naməlum şəxsin olmasını müşahidə etmiş, dərhal o, rabitə vasitəsi ilə bu barədə sərhəd zastavasına məlumat vermişdir. Bundan sonra naryad üzvü ŞahidN ilə birlikdə maskalanaraq həmin şəxsə yaxınlaşmışlar. O, həmin şəxsə "Dayan" komandası vermiş, həmin şəxs dərhal dayanmış və onlar həmin şəxsi saxlamışlar. Saxlanılan şəxs özünü Qusar rayonu Əcəxur oba kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra zastava rəisi öz qrupu ilə birlikdə 8ci sahəyə gələrək saxlanılan şəxsi sərhəd zastavasına aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış N №-li hərbi hissənin 1-ci sərhəd zastavasının digər əsgəri olmuş ŞahidN eyni məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissə komandirinin N1 yanvar N0NN-ci il tarixli məktubundan görünür ki, N0 yanvr N0NN-ci il tarixdə saat NN:10 radələrində hərbi hissənin 1-ci sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd edərkən Təqsirləndirilən şəxs saxlanılmışdır. İş materiallarında olan N1 yanvar N0NN-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs N0 yanvar N0NN-ci il tarixdə dövlət sərhədini pozmağa cəhd etdiyi ərazi N nömrəli hərbi hissənin Xaçmaz rayonunun Samurçay kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 8-ci sahəsi olmuşdur. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsindən daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən sonuncu hərəkəti N7 fevral N0N0-ci ildə Rusiya Federasiyasından ölkə ərazisinə gəlməklə, ümumilikdə N019-cu il tarixdən N0N0-ci il tarixədək 91 hərəkəti qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X4 31 yanvar N0NN-ci il tarixli, 110N saylı məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, Qusar rayonunun Əcəxuroba kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X4 xx.xx.N0NN-ci il tarixli, xx/xx-N3N6 saylı məktubundan görünür ki, Qusar rayonunun Əcəxuroba kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzdə müalicə olunmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Əcəxur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 01 fevral N0NN-ci il tarixli, 4N saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonunun Əcəxuroba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs N7 fevral N0N0-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına qanuni yolla keçən zaman müqabil dövlətə girişinə icazə verilməməsi səbəbindən Rusiya Federasiyasına qanuni yolla gedə bilməyəcəyini bildiyinə görə Rusiya Federasiyasında olan avtomobilini satıb aliment borcunu ödəmək məqsədilə müqabil dövlətə qanunsuz yolla getmək üçün N0 yanvar N0NN- ci il tarixdə, saat NN radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Xaçmaz rayonunun Samurçay kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 8-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N9,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin N9,318.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N9,318.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1N yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral N017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, N5 iyun N003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın N-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini və törətdiyi cinayət əməlini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 11N.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun N3 iyul N004-cü il və 17 mart N011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində məhkəmənin müvafiq axtarış qərarı ilə seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin N1 aprel N0NN-ci il tarixli, 1(067)-60/N0NN saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında N8 aprel N0NN-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin N1 aprel N0NN-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, N8 aprel N0NNci il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni N8 aprel N0NN-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.N-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.N-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N9,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli N8 aprel N0NN-ci il tarixdən hesablansın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan N0 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş N0 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-60/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-60/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver