Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-61/2020 20.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakıilə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx xxxxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azpetrol TXN-in inspektoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020- ci il tarixdə, saat 19 radələrində tutqun və yağışlı hava şəraitində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, özünə məxsus «Opel Omega» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz şəhəri Nərimanov küçəsi istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələblərinə riayət etməmiş və Nərimanov küçəsində yolun hərəkət hissəsində sag tərəfdən yolun sol tərəfinə keçmək istəyən 1988ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq sonuncunun baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması ilə müşaiyət olunan sol alın-təpə gicgah nahiyəsinin kəskin subdural hematoması, alın sümüyünün sınığına səbəb olan yol hərəkət və nəqliyyat vasitəsinin istismar qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməklə yol nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saat 19 radələrində özünəməxsus **-NE-*** dövlət qeydiyyat nömrə nişanlı “Opel Omega” markalı avtomobili ilə anası Şahid2 ilə birgə yaşadığı evdən bayram bazarlığı etmək məqsədilə çıxmışlar. Bir neçə marketdən bayram üçün nəzərdə tutulmuş ərzaq məhsulları aldıqdan sonra yaşadıqları evə gəlmək üçün idarəetdiyi avtomobilə anası Şahid2 ilə birgə əyləşmişdir. Nərimanov prospekti istiqamətində hərəkətdə olarkən yolun sağ hissəsindən bir nəfər şəxsin qəfildən avtomobilin qarşısında çıxdığını görmüşdür. Həmin vaxt o, avtomobilin əyləc sistemini işə salsa da qəzadan qaça bilməyərək həmin şəxsi idarəetdiyi avtomobilin ön hissəsi ilə vurmuşdur. Bundan sonra avtomobildən yerə düşərək təcili DİNninn 102-xidmətinə törətdiyi hadisə ilə bağlı məlumat verib, avtomobillə vurduğu şəxsi anası ilə birgə avtomobilinə qoyararaq Xaçmaz RMX-na gətirmişlər.Həmin vaxt o idarə etdiyi Opel Omega markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili deməsinə görə saatda 50 km sürətlə hərəkət etdirirmiş.Bundan başqa o, hadisənin əsas baş vermə səbəbi kimi isə piyadanın yolun əks tərəfinə keçərkən məsafəni düzgün hesablamaması olmasını əsəs gətirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, vurduğu maddi ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq,barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. xx xxxxxxx 2020-ci il tarixli məhkəmədə iclasında Zərərçəkmiş şəxs ifadəsindəgöstərmişdirki,ailəsi ilə birgə ünvan 3 mənzil 33 ünvanında yaşayır.X4 Xaçmaz rayonu Armud Padar kəndindəndir. xx xxxxxx 2019-cu il tarixdə yaşadığı ünvan 3 ünvanından çıxaraq X4nı anasıgildən götürərək Bakı şəhərinə gətirməsi üçün Xaçmaz şəhərinə yola düşmüşdür.Xaçmaz şəhərinə çatdıqdan sonra N.Nərimanov prospektində yolun sağ tərəfindən yolun sol tərəfinə keçmək istəyərkən sözügedən prospektdə hərəkətdə olan avtomobil onu vurmuş və həmin andan etibarən o heç bir şey xatırlamamışdır. Bundan başqa o, baş vermiş hadisənin əsas səbəbi kimi sürücünün diqqətsizliyini əsas gətirmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiz şəxs Zərərçəkmiş şəxs iş üzrə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, onunla barışdığını və ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında xx xxxxxxx 2020-ci il tarixdə şahid qismində ifadə vermiş Şahid1 Mövlüd qızı bildirdi ki, ailə üzvləri ilə birlikdə ünvan 3 mənzil 33 ünvanında yaşayır. Heç bir yerdə işləmir. xx xxxxxx 2019-cu il tarixdə evdə olduğu zaman oğlu Samir ona zəng edərək Xaçmaz rayonuna qaynanasıgilə getdiyini bildirmişdir.O da Samirə getməməsini sabah onu özünün yola salacağını söyləmişdir.Lakin Samir ona artıq avtobusa əyləşdiyini və Xaçmaz şəhəri istiqamətində getdiyini bildirmişdir.Axşam saatlarında isə gəlini Arzu onun mobil telefonuna zəng edərək oğlu Samiri avtomobil vurduğunu bildirmişdir.Bundan sonra o təcili olaraq birbaşa Respublika 1 saylı xəstəxanaya getmiş, bir neçə saat sonra isə ambulansla oğlu Samiri Xəstəxanaya gətirmişlər. Orada ilkin müayinədən sonra onlar Respublika Nevrocərrahiyyə xəstəxanasına gedərək Samiri orada yerləşdirmişlər. Məhkəmə iclasında xx xxxxxxx 2020-ci il tarixdə şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saat 19 radələrində oğlu Təqsirləndirilən şəxs ilə birgə ona məxsus Opel Omega ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşərək bayram bazarlığı etmək məqsədilə Xaçmaz şəhər mərkəzində yerləşən bir neçə marketdən alış –veriş etmişlər. Daha sonra marketdən çıxaraq yaşadıqları evə qayıtmaq üçün Zərərçəkmiş şəxs məxsus avtomobilə əyləşmişlər. Xaçmaz şəhəri N.Nərimanov prospektində olarkən ani olaraq avomobilə nəyinsə çırpıldığını görmüşdür. Bundan sonra oğlu Təqsirləndirilən şəxs avtomobili saxlayaraq yerə enmiş və o oğlunun avtomobil ilə piyadanı vurmasını görərək təcili DİN-nin 102 xdmətinə məlumat verməklə piyadanı Xaçmaz RMX-na gətirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Xaçmaz rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 82 saylı Məhkəmətibbi ekspertizasına dair ekspert rəyindən müəyyən olur ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs baş beynin ağır dərəcəli əzilməsi və sıxılması ilə müşaiyət olunan sol alın-təpə gicgah nahiyəsinin kəskin subdural hemotoması, alın sümüyünün sınığı bərk küt əşya təsirindən törənməklə xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2498 №-li rəyində göstərilmişdir ki, nəqliyyat vasitəsinin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Opel Omega markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Xaçmaz mənzil komunal təsərrüfat idarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli ərizədən məlum olur ki, ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyindən, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndi imperativ göstəriş olduğundan, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-in 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasının araşdırılması məqsədilə qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna göndərilməlidir. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus Opel Omega ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 321, və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasənTəqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-cimaddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərini nolubolmamasının araşdırılması məqsədi ilə qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna göndərilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus Opel Omega ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət bitdikdən sonrakı gün apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar qanuni qüvvəyə minir. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-61/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-61/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver