Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-61/2021 03.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Xudat şəhəri, Su Kəməri qəsəbəsi, ev 3, mənzil 4-də qeydiyyatda olmaqla, Xudat şəhəri Ə.Vahid küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan təmiz çəkisi 1.764 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz RPŞ-nin Xudat PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında 11 yanvar 2021-ci il tarixdə saat 15 radələrində o, Xudat şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Xudat PB-yə gətirilmiş, polis bölməsində onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülüdə təmiz çəkisi 1.764 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, əvvəllər bir neçə dəfə narkotik vasitə “heroin” qəbul etmişdir, lakin aludəçi deyildir. Tutulmazdan təxminən 2-3 gün əvvəl saat 17 radələrində Xaçmaz rayonu Xudat şəhərində yaşadığı Ə.Vahid küçəsi ilə piyada hərəkət edən zaman yerdə sellofan bükümü tapmışdır. O, həmin bükümü yerdən götürmüş və açıb içinə baxan zaman bükümün içərisində “kakos” kimi tanıdığı heroin adlı narkotik vasitənin olduğunu görmüşdür. O, iyləmə yolu ilə bir neçə dəfə heroin qəbul etdiyindən həmin bükümü cibinə qoymuş və özündə saxlamışdır ki, başqa vaxt qəbul etsin. Bir qədər sonra o, evə qayıtmış, həmin bükülü də elə şalvarının cibində qalmışdır. 11.01.2021-ci il tarixdə, saat 15 radələrində yaşadığı evdən çıxmış, Xudat şəhəri, M.F.Axundov küçəsi ilə hərəkət etmiş və tapdığı heroin bükümü də əynindəki şalvarın cibində olmuşdur. O, piyada gedən vaxt polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edib narkotik vasitələri qanunsuz saxlanmaqda və daşımaqda şübhəli olduğunu bildirərək onu bölməyə dəvət etmişlər. O, da cibində olan narkotik vasitədən polis əməkdaşlarının artıq məlumatlı olduğunu başa düşüb onlara etiraz etməmiş və bölməyə getmişdir. Bölmədə ona hüquqları izah edilmiş və vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona təklif etmişdir ki, üzərində narkotik vasitə varsa təqdim etsin. O, da əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd bükülüdə narkotik vasitə heroini təqdim etmiş və həmin heroini tapdığını bildirmişdir. Daha sonra həmin heroin polis əməkdaşları tərəfindən qablaşdırılmış, onlar qablaşmanı imzaladıqdan sonra götürmüşlər. Həmçinin baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalanmışdır. Özü heç vaxt narkotik vasitə satmamış, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 11 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Ə.Vahid küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması və saxlaması barədə əməliyyat məlumatı əldə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. O, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə həmin gün, yəni 11.01.2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri M.F.Axundov küçəsində əməliyyat müşahidəsinə götürmüşlər. Təxminən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman ona yaxınlaşaraq özlərini təqdim edib Xudat PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşıb bölməyə getmişdir. Xudat PB-də Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Mübariz Əliyev onların və vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Səlimxan Mrzoyevə təklif edilmişdir ki, üzərində narkotik vasitə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynindəki salvarın sağ yan cibindən bir ədəd bükülü çıxarıb təqdim etmiş, içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin bükülü açılıb baxılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra həmin bükülü bir ədəd kağız zərfdə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. X2 həmin zərfi ekpertizaya təqdim etmək üçün götürmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər-hansı başqa qanunsuz əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış prosesi əvvəldən sonadək videokamera ilə lentə alınmış və şəxsi axtarış bitdikdən sonra çəkiliş də dayandırılmışdır. İbtidai istintaqda şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə analoji məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə- kimyəvi ekspertizasının 12 yanvar 2021-ci il tarixli 6/130 saylı rəyindən görünür ki -tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs şalvarının sağ cibindən...” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.764 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmə- narkoloji ekspertizasının 21 yanvar 2021-ci il tarixli 162 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs «TİRYƏK» alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən «NARKOMANİYA» xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xaçmaz rayonu, Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan təmiz çəkisi 1.764 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz RPŞ-nin Xudat PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında 11 yanvar 2021-ci il tarixdə saat 15 radələrində o, Xudat şəhəri M.F.Axundov küçəsində saxlanılaraq Xudat PB-yə gətirilmiş, polis bölməsində onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülüdə təmiz çəkisi 1.764 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edərək, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 22:00-dan 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 11 yanvar 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək 02 ay müddətində tutularaq həbsdə olmuşdur. Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1.714 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 114 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsnun üzərinə yaşayış yerini 22:00-dan 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1.714 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 114 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №1(067)-61/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-61/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver