Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-61/2022 15.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1970-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsində tibb bacısı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsində tibb bacısı vəzifəsində işləyərkən özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Xaçmaz rayonu, Qadaşoba kənd sakini Zərərçəkmiş şəxs1 övladı Şahid3 Qusar rayonunda hərbi polisə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla 2020-ci ilin iyun ayında Xaçmaz rayonu, Müzəffəroba kəndində yaşayan, zərərçəkmiş şəxsin tanışı Şahid1 məxsus evdə Zərərçəkmiş şəxs1 4000 manat, növbəti gün yenidən həmin yerdə 2000 manat, habelə 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Qadaşoba kəndində yerləşən evində sonuncudan 600 manat məbləğində pul vəsaitini alıb ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdar təşkil edən 6600 manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 övladı Şahid2 Qusar rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla 25 iyul 2020-ci il tarixdə zərərçəkmiş şəxsin tanışı Şahid1 sonuncunun yaşadığı Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən evində 4000 manat, daha sonra 07 avqust 2020-ci il tarixdə həmin yerdə Şahid1 5000 manat, habelə 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Xaçmaz rayonu, Qadaşoba kəndindəki evində 600 manat pul vəsaitini alaraq ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdar təşkil edən 9600 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2016-cı ildən 2021-ci ilin noyabr ayına kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tibb məntəqəsində kiçik tibb bacısı vəzifəsində işləmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onunla əvvəllər hərbi hissədə işləmiş tanışı Şahid1 vasitəsilə tanıımışdır. Belə ki, 2020-ci ilin iyun ayının əvvəlində Elçinlə söhbət edərkən əgər işlə bağlı müraciət edən olarsa hərbi hissəyə işə düzəldə bilmək üçün tanışları olduğunu, bu işin təxminən 6000 manata başa gələcəyini bildirmişdir. 2020-ci ilin iyun ayında Elçin onun mobil telefonuna zəng edib İzafəddin adlı bir nəfər qohumunun oğlu Ayazı hərbi polisə işə düzəltdirmək istədiyini bildirmişdir. İşə düzəldə bilməyəcəyinə baxmayaraq pula ehtiyacı olduğundan Elçinə yalan vəd verib demişdir ki, “narahat olma, sən tapşır ki, 6000 manat düzəltsin, qalan iş mənlikdir.” Elçin də onunla razılaşmış, bir neçə gündən sonra, elə Elçinlə yaşadığı Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən evində görüşmüş və evində ona İzafəddin adlı tanışını, həmçinin oğlu Ayazı təqdim etmişdir. Onlar söhbət edib razılaşmış, Zərərçəkmiş şəxs1 ona oğlu Şahid3 Qusar rayonuna hərbi polisə işə düzəltməsi üçün 4000 manat pul vermişdir. O, İzafəddinə qalan 2000 manatı da hazırlamasını, qısa müddədə işi həll edəcəyini demişdir. Ertəsi gün Elçinin dəvəti ilə yenidən onun yaşadığı Müzəffəroba kəndində yerləşən evinə gəlmiş, orada İzafəddin və oğlu Ayaz da olmuş, söhbət əsnasında Şahid3 işə düzəltmək üçün məhkumluq barədə arayış, fotoşəkil, tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətlərini toplayıb ona təqdim etmələrini demişdir. O, İzafəddingildən pulun qalan hissəsini gətirib-gətirmədiyini soruşarkən İzafəddin 2000 manat pulu çıxarıb ona vermişdir. Az sonra o, sənədləri toplayıb ona vermələrini tapşırıb çıxıb getmişdir. O, getdikdən bir neçə gün sonra İzafəddin ona zəng edib sənədlərin hazır olduğunu demişdir. O da İzafəddingili evinə dəvət etmiş, onlar Qusar şəhərində yerləşən evində görüşmüşlər. Görüş zamanı İzafəddinə demişdir ki, “narahat olmayın, işiniz tez bir zamanda düzələcək, bir neçə gündən sonra həkimdən keçəsi olacaqlar.” Sonra İzafəddingil istədiyi sənədlərin surətini ona vermişlər. 2020-ci ilin iyul ayının ortalarında pula ehtiyacı olduğundan İzafəddinə zəng edib yalandan demişdir ki, Ayazın tibbi komissiyadan keçməsi üçün 600 manat pul lazımdır. İzafəddin də pulu düzəltmək üçün iki gün vaxt istəmiş, iki gündən sonra İzafəddin pulun hazır olduğunu demiş, o, İzafəddinin yaşadığı Xaçmaz rayonu, Qadaşoba kəndində yerləşən evinə gedib 600 manat pulu İzafəddindən almışdır. Beləliklə İzafəddindən ümumilikdə 6600 manat pul almışdır. Bir-iki ay keçdikdən sonra İzafəddin onunla tez-tez əlaqə saxlayıb, oğlunun işini soruşmuş, o da İzafəddinə hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa çalışmışdır. İzafəddin sonradan ona demişdir ki, əgər iş alınmırsa pulu və sənədləri qaytarsın. O, İzafəddindən pulu qaytarmaq üçün vaxt istəmişdir. İzafəddin onun barəsində şikayət etdikdən sonra onun 200 manat pulunu qaytara bilmiş, qalan 6400 manatı isə qaytara bilməmişdir. 2020-ci ilin iyul ayında İzafəddin ona zəng edib demişdir ki, qohumu Nurunun oğlu Şöhrəti hərbi xidmətə işə düzəltmək lazımdır. O da demişdir ki, N saylı hərbi hissəyə işə düzəltmək üçün N min manat lazımdır. İzafəddin də onunla razılaşmışdır. 25 iyul 2020ci il tarixdə Elçin ona zəng edərək demişdir ki, Nurunun oğlu Şöhrəti işə düzəltmək üçün 4000 manat ondadır, 5000 manatı da avqust ayında gətirəcəkdir. O, Elçinə tapşırmışdır ki, həmin adamın şəxsiyyət vəsiqəsini, hərbi biletini, tərcümeyi halını da almaq lazımdır, pulu isə birazdan gəlib ondan götürəcəkdir. O, bundan az sonra Elçinin yaşadığı Müzəffəroba kəndinə getmiş, Elçinin yaşadığı evdə ondan 4000 manat pulu almışdır. Elçin ondan nə vaxta İzafəddinlə Nurunun övladlarının işlərinin hazır olacağını soruşmuş, o da ildə dörd dəfə hərbi çağırış olduğundan hərbiyə işə qəbulla bağlı ildə 4 dəfə imtahan olduğunu, onların imtahanının 2020-ci ilin oktyabr ayında olacağını, amma bu işi bir aya kimi həll edəcəyini demişdir. O həmçinin Elçinə demişdir ki, alacaqları 5 min manat puldan İzafəddinə də versin, özünə də götürsün, işin düzəlməsi üçün 7000 manat da ona bəs edər. Danışıqlarından bir neçə gün sonra Elçingil onun yaşadığı evə gəlmişlər. Orada Nuru ona tələb etdiyi sənədləri vermiş, Nuruya demişdir ki, inşallah uzağı 1 aya Şöhrətin işi həll olacaqdır. 07 avqust 2020-ci il tarixdə Elçin ona zəng edib Nurunun oğlunun işinə görə qalan 5000 manat pulu aldığını, lakin həmin puldan 1600 manatını İzafəddinin oğluna verdiyini, 3400 manat pul qaldığını bildirmişdir. O da Elçinə demişdir ki, həmin puldan 400 manatını özünə götürsün, qalan 3000 manatı ondan götürəcəkdir. Bir neçə saat sonra o, Elçinin yaşadığı evə gedib 3000 manatı ondan götürmüş, Elçin ona işi tez həll etməsini xahiş etmiş, pulun onun vasitəsilə verildiyini, alınmasa pis vəziyyətdə qalacağını demişdir. O da Elçinə narahat olmamasını, pul aldığı şəxslərin uşaqlarının ikisini də işə düzəldəcəyini bildirmişdir. O, pulu götürdükdən sonra Bakı şəhərinə gedib həmin pulla müalicəsi üçün aldığı borc pulları qaytarmışdır. Təxminən on gündən sonra yenə pul lazım olduğundan İzafəddinə zəng edib yalandan demişdir ki, onun oğlu və Nurunun oğlu kursa getməlidir, ona görə hər birinə 600 manat pul lazımdır. İzafəddin onun artıq o qədər pulu olmadığını, əgər iş düzəlirsə düzəlsin, düzəlmirsə onun pulunu qaytarmasını, amma bu barədə Nuruya deyəcəyini demişdir. O da İzafəddinin narazılıq yaratdığını görüb heç olmasa Nurudan kursun pulunu almasını, bir yolla oğlunu da kursdan keçirəcəyini demişdir. İki gündən sonra İzafəddin ona zəng edib Nurunun oğlunun kursdan keçməsinə görə istədiyi 600 manat pulu aldığını demişdir. Həmin gün, yəni 2020-ci ilin avqust ayında o, İzafəddinin yaşadığı Qadaş-oba kəndində yerləşən evinə gedib 600 manat pulu götürüb getmişdir. Sentyabr ayına kimi onlar dəfələrə ona işlə bağlı zəng edib soruşarkən müxtəlif bəhanələr gətirərək tez bir zamanda işin həll olunacağına vəd vermişdir. 2020-ci ilin sentyabr ayında İzafəddin, Nuru, Ayaz, Elçin yığışıb Qusar rayonuna gəlmiş, o, Qusar şəhərində Kapital bankın filialının yanında onlarla görüşmüş, İzafəddin və Nuru ondan işin nə vaxt düzələcəyini soruşduqda yenə də onlara yalan vədlər vermişdir. Sonradan Nuru şikayət etdiyi üçün İzafəddinə verdiyi 1600 manatı və Elçinə verdiyi 400 manatı geri almış, Nuruya 3050 manat pul ödəmişdir. Elçinlə tanışlıq münasibəti olduğundan Elçindən xahiş etmişdir ki, Nurunun pulundan qaytarmaqda ona köməklik etsin, borc olaraq hissə-hissə qaytaracaqdır. İlk öncə Elçin razılaşmasa da, təkrar xahişlərindən sonra Elçin özü Nuruya iki dəfə olmaqla ümumilikdə 1350 manat pul qaytarmışdır. Beləliklə Nuruya ümumilikdə 4400 manat pul qaytarmış, 5200 manatını isə qaytarmamışdır. Lakin Elçinin bocrunun bir hissəsini artıq ödəmişdir. Zərərçəkmiş şəxs1lə isə aralarında pul məslələrini qarşılıqlı həll etmişlər. Əməlindən peşmandır, bu cinayəti maddi çətinlikləri olduğundan törətmişdir. Ona güzəşt edilib barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, oğlu Şahid3 2013cü ildə Daxili Qoşunlarda müqavilə əsasında müddətdən artıq hərbi quluqçu kimi xidmətə başlamış və 2020-ci ilin iyun ayında müqavilə bitdiyindən hərbi xitmətdən azad olunmuşdur. Oğlu Ayaz həmin dövrdə Bakı şəhərində yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. Oğlu Ayaz işsiz qaldığı üçün, daha yaxın yerdə olan hərbi hisələrin birinə işə düzəlməsi üçün çalışmışdır. Ayazı Qusar rayonunda yerləşən hərbi polisə işə düzəltmək fikri olmuş, bu məqsədlə o, tanışlarına oğlunun işə düzləmək istədiyini bildirmişdir. 2020-ci ilin iyun ayında oğlu və özü tanışları Şahid1la bu barədə söhbət edərkən Şahid1 ona bildirmişdir ki, Ayazı Qusar rayonunda yerləşən hərbi polisə düzlədə bilər, orada tanışı vardır. O, Elçindən əgər bacara bilirsə bu işi həll etməsini xahiş etmiş, bunun üçün nə qədər pul lazım olacağını soruşduqda Elçin ona bu iş üçün 6000 manat pul lazım olacağını bildirmişdir. O da Elçinlə razışlaşmış, iki gün sonra, elə iyun ayında oğlu Ayazla birlikdə Elçinin Müzəffəroba kəndində yaşadığı evinə getmiş, orada sonradan tanıdığı Təqsirləndirilən şəxs ilə görüşmüş, Elçin Samirəni onlara təqdim edərək Qusar rayonunda yerləşən Milli Ordunun hərbi hisəssində tibb məntəqəsində işlədiyini və onların işi ilə o məşğul olacağını və Ayazı işə o düzəldəcəyini demişdir. Onlar bir qədər söhbət etdikdən sonra tam razılığa gəlmişlər və Elçinin yanında Samirəyə 4000 manat pul vermişdir. Ertəsi gün yenidən Elçinin yaşadığı evə Azyazla birlikdə gedərək Təqsirləndirilən şəxs qalan 2000 manat pulu da vermişdir. Təqsirləndirilən şəxs Ayaz üçün hazırlanmalı olan bir neçə sənədləri, həmçinin fotoşəkil istəmişdir. Bundan sonra onlar Ayazın sənədlərini yığmağa başlamışlar. O, oğlu Ayaz üçün məhkumluq barədə arayış almış, həmçinin Elçinlə birlikdə Qusar rayonuna getmiş və Ayazın fotşəkilini çəkdirmiş, tərcümeyi-hal yazdırmış, Ayazın şəxsiyyət vəsiqəsinin və hərbi biletinin sürətini qovluğa yığaraq Qusar şəhərində yerləşən Samirənin yaşadığı evə aparıb ona vermişlər. Samirə onlara bildirmişdir ki, “narahat olmayın, işiniz tez bir zamanda düzələşək”. Bundan bir qədər sonra, 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs Ayazı tibbi komissiyadan keçirmək məqsədilə yaşadığı Qadaşoba kəndində yerləşən evdə ondan 600 manat da pul almışdır. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs nə işi düzəltmiş, nə də pulu qaytarmışdır. Zərərçəkmiş şəxs1 ifadəsinə davam edərək göstərdi ki, Təqsirləndirilən şəxs iş düzəltmək üçün pul verdiyindən Samirəyə inanmış, bu səbəbdən həmkəndlisi Zərərçəkmiş şəxs2 oğlu Şahid2 işə düzəltmək istədiyini dedikdə Samirəyə bu barədə demişdir. Samirə ona bunun üçün 9000 manat lazım olacağını bildirmişdir. O da bu barədə Nuruya demiş, lakin Samirəni Elçinin vasitəsilə tanıdığı üçün o, məsələni Elçinin əli ilə həll etmək istəmişdir. Buna görə Elçinlə danışmış və 25 iyul 2020-ci il tarixdə Nuru ilə birlikdə Elçingilin evlərinin qarşısına gedib Elçinlə danışmış, orada Zərərçəkmiş şəxs2 ilkin olaraq Elçinə 4000 manat pul vermişdir. Qalan 5000 manatı isə avqust ayının əvvəllərində hazırlayıb verəcəyini demişdir. Elçinə verdikləri pulu həmin gün Samirə gəlib Elçindən götürmüşdür. Bu barədə Samirə ilə danışan zaman ona demişdir, Samirə həmçinin ona demişdir ki, alacaqları 5000 manatdan özlərinə də götürsünlər, ona bu iş üçün ümumilikdə 7000 manat da bəs edər. O da belə başa düşmüşdür ki, Samirə demək istəyir ki, 2000 manat civarında pulu özlərinə götürə bilərlər. Danışdıqları kimi də olmuş, 07 avqust 2020ci il tarixdə Nuru pulu hazırladığını demiş, o, Nuru və oğlu Ayaz ilə birlikdə yenidən Eçingilin evlərinin qarşısına getmiş, orada Nuru 5000 manatı sayıb Elçinə vermişdir. O, həmin yerə getməzdən əvvəl Elçinə demişdir ki, 5000 manatı gətirəcəklər, amma pulun 1600 manatı onundur. Buna görə oğlu Ayaza demişdir ki, orada qalıb pulu götürsün və ona gətirsin. O, özü isə Nuru ilə geri qayıtmış, Ayaz da həmin gün 1600 manatı götürüb qohumugildən gəldikdən sonra ona vermişdir. Bir neçə gün sonra onlar Ayaz kimi Şöhrətin də sənədlərini hazırlayıb aparıb Qusar rayonunda Təqsirləndirilən şəxs vermişlər. Bundan sonra 2020-ci ilin avqust ayının ortalarında Samirə ona zəng edərək demişdir ki, Ayaz və Şöhrətin kusra getməsi üçün hərəsinə 600 manat lazımdır. O isə pulu olmadığından Ayaz üçün pul verməyə imkanı olmadığını demişdir. Samirə isə demişdir ki, Nurudan 600 manat alıb versin, Ayazında kurs məsələsini həmin pulla həll etməyə çalışacaqdır. O da Nuru ilə danışmış və Nuru 600 manatı gətirib yaşadığı evdə ona vermişdir. Bundan sonra Samirə gəlib 600 manatı ondan götürüb getmişdir. Lakin Samirənin onları aldadacağı heç birinin ağlına da gəlməmiş, onlar hamısı elə bilmişlər ki, Samirə doğurdan onların işlərini həll edəcəkdir. Lakin gün keçdikcə işlə bağlı tutarlı bir xəbər olmamışdır. O, Samirəyə mütəmadi zəng etsə də yalan vədlər verərək müddəti uzatmış, iş də alınmamışdır. Bundan sonra onlar başa düşmüşlər ki, Samirə onları aldadıb. Sonra Nuru da, o da polis şöbəsinə şikayət etmişlər. O, Nurunun oğlunun işinə görə aldığı 1600 manat pulu, həmçinin Samirənin Elçinə verdiyi 400 manatı Elçindən alaraq üst-üstə qoyub Samirəyə qaytarmış, Nurunun ziyanının bir hissəsi ödənmişdir. Özünün verdiyi puldan isə Samirə 200 manat qaytarmış, 6400 manat isə Samirədə qalmış, qaytarmamışdır. Sonradan Samirə ilə aralarında pul məsələlərini həll etmişlər. Hazırda ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 2020-ci ilin iyul ayında eşitmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs1 oğlu Ayazı hərbi polisə işə düzəltmək istəyir. Buna görə İzafəddinlə görüşüb, söhbət etmiş və İzafəddinə oğlu Şöhrəti də hərbi xidmətə işə düzəltmək istədiyini demişdir. Söhbət zamanı İzafəddin ona Elçin adlı tanışı olduğunu, onunla danışacağını, işini düzəltməyə kömək edə biləcəyini bildirmiş, istəyirsə gedib birlikdə onunla danışmağı təklif etmişdir. O da razılaşmış və İzafəddinlə birlikdə özünə məxsus olan Vaz 2106 markalı avtomobillə adını sonradan bildiyi Şahid1 yaşadığı ünvana, yəni Müzəffəroba kəndinə getmişlər. Elçingilin evlərinin qarşısında Elçinlə danışarkən Elçin oğlu Şöhrətin şəxsiyyət vəsiqəsini, hərbi biletini və 9 000 manat pulu götürüb gəlməsini, lakin oğlunun iş məsələsini Samirə adlı qadın həll edəcəyini, Samirə oğlunu uzağı 1 aya Qusar rayonuna hərbi xidmətə işə düzəldəcəyini bildirmişdir. O, Elçinə hazırda 4 min manatı olduğunu, 5 min manatı isə qısa müddətə tapıb ona verəcəyini demişdir. Elçin də razılaşmış, sonra 25 iyul 2021-ci il tarixdə 4 min manat pulu götürüb İzafəddinlə birlikdə yenidən Elçingilə getmiş və onların evlərinin qarşısında 4 min manatı sayıb Elçinə vermişdir. Elçin həmçinin ona vaxt təyin edib birlikdə Qusara gedib Şöhrətin sənədlərinin surətini çıxarıb notarial qaydada təsdiq etdirərək Samirəyə verəcəklərini demişdir. Bir neçə gün sonra İzafəddin, Ayaz, Elçin və oğlu Şöhrət ilə birlikdə özünə məxsus olan avtomobillə Qusar rayonuna getmişlər. Qusarda Şöhrətə məxsus olan sənədlərin surətini və sənəd üçün fotoşəklini Elçinə vermişdir. Sonra Elçin orada demişdir ki, bütün sənədləri Samirəyə verəcək və Samirə işi həll edəcəkdir. Həmin gün onlar Qusarda Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Evdə Samirə ilə söhbət etmiş, Elçin sənədləri Samirəyə vermişdir. Təqsirləndirilən şəxs da sənədlərə baxdıqdan sonra demişdir ki, uzağı 1 aya Şöhrətin işi həll olacaq, Qusara hərbi xidmətə işə düzələcəkdir. Sənədlər Samirədə qalmış və onlar çıxıb kəndlərinə qayıtmışlar. Lakin Elçinin orada Samirəyə pul verməsini görməmiş, Samirəgildə olanda pul barədə heç bir söhbət getməmişdir. Onlar yaşadıqları kəndə qayıtdıqdan sonra o, qalan 5000 manatı hazırlamaq üçün 04 avqust 2020-ci il tarixdə Xaçmaz rayonunda yerləşən “Acsess bank”-a müraciət etmiş, 07 avqust 2020-ci il tarixdə 6 min manat kredit götürmüşdür. Pulu götürdükdən sonra da İzafəddinlə görüşmüş, o, İzafəddin və oğlu Ayazla birlikdə Müzəffəroba kəndinə Elçingilə getmiş, yenə də Elçingilin evlərinin qarşısında 5 min manat pulu sayıb Elçinə vermişdir. Sonra İzafəddinlə birlikdə geri qayıtmış, Ayaz isə orada qalmışdır. Təxminən 10 gün sonra, 2020-ci ilin avqust ayının ortalarında İzafəddin ona zəng edərək demişdir ki, oğlu Şöhrət kursa getməlidir, buna görə 600 manat pul lazımdır. O da İzafəddingilə gedərək İzafəddinin evində 600 manat pulu sayıb ona vermişdir. Həmin vaxtdan 1 ay keçsə də oğlunun iş məsləsi düzəlməmişdir. O, İzafəddinlə tez-tez danışmış, İzafəddin ona demişdir ki, gözləmək lazımdır. 2020-ci ilin sentyabr ayında müharibə başladıqdan sonra oğlunu da hərbi xidmətə çağırmışlar. Buna görə o, İzafəddinə demişdir ki, işin düzəlməsini istəmir, onun pulunu qaytarsınlar. İzafəddin ona onların da işlərinin düzəlmədiyini, deyəsən Samirənin onları aldatdığını demişdir. O, sonra gedib eyni sözləri Elçinə də demiş, pulunu tələb etmişdir. Elçin də ona demişdir ki, pulu Samirəyə vermiş, pulu Samirədən tələb etsinlər. 2020-ci ilin oktyabr ayında Samirənin xahişi ilə Elçin ona 750 manat vermiş, təxminən 1 ay sonra da 600 manat qaytarmışdır. Lakin sonra pulun qalan hissəsini qaytarmamış, o da şikayət etmişdir. Şikayət etdikdən sonra şöbədə ona 3050 manat da qaytarılmışdır. Ümumilikdə verdiyi 9600 manat puldan ona 4400 manat pul qaytarılmış, 5200 manat qalmışdır. Hal-hazırda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ziyanın ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Belə ki, Təqsirləndirilən şəxs ona vurduğu, ödənilməmiş qalan 5200 manat ziyandan 350 manatını ödəmiş, ziyanın qalan hissəsini onun banka olan aylıq ödənişlərini hər ay onun əvəzindən etməklə ödəyəcəyini öhdəsinə götürmüş və bu barədə onlar qarşılıqlı razılığa gəlmişlər. Odurki, hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçi deyildir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 atası- Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, 2002-ci ildən 2017-ci ilədək olan müddətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi hissələrində müxtəlif vəzifələrdə işləmiş, 2017-ci ildə raport yazaraq xidmətdən xaric olmuşdur. 2020-ci ilin iyun ayının əvvəlində yaşadığı kənddə tanışı və uzaq qohumu Şahid3lə rastlaşmış, söhbət əsnasında Ayaz ona hərbi polisə işə düzəlmək istədiyini bildirməklə ona köməklik etməsini xahiş etmişdir. O da Ayaza demişdir ki, gedib hərbi hissələrə qanuna uyğun formada müraciət etsin. Lakin Ayaz ona demişdir ki, etibarlı adam lazımdır, tanıdığı adam varsa onun yanına getsin. O da bir neçə il əvvəldən tanıdığı, Qusar rayonunda quru qoşunlarında mülki işçi kimi tibb məntəqəsində işləyən tanışı Samirə ilə tanış edə biləcəyini demişdir. Ayazla yanaşı Ayazın atası Zərərçəkmiş şəxs1 də onunla bu barədə danışmış və İzafəddinə də eyni sözləri demişdir. Sonra da Samirənin mobil telefon nömrəsinə zəng edib qohumu Ayazın hərbi polisə düzəlmək istədiyini demişdir. Samirə də ona demişdir ki, köməklik edə bilər, 6 min manat pul hazırlasın. O da bu barədə İzafəddinə demiş və İzafəddin razılaşmışdır. 2020-ci ilin iyun ayında Samirə yaşadığı Müzəffəroba kəndindəki evinə gəlmiş, həmçinin İzafəddingili də çağırmışdır ki, Samirə ilə tanış etsin, işlərini danışsınlar. İzafəddin, Ayaz və Samirəni tanış etmiş, onlar evdə söhbət etmişlər və bir-biri ilə razılaşmışlar. İzafəddin onun evində 4 min manat pulu Samirəyə vermişdir. Samirə də pulu götürmüş və demişdir ki, qalan 2 min manatı da qısa müddətə hazırlasınlar, Ayazı hərbi polisə düzəldəcəkdir. Ertəsi gün İzafəddin ona demişdir ki, 2 min manat da hazırdır. Buna görə o, Samirəni yenidən evinə dəvət etmiş, Samirə gələrək yaşadığı evdə İzafəddindən 2 min manatı götürmüş, İzafəddinə Ayaza aid bir neçə sənədləri hazırlamasını tapşırıb getmişdir. Bir neçə gün sonra isə İzafəddin və Ayazla birlikdə həmin sənədləri Qusar rayonuna gedib Təqsirləndirilən şəxs yaşadığı evdə Samirəyə vermişlər. 2020-ci ilin iyul ayının sonlarında İzafəddin ona zəng edərək demişdir ki, Xaçmaz rayonu Qadaşoba kəndində bir nəfər var, onu da hərbi xidmətə işə düzəltməyə kömək etmək lazımdır. O da İzafəddinə demişdir ki, Samirəni tanıyır, Samirəylə bu barədə danışsın, lazım olsa o da onlara kömək edər. Bundan sonra o, Samirə ilə bu barədə danışdıqda ona demişdir ki, hərbi xidmətə işə düəltməyə kömək edə bilər, bunun üçün N min manat və sənədlər lazımdır. Bundan 2 gün sonra İzafəddin həmkənlisi Zərərçəkmiş şəxs2 ilə onun yanına yaşadığı ünvana gəlmişlər. Onlar evin qarşısında söhbət etmiş və İzafəddin ona demişdir ki, Nurunun oğlu Şöhrəti hərbi xidmətə işə düzəltmək lazımdır. O da Samirənin ona və İzafəddinə bunun üçün 9000 manat lazım olduğunu bildirməsini demiş, Nuru hələlik 4 min manat verə biləcəyini, sonra da qısa müddətə qalan 5000 manatı verəcəyini demişdir. Onlar razılaşmış, 25 iyul 2020-ci il tarixdə İzafəddinlə Nuru onun evinin yanına gəlmiş və orada Nuru ona 4000 manat pul vermiş və qalan 5000 manatı da avqust ayında verəcəyini bildirmişdir. O, həmin pulu götürmüş və Samirəyə bu barədə məlumat vermiş, həmin gün Samirə gəlib yaşadığı ünvanda ondan həmin 4000 manatı götürmüşdür. Samirə ona demişdir ki, İzafəddinə də demişdir, alacaqları 5000 manatdan özlərinə də götürərlər, işin düzəlməsi üçün ümumilikdə 7000 manat ona bəs edir. Bir neçə gün sonra Qusar rayonuna gedib Nurugillə birlikdə oğlunun sənədlərini Samirəyə vermişlər. 07 avqust 2020-ci il tarixdə isə Nuru, İzafəddin və Ayaz onun evinin yanına gəlmiş və orada Nuru ona 5 min manat pul verdikdən sonra çıxıb getmişlər. X1 orada qalmışdır. İzafəddin əvvəlcədən ona demişdir ki, Nurunun ona verəcəyi 5 min manatın 1600 manatı onundur. O da etiraz etməmiş və 1600 manatı sayıb Ayaza vermişdir ki, atası İzafəddinə versin. Ayaz da 1600 manatı götürüb çıxıb getmişdir. Sonra Samirəyə bu barədə məlumat vermiş, Samirə ona 400 manatı özünə götürməsini, 3000 manatı birazdan gəlib götrəcəyini demişdir. Bir neçə saat sonra Samirə gəlib 3000 manatı onun evində ondan götürmüşdür. Samirə ilə Nurugil razılaşmışdır ki, sentyabr ayında Nurunun oğlunu işə düzəldəcəkdir. 2020-ci ilin sentyabr ayının sonlarında Nuru gəlib ona demişdir ki, müharibə başlayır, istəmir oğlu hərbi xidmətə getsin, pulu qaytarsınlar. O da Nuruya demişdir ki, pulu Samirəyə vermişlər, əgər istəmirsə pulu Samirədən tələb etmək lazımdır. Buna görə X3 yanına aparmış, Samirə orada Nuruya demişdir ki, ona vaxt versin, pulunu qaytaracaqdır. Sonradan həmçinin ona məlum olmuşdur ki, Ayazın da işi düzəlməyib. Bu səbəbdən artıq Samirədən şübhələnməyə başlamışdır. Ayaz, İzafəddin və Nuru ona dəfələrlə zəng edib Samirənin onların işini düzəltmədiyini demişdir. O özü də Samirənin vədlərinə aldandığından İzafəddingilə Samirə ilə yaxın olduqlarını, özləri onunla danışmalarını, pullarını tələb edib almalarını, bu işlərin ona heç bir aidiyyəti olmadığını demişdir. Artıq işlər düzəlmədiyindən Samirənin ona verdiyi 400 manatı yaşadığı kənddə İzafəddinə vermiş, İzafəddin də özünə götürdüyü 1600 manatla üst-üstə qoyub 2000 manatı Samirəyə qaytarmışdır. 2020-ci ilin oktyabr ayında Nuru ona zəng edərək çətin vəziyyətə düşdüyünü, krediti olduğunu, krediti ödəməyə ona köməklik etməsini xahiş etmişdir. Samirə isə ondan təkrar-təkrar xahiş etmişdir ki, aldığı puldan bir hissəsini o ödəsin, ödəyəcəyi pulu sonra qaytaracaqdır. O, ilk əvvəl Samirə ilə razılaşmasa da, sonradan Samirənin çıxılmaz vəziyyətdə olmasını görüb kömək etmiş və yaşadığı Müzəffəroba kəndində Nuruya 750 manat, təxminən 1 ay sonra isə Nuruya yenidən 600 manat vermişdir. Sonra isə o, nə Nuruya, nə də İzafəddinə başqa heç bir məlbəğdə pul verməmişdir. Zaman keçdikcə də Samirədən həmin borcunun bir hissəsini almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid3 göstərmişdir ki, o, 2013-cü ildə Daxili Qoşunlarda müqavilə əsasında müddətdən artıq hərbi quluqçu kimi xidmətə başlamış və Bakı şəhərində yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. 2020-ci ilin iyun ayının əvvəlində müqavilə müddəti bitdiyindən hərbi xitmətdən azad olunaraq ehtiyata buraxılmışdır. Daha sonra o, işsiz qaldığı üçün daha yaxın yerdə olan hərbi hisələrin birinə və ya Qusar rayonunda yerləşən hərbi polisə işə düzəltmək fikri olmuşdur. Bu məqsədlə o, tanış-bilişə işə düzləmək istədiyini bildirmişdir. Şahid1 Rafiq oğlu onun uzaq qohumudur, Elçin hərbu qulluqçu olmuş, hal-hazırda ehtiyatda olan zabitdir. O, 2020-ci ilin iyun ayında Elçinlə söhbət edərkən işə düzəlmək istədiyini demiş, Elçin də ona demişdir ki, Qusarda tanışı var, onun işinə kömək edə bilər. O da atası Zərərçəkmiş şəxs1 bu barədə danışmış və atası Elçinlə danışıb razılaşmışdır ki, Elçinin tanışı Samirə adlı xanımın vasitəsilə onu Qusar rayonuna hərbi polisə işə düzəltsin. Elçin atasına demişdir ki, “ bu iş üçün ümumilikdə 6000 manat pul lazımdır”. Atası da Elçinlə razışlaşmışdır. İki gün sonra o, atası ilə birlikdə Elçinin Müzəffəroba kəndində yaşadığı evinə gedərək orada Təqsirləndirilən şəxs ilə tanış olmuşlar, Samirənin Qusar rayonunda yerləşən Milli Ordunun hərbi hissəsində tibb məntəqəsində işlədiyini bilmişlər. Onlar söhbət etdikdən sonra da atası Zərərçəkmiş şəxs1 Elçingildə 4000 manat sayaraq Samirəyə vermişdir. Ertəsi gün yenidən Elçinin yaşadığı evə atası ilə birlikdə getmiş, Samirə yenə Elçingilə gəlmişdir. Orada atası qalan 2000 manat pulu da Samirəyə vermişdir. Sonra Təqsirləndirilən şəxs bir neçə sənəd hazırlamağı tapşırmışdır. Onlar da hazırlayacağını deyib getmişlər. Bir neçə gün sonra o, atası və Elçinlə birlikdə Qusar rayonuna getmiş və sənəd üçün fotoşəkil çəkdirmiş, tərcümeyi hal yazdırmış, şəxsiyyət vəsiqəsinin və hərbi biletin sürətini, həmçinin hərbi biletin əslini qovluğa yığaraq Qusar şəhərində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə apararaq Samirəyə vermişlər. Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, narahat olmasınlar, işlərini tez bir zamanda düzələcəkdir. 2020-ci ilin iyul ayında Samirə onun tibbi komissiyadan keçməsi adı ilə onların evinə gələrək atasından 600 manat pul almışdır. Təxminən 15 gün sonra bir xəbər olmadığı üçün onlar Samirəyə zəng edib işlə maraqlanmışlar. Samirə bildirmişdir ki, narahat olmasınlar, yaxın vaxtlarda iş düzələcəkdir. Şahid3 ifadəsinə davam edərək göstərmişdir ki, həmkəndliləri Zərərçəkmiş şəxs2 oğlu Şahid2 işə düzəlməsi üçün atası Zərərçəkmiş şəxs1 Şahid1la birlikdə Nuruya kömək etmək məqsədilə Samirə ilə danışmışlar, Samirə də həmin iş üçün N min manat istəmişdir. Nuru da həmin pulun 4000 manatını 2020-ci ilin iyul ayında atası ilə birlikdə Elçinə vermişdir. 07 avqust 2020-ci il tarixdə isə qalan 5 min manatı Elçinə verməyə gedərkən o da atasıgillə getmişdir. Onlar Elçingilin evlərinin qarşısına çatdıqdan sonra Nuru 5 min manat pulu sayıb orada Elçinə vermişdir. Nuru atası ilə birlikdə geri qayıdarkən o, avtomobilə minməmişdir ki, qohumugilə getsin. Bundan başqa atası ona demişdir ki, qohumugilə getməzdən əvvəl Elçin ona 1600 manat verəcək, onu da götürər. Atasıgil getdikdən sonra o, Elçindən 1600 manatı götürmüş və çıxıb getmişdir. Öz evinə qayıtdıqdan sonra da həmin 1600 manatı atasına vermişdir. Həmin vaxtdan bir neçə ay keçsə də Samirə nə onu, nə də Nurunun oğlu Şöhrəti işə düzəltməmiş, onlar da başa düşmüşlər ki, Samirə hamısını aldadıb, onlara qarşı dələduzluq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 1(101)- 1107/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 1(101)-1107/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 19 avqust 2019-cu il tarixdən 21 avqust 2019-cu il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq üzərində 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsində tibb bacısı vəzifəsində işləyərkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Xaçmaz rayonu, Qadaşoba kənd sakini Zərərçəkmiş şəxs1 övladı Şahid3 Qusar rayonunda hərbi polisə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla 2020-ci ilin iyun ayında Xaçmaz rayonu, Müzəffəroba kəndində yaşayan, zərərçəkmiş şəxsin tanışı Şahid1 məxsus evdə Zərərçəkmiş şəxs1 4000 manat, növbəti gün yenidən həmin yerdə 2000 manat, habelə 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Qadaşoba kəndində yerləşən evində sonuncudan 600 manat məbləğində pul vəsaitini alıb ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdar təşkil edən 6600 manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 övladı Şahid2 Qusar rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə işə düzəldəcəyinə dair vəd verib aldatmaqla 25 iyul 2020-ci il tarixdə zərərçəkmiş şəxsin tanışı Şahid1 sonuncunun yaşadığı Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən evində 4000 manat, daha sonra 07 avqust 2020-ci il tarixdə həmin yerdə Şahid1 5000 manat, habelə 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Xaçmaz rayonu, Qadaşoba kəndindəki evində 600 manat pul vəsaitini alaraq ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdar təşkil edən 9600 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxsnun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qadın olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını və zərərçəkmiş şəxslərlə razılıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 1(101)-1107/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 19 avqust 2019-cu il tarixdən 21 avqust 2019-cu il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin olunmuş cəzadan çıxılmasla qəti olaraq üzərində 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Odur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 05 oktyabr 2021ci il tarixli, 1(101)-1107/2021 saylı hökmünə əsasən təyin edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti məhkum edilmə cəzası onun üzərində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxsnun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 1(101)-1107/2021 saylı hökmünə əsasən təyin edilmiş, barəsində Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti məhkum edilmə cəzası onun üzərində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxsnun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-61/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-61/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver