Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-61/2023 25.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs vəkili-nümayəndəsi Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 41-də qeydiyyatda olmaqla, Xaçmaz şəhəri, 61ci məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, H.Fərzəliyev küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Xaçmaz şəhəri, Əlif Hacıyev küçəsi, ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 10 iyun 2022-ci il tarixdə, saat 02 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə özünə məxsus olan, idarə etdiyi “Mercedes Benz” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz şəhəri, 61-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına getmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin yerdə düşürmüş, Təqsirləndirilən şəxs3 özü ilə gətirdiyi kəlbətin və açardan istifadə etməklə küçədə olan 5000 (beş min) manat dəyərində elektrik tənzimləyicisini sökərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin tənzimləyicini avtomobilin yük yerinə qoymasından sonra qanunsuz olaraq götürüb aparmaqla zərərçəkmiş şəxsə 5000 manat maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 10 iyun 2022-ci il tarixdə, saat 02 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs2 məxsus olan “Mercedes Benz” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz şəhəri, 61-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına getmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs3 kəlbətin və açardan istifadə etməklə küçədə olan 5000 (beş min) manat dəyərində elektrik tənzimləyicisini sökməsindən sonra Təqsirləndirilən şəxs3lə birlikdə tənzimləyicini həmin avtomobilin yük yerinə qoyaraq qanunsuz olaraq götürüb aparmaqla zərərçəkmiş şəxsə 5000 manat maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs3 10 iyun 2022-ci il tarixdə, saat 02 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 məxsus olan “Mercedes Benz” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, 61-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına getmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi kəlbətin və açardan istifadə etməklə küçədə olan 5000 (beş min) manat dəyərində elektrik tənzimləyicisini sökmüş, daha sonra Nizami Abbsovla birlikdə həmin tənzimləyicini avtomobilin yük yerinə qoyaraq qanunsuz olaraq götürüb aparmaqla zərərçəkmiş şəxsə 5000 manat maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 iyul 2022-ci il tarixdə o, Xaçmaz şəhəri, Əlif Hacıyev küçəsində saxlanılıb polis şöbəsinə dəvət edilərək 28 iyul 2022-ci il tarixdə, saat 11:10-11:25 müddətində ünvan 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı plastik qutunun içərisində olan üç ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,455 qram, 0,426 qram və 0,102 qram olmaqla ümumi təmiz çəkisi 0,983 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonu, 61-ci məhəllədə atası, anası, arvadı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. O, rəsmi olaraq işləmir, fərdi qaydada özünə məxsus “Mercedes Benz” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Yaşadıqları ev Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisi ilə çox yaxındır, bir neçə metr məsafə vardır. Zərərçəkmiş şəxs tanıyır, aralarında heç bir ədavət olmamışdır. Yaşadığı ərazidə Zərərçəkmiş şəxs fərdi yaşayış evi vardır. Onların evindən təxminən 100 metr məsafədə yerləşir. Xaçmaz şəhər sakinləri olan tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə danışan zaman Zərərçəkmiş şəxs evinin qarşısında olan elektrik tənzimləyicisini (transformatoru) oğurlamaq qərarına gəlmişlər. Lakin o, ilk öncə razı olmadığını demişdir. Buna baxmayaraq, Nizami mobil telefonu ilə 10 iyun 2022-ci il tarixdə, gecə saat 02 radələrində yaşadığı evdə olduğu zaman onun mobil telefon nömrəsinə zəng edərək ona bildirmişdir ki, “çıx çölə, evin qabağına, bugün transformatoru oğurlayacağıq”. O, yaşadığı evin qarşısına çıxmış və görmüşdü ki, Nizaminin yanında tanışı Emin də vardır. Nizami ona bildirmişdir ki, “Zərərçəkmiş şəxs evinin qarşısındakı transformatoru bu gecə aparacağıq, gəl gedək.” O, yenə onlarla razılaşmasa da, sonradan razılaşmış, o, Emini və Nizamini öz avtomobili ilə transformatorun olduğu yerə aparıb düşürtmüşdür. Sonra isə yaşadığı evə qayıtmış və Emingilin zəngini gözləmişdir. Təxminən bir saatdan sonra Emin ona zəng edərək bildirmişdir ki, “transformatoru sökmüşük, gəl aparaq”. O da özünə məxsus avtomobillə yenidən onların dediyi yerə, Zərərçəkmiş şəxs evinin qarşısına getmiş və görmüşdür ki, Eminlə, Nizami transformatoru bolt açarı açarlarla sökərək çıxarmışlar, tranformatorun yalnız dəmir qutusu orada qalmışdır. Həmin vaxt o görmüşdür ki, transformatorun yağı yerə axmışdır. Emin və Nizami transformatoru onun avtomobilinin yük hissəsinə qoymuşlar və onlar üçü də birlikdə oradan çıxıb Qobuqıraq kəndində yerləşən elektrik şəbəkəsi stansiyasının arxa tərəfinə aparmışlar. Onlar elektrik şəbəkəsinin yanına çatmışlar, orada Eminlə Nizami transformatoru sökmüşlər və dəmir korpusunu orada atmışlar, top şəklində sarınmış olan alüminium məftili isə yenidən avtomobilinə yükləmişlər. Həmin vaxt artıq səhər açılmışdır. Sonra onlar həmin məftilləri Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən boş tikilinin içərisinə aparmışlar. Həmin yerdə Eminlə Nizami məftillərin üzünü soymuşlar. Bu zaman ətrafda yaşayan tanımadığı bir nəfər şəxs onlara "götürün əşyalanızı buradan çıxın gedin, yoxsa polis çağıracam" sözlərini deyib getmişdir. Lakin həmin vaxt onun avtomobili işə düşmədiyi üçün gecikmiş, sonra uzaqdan post patrul avtomobilinin gəldiyini görmüşlər. Nizami də həmin metal hissələri ətarfdakı kolluğa atmış, sonra da qaçıb getmişlər. Onu şöbəyə dəvət etsələr də, o, oğurluq etmədiyini demiş və xəbərsiz olduğunu bildirmişdir, buna görə onu şöbədən evə buraxmışlar. O, zərərçəkmiş şəxsə vurduğu ziyandan özünə aid hissədə 1700 manat ödəmişdir. Törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, bir daha bu kimi əməllər törətməyəcəyini, zərərçəkmiş şəxsə vurduqları ziyandan 1700 manat ödədiyini, səhhətində (ürəyində) problemlər olduğunu bildirərək, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 çoxdan tanıyır, onların arasında heç bir ədavət olmamışdır. O, Zərərçəkmiş şəxs tanısa da, sonuncunun yaşadığı evin qarşısında elektrik tənzimləyicisi olmasından məlumatı olmamışdır, bu barədə Təqsirləndirilən şəxs2 ona və Eminə demişdir, çünki Orxan Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yaşayır. Onlar birlikdə söhbət edən zaman qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs evinin qarşısında olan elektrik tənzimləyicisini (transformatoru) oğurlasınlar. 10 iyun 2022-ci il tarixdə, gecə saat 02 radələrində o, Emin və Orxan birlikdə sonuncuya məxsus olan “Mercedes” markalı avtomobillə Zərərçəkmiş şəxs məxsus evin qarşısına getmişlər. Onlar həmin evin qarşısında olan zaman Emin özü ilə gətirdiyi alətdən istifadə etməklə transfarmatoru sökmüşdür. Sonra da onlar Orxanın transformatoru avtomobilinin yük hissəsinə qoymuşlar və onlar üçü də birlikdə oradan çıxıb Qobuqıraq kəndində yerləşən elektrik şəbəkəsi stansiyasının arxa tərəfinə getmişlər. Onlar elektrik şəbəkəsinin yanına çatmışlar, transformatoru sökmüşlər və dəmir korpusunu orada atmışlar, top şəklində sarınmış olan alüminium məftili isə yenidən Orxanın avtomobilinə yükləmişlər. Həmin vaxt artıq səhər açılmışdır. Sonra onlar birlikdə Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən boş tikilinin içərisinə gəlmişlər. Həmin yerdə məftillərin üzünü soymuşlar. Bu zaman ətrafda yaşayan tanımadıqları bir nəfər şəxs onlara "götürün əşyalanızı buradan çıxın gedin, yoxsa polis çağıracam" sözlərini deyib getmişdir. Lakin həmin vaxt Orxanın avtomobili işə düşmədiyi üçün gecikmişlər, sonra uzaqdan post patrul avtomobilinin gəldiyini görmüşlər. O da həmin metal hissələri ətarfdakı kolluğa atmış, sonra da Eminlə birlikdə həmin yerdən uzaqlaşmışlar. Əlavə olaraq, o, rəsmi nikahı olmasa da, münasibətdə olduğu qadının hamilə olduğunu qeyd etmişdir. O, törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduqları ziyandan 1700 manat ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır, aralarında heç bir ədavət olmamışdır. Xaçmaz şəhəri, 61-ci məhəllədə Zərərçəkmiş şəxs fərdi yaşayış evi vardır, həmin evin qarşısında eletrik tənzimləyicisi (transformator) olmasını 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 demişdir. Orxanla Nizami birlikdə gəlib ona bildirmişlər ki, “həmin transformator hələlik elektrik naqilinə birləşdirilməyib, içini söküb əlvan metalları çıxara bilərik”. O da razılaşmış və onlar elə 10 iyun 2022-ci il tarixdə, gecə saat 02 radələrində Orxana məxsus olan “Mercedes Benz” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs məxsus olan evin qarşısına getmişlər, o özü ilə kəlbətin götürmüş, Orxanın avtomobilində isə açar olmuşdur. Onlar həmin yerə gedib heç kimin olmadığına əmin olduqdan sonra o, avtomobildə olan açarla və özü ilə götürdüyü kəlbətindən istifadə etməklə transformatorun boltlarını açmağa başlamışdır. Orxanla Nizaminin köməyi ilə həmin transformatorun içini bütöv şəkildə çıxarmışlar, sonra da Orxanın avtomobilinin yük hissəsinə qoyub Qobuqıraq kəndində elektrik şəbəkənin yanına getmişlər, orada transformatoru tam sökmüşlər və dəmir hissələri çıxarıb atmışlar, alüminium məftil topları isə yenidən Orxanın avtomobilinin yük hissəsinə qoymuşlar və Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsinə gəlmişlər, həmin vaxt artıq hava işıqlı olmuşdur. Onlar həmin küçədə olan boş tikilinin içərisində naqillərin üzünü təmziləyəndə həmin yerə post patrul avtomobili gəlmişdir. Onlar avtomobili uzaqdan görəndə bütün məftilləri kolluğa atıb qaçmışlar, lakin Orxan qaçmamış, həmin yerdə qalmış, avtomobilinin xarab olduğunu demişdir. Sonradan eşitmişdir ki, Orxan şöbəyə gedib, lakin heç bir oğurluq hadisəsi törətmədiyini dediyi üçün Orxanı buraxmışlar. Bundan başqa, 27 iyul 2022-ci il tarixdə o, Xaçmaz şəhərindən keçən dəmir yolu xəttinin kənarından keçib yaşadığı evə gedən zaman bir ədəd şəffaf plastmas dərman qutusu olmasını görmüşdür. Həmin dərman qutusunu götürüb içərisini açdıqda görmüşdür ki, həmin dərman qutusunun içərisində kağız bükümlər, kağız bükümlərin içərisində isə sellofan bükümlər vardır. Sellofan bükümlərin içərisində isə tünd qəhvəyi rəngli toz halında olan maddənin olmasını görmüşdür. Həmin maddənin narkotik maddə heroin olduğunu başa düşmüş və üzərində götürmüşdür ki, özü istifadə edər. 28 iyul 2022-ci il tarixdə, saat 10 radələrində o, yaşadığı Xaçmaz şəhəri, Əlif Hacıyev küçəsində olan zaman orada iki nəfər mülki geyimli tanımadığı şəxs ona yaxınlaşıb bildirmişlər ki, onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlamağı və daşımağı barədə Xaçmaz RPŞ-yə məlumat daxil olmuşdur. Ona görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə getmişdir. Xaçmaz RPŞ-də o, şübhəli kimi tutulmuş və ona vəkil təqdim olunmuşdur. Vəkilin iştirakı ilə Xaçmaz RPŞ-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın cibindən bir ədəd plastmas dərman qutusunu və şalvarının digər cibindən isə əzilmiş siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin plastmas qutunun içərisi açıldıqda qutunun içərisindən iki ədəd kağız bükümlər və həmin kağız bükümlərin içərisindən isə üç ədəd sellofan bükümlər aşkar edilmişdir. Sellofan bükümlərin içərisindən isə narkotik maddə “kakos”, yəni heroin aşkar edilmişdir. Əzilmiş siqaret qutusunun içərisinə baxdıqda, həmin qutunun içərisindən bir ədəd şpris, bir ədəd baş hissəsi sınmış şüşə ampula, bir ədəd şəffaf sellofan bükümdə limon duzu və iki ədəd mobil telefon nömrəsi aşkar edilmişdir. Bundan sonra onun üzərindən aşkar edilən üç ədəd bükümdə olan narkotik vasitə heroin, şpris, ampula və limon duzu müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. İki ədəd mobil telefon nömrəsi isə onun özünə qaytarılmışdır. O, həmin narkotik vasitəni Xaçmaz şəhərində dəmir yolu xəttinin kənarında tapmış və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, heç kimdən pul ilə narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. Üzərindən aşkar edilən limon duzunu, şprisi və ampulanı da narkotik vasitəni qəbul etmək üçün üzərində gəzdirmişdir. Zərərçəkmiş şəxs məxsus transformatorun içərisini pul əldə etmək üçün söküb oğurlamışlar, həmin hissələri sataraq pul əldə etməyi fikirləşmişlər. O, İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Həmçinin o, peyk antenini quraşdırarkən yıxılaraq ayağı sınmış, bununla bağlı müalicə almaq üçün maddi imkanı da yoxdur. Həmçinin zərərçəkmiş şəxsə maddi imkanı olmadığından ziyanla bağlı hər hansı məbləğ ödəməmişdir. O, törətdiyi cinayət əməllərinə görə peşmandır. Barəsində təyin ediləcək cəza həbslə əlaqədar olarsa, onun ayağının müalicəsi aparılmayacaq və ayağında ağırlaşma baş verə bilər. Qeyd olunanların nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs vəkili-nümayəndəsi izahatında göstərdi ki, iş üzrə təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs Xaçmaz rayonu, 61-ci məhəllə ünvanında yerləşən evinin qarşısında, küçədə olan, zərərçəkmişə məxsus bir ədəd 5000 manat dəyərində transformatoru (elektrik tənzimləyicisini) yerindən sökərək oğurlamışlar və bununla da zərərçəkmiş şəxsə 5000 manat məbləğində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmişə vurduqları ziyandan hər biri 1700 manat olmaqla ödəmişlər, zərərçəkmiş şəxsin həmin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Digər Təqsirləndirilən şəxs3 isə ziyanla bağlı heç bir məbləğdə ödəniş etməmiş, lakin zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 qarşı da heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. O, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs3 isə həm ziyanla bağlı ödəniş etməməsini, həm də oğurluq cinayəti ilə yanaşı digər cinayəti də törətməsini nəzərə alaraq barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Xaçmaz şəhəri, 61-ci məhəllədə ona məxsus bağ evi vardır. Həmin bağ evində yay mövsümü ilə əlaqədar qalır. xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində o, həmin bağ evinə getdikdə görmüşdür ki, ona məxsus elektrik transformatorundan yağ axır və transformatorun şiti açıqdır. Həmin transformatoru o, bağ evi üçün təzə almışdır və hələ elektrik xəttinə qoşulmamışdır. Transformator evin hasarından çöl tərəfdə qoyulmuşdur. O, transformatora yaxınlaşanda görmüşdür ki, transformatorun yağı yerə axmış və bir neçə bolt açan açarlar vardır. Transformatorun içərisində olan bahalı metal hissələr və detallar sökülərək yerindən çıxarılıb oğurlanmışdır. Sonra ona məlum olmuşdur ki, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə həmin kənddə yaşayan Təqsirləndirilən şəxs2 Mirabbas oğlu və onunla birlikdə olan digər iki nəfər tanımadığı şəxslər ona məxsus həmin transformatoru söküb apararaq oğurlamışlar. Əlavə olaraq bildirmişdir ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 5000 (beş min) manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs3 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əmrə əsasən Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə onun rəhbərli ilə əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs3 Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsində olduğunu müəyyən etmişlər və 28 iyul 2022-ci il tarixdə, saat 10:00 radələrində həmin yerdə Təqsirləndirilən şəxs3 yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. X8 RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Şəhriyar Kərimli tərəfindən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutularaq dövlət hesabına müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs3 şəxsi axtarışın keçirilməsinə və təyin olunmuş müdafiəçiyə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Şəhriyar Kərimli tərəfindən Təqsirləndirilən şəxs3 qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs3 könüllü olaraq əynindəki şalvarının cibində saxladığı bir ədəd şəffaf rəngli plastmas dərman qutusunu, əzilmiş siqaret qutusunu çıxarıb masanın üzərində qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarışın keçirilməsi davam etdirilsə də, başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi həmin plastmas dərman qutusunun içərisinə müstəntiq tərəfindən baxıldıqda iki ədəd göy rəngli kağız və bir ədəd şəffaf sellofan büküm olması aşkar edilmişdir. Həmin göy rəngli kağız bükümlər açıldıqda bir ədədinin içərisində iki ədəd sellofan büküm, digər bir ədədinin içərisində isə bir ədəd sellofan bükümün olması müəyyən edilmişdir. Həmin üç ədəd sellofan bükümlər müstəntiq tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəgli toz halında maddənin olması müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilən üç ədəd sellofan bükümlərdə olan həmin tünd qəhvəyi rəgli maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yerdən tapdığını bildirmişdir. Üzərindən aşkar edilmiş digər şəffaf sellofan bükümün içərisində isə iki ədəd mobil telefon nömrəsinin sim kartı aşkar edilmişdir, Təqsirləndirilən şəxs3 mobil nömrələrin özünə məxsus olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi həmin əzilmiş siqaret qutusunun içərisinə baxıldıqda boş kağız bükümlər, bir ədəd istifadə olunmuş şpris, bir ədəd baş hissəsi sındırılmış tibbi ampula, bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 həmin şprisi və ampulanı narkotik vasitə qəbul edən zaman istifadə etdiyini, səffaf sellofan bükümdə olan ağ rəngli kristall şəkilli maddənin isə limon duzu olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş içərisində tünd qəhvəyi rəgli, toz halında maddə olan 3 (üç) ədəd sellofan bükümlər, bir ədəd şpris, bir ədəd içərisində ağ rəngli maddə olan sellofan paket və bir ədəd şüşə ampula ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri əvvəlcə Təqsirləndirilən şəxs3 və o da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş mobil telefona aid iki ədəd sim kart nömrələr Təqsirləndirilən şəxs3 özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, onunla arasında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edildi ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli şikayət ərizəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz rayon prokurorluğuna ərizə ilə müraciət edərək 10 iyun 2022-ci il tarixdə ona məxsus bağ evinin 5000 manat dəyərində olan bir ədəd elektrik transformatorunun oğurlanmasını bildirərək oğurluq etmiş həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin İfadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Xaçmaz RPŞ-də təklif olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri, 61-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yanından oğurluq etməsini bilavasitə hadisə yerinə getməklə göstərsin. Təqsirləndirilən şəxs3 bu təkliflə razılaşmış, müstəntiq və müdafiəçi ilə birlikdə xidməti avtomobillə hadisə yerinə gedilmişdir. Təqsirləndirilən şəxs3 rayon polis şöbəsindən çıxdıqdan sonra Xaçmaz şəhəri, 61-ci məhəllə küçəsi istiqamətində hərəkət etməyi bildirmiş, onlar Xaçmaz şəhərində yerləşən "Grand Oil" YDM-nin yanından sağa dönüb 61-ci məhəlləyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs3 istiqamət verərək daş yolla Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gəlmişlər. Onlar həmin yerə çatdıqda Təqsirləndirilən şəxs3 orada dayanmağı bildirmiş, Təqsirləndirilən şəxs3 müstəntiq və müdafiəçi ilə birlikdə avtomobildən düşüb həmin evin yaxınlığında küçədə divara bərkidilmiş elektrik tənzimləyicisinin koprusunu təqdim edərək bildirmişdir ki, 10 iyun 2022-ci il tarixdə, gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə sonuncuya məxsus olan Mersedes markalı avtomobillə həmin yerə getmişlər, orada elektrik tənzimləyicisinin içərisində əlvan metal olan hissəsini (blokunu) o özü ilə gətirdiyi alətlərlə sökdükdən sonra həmin avtomobilə qoymaqla Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən elektrik şəbəkəsi stansiyasının yanına aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs3 yenidən avtomobilə minərək istiqamət verməklə Xaçmaz rayonu, Qobuqıraq kəndində gedib həmin yeri təqdim edə biləcəyini bildirmişdir. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin İfadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Xaçmaz şəhəri, 61-ci məhəllədə ifadəsi yerində yoxlandıqdan sonra, ifadəsində göstərilən halların davamını yoxlamaq üçün onun iştirakı ilə Xaçmaz rayonu, Qobuqıraq kəndinə gedilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 müstəntiqə və müdafiəçiyə istiqamət verib həmin yerə gəldikdən sonra bildirmişdir ki, elektrik tənzimləyicisinin içərisində əlvan metal olan hissəsini (blokunu) sökdükdən sonra həmin yerə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs3 onlarla birlikdə avtomobildən düşərək bildirmişdir ki, elektrik tənzimləyicisinin dəmir korpusunu orada söküb atmışlar və qalan hissəni götürüb Təqsirləndirilən şəxs2 avtomobili ilə oradan Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsinə getmişlər. Təqsirləndirilən şəxs3 avtomobilə minərək onlara istiqamət verməklə Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsinə gedib həmin yeri təqdim edə biləcəyini bildirmişdir. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin İfadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Xaçmaz rayonu, Qobuqıraq kəndində ifadəsi yerində yoxlandıqdan sonra, ifadəsində göstərilən halların davamını yoxlamaq üçün onun iştirakı ilə Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsinə gedilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 müstəntiqə və müdafiəçiyə istiqamət verib Xaçmaz şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən, içərisində yaşayış olmayan, yarıuçmuş vəziyyətdə olan tikilinin yanına gəlmişlər. Təqsirləndirilən şəxs3 müstəntiq və müdafiəçi ilə birlikdə avtomobildən düşüb həmin yeri təqdim edərək bildirmişdir ki, elektrik tənzimləyicisinin naqillərini məhz həmin tikilinin çərisində sökmüşlər. Lakin naqilləri sökən zaman həmin yerə polis əməkdaşları gəldiyindən həmin naqilləri orada atıb qaçmışlar. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 03 dekabr 2022-ci il tarixli protokollardan (03 ədəd) və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən, həmçinin Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında 10 dekabr 2022-ci il tarixli protokollardan (03 ədəd) və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılmış və onlar da Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılarkən sonuncunun əyani olaraq göstərdiyi yerləri və bildirdiyi xüsusatları eynilə göstərmişlər və təqsirləndirilən şəxslərin hər üçünün ifadələri arasında hər hansı ziddiyyət, yaxud uyğunsuzluq olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin ərizəsindən, izahatından, ifadəsindən və zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə istintaqı zamanı verdiyi izahatından müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus olmuş və iş üzrə təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış 01 ədəd elektrik tənzimləyicisinin (transformatorun) dəyəri zərərçəkmiş şəxs tərəfindən 5000 manata alındığı və ona həmin məbləğdə ziyan dəydiyi bildirilmişdir. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus olmaqla oğurlanmış 01 ədəd elektrik tənzimləyicisinin dəyərinin müəyyənləşdirilməsində zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi miqdara istinad edilməklə ziyanın miqdarı 5000 (beş min) manat hesablanması qərara alınmışdır. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskdən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X3, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, həmin RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, Xaçmaz rayon vəkil bürosunun vəkili X5 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs3 təklif olunur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli plastmas dərman qutusunu, əynində olan şalvarının sağ yan cibindən isə əzilmiş siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılsa da, heç bir əşya aşkar edilməmişdir. Plastmas dərman qutusunun içərisinə baxıldıqda həmin qutunun içərisində iki ədəd göy rəngli kağız və bir ədəd şəffaf sellofan büküm olması aşkar edilmişdir. Həmin göy rəngli kağız bükümlər açıldıqda bir ədəd bükümün içərisində iki ədəd sellofan büküm, digər kağız bükümün içərisində isə bir ədəd sellofan büküm olması aşkar edilir. Həmin sellofan bükümlər müstəntiq tərəfindən açıldıqda, içərisində tünd qəhvəyi rəngli, toz halında olan maddənin olması aşkar edilir. Təqsirləndirilən şəxs3 həmin maddənin narkotik maddə “kakos”, yəni heroin olduğunu və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin narkotik maddənin satışı ilə məşğul olmadığını bildirmişdir. Şəffaf sellofan bükümün içərisində isə iki ədəd mobil telefon nömrəsinin olması aşkar edilmiş və həmin mobil telefon nömrələri Təqsirləndirilən şəxs3 özünə qaytarılmışdır. Daha sonra əzilmiş siqaret qutusunun içərisinə baxdıqda həmin siqaret qutusunun içərisindən boş kağız bükümlər, bir ədəd şpris, bir ədəd baş hissəsi sındırılmış tibbi ampula, bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristalşəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs3 həmin əşyaları narkotik vasitə qəbul edən zaman istifadə etdiyini, şəffaf sellofan bükümdə olan ağ rəngli maddənin isə limon duzu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilən tünd qəhvəyi rəngli, toz halında olan maddə, bir ədəd şpirs, bir ədəd baş hissəsi sındırılmış tibbi ampula, bir ədəd sellofan bükümdə olan ağ rəngli, kristalşəkilli maddə müstəntiq tərəfindən qablaşdırılıb götürülür. Videoçəkiliş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2022-ci il tarixli, 6/4088 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58" dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,102 qram, 0,455 qram, 0,426 qram, ümumi təmiz çəkisi 0,983 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim olunmuş 3 (üç) ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər; Təqdim edilmiş 1 (bir) ədəd şprisin və 1 (bir) ədəd sınıq ampulanın içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamış və maddə nümunəsi ilə müqayisəli tədqiqatı aparılmamışdır; Təqdim olunan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,498 qram olan ağ rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop maddə, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Heroindən təqdqiqata 0,150 qram sərf edildikdən sonra qalıq – 0,833 qram təşkil etmişdir. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 19 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,102 qram, 0,455 qram, 0,426 qram olmaqla ümumi təmiz çəkisi 0,983 qram olan narkotik vasitə heroin, içərisində heroinə məxsus izlər olan 1 ədəd şpris və 1 ədəd sınıq ampula maddi sübut kimi tanınmış, heroinin ekspertiza tədqiqatından sonra qalan 0,833 qram qalığı və içərisində heroinə məxsus izlər olan 1 ədəd şpris və 1 ədəd sınıq ampula Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 08 sentyabr 2022-ci il tarixli, 5023 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmilş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmiş, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün üzərində saxlaması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 başqa cinayət hadisəsində iştirakları müəyyən edilməmiş, onların törətdikləri cinayətdə başqa şəxsin iştirakı olmamış, habelə oğurlanmış elektrik tənzimləyicisinin hissələrinin yerinin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin müvafiq olaraq 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə - heroinin ümumilikdə təmiz çəkisi 0,983 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, Penitensiar Xidmətin 1 saylı MTCM-nin qərarının surətindən və məktubundan, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 17 dekabr 2022-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Belə ki, o, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 1 saylı MTCM-nin 14 iyul 2016-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə “28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.2-ci bəndinə əsasən ona qeyd olunan hökmlə təyin edilmiş əsas cəzadan azad edilmiş; Xaçmaz rayon məhkəməsinin həmin hökmü ilə ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə əlavə cəzası bitdiyindən o, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ailəli olmaqla himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında əlavə edilmiş Zərərçəkmiş şəxs 27 fevral 2023-cü il tarixli, notarial qaydada təsdiq edilmiş ərizəsindən, həmçinin onun vəkili-nümayəndəsinin məhkəmə iclasındakı izahatından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 münasibətdə cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmiş (1700 manat), zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edimişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında əlavə edilmiş Zərərçəkmiş şəxs 23 fevral 2023-cü il tarixli, notarial qaydada təsdiq edilmiş ərizəsindən, həmçinin onun vəkili-nümayəndəsinin məhkəmə iclasındakı izahatından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 münasibətdə cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmiş (1700 manat), zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edimişdir. İş materiallarında olan hökmün surətindən, Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 17 dekabr 2022-ci il tarixli məktubundan, həmçinin iş materiallarına əlavə edilmiş qərarın surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(067)-81/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü madəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(067)-134/2021 saylı qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış; həmin cəzası xx.xx.2022-ci il tarixdə başa çatmış və o, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində İdarəyə heç bir şikayət daxil olmamışdır. İş materiallarından müəyyən edilir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəkili-nümayəndəsi zərərçəkmişə vurulmuş ziyanla bağlı Təqsirləndirilən şəxs3 tərəfindən heç bir məbləğ ödənilmədiyini, lakin zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs3 qarşı da heç bir şikayəti və tələbi olmadığını, həmçinin Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. İş materiallarından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə Ordu sıralarından tərxis edilmiş; o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək manqa komandiri vəzifəsində Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduqları ziyanla bağlı özünə aid hissədə ödəniş etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını və zərərçəkmiş şəxs tərəfindən onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə xahişini, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduqları ziyanla bağlı özünə aid hissədə ödəniş etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını və zərərçəkmiş şəxs tərəfindən onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə xahişini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, onun İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Xaçmaz rayon məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(067)-81/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkəmənin 29 dekabr 2021-ci il tarixli 7(067)-134/2021 saylı qərarı ilə həmin cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış və o, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamsını, həmçinin cinayət əməlinin törədilməsi halını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, Xaçmaz rayon məhkəməsinin 29 iyul 2022-ci il tarixli 4(067)-125/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli 4(067)-150/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli 4(067)-162/2022 saylı qərarlarından və xx.xx.2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmənin qeyd olunan xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixli qərarla ev dustaqlığında saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, ibtidai istintaq orqanının qeyd olunan xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə görə, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 01 (bir) ay 26 gün müddətdə həbsdə və ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olma müddətləri, yəni 01 (bir) ay 26 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, cəmi 03 (üç) ay 22 gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs1 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamsını, həmçinin cinayət əməlinin törədilməsi halını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan, Xaçmaz rayon məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 4(067)- 164/2022 saylı qərarından və 23 oktyabr 2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan və xx.xx.2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 01 (bir) ay müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həbsdə olma müddəti, yəni 01 (bir) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 (iki) ay müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 münasibətdə qeyd olunanları nəzərə almaqla cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməllərini törətməsi, zərərçəkmiş şəxsə vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməməsi hallarını, həmçinin cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyalarında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, Xaçmaz rayon məhkəməsinin 29 iyul 2022-ci il tarixli 4(067)-124/2022 saylı qərarından və 28 oktyabr 2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan və xx.xx.2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 03 (üç) ay müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı həbsdə olma müddəti, yəni 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 03 (üç) ay müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə qəti cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş ümumilikdə təmiz çəkisi 0,983 qram təşkil etmiş narkotik vasitə - heroindən təqdqiqata 0,150 qram sərf edildikdən sonra qalıq 0,833 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 0,983 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,833 qram təşkil edən heroin narkotik vasitəsi, içərisində heroinə məxsus izlər olan 01 ədəd şpris və 01 ədəd sınıq ampula maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,833 qram təşkil edən heroin narkotik vasitəsi, içərisində heroinə məxsus izlər olan 01 ədəd şpris və 01 ədəd sınıq ampula hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olduğu cəmi 01 (bir) ay 26 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, cəmi 03 (üç) ay 22 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həbsdə olduğu 01 (bir) ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 (iki) ay müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı həbsdə olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 03 (üç) ay müddət ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə qetməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,833 qram təşkil edən heroin narkotik vasitəsi, içərisində heroinə məxsus izlər olan 01 ədəd şpris və 01 ədəd sınıq ampula hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-61/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-61/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver