Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-61/2024 12.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əməllərində cinayətlərin residivi olan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, Sumqayıt Appelliyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilib qəti 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmaqla Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 07 ay 21 gün müddətinə vaxtından əvvəl şərti cəzadan azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,633 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri H.Əliyev prospektində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 20 sentyabr 2023-cü il tarixdə saat 19:00-19:10 müddətində şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,633 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqda daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Xaçmaz MKTİ-də fəhlə işləyir. Əvvəllər marixuanadan istifadə etdiyini bildirmişdir. İşdə olduğu zaman xəstəxananın kənarında yolların qırağın təmizlədiyi zaman bir ədəd siqaret paçkasın tapmış, onu açdıqda içərisində siqaret, alışqan və bir ədəd selofan bükümdə narkotik vasitə olduğunu görmüşdür. Lakin narkotik vasitənin hansı növ olduğunu bilməmişdir. Özünün istifadə etməsi üçün götürüb cibinə qoymuşdur. Sonra isə o, narkotik vasitəni qırmızı rəngli kağız bükümə qoymusdur. Axşam saat 18 radələrində işdən çıxıb Nəriman küçəsi ilə evə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq onlarla birlikdə Xaçmaz rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O, etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gedmişdir. Polis Şöbəsində vəkilin iştirakı ilə onun üzərinə axtarış aparılmış və Nərimanov küçəsindən tapdığı narkotik vasitə üzərindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o bir neçə dəfə narkotik vasitə heroindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Xaçmaz şəhərində yerləşən Zəfər parkında piyada gəzən zaman yerdə bir ədəd qırmızı rəngli kağız bükümü görmüşdür. O həmin kağız bükümünü açıb içinə baxdıqda içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Buna görə həmin bükümü əynindəki şalvarın cibinə qoyub saxlamışdır ki, nə vaxtsa istifadə edər. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospekti ilə piyada gedən vaxt polis işçiləri ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının üzərindəki narkotik vasitədən məlumatlı olmalarını başa düşüb razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Onlar şöbəyə gəldikdən sonra o şübhəli şəxs qismində tutulmuş və müstəntiq müdafiəçinin iştirakı ilə hüquqları izah olunmaqla videoçəkilişə üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı o üzərində narkotik vasitə olmasını etiraf edib əynindəki cins şalvarın sağ yan cibində olan heroin bükümünü, 1 ədəd alışqanı və şalvarın arxa cibindən cib dəsmalım çıxarıb masanın üzərinə qoymuşdur. O həmçinin şalvarının törpüsünə keçirdiyi 2 ədəd açarı təqdim etmişdir. Üzərinə şəxsi axtarış davam etdirilmişdir, qanunsuz başqa heç nə aşkar edilməmişdir. Dəsmal, açar və alışqan onun özünə qaytarılmışdır. Daha sonra müstəntiq tərəfindən həmin bükülü açılıb baxılmış və içərisində narkotik vasitə heroin olması məlum olduğundan götürülmüş və o həmin heroini tapdığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Heroin elektron tərəzidə . bükülü ilə birlikdə çəkilmiş və çəkisi 0,91 qram gəlmişdir. Həmin heroin bükümü bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanaraq müstəntiq tərəfindən götürülmüşdür. O hər hansı şəxsə narkotik vasitə satmamışdır. O hər hansı şəxsdən narkotik vasitə almamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təziq və güc tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır.Təqsirləndirilən şəxs Xaçmaz şəhəri H.Əliyev prospektində hərəkətdə olduğunu müəyyənləşdirdik.Ona yaxınlaşaraq özlərini təqdim edərək onlarla birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gedməsini bildirdilər.Xaçmaz rayon Polis Şöbəsində onun üzərinə baxış keçirilərkən, onun üzərindən qanunla qadağan edilmiş bir büküm heroin aşkar edilərək götürülmüşdür. Şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində olmaqla polis leytenantı rütbəsindədir. 20 sentyabr 2023-cü il tarixdə Xaçmaz şəhəri, Qələbə küçəsi ev 1 mənzil 56-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 20 sentyabr 2023-cü il tarixdə saat 18:00-da onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri H.Əliyev küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə ona yaxınlaşıb özülərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra sonuncu onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X6 tərəfındın videoçəkilişlə sonuncuya üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək könüllü olaraq əynində cins şalvarın sağ yan cibindən bükümü çıxarıb təqdim etmişdir. Həmçinin o üzərindən 1 ədəd alışqan, 1 ədəd cib dəsmalını və 2 ədəd açarı çıxararaq təqdim etmişdir. Bükümdə nə olması soruşulan zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bir ədəd bükümün içərisinə baxılan zaman orada narkotik vasitə heroinə bənzər maddənin olması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olmaqla yerdən tapmasını özünə məxsus olmasını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,91 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə müstəntiq Rəşad Babayev tərəfindən şəxsi axtarış keçirilən zaman başqa qanunsuz predmet aşkar edilməmişdir. Sonuncunun üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, özü və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümün içərisində olan maddənin narkotik vasitə heroin olması ekspertiza nəticəsində müəyyən olnmuşdur. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq həmin narkotik vasitəni tapmasını və şəxsi istifadə üçün saxlamasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs şəxsi tanımadığını, lakin məlumatları vardıki o narkotik vasitələrdən istifadə edir.Onun saxlanılması ilə bağlı əməliyyat qrupu yaradıldı və o, Xaçmaz şəhəri, H.Əliyev prospektində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Orada onun üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə çıxmış, özü etiraf etmişdir ki, istifadə edir narkotik vasitələrdən. Şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 20 sentyabr 2023-cü il tarixdə Xaçmaz şəhəri, Qələbə küçəsi ev 1 mənzil 56-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 20 sentyabr 2023-cü il tarixdə saat 18:00-da onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri H.Əliyev küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə ona yaxınlaşıb özülərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra sonuncu onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X6 tərəfındın videoçəkilişlə sonuncuya üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək könüllü olaraq əynində cins şalvarın sağ yan cibindən bükümü çıxarıb təqdim etmişdir. Həmçinin o üzərindən 1 ədəd alışqan, 1 ədəd cib dəsmalını və 2 ədəd açarı çıxararaq təqdim etmişdir. Bükümdə nə olması soruşulan zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bir ədəd bükümün içərisinə baxılan zaman orada narkotik vasitə heroinə bənzər maddənin olması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olmaqla yerdən tapmasını özünə məxsus olmasını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,91 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə müstəntiq Rəşad Babayev tərəfindən şəxsi axtarış keçirilən zaman başqa qanunsuz predmet aşkar edilməmişdir. Sonuncunun üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, özü və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümün içərisində olan maddənin narkotik vasitə heroin olması ekspertiza nəticəsində müəyyən olnmuşdur. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq həmin narkotik vasitəni tapmasını və şəxsi istifadə üçün saxlamasını bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 20 sentyabr 2023cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarının sağ yan cibində olan 01 ədəd qırmızı kağız bükümünün içində narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 01 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 20 sentyabr 2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər olan diskə təhqiqatçı tərəfindən 20 sentyabr 2023-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynindəki əynindəki cins şalvarının sağ yan cibində olan 01 ədəd qırmızı kağız büküm edilməsi və onun içərisindən narkotik vasitə olan heroinin olmasının görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4968 saylı rəyinə Əsasən tədqiqata təqdim edilmiş 1 ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,633 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 15 noyabr 2023-cü il tarixli 7453 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 01 oktyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,633 qram çəkidə narkotik vasitə heroin müstəntiq tərəfindən 21 sentyabr 2023-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,583 qram təşkil edən narkotik vasitə heroin saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinə təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərinə 20 sentyabr 2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 5(067)-207/2023 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 20 sentyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitəni Xaçmaz şəhərində yerləşən Zəfər parkında tapdığını və sonradan H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılmasını bildirsə də, məhkəmə istintaqı zamanı o, narkotik vasitəni N.Nərimanov küçəsindən tapdığını və Nərimanov küçəsi ilə evə gedərkən polis əməkdaşları tərəfindən saxlandığını bildirmişdir. Lakin məhkəmə iclasında ifadə vermiş şahidlər Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 və Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 təqsirləndirilən şəxsi H.Əliyev prospektinda saxladıqlarını bildirmişlər. Şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs H.Əliyev prospektinda saxladığı öz təstiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə əlaqədar olaraq Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə çəkilməmiş 06 ay 14 gün müddət 03 ay 07 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021 -ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənmişdir. Bundan başqa o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə əlaqədar olaraq Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Appelliyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021 -ci il tarixli hökm dəyişdirilib qəti 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılıb 01 il 05 ay 28 gün cəza saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 07 ay 21 gün müddətində vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu götürülməmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Mənzil Komunal Təsərrüfat İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki,Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır, ailə tərkibi 1959-cu il təvəllüdlü atası X4 və 1960-cı il təvəllüdlü anası X2 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Mənzil Komunal Təsərrüfat İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində Xaçmaz Mənzil Komunal Təsərrüfat İdarəsinə yazılı və şifahi şikayət daxıl olmamışdır. Subaydır. Hazırda Dosd iş mərkəzindən təhkim olunmuş işçi kimi Xaçmaz MKTİ-nin sosial işçisidir. Özünü layiqli vətandaş kimi aparmağa, cəmiyyətdə nüfuz qazanmağa səy göstərir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, Sumqayıt Appelliyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilib qəti 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmaqla Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 07 ay 21 gün müddətinə vaxtından əvvəl şərti cəzadan azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,633 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri H.Əliyev prospektində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 20 sentyabr 2023-cü il tarixdə saat 19:00-19:10 müddətində şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,633 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqda daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin residivini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 20 sentyabr 2023-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin təqsirləndirilən şəxsin tutmadan azad olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə 20 sentyabr 2023-cü il tarixli qərarı ilə qeyd olunan tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixədək tutularaq həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 12 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalan 0,583 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 12 iyun 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatından sonra qalan 0,583 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva.
Məhkəmə qərarları › İş №1(067)-61/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-61/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver