Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-62/2022 20.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxxxx 1978-ci ildə Xaçmaz rayonu Yeni-Həyat qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Xaçmaz rayonu Yeni- Həyat qəsəbəsində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxx 1986-cı ildə Xaçmaz rayonu Yeni-Həyat qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində dörd yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, Xaçmaz rayonunun Yeni-Həyat qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, 29 noyabr 2021-ci il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonunun Tikanoba kəndində, həmin kəndin şərq istiqamətində, yaşayış evləri olmayan çöllük sahədə yerləşən fermaya getmiş, həmin fermada heç kəsin olmadığına əmin olduqdan sonra tövlənin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla həmin tövlədən Zərərçəkmiş şəxs2 məxsus, 3000 (üç min) manat dəyərində 03 baş dananı qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 17 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 özünə məxsus Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yerləşən kafedə Zərərçəkmiş şəxs1 ilə söhbət edərək sonuncunun başını qatmasıdan, həmçinin Təqsirləndirilən şəxs1 özünə məxsus “VAZ 2121” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu Zərərçəkmiş şəxs1 evinin yaxınlığına aparıb sonuncuya məxsus evi göstərməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib həmin evin pəncərəsinin şüşəsini çıxarıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evin yataq otağındakı yastığın içindən 7000 (yeddi min) manat məbləğində nağd pul vəsaitini qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, 29 noyabr 2021-ci il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonunun Tikanoba kəndində, həmin kəndin şərq istiqamətində, yaşayış evləri olmayan çöllük sahədə yerləşən fermaya getmiş, həmin fermada heç kəsin olmadığına əmin olduqdan sonra tövlənin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla həmin tövlədən Zərərçəkmiş şəxs2 məxsus, 3000 (üç min) manat dəyərində 3 baş dananı qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 17 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində qabaqcadan razılaşdıqları kimi özünə məxsus Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yerləşən kafedə Zərərçəkmiş şəxs1la söhbət edərək sonuncunun başını qatmaqla, həmçinin Təqsirləndirilən şəxs2 özünə məxsus “VAZ 2121 markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs1 evinin yaxınlığına aparıb sonuncuya məxsus evi göstərərək. Təqsirləndirilən şəxs2 həmin evin pəncərəsinin şüşəsini çıxarıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evdən 7000 manat məbləğində nağd pul vəsaitini qanunsuz olaraq götürüb aparmasına şərait yaratmaqla oğurluq etmiş, yəni təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir və ittiham aktında qeyd olunan cinayət əməllərini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə gedərək o, 2022-ci ilin yanvar ayında zərərçəkmiş Zərərçəkmiş şəxs1 Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən evinə daxil olaraq pulu oğurlamış, 2021-ci ilin noyabr ayında Xaçmaz rayonunun Tikanoba kəndində yerləşən fermadan digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus üç baş dananı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamışdır. Cinayət nəticəsində vurduğu ziyanı zərərçəkmiş şəxslərə tamamilə ödəmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, ittiham aktında qeyd olunan cinayət əməlini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə gedərək 2022-ci ilin yanvar ayında zərərçəkmiş Zərərçəkmiş şəxs1 Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən evindən pulu oğurlamışlar, 2021-ci ilin noyabr ayında Xaçmaz rayonunun Tikanoba kəndində yerləşən fermadan digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus üç baş dananı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamışdır. Cinayət nəticəsində vurduğu ziyanı zərərçəkmiş şəxslərə tamamilə ödəmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, himayəsində dörd azyaşlı uşağının olduğunu, gələcəkdə bir daha cinayət törətməyəcəyinə söz verdiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ibtidai istindaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona məxsus üç baş dananı oğurlamışlar. Hazırda isə təqsirləndirilən şəxslər ona həmin cinayət əməli ilə vurduqları ziyanı ödəmişlər, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilənlərin hər ikisinə də həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Xaçmaz rayonunun Qusarçay kəndində ona məxsus olan ev vardır. O, fərdi qaydada təsərrüfatla məşğul olur, həmçinin bəzən iri və xırdabuynuzlu heyvanlar da alıb-satır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır, aralarında heç bir ədavət olmamışdır. Bir neçə baş heyvan satdıqdan sonra 7 min manat pulu olmuş, həmin pulları evinin yataq otağında şkafda saxlamışdır. xx.xx.2022-ci il tarixdə arvadı Nuranə Yusifova Bakı şəhərinə atasıgilə getmişdir. Buna görə o, pulları şkafdan götürüb daha da gizlin bir yerdə saxlamaq məqsədilə onları yataq otağında yastığın içinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində yeznəsi Şahid4 Əmrəli oğlu ilə birlikdə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində Təqsirləndirilən şəxs1 məxsus olan kafeyə getmişdir. O, söhbətləşib vaxt aparmaq üçün kafedə Elçinə demişdir ki, Təqsirləndirilən şəxs2 də çağır gəlsin. Elçin də demişdir ki, “yaxşı, gözlə gedib gətirərəm”. Ramin kafedən çıxdıqdan təxminən yarım saat sonra Elçin gəlib demişdir ki, “Raminə demişəm, gələcək”. Bir neçə dəqiqə sonra isə Elçindən Raminin nə üçün gəlmədiyini soruşanda Elçin yenidən kafedən çıxmış və təxminən 2 saat sonra kafeyə qayıtmışdır. Elçin kafeyə gələndə demişdir ki, “Raminin bir az işi var, gələcək”. Lakin bir qədər vaxt keçsə də, Ramin gəlməmiş, saat 24 radələrində o artıq kafedən çıxıb Qusarçay kəndinə getmişdir. Sonra Elçin ona zəng edərək demişdir ki, “yeznəni apar evlərinə, Raminlə gələcəm özümüz görüşək”. O da bekar olduğundan gedib yeznəsi Talehi evlərinə düşürtmüş, bir neçə dəqiqə sonra da Qusarçay kəndində dördyolda Elçingillə görüşmüşdür. Onlar görüşəndə görmüşdür ki, Ramin də oradadır. Ramin ona demişdir ki, “bacım qonaq gəlib, buna görə evdən çıxa bilmirdim”. O fikirləşmişdir ki, Raminin qonaqları var, buna görə başqa vaxt görüşmələrini demişdir. Sonra onlar Elçinin avtomobili ilə gedib mağazadan siqaret almış və geri qayıtmış, o, dördyolda düşüb evə getmiş, Elçingil də öz evlərinə getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində ona tanışları zəng edərək satılıq inək olmasını demişlər. O da gəlib baxacağını demişdir. O, inək almağa getmək məqsədilə evdə olan puldan götürmək üçün pulu qoyduğu yastığı götürüb içinə baxanda pulu tapa bilməmişdir. Sonra evə diqqətlə baxmağa başlamış və görmüşdür ki, evin qonaq otağının pəncərəsinin şüşəsinin biri çıxarılmış, lakin pəncərədə pərdə olduğundan gecə evə gələndə şüşənin çıxarılmış olmasını hiss etməmişdir. Sonra evə baxanda görmüşdür ki, sandığın qıfılı da qoyduğu yerdə, yəni güldanın içində olmamış, güldanın qabağında olmuşdur. Buna görə əmin olmuşdur ki, kimsə evə girmiş, qıfıla da əl vurub evi axtarıb və pulları da oğurlamışdır. O da hadisə barəsində Xaçmaz Rayon Polis şöbəsinə ərizə ilə məlumat vermişdir. Hazırda isə təqsirləndirilən şəxslər ona həmin cinayət əməli ilə vurduqları ziyanı ödəmişlər, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilənlərin hər ikisinə də həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, kənd təsərrüfatı ilə, maldarlıqla məşğul olur. Həm də iribuynuzlu mal-qara alışı və satışı ilə məşğuldur. Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 bir ilə yaxındır ki tanıyır, belə ki, yaşadığı kəndə Elçinə məxsus kafesi vardır. Elçinlə münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 isə Elçin vasitəsilə üç ay əvvəl tanımışdır. Raminlə əvvəllər heç bir münasibəti olmamışdır. xx.xx.2021-ci il tarixdə, axşam saatlarında Elçin ona zəng edərək bildirmişdir ki, “Coşqun, Xaçmaza gəl, üç baş dana var, gəl qiymət danışaq götür apar”. O, Elçinə demişdir ki, “yaxşı, birazdan gəlirəm”. Elçinlə danışdıqdan sonra özünə məxsus Qaz-İ markalı yük avtomobili ilə Xaçmaz rayonunun Qobuqıraq kəndinə getmiş və həmin kənddə Elçin və Ramin ilə görüşmüş, onlar danaların olduğu yerə, yəni tövləyə getmişlər. Elçin ona bildirmişdir ki, danalar özünə məxsusdur, pul lazım olduğu üçün satır. O, danalara baxmış, danalar çox arıq olduğundan qiymətinin ucuz olacağını demişdir. Elçingil də ona demişdir ki, “sən danaları maşınına mindir apar, qiymətin düzəlişərik”. O da razılaşmış, 3 baş dananı avtomobilinə mindirmiş və çıxıb getmişdir. O, 3 baş dananı yaşadığı kəndə aparmış, evdən pul götürmüş və həmin gün günorta saatlarında Ramin pulu almaq üçün ona zəng etmişdir. O da Xaçmaz şəhərində Bakı prospektində olan dairənin yaxınlığında Təqsirləndirilən şəxs2 ilə görüşüb danalara görə 800 manat pul vermişdir. Daha sonra Ramindən ayrılaraq yaşadığı kəndə getmişdir. Həmin danaları da bir neçə gün sonra Xaçmaz rayonunda mal bazarına çıxarıb ümumilikdə 1100 manata tanımadığı şəxsə satmışdır. xx.xx.2022-ci il tarixdə isə Xaçmaz RPŞ-dən ona zəng gəlmiş və onu şöbəyə dəvət etmişlər, burada ona məlum olmuşdur ki, Elçin və Raminin ona satdıqları 3 baş dana oğurluq olmuşdur. Lakin onun həmin danaların oğurluq olmasından xəbəri olmamış, həmçinin danaları real orta bazar qiymətinə alıb-satmışdır. Həmçinin o, danaları Qobuqıraq kəndində tövlədə baxıb almış, buna görə onların oğurluq ola bilməsi heç ağlına da gəlməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, əsl adı Elşad olsa da, Elçingil onu “Rəşad” kimi tanıyırlar. Elçini bir neçə ildir ki, tanıyır, aralarında heç bir ədavət olmamışdır. O, fərdi qaydada işləyib pul qazanmaqla yanaşı, Qobuqıraq kəndində özünə məxsus olan tövlədə mal-qara da saxlamışdır. 29 noyabr 2021-ci il tarixdə, axşam saatlarında Elçin onun mobil telefonuna zəng edərək demişdir ki, “Tikanoba kəndində 3 baş dana var, satılır, istəyirsənsə gəl qiymətdə razılaşaq, al”. O da həmin vaxt özünə məxsus Qaz-l markalı avtomobil ilə Xaçmaz şəhərində, Bakı prospektində mərkəzi dairə istiqamətində hərəkətdə olmuşdur. Elçin onu Tikanobaya çağırdığı üçün birbaşa həmin kəndə getmiş, təxminən 20-30 dəqiqə sonra Elçinin olduğu yerə çatmışdır. Elçin orada 3 baş dananı ona göstərib demişdir ki, həmin danalar özünə məxsusdur, pul lazım olduğu üçün satır. Həmin vaxt Elçinin yanında Ramin adlı şəxs də olmuşdur. O, danalara baxanda Elçinlə qiymət barədə danışmış və 3 baş dananı 1200 manata razılaşmışlar. Onlar danaları onun Qaz-l markalı avtomobilinə yükləmiş və Qobuqıraq kəndi istiqamətində getmişlər. O, danalara görə həmin gün Elçingilə 200 manat pul vermiş, ertəsi gün qalan min manatı verəcəyini demişdir. Lakin ertəsi gün danalara daha diqqətlə baxan zaman onların çox arıq olmasını, üçünün birlikdə 1200 manat dəyərinin olmadığı qənaətinə gəlmiş, buna görə Elçinlə razılaşmanı pozmuş və danaları almaqdan imtina etmişdir. Elçingilə verdiyi 200 manatı geri almış, sonra da Elçingil özləri Coşqun adlı şəxsi həmin yerə dəvət etmişlər və danaları Coşqunun Qaz-l markalı avtomobilinə mindirib aparmışlar. O, həmin danaların oğurluq olmasını bilməmiş, əgər bilsəydi, ümumiyyətlə Elçinlə söhbət etməyə də getməzdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında heç bir ədavət olmamışdır. Xaçmaz rayonunun Tikanoba kəndində ferma vadır, həmin fermada o, Zərərçəkmiş şəxs2 ilə birlikdə iribuynuzlu heyvan saxlamışlar. Onlar heyvanları otarandan sonra hava qaralanda mal-qaranı gətirib tövləyə salmışlar. 29 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində onlar mal-qaranı gətirib həmişə olduğu kimi tövləyə salmış, sonra da tövlənin qapısını örtüb arxasına daş söykəyib Yadulla ilə birlikdə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsinə getmişlər. Yadulla həmin qəsəbədə yaşayan və orada kafe işlədən Təqsirləndirilən şəxs1 zəng edərək yolda olduqlarını və kafeyə gələcəklərini demiş, çünki Elçin onları qonaq kimi dəvət etmişdir. Onlar kafeyə gedəndə Elçin kafedə olmamış, çıxıb getmişdir. Elçin kafedə olmasa da, onlar birlikdə oturub yeyib-içmiş, axşam saat 24 radələrində Ramin də, Elçin də kafeyə gəlmişdir. Elçin onlardan 60 manat hesab istəmiş, onlar isə Elçinə demişlər ki, “sən bizi qonaq çağırmısan, indi də 60 manat istəyirsən”. Sonra razılaşmışlar ki, çıxıb getsinlər, ertəsi gün söhbət edərlər. O, Yadulla ilə birlikdə kafedən çıxıb taksi ilə çıxıb fermaya getmişdir. Onlar gecəni yatmış, ertəsi gün oyanıb heyvanları açan zaman görmüşlər ki, tövlənin qapısı örtülüdür, lakin heyvanlardan Yadullaya məxsus olan 3 baş dana yerində deyil. Yadulla danaların itməsi barədə rayon polis şöbəsinə şikayət etmiş, lakin danalar tapılmamışdır. Bir müddət sonra rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin danaları oğurlayan şəxslərin Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Sonra da onlara məlum olmuşdur ki, Elçinlə Ramin onların kafedə olmasından istifadə edərək xx.xx.2021-ci ii tarixdə fermaya gedib oradan 3 baş dananı oğurlamışlar. Həmçinin eşitmişdir ki, X8 kəndində Nəriman adlı şəxsin evindən də 7 min manat oğurlamışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 Əmirəli oğlunun ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə Xaçmaz rayonunun Yeni Həyat kəndində Elçinə məxsus olan kafeyə getmişlər. Söhbətləşib vaxt aparmaq üçün Nəriman Elçinə demişdir ki, “Ramini də çağır gəlsin, söhbət edək”. Elçin də demişdir ki, “yaxşı, gözlə gedib gətirərəm”. Elçin kafedən çıxdıqdan təxminən yarım saat sonra gəlib demişdir ki, “Raminə demişəm, gələcək”. Bir neçə dəqiqə sonra isə Nəriman Raminin nə üçün gəlmədiyini soruşanda Elçin yenidən kafedən çıxmış və təxminən 2 saat sonra kafeyə qayıtmışdır. Elçin kafeyə gələndə demişdir ki, “Raminin biraz işi var, gələcək”. Sonra da Elçin onları kafedə bir qədər söhbətə tutmuş, bir az Ramin haqqında söhbətlər etmiş, işlərinin olduğunu demişdir. Lakin bir qədər vaxt keçsə də, Ramin gəlməmiş, saat 24 radələrində onlar artıq kafedən çıxıb Qusarçay kəndinə getmişlər. X11 zəng edərək Raminlə birlikdə gəlib görüşəcəklərini demişdir. O isə Nərimanla birlikdə evə getmiş, Nəriman onu evə düşürdüb çıxıb getmişdir. Səhəri gün isə xəbər tutmuşdur ki, Nərimanın yaşadığı evdən 7 min manat pul oğurlanıb. Nəriman bu hadisəyə görə Elçinlə Ramindən şübhələnmişdir. Şöbəyə şikayət etdikdən bir neçə gün sonra isə məlum olmuşdur ki, həmin oğurluğu doğurdan da Raminlə Elçin edib, hətta sonradan bir neçə nəfərdən eşitmişdir ki. Raminlə Elçin bir müddət əvvəl Tikanoba kəndindən də 3 baş dana oğurlamışlar. Təqsirləndirilən şəxs2 iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 çoxdan tanıyır, aralarında heç bir ədavət olmamışdır. 2021-ci ilin noyabr ayında Elçinlə söhbət zamanı qərara gəlmişlər ki, Xaçmaz rayonunun Tikanoba kəndində yerləşən fermada iribuynuzlu heyvanlar var, gedib oradan dana oğurlasınlar. Onlar oğurluğu necə edəcəyini danışmışlar. Elçin ona demişdir ki, “axşam saatlarında kəndə gedəcəyik, özüm hər şeyi həll edəcəyəm”. xx.xx.2021-ci il tarixdə Elçin danaların sahibini özünə məxsus olan Yeni Həyat qəsəbəsində yerləşən kafedə qonaq etmişdir. O, həmin şəxsi tanımamış, lakin Elçinlə həmin şəxsin münasibəti olmuşdur. Həmin şəxslər kafedə olduqları müddətdə axşam saatlarında Elçinlə o, Elçinin Niva markalı avtomobili ilə Tikanoba kəndinə getmişdir. Elçin avtomobili bir qədər kənarda saxlamış, sonra onlar piyada gedib heyvanların saxlandığı yerə çatmışlar. Heyvanların saxlandığı yer kəndin mərkəzindən kənarda olmuş, yaxın ətrafda heç bir yaşayış evi olmamışdır. Onlar tövlənin yerləşdiyi yerə çatdıb qapısını açmış, qapıda qıfıl olmamışdır. Tövlə köhnə tikili olmuş, bir hissəsi dağılmışdır. Onlar içəri daxil olan zaman görmüşdür ki, tövlədə xeyli sayda dana var. Onlar Elçinlə birlikdə danalardan 3 başını tövlədən çıxarmış, tövlənin qapısını bağlamış, sonra da danaları qovaraq təxminən 200 metr uzaqlaşmışlar. Onlar həmin yerdən uzaqlaşanda Elçin mobil telefonla kiməsə zəng edib danışmışlar. Elçinin danışdığı adam “gözlə, gəlib heyvanlara baxım” sözlərini demişdir. Təxminən 20 dəqiqə sonra bir nəfər Qaz-İ markalı avtomobillə həmin yerə gəlmiş, Elçin ilə bir baş dananı 400 manat olmaqla, ümumilikdə 1200 manata razılaşmışlar, onlar danaları Qaz-l-ə yükləmişlər. Sonra həmin şəxs öz avtomobili ilə, onlar da Elçinin avtomobili ilə oradan uzaqlaşmışlar. Sürücü həmin gün onlara 200 manat pul vermiş, “qalan hissəsin də sabah verəcəyəm” sözlərini deyib getmişdir. Ertəsi gün Elçinlə o, Qobuqıraq qəsəbəsinə getmiş, danaları aparan Rəşad adlı şəxs danaların arıq olduğunu demiş və almamışdır. Onlar da Rəşadın 200 manatını qaytarmış, sonra Elçin başqa bir şəxsə zəng etmiş, həmin şəxs Qaz-İ markalı avtomobillə gəlib danaları aparmışdır. Sonra da Elçin həmin şəxsin mobil telefon nömrəsini ona vermiş, tapşırmışdır ki, danaların pulunu razılaşıb alsın. O da razılaşmış, həmin gün günorta saatlarında Elçinin verdiyi mobil telefon nömrəsi ilə danışmış, adının Coşqun olmasını bilmişdir. O, Xaçmaz şəhərində Bakı prospektində olan dairənin yaxınlığında Coşqun ilə görüşmüş, Coşqundan 800 manat pul almış, gətirib Elçinə vermiş və pulları bölmüşlər, hərəsi 400 manat götürmüşlər. O da həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Növbəti dəfə onlar Zərərçəkmiş şəxs1 evindən oğurluq etmişlər. Belə ki, Nəriman bir neçə dəfə onların yanında cibindən xeyli miqdarda pul çıxarmışdır. Onlar da qərara gəlmişlər ki, Nərimandan oğurluq etsinlər. 17 yanvar 2022-ci il tarixdə, axşam saatlarında X13 qəsəbəsində mərkəzi küçədə ona yaxınlaşıb “Nəriman kafedədir, hazırlaş səni aparacağam, girərsən evə” sözlərini demişdir. O razılaşmış, bir qədər sonra Elçin gəlib onu götürmüş və saat 23 radələrində Nərimanın yaşadığı Qusarçay qəsəbəsində yerləşən evinə aparmışdır. Üstündə telefon olmadığından o, Elçinə demişdir ki, “1 saat yarımdan sonra dördyolda göşərik”. Sonra o, hasardan aşaraq həyətə girmiş, evin pəncərəsinə yaxınlaşmışdır. O, pəncərədə olan mıxları çıxarmış, pəncərənin şüşəsini söküb evin həyətindən çöl tərəfə atmış, lakin hiss eləmişdir ki, şüşə sınmamış, çünki yerdə qar olmuşdur. Sonra da pəncərənin kənarlarında yapışdırılmış rezini də götürüb qeyri-ixtiyari olaraq tullamış, lakin rezinin həyətdə hansı istiqamətə düşməsinə fikir verməmişdir. Sonra da pəncərədən içəri daxil olmuş, evin otaqlarına girib ehtiyatla şkafları yoxlamışdır. Lakin pul tapa bilməmiş, sonra isə yataq otağında yastıqları yoxlamış və görmüşdür ki, yastıqlardan birinin içərisində sellofana bükülmüş formada pul var. O, yastığın içindən həmin qırmızı rəngli sellofan paketi çıxarmış, sellofanı açmadan birbaşa cibinə qoymuşdur. Sonra da daxil olduğu formada evdən çıxıb dördyola getmişdir. O görmüşdür ki, Elçin orada yoxdur, buna görə yolda dayanan tanımadığı taksiyə minmiş, lakin taksiyə minməzdən əvvəl pulun içinə baxmış, görmüşdür ki, bir ədəd 10 manatlıq pul da var. O, həmin 10 manatlığı ayırıb cibinə qoymuş və taksiyə minib yaşadığı Yeni Həyat qəsəbəsinə sürməsini demişdir. Onlar oradan bir qədər uzaqlaşmışlar ki, Elçinin öz avtomobili ilə dördyola tərəf getdiyini görmüşdür. Həmin vaxt sürətləri çox aşağı olduğundan taksi sürücüsü vasitəsilə Elçinə işıq siqnalları verdirmiş və Elçin avtomobili saxlamışdır. O, 10 manatı çıxarıb sürücüyə vermiş, sonra da düşüb Elçinin avtomobilinə minmişdir. Sonra o, maşında sellofanı açmış, onlar pulları saymış, pulun 3200 manat olmasını görmüş, hərəsi puldan 1600 manat götürmüşdür. Sonra da Elçin Nərimana zəng etmiş, Nəriman demişdir ki, “gəlin Qusarçayda “Vahid” kafenin qabağındayam, burada görüşək”. Onlar da çox uzaqlaşmadığından bir neçə dəqiqə sonra orada Nərimanla görüşmüşlər. O, Nərimana bacısıgilin onlarda qonaq olmasını demiş və söhbəti çox uzatmamış, mağazadan siqaret almışlar və sağollaşıb çıxıb getmişlər. Əldə etdiyi pulun 35 manatına Xaçmaz rayonunda mərkəzi bazardan xatırlamadığı mağazadan qış gödəkçəsi, 65 manata ayaqqabı almışdır. Pulun təxminən 600-700 manatını bir neçə gün ərzində lotoreya biletlərinə xərcləmişdir. Qalan pulları isə taskiyə, yeyib içməklərə, siqaretə və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ifadəsində Zərərçəkmiş şəxs1 evindən 7 min manat oğurlanmasını bildirməsi ilə bağlı qeyd etmişdir ki, ola bilər ki, evdən doğrudan da həmin məbləğdə pul oğurlamış, lakin pulun bir hissəsini yolda salıb itirmişdir. Təqsirləndirilən şəxs1 iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 çoxdan tanıyır, aralarında heç bir ədavət olmamışdır. Xaçmaz rayonunun Tikanoba kəndi ərazisində onun əkin sahəsi vardır. Həmin sahəyə gedib-gəlmiş, buna görə orada köhnədən tikilmiş ferma olmasını və 2 nəfərin, yəni Nəsib və Yadulla adlı şəxsin fermanı icarəyə götürərək tövlədə iribuynuzlu heyvan saxlamalarını bilmişdir. O, Nəsiblə Yadullaya demişdir ki, “inəkləriniz bizim sahələri otlayır, nəzarət edin”. Həmin vaxtlarda Ramin də onun yanında olmuşdur. 2021-ci ilin noyabr ayında Raminlə qərara gəlmişlər ki, həmin mal-qaradan bir neçəsin oğurlasınlar. xx.xx.2021-ci il tarixdə Nəsib ona zəng edərək demişdir ki, “balıq almışıq gəlirik sizin kafeyə yeyib-içməyə”. O da düşünmüşdür ki, oğurluq üçün əlverişli şəraitdir. Buna görə Raminə bu barədə demiş və Yadullagil kafedə olduğu müddətdə axşam saatlarında ona məxsus olan Vaz 2121( Lada Niva ) markalı avtomobillə həmin fermanın yerləşdiyi yerə getmişlər. O, avtomobili fermadan bir qədər aralıda saxlamış, sonra piyada gedib fermaya çatmışlar. Fermanın ətrafında hasar olmamış, yalnız ev və tövlə olmuşdur. Tövlənin isə yan və baş tərəfindən qapıları olmuşdur. Onlar tövlənin baş tərəfində olan qapını açmış və tövləyə girmişlər. Onlar tövlədə olan mal-qaradan üç baş dana ayırıb çıxartmış və tövlənin qapısın bağlayıb danaları qovaraq fermadan uzaqlaşmışlar. O, mal-qara alveri ilə məşğul olan Rəşad adlı şəxsə zəng etmiş, satılıq dana olmasını bildirmişdir. Sonra Rəşada olduğu yeri izah etmiş və Rəşad özünə məxsus Qaz-İ markalı avtomobillə Tikanoba kəndinə gəlmiş, onlar orada görüşmüş, o, danaların qiymətini Rəşadla söhbət etmiş və sonda ümumilikdə 1200 manata razılaşmışlar. Danaları Rəşadın avtomobilinə mindirmiş və sonra oradan uzaqlaşmışlar. Rəşad danalara görə həmin gün ona 200 manat vermiş, lakin ertəsi gün qalan min manatı almağa gedəndə Rəşad danaların arıq olduğunu deyərək almaqdan imtina etmiş və onlar da məcbur qalıb 200 manatını qaytarmışlar. Sonra o, danaları satmaq üçün Coşqun adlı şəxslə danışmış, Coşqun gəlib Rəşadgilin fermasında danalara baxmış və sonra onlar danaları Coşqunun avtomobilinə mindirmiş və çıxıb getmişlər. Ramin Coşqunla qiymət söhbətini özü etmiş və danaları satmış, sonra da gətirib ona 400 manat pul vermiş, danaları 800 manata satdığını demişdir. O da həmin pulu şəxsi ehtiyaclarına, yeyib-içməklərə xərcləmişdir. Danaları satdığı şəxslər isə həmin danaların oğurluq olmasını bilməmişlər. Növbəti dəfə onlar Xaçmaz rayonunun Qusarçay qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 evindən oğurluq etmək qərarına gəlmişlər. Nəriman bir neçə dəfə onların yanında cibindən topa şəklində pul çıxarmış, Ramin də ona demişdir ki, “bunun pulunu oğurlamaq lazımdır”. O da Raminlə eyni fikirdə olduğundan razılaşmış və xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Nəriman qohumu Taleh ilə onun işlətdiyi kafeyə gələndə Nəriman ona demişdir ki, “Ramini də çağır kafeyə gəlsin bir az söhbət edək, vaxtımız getsin”. O gedib Raminə bu barədə xəbər vermiş, oğurluq üçün şərait olmasını demiş və kafeyə qayıtmışdır. Bir qədər sonra Nəriman yenidən Ramini soruşanda o, kafedən çıxmış və özünə məxsus olan Vaz 2121 markalı, **- VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ramini götürüb saat 23 radələrində Qusarçay kəndinə Nərimanın yaşadığı evin yanına aparmışdır. Təxminən 200 metr məsafədə üçyolda dayanıb Raminə küçənin sonunda sol tərəfdə ən axrıncı evin Nərimana məxsus olmasını demişdir. Həmçinin Nəriman kafeyə gələndə arvadının evdə olmadığını demiş, buna görə bilmişdir ki, evlərində heç kim yoxdur. O, saat 23 radələrində Ramini düşürmüş və razılaşmışlar ki, 1 saat yarım sonra Qusarçay kəndində dördyolda görüşsünlər. O, Ramini düşürdüb kafeyə qayıtmış, kafedə Nərimana demişdir ki, “Raminin bir qədər işi var gələcək”, həmçinin Nərimanı söhbətə tutub bir qədər vaxt uzatmışdır. Bundan bir qədər sonra saat 24 radələrində Nərimangil masadan durmuş və sağollaşıb kafedən çıxmışlar. O özü də avtomobilinə minib Qusarçay kəndi istiqamətində hərəkətə başlamış, bir neçə dəqiqə sonra Nərimana zəng edib demişdir ki, “Talehi evə qoy, sonra gəl Qusarçayda özümüz görüşək”. Çünki fikirləşmişdir ki, birdən Ramin hələ də evdən çıxmamış olar. Lakin o, Qusarçaya çatmağa az qalmış yolda Raminlə rastlaşmışdır. Belə ki, hava qarlı olduğundan asta sürətlə gedirmiş, onunla üzbəüz gələn taksi ona işıq siqnalları verdiyindən o, dayanmış, Ramin taksidən düşüb gəlib onun avtomobilinə minmişdir. Onlar asta-asta gedərək Ramin pulları çıxarıb evdən oğurladığını demiş, sonra pulları saymışlar və ümumilikdə 3200 manat olmasını müəyyən etmişlər. Ramin puldan 10 manat taksiyə verdiyini demişdir. Beləliklə, evdən ümumilikdə 3210 manat oğurlamış olduqlarını müəyyən etmişlər. Sonra da puldan ona 1600 manat vermişdir. Bir neçə dəqiqə sonra da onlar Qusarçayda Nərimanla görüşmüşlər. Ramin Nərimana demişdir ki, “bacım gəlib, qonağım var, ona görə gələ bilmirdim”. Sonra onlar birlikdə bir neçə dəqiqə söhbətləşmiş, gedib mağazadan siqaret almışlar və sonra da sağollaşıb öz evlərinə getmişlər. Əldə etdiyi pulları isə yeyib-içməklərə, əyləncələrə xərcləmişdir. O, əvvəl Nərimanın evindən 7 min oğurlanmasına inanmamış, lakin artıq inanır, ola bilər ki, Ramin həmin pulların yarısını itirmişdir. Zərərçəkmiş şəxs2 iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonunun Tikanoba kəndində, həmin kəndin arxa hissəsində dənizə tərəf, yəni şərq istiqamətində X4 məxsus ferma vadır, həmin fermada o, Şahid3 ilə birlikdə iribuynuzlu heyvan saxlamışdır. Onlar heyvanları otarandan sonra hava qaralanda mal-qaranı gətirib tövləyə salmışlar. 29 noyabr 2021-ci i tarixdə, saat 19 radələrində onlar mal-qaranı gətirib həmişə olduğu kimi tövləyə salmış, sonra da tövlənin qapısın örtüb arxasına daş söykəyib Nəsib ilə birlikdə Yeni Həyat qəsəbəsinə getmişlər. O, həmin qəsəbədə yaşayan və orada kafe işlədən Təqsirləndirilən şəxs1 zəng edərək yolda olduqlarını və kafeyə gələcəklərini demiş, çünki Elçin onları qonaq kimi dəvət etmişdir. Onlar kafeyə gedəndə Elçin kafedə olmamış, çıxıb getmişdir. Elçin kafedə olmasa da, onlar birlikdə oturub yeyib-içmişlər, axşam saat 24 radələrində Ramin də, Elçin də kafeyə gəlmişlər. Elçin onlardan 60 manat hesab istəmiş, onlar isə Elçinə demişlər ki, “sən bizi qonaq çağırmısan, indi də 60 manat istəyirsən”. Bu məzmunda bir neçə dəqiqə mübahisə etmişlər, sonra razılaşmışalr ki, çıxıb getsinlər, ertəsi gün söhbət edərlər. O, Nəsiblə birlikdə kafedən çıxıb taksi ilə fermaya getmişdir. Onlar gecəni yatmış, ertəsi gün oyanıb heyvanları açan zaman görmüşlər ki, tövlənin qapısı örtülü olmuş, lakin heyvanlardan ona məxsus olan 3 baş dana yerində olmamışdır. O, danaların itməsi barədə rayon polis şöbəsinə şikayət etmiş, lakin danalar tapılmamışdır. Bir müddət sonra rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin danaları oğurlayan şəxslərin Elçin və Ramin olması müəyyən edilmişdir. Sonra da ona məlum olmuşdur ki, Elçinlə Ramin onların kafedə olmağından istifadə edərək xx.xx.2021-ci il tarixdə fermaya gedib oradan 3 baş dananı oğurlamışlar. Həmin danalar 3 illik olmuş, hərəsinin 110 kq əti olmuş, qarınlarında bala olmuş, hər birinin dəyəri min manat olmaqla ona ümumilikdə 3 min manat ziyan dəymişdir. İş materiallarında olan ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək, Xaçmaz rayonunun Tikanoba kəndində yerləşən fermada saxladığı onun 03 baş danasının 29-30 noyabr 2021-ci il tarixdə fermadan itməsi barədə məlumat vermişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 oğurlanmış inəklərin saxlanıldığı Xaçmaz rayonunun Tikanoba kəndi ərazisində yerləşən fermaya (tikiliyə) baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs2 ondan oğurlanmış danaların saxlanıldığı tövlənin, tövlənin içərisini əyani olaraq göstərmişdir. Həmin fermanın ətrafı hasarlanmamış, ərazidə bir ədəd birmərtəbəli ev və heyvanları saxlamaq üçün tövlə olması müəyyən edilir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 məxsus üç baş dananı oğurladıqları fermaya gedən yolu göstərməklə polis əməkdaşları və müdafiəçi ilə həmin ferma ərazisinə gedilmiş, Təqsirləndirilən şəxs2 həmin fermada yerləşən və oğurladıqları danaların saxlanıldığı tövləni əyani olaraq göstərərək xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin tövlədən danaları oğurladığını bildirmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məxsus üç baş dananı oğurladıqları fermaya gedən yolu göstərməklə polis əməkdaşları və müdafiəçi ilə həmin ferma ərazisinə gedilmiş, Təqsirləndirilən şəxs1 həmin fermada yerləşən və oğurladıqları danaların saxlanıldığı tövləni əyani olaraq göstərərək xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin tövlədən danaları oğurladığını bildirmişdir. İş materiallarında olan ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2022-ci il tarixə Xaçmaz rayonunun Qusarçay kəndində yaşadığı evdən ona məxsus 7000 manat məbləğində pulun naməlum şəxs və ya şəxslər tərəfindən evin pəncərəsindən daxil olmaqla oğurlandığı barədə məlumat vermişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 oğurlanmış pulun oğurluq zamanı saxlanıldığı Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 otaqdakı çarpayının üzərində olan yastığı, evin şüşəsi yerindən çıxarılmış pəncərəsini əyani olaraq göstərərək ondan oğurlanmış pulların oğurluq zamanı həmin çarpayının üzərindəki yastığın içərisində saxlanıldığını bildirmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 pulunu oğurladığı Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən evinə gedən yolu göstərməklə polis əməkdaşları və müdafiəçi ilə həmin evə gedilmiş, Təqsirləndirilən şəxs2 həmin evin pəncərəsini göstərərək evə həmin pəncərənin şüşəsini çıxararaq daxil olduğunu, oğurluq etməsi üçün evin içərisindəki şkafları, sandığı göstərərək onları axtardığını, lakin həmin yerlərdən pul tapmadığını, yataq otağındakı çarpayını göstərərək üzərində olan yastığın içərisindən pulları tapıb oğurladığını əyani olaraq göstərməklə ifadəsində bildirmiş xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 pulunu oğurladığı Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən evinə gedən yolu göstərməklə polis əməkdaşları və müdafiəçi ilə həmin evin yaxınlığına gedilmiş, Təqsirləndirilən şəxs1 əyani olaraq öz avtomobili ilə Təqsirləndirilən şəxs2 gətirib düşürdüyü yeri, sonuncuya zərərçəkmiş Y.Nərimanovun evini göstərdiyini bildirərək ifadəsində bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan “Şamil MMC”-nin 15 mart 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, üç illik, 110 kq əti olan, qarnında balası olan 01 baş dananın 2021-ci ilin noyabr ayına olan orta bazar alqı-satqı qiyməti təxminən 1000 manatdır. İş materiallarında olan 25 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən edilir ki, Şahid2 və Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, hökmdən və qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin 14 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin məhkəmənin 03 dekabr 2021-ci il tarixli qərarına əsasən o, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yeni Həyat İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs X5 orta məktəbdə təhsilini tam bitirməyərək təhsilini yarımçıq saxlamışdır. O, hərbi xidmətə çağırılmış, hərbi xidmətini də tam başa vurmamışdır. Yaşadığı kənddə özünü fəal vətəndaş kimi göstərmiş, müəyyən ictimai işlərdə, qocalara köməklik göstərməkdə özünü yaxşı cəhətdən göstərmişdir. Subaydır, anası ilə bir ailədə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və hökmdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddəti 16 aprel 2021ci il tarixdə başa çatmışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yeni Həyat İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və iş materiallarına əlavə edilmiş qohumluq məlumatlarına dair elektron çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 dörd yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yeni Həyat İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 orta məktəbi bitirdikdən sonra təsərrüfat işlərində valideynlərinə kömək etmişdir. O, hərbi xidmətdə olmuşdur. Yaşadığı qəsəbənin ictimai həyatında fəal iştirak edir, idman yarışlarında, qocalara köməklik göstərməkdə birincilər sırasında olmuşdur. O, dəfələrlə Nümayəndəliyin rəhbərliyi tərəfindən təşəkkürlər almışdır. Ailəlidir, övladları var. İş materiallarında olan və məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş iş üzrə zərərçəkmiş şəxslərin notarial qaydada təsdiqlənmiş ərizələrindən, həmçinin məhkəmə iclasında təqdim etdikləri ərizələrdən müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri ilə onlara vurduqları ziyan təqsirləndirilənlər tərəfindən tamamilə ödənilmiş, onların təqsirləndirilənlərə qarşı heç bir şikayət və tələbləri yoxdur, təqsirləndirilənlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, himayəsində yaşlı anasının olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərin onunla barışmalarını, həmçinin zərərçəkmişlərin onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsi barədə xahiş etmələrini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, himayəsində dörd yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərin onunla barışmalarını, həmçinin zərərçəkmişlərin onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsi barədə xahiş etmələrini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddəti 16 aprel 2021-ci il tarixdə başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların məcmusunu, o cümlədən onun törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmişlərlə barışmalarını və zərərçəkmişlərin onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmələrini, himayəsində maddi gəliri olmayan yaşlı anasının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən müstəsna hallar kimi qiymətləndirərək, təqsirləndirildiyi maddələr üzrə cəzaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 62.1-ci maddəsinin tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın aşağı həddinən də az cəza təyin olunmasını məqsədə müvafiq bilir. Həmçinin məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 27 yanvar 2022-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 4(067)-21/2022 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzasının icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 27 yanvar 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutmadan azad olunmasına dair 29 yanvar 2022-ci il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edildiyindən xüsusi müsadirə tətbiq olunmalıdır. Belə ki, cinayət işinin materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs1 evindən oğurladıqları pulları aralarında bölmüş, Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi həmin pul vəsaiti hesabına özünün şəxsi istifadəsi üçün 01 ədəd qış gödəkçəsi və 01 ədəd ayaqqabı almış, həmin geyimlər ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.3-cü maddəsinə görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Odur ki, Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığı 01 ədəd qış gödəkçəsi və 01 ədəd ayaqqabı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığı 01 ədəd qış gödəkçəsi və 01 ədəd ayaqqabı (hazırda Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-62/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-62/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver