Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-62/2023 17.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 dekabr 2021-ci il tarixdə, saat 20:15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, H.B.Zərdabi küçəsi 30 ünvanında yerləşən evin yaxınlığına gedərək həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra tor hasarın üzərindən keçməklə həmin evin həyətinə, daha sonra isə evin giriş hissəsindən sağ tərəfdəki plastik materialdan olan pəncərəni üzərində olan vintaçan ilə açmaqla evə qanunsuz daxil olaraq evin qonaq otağından 1085 manat dəyərində olan, “LG” markalı “LED LCD” modelli 01 ədəd televizoru, evin yataq otağından 1500 manat dəyərində olan, Gəncə şəhərində istehsal olunmuş, 3x2 metr ölçülü 01 ədəd xalçanı, 500 manat dəyərində olan, “Belçika istehsalı, 3x2 metr ölçülü 01 ədəd xalçanı, həmin otaqda olan yatağın sol yan tərəfində olan dolabın ikinci siyirməsindən 70 manat dəyərində olan, Rusiya Federasiyası istehsalı, 585 əyarlı, 01 qram çəkidə olan, sünbül formasındakı qızıl kulonu, həmin yatağın sağ yan tərəfindəki dolabın üçüncü siyirməsindən 50 manat dəyərində olan 01 ədəd suvenir xəncəri, hər biri 30 manat dəyərində olan 02 ədəd suvenir xəncəri, evin digər yataq otağından hər biri 500 manat dəyərində olan, “Belçika” istehsalı, 3x2 metr ölçülü 02 ədəd xalçanı, evin digər yataq otağında girişdən solda yerləşən yatağın altından 700 manat dəyərində olan, “Madona servis” adlanan, Rusiya Federasiyası istehsalı olan, içərisində 06 ədəd fincan, 06 ədəd nəlbəki, 06 ədəd böyük dərin yemək boşqabı, 06 ədəd çəngəl, 06 ədəd yemək qaşığı, 06 ədəd bıçaq, 06 ədəd balaca dayaz, şirniyyat qoymaq üçün olan boşqab, 01 ədəd çaynik və 01 ədəd çaydan dəstini, 120 manat dəyərində olan “Bosch” markalı 01 ədəd şirəçəkəni, 200 manat dəyərində olan “Bosch” markalı 01 ədəd blender olmaqla, ümumilikdə 5285 manat dəyərində olan əşyaları qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 avqust 2022-ci il tarixdə, saat 15 radələrində X2 yaşadığı ünvan 2 ünvanında yerləşən evin yaxınlığına gedərək həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra tor hasarın üzərindən aşmaqla həmin evin həyətinə, daha sonra isə evin giriş qapısından sol tərəfdəki plastik materialdan olan pəncərəni üzərində olan vintaçan ilə açmaqla evə qanunsuz daxil olaraq evin yataq otağındakı çarpayının altından 700 manat dəyərində olan, Rusiya Federasiyasının Dərbənd şəhərində istehsal olunmuş, “Belasnegka” markalı, 3x2 metr ölçülü 01 ədəd xalçanı, 200 manat dəyərində olan, “Belçika istehsalı, 3x2 metr ölçülü 01 ədəd xalçanı və 40 manat dəyərində olan 03 litrlik 01 ədəd elektrik cərəyanı ilə işləyən samovar olmaqla ümumilikdə 940 manat dəyərində olan əşyaları qanunsuz götürüb aparmaqla təkrar oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. Xudat şəhərində, onun yaşadığı evdən təxminən 400-500 metr aralıda, əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evi yerləşir. Koruqlü adətən Sumqayıt şəhərində yerləşən evində yaşadığından o, sonuncunun evinin çox vaxt boş olmasını bilmişdir. 2021-ci ilin dekabr ayında fəhləlik etmək üçün iş tapa bilmədiyindən maddi imkanı çox zəif olmuşdur. Ailəsində körpə uşaq olduğundan və anası xəstə olduğundan pula ehtiyacı olmuş, ona görə də ağlına Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etmək fikri gəlmişdir. Bu məqsədlə 16 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı evdən bir ədəd vintaçan götürüb evdən çıxıb Zərərçəkmiş şəxs1 məxsus olan Xaçmaz rayonu, Xudat şəhəri, H.B.Zərdabi küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin yanına getmişdir. Həmin gün saat 20:15 radələrində evə yaxınlaşanda görmüşdür ki, evdə hər hansı bir otaqda və yaxud evin həyətində işıq yanmır və evin həyətinin giriş qapısında qıfıl vardır. O həmin vaxt evdə heç kimin olmadığına əmin olmuşdur. Hava qaranlıq və soyuq olduğuna görə həmin vaxt küçədə də heç kim olmamışdır. Bundan istifadə edib o, Zərərçəkmiş şəxs1 məxsus evin arxa tərəfinə keçib, evin arxa tərəfində olan dəmir materialdan hazırlanmış tor hasarın üzərindən evin həyətinə keçmişdir. Daha sonra evin ön tərəfinə gəlib evin giriş qapısının sağ tərəfində olan plastik materialdan hazırlanmış pəncərəyə yaxınlaşıb cibində saxladığı vintaçanı pəncərə ilə pəncərənin çərçivəsinin arasına salıb itələməklə pəncərəni açmışdır. Daha sonra açdığı pəncərədən qanunsuz olaraq evə daxil olmuşdur. Həmin pəncərə evin qonaq otağına açılmışdır. O, evin qonaq otağına keçdikdən sonra pəncərədən sağ tərəfdə yerləşən “LG” markalı, təxminən 120 düyümlü televizoru əlinə götürüb, evə daxil olduğu plastik pəncərədən çıxarıb bayıra qoymuşdur. Daha sonra qonaq otağından çıxıb digər otağa, yəni yataq otağına keçmişdir. Evin daxil olduğu yataq otağında, küncdə olan, təxminən uzunluğu 3 metr, eni isə 2 metr olan 01 ədəd xalçanı, həmin otaqdan bundan başqa 01 ədəd yenə də uzunluğu 3 metr, eni isə 2 metr olan xalçanı götürüb evə daxil olduğu pəncərədən bayıra qoymuşdur. Həmin xalçalar otağın künc hissəsinə, uzununa qoyulmuşdur. Bundan sonra yenə də oğurlamaq üçün otağa axtarış aparanda, həmin otaqda olan yatağın yanında, yəni sol tərəfində olan dolaba baxanda, həmin dolabın ikinci siyirməsindən 01 ədəd, təxminən 01 qram çəkidə olan, 585 əyarlı, sünbül formasındakı qızıl kulon tapıb həmin kulonu əynində olan şalvarın yan cibinə qoymuşdur. Bundan sonra həmin yatağın sağ tərəfində olan dolaba baxanda isə dolabın üçüncü siyirməsindən biri digərlərinə nisbətən böyük ölçüdə olan 03 ədəd suvenir xəncər tapmış və onları da götürüb evə daxil olduğu pəncərədən bayıra çıxarıb yerə qoymuşdur. Daha sonra evin digər yataq otağına keçib orada axtarış aparanda həmin otaqda da küncə qoyulmuş 02 ədəd, uzunluğu 3 metr, eni isə 2 metr olan xalçaları görmüş və onları da götürüb digərləri kimi evə daxil olduğu pəncərədən bayıra çıxarıb yerə qoymuşdur. Daha sonra həmin otaqda olan yatağın altından “Madona servis” deyilən, içərisində hər birindən altı ədəd olan fincan, boşqab, bıçaq, çəngəl, qaşıq, nəlbəki dəstini və həmin dəstin olduğu qutunun içərisində olan, “Bosch” markalı, 01 ədəd şirəçəkənin, bundan başqa “Bosch” markalı, 01 ədəd blenderin olduğunu görmüşdür. O həmin əşyaları da oradan götürüb ehmallıca pəncərədən çıxarıb bayıra qoymuşdur. Koruqlünün evinin arxası boş torpaq sahəsidir və həmin torpaq sahəsinin baş tərəfi də meşəlik sahəsinə birləşmişdir. O, Koruqlünün evindən oğurladığı əşyalardan əvvəlcə xalçaları evin həyətinə keçdiyi yerdən, yəni evin arxasında olan tor hasarın üzərindən çıxarıb, meşəlik sahə ilə gedib, yaşadığı evin alt hissəsində olan, istifadə etmədikləri otağa qoymuşdur. Onun yaşadığı ev iki mərtəbəlidir və evin birinci mərtəbəsində yaşayış yoxdur. Daha sonra eyni qayda ilə digər əşyaları da Koqolünün evinin həyətindən çıxarıb yaşadığı evin birinci mərtəbəsində yerləşən istifadə etmədikləri otağa, xalçanın yanına qoymuşdur. Həmin gün, yəni 16 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində Koruqlünün evindən oğurladığı əşyaların hamısını yaşadığı evə gətirib çatdırmışdır. Ailə üzvlərinin heç biri onun oğurladığı əşyaları görməmişlər. O, oğurladığı “LG” markalı televizorun şəkillərini çəkib “Lalafo.az” internet elanlar saytına yerləşdirmiş və təxminən 2021-ci ilin dekabr ayının sonlarında adını və mobil telefon nömrəsini xatırlamadığı Bakı şəhər sakininə 460 manata satmışdır. Bundan sonra 2021-ci ilin dekabr ayının sonlarında ailə üzvləri evdə olmadığı vaxt yaşadığı evin birinci mərtəbəsində saxladığı, Zərərçəkmiş şəxs1 evindən oğurladığı xalçalardan birini 70 manata, “Madona servis” deyilən, içərisində hər birindən altı ədəd olan fincan, boşqab, bıçaq, çəngəl, qaşıq, nəlbəki dəstini 60 manata, həmin dəstin olduğu qutunun içərisində olan, “Bosch” markalı, 01 ədəd şirəçəkəni 30 manata, bundan başqa “Bosch” markalı, 01 ədəd blenderi isə 30 manata küçədə, avtomobili ilə işlənmiş əşyaları alan, tanımadığı şəxsə satmışdır. O, həmin şəxsə demişdir ki, satdığı əşyalar öz evinin əşyalarıdır və yeni il bayramı öncəsi evə bazarlıq etmək üçün pul lazım olduğundan satır. Həmin şəxs də əşyaları ondan alıb avtomobilinə yükləyib çıxıb getmişdir. Həmin şəxsi o, birinci dəfə idi ki görmüşdür və həmin şəxsin idarə etdiyi avtomobil ağ rəngli Vaz-2107 markalı avtomobil olmuş, lakin həmin avtomobilin qeydiyyat nişanı onun yadında qalmamışdır. Bundan sonra Koruqlünün evindən oğurladığı xalçaları satmaq üçün müştəri tapa bilməmiş, daha sonra da özünə fəhləlik etmək üçün iş tapmışıdr deyə xalçaları satmaq barədə maraqlanmamışdır. Buna görə də Koruqlünün evindən oğurladığı xalçaları yaşadığı evdə saxlamışdır. Bundan başqa 11 avqust 2022-ci il tarixdə onun maddi imkanı zəif olduğuna görə o yenə də oğurluq etmək fikrinə düşmüşdür. Bu dəfə X2 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Ç.Mustafayev küçəsində yerləşən 20 nömrəli evə daxil olaraq oradan oğurluq etməyi planlaşdırmışdır. Çünki, həmin evdə yaşayan X5 bildiyi qədəri ilə həmin evdə tək yaşamışdır və tez-tez Quba və yaxud Qusar rayonunda yaşayan qohumlarıgilə gedib orada qalmışdır. 11 avqust 2022-ci il tarixdə, saat 15 radələrində o, yenə də yaşadığı evdən bir ədəd vintaçan və bir ədəd ağ rəngli sintetik kisə götürüb X2 yaşadığı evin yanına getmişdir. Evə çatanda görmüşdür ki, evin həyət qapısında qıfıl vardır və evin içərisində işıqlar yanmır. O, əmin olmuşdur ki, evdə heç kim yoxdur. Bundan sonra evin arxa tərəfinə keçib, arxa tərəfdə olan boş torpaq sahəsinin mişar daşından tikilmiş hasarından əvvəlcə həmin boş torpaq sahəsinə keçmişdir. Həmin boş torpaq sahəsi ilə X2 evinin həytyanı torpaq sahəsi dəmir materialdan hazırlanmış tor hasar ilə ayrılmışdır. O həmin tor hasarın üzərindən X2 yaşadığı evin həyətinə keçmişdir. Daha sonra evin qarşı tərəfinə gəlib, evin giriş qapısının sol tərəfində olan plastik pəncərəni üzərində olan vintaçanla açıb evə daxil olmuşdur. Evə daxil olduqdan sonra, daxil olduğu pəncərənin təxminən sağ tərəfində yerləşən otağa daxil olmuşdur. Evdə masanın üzərində olan fənəri götürüb fənərin işığı ilə otaqda olan çarpayının altına baxmışdır. Həmin otağı axtararkən otaqda olan yatağın altında xalçaların olduğunu görmüşdür. O həmin xalçalardan iki ədədini götürüb evə daxil olduğu pəncərədən evin həyətinə atmışdır. O həmin xalçaların bahalı olduğunu fikirləşib iki ədəd xalça ilə kifayətlənmiş, ancaq digər otaqlara da baxmaq istəmişdir. Bundan sonra evə daxil olduğu pəncərənin qarşısında yerləşən otağa daxil olanda, həmin otağın təmirsiz olduğunu, daha çox saxlanc yerinə oxşadığını, otaqda olan masanın üzərində bir ədəd 3 litrlik elektrik cərəyanı ilə işləyən samovarın olduğunu görmüş və həmin samovarı da oğurlamaq qərarına gəlmişdir. O həmin samovarı da götürüb pəncərədən bayıra çıxmışdır. O, iki ədəd xalçanı özü ilə gətirdiyi kisənin içərisinə qoyub, samovarı da digər əlinə götürüb, həyətə daxil olduğu yerdən əvvəlcə boş torpaq sahəsinə, daha sonra da həmin boş torpaq sahəsinin mişar daşından tikilmiş hasarının üzərindən aşıb Xudat şəhər sakini, X2 yaşadığı evdən təxminən 200 metr aralı məsafədə yaşayan, əsl adı Tahir olan şəxsin yanına getmişdir. Tahiri Xudat şəhərində hamı Şirin kimi tanımış və ona həmin adla müraciət edilmişdir. Tahir işlənmiş təsərrüfat və ev əşyalarının alqı-satqısı ilə məşğuldur. O, iki ədəd xalçanı və bir ədəd samovarı Tahirin yanına gətirib həmin əşyaların özünə məxsus olduğunu bildirib satmaq istədiyini demişdir. Tahir Xalçalara və samovara baxaraq bəyənmədiyini və almaq istəmədiyini bildirmiş, bundan sonra o, Tahirdən 20 manat pul almış və sonuncuya demişdir ki, həmin əşyaları özündə saxlasın, 20 manat pulu gətirib qaytaranda həmin əşyaları da geri götürər. Tahir də onunla razılaşmışdır. O, samovara görə Tahirdən 20 manat pul alıb oradan çıxıb getmişdir. Həmin vaxtdan elə X4 məxsus xalçalar Tahirin işlədiyi yerdə qalmışdır. Bundan bir müddət sonra onu Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət etmişlər və orada Zərərçəkmiş şəxs1 və X4 məxsus fərdi yaşayış evlərindən oğurluq edib-etmədiyini soruşmuşlar. O, Tahirin onun barəsində polisə məlumat verməsindən ehtiyat edib yalan danışmayaraq etdiyi oğurluq əməllərini etiraf etmişdir. O, etdiyi əməllərdən peşmandır. O, Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurladığı qızıl kulonu oğurlayıb əynində olan şalvarın cibinə qoymuş, həmin gündən bir-iki gün sonra həmin qızıl kulonu küçədə itirmiş və haraya düşdüyünü tapa bilməmişdir. Tahir adlı şəxs ondan aldığı samovarın oğurluq olmasını bilməmişdir. Çünki o, samovarı satan zaman və xalçaları verən zaman həmin əşyaların özünə məxsus olmasını demişdir. Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurlayaraq küçə ticarəti ilə məşğul olan tanımadığı şəxsə əşyaları satan zaman, həmin şəxsə əşyaların oğurluq olmasını deməmişdir, əksinə, həmin əşyaların özünə məxsus olduğunu demişdir. O, həm də həmin əşyaları yaşadığı evdən çıxarıb satdığına görə həmin şəxs ondan şübhələnməmişdir. Küçə ticarəti ilə məşğul olan həmin şəxs orta yaşlı, qara saçlı, orta boylu şəxs olmuş, ağ rəngli Vaz 2107 markalı avtomobil idarə etmişdir. Həmin avtomobilin dövlət qeydiyyat nişanı onun yadında qalmamışdır. Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “LG” markalı televizoru satdığı şəxsə həmin televizorun oğurluq olmasını deməmiş, əksinə, özünə məxsus olmasını demişdir. Televizoru alan həmin şəxs televizorun pultunun harada olması barədə soruşanda o, azyaşlı uşaqlarının olduğunu, televizorun pultunu uşaqların sındırdığını, buna görə də pultu atdıqlarını bildirmiş, həmin şəxs də ona inanmışdır. Həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində samovarı Şahid 20 manata satdığı göstərilmiş hissəsi ilə razı deyil, həmin ifadəsinin qalan hissəsini isə təsdiq edir. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək himayəsində bir azyaşlı uşağının olmasının, xəstə anasının olmasının, ailəsinin maddi vəziyyətinin pis olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, H.B.Zərdabi küçəsi 30 ünvanında yerləşən evdə yaşayır. 2022-ci ilin yanvar ayının 1-dək ünvan 3əklə məşğul olmuşdur. 2022-ci ilin yanvar ayının 1-dən etibarən isə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Xudat şəhərində yerləşən fərdi yaşayış evi Xudat şəhəri, H.B.Zərdabi küçəsində yerləşən 30 nömrəli evdir. Həmin ev birmərtəbəli olmaqla, dörd otaqdan və bir mətbəxdən ibarət fərdi yaşayış evidir. Həmin ev 0.4 ha torpaq sahəsində yerləşir. Evin ön tərəfində hasar mişar daşından hörülmüş, arxa tərəfindəki hasar isə dəmir materialdan olan tor hasardır. Evin giriş qapısı dəmir materialdan hazırlanmış qapıdır. O, Bakı şəhərində yaşadığına görə, həmin evə sonuncu dəfə 23 noyabr 2021-ci il tarixdə gəlmişdir. Həmin vaxt evdə hər şey öz yerində olmuşdur. Sonradan, yəni 19 dekabr 2021ci il tarixdə həmin evə baş çəkmək üçün gəlib evin həyət qapısını açdıqdan sonra, evin giriş qapısına yaxınlaşanda görmüşdür ki, giriş qapısının sağ tərəfində olan, plastik materialdan hazırlanmış pəcərəsi açıq vəziyyətdədir. O həmin vaxt başa düşmüşdür ki, evə kimsə qanunsuz daxil olub oğurluq etmişdir. Bundan sonra evin giriş qapısını açıb içəriyə daxil olub qonaq otağına keçmişdir. Qonaq otağına daxil olan kimi görmüşdür ki, qonaq otağında, girişdən sağda olan küncdə qoyduğu, “LG” markalı “LED LCD” modelli, 119 düyümlü televizor yerində yoxdur. Həmin televizoru o, 2013-cü ildə 1085 manata almışdır. Televizor oğurlansa da, televizorun pultu oğurlanmamışdır. Bundan başqa qonaq otağından hər hansı bir əşya oğurlanmamışdır. Buna görə də o, baxmaq üçün evin yataq otağına keçmişdir. Evin yataq otağında, küncdə olan, 1500 manat dəyərindəki uzunluğu 03 metr, eni isə 02 metr olan, 01 ədəd olan “Gəncə” şəhərində istehsal olunmuş xalça, bundan başqa Belçika istehsalı, 500 manat dəyərində olan, uzunluğu 03 metr, eni isə 02 metr olan, təxminən 20 il əvvəl alınmış 01 ədəd xalçanın yerində olmadığını görmüşdür. Bundan sora yenə də həmin otaqda olan yatağın yanında, yəni sol tərəfində olan dolaba baxanda, həmin dolabın ikinci siyirməsinə qoyduğu, Rusiya Federasiyası istehsalı, təxminən 20 il əvvəl alınmış, 01 qram çəkidə olan, 585 əyarlı, 70 manat dəyərində olan, sünbül formasındakı qızıl kulonun, həmin yatağın sağ tərəfində olan dolaba baxanda isə dolabın üçüncü siyirməsinə qoyduğu, ümumilikdə 50 sm uzunluğunda, 50 manat dəyərindəki, ona hədiyyə verilmiş 01 ədəd suvenir xəncərin, həmçinin həmin siyirmədə olan, ümumilikdə 35 sm uzunluğunda, hər biri 30 manat dəyərində olan, ona hədiyyə verilmiş 02 ədəd suvenir xəncərin yerində olmadığını görmüşdür. Daha sonra evin digər yataq otağına keçəndə görmüşdür ki, həmin otaqda da küncə qoyulmuş Belçika istehsalı, 02 ədəd, təxminən 20 il əvvəl alınmış, uzunluğu 03 metr, eni isə 02 metr olan, hər biri 500 manat dəyərindəki xalça yerində yoxdur. Bundan sonra evin digər yataq otağına keçəndə, həmin otaqda girişdən solda olan yatağın altına qoyduqları 700 manat dəyərində olan, “Madona servis” deyilən, Rusiya Federasiyası istehsalı olan, içərisində 06 ədəd fincan, 06 ədəd nəlbəki, 06 ədəd böyük dərin yemək boşqabı, 06 ədəd çəngəl, 06 ədəd yemək qaşığı, 06 ədəd bıçaq, 06 ədəd balaca dayaz, şirniyyat qoymaq üçün olan boşqab, 01 ədəd çaynik və 01 ədəd çaydan dəstinin, bundan başqa həmin dəstin olduğu qutunun içərisində olan, “Bosch” markalı, 120 manat dəyərində olan 01 ədəd şirəçəkənin, bundan başqa “Bosch” markalı, 200 manat dəyərində olan, 01 ədəd blenderin yerində omadığını görmüşdür. Həmçinin bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan cəmi 800 (səkkiz yüz) manat verilmiş, həmin pul vəsaitinin notarial qaydada verilməsi baş tutmadığından təqsirləndirilən tərəfindən ona şəxsən verilmişdir. Təqsirləndirilən şəxsin ona vurduğu maddi ziyanla bağlı 2200 manat ödəmədiyi məbləğ qalmış, təqsirləndirilən tərəfindən ona həmin 2200 manat məbləğin 06 ay ərzində hər ay 350 manat olmaqla ödənilməsi təklif edilmiş və o, bu təkliflə razılaşmışdır. O, dövlət ittihamçısının təyin edilməsini təklif etdiyi cəza ilə razı deyil, o, təqsirləndirilən şəxsin həbs edilməsini istəmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X5 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda tək yaşayır. Rusiya Federsiyasının vətəndaşı olsa da, Azərbaycan dilini sərbəst bilir, tərcüməçinin köməyinə ehtiyacı yoxdur. O, xx xxx 1953-cü ildə Xaçmaz rayonunun Yalama kəndində dünyaya gəlmişdir. Orta təhsilini Xaçmaz rayonu, Yalama kəndində Azərbaycan dilində almış, orta təhsil aldıqdan sonra Bakı şəhərində, 1 nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycan dilində tibb təhsili almışdır. Daha sonra Rusiya Federasiyasında yaşayan və oranın vətəndaşı olan biri ilə ailə qurmuş və buna görə o da Rusiya Federasiyasının vətəndaşlığını almışdır. Ancaq bir müddət əvvəl əri dünyasını dəyişdiyindən o, yenidən Azərbaycan Respublikasına qayıdıb yuxarıda göstərilən ünvanda yaşamağa başlamışdır. O tez-tez Quba rayonunda yaşayan qardaşının yaşadığı evə gedib orada qalmışdır. Quba rayonunda qardaşıgildə olduğu vaxtlarda Xudat şəhərindəki yaşadığı ev boş qalmışdır. 09 avqust 2022-ci il tarixdə o, yenə də Quba rayonuna, qardaşıgilə qonaq getmişdir. 14 avqust 2022-ci il tarixədək qardaşıgildə qaldıqdan sonra həmin tarixdə yaşadığı ünvan 4 ünvanında yerləşən evə qayıtmışdır. O, evə gəldikdən sonra, evin giriş qapısının sol tərəfində olan pəncərənin açıq olduğunu görmüş və fikirləşmişdir ki, yəqin qardaşıgilə gedəndə yadından çıxıb açıq qoymuşdur. Evə gəldikdən sonra bir neçə gün onun diqqətini nə isə çəkməmişdir. 21 avqust 2022-ci il tarixdə evin təmirsiz olan boş otağına daxil olmuşdur. Həmin otaq təmirsiz olduğu üçün o, az istifadə etdiyi əşyaları həmin otağa qoymuşdur. 21 avqust 2022-ci il tarixdə o həmin otağa daxil olanda görmüşdür ki, həmin otaqda olan 03 litrlik, elektrik cərəyanı ilə işləyən, 70 manat dəyərində olan samovar yerində yoxdur. O həmin samovarı 1997-ci ildən bəri az-az istifadə etmiş, yəni əsasən qaz olmayan vaxtlarda istifadə etmişdir. Samovarın olmamasını bildikdən sonra düşünmüşdür ki, yəqin qaz gəlməyib, qonşusu həmin samovarı götürmüşdür. Çünki o, qardaşıgilə gedəndə evin qapısının açarını qonşusuna vermişdir. Həmin vaxt artıq axşam saatları olduğundan fikirləşmişdir ki, səhər qonşudan bu barədə soruşar. Həmin günün səhəri gün, yəni 22 avqust 2022-ci il tarixdə evdə istifadə etdiyi əl fənərini axtaran zaman əvvəlcə fənəri tapa bilməmiş, yataq otağında olan zaman fənərin onun yatağının altında olduğunu görmüşdür. O, fənəri götürmək üçün əyilib yatağın altına baxanda yatağının altına qoyduğu 05 ədəd xalçanın 02 ədədinin orada olmadığını görmüşdür. Bundan sonra bilmişdir ki, evindən oğurluq olmuşdur, buna görə də o, Xudat PB-nin təhqiqatçısı Mübariz müəllimə məlumat vermişdir. Mübariz müəllim onun yaşadığı evin yerləşdiyi küçədə yaşadığı üçün onda Mübariz müəllimin mobil telefon nömrəsi olmuşdur. Buna görə də, o, Mübariz müəllimə məlumat vermişdir. Mübariz müəllimə məlumat verdikdən sonra sonuncu Xudat PB-nin əməkdaşları ilə birlikdə onun yaşadığı evə gəlmiş, o, oğurluq barədə ərizə yazmış və Mübariz müəllim hadisə yerinə baxış keçirib fotoşəkillər çəkmişdir. Onun yaşadığı evdən 01 ədəd, qırmızı rəngli, uzunluğu 03 metr, eni isə 02 metr olan, Rusiya Federasiyasının Dərbənd şəhərində istehsal olunmuş, “Belasnegka” markalı, təxminən 20 il əvvəl Rusiya Federasiyasının Dərbənd şəhərindən alınmış 400 manat dəyərində olan xalça, bundan başqa 01 ədəd “Belçika” istehsalı, uzunluğu 03 metr, eni isə 02 metr olan, təxminən 20 il əvvəl alınmış qəhvəyi rəngli 230 manat dəyərində olan xalça və 01 ədəd 03 litrlik elektrik cərəyanı ilə işləyən, 1997-ci ildən alınmış 70 manat dəyərində olan samovar oğurlanmışdır. Həmçinin bildirmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsin ondan oğurladığı əşyaların hamısı, yəni 02 ədəd xalça və 01 ədəd samovar ibtidai istintaq zamanı onun özünə qaytarılmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında yaşayır. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. O, Xudat şəhərində işlənmiş təsərrüfat və ev əşyalarının qalqı-satqısı ilə məşğul olur. 11 avqust 2022-ci il tarixdə o, yaşadığı evdə olan zaman tanışı, yəni Təqsirləndirilən şəxs bir əlində iki ədəd xalça, bir əlində isə bir ədəd samovar ilə onun yanına gəlib həmin əşyaların özünə məxsus olduğunu bildirib satmaq istədiyini demişdir. Həmin xalçaların biri “Belçika” istehsalı, digəri isə “Dərbənd” xalçası olmuşdur. O həmin xalçaları və samovarı nəzərdən keçirib almaq istəmədiyini demişdir. O, İmaməddinə gətirdiyi həmin əşyaları almaq istəmədiyini bildirdikdə, İmaməddin ona evə getmədiyini deyərək, xalçaları və samovarı onda saxlamasını, gəlib ondan götürəcəyini demişdir. O da İmaməddini tanıdığı üçün razılaşmış, xalçaları və samovarı özündə saxlamışdır. O, həmin xalçaları yaşadığı evdə saxlamışdır. İmaməddin samovarı və xalçaları ona saxlamağa verən zaman həmin əşyaların İmaməddinin özünə məxsus olduğunu demişdir. O da İmaməddinə inanmışdır. Həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxsdən samovarı satın almamışdır. Belə ki, təqsirləndirilən onun yanına gələrək həmin əşyaları satdığını demiş, o isə həmin əşyaları almaq istəmədiyini bildirmiş, bundan sonra təqsirləndirilən şəxs uşağının xəstə olduğunu bildirərək ondan borc olaraq pul istəmiş, o da təqsirləndirilənə 20 manat pul vermiş, sonuncu ona hazırda evə getmədiyini deyərək həmin əşyaların onun yanında saxlanılmasını, sonra gəlib götürəcəyi barədə xahiş etmişdir. O da təqsirləndirilənlə razılaşmışdır. Təqsirləndirilən şəxs ondan aldığı 20 manatı qaytarmayacağı təqdirdə, o, həmin pulun qarşılığında samovarı özü üçün götürəcəkdi. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində həmin samovarı təqsirləndirilən şəxsə 20 manat verərək satın alması hissəsinə münasibətdə, ifadəsinin bu hissəsinin bu şəkildə yazılmasının səbəbini bilmir, lakin bu hissə istisna olmaqla, ibtidai istintaqda verdiyi ifadəsinin qalan hissəsini təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan xx.xx.2021-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Xudat PB-yə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, H.B.Zərdabi küçəsi 30 ünvanında ona məxsus evdən “LG” markalı “LED LCD” modelli 01 ədəd televizorun, Gəncə şəhərində istehsal olunmuş, 3x2 metr ölçülü 01 ədəd xalçanın, “Belçika istehsalı, 3x2 metr ölçülü 01 ədəd xalçanın, 585 əyarlı, 01 qram çəkidə olan, sünbül formasındakı qızıl kulonun, 01 ədəd suvenir xəncərin, 02 ədəd suvenir xəncərin, “Belçika” istehsalı, 3x2 metr ölçülü 02 ədəd xalçanın, “Madona servis” adlanan, Rusiya Federasiyası istehsalı olan, içərisində 06 ədəd fincan, 06 ədəd nəlbəki, 06 ədəd böyük dərin yemək boşqabı, 06 ədəd çəngəl, 06 ədəd yemək qaşığı, 06 ədəd bıçaq, 06 ədəd balaca dayaz, şirniyyat qoymaq üçün olan boşqabın, 01 ədəd çaynik və 01 ədəd çaydan dəstinin, 120 manat dəyərində olan “Bosch” markalı 01 ədəd şirəçəkənin, 200 manat dəyərində olan “Bosch” markalı 01 ədəd blenderin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmiş, həmin şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Xaçmaz rayonu, Xudat şəhəri, H.B.ünvan 7 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baxış keçirilmiş, həmin ev birmərtəbəli olmaqla evin qarşı tərəfi mişar daşından olan hasarla, arxa tərəfi dəmir torla əhatələnmiş, evə daxil olmaq üçün dəmir materiallı giriş qapısı vardır. Baxış zamanı Zərərçəkmiş şəxs1 oğurlanmış əşyalarının həmin evdə oğurlananadək mövcud olmuş yerlərini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan xx.xx.2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, zərərçəkmiş şəxs X5 Xudat PB-yə müraciət edərək yaşadığı ünvan 2 ünvanında ona məxsus 02 ədəd xalçanın və 01 ədəd elektrik cərəyanı ilə işləyən samovarın naməlum şəxs tərəfindən oğurlandığını bildirmiş, həmin şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən, X2 yaşadığı fərdi yaşayış evində baxış keçirilmiş, həmin ev birmərtəbəli olmaqla evin qarşı tərəfi mişar daşından olan hasarla, arxa tərəfi dəmir torla əhatələnmiş, evə daxil olmaq üçün dəmir materiallı giriş qapısı vardır. Baxış zamanı Arkinaz Abdulmedzhidova oğurlanmış əşyalarının həmin evdə oğurlananadək mövcud olmuş yerlərini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan xx.xx.2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evindən oğurladığı əmlakdan 03 ədəd xalçanı Xaçmaz RPŞ-yə təqdim etmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 baxaraq həmin əşyaların onun özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan xx.xx.2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs X2 yaşadığı evdən oğurladığı və Şahid olmuş 02 ədəd xalça və 01 ədəd elektrik cərəyanı ilə işləyən samovar Şahid tərəfindən Xaçmaz RPŞ-yə təqdim edilmiş, baxış zamanı zərərçəkmiş şəxs Arkinaz Abdulmedzhidova baxaraq həmin əşyaların onun özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan xx.xx.2022-ci il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs X6 X4 məxsus olmaqla oğurladığı əşyaların satmaq (saxlamaq) məqsədilə verdiyi Şahid dörd ədəd müxtəlif şəxslərin fotoşəkilləri təqdim edilməklə Təqsirləndirilən şəxs fotoşəkli tanınmaya təqdim edilən zaman Şahid Təqsirləndirilən şəxs fotoşəklini göstərərək (tanıyaraq) təqdim etdiyi iki ədəd xalçanın və bir ədəd samovarın ona Təqsirləndirilən şəxs verdiyini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz RPŞ-dən avtomobilə əyləşdikdən sonra ona oğurluq etdiyi Arkinaz Abdulmedzhidovanın yaşadığı evi göstərməsi təklif olunmuşdur. Bundan sonra təqsirləndirilən şəxsin göstərdiyi istiqamətlərdə gedilmiş, Xudat şəhəri, Ç.Mustafayev küçəsi 20 ünvanına çatanda təqsirləndirilən şəxs həmin ünvanda yerləşən evi göstərərək həmin evdən oğurluq etdiyini bildirmişdir. Müstəntiq tərəfindən Arkinaz Abdulmedzhidova yaşadığı evin qarşısına dəvət edilmiş, sonuncunun icazəsi ilə evin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs təklifi ilə onlar evin sağ tərəfi ilə evin arxa tərəfinə keçmişlər, Təqsirləndirilən şəxs arxa tərəfdə olan dəmir materialdan hazırlanmış tor hasarı göstərib bildirmişdir ki, o, 11 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Arkinaz Abdulmedzhidovanın yaşadığı evdən oğurluq etmək üçün gələn zaman evin həyətinə həmin tor hasarın üzərindən aşaraq keçmişdir. Daha sonra İmaməddin Zeynalvun təklifi ilə onlar evin qarşı tərəfinə, evin giriş hissəsinə gəlmişlər. Evin qarşı tərəfdində evin giriş qapısı taxta materialdan olan qapı, qapının sol tərəfində isə ağ rəngli plastmas materialdan olan pəncərə vardır. Təqsirləndirilən şəxs həmin pəncərəni göstərib bildirmişdir ki, o, 11 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Arkinaz Abdulmedzhidovanın yaşadığı evin içərisinə həmin pəncərəni üzərində olan vintaçanla açıb qanunsuz olaraq evin içərisinə daxil olmuşdur. Həmin evə daxil olub otağı təqdim edərək həmin otaqdakı çarpayının altından iki ədəd xalçanı, digər təmirsiz otağı göstərib həmin otaqdan bir ədəd samovarı oğurlamasını bildirmişdir. Təqsirləndirilən şəxs oğurladığı iki ədəd xalçanı özü ilə gətirdiyi bir ədəd torbaya qoyaraq, somavarı isə əlində tutaraq evin həyətinə daxil olduğu yerdən çıxarıb apardığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz RPŞ-dən avtomobilə əyləşdikdən sonra ona oğurluq etdiyi Zərərçəkmiş şəxs1 yaşadığı evi göstərməsi təklif olunmuşdur. Bundan sonra təqsirləndirilən şəxsin göstərdiyi istiqamətlərdə gedilmiş, Xudat şəhəri, H.B.ünvan 8 ünvanda yerləşən evi göstərərək həmin evdən oğurluq etdiyini bildirmişdir. Müstəntiq tərəfindən Koruqlü Canıyev yaşadığı evin qarşısına dəvət edilmiş, sonuncunun icazəsi ilə evin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs təklifi ilə onlar evin sol tərəfi ilə evin arxa tərəfinə keçmişlər, təqsirləndirilən şəxs arxa tərəfdə olan dəmir materialdan hazırlanmış tor hasarı göstərib bildirmişdir ki, o, 16 dekabr 2021-ci il tarixdə, saat 20:15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq etmək üçün gələn zaman evin həyətinə həmin tor hasarın üzərindən aşaraq keçmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs təklifi ilə evin qarşı tərəfinə, evin giriş hissəsinə getmişlər. Evin qarşı tərəfində evin giriş qapısı dəmir materialdan olan qapıdır, qapının sağ tərəfində isə ağ rəngli plastmas materialdan olan pəncərə vardır. Təqsirləndirilən şəxs həmin pəncərəni göstərib bildirmişdir ki, o, 16 dekabr 2021-ci il tarixdə, saat 20:15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evin içərisinə həmin pəncərəni üzərində olan vintaçanla açıb qanunsuz olaraq evin içərisinə daxil olmuşdur. Qeyd olunan pəncərə evin qonaq otağına açılır. Daha sonra onlar evin içərisinə daxil olmuşlar. Evin giriş qapısı mətbəxə açılır, onlar giriş qapısından içəriyə girib girişdən sağda olan qapıdan evin qonaq otağına daxil olmuşlar. Təqsirləndirilən şəxs həmin otağın baş hissəsinin sağ küncünü göstərib “LG” markalı televizoru həmin yerdən oğurladığını və evə daxil olduğu pəncərədən çıxarıb çölə qoyduğunu bildirmişdir. Daha sonra onlar evin yataq otağına daxil olmuşlar, Təqsirləndirilən şəxs həmin otağın girişdən sol küncünü, otaqda olan dolabın baş tərəfini göstərib həmin yerdən xalçalar götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin otaqda olan iki nəfərlik yatağın sol tərəfində olan kiçik dolabı göstərib həmin yerdən qızıl kulonu götürdüyünü, yatağın sağ tərəfində olan kiçik dolabı göstərib həmin dolabdan isə üç ədəd suvenir xəncər oğurladığını bildirmişdir. Bundan sonra onlar evin digər yataq otağına keçmişlər. Təqsirləndirilən şəxs digər yataq otağında, girişdən solda yerləşən çarpayını göstərib həmin çarpayının altından “Madonna Servis” deyilən qabqacaq dəstini, bir ədəd şirəçəkəni və bir ədəd blenderi götürdüyünü bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs təklifi ilə evin digər yataq otağına keçmişlər, Təqsirləndirilən şəxs evin yataq otağının sağ küncünü göstərib həmin yerdən də iki ədəd xalça oğurladığını, oğurladığı həmin əşyaları evə daxil olduğu pəncərədən çıxarıb apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarxli, 9/8156 nömrəli rəyindən müəyyən edilir ki, X4 məxsus mallar 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti belə müəyyən edilir: qırmızı rəngli, uzunluğu 03 metr, eni 02 metr olan, Rusiya Federasiyasının Dərbənd şəhərində istehsal olunmuş, “Belasnegka” markalı, təxminən 20 il əvvəl alınmış xalçanın bir ədədinin qiyməti 700 manat, Belçika istehsalı, uzunluğu 03 metr, eni isə 02 metr olan, təxminən 20 il əvvəl alınmış qəhvəyi rəngli xalçanın bir ədədi 200 manat, 03 litrlik elektrik cərəyanı ilə işləyən, 1997-ci ildə alınmış samovarın bir ədədinin qiyməti 40 manat olmaqla cəmi 940 manat müəyyən edilmişdir; Zərərçəkmiş şəxs1 məxsus malların 2021-ci ilin dekabr ayında olan orta bazar qiyməti isə belə müəyyən edilir: uzunluğu 03 metr, eni isə 02 metr olan, təxminən 20 il əvvəl alınmış, Belçika istehsalı xalçanın bir ədədi 200 manatdan hesablanmaqla üç ədədi 600 manat, uzunluğu 03 metr, eni isə 02 metr olan Gəncə şəhərində istehsal olunmuş xalçanın bir ədədi 250 manat, 585 əyarlı, Rusiya Federasiyası istehsalı, təxminən 20 il əvvəl alınmış qızıl kulonun qiyməti 85 manat, 50 sm uzunluğunda 01 ədəd suvenir xəncərin, 35 sm uzunluğunda 02 ədəd suvenir xəncərin, “LG” markalı, “LED LCD” markalı, 2013-cü ildə alınmış televizorun, “Madonna Servis” deyilən, Rusiya Federasiyası istehsalı olan, içərisində 06 ədəd fincan, 06 ədəd nəlbəki, 06 ədəd böyük dərin yemək boşqabı, 06 ədəd çəngəl, 06 ədəd yemək qaşığı, 06 ədəd bıçaq, 06 ədəd balaca dayaz, şirniyyat qoymaq üçün olan boşqab, 01 ədəd çaynik və 01 ədəd çaydan dəstinin, “Bosch” markalı 01 ədəd şirəçəkənin və “Bosch” markalı 01 ədəd blenderin qiymətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN Əməliyyat və X7 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və iş materiallarına əlavə edilmiş Füzuli rayon İcra qrupunun “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2013-cü il tarixli qərarının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsiyyət vəsiqəsinin surətindən və Xaçmaz rayon İHB-nın Xudat şəhəri İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs bir az yaşlı uşağı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İHBnın Xudat şəhəri İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailəlidir, bir övladı var, ailəsi ilə birgə yaşayır. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarından müəyyən edilir ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli ilə ona vurduğu maddi ziyanın bir qismini ödəmiş, qalan məbləği isə hər ay hissə-hissə ödəniləcəyi barədə təqsirləndirilən şəxslə razılığa gəlmişlər və bununla da o, ziyanın qalan məbləğini tələb etdiyini və təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməməsini xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Arkinaz Abdulmedzhidova Təqsirləndirilən şəxs ondan oğurladığı əmlakın tam olaraq ona qaytarıldığını, bununla da təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tamamilə ödənildiyini bildirərək onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərdən birinə vurduğu ziyanın bir qismini ödəməklə həmin zərərçəkmiş şəxsin onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməməsi barədə xahişini, digər zərərçəkmiş şəxsə isə vurduğu zərərin tamamilə ödənilməsini və həmin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 29 dekabr 2022-ci il tarixli qərardan, qəbzlərdən, həmçinin zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 oğurlanmış və maddi sübut kimi tanınmış 03 ədəd xalça ibtidai istintaq zamanı zərərçəkmiş şəxs Koruqlü Canıyevə qaytarılmışdır; Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X1rlanmış və maddi sübut kimi tanınmış 02 ədəd xalça və 01 ədəd samovar ibtidai istintaq zamanı zərərçəkmiş şəxs Arkinaz Abdulmedzhidovaya qaytarılmışdır. Odur ki, iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 oğurlanmış 03 ədəd xalçanın Zərərçəkmiş şəxs1; zərərçəkmiş şəxs X1rlanmış 02 ədəd xalçanın və 01 ədəd samovarın zərərçəkmiş şəxs Arkinaz Abdulmedzhidovaya qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X8, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 oğurlanmış 03 ədəd xalçanın Zərərçəkmiş şəxs1; zərərçəkmiş şəxs X1rlanmış 02 ədəd xalçanın və 01 ədəd samovarın zərərçəkmiş şəxs Arkinaz Abdulmedzhidovaya qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X8, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Zərərçəkən şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-62/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-62/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver