Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-62/2025 07.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi xeyli miqdarda, yəni 460 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edib saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılıb ünvan 2 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 06 iyun 2024-cü il tarixdə saat 23:10-23:20 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan şəffaf sellofan torbanın içərisində olan bir ədəd qara rəngli polietilen bağlamada 460,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki,məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir. Meşədə gəzərkən meşə zolağında qara bir büküm görmüş və onu alaraq cibinə qoymuş, yaşadığı evə gedib əynin deyişmiş atasının qəbrini ziyarətə getmişdir. Qəbir üstünə gedərkən tapdığı bükümüdə cibinə qoymuşdur. Tapdığı narkotik vasitə olan marixuanadan bir iki dəfə istifadə etmiş, lakin xoşna gəlmədiyi üçün tullamaq istədikdə, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Subaydır və özü artıq uzun müddətdir ki, kafel ustası işləyir. Artıq uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, əsasən də istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuanadır. Bu ilin aprel ayının sonlarında aym gününü tam dəqiq xatırlamır, ancaq günorta saatları olmuşdur, Xaçmaz-Quba avtomobil yolunun kənarında yerləşən meşəlik sahədə təkbaşına gəzən zaman meşəlik sahədə 3 ədəd çətənə bitkisinə rast gəlmişdir. Özü də marixuanadan istifadə etdiyinə görə onun yarpaqlarını yolmaq və quruduraq istifadə etmək qərarına gəlmişdir. Beləliklə həmin bitkilərin yarpaqlarını yolaraq üzərində olan sellofan torbanın içərisinə yığmış və ardınca evə gətirmişdir. Yığıb gətirdiyi yarpaqları evinin həyətində qurutduqdan sonra onları evinin həyətində gizlətmişdir. Həmin gündən bu günə kimi də bir neçə dəfə qurutduğu marixuanadan bir neçə dəfə də çəkib istifadə etmişdir. O, evdə yaşlı anası ilə birlikdə qalır. Anasının həyətdən marixuananı tapmasından ehtiyyat etdiyinə görə onları evdən götürüb başqa bir yerdə gizlətmək qərarına gəlmiş, buna görə də qurudulmuş marixuananı qara rəngli polietilen torbaya bükərək onu da iki ədəd ağ rəngli sellofan torbaya qoyaraq 06 iyun 2024-cü il tarixdə axşam saat 21 radələrində evdən təkbaşına çıxmışdır. Elə yaşadığı küçədə təkbaşına gedə-gedə həmin bükümü harada gizlətməsi barədə fikirləşmişdir. O, elə bir yerdə gizlətmək istəmişdir ki, sonra istədiyi vaxt həmin yerə getməklə narkotik vasitədən istifadə edə bilsin. Elə evdən təzəcə çıxıb Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə hərəkətdə olan zaman ondan bir neçə metr irəli bir ədəd ağ rəngli “Mercedes” markalı avtomobil dayanmış və avtomobildən əvvəllər tanıdığı Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Elvin və onun yanında adının sonradan Şahin olduğunu öyrəndiyi şəxs enib ona tərəf gəlməyə başlamışlar. Həmin vaxt içərisində marixuana olan sellofan torba əlində olmuş, o fikirləşmişdir ki, Elvin müəllimin onun əlində narkotik vasitə olmasından məlumatı vardır, ona görə də həyəcanlanmış, əvvəlcə istəmişdir ki, arxaya çevirilib qaçsın, lakin onu tutacaqlarmdan ehtiyyat edib qaçmaq fikrindən daşınmış və əlimdə olan sellofan torbanı əynində olan köynəyin arxasına qoyub gizlətmək istəmişdir. Bu zaman əməliyyat müvəkkilləri Elvin və Şahin adlı şəxslər ona yaxınlaşıb hər ikisi özlərini təqdim etmişlər və ondan əlimdəki sellofan torbanın içərisində nə olduğunu soruşmuşlar, o da artıq onların bildiyini fikirləşib “nəşə” olmasını demişdir. Bundan sonra polis əməkdaşları onu Xaçmaz RPŞ-nə dəvət etmişlər, o, polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş, bir neçə dəqiqə sonra üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına müdafiəçi təyin etmişlər, daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə Xaçmaz RPŞ-nin inzibati binasında şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı da əlində olan sellofanda torbada içərisində qurudulmuş marixuana olan bükümü polis əməkdaşlarına təqdim etmiş, ardınca həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 482 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heçnə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı bükümün içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Şəxsi axtarış zamanı müstəntiq təqdim etdiyi bağlamanı açıb içərisinə baxdıqda içərisində qurudulmuş marixuana olmasını görmüşlər. Daha sonra polis əməkdaşlarına təqdim etdiyi büküm olduğu kimi müstəntiq tərəfindən sellofan torbaya qoyularaq qablaşdırılmış və üzərinə yapışdırılmış kağız parçası onlar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul deyildir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 iyun 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ilə xidmətdə olarkən idarə etdiyi “Mercedes” markalı avtomobillə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olan zaman əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, son zamanlar qanunsuz olaraq narkotik vasitə istifadə edən şəxslər sırasında adını tez-tez eşitdiyi Təqsirləndirilən şəxs piyada yolun kənarı ilə gedən görmüş, həmin vaxt Təqsirləndirilən şəxs əlində bir ədəd şəffaf sellofan torba olmuşdur. O, idarə etdiyi avtomobili yolun sağ kənarında saxlamışdır. Sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı əynində olan kurtkasının altında gizlətməyə çalışmışdır. Bu hal onda şübhə doğurduğundan o, Təqsirləndirilən şəxs sellofan torbanın içərisində nə olduğunu soruşmuş, bu zaman Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs bildirmişlər ki, o üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞnə getməlidir. Təqsirləndirilən şəxs onlarla razılaşıb onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar birlikdə Xaçmaz RPŞ-nə gəlmişlər. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilmiş və bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Müstəntiq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud daşınması qadağan olunmuş əşya varsa onları otaqda olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan şəffaf sellofan torbanı təqdim edib həmin torbanın içərisində «nəşə», yəni, narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Müstəntiq tərəfindən həmin bağlama elektron tərəzidə çəkidən zaman çəkisinin 482 qram olması müəyyən olunmuşdur. Şahid Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq olunmuş ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 iyun 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ilə xidmətdə olarkən idarə etdiyi “Mercedes” markalı avtomobillə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olan zaman əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, son zamanlar qanunsuz olaraq narkotik vasitə istifadə edən şəxslər sırasında adını tez-tez eşitdiyi Təqsirləndirilən şəxs piyada yolun kənarı «ilə gedən görmüş, həmin vaxt Təqsirləndirilən şəxs əlində bir ədəd şəffaf s6llofan torba olmuşdur. O, Bayramı bir neçə metr irəli keçib avtomobili yolun sağ kənarında saxlamışdır. Həmin vaxt Bayram piyada onlara tərəf gəlmişdir. O, əməliyyat müvəkkili Şahid2la birlikdə avtomobildən enib Bayrama tərəf getməyə başlamışdır. Bayram onun polis əməkdaşı olduğunu bilmişdir. Bayram həmin vaxt onu görüb özünü itirmiş və həyəcanlanmağa başlamış, hiss olunmuşdur ki, Bayramın üzərində qanunsuz olaraq gəzdirdiyi nə isə vardır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu çevrilib axraya baxmış, daha sonra yerində dayanıb onların gəlməsini gözləmiş və əlində olan sellofan torbanı əynində olan köynəyin arxa tərəfində gizlətməyə çalışmışdır. Bu hal onda şübhə doğurduğundan o, Təqsirləndirilən şəxs sellofan torbanın içərisində nə olduğunu soruşmuş, bu zaman Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmiş və onu Xaçmaz RPŞ-nə aparmamaları üçün yalvarmağa başlamışdır. Lakin onlar Təqsirləndirilən şəxs bildirmişlər ki, o üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞ-nə getməlidir. Təqsirləndirilən şəxs onlarla razılaşıb onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar birlikdə Xaçmaz RPŞ-nə gəlmişlər. Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi şöbənin İstintaq bölməsinin müstəntiqi Taleh Ağayevə həvalə olunmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı X5 özünü təqdim edib Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu bildirmiş, daha sonra onlar özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs onların iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra X5 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud daşınması qadağan olunmuş əşya varsa onları otaqda olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan şəffaf sellofan torbanı təqdim edib həmin torbanın içərisində “nəşə, yəni, narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. X5 həmin sellofan torbanı açıb içərisinə baxan zaman şəffaf sellofan torbanın içərisində bir ədəd qara rəngli sellofan bağlamanın olmasını görmüşlər. Taleh Ağayev qayçı vasitəsi ilə həmin bağlamanı kəsib içərisinə baxan zaman bağlamanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olmasını görmüşlər. Verilən suallara cavab olaraq bağlamanın içərisində olan marixuananı şəxsi istifadəsi üçün üzərində daşıdığını, həmin bağlamanın yerini dəyişmək üçün aparan zaman polis əməkdaşları tərəfindən aşkar olunduğunu bildirmişdir. Bundan sonra X5 tərəfindən həmin bağlama elektron tərəzidə çəkidən zaman çəkisinin 482 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin bağlama yenidən şəffaf sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənmiş, bununla da şəxsi axtarış prosesi başa çatdırılmışdır. Şəxsi axtarış prosesi əvvəldən axıradək videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olsa da, onun narkotik vasitələrin və psixtorop maddələrin satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş şahid Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə analoji ifadə vermişdir. İş materiallarında olan cinayət işi başlamaq və işi icraata qəbul etmək haqqında 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 06 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış aparılması haqqında 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında yerləşən xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlində saxladığı selofan torbanın icərisində qara rəngli politelin torbaya bükülmüş narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2024-cü il tarixli 3-16-16/2-7/925 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «……imza Təqsirləndirilən şəxs…» yazı və imzalar olan zərfdə bir ədəd ağ rəngli selofanda təmiz çəkisi 460,0 qram bitki mənşəli kütlə çətənə (kanabis) bitkisindən kustər üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in (Siyahı İ) daxildir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində başqa yerə qetməmək haqqında iltirazm qətimkan tədbirinin secilməsi haqqında 08 iyun 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulmadan azad edilmiş və barəsində başqa yerə qetməmək haqqında iltirazm qətimkan tədbiri secilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 09 iyul 2024-cü il tarixli qərarındın görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyindən və cağırışlara gəlməkdən qəsdən boyun qaçırdığı üçün barəsində axtarış elan edilmişdir. İş materiallarında olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 09 iyul 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və cinayət işinə əlavə olunmuş hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci və 69.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17 oktyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə saat 15:30-da Xaçmaz rayon ərazisində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 23 avqust 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandılmış icraat təzələnmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində başqa yerə qetməmək haqqında iltirazm qətimkan tədbirinin secilməsi haqqında 24 avqust 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulmadan cffn 19:20-də azad edilmiş və barəsində başqa yerə qetməmək haqqında iltirazm qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 06 iyun 2024cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan 459,95 qram bitki mənşəli kütlə çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 27 avqust 2024-cü il tarixli 5886 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbuli nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 11 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan 459,95 qram bitki mənşəli kütlə çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarında saxlanması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 11 noyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etdiyi mənbəyə dair Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi ayrılaraq iraata götürülərək ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhəkəməsinin təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tətbiq edilməsi haqqında 26 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədiyindən onun barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon məhəkəməsinin təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 19 mart 2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəb olmadan gəlmədiyindən onun barəsində həbs növündə qətimkan tədbiri secilməklə axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə Xaçmaz şəhəri ərazisində tutularaq Xaçmaz rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi xeyli miqdarda, yəni 460 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edib saxlamaqla daşımış, bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılıb ünvan 2 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 06 iyun 2024-cü il tarixdə saat 23:10-23:20 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan şəffaf sellofan torbanın içərisində olan bir ədəd qara rəngli polietilen bağlamada 460,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda xeyli miqdar qurudulmuş marixuana üçün 5 qram, yuxarı həddi 500 qram olaraq müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək və 23 avqust 2024-cü il saat 15:30-dan 24 avqust 2024-cü il saat 19:20-dək tutularaq həbsdə olduğu 04 (dörd) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 11 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 459,95 qram olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 70 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək və 23 avqust 2024-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 11 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan 459,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM NƏRMİN ABİYEVA.
Məhkəmə qərarları › İş №1(067)-62/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-62/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver