Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-63/2025 19.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Salyan rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, subay, məhkumluğu olan, Tərtər rayonu, Köçərli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, bina 15, mənzil 17-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, Ağdam Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə, Səbail Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib xx.xx.2019-cu il tarixdən hesablanmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 10 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə Bakı şəhərində tanış olduğu Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs yeznəsi (bacısının əri) X4 cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsindən cəzadan azad etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 28 aprel 2024-cü il tarixdə özünün kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində nağd qaydada 2000 (iki min) manat, 30 aprel 2024-cü il tarixdə həmin ünvanda nağd qaydada 4800 (dörd min səkkiz yüz) manat, habelə 03 may 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən istintaqa məlum olmayan mağazadakı “MilliÖn” terminalı vasitəsilə 5000 (beş min) manat, 06 may 2024-cü il tarixdə, saat 11:27-də Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən “Oba” marketdə quraşdırılmış “eManat” terminalı vasitəsilə 1500 (min beş yüz) manat, 06 may 2024-cü il tarixdə, saat 18:28-də Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” terminalı vasitəsilə 1000 (min) manat, 07 may 2024-cü il tarixdə Xaçmaz şəhərində istintaqa məlum olmayan mağazadakı “MilliÖn” terminalı vasitəsilə bir dəfəyə 700 (yeddi yüz) və 500 (beş yüz) manat olmaqla ümumilikdə 1200 (min iki yüz) manat və 09 may 2024-cü il tarixdə Xaçmaz şəhərində istintaqa məlum olmayan mağazadakı “MilliÖn” terminalı vasitəsilə 1500 (min beş yüz) manat pul vəsaitinin özünə məxsus olan "xxxx" ASC-nə aid “4169 7388 5778 5582” nömrəli bank kartına köçürülməsinə nail olmaqla ümumilikdə 17000 (on yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs yeznəsinin qardaşı - Qaradağ Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs X7 həbsdən azad etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 23 may 2024-cü il tarixdə Xaçmaz şəhərində istintaqa məlum olmayan mağazadakı “MilliÖn” terminalı vasitəsilə 3500 (üç min beş yüz) manat, 24 may 2024-cü il tarixdə, saat 19:02-də Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” terminalı vasitəsilə 1500 (min beş yüz) manat və 25 may 2024-cü il tarixdə, saat 18:05-də yenə də Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” terminalı vasitəsilə 400 (dörd yüz) manat pul vəsaitinin özünə məxsus olan "xxxx" ASC-nə aid “4169 7388 5778 5582” nömrəli bank kartına köçürülməsinə nail olmaqla ümumilikdə 5400 (beş min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verməkdən imtina edərək, ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadəsi ilə kifayətlənməyi bildirir. Həmçinin bildirdi ki, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə razıdır, düzgündür. O, zərərçəkmişdən aldığı puldan hansı məbləğin sonuncuya qaytarılmasını bilmir, çünki o özü qaytarmamış, kimin qaytardığından məlumatı yoxdur. Zərərçəkmiş şəxsə qaytarmalı olduğu qalan məbləği də ödəyəcəkdir, lakin o şərtlə ki, məhkəmə onu azadlığa buraxmağa söz verirsə. O, zərərçəkmiş şəxsdən yaşadığı evdə pulu alarkən tək olmuş, yanında hər hansı qadın olmamışdır. O, məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olduğunu bildirməklə göstərmişdir ki, o, Tərtər rayonu, Köçərli kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evli olub boşanmışdır və iki övladı var. Mahiyyəti üzrə qeyd edir ki, o, ali təhsillidir. Belə ki, 1992-ci ildən 2003-cü ilə kimi İran İslam Respublikasının Qum şəhərində “Elmi Hövsiyyə”də oxumuş və özü “Fik və məntiq fəlsəfə üzrə” alimlik dərəcəsi almışdır. Özü hal-hazırda heç bir yerdə işləmir. 2024cü ilin aprel ayının ortalarında Bakı şəhərində təsadüfən Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs ilə tanış olmuş, onunla söhbət edən zaman Bəxtiyar ona həbsdə olan Fəxrətdin adlı qohumu olduğunu, həmin şəxsin vergi borcu olduğuna görə həbs olunduğunu söyləmişdir. Qeyd edir ki, bu zaman onun ağlına gəlmişdir ki, bəlkə də o, Fəxrətdinə köməklik göstərə bilər, buna görə də Bəxtiyara söyləmişdir ki, onun bu sahədə tanışları var. Bəxtiyara köməklik göstərə bilər. Bəxtiyar ondan nəyin qarşılığında köməklik göstərə biləcəyini soruşanda sonuncuya ona vaxt verməli olduğunu söyləmiş və Bəxtiyardan onun özünün ancaq hal-hazırda xatırlamadığı telefon nömrəsini götürmüşdür ki, öyrənib Bəxtiyara deyəcək. Bəxtiyar da onunla razılaşmışdır. Və daha sonra da o, Bəxtiyardan uzaqlaşmışdır. Daha sonra o, qərara gəlmişdir ki, Bəxtiyardan 17.000 manat pul istəsin. Elə də olmuşdur. Bəxtiyarın xatırlamadığı telefon nömrəsinə zəng edərək bu işin müqabilində 17.000 manat pul lazım olduğunu söyləmiş, Bəxtiyar da ona o qədər pulu nağd şəkildə verə bilməyəcəyini, həmin pulu ona hissə-hissə verə biləcəyini söyləmişdir. O da Bəxtiyarla razılaşmışdır. O, əvvəl fikirləşirmiş ki, yəqin Fəxrətdin adlı şəxsin işini düzəldə bilər. Beləliklə, 2024-cü ilin aprel ayının 28-dən başlayaraq Bəxtiyar ona pulu hissə-hissə verməyə başlamışdır. Bəxtiyar ilk dəfə pulu ona 2024-cü ilin aprel ayının 28-də kirayə yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evində 2.000 manat vermişdir. Bundan 2 gün sonra isə yenə də həmin ünvanda o, Bəxtiyardan 4.800 manat pulu almışdır. Qeyd edir ki, hər ikisində də onlar tək olmuşlar. Yerdə qalan 10.200 manat pulu isə hissə-hissə olmaqla Bəxtiyar ona məxsus olan "Kapital Bank” ASC-nə aid “4169 7388 5778 5582” nömrəli bank kartına göndərmişdir. Qeyd edir ki, o, ilk əvvəl çalışmışdır ki, Fəxrətdinin işini həll etsin. Ancaq qeyd edir ki, həmin ərəfədə ona köməklik göstərə bilməmişdir. Bundan əlavə bildirir ki, həmin ərəfədə maddi vəziyyəti yaxşı deyilmiş, borcları çox imiş. Həmin ərəfədə Bəxtiyardan aldığı ümumilikdə 17.000 manat pulu da borclarına xərcləmişdir. Fikirləşmişdir ki, gələcəkdə pulu olanda Bəxtiyarın pulunu qaytarar. Bundan əlavə qeyd edir ki, 2024-cü ilin may ayının sonlarına yaxın Bəxtiyar onunla telefon əlaqəsi saxlayaraq Fəxrətdinin qardaşı Elxanın Bakı şəhərində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinə görə tutulduğunu və ona bu sahədə köməklik göstərib-göstərə bilimədiyini soruşmuş, o da yenə Bəxtiyara köməklik göstərə biləcəyini söyləmişdir. Fikirləşmişdir ki, Bəxtiyardan pulu alar, çalışar ki, köməklik etsin, olmasa sonradan pulunu qaytarar. Elə olmuşdur ki, Bəxtiyara Elxanın ilkin istintaq dövrü ərzində azadlıqda qalması üçün ondan 6.000 manat pul istəmiş, Bəxtiyar isə ona 6.000 manat pulunun olmadığını, ona yalnız 5.400 manat pul verə biləcəyini söyləmişdir. O da Bəxtiyarla razılaşmışdır. Elə olmuşdur ki, 2024-cü ilin may ayının sonlarında Bəxtiyar ona məxsus olan "xxxx" ASC-nə aid “4169 7388 5778 5582” nömrəli bank kartına üç dəfə olmaqla ümumilikdə 5.400 manat pulu göndərmişdir. O, ilk əvvəl çalışmışdır ki, Elxanı həbsdən azad etdirsin. Ancaq həmin sahədə tanışı olmadığına görə Elxana heç bir köməklik göstərə bilməmişdir. Bundan əlavə qeyd edir ki, həmin ərəfədə borcları çox imiş, Bəxtiyardan aldığı 5.400 manat pulu da yenə borclarına xərcləmişdir. Fikirləşmişdir ki, Bəxtiyardan aldığı pulları gələcəkdə qaytarar. Ancaq maddi vəziyyəti yaxşı olmadığına görə onun pulunu qaytara bilməmişdir. Bundan əlavə, Fəxrətdin və Elxan qardaşları ilə ünsiyyətdə olmadığını, yalnız Bəxtiyarı tanıdığını qeyd etmişdir. O, törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, iş üzrə təqsirləndirilən şəxslə tanış olduqdan sonra ilk dəfə pulu sonuncuya xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində, özünün evi kimi təqdim etdiyi, əslində isə kirayə qaldığı evdə vermişdir. Təqsirləndirilən şəxsin onu aldadaraq müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə ondan aldığı pul barədə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə 22400 manat pulu aldadaraq almışdır. Əslində, təqsirləndirilən şəxs yaşadığı evdə bir qadını onlara anası kimi, adını isə Sevinc kimi təqdim etmiş, o, təqsirləndirilən şəxsin evinə həmin qadına görə getmiş, belə ki, təqsirləndirilən şəxs anası kimi təqdim etdiyi qadının əfv komissiyasında işlədiyini ona bildirmiş, o, barəsində cinayət işi olan bir şəxsin əfv edilməsi üçün həmin evə, yəni təqsirləndirilən şəxslə qadının yaşadığı evə getmişdir. O, təqsirləndirilən şəxsin ondan istədiyi qeyd olunan pul vəsaitlərini əfvə az müddət qaldığından fikirləşmədən vermişdir. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxsə 25400 manat pul vəsaitini hissə-hissə olmaqla müxtəlif ödəniş terminalları vasitəsilə göndərmişdir. O, ilk olaraq Fəxrətdin Əlifxanovun məsələsinə görə təqsirləndirilən şəxsə 17000 manat, Elxan Əlifxanovla bağlı isə 5400 manat vermişdir. Elxan Əlifxanov həmin vaxtlarda cinayət əməlinə görə təcridxanada saxlanılmış, həmin ərəfələrdə əfv sərəncamı imzalanmalı olmuş, təqsirləndirilən şəxs də ona anası kimi təqdim etdiyi qadının əfv komissiyasında işlədiyini bildirərək köməklik edə biləcəyini bildirmiş, o da təqsirləndirilən şəxsin buna görə istədiyi pulu verə bilmək üçün avtomobilini satmış, evindəki qızıl əşyalarını girov qoymuş və hələ də banka 8000 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona aldığı puldan az bir hissəsi qaytarılmış, hazırda ona 19900 manat pul qaytarmalıdır. O, təqsirləndirilən şəxsə pulu verənədək sonuncunu təxminən bir ay olardı ki, tanıyırdı. O, pul vəsaitini təqsirləndirilən şəxsə sonuncunun ona anası kimi təqdim etdiyi və əfv komitəsində işlədiyini bildirdiyi Sevinc adlı qadına görə vermiş, o, təqsirləndirilən şəxsə ilk dəfə pul verdiyi evdə sonuncu həmin qadınla birlikdə olmuşdur. Fəxrətdin Əlifxanov onun yeznəsi, Elxan Əlifxanov isə yeznəsinin qardaşıdır. O, iş üzrə təqsirləndirilən şəxsdən vurulmuş ziyanı tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, qohumları X2 və X6 həbsdən çıxarılmaları üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş üzrə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla pul vəsaiti verdiyini, lakin Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək pulunu ələ keçirdiyini bildirərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 06 ədəd qəbzin surətlərindən, "xxxx" ASC tərəfindən verilmiş arayışdan, ödəniş kartı üzrə çıxarışlardan və baxış protokolundan müəyyən edilir ki, həmin qəbzlərdən biri “eManat” terminalına, digər beşi isə “MilliÖn” terminalına məxsusdur. Qəbzlərdən üçünün üzərini oxumaq mümkün olsa da, digər üçünün üzəri tam oxumaq üçün əlverişli deyildir. Qəbzlərə baxış keçirilən zaman məlum olmuşdur ki, həmin qəbzlərdən dördü Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Rahat" marketdə olan “MilliÖn” terminalına, biri Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən “Oba” marketdəki “eManat” terminalına məxsusdurlar, lakin birinin üzəri oxumaq üçün əlverişli olmadığına görə həmin qəbzin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bütün qəbzlərin üzərinə baxış keçirilən zaman məlum olmuşdur ki, qəbzlərin üzərində göstərilən məbləğlər M. Z. N. oğluna məxsus 416973******5582 nömrəli bank kartına köçürülmüşdür. Bundan əlavə, qəbzlərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, M. Z. N. oğluna məxsus 416973******5582 nömrəli bank kartına 5 ədəd qəbzlə ayrı-ayrılıqda 5000, 1000, 1500, 400 və 1500 manat pul köçürülmüşdür, lakin 1 qəbzin üzərində hansı məbləğdə pulun köçürülməsi oxunmur. Qəbzlərdən birinin tarixi xx.xx.2024-cü il saat 18:28, birinin tarixi xx.xx.2024-cü il saat 11:27, digərinin isə tarixi xx.xx.2024-cü il saat 19:02-dir, lakin digər üçünün tarix və saatını oxumaq mümkün deyildir; arayış və çıxarışlardan isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid “4169 7388 5778 5582” nömrəli bank kartı vardır. Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid “4169 7388 5778 5582” nömrəli bank kartına 03 may 2024-cü il tarixdə 5000 manat pul, 06 may 2024-cü il tarixdə 1500 manat və 1000 manat olmaqla ümumilikdə 2500 manat pul, 07 may 2024-cü il tarixdə 700 manat və 500 manat olmaqla ümumilikdə 1200 manat pul, 09 may 2024-cü il tarixdə 1500 manat pul, 23 may 2024-cü il tarixdə 3500 manat pul, 24 may 2024-cü il tarixdə 1500 manat pul və 25 may 2024-cü il tarixdə 400 manat pul göndərilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs ifadəsini bir daha təsdiq edərək “eManat“ və “MilliÖn” terminalları vasitəsilə Təqsirləndirilən şəxs məxsus bank kartına hissə-hissə olmaqla yuxarıda qeyd olunan məbləğləri köçürdüyünü bildirmiş, öz növbəsində Təqsirləndirilən şəxs da ifadəsini təsdiq edərək həmin pul məbləğlərinin onun bank kartına köçürüldüyünü təsdiq etmişdir. İş materiallarında olan qərarın, hökmün və tələbnamələrin surətlərindən müəyyən edilir ki, X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 3 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, X9 isə cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən olmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20 noyabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü, CM-nin 311-ci və 312-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, pul köçürmə qəbzlərini, ödəniş kartı üzrə çıxarışı sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin Məcəllənin 178-ci maddəsinin tərkibini yaradır. Eyni əməl təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə, həmin Məcəllənin müvafiq olaraq 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibləri yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən, cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 10 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə Bakı şəhərində tanış olduğu Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs yeznəsi (bacısının əri) X4 cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsindən cəzadan azad etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 28 aprel 2024-cü il tarixdə özünün kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində nağd qaydada 2000 (iki min) manat, 30 aprel 2024-cü il tarixdə həmin ünvanda nağd qaydada 4800 (dörd min səkkiz yüz) manat, habelə 03 may 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən istintaqa məlum olmayan mağazadakı “MilliÖn” terminalı vasitəsilə 5000 (beş min) manat, 06 may 2024-cü il tarixdə, saat 11:27-də Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən “Oba” marketdə quraşdırılmış “eManat” terminalı vasitəsilə 1500 (min beş yüz) manat, 06 may 2024-cü il tarixdə, saat 18:28-də Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” terminalı vasitəsilə 1000 (min) manat, 07 may 2024-cü il tarixdə Xaçmaz şəhərində istintaqa məlum olmayan mağazadakı “MilliÖn” terminalı vasitəsilə bir dəfəyə 700 (yeddi yüz) və 500 (beş yüz) manat olmaqla ümumilikdə 1200 (min iki yüz) manat və 09 may 2024-cü il tarixdə Xaçmaz şəhərində istintaqa məlum olmayan mağazadakı “MilliÖn” terminalı vasitəsilə 1500 (min beş yüz) manat pul vəsaitinin özünə məxsus olan "xxxx" ASC-nə aid “4169 7388 5778 5582” nömrəli bank kartına köçürülməsinə nail olmaqla ümumilikdə 17000 (on yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs yeznəsinin qardaşı - Qaradağ Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs X7 həbsdən azad etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 23 may 2024-cü il tarixdə Xaçmaz şəhərində istintaqa məlum olmayan mağazadakı “MilliÖn” terminalı vasitəsilə 3500 (üç min beş yüz) manat, 24 may 2024-cü il tarixdə, saat 19:02-də Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” terminalı vasitəsilə 1500 (min beş yüz) manat və 25 may 2024-cü il tarixdə, saat 18:05-də yenə də Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” terminalı vasitəsilə 400 (dörd yüz) manat pul vəsaitinin özünə məxsus olan "xxxx" ASC-nə aid “4169 7388 5778 5582” nömrəli bank kartına köçürülməsinə nail olmaqla ümumilikdə 5400 (beş min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmlərin surətlərindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2012-ci il, 2019-cu il, 2021-ci il və 2022-ci illərdə olmaqla Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdir. Hazırkı cinayətə münasibətdə məhkumluğu ödənilməmiş (və ya götürülməmiş) şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin (sadə) residivi halını müəyyən etdi. Belə ki, iş materiallarında olan hökmlərin surətlərindən və tələbnamədən müəyyən edilir ki, Məmmədov X11 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə həmin cəzasının sonu ilə azad edilmiş; Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 09 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə qeyd olunan hökm cəza hissəsinə münasibətdə dəyişdirilərək o, 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə qeyd olunan hökm dəyişdirilərək ona CM-nin 178.2.2, 178.2.4 və 66.5-ci maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə həmin cəzasının sonu ilə azad edilmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayət əməlinə görə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasından xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən (və ya götürülmədən) xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri ərzində hazırkı iş üzrə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmamasını, barəsində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını, eləcə də eyni növ cinayət əməlini dəfələrlə törətməsi halını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olması halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 25 sentyabr 2024-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 4(067)-136/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddianın, maddi sübutun, ekspertiza xərcinin olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-63/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-63/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver