Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-64/2022 31.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əməllərində cinayətlərin residivi olan, Sumqayıt şəhəri, 11-ci mikrorayon ev 23, mənzil 5-də qeydiyyatda olmaqla faktiki olaraq Quba rayonu, Zərdabi qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1 -ci maddələri ilə təqsirli bilinib 04 il 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 15.04.2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 04 ay 14 gün müddətində vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməllərində cinayətlərin residivi yaranmaqla satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 22 yanvar 2022-ci il tarixdə saat 16:50-də o, Xaçmaz şəhəri N.Nərimanov küçəsində saxlanılıb gətirilərək, ünvan 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 22 yanvar 2022-ci il tarixdə saat 18:15-dən 18:25- dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindəki kibrit qutusundakı bir ədəd bükümdə təmiz çəkisi 1.004 qram heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, rəsmi olaraq işləmir, fərdi qaydada metal alaraq metal qəbulu məntəqələrinə təhvil verir. Narkotik vasitə olan heroindən 7 il olar ki, istifadə etmiş, iki ilə yaxındır ki həmin vasitəni damara şprislə vurmaq vasitəsilə qəbul edir. 22.01.2022-ci il tarixdə saat 10 radələrində işsizlikdən Xaçmaz şəhərinə gələrək dəmir alışı satışı məşğul olmaq istəmişdir. Həmin məqsədlə Quba Xaçmaz avtomobil yolunda Xaçmaz şəhərinə gedən avtobus dayanacağına yaxınlaşmışdır. Həmin dayanacaq Quba şəhərində yerləşir. Dayanacaqda dayanan zaman yolun kənarında yerdə bir ədəd kibrit qutusu diqqətini çəkdiyi üçün, həmin kibrit qutusunu yerdən götürüb içərisinə baxanda orada qəhvəyi rəngli maddə olan bir ədəd sellofan bükümün olmasını görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğundan həmin bükümün içərisində olan toz maddənin narkotik vasitə heroin olmasını bilmişdir. O, həmin tapdığı 1 ədəd bükümdə işərisində narkotik vasitə heroin olan kibrit qutusunu əynində olan gödəkçənin sağ yan cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Quba-Xaçmaz avtobusuna minərək Xaçmaz şəhərinə gəlmişdir. Xaçmaz şəhərində təxminən 3-4 saat dəmir alqı-satqı məntəqlərinə gedərək qiymətlərnən maraqlanmaq istəsə də tanış şəxslər olmadığından maraqlana bilməmişdir. Həmin günü, yəni 22 yanvar 2022-ci il tarixdə saat 16:50 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində piyada gedərkən iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları olduğlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onu Xaçmaz RPŞ-yə dəvət etmişlər, o, özünü şübhələndirməmək üçün etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yolda gələrkən polis əməkdaşları daim onun hərəkətlərini nəzarətdə saxladıqları üçün üzərində saxladığı narkotik vasitəni özündən kənarlaşdıra bilməmişdir. Bundan sonra Xaçmaz RPŞ-nin inzibati binasında ona təqdim edilən müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə üzərinə videçəkliş aparmaqla şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq tərəfindən qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri ona izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim ernıəyi təklif edilmişdir. Müstəntiqin bu təklifindən sonra o, könüllü olaraq əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən içərisində limon duzu olduğu ağ rəngli maddə olan bir ədəd sellofan paketi, bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi şprisi, bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi ampulanı, içərisində bir ədəd bükümdə qəhvəyi rəngli maddə olan narkotik vasitə heroini və bir ədəd boş kağız olan bir ədəd kibrit qutusunu və bir ədəd içərisi boş olan “Prima” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol yan cibindən bir ədəd boş kağız və bir ədəd “Winchester” markalı siqaret qutusu aşkar edilmişdir. Üzərində aşkar edilən bir ədəd bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə olduğunu, ağ rəngli maddənin limon duzu olduğunu narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini, həmçinin ampulanı və şprisi də narkotik vasitə qəbul edərkən istifadə etdiyini səmimi olaraq bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan bir ədəd büküm, bir ədəd şpris, bir ədəd içərisində ağ rəngli maddə olan limon duzu sellofan paket və bir ədəd ampula ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən maddi sübut kimi götürülərək kağız zərfdə qablaşdırıb möhürlənmişdir. Zərfin üzəri o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Həmçinin həmin protokol da o, və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş bir ədəd paketdə olan ağ rəngli maddə limon duzudur. O, limon duzundan narkotik vasitə heroini qəbul edərkən istifadə edir. Həmin limon duzunu təxminən iki gün öncədən marketdən alaraq narkotik istifadə etmək üçün üzərində saxlamışdır. Bir ədəd şprisi də narkotik vasitəni qəbul etmək üçün üzərində saxlamışdır. Həmçinin bir ədəd ampuladan da narkotik vasitə heroini istifadədən öncə bişirib hazırlamaq üçün işlətmişdir. Üzərinindən aşkar olunaraq götürülən narkotik vasitəni taparkən o, tək olmuş və üzərində narkotik vasitə olmasını heç kim bilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üstündə saxlamışdır. O, heç vaxt narkotik vasitə satmamış, heç kimdən narkotik almamış, tapdığı narkotik vasitədən də heç kimə verməmişdir. 22 yanvar 2022-ci il tarixdə, saat 16:50 radələrində Xaçmaz şəhəri N.Nərmanov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilən zaman və gətirildikdən sonra polis şöbəsində ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axatrış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 göstərdi ki, Quba rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və qəbul etməsi barədə işlədiyi şöbənin X3 əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid1 daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Həmin məlumat əsasında onlar Təqsirləndirilən şəxs tez-tez Xaçmaz şəhərinə gəlib-getməsini müəyyən etmişlər. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü, o və Xaçmaz rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradıldı. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olduğunu müəyyən etmişlər və 22 yanvar 2022-ci il tarixdə saat 16:50 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri daşımaqda şübhəli olduğu üçün Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları tullaya bilməsin. X6 RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd içərisində limon duzu olduğunu bildirdiyi ağ rəngli maddə olan sellofan paketi, bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirdiyi şprisi, bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirdiyi içərisində qəhvəyi rəngli izlər olan ampulanı, içərisində bir ədəd büküm və bir ədəd boş kağız olan olan bir ədəd kibrit qutusunu və bir ədəd içərisi boş olan “Prima” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş və əynində olan gödəkçənin sol cibindən bir ədəd kibrit qutusu, bir ədəd boş kağız və bir ədəd “Winchester” markalı siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusundakı bir ədəd bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd içərisində qəhvəyi rəngli maddə olan büküm, bir ədəd şpris, bir ədəd içərisində ağ rəngli maddə olan sellofan paket və bir ədəd üzərində qəhvəyi rəngli izlər olan ampula ekspertizaya təqdim edilməsindən müstəntiq tərəfindən götürülərək kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri mən və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, protokol müstəntiq tərəfindən ucadan oxunmuş, Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən protokolun doğruluğunu öz imzalarıyla təsdiq etmişlər. Digər əşyalar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz rayon Polis Şöbəsinin, X3 əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonu, Zərdabi qəsəbəsi sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun və Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri N.Nərimanov küçəsində olduğunu müəyyən etmişlər və 22 yanvar 2022-ci il tarixdə saat 16:50 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri daşımaqda şübhəli olduğu üçün Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları tullaya bilməsin. X6 RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd içərisində limon duzu olduğunu bildirdiyi ağ rəngli maddə olan sellofan paketi, bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirdiyi şprisi, bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirdiyi içərisində qəhvəyi rəngli izlər olan ampulanı, içərisində bir ədəd büküm və bir ədəd boş kağız olan olan bir ədəd kibrit qutusunu və bir ədəd içərisi boş olan “Prima” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş və əynində olan gödəkçənin sol cibindən bir ədəd kibrit qutusu, bir ədəd boş kağız və bir ədəd “Winchester” markalı siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusundakı bir ədəd bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd içərisində qəhvəyi rəngli maddə olan büküm, bir ədəd şpris, bir ədəd içərisində ağ rəngli maddə olan sellofan paket və bir ədəd üzərində qəhvəyi rəngli izlər olan ampula ekspertizaya təqdim edilməsindən müstəntiq tərəfindən götürülərək kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri mən və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, protokol müstəntiq tərəfindən ucadan oxunmuş, Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən protokolun doğruluğunu öz imzalarıyla təsdiq etmişlər. Digər əşyalar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair 23.01.2022-ci il tarixdli 6/443 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,004 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bir dəfəlik şpris və 01 ədəd sınıq ampulada narkotik vasitə heroinə məxsus izlər vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,004 qram narkotik vasitə heroin, 01 ədəd şpris və 01 ədəd sınıq ampula maddi sübut kimi tanınmış, heroinin ekspertiza tədqiqatından sonra qalan 0,954 qram qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında 22.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli qış gödəkcəsi, boz rəngli uzunqol jaket, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd içərisində limon duzu olduğunu bildirdiyi ağ rəngli maddə olan sellofan paketi, bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirdiyi şprisi, bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirdiyi içərisində qəhvəyi rəngli izlər olan ampulanı, içərisində bir ədəd bükümdə qəhvəyi rəngli maddə və bir ədəd boş kağız olan bir ədəd kibrit qutusunu və bir ədəd içərisi boş olan “Prima” markalı siqaret qutusunu çıxararaq stolun üzərinə qoyur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol cibindən bir ədəd kibrit qutusu, bir ədəd boş kağız və bir ədəd “Winchester” markalı siqaret qutusu aşkar edilərək stolun üzərinə qoyulur. Təqsirləndirilən şəxs üzərində aşkar edilən bir ədəd bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə olduğunu, ağ rəngli maddənin limon duzu olduğunu narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini, həmçinin ampulanı və şprisi də narkotik vasitə qəbul edərkən istifadə etdiyini bildirdi. Qeyd edilənlərdən başqa onun üzərində hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd içərisində qəhvəyi rəngli maddə olan büküm, bir ədəd şpris, bir ədəd içərisində ağ rəngli maddə olan sellofan paket və bir ədəd üzərində qəhvəyi rəngli izlər olan ampula ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırıb möhürlənərək tərəfimizdən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd kibrit qutusu, bir ədəd boş kağız və bir ədəd “Winchester” markalı siqaret qutusu maddi sübut əhəmiyyəti daşımadığından özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd diskdən görünür ki, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə 25 yanvar 2022-ci il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 04 mart 2022-ci il tarixli 1096 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Quba rayon İcra Hakimiyyəti Başçısının Zərdabi qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli, 399 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı uşağları var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Quba rayon İcra Hakimiyyəti Başçısının Zərdabi qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 30.12.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1,178.2.1,178.2.2, 69.4 və 68.2-ci maddələri ilə 2 il islah işləri cəzasına və S.M.V. 1500 misli miqdarında cərimə ilə cəza almışdır. 01.03.2015ci ildə Quba RPŞ-də barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4 maddələri ilə cinayət işi başlanmış, Quba Rayon Məhkəməsinin 30.09.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CPM- nin 159, 447-44, 452-ci maddələri rəhbər tutaraq barəsində olan həbsdə saxlama müddətinin uzadılmasından imtina edildiyindən azad olunmuşdur. Quba Rayon Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4 və 2341-ci maddələri ilə 04 il 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15.04.2020-ci ildə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 04 ay 14 gün müddətində vaxtından əvvəl şərti azad olunub. 29.08.2020-ci ildə cəza müddəti başa çatmış, yəni Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi vardır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1 -ci maddələri ilə təqsirli bilinib 04 il 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 15.04.2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 04 ay 14 gün müddətində vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməllərində cinayətlərin residivi yaranmaqla satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 22 yanvar 2022-ci il tarixdə saat 16:50-də o, Xaçmaz şəhəri N.Nərimanov küçəsində saxlanılıb gətirilərək, ünvan 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 22 yanvar 2022-ci il tarixdə saat 18:15-dən 18:25- dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindəki kibrit qutusundakı bir ədəd bükümdə təmiz çəkisi 1.004 qram heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, himayəsində iki nəfər azyaşlı uşağlarının olmasını və yaşayış yeri üzrə müsbət səciyyələnidirlməsini cəzanı yüngülləşdirən hallar kimi, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.1 və 65.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. http://www.eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməklə onun dərhal məhkəmə iclas zalında həbsə alınması məqsədə müvafiqdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan və müstəntiqin 24 yanvar 2022-ci il tarixli qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 02 gün müddət ona təyin ediləcək azadlıqda məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi 1,004 qram narkotik vasitə heroin, 01 ədəd şpris və 01 ədəd sınıq ampula maddi sübut kimi tanınmış, 0,954 qram ekspertiza tədqiqatından sonra qalıq qalan heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixdək tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzasının əvvəli 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın və barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, 1,004 qram narkotik vasitə heroin, 01 ədəd şpris və 01 ədəd sınıq ampula maddi sübut kimi tanınmış, 0,954 qram ekspertiza tədqiqatından sonra qalıq qalan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-64/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-64/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver