Məhkəmə qərarları › İş №1(067)-64/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-64/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-64/2025 01.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 09 fevral 1999-cu ildə Xaçmaz rayonu, Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 aprel 2024-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbə yaşayış massivi ərazisində, Xudat şəhərindən Xaçmaz rayonu, Çaxçaxlı kəndinə gedən avtomobil yolundan 200 metr sağ tərəfdə yerləşən bağ sahəsində olan dəmir materialdan hazırlanmış köşkün qapısmdakı asma qıfılı sındıraraq saxlanc yeri hesab olunan köşkə qanunsuz daxil olub həmin köşkün içərisindən ümumilikdə 215 manat dəyərində özgənin əmakını, yəni bir ədədinin qiyməti 10 manat olan cəmi beş ədəd 50 manat dəyərində 20 litrlik plastmas qablardakı 80 manat dəyərində 100 litr dizel yanacağını və bir ədəd 20 litrlik plastmas qabda olan 85 manat dəyərində 20 litr mühərrik yağını qəsdən qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 aprel 2024-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbə yaşayış massivi ərazisində, Xudat şəhərindən Xaçmaz rayonu, Çaxçaxlı kəndinə gedən avtomobil yolundan 200 metr sağ tərəfdə yerləşən bağ sahəsində olan dəmir materialdan hazırlanmış köşkün qapısmdakı asma qıfılı sındıraraq saxlanc yeri hesab edilən köşkə qanunsuz daxil olub həmin köşkün içərisindən ümumilikdə 1496 manat dəyərində özgənin əmlakını, yəni 13 manat dəyərində olan bir ədəd qaz açarını, 25 manat dəyərində olan mühərrikin detallarına yağ vurmaq üçün nəzərdə tutulmuş bir ədəd şprisi, hər biri bolt bağlamaq üçün nəzərdə tutulmuş bir ədədinin qiyməti 30 manat olan cəmi 120 manat dəyərində 22-24 ölçülü 04 ədəd açarı, bir ədədinin qiyməti 10 manat olan cəmi 20 manat dəyərində 32-36 ölçülü 02 ədəd açarı, bir ədədinin qiyməti 08 manat olan cəmi 24 manat dəyərində 24-27 ölçülü 03 ədəd açarı, bir ədədinin qiyməti 08 manat olan cəmi 24 manat dəyərində 19-22 ölçülü 03 ədəd açarı, bir ədədinin qiyməti 07 manat olan cəmi 14 manat dəyərində 17-19 ölçülü 02 ədəd açarı, bir ədədinin qiyməti 07 manat olan cəmi 14 manat dəyərində 14-17 ölçülü 02 ədəd açarı, bir ədədinin qiyməti 05 manat olan cəmi 15 manat dəyərində 13-14 ölçülü 03 ədəd açarı, bir ədədinin qiyməti 05 manat olan cəmi 10 manat dəyərində 10-12 ölçülü 02 ədəd açarı, 04 manat dəyərində olan 8-10 ölçülü 01 ədəd açarı, bir ədədinin qiyməti 20 manat olan cəmi 40 manat dəyərində 41-46 ölçülü 02 ədəd açarı, 10 manat manat dəyərində olan 01 ədəd kəlbətini, bir ədədinin qiyməti 02 manat olan cəmi 04 manat dəyərində 02 ədəd məişət təyinatlı bıçağı, 15 manat dəyərində olan 32-34 ölçülü 01 ədəd açarı, 12 manat dəyərində olan 12-17 ölçülü 01 ədəd açarı, 08 manat dəyərində olan 12 ölçülü 01 ədəd açarı, 06 manat dəyərində olan 10 ölçülü 01 ədəd açarı, 03 manat dəyərində olan 01 ədəd vintaçanı, bağ sahəsində olan su nasosunun 250 manat dəyərindəki 01 ədəd su klapanmı, 200 manat dəyərində olan 120 mm diametrli 01 ədəd su kranını, 70 manat dəyərində olan 01 ədəd 10 ton çəki qaldırıcı qurğunu, 30 manat dəyərində olan 01 ədəd çəkici, su nasosunun 80 manat dəyərində olan 01 ədəd elektrik verən maqnitini, 140 manat dəyərində olan “Ural-Zid” markalı 01 ədəd ot biçən aparatı və bir ədədi 05 manat, cəmi 10 manat dəyərində olan həmin ot biçən aparatın 02 ədəd mişarlarını, 300 manat dəyərində olan dəmir materialdan hazırlanmış 01 ədəd sıxıcı qurğunu və 35 manat dəyərində olan 1,5 metr uzunluğunda 01 ədəd lomu qəsdən qanunsuz götürüb aparmaqla təkrar oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyun 2024-cü il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə küçəsində yerləşən 4 nömrəli evin həyətinə mişar daşından tikilmiş hasarın üstündən aşmaqla əvvəlcə evin həyətinə, daha sonra isə evin pəncərəsini fiziki güc tətbiq edərək itələyib açmaqla yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq ümumilikdə 300 manat dəyərində özgənin əmlakını, yəni həmin evin yataq otağındakı paltar dolabının sol tərəfində olan alt rəfindəki qadın çantasından 100 manat pul vəsaitini və həmin dolabın sol tərəfinin üst rəfindən hər biri 100 manat olmaqla, cəmi 200 manat dəyərində markası və modeli istintaqa məlum olmayan iki ədəd elektron “ağıllı” qol saatını qəsdən qanunsuz götürüb aparmaqla təkrar oğurluq etmiş, yəni, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyul 2024-cü il tarixdə saat 17:30 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Nizami küçəsində yerləşən 36 nömrəli evin həyətinə mişar daşından tikilmiş hasarın üstündən aşmaqla əvvəlcə evin həyətinə, daha sonra isə evin pəncərəsini fiziki güc tətbiq edərək itələyib açmaqla yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq ümumilikdə 1240 manat dəyərində özgənin əmlakını, yəni həmin evin yataq otağında olan paltar dolabının içərisindəki qadın çantasından 300 ABŞ dollarını (510 manat) və 300 manat kağız əskinas pul vəsaitini, habelə həmin evin digər otağında olan masanın altındakı siyirtmədən 03 ədəd sellofan torbada olan 130 manat qəpik pulları və 300 manat kağız əskinas pul vəsaitini qəsdən qanunsuz götürüb aparmaqla təkrar oğurluq etmiş, yəni, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbə yaşayış massivində valideynləri ilə birlikdə yaşayır. Orta məktəbə getmədiyi üçün yazmağı və oxumağı bacarmır. Rəsmi olaraq heç bir yerdə işləmir. Onun əqli qüsuru olduğuna görə onu nə hərbi xidmətə aparmayıblar, nə də ki, orta məktəbə götürməyiblər. Onu hər hansı bir yerdə işə götürmürlər deyə oğurluq edərək dolanışığını təmin edir. O, Xudat şəhərində gəzərkən Xudat şəhər sakini Rafiq adlı şəxsə məxsus bağ sahəsinin yanından keçərkən görmüşdür ki, həmin bağ sahəsində dəmir materialdan hazırlanmış köşk vardır. 01 aprel 2024-cü il tarixdə axşam saatlarında Xudat şəhər sakini Rafiq adlı şəxsin Xudat şəhəri, 1-ci şöbədə yerləşən bağ sahəsindəki dəmir materialdan olan köşkdən oğurluq etməyi qərara almışdır. O bilmişdir ki, həmin köşkün içərisində Rafiqin bağ sahəsində istifadə etdiyi təsərrüfat əşyaları, dizel yanacağı və s. başqa əşyaları vardır. O, həmin gün gecə saatlarında qardaşına məxsus at-araba ilə Rafiqə məxsus olan Xudat şəhəri, 1-ci şöbədə yerləşən bağ sahəsinə getmişdir. Həmin vaxt 02 aprel 2024-cü il tarix saat 01 radələri olmuşdur. O, oğurluq etməyə gecə saatlarında getmişdir ki, at-arabanı götütməsindən qardaşının xəbəri olmasın. O, bağ sahəsinin yanma çatdıqdan sonra atarabanı bağ sahəsindən bayırda, kolluq sahənin yanında saxlamış, özü isə Rafiqin bağ sahəsinin kənarında olan kolluq sahədən Rafiqin bağ sahəsinə keçmişdir. Bağ sahəsinə keçdikdən sonra orada olan dəmir materialdan hazırlanmış köşkün yanma getmişdir. Köşkün yanma çatanda görmüşdür ki, Rafiq köşkün qapısını asma qıfıl ilə bağlamışdır. Həmin vaxt o yoldan bir ədəd iri daş parçası tapıb köşkün qapısında olan asma qıfılı vurub sındıraraq açmış və beləliklə köşkün qapısını açıb qıfılı da oraya atmışdır. Köşkün qapısını açandan sonra görmüşdür ki, köşkün içərisində plastmas qablarda dizel yanacağı, mühərrik yağı, təsərrüfat əşyaları, bolt bağlamaq üçün açarlar və s. alətlər vardır. Onun atasının əvvəllər traktoru olmuşdur deyə elə şeylərdən anlayışı vardır. O, 05 ədəd təxminən 20 litrlik plastmas qablarda olan dizel yanacağını və bir ədəd təxminən 20 litrlik plastmas qabda olan mühərrik yağını hər birini bir-bir götürüb əvvəlcə bağ sahəsindən çıxarıb at-arabaya yükləmiş, daha sonra oradan da yaşadığı evin yaxınlığında aparıb gizlətmişdir. Səhəri gün, yəni 02 aprel 2024- cü il tarixdə o, dizel yanacağının bir qədərini və mühərrik yağının hamısını Xudat şəhərində tanımadığı şəxsə küçədə satmış, dizel yanacağının qalan hissəsini isə İlkin və onun qohumu Vasif adlı şəxsə satmış, əldə etdiyi pulu da mağazada xərcləmişdir. O, plastmas qablarda olan dizel yanacağını da qardaşına məxsus at-araba ilə aparıb satmış, qardaşının isə bundan xəbəri olmamışdır. O, dizel yacacağmı və mühərrik yağını satan zaman onların atasına məxsus olduğunu, satması üçün atasının ona verdiyini bildirmişdir. Ona görə də həmin şəxslər onun satdığı dizel yanacağını və mühərrik yağını ondan almışlar. Bundan sonra 23 aprel 2024-cü il tarixdə axşam yenidən Rafiqə məxsus köşkdən yenidən oğurluq etməyi qərara almışdır. Həmin gün yenə də gecə olmasını gözləmiş, hamı yatdıqdan sonra yenə də qardaşına məxsus at-arabanı gizlin şəkildə götürüb evdən çıxıb oğurluq etmək üçün Rafiqin bağ sahəsinə çatanda artıq 24 aprel 2024-cü il tarixdə gecə saat 01 radələri olmuşdur. O, Rafiqə məxsus bağ sahəsinə getmiş, bağ sahəsinin yanma çatdıqdan sonra yenidən əvvəl keçdiyi yerdən, yəni kolluq sahədən keçib bağ sahəsinə daxil olmuş, köşkün yanma çatmış, o, bu dəfə də daş parçası ilə köşkün qapısında olan asma qıfılı sındırıb köşkün qapısını açmış, qıfılı dı köşkün qarşısına atmışdır. Bu dəfə köşkün içərisindən bir ədəd qaz açarı, mühərrikin detallarına yağ vurmaq üçün nəzərdə tutulmuş bir ədəd şpris, bir ədəd kəlbətin, bir ədəd mühərrikin su klapanı, bir ədəd su kranı, bir ədəd qaldırıcı qurğu, bir ədəd çəkic, bir ədəd elektrik verən maqnit, ot biçən aparat və onun mişarlarını, dəmir materialdan hazırlanmış bir ədəd sıxıcı qurğu və bir ədəd lom, həmçinin təxminən otuza yaxın bol bağlamaq üçün nəzərdə tutulmuş açarları, ümumiyyətlə aparmağa gücü çatan əşyaları bir-bir daşıyıb aparıb at-arabaya yığıb oradan da aparıb yenə də gizlətmişdir. Açarları oğurladıqdan sonra səhəri gün küçədə Çax-Çaxlı kənd sakini Şahid1 ilə rastlaşmış, o Nahidə təklif etmişdir ki, onda açarlar vardır, əgər almaq istəsə 5 manata sata bilər. Nahid açaların oğurluq olub-olmadığını soruşmuş, o da oğurluq olmadığını, atasına məxsus olduğunu, satmaq üçün atasının ona verdiyini bildirmişdir. Bundan sonra Nahid ona 5 manat pul vermiş və bildirmişdir ki, açarları aparıb onun yaşadığı evin qarşısına qoysun. O da Nahidin dediyi kimi açarları aparıb Nahidin yaşadığı evin həyət qapısının qarşısına qoymuşdur. Bundan sonra həmin 5 manatı o da öz ehtiyaclarına xərcləmiş, açarların qalan hissəsini də Xudat şəhərində səyyar metal alqn tanımadığı şəxslərə satmışdır. Bundan başqa 2024-cü ilin iyun ayının sonlarında yenə də pula ehtiyacı olmuşdur deyə mən yenə də oğurluq etmək qərarına gəlmişdir. 29 iyun 2024cü il tarixdə Xudat şəhəri, Mərkəzi Malikanə küçəsində yaşayan Fənarə adlı qadının yaşadığı evin qarşısından keçən zaman görmüşdür ki, Fənarənin yaşadığı evin həyətinin taxta materildan olan qapısında asma qıfıl vardır. O, həmin evdə heç kimin olmadığını bilib oğurluq etməyi qərara almışdır. Bu məqsədlə evin mişar daşından olan hasarından aşıb evin həyətinə daxil olmuş, daha sonra evin sağ yan tərəfində olan plastik materialdan olan pəncərəsinə yaxınlaşıb əli ilə güc verib itələyib pəncərəni açmış və evə daxil olmuşdur. Evə daxil olduqdan sonra evdə pul axtarmağa başladır. Bu məqsədlə evin yataq otağında olan paltar dolabının içərisinə baxanda orada bir ədəd qadın çantası olmasını görmüş, həmin çantanı götürüb içərisinə baxanda çantanın içəsirindən 1,5, 10 və 20 manatlıq əskinazlardan ibarət, ümumilikdə 100 manat pul tapıb götürmüşdür. Bundan sonra yenə də paltar dolabına baxarkən dolabın üst rəfindən iki ədəd elektron ağıllı(smart) qol saatı tapıb götürmüşdür. Həmin saatların hər biri qutusunda olmuş, saatların ikisi də qara rəngli saatlar olmuşdur. O, satmaq məqsədi ilə həmin qol saatlarını da götürmüş, daha sonra həmin evdən çıxıb getmişdir. Bundan sonra götürdüyü 100 manat pulu öz ehtiyaclarına xərcləmiş, qol saatlarını isə sonradan itirmişdir. Bundan başqa 2024-cü ilin iyul ayının əvvəllərində yenə də pula ehtiyacı olmuşdur deyə yenə də oğurluq etmək qərarına gəlmişdir. Onun doğma xalası Xudat şəhəri, Nəsimi küçəsində yaşayır. 05 iyul 2024-cü il tarixdə saat 15 radələrində xalasıgilə qonaq getmək üçün onların yaşadığı evin qarşısına gedəndə görmüşdür ki, xalasıgilin qonşuluğunda yaşayan Mirabdulla adlı şəxs ailə üzvləri ilə birlikdə evin həyətindən çıxaraq avtomobilə əyləşib harayasa gedirlər. O, xalasıgilin həyət qapısının qarşısında dayanıb onların getməsini gözləmişdir. Bir neçə dəqiqə sonra Mirabdulla və ailə üzvləri avtomobilə əyləşib çıxıb getmişlər, onlar gedərkən evin həyət qapısına asma qıfıl vurmuşlar, o bilmişdir ki, artıq onların evində heç kim yoxdur. 05 iyul 2024-cü il tarixdə saat 17:30 radələrində oğurluq etmək məqsədi ilə Mirabdullanm yaşadığı evin həyətinin mişar daşından olan hasarının üstündən aşıb həyətə keçmiş, daha sonra evin ağ rəngli plastik materialdan olan pəncərəsinin yanma gedib əli ilə itələyib güc verərək pəncərəni açmışdır. Pəncərə açıldıqdan sonra evə daxil olmuş və evi axtarmağa başlamışdır. Əsasən harada çanta görmüşsə həmin çantanı götürüb içinə baxmış, çünki xərcləmək üçün pul axtarmışdır. O, evin yataq otağına girib yataq otağında olan paltar dolabının içərisinə baxan zaman bir ədəd qadın çantası tapmışdır. Həmin çantanın içərisini axtaran zaman çantanın içərisindən 300 ABŞ dolları və 300 manat pul tapmışdır. Bundan sonra evin digər otağına keçib axtarmağa başlamış, axtaran zaman evin digər otağında olan qəhvəyi rəngli iş masasının siyirtməsindən iki-üç ədəd sellofan torbada qəpik pullar və əlavə olaraq 300 manat da pul tapıb pulların hamısı götürüb həmin evi tərk etmişdir. O, evdən çıxıb evin həyətinə, daha sonra da hasardan aşıb küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra küçədə heç kim olmadığına görə pulları saymaq qərarına gəlmişdir. Cibindən pulları çıxarıb sayan zaman həmin evin sahibi Mirabdulla və ailə üzvləri evə gəlmiş, Mirabdullagil onu, o da Mirabdullagili görmüş, ancaq sonuncular ondan şübhələnməsinlər deyə o, sakit şəkildə oradan uzaqlaşmışdır. Küçədə gedərkən dollarlarm saxta olmasından şübhələnib küçədə olan mişar daşlarının arxasına dollarlarm ikisini atmış, digər birini isə küçədə başqa yerə atmış, ancaq sonuncu dolları atdığı yeri xatırlamır. Bundan sonra həmin gün və səhəri gün pulları Nabran kəndində olan istirahət mərkəzlərində xərcləmişdir. Sonradan o, Xudat PB-də Mirabdullanm yaşadığı evdən oğurladığı qəpik pulları və küçəyə atdığı yerdə dollarlarm ikisini polis əməkdaşlarına təqdim etmişdir. Oğurluğu tək etmiş, ona heç kim köməklik etməmişdir. Pulları da xərcləyən zaman heç kimə oğurluq yolu ilə əldə etdiyini də deməmişdir. O, oğurladığı qəpik pulların bir qədərini xərcləmiş, oğurluğun onun tərəfindən edildiyi müəyyən edildikdən sonra qəpik pulların bir qədərini Xudat PB-nə polis əməkdaşlarına təhvil vermişdir. Oğurlayıb satdığı əşyaları ondan alan şəxslərin heç biri həmin əşyaların oğurluq yolu ilə əldə olunmasını bilməmişlər. O, əvvəlki ifadə və izahatlarında Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsindən oğurluğu Xudat şəhər sakini Şahid3 ilə birgə etdiyini bildirsə də əslində Tural oğurluqlarda onunla iştirak etməmişdir. O, izahat və ifadələrində səhv göstərmişdir. Tural onun əlindən Rafiqə məxsus sıxıcı qurğunu alıb Rafiqə qaytardığı üçün o, izahat və ifadələrində Turalın adını çəkmişdir. O, bütün oğurluqlarında tək olmuş, əldə etdiyi əmlakı da tək satmışdır. O, izahat və ifadələrində Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsindən oğurladığı dizel yanacağının bir hissəsini və mühərrik yağını Xudat şəhər sakini Müzəffər adlı şəxsə satdığını bildirsə də əslində belə bir hal olmamış, belə ki, o, bir neçə dəfə Müzəffərin yanma metal aparıb satmaq istəyəndə sonuncu onu danlayıb iş yerindən qovmuş, ona görə də Müzəffərin adını çəkmişdir. Ancaq həqiqətən də Müzəffər ondan heç bir şey almamışdır. İbtidai istintaq davam etdikcə həqiqətlərin üzə çıxdığını görüb o da həqiqəti danışmağı qərara alıb düzgün olanı bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək oxşar ifadə vermiş, törətdiyi cinayət əməllərini səmimi etiraf etmiş və ona yüngül cəza verilməklə işinin tez bir zamanda yekunlaşdırılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı sərbəst bacarır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolamşğım təmin edir. Onun Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbədə torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin bir hissəsinə fındıq ağacları əkmiş, bir hissəsinə taxıl, bir hissəsinə də yonca səpmişdir. Həmin bağ sahəsində saxlanc yeri kimi istifadə etdiyi dəmir materialdan hazırlanmış köşk (dəmir materialından hazırlanmış tikili) vardır. Qeyd olunan köşkün içərisinə bağ sahəsində istifadə etdiyi təsərrüfat alətlərini və bağ sahəsində istifadə etməsi üçün lazım olan digər əşyalarını saxlayır. O, həmin köşkün qapısını asma qıfıl ilə bağlayır. Bağ sahəsinin yanından keçən su kanalından su çəkib bağ sahəsində olan bitkiləri suvarmaq üçün su nasosu qoymuş və həmin nasos dizel yanacağı ilə işləyir. O, 02 aprel 2024-cü il tarixdə bağ sahəsini suvarmağı planlaşdırdığı üçün 01 aprel 2024-cü il tarixdə axşam saatlarında Xudat şəhərində yerləşən yanacaq doldurma məntəqəsindən bir litri 0,80 manatdan olmaqla 100 litr dizel yanacağı və həmin su nasosunun mühərriki üçün bir litri 4,25 manatdan olmaqla 20 litr yağ alıb aparıb həmin köşkə qoymuşdur. O, dizel yanacağına 80 manat, mühərrik yağma isə 85 manat pul vermişdir. O, dizel yanacğını və mühərrik yağını köşkə qoyduqdan sonra köşkün qapısını yenə də asma qıfıl ilə bağlayıb oradan çıxıb getmişdir. 02 aprel 2024-cü il tarixdə səhər saat 09 radələrində bağ sahəsini suvarmaq üçün oraya gəlib köşkə yaxınlaşanda görmüşdür ki, köşkün qapısmdakı asma qıfıl bərk bir şeylə vurularaq sındırılıb yerə atılmışdır, köşkün qapısına isə ağac parçası salınmışdır ki qapı bağlı qalsın. O, köşkün qapısını açıb içərisinə baxanda görmüşdür ki, bir gün əvvəl alıb qoyduğu 100 litr dizel yanacağı və 20 litr mühərrik yağı orada yoxdur. O, dizel yanacağını 05 ədəd 20 litrlik plastmas qablarda almışdır. Dizel olan plastmas qabların hər birini 10 manata almışdır. Beləliklə həmin gecə 05 ədəd 20 litrlik plastmas qablarda olan ümumilikdə 100 litr dizel yanacağı və bir ədəd plastmas qabda 20 litr müəhhərik yağı oğurlanmışdır. Mühərrik yağının plastmas qabı onun öz qiymətinə daxil olmuşdur. O, yanacaq və yağın oğurlanmasını aşkar etsə də həmin vaxt polisə şikayət etməmiş və oğurluq edən şəxs və ya şəxsləri bir qədər özü axtarmağı qərara almışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 215 manat dəyərində maddi ziyan dəysə də o, polisə şikayət etməmişdir. Bundan sonra həmin oğurluğu kimin etməsini axtarmağa başlasa da bir nəticə əldə edə bilməmişdir. Bundan sonra 24 aprel 2024-cü il tarixdə günorta saatlarında yenidən həmin bağ sahəsinə gedib baxanda yenə də görmüşdr ki, köşkün qapısmdakı qıfıl sındırılıb yerə atılmışdır və köşkün qapısı açıq vəziyyətdədir. O, yenə də oğurluq olmasından şübhələnib köşkün içərisinə baxanda görmüşdür ki, 13 manat dəyərində olan bir ədəd qaz açarı, 25 manat dəyərində olan mühərrikin detallarına yağ vurmaq üçün nəzərdə tutulmuş bir ədəd şpris, bir ədədinin qiyməti 10 manat olan 32-36 ölçülü iki ədəd açar, bir ədədinin qiyməti 30 manat olan traktorun mühərrikinin qalofkasının boltlarını açmaq üçün nəzərdə tutulmuş 22-24 ölçülü 04 ədəd açar, hər iri bolt bağlamaq üçün olan bir ədədinin qiyməti 08 manat olan 24-27 ölçülü 03 ədəd açar, bir ədədinin qiyməti 08 manat olan 19-22 ölçülü 03 ədəd açar, bir ədədinin qiyməti 07 manat olan 17-19 ölçülü 02 ədəd açar, bir ədədinin qiyməti 07 manat olan 14-17 ölçülü 02 ədəd açar, bir ədədinin qiyməti 05 manat olan 13-14 ölçülü 03 ədəd açar, bir ədədinin qiyməti 05 manat olan 10-12 ölçülü 02 ədəd açar, bir ədədinin qiyməti 04 manat olan 8-10 ölçülü 01 ədəd açar, bir ədədinin qiyməti 20 manat olan 41-46 ölçülü 02 ədəd açar, 10 manat manat dəyərində olan bir ədəd kəlbətin, bir ədədinin qiyməti 02 manat olan iki ədəd məişət təyinatlı bıçaq, 15 manat dəyərində olan 01 ədəd 32-34 ölçülü açar, 12 manat dəyərində olan 01 ədəd 12-17 ölçülü açar, 8 manat dəyərində olan 01 ədəd 12 ölçülü açar, 6 manat dəyərində olan 01 ədəd 10 ölçülü açar, tutacağında olan plastmast hissəsi narıncı rəngli olan 3 manat dəyərində 01 ədəd vintaçan, bağ sahəsində olan su nasasonunun 250 manat dəyərindəki su klapanı, 200 manat dəyərində olan 120 mm diametli bir ədəd su kranı, 70 manat dəyərində olan 10 ton çəkini qaldırıcı qurğu, 30 manat dəyərində olan 6-7 kiloqram ağırlıqlı çəkic, su nasosunun 80 manat dəyərində olan elektrik verən maqniti, 140 manat dəyərində olan “Ural-Zid” markalı ot biçən aparat və bir ədədi 05 manat dəyərində olan həmin ot biçənin 02 ədəd mişarları, 300 manat dəyərində olan dəmir materialdan hazırlanmış bir ədəd sıxıcı qurğu və 35 manat dəyərində olan 1,5 metr uzunluqlu lom oğurlanmış, bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, baxış keçirmişlər. O, həmin bağ sahəsinə oğurluqdan əvvəl yəni 23 aprel 2024-cü il tarixdə getmiş, yuxarıda qeyd olunan əşyalar 23 aprel 2024cü il tarixdən 24 aprel 2024-cü il tarixə keçən gecə oğurlanmışdır. Oğurluq olan gündən bir-iki gün sonra qonşuluqda yaşayan Tural adlı şəxs ona zəng edib edib Əziz adlı şəxsin əlindən dəmir materialdan hazırlanmış bir ədəd sıxıcı qurğunu aldığını bildirib həmin sıxıcı qurğunu telefonda ona təsvir etmiş, əlamətlərindən bilmişdir ki, həmin sıxıcı qurğu ona məxsusdur. O, Turala bildirmişdir ki, aparıb sıxıcı qurğunu onun yaşadığı evin həyətinə qoysun. Bir qədər sonra Tural ona bildirmişdir ki, o, həmin sıxıcı qurğunu aparıb onun yaşadığı evin qarşısında saxladığı traktorun yük yerinə qoymuşdur. O həmin gün axşam saatlarında gedib görmüşdür ki, Tural həqiqətən də onun sıxıcı qurğusunu gətirib qoymuşdur. Bir neçə gün sonra polis əməkdaşları onu Xudat PB-nə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, Xudat şəhər sakini Əziz adlı şəxs onun bağ sahəsində olan köşkdən oğurladığı açarları və digər əşyaları Nahid adlı şəxsə satmış və Nahid adlı şəxs Əzizdən aldığı açar və digər əşyaları gətirib Xudat PB-nə təqdim etmişdir. Həmin əşyalar təhqiqatçı tərəfindən Xudat PB-də onun iştirakı ilə götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İkinci dəfə edilən oğurluq nəticəsində ona ümumilikdə 1496 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək, təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyanın ödənilmədiyini və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır. Xudat şəhərində yaşadığı evin yerləşdiyi küçə dalandır, yəni həmin küçədən başqa yerə çıxış yoxdur. Yaşadığı evin yerləşdiyi küçədə onun yaşadığım evdən sonra Təqsirləndirilən şəxs doğma xalası yaşayır. Ona görə də o, Əzizi uzun müddətdir ki, tanıyır. 05 iyul 2024-cü il tarixdə saat 15 radələrində şəxsi işləri ilə bağlı ailə üzvləri ilə birlikdə Xaçmaz şəhərinə gəlməli olmuşlar. Xudat şəhərində yaşadığı evdən çıxan zaman görmüşdür ki, Əziz xalasıgilin yaşadığı evin qapısında dayanıb gözləyir. O fikirləşmişdir ki, Əziz xalasıgilə qonaq gəlmişdir, ona görə də Əzizin orada dayanmasına heç bir reaksiya verməmiş və yaşadığı evin həyət qapısına asma qıfıl bağlayıb ailə üzvləri ilə birlikdə avtomobilə əyləşib çıxıb Xaçmaz şəhərinə getmişlər. Saat 18 radələrində yaşadığı evə qayıdıb gələn zaman görmüşdür ki, Əziz yaşadığı evin həyət qapısının qarşısında dayanıb pul sayır. Əzizin orada dayanması yenə də ona şübhəli gəlməmiş və onlar qapıda olan asma qıfılı açıb evin həyətinə daxil olmuşlar. O, hər dəfəsində evə gələndə cibində qəpik qalanda uşağına vermişdir ki, aparıb qəpikləri yığdığı sellofan torbaya atsın. O, Xaçmaz şəhərindən gəlib evin həyətinə daxil olduqdan sonra cibində olan 50 qəpik pulu aparıb digər qəpiklərin yanma atması üçün övladma vermiş, uşaq evə daxil olduqdan sonra qışqırıb onun yanma gəlib demişdir ki, qəpiklər evdə yoxdur. Bundan sonra onlar evə daxil olub baxdıqda görmüşlər ki, ev dağıdılmış vəziyyətdədir. Daha sonra evə baxdıqda görmüşdür ki, həyətdən anasının yataq otağına açılan ağ rəngli plastik pəncərə açıq vəziyyətdədir, evin yataq otağında olan paltar dolabının içərisində olan arvadına məxsus çantanın içərisindən 510 manat dəyərində olan 300 ABŞ dolları və 300 manat pul (üç ədəd 100 manatlıq əskinazlardan ibarət) və uşağının yataq otağında olan qəhvəyi rəngli masanın altında olan siyirtmədəki 130 manat dəyərində olan üç ədəd sellofandakı qəpik pullar yə 300 manat pul yoxdur. Həmin sellofanların birində əsasən 10 qəpik pul, digərində 20 qəpik pul, üçüncüsündə isə 50 qəpik pullar olmuşdur. Evdən pulların oğurlanmasını bildikdən sonra dərhal Xudat PBnə zəng edib məlumat vermiş, hadisə yerində Xudat PB-nin əməkdaşları gəlmişlər, hadisə yerinə baxış keçirmişlər, o da şikayət ərizəsi, yazmışdır. Yaşadığı evdən oğurlanmış pulların hamısı onun özünə məxsusdur. İçərisində qəpik pullar olan sellofan torbalar mağazalardan ərzaq aldığı zaman pulsuz verilən torbalardan olmuşdur. Odur ki, həmin sellofan torbaları o pulla almadığına görə sırf sellofan torbalar onun üçün dəyərsizdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək, təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyanın ödənilmədiyini və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı bacarmasa da sərbəst oxumağı bacarır. Rəsmi olaraq heç bir yerdə işləmir, mövsümi olaraq bağ sahələrində meyvə yığaraq işləyib dolanışığını təmin edir. Yaşadığı evin kiçik həyəti, həyətin isə bir ədəd piyada üçün taxta qapısı vardır, evin özünün isə taxa giriş qapısı vardır. Yaşadığı evin sağ yan tərəfində plastik materialdan olan pəncərə vardır. Yay fəsli olduğuna görə günün səhər saatlarında şaftalı meyvəsi yığmağa gedib axşam saat 18-19 radələrində evə gəlir. 29 iyun 2024-cü il tarixdə o, oğlu ilə işə getmiş və həmin gün işi çox olduğuna görə bir qədər gec, yəni saat 22 radələrində evə gəlmişlər. Evə gəldikdən sonra yorğun olduqlarına görə evin həyətinə daxil olub bir qədər evin həyətində oturmuşlar, daha sonra oğlu həyətdə oturmuş, o da evə daxil olmuşdur. O, əvvəlcə evə daxil olub mətbəxə keçmiş, orada bir qədər işlədikdən sonra evin yataq otağına keçmişdir. Yaşadıqları ev iki otaqdan ibarətdir, otaqlardan biri yataq, digəri isə qonaq otağıdır. Yataq otağında bir ədəd paltar dolabı vardır. O, həmin vaxt yataq otağına daxil olduqdan sonra görmüşdür ki, otaq bir qədər dağınıq vəziyyətdədir. Əvvəlcə elə bilmişdir ki, oğlu evi dağıtmışdır, lakin sonradan fikirləşmişdir ki, oğlu da onunla birlikdə bağ sahəsinə işləməyə getmişdir. Ona görə də o, evə kiminsə oğurluq etmək üçün girdiyini başa düşüb tez gedib paltar dolabına baxmışdır. Paltar dolabına baxarkən görmüşdür ki, həmin dolabın sol tərəfinin üst rəfində olan marka və modelini xatırlamadığı hər biri 100 manat dəyərində olan iki ədəd ağıllı (smart) qol saatı və dolabın həmin tərəfənin alt rəfində olan ona məxsus qadın çatnasmdan ona məxsus 100 manat pul oğurlanmışdır. Həmin 100 manat pul 1, 5,10 və 20 manatlıq əskinazlardan ibarət olmuşdur. Oğurluq olduğunu bilən kimi o, dərhal evin digər yerlərinə baxmış və görmüşdür ki, evdən başqa heç bir şey götürülməmişdir. Evə baxan zaman ona məlum olmuşdur ki, yaşadığı evə oğurluq etmək üçün gələn şəxs evin sağ yan tərəfində olan plastik pəncərəni açaraq evə daxil olmuşdur. Bundan sonra o, həmin gün saat 23 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər, o, şikayət ərizəsi yazmış, daha sonra səhəri gün, yəni 30 iyun 2024-cü il tarixdə polis əməkdaşları bir daha onun yaşadığı evə gəlib hadisə yerinə baxış keçirmişlər, fotoşəkillər çəkmişlər. Hadisə nəticəsində ona ümumilikdə 300 manat dəyərində maddi ziyan dəymişdir. Oğurlanmış iki ədəd saatların hər biri qutuda olmuş, qara rəngli olmuş, hər ikisinin qiyməti 100 manat olmuş, hər ikisi onun özünə məxsus olmuş, saatların markasını xatırlamır, onlar qutuları ilə birlikdə oğurlanmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək, təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyanın ödənilmədiyini və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xudat şəhər sakini Şahid5 ilə evlənmiş və onların həmin evlilikdən yeddi övladları vardır. Övladlarının arasında Təqsirləndirilən şəxs anadan əqli qüsurlu doğulmuşdur, yəni Əzizin xəstəliyi vardır. Belə ki, Əziz lap kiçik yaşlarından əqli qüsurlu olduğundan o, orta məktəbə getməmişdir, yəni Əzizi orta məktəbə qəbul etməyiblər. Daha sonra Əzizin 18 yaşı tamam olsa da tibbi yoxlamadan keçirilmiş, yenə də Əzizin əqli qüsuru olduğuna görə Əzizi hərbi xidmətə də aparmamışlar. Əziz hərbi xidmətdə olmasa da Xudat şəhərində danışmışdır ki, guya o hərbi xidmətdə olmuşdur, hərbi xidmətdə olan zaman əsgər yoldaşları şəhid olmuşdur, bircə o sağ qalmışdır. O, bir ana kimi bildirir ki, Əzizi o və atasından yaxşı heç kim tanıya bilməz. Əziz əqli qüsurlu olduğuna görə daim yalan danışmağa meyillidir, etmədiyi əməlləri özünü etmiş kimi göstərir və yaxud etdiyi əməli özünün etmədiyini bildirir. Belə ki, Əziz əqli qüsurlu olduğuna görə Xudat şəhər sakinləri daim Əzizi anlayışla qarşılamış, hərdən gedib mağazlardan satıcıya pul vermədən içki və s. götürsə də mağaza sahibləri xəstə olduğu üçün Əzizi anlayışla qarşılamışlar və yaxud onlar sonradan gedib Əzizin götürdüyü əşyaların pulunu vermişlər. Əzizin xasiyyətinə uyğun olaraq bildirmişdir ki, Əziz hərdən Xudat şəhərində kiminsə evindən, mağazasından və s. obyektlərdən oğurluq olanda etmədiyi halda həmin oğurluğu özünün etdiyini bildirmiş, lakin sonradan həmin əməlləri onun etmədiyi məlum olmuşdur, eləcə də etdiyi əməllərdə başqa-başqa şəxslərin də onunla iştirak etdiyini bildirmişdir. Əziz bir neçə dəfə əməllərində qonşuluqda yaşayan şəxslərin adlarını çəkmiş, sonradan da sübut olunmuşdur ki, həmin şəxslərin heç biri Əzizin yanında olmamışlar. Çünki onun oğlu Təqsirləndirilən şəxs xəstədir, əqli qüsurlu olduğuna görə təsadüfi ağlına gələn şəxslərin adlarını çəkərək həmin şəxslərin də onun etdiyi oğurluq əməllərində onunla birlikdə iştirak etdiyini bildirir. Əzizi Xudat şəhərində hamı xəstə uşaq kimi tanıyır, ona görə də heç kim ona baş qoşmur. Əziz hərdən elə olmuşdur ki, səhər evdən çıxıb bir də növbəti gün səhər evə gəlmişdir, hərdən elə olmuşdur ki, qonşunun ot tayasında gedib gecələri yatmışdır, elə də olur ki, Əziz yerdən ot qoparıb yemişdir. Yəni Əziz nə etdiyinin fərqində deyildir. Hərdən elə olur ki, Əziz onlarla dalaşır, evdə nə varsa sındırıb məhv edir. O bilir ki, Əziz hazırda təqsirləndirildiyi əməllərində tək olmuşdur. Əzizin özünün öz əməllərinə tənqidi münasibəti yoxdur, Əziz oğurluq cinayət olduğunu bilsə də, həmin əməlinə görə həbs ediləcəyini bilsə də bunu vecinə almır. Əziz Rafiqin bağ sahəsindən oğurladığı dəmir materialdan hazırlanmış sıxıcı qurğunu oğurladıqdan sonra Əziz əlində Xudat şəhərində aparan zaman qonşumuz Tural həmin qurğunu Əzizin əlindən alıb aparıb Rafiqə qaytarmışdır. O, Əzizin tibbi sənədlərini də təqdim etmiş və həmin sənədlərin də ifadəmin arxası ilə cinayət işinə əlavə edilməsini xahiş etmişdir. Bir daha qeyd edir ki, Əziz olmayan şeyləri danışmağa meyillidir. O, bir neçə gün bundan əvvəl Xaçmaz RPŞ-nin MSY-də Əzizlə görüşən zaman Əziz ona etdiyi əməllərini tək etdiyini, lakin Tural onun əlindən Rafiqə məxsus sıxıcı qurğunu alıb aparıb Rafiqə verdiyinə görə Turalın adını çəkdiyini bildirmiş, o isə Əzizə düzgün ifadə verməsini demişdir. Məhkəmə istintaqı zamanı Şahid4 Təqsirləndirilən şəxs doğma anası olmasına baxmayaraq, ifadə vermək istəmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs doğma atası olmasına baxmayaraq, ifadə vermiş və Şahid4 verdiyi ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. O, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Sabir küçəsi ev 15-də valideynləri ilə birlikdə yaşayır. Əvvəllər iki dəfə məhkumluğu olmuşdur. Sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 05 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 ay 28 gün vaxtdan əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə isə cəza müddəti başa çatmışdır. O, Xudat şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. Əzizin yaşadığı evlə onun yaşadığı ev qonşudur. Təqsirləndirilən şəxs əqli cəhətdən xəstədir, yəni Əzizi kiçik yaşlarından xəstə uşaq kimi tanımışdır. Əziz ondan yaşca çox balacadır. Əziz əqli qüsurlu olduğuna görə Xudat şəhərində həmişə hamı Əzizi anlayışla qarşılamış, daim Əzizin nöqsanlarına göz yummuşlar. Son zamanlar Əziz Xudat şəhərində bir neçə yerdən oğurluq etmiş, ona görə də Əzizin barəsində cinayət işi başlanaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin oğurluqların heç birində o iştirak etməmişdir. Onun əvvəllər iki dəfə məhkumluğu olsa da onların heç biri oğurluğa görə olmamışdır. O, oğurluq etməyi özünə yaraşdırmır. Təqsirləndirilən şəxs yalan danışır. Əvvəlcə onu qeyd etmişdir ki, atasının həqiqətən də traktoru vardır və o, hərdən həmin traktoru idarə edir. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki tanıyır, Rafiqlə yaxın münasibəti vardır. Onun atasının traktorunun arxasında yük qoşqusu yoxdur, hərdən lazım olanda gedib Rafiqdən istəyirlər, çünki Rafiqin də özünün traktoru vardır. Ona görə də elə buradan görünür ki, Əziz yalan danışır. Bundan başqa Rafiqin Xudat şəhəri, 1-ci şöbədə yerləşən bağ sahəsi yaşayış evlərinin lap yaxınlığında yerləşir, həmin yerə traktorla gedib oğurluq etmək mümkün deyildir, çünki traktorun səsi çox uca çıxır. Əziz sadəcə əqli qüsurlu olduğuna görə etdiyi əməllərdə ağlına gələn şəxslərin adlarını çəkir, onun Əzizlə heç bir iştirakçılığı yoxdur. 2024-cü il aprel ayının sonlarında Rafiqin bağ sahəsində olan köşkdən oğurluq olduqdan sonra Rafiq ona bağ sahəsindən oğurluq edilməsi barədə bildirmiş və demişdir ki, onun köşkündən dəmir materialdan hazırlanmış sıxıcı qurğu oğurlanmışdır, onlar da traktor idarə edirlər, əgər qarşısına çıxsa xəbər etsinlər. Bu sözləri Rafiq atası ilə ona demişdir. Çünki həmin qurğudan traktoru təmir etmək üçün də istifadə olunmuşdur. Bundan 2-3 gün sonra o, Xudat şəhərində çayxanada olan zaman, yəni çayxananın təmirinə kömək edən zaman Əziz əlində bir ədəd dəmir materialdan hazırlanmış sıxıcı qurğu ilə gəlib satmaq istədiyini bildirmiş, o bilmişdir ki, həmin qurğu Rafiqə məxsus qurğudur, ona görə həmin sıxıcı qurğunu Əzizin əlindən almış və bu barədə Rafiqə məlumat vermişdir. Rafiq ondan həmin qurğunun əlamətlərini soruşmuş, o da telefon danışığı zamanı Rafiqə həmin qurğunu təsvir edəndə Rafiq bildirmişdir ki, həmin qurğu ona məxsusdur, aparıb yaşadığı evin həyətinə qoysun. O da həmin gün aparıb sıxıcı qurğunu Rafiqin yaşadığı evin qarşısında olan traktorun yük yerinə qoymuş, özü evdə olmadığına görə Rafiqin yaşadığı evin həyətinə girməmişdir. Əzizin oğurladığı əşyaları satdığı şəxslərdən də soruşulsa da məlum olacaq ki, o, həmin oğurluqların heç birində iştirak etməmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O, Xaçmaz rayonu, Çaxçaxlı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolanışığını təmin edir. Yaşadığı Çaxçaxlı kəndi Xudat şəhərinə bitişikdir, yəni hər gün Xudat şəhərinə gedib-gəlir. “Ford Transit” markalı, **-UJ-*** qeydiyyat nişanlı yük avtomobilini idarə edir və həmin avtomobil dizel yanacağı ilə işləyir. 2024-cü ilin aprel ayının əvvəllərində Çaxçaxlı kəndində yaşadığı evin həyət qapısının qarşısında dayanıb siqaret çəkən zaman Əziz adlı şəxs ona yaxınlaşıb əlində olan 20 litrlik plastmas qabı göstərib həmin qabın içərisində dizel yanacağının olduğunu, həmin yanacağı ona satmaq istədiyini, çörək almağa pullarının olmadığını, ona görə də atasının idarə etdiyi traktordan dizel yanacağı çəkib satmaq istədiyini bildirmiş və xahiş etmişdir ki, o həmin dizeli alsın. O, Əzizin atasını əvvəldən tanımış və bilmişdir ki, Əzizin atası traktor idarə edir. O da Əzizə demişdir ki, o, avtomobilinə dizel yanacağını ancaq yanacaq doldurma məntəqəsindən vurur. Bu sözləri dedikdən sonra Əzizdən həmin yanacağı bir daha haradan əldə etməsini soruşmuş, Əziz yenə də atasının idarə etdiyi traktordan çəkib satmaq üçün onunla göndərdiyini bildirmişdir. O, Əzizin atasının traktor idarə etdiyini əvvəlcədən bildiyi üçün Əzizə inanmış, lakin Əzizə həmin dizeli almaq istəmədiyini demişdir. Bu zaman Əziz ondan əl çəkməyib yanacağı alması üçün yalvarmağa, çörək almağa pullarının olmadığını bildirmişdir. Həmin vaxt onun Əzizə yazığı gəldiyi üçün Əzizə cibindən çıxarıb 5 manat pul vermiş və Əzizə gətirdiyi plastmas qabdakı dizel yanacağını da götürüb getməsini demişdir. Lakin 5 manat pulu aldıqdan sonra Əziz həmin yanacağın ona lazım olmadığını deyib içərisində dizel yanacağı olan plastmas qabı onun yaşadığı evin həyət qapısının qarşısına qoyub çıxıb getmişdir. O da həmin dizel yanacağını həyətdə ocaq yandırmaq üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs həmin gün dizel yanacağını satmaq üçün onun yanına tək və piyada gəlmişdir. O, Əzizin əqli qüsurlu olduğunu sonradan öyrənmişdir. O, Əzizdən cəmi bir dəfə dizel yanacağı almış, bundan başqa ondan heç bir vaxt bir şey almamışdır. Təqsirləndirilən şəxs içərisində dizel yanacağı gətirdiyi plastmas qabın rəngi onun yadında qalmamışdır, sonradan həmin plastmas qab deşilmişdir deyə o, həmin qabı atmışdır. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki,o, Xaçmaz rayonu, Çaxçaxlı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, sürücülük edərək dolanışığını təmin edir. Hazırda Qarabağda yük avtomobili sürücüsü işləyir. Yaşadığı Çaxçaxlı kəndi Xudat şəhərinə bitişik kənddir, ona görə də Xudat şəhər sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. 2024-cü ilin aprel ayının əvvəllərində Çaxçaxlı kəndində yaşadığı evin həyətində olan zaman Xudat şəhər sakini Əziz adlı şəxs yaşadığı evin həyət qapısından onu küçəyə çağırmışdır. O, küçəyə çıxıb görmüşdür ki, Əziz ataraba idarə edərək yaşadığı evin həyət qapısının qarşısına gəlmişdir. Əvvəllər Əzizin atasının traktoru olmuşdur, lakin bir müddət əvvəl Əzizin atası traktorunu satmışdır. O, Əzizin yanma gəldikdən sonra Əziz ona demişdir ki, atası traktoru satdıqdan sonra həyətdə dizel yanacağı qalmışdır, o dizellə işləyən yük avtomobili idarə etdiyinə görə qalan dizel yanacağını satmaq istəyir, əgər alarsa ona sata bilər. Əzizi və atasını tanıdığı üçün dizel yanacağının Əzizin atasına məxsus olmasına inanmış və həmin vaxt Əzizdən iki ədəd təxminən 20 litrlik plastmas qablarda olan dizel yanacağını ondan 32 manata almış, yəni, içərisində dizel yanacağı olan plastmas qabların hər birini Əzizdən 16 manata almış, Əzizə 32 manat pul vermiş, Əziz də at-araba ilə yenidən çıxıb getmişdir. Əzizin gəldiyi ataraba isə Əzizin qardaşına məxsusdur. O, Əzizdən cəmi bir dəfə dizel yanacağı almış, bundan başqa ondan heç bir vaxt bir şey almamışdır. 2024-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs ona dizel yanacağı satan zaman Əziz həmin vaxt tək gəlmiş və ataraba ilə gəlmişdir. Təqsirləndirilən şəxs içərisində dizel yanacağı gətirdiyi 20 litrlik plastmas qabın rəngi onun yadında qalmamışdır, sonradan həmin plastmas qab deşilmişdir deyə o, həmin qabı atmışdır. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. O, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolanışığını təmin edir. O, Əzizi əvvəlcədən tanımış, Əzizi əqli qüsurlu şəxs kimi tanımış, ona görə də həminşə Əzizə hörmətlə yanaşmış, pulu olanda siqaret alması üçün sonuncuya pul da vermişdir. 2024-cü ilin aprel ayının sonlarında Xudat şəhərində yaşadığı evin yerləşdiyi küçədə rastlaşmış, həmin vaxt Əzizlə salamlaşıb haraya getdiyini soruşmuş, Əziz də əlində bir ədəd ağ rəngli vedrəni və vedrənin içərisində olan traktorun təmiri üçün istifadə olunan açarları göstərib atasına məxsus açarlar olduğunu, həmin açarları satmaq üçün apardığını bildirmişdir. O, Əzizdən açaları hansı qiymətə satdığını soruşduqda sonuncu 5 manata satdığını bildirmiş və həmin pula özü üçün siqaret və spirtli içki alacağını demişdir. Ona görə də o, Əzizə 5 manat pul verib açarları yaşadığı evin həyətinin giriş qapısının qarşısına qoymasını bildirmiş, Əziz də içərisində açarlar olan vedrəni aparıb onun yaşadığı evin həyət qapısının qarşısına qoymuşdur. Bundan bir neçə gün sonra polis əməkdaşları onu Xudat PB-nə dəvət etmişlər və Əzizdən aldığı açarları soruşmuşlar, o, açaların hamısının vedrə ilə birlikdə yaşadığı evin həyətində olduğunu bildirmişdir. Daha sonra Əzizdən aldığı içərisində açarlar olan vedrəni gətirib Xudat PB-nə təhqiqatçıya təqdim etmiş, təhqiqatçı da protokol tərtib edərək həmin açarları ondan götürmüşdür. Açarları almazdan əvvəl Əziz onların atasına məxsus olduğunu və atasının məlumatlı olduğunu bildirdiyinə görə o həmin açaları Əzizdən almış, əgər oğurluq yolu ilə əldə edildiyini bilsəydi onda açarları Təqsirləndirilən şəxs almazdı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 24 aprel 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus içərisindən Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilmiş dəmir materialdan hazırlanmış köşkün olduğu bağ sahəsi Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbə yaşayış massivi ərazisində, Xudat şəhərindən Xaçmaz rayonu, Çaxçaxlı kəndinə gedən avtomobil yolundan 200 metr sağ tərəfdə yerləşir, qeyd olunan bağ sahəsindəki köşkdən oğurluq edilməsini Zərərçəkmiş şəxs1 02 aprel 2024-cü il tarixdə və 24 aprel 2024-cü il tarixdə aşkar etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 30 iyun 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi Zərərçəkmiş şəxs3 yaşadığı ev Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə küçəsində yerləşən 4 nömrəli evdir, 29 iyun 2024-cü il tarixdə həmin evin yataq otağında olan paltar dolabının sol tərəfində olan alt rəfindəki qadın çantasından 100 manat pul vəsaiti və həmin dolabın sol tərəfinin üst rəfindən hər biri 100 manat dəyərində olan markalı və modeli istintaqa məlum olmayan iki ədəd elektron “ağıllı” qol saatı oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 300 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 05 iyul 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi Zərərçəkmiş şəxs2 yaşadığı ev Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi küçəsində yerləşən 36 nömrəli evdir, 05 iyul 2024-cü il tarixdə evin yataq otağında olan paltar dolabının içərisində olan arvadına məxsus çantanın içərisindən 510 manat dəyərində olan 300 ABŞ dolları və 300 manat pul, habelə uşağının yataq otağında olan qəhvəyi rəngli masanın altında olan siyirtmədəki 130 manat dəyərində olan üç ədəd sellofandakı qəpik pullar və 300 manat pul oğurlanmış, həmin sellofanların birində əsasən 10 qəpiklik pullar, digərində 20 qəpiklik pullar, üçüncüsündə isə 50 qəpiklik pullar olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 29 aprel 2024-cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs pul ilə aldığını bildirib 01 ədəd qaz açarını, 01 ədəd mühərrikin setallarına yağ vurmaq üçün istifadə edilən şprisi, bolt bağlamaq üçün 32-34 ölçülü 01 ədəd açarı, 22-24 ölçülü 04 ədəd açarı, 17-19 ölçülü 01 ədəd açarı, 12-17 ölçülü 01 ədəd açarı, 02 ədəd bıçağı, 01 ədəd kəlbətini, 13-14 ölçülü 02 ədəd açarı, 12 ölçülü 01 ədəd açarı, 10 ölçülü 01 ədəd açarı və 01 ədəd vintaçanı öz razılığı əsasında Xaçmaz Rayon Polis X7 Bölməsində təqdim etmişdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 da həmin əşyaları tanıyaraq özünə məxsus əşyalar olduğunu bir daha təsdiq etmişdir. Baxış zamanı qeyd olunan əşyalar sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı Kamran Zeynalov tərəfindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 30 aprel 2024-cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 dəmir materialından hazırlanmış bir ədəd sıxıcı qurğunu təqdim edib həmin sıxıcı qurğunun 24 aprel 2024-cü il tarixdə gecə saatlarında ona məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbə yaşayış massivində yerləşən bağ sahəsindəki köşkdən oğurlanmış sıxıcı qurğu olduğunu, həmin qurğunu Xudat şəhər sakini Tural adlı şəxsin Təqsirləndirilən şəxs əlindən alıb gətirib ona verdiyini bildirmişdir. Qeyd olunan sıxıcı qurğu sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı Kamran Zeynalov tərəfindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 08 iyul 2024-cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin Xudat PB-də öz razılı əsasında əynində olan tünd boz rəngli cins şalvarın sağ və sol yan ciblərindən içərisində qəpik pullar olan sellofan torbaları çıxarıb həmin pulların Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurladığı pulların bir hissəsi olmasını bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaların içərisində 98 ədəd 10 qəpik, 23 ədəd 5 qəpik, 02 ədəd 3 qəpik və 130 ədəd 20 qəpik pul vardır. Qeyd olunan qəpik pullar sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı Ehtibar Mehtiyev tərəfindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 08 iyul 2024-cü il tarixli əşyaya baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Nizami küçəsində yerləşən 36 nömrəli evdən oğurladıqdan sonra ələ keçirdiyi 03 ədəd 100 dollar əskinazların saxta olmasından şübhələnib küçəyə atdığını bildirib həmin pulları küçəyə atdığı yeri göstərmişdir. Baxış zamanı həmin yerin Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi küçəsində yerləşən 45 nömrəli evin həyətinin hasarının yanı olması müəyyən edilmiş və oradan PG02320570C və PG02320571C seriya və nömrəli iki ədəd 100 dollar əskinazlar aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin 27 iyul 2024-cü il tarixli 2181 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan “yüngül dərəcəli əqli gerilik” onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak hərəkətlərində iştirak etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək, öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malikdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin 12 oktyabr 2024-cü il tarixli 2974 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs primitivlik, özünə və başqalarına qarşı məsuliyyətsizlik, səthilik və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək iqtiarmda olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual və psixi inkişafında olan gerilik əlamətləri yüngül ifadə olunduğundan o, öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisəni düzgün dərk etmək və baş verənləri düzgün təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs situasiyanı öz xeyrinə yönəltmək məqsədilə yalan danışa bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsindəki köşkdən oğurlanmış 01 ədəd qaz açarı, 01 ədəd mühərrikin detallarına yağ vurmaq üçün istifadə edilən şpris, bolt bağlamaq üçün 32-34 ölçülü 01 ədəd açar, 22-24 ölçülü 04 ədəd açar, 17-19 ölçülü 01 ədəd açar, 12-17 ölçülü 01 ədəd açar, 02 ədəd bıçaq, 01 ədəd kəlbətin, 13-14 ölçülü 02 ədəd açar, 12 ölçülü 01 ədəd açar, 10 ölçülü 01 ədəd açar, 01 ədəd vintaçan və dəmir materialdan hazırlanmış 01 ədəd sıxıcı qurğu, həmçinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi küçəsində yerləşən 36 nömrəli evdən oğurlandıqdan sonra aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş PG02320570C və PG02320571C seriya və nömrəli 02 ədəd 100 dollarlıq pul əskinazlar, 98 ədəd 10 qəpik, 23 ədəd 5 qəpik, 02 ədəd 3 qəpik və 130 ədəd 20 qəpik pullar sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, 01 ədəd qaz açarı, 01 ədəd mühərrikin detallarına yağ vurmaq üçün istifadə edilən şpris, bolt bağlamaq üçün 32- 34 ölçülü 01 ədəd açar, 22-24 ölçülü 04 ədəd açar, 17-19 ölçülü 01 ədəd açar, 12-17 ölçülü 01 ədəd açar, 02 ədəd bıçaq, 01 ədəd kəlbətin, 13-14 ölçülü 02 ədəd açar, 12 ölçülü 01 ədəd açar, 10 ölçülü 01 ədəd açar, 01 ədəd vintaçan və dəmir materialdan hazırlanmış 01 ədəd sıxıcı qurğu saxlanılmasından ötrü Zərərçəkmiş şəxs1, PG02320570C və PG02320571C seriya və nömrəli 02 ədəd 100 dollarlıq pul əskinazlar, 98 ədəd 10 qəpik, 23 ədəd 5 qəpik, 02 ədəd 3 qəpik və 130 ədəd 20 qəpik pullar isə Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 10.01,2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəriməni ödəmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 aprel 2024-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbə yaşayış massivi ərazisində, Xudat şəhərindən Xaçmaz rayonu, Çaxçaxlı kəndinə gedən avtomobil yolundan 200 metr sağ tərəfdə yerləşən bağ sahəsində olan dəmir materialdan hazırlanmış köşkün qapısmdakı asma qıfılı sındıraraq saxlanc yeri hesab olunan köşkə qanunsuz daxil olub həmin köşkün içərisindən ümumilikdə 215 manat dəyərində özgənin əmakını, yəni bir ədədinin qiyməti 10 manat olan cəmi beş ədəd 50 manat dəyərində 20 litrlik plastmas qablardakı 80 manat dəyərində 100 litr dizel yanacağını və bir ədəd 20 litrlik plastmas qabda olan 85 manat dəyərində 20 litr mühərrik yağını qəsdən qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 aprel 2024-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbə yaşayış massivi ərazisində, Xudat şəhərindən Xaçmaz rayonu, Çaxçaxlı kəndinə gedən avtomobil yolundan 200 metr sağ tərəfdə yerləşən bağ sahəsində olan dəmir materialdan hazırlanmış köşkün qapısmdakı asma qıfılı sındıraraq saxlanc yeri hesab edilən köşkə qanunsuz daxil olub həmin köşkün içərisindən ümumilikdə 1496 manat dəyərində özgənin əmlakını, yəni 13 manat dəyərində olan bir ədəd qaz açarını, 25 manat dəyərində olan mühərrikin detallarına yağ vurmaq üçün nəzərdə tutulmuş bir ədəd şprisi, hər biri bolt bağlamaq üçün nəzərdə tutulmuş bir ədədinin qiyməti 30 manat olan cəmi 120 manat dəyərində 22-24 ölçülü 04 ədəd açarı, bir ədədinin qiyməti 10 manat olan cəmi 20 manat dəyərində 32-36 ölçülü 02 ədəd açarı, bir ədədinin qiyməti 08 manat olan cəmi 24 manat dəyərində 24-27 ölçülü 03 ədəd açarı, bir ədədinin qiyməti 08 manat olan cəmi 24 manat dəyərində 19-22 ölçülü 03 ədəd açarı, bir ədədinin qiyməti 07 manat olan cəmi 14 manat dəyərində 17-19 ölçülü 02 ədəd açarı, bir ədədinin qiyməti 07 manat olan cəmi 14 manat dəyərində 14-17 ölçülü 02 ədəd açarı, bir ədədinin qiyməti 05 manat olan cəmi 15 manat dəyərində 13-14 ölçülü 03 ədəd açarı, bir ədədinin qiyməti 05 manat olan cəmi 10 manat dəyərində 10-12 ölçülü 02 ədəd açarı, 04 manat dəyərində olan 8-10 ölçülü 01 ədəd açarı, bir ədədinin qiyməti 20 manat olan cəmi 40 manat dəyərində 41-46 ölçülü 02 ədəd açarı, 10 manat manat dəyərində olan 01 ədəd kəlbətini, bir ədədinin qiyməti 02 manat olan cəmi 04 manat dəyərində 02 ədəd məişət təyinatlı bıçağı, 15 manat dəyərində olan 32-34 ölçülü 01 ədəd açarı, 12 manat dəyərində olan 12-17 ölçülü 01 ədəd açarı, 08 manat dəyərində olan 12 ölçülü 01 ədəd açarı, 06 manat dəyərində olan 10 ölçülü 01 ədəd açarı, 03 manat dəyərində olan 01 ədəd vintaçanı, bağ sahəsində olan su nasosunun 250 manat dəyərindəki 01 ədəd su klapanmı, 200 manat dəyərində olan 120 mm diametrli 01 ədəd su kranını, 70 manat dəyərində olan 01 ədəd 10 ton çəki qaldırıcı qurğunu, 30 manat dəyərində olan 01 ədəd çəkici, su nasosunun 80 manat dəyərində olan 01 ədəd elektrik verən maqnitini, 140 manat dəyərində olan “Ural-Zid” markalı 01 ədəd ot biçən aparatı və bir ədədi 05 manat, cəmi 10 manat dəyərində olan həmin ot biçən aparatın 02 ədəd mişarlarını, 300 manat dəyərində olan dəmir materialdan hazırlanmış 01 ədəd sıxıcı qurğunu və 35 manat dəyərində olan 1,5 metr uzunluğunda 01 ədəd lomu qəsdən qanunsuz götürüb aparmaqla təkrar oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyun 2024-cü il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə küçəsində yerləşən 4 nömrəli evin həyətinə mişar daşından tikilmiş hasarın üstündən aşmaqla əvvəlcə evin həyətinə, daha sonra isə evin pəncərəsini fiziki güc tətbiq edərək itələyib açmaqla yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq ümumilikdə 300 manat dəyərində özgənin əmlakını, yəni həmin evin yataq otağındakı paltar dolabının sol tərəfində olan alt rəfindəki qadın çantasından 100 manat pul vəsaitini və həmin dolabın sol tərəfinin üst rəfindən hər biri 100 manat olmaqla, cəmi 200 manat dəyərində markası və modeli istintaqa məlum olmayan iki ədəd elektron “ağıllı” qol saatını qəsdən qanunsuz götürüb aparmaqla təkrar oğurluq etmiş, yəni, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyul 2024-cü il tarixdə saat 17:30 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Nizami küçəsində yerləşən 36 nömrəli evin həyətinə mişar daşından tikilmiş hasarın üstündən aşmaqla əvvəlcə evin həyətinə, daha sonra isə evin pəncərəsini fiziki güc tətbiq edərək itələyib açmaqla yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq ümumilikdə 1240 manat dəyərində özgənin əmlakını, yəni həmin evin yataq otağında olan paltar dolabının içərisindəki qadın çantasından 300 ABŞ dollarını (510 manat) və 300 manat kağız əskinas pul vəsaitini, habelə həmin evin digər otağında olan masanın altındakı siyirtmədən 03 ədəd sellofan torbada olan 130 manat qəpik pulları və 300 manat kağız əskinas pul vəsaitini qəsdən qanunsuz götürüb aparmaqla təkrar oğurluq etmiş, yəni, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Xaçmaz Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarı ilə əvvəli 10 iyul 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə, yəni 10 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs X1 həbsdə saxlanılma müddəti 02 ay, yəni 10 oktyabr 2024-cü il tarixdəm 10 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdən həbsdə saxlandığından, cəza çəkmə müddətinin əvvəli də tutulduğu gündən, yəni 10 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qaz açarı, 01 ədəd mühərrikin detallarına yağ vurmaq üçün istifadə edilən şpris, bolt bağlamaq üçün 32-34 ölçülü 01 ədəd açar, 22-24 ölçülü 04 ədəd açar, 17-19 ölçülü 01 ədəd açar, 12-17 ölçülü 01 ədəd açar, 02 ədəd bıçaq, 01 ədəd kəlbətin, 13-14 ölçülü 02 ədəd açar, 12 ölçülü 01 ədəd açar, 10 ölçülü 01 ədəd açar, 01 ədəd vintaçan və dəmir materialdan hazırlanmış 01 ədəd sıxıcı qurğu saxlanılmasından ötrü Zərərçəkmiş şəxs1, PG02320570C və PG02320571C seriya və nömrəli 02 ədəd 100 dollarlıq pul əskinazlar, 98 ədəd 10 qəpik, 23 ədəd 5 qəpik, 02 ədəd 3 qəpik və 130 ədəd 20 qəpik pullar isə Zərərçəkmiş şəxs2 təhvil təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsuliyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs X4 ona vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı qurtaranadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs X2 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qaz açarı, 01 ədəd mühərrikin detallarına yağ vurmaq üçün istifadə edilən şpris, bolt bağlamaq üçün 32-34 ölçülü 01 ədəd açar, 22-24 ölçülü 04 ədəd açar, 17-19 ölçülü 01 ədəd açar, 12-17 ölçülü 01 ədəd açar, 02 ədəd bıçaq, 01 ədəd kəlbətin, 13-14 ölçülü 02 ədəd açar, 12 ölçülü 01 ədəd açar, 10 ölçülü 01 ədəd açar, 01 ədəd vintaçan və dəmir materialdan hazırlanmış 01 ədəd sıxıcı qurğu saxlanılmasından ötrü Zərərçəkmiş şəxs1, PG02320570C və PG02320571C seriya və nömrəli 02 ədəd 100 dollarlıq pul əskinazlar, 98 ədəd 10 qəpik, 23 ədəd 5 qəpik, 02 ədəd 3 qəpik və 130 ədəd 20 qəpik pullar isə Zərərçəkmiş şəxs2 təhvil təhvil verilməsi nəzərə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan (həbsə alınmış şəxsə münasibətdə hökmü rəsmi qaydada aldığı gündən) 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar