Məhkəmə qərarları › İş №1(067)-65/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-65/2020

24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-65/2020 24.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, müdafiəçi X2 iştirakı ilə xx xxxxxx 1965-ci ildə ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, barəsində“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiriseçilmiş– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 0,230 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitənin 0,005 qramını Xudat şəhəri Heydər Əliyev küçəsində tanışı X3 30 manata sataraq, qalan 0,225 qram çəkidə narkotik vasitəni üzərində saxlamış və qeyd olunan tarixdə saat 22 radələrində Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xudat şəhəri Heydər Əliyev küçəsində saxlanılaraq Xudat PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə narkotik vasitə əynindəki tünd qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd ayrı-ayrı bükümlərdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası JM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, təxminən 3 il olar ki, imkan düşdükdə narkotik maddə olan kakosu iynə ilə damarına vurma yolu ilə qəbul edir.İstifadəsi üçün əldə etdiyi narkotik vasitə olan kakosu Sumqayıt şəhərində tanımadığışəxslərdən alırmış. X5 ilə bir neçə dəfə narkotik vasitə olan kakosu qəbul edərək həmin vaxt ondan 10 manat və 30 manat pul almışdır.xx.xx.2020-ci il tarixdə isə Asifin mobil telefonuna zəng edərək onda narkotik maddə olduğunu bildirmişdir.Bundan sonra onlar Xaçmaz rayonu Fərzəli oba kəndinin qəbirstanlığında görüşməyə qərar vermişlər. Sözügedən yerdə Asiflə görüşən zaman Asifdən 30 manat pul alaraq qarşılığında ona 01(bir) ədəd içərisində narkotik maddə olan kakos bükümü vermişdir. Bir neçə saat keçdikdən sonra polis əməkdaşları onu Xaçmaz rayonu köhnə Xudat kəndinin ərazisində saxladaraq özlərini təqdim etdikdən sonra onu Xudat PB-nə gətirmişlər.Xudat PB-də ona bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda və satışında şübhəli olduğu üçün saxlanılmışdır. Bundan sonra ona üzərində videoçəkilişləşəxsi axtarış aparılacağı bildirilmişdir. O da buna etiraz etməmişdir. Müdafiəçisi Avçixan Avçixanovunun və polis əməkdaşlarının iştirakları ilə Xudat polis bölməsində onun üzərindəşəxsi axtarış aparılmışdır. Həmin vaxt ona üzərində narkotik vasitə vardırsa onu könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O da əyninkdəki tünd qəhvəyi gödəkçəsinin sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızında olan 02 (iki) ədəd gümüşü rəngli kağızlardakı narkotik maddə olan kakos bükümlərini çıxardaraq təqdim etmişdir. Bundan sonra onun üzərindəşəxsi axtarış aparılmış, lakin əlavə heç nə aşkar edilməmişdir. Onun təqdim etdiyi 01 ədəd gümüşü rəngli siqaret kağızında olan 02 ədəd gümüşü rəngli kağızlardakı narkotik maddə kakos bükümlərini onun və müdafiəçisinin iştirakı ilə ağ rəngli zərfə qoyulmuş, üzəri möhürlənərək qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib edilərək o, və iştirak edənlər qablaşdırmanın üzərini və protokolu imzalamışlar. Məhkəmədə şahid qismində ifadə vermiş X5 bildirdi ki,2019-cu ilin noyabr ayından narkotik vasitə olan heroini iynə vasitəsilə damarına vurmağa başlamışdır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxsla görüşmüşdür. Onunla görüşən zaman o, 30 manat qarşılığında 1 “çet” heroini Təqsirləndirilən şəxs almışdır. O narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs aldıqdan sonra yaşadığı kənd istiqamətində gedərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu RPŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən RPŞ-nə gəlmiş və orada ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddənin olub olmaması soruşulduqda o sol əlinin içərisində saxladığı 1 “çet” narkotik vasitə olan heroini könüllü olaraq polis əməkdaşlarına təqdim edərək həmin narkotik maddəni Təqsirləndirilən şəxs 30 manat pul qarşılığında aldığını etiraf etmişdir Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, xx.xx.1965-ci il təvəllüdlü Xaçmaz rayonu Xudat şəhəri H.Əliyev küçəsi 33 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələrin daşıması və satması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində Xaçmaz RPŞ-nin Xudat PB-nin manqa komandiri, polis baş sercantıŞahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz rayon Xudat şəhəri H.Əliyev küçəsində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Polisşöbəsində videoçəkiliş ilə onun üzərindəşəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın, maddənin olub olmamasını soruşulduqda o könüllü olaraq əynindəki qəhvəyi rəngli gödəkçəinin sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızının içərisində 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bükümləri könüllü olaraq tədqim etmişdir. Təqsirləndirilən şəxs bunun nə olduğunu soruşduqda o, sözügedən bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, onu Sumqayıt şəhərində tanımadığışəxsdən aldığını vəüzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin bir “çetini” X3 30 manat qarşılığında satmasını könüllü olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə olan heroin qablaşdırılaraq zərfə qoyularaq bu barədə müvafiq protokol tərtib olunmuşdur. Məhkəmədə şahidlər qismində ifadə vermiş Xudat PB-nin manqa komandiri polis baş sercantı Şahid2 Şahid1 ifadəsi ilə analoci ifadə vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 1997-ci il 1 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, bu məddələrin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün onların qanunsuz dövriyyəsi ilə əlaqədar işlərin istintaqı və məhkəmə baxışı zamanı bu və ya digər obyektlərin narkotik vasitələrə, yaxud psixotrop maddələrə aid edilməsi haqqında bioloci və ya kimyəvi ekspertizanın rəyi olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1227 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş » sözləri olan bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,125 qr, 0,100 qr, ümumi təmiz şəkisi 0,225 qram olan tünd üəhvəyi rəngli tozşəkilli maddələr narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə ekspertiza mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1226 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində «Abdullayev Asif Abdulla oğlunun təqdim etdiyi…» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,005 qram olan tünd qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə-heroindi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci X4–X9 Ekspert Komissiyasının xx xxxxxx 2020-ci il tarixli 417 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Xudat şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin 15 saylı X11 Komissiyasının SER TSE-01 №011443 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs birinci qrup əlildir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs AR JM-in 234.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası JM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkətlər başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansı bir qəsdən edilən hərəkətlərin saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, güclü saxlanc yerlərində, binalarda və s.). Satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən, özünü ona elan olunmuş ittihamla təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onunAzərbaycan Respublikası CM-in 234.2-cimaddəsi ilə nəzərdə tutulmuşcinayət əməlini törətməsinietiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və o, məsuliyyətdən yaxa qurtarmaq istəyir. Məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq, onu iş üzrə toplanmış digər sübutlarla:şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə yanaşı qiymətləndirərək, uydurulmuş dəlil kimi rədd edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, 1-ci qrup əlil olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-ninanbarında saxlanılan, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində daşıdığıümumi təmiz çəkisi 0,125 qram narkotik vasitə olan heroinhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 89 manatTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası JPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-ninanbarında saxlanılan, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində daşıdığıümumi təmiz çəkisi 0,125 qram narkotik vasitə olan heroinhökm qanuni qüvvəyə mindikdən sonra məhvedilsin. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar