Məhkəmə qərarları › İş №1(067)-65/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-65/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-65/2021 11.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1974-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, təqaüdçü, 1-ci Qarabağ müharibəsi iştirakçısı, Xaçmaz rayon məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 1(067)-115/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında yaşamış, 28 avqust 2020-ci il tarixdən həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Prnitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 aprel 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri, Alı Mustafayev küçəsində yerləşən mağazanın qapısının mühafizə jalüzünün qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə qırmış, daha sonra marğazanın plastik qapısının kilid hissəsini həmin dəmirlə aralamaqla mağazaya yəni saxlanc yerinə qanunsuz daxil olmuş və mağazada olan 1 ədədi 2.2 manat olmaqla ümumilikdə 26.4 manat dəyərində 12 ədəd “WİNCHESTER” silver markalı nazik qutulu siqareti, 1 ədədi 2.2 manat olmaqla ümumilikdə 28.6 manat dəyərində 13 ədəd “WİNCHESTER” blue markalı compact qutulu siqareti, 1 ədədi 1.5 manat olmaqla ümumilikdə 18 manat dəyərində 12 ədəd “ARGO” red markalı qalın qutulu siqareti, 1 ədədi 1.6 manat olmaqla ümumilikdə 16 manat dəyərində 10 ədəd “ARGO” blue markalı nazik qutulu siqareti, 1 ədədi 1.6 manat olmaqla ümumilikdə 17.6 manat dəyərində 11 ədəd “ARGO” blue markalı compact qutu siqareti, 1 ədədi 3.6 manat olmaqla ümumilikdə 21.6 manat dəyərində 06 ədəd “SOBRANİE” blue markalı compact qutulu siqareti, 1 ədədi 3.6 manat olmaqla ümumilikdə 18 manat dəyərində 05 ədəd “SOBRANİE” white markalı nazik qutulu siqareti, 1 ədədi 3 manat olmaqla ümumilikdə 15 manat dəyərində 05 ədəd “KENT 1” markalı nazik qutulu siqareti, 1 ədədi 3 manat olmaqla ümumilikdə 9 manat dəyərində 03 ədəd “KENT 4” markalı nazik qutulu siqareti, 1 ədədi 3 manat olmaqla ümumilikdə 9 manat dəyərində 03 ədəd “KENT 4" markalı qalın qutulu siqareti, 1 ədədi 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində 04 ədəd “KENT 8” markalı qalın qutulu siqareti, 1 ədədi 2.5 manat olmaqla ümumilikdə 12.5 manat dəyərində 05 ədəd “LD Club” silver markalı compact qutulu siqareti, 1 ədədi 2.5 manat olmaqla ümumilikdə 12.5 manat dəyərində 05 ədəd “LD Club” white markalı nazik qutulu siqareti, 1 ədədi 2.8 manat olmaqla ümumilikdə 14 manat dəyərində 05 ədəd “WİNSTON” silver markalı compact qutulu siqareti, 1 ədədi 2.8 manat olmaqla ümumilikdə 11.2 manat dəyərində 04 ədəd “WİNSTON” silver markalı nazik qutulu siqareti, 1 ədədi 1.9 manat olmaqla ümumilikdə 22.8 manat dəyərində 12 ədəd “PALL MALL” blue markalı compact qutulu siqareti, 1 ədədi 1.9 manat olmaqla ümumilikdə 15.2 manat dəyərində 08 ədəd “PALL MALL” silver markalı nazik qutulu siqareti, 1 ədədi 1.6 manat olmaqla ümumilikdə 14.4 manat dəyərində 09 ədəd “İMPERİAL CLASSİK” blue markalı nazik qutulu siqareti, 1 ədədi 1.6 manat olmaqla ümumilikdə 4.8 manat dəyərində 03 ədəd “İMPERİAL CLASSİK” black markalı compact qutulu siqareti, 1 ədədi 1.8 manat olmaqla ümumilikdə 12.6 manat dəyərində 07 ədəd “WEST” silver markalı qalın qutulu siqareti,1 ədədi 1.7 manat olmaqla ümumilikdə 6.8 manat dəyərində 04 ədəd “VİCEROY” S- Line silver markalı compact qutulu siqareti, 1 ədədi 1.7 manat olmaqla ümumilikdə 6.8 manat dəyərində 04 ədəd “VİCEROY” S- Line blue markalı compact qutulu siqareti, 1 ədədi 1.5 manat olmaqla ümumilikdə 9 manat dəyərində 06 ədəd “MAGNA” silver markalı compact qutulu siqareti, 1 ədədi 1.5 manat olmaqla ümumilikdə 7.5 manat dəyərində 05 ədəd “MAGNA” blue markalı compact qutulu siqareti, 1 ədədi 1.5 manat olmaqla ümumilikdə 7.5 manat dəyərində 05 ədəd “MAGNA” black markalı nazik qutulu siqareti, 1 ədədi 1.5 manat olmaqla ümumilikdə 7.5 manat dəyərində 05 ədəd “MAGNA” silver markalı nazik qutulu siqareti, 1 ədədi 1.5 manat olmaqla ümumilikdə 7.5 manat dəyərində 05 ədəd “MAGNA” white markalı nazik qutulu siqareti, 1 ədədi 1.4 manat olmaqla ümumilikdə 8.4 manat dəyərində 06 ədəd “BAKİ” white markalı nazik qutulu siqareti, 1 ədədi 1.4 manat olmaqla ümumilikdə 7 manat dəyərində 05 ədəd “VEGAS” blue markalı nazik qutulu siqareti, 1 ədədi 1.4 manat olmaqla ümumilikdə 7 manat dəyərində 05 ədəd “VEGAS” silver markalı nazik qutulu siqareti, 1 ədədi 1.9 manat olmaqla ümumilikdə 9.5 manat dəyərində 05 ədəd “ROTMANS” silver markalı compact qutulu siqareti, 1 ədədi 1.9 manat olmaqla ümumilikdə 9.5 manat dəyərində 05 ədəd “ROTMANS” black markalı compact qutulu siqareti, 1 ədədi 1.5 manat olmaqla ümumilikdə 7.5 manat dəyərində 05 ədəd “WANT” blue markalı nazik qutulu siqareti, 1 ədədi 1.5 manat olmaqla ümumilikdə 7.5 manat dəyərində 05 ədəd “WANT” silver markalı nazik qutulu siqareti, 1 ədədi 1.5 manat olmaqla ümumilikdə 7.5 manat dəyərində 05 ədəd “WANT” black markalı nazik qutulu siqareti, 1 ədədi 1.2 manat olmaqla ümumilikdə 3.6 manat dəyərində 03 ədəd “KİNGSTON” silver markalı qalın qutulu siqareti, 1 ədədi 1.2 manat olmaqla ümumilikdə 3.6 manat dəyərində 03 ədəd “KİNGSTON” gold markalı qalın qutulu siqareti,01 ədəd bağlamada 12.6 manat dəyərində “Gizmo Baby” markalı 4 ölçülü uşaq bezi, 10 manat dəyərində 1 litrlik “Glubina” markalı 01 ədəd arağı, 1 manat dəyərində 0,5 litr həcmində, dəmir qutuda olan, 1 ədəd “Baltika” markalı, spirtsiz tərkibli pivəni, 2.2 manat dəyərində 0,5 litr həcmində, dəmir qutuda olan, 1 ədəd “Baltika” markalı, 7% spirt tərkibli pivəni, 5 manat dəyərində 250 qram çəkidə, 01 qutu “Beta” markalı çayı, 9.5 manat dəyərində 500 qram çəkidə, 01 qutu “Çempion” markalı çayı, 9.5 manat dəyərində 500 qram çəkidə, 01 qutu “Beta” markalı çayı, 1 qutusu 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 250 qram çəkidə, 02 qutu “Çempion” markalı çayı, 1 kiloqramı 9.5 manat dəyərində olmaqla ümumilikdə 19 manat dəyərində 02 kq “Manqalüstü” markalı sosiskanı, 10 manat dəyərində 01 kq “Varionnu” markalı kolbasanı, 1 kiloqramı 2.5 manat olmaqla ümumilikdə 3 manat dəyərində 1,2 kq bananı götürərək Zərərçəkmiş şəxs ümumilikdə 526.70 (beş yüz iyirmi altı manat 70 qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən oğurluq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 2020-ci ilin iyul ayının əvvəllərində Xaçmaz şəhəri “İzmayılovka” adlanan ərazidə yerləşən "xxxx" MMC-nin icarəyə götürdüyü “Taxıl hazırlığı” səhimdar cəmiyyətinə aid anbarın yaxınlığına gəlib hasardan zavodun həyətinə keçmiş, daha sonra ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra mühafizə üçün qoyulmuş setkanı dartıb çıxardaraq pəncərəni itələyib açmaqla oradan sarımsaq saxlanılan anbara, yəni saxlanc yerinə qanunsuz olaraq daxil olmuş və orada olan "xxxx" MMC-yə məxsus hər birinin içərisində 26 kiloqram olmaqla 53 ədəd kisələrə yığılmış, 1 kiloqramı 4.5 manat olmaqla ümumilikdə 1378 kiloqram sarımsağı götürərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 6021 (altı min iyirmi bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 48,475 qram çəkidə narkotik vasitə olan asetilə edilmiş tiryəki üstündə saxlamaqla daşımış, bu fakt 25 avqust 2020-ci il tarixdə saat 17-18 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı Xaçmaz şəhəri Dağıstan küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə həmin çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş, bununla da o, təkrarən saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər üzdən tanımışdır. Onunla aralarında hər hansı bir ədavət düşmənçilik olmamışdır. O iş olan zamanlarda özünün və ailəsinin dolanışığını təmin etmək üçün fəhlə olaraq işləmişdir. Bunun müqabilində gündəlik olaraq zəhmət haqqı almışdır. Lakin iş olmadığı zamanlarda o maddi cəhətdən çətinlik çəkirmiş. 2020-ci ilin aprel ayında o işi olmadığı üçün maddi cəhətdən sıxıntıda olmuşdur. O Zərərçəkmiş şəxs dükanının daimi olaraq yaxınlığından keçdiyindən və həmçinin orada bazarlıq etdiyindən həmin mağazanın nə zaman bağlandığını açıldığını bilirmiş. Həmin ərəfələrdə maddi çətinlik çəkdiyindən Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etmək qərarına gəlmişdir. O həmin mağazanın qapısının dəmir jalüzlə bağlandığını bildiyindən özü ilə dəmir parçası götürərək həmin mağazanın yaxınlığına getmişdir. O həmin tarixi dəqiq xatırlamır. Lakin axşam saat 03 radələri olmuşdur. O mağazanın olduğu küçəyə yaxınlaşaraq ətrafda heç kimin olmadığını bildikdən sonra jalüzün qıfıl keçirilməsi üçün olan, yerə bitişik dəmirlərini sındırmışdı0r. Bundan sonra bir neçə dəqiqə mağazanın kənarına keçərək gözləmişdir ki, hər hansı bir şəxs gəlsə onu görməsin. O səsə heç bir şəxsin gəlmədiyinə əmin olduqdan sonra mağazanın plasmas qapısını kilid hissəsindən dəmirlə aralamaqla açaraq mağazanın içərisinə daxil olmuşdur. Mağazaya daxil olduğu zaman oradan müxtəlif markalı siqaretləri, bir qədər ərzaq məhsullarını yəni, araq, çay, kolbasa, sosiska, banan, piyvə oğurlamışdır. Həmçinin miqdarını xatırlamadığı qədər pulları oğurlamışdır. Belə ki, o qaranlıqda yuxarıda qeyd etdiklərini mağazadan oğurladıqdan sonra təcili olaraq yaşadığı evə getmişdir. O ərzaqları yaşadığı evə qoymuşdur. Siqaretləri isə evin həyətində gizlətmişdir. Hadisədən bir neçə gün sonra yaşadığı evin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan X5 görmüşdür. O Valehdən artıq siqaretlərinin olduğunu, alıb almaq istəməyəcəyini soruşmuşdur. O Valehə həmin siqaretləri fəhlə işlədiyi zaman pulun əvəzinə ona verdiklərini bildirmişdir. Valehə özündə “Argo” markalı siqaretin olmasını bildirmişdir. Valeh ondan nə üçün özünün çəkmədiyini soruşduqda Valehə pula ehtiyacının olduğunu bildirmişdir. O siqaretin bir paçkasını 1.30 manata sata biləcəyini demişdir. Valeh almaq istədiyini bildirsə də həmin zaman üzərində pul olmadığından günün sonunda ala biləcəyini bildirmişdir. Onlar bu barədə razılaşdıqdan sonra bir qədər də söhbət etmiş və ayrılmışlar. Həmin gün axşam saatlarında yenidən onunla küçədə rastlaşmışlar. O Valehdən siqaret alıb almayacağını soruşmuşdur. Valeh alacağını bildirmişdir. O həmin zaman yaşadığı ünvana gedərək oğuladığı siqaretlərdən bir qədər gətirmişdir. Valeh ondan təxminən 20-21 ədəd Argo markalı siqaret almışdır. Valehdən bunun müqabilində neçə manat aldığını xatırlamır. Daha sonra onlar ayrılmışlar. Bundan başqa o "xxxx" MMC-nin rəhbərliyini tanımır. Onlarla və yaxud həmin MMCdə işləyən hər hansı bir şəxslə aralarında münaqişə dava-dalaş və ədavət olmamışdır. Onun ailəsi ilə Xaçmaz şəhəri ərazisində yaşadığı ərazi “İzmailovka” adlanır. Onların yaşadıqları evə 300-400 metrlik məsafədə anbar vardır. O uzun illərdir həmin anbarda müxtəlif növ kənd təsərrüfatı məhsullarının saxlanıldığını bilirmiş. Belə ki, 2020-ci ilin iyul ayının əvvəllərində onun maddi imkanı olmadığından həmin anbardan məhsul oğurlayaraq bazarda satmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin anbara ümumilikdə 4 dəfə oğurluq etmək məqsədilə girmişdir. Belə ki, o 2020-ci ilin iyul ayının əvvəlində dəqiq xatırlamadığı bir tarixdə həmin anbarın yaxınlığına gəlmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq anbarın həyətinə daxil olmuşdur. Oradan isə anbara yaxınlaşmışdır. Belə ki, anbarın nəfəsliyindən anbara daxil ola biləcəyini düşünmüş və nəfəsliyi qorumaq üçün divara bərkidilmiş tel setkanı əli ilə dartaraq qopartmışdır. Bundan sonra pəncərəni itələyərək açmışdır. O həmin pəncərədən anbarın sarımsaq kisələri yığılan hissəsinə daxil olmuşdur. Buraya Bax cild 1dığı zaman orada kisələrdə sarımsaqların olmasını görmüşdür. O sarımsaqların faktiki olduqları kisələr kiçik olduqlarından həmin anbarda olan böyük, içərisi boş olan sarımsaq kisələrini götürmüşdür. O 2-3 ədəd kiçik sarımsaq kisələrindən 1 ədəd böyük sarımsaq kisələri düzəltmişdir. Birinci dəfə oradan kiçik kisələrdən hazırladığı 6 ədəd böyük kisələrdə sarımsaq oğurlamışdır. Onların çəkisinin nə qədər olmasını dəqiq bilməsə də təxminən 45 kq olduğunu fikirləşmişdir. O həmin kisələri nəfəsliyin altında bir metr yarımlıq ayaqlığın üzərinə qoymuş daha sonra özü həmin ayaqlığın üzərinə çıxaraq kisəni nəfəslikdən aşağı salmışdır. Bu formada o anbardan ümumilikdə 1-2 gün aralıqlarla 4 dəfəyə birinci dəfə 6, ikinci dəfə 4, üçüncü və dördüncü dəfələrdə isə 3 ədəd olmaqla ümumilikdə təxminən 16 ədəd böyük kisələrdə sarımsaq oğurlamışdır. O oğurladığı sarımsaq kisələrini yaşadığı küçədə hündür otlarla hasarın arasında olan boşluğa qoyurmuş. Belə ki, o hər oğurluq etdiyi gün sarımsaq kisələrini satmağa çalışmışdır. Birinci dəfə sarımsaq kisələrini oğurladığı günün səhər saatlarında tanımadığı taksi tutaraq Xaçmaz şəhərində yerləşən bazara getmişdir. Orda həmin sarımsaqları satmaq istəmişdir. O sarımsaq kisələrini bazarda taksidən düşürdmüşdür. Bazara girdiyi satıcılar onun topdan sarımsaq satdığını bilib ona yaxınlaşmışlar. O həmin zaman Xaçmaz şəhər sakini kimi tanıdığı Şahid2 ilə sarımsaqların qiymətində razılaşaraq ona üç kisə sarımsaq satmışdır. O həmin sarımsaq kisələrinin müqabilində Nizamidən təxminən 350-400 manat pul almışdır. O Nizamiyə yenidən bazara sarımsaq gətirəcəyini lakin bazara tez gələcəyini bildirmişdir. Nizami isə ona həmin sarımsaqları haradan əldə etdiyini soruşduqda o həmin sarımsaqları kəndlərdən aldığını və gətirərək bazarda satdığını bildirmişdir. Nizami ona növbəti dəfə satdıq sarımsaqları olduğu zaman onun yaşadığı ünvana sarımsaqları gətirməsini bildirmişdir. O Nizami ilə razılaşmışdır. Bundan bir-iki gün sonra yenidən oğurladığı sarımsaqlardan 3 kisəsini əvvəlcədən tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Şahid4 avtomobili ilə yaşadığı evin qarşısından götürərək Nizaminin yaşadığı ünvana aparmışdır. O orada həmin sarımsaqları Nizamiyə satmış və yenidən sarımsaqların müqabilində təxminən 350-400 manat pul almışdır. Bundan bir neçə gün sonra oğurladığı sarımsaqlardan 2 kisəsini yenidən Rüstəmin avtomobili ilə yaşadığı evin qarşısından götürərək Xaçmaz şəhərində yerləşən bazara aparmışdır. Belə ki, o Nizaminin sarımsaqları ondan ucuz qiymətə aldığını düşündüyündən sarımsaqları onun yaşadığı ünvana aparmamışdır. O bazarda olduğu zaman Xaçmaz şəhər sakini kimi üzdən tanıdığı Şahid3 ondan sarımsaq almaq istədiyini bildirmişdir. O birinci dəfə Samirə 2 kisə sarımsaq satmışdır. Həmin iki kisə sarımsağın müqabilində ondan təxminən 200-250 manat pul almışdır. Birinci dəfə ona sarımsaq satdığı zaman onlar aralarında razılaşmışlar ki, o növbəti dəfə bazarda satmalıq sarımsağı olduğu zaman Samirin yaşadığı ünvana sarımsaq aparacaqdır. Bundan sonra o Samirin yaşadığı ünvana tanımadığı taksilərlə bir neçə gün aralıqnan ümumilikdə 3 dəfə sarımsaq satmağa getmişdir. Belə ki, onun Samirin evinə getdiyi birinci dəfə ona iki kisə sarımsaq satmış və bunun müqabilində Samirdən təxminən 200-250 manat pul almış, ikinci və üçüncü dəfələrdə isə Samirin yaşadığı ünvana gedərək ona hər dəfə 3 kisə olmaqla hər üç kisəyə görə 350-400 manat müqabilində sarımsaq satmışdır. O Samirə ümumilikdə 10 kisə sarımsaq satmışdır. Bundan başqa o 2018-ci ildən narkotik vasitələrdən qəbul edir. 24 avqust 2020-ci il tarixdə o Xaçmaz şəhəri Dağıstan küçəsinin yaxınlığında olan zibilxanaya gedib satmaq üçün dəmir axtarırmış. Bu vaxt zibillikdə selofana bükülmüş tünd qəhvəyi rəngli yumru formada kütlə tapmışdır. Sellofanı açdığı zaman görmüşdür ki, içindəki narkotik vasitə olan tiryəkdir. Belə ki, özü narkotik vasitələrdən istifadə etdiyinə görə narkotik vasitələri tanıyır. O həmin tiryəki selofan qarışıq cibinə qoymuş və həmin günü axşam evdə ondan bir az qırıb udmuşdur. 25 avqust 2020-ci il tarixdə saat 17 radələrində o evdən küçəyə çıxanda həmin selofana bükülmüş tiryəkidə şalvarının yan cibinə qoymuşdur. O küçəyə çıxıb bir qədər piyada yol getmişdir ki, iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər. O polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə maşınlarına əyləşib Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman təklif etmişlər ki, cibində olan əşyaları çıxarıb təqdim etsin. O da cibində olan bir ədəd şprisi, 1 ədəd alışqanı, 1 ədəd mobil telefonunu, 1 ədəd boş şüşə qabı və 1 ədəd selofana bükülmüş tiryəki ciblərindən çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üstünə axtarış aparılsa da heç nə aşkar olunmamışdır. Sorğu zamanı həmin selofana bükülmüş kütlənin narkotik vasitə tiryək olduğunu bildirmişdir. Bununla bağlı polis əməkdaşları tərəfindən çəkiliş də aparılmışdırdı. Sonra həmin kütləni qablaşdırıb götürmüşlər. O tərtib olunan protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O cibindən çıxan narkotik vasitənin özümə məxsus olmasını bildirmişdir. O şəxsi istifadəsi üçün həmin narkotik vasitəni üzərində saxlamışdır. O mağazadan oğurluq etdiyi zaman mağazanın içərisi qaranlıq olduğundan uşaq bezini götürərək torbanın içərisinə qoyduqda ona fikir verməmişdir. Lakin mağazadan tələsik şəkildə çıxdıqdan sonra həmin uşaq bezini atmışdır. O mağazaya oğurluğa girərkən istifadə etdiyi dəmiri atmışdır. Lakin hadisənin üzərindən uzun müddət keçdiyindən haraya atdığını xatırlaya bilmir. O mağazadan oğurladığı həmin siqaretləri hissə-hissə özü çəkdiyini bildirmişdir. O mağazadan təkbaşına oğurluq etmişdir. Valeh Mirəliyevin həmin siqaretlərin oğurluq olmasından məlumatı olmamışdır. O sarımsaq kisələrini tək oğurlamışdır. O anbarda olan kiçik sarımsaq kisələrini orada qalaqlanmış boş kisələrin içərisindən tapdığı böyük kisələrə yığmışdır. Sarımsaqların olduqları öz kisələrinin içərilərində həqiqətən 26 kiloqrama yaxın sarımsaqlar olsa da bəzilərində daha az çəkidə sarımsaqlar olmuşdur. Ola bilsin yaranmış fərq bununla bağlıdır. Dəqiq neçə ədəd sarımsaq kisələrini oğurlamağını xatırlamır. Onun sarımsaqları satdığı şəxslər və taksi fəaliyyəti ilə məşğul olan şəxslər həmin sarımsaqların oğurluq olmasını bilmirdilər. O üzərindən aşkar edilən narkotik vasitəni yaşadığım küçənin yaxınklığındakı zibillikdən tapmışdır. O üzərindən çıxan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. O heç kimə narkotik vasitə satmamışdır. O polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra onun hüququları pozulmamış və ona qarşı hər hansı bir qanunsuzluq olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, Xaçmaz şəhəri, Təbriz küçəsi, ev 25-də ailəsi ilə birlikdə yaşayır. 1996-cı ildən özünə məxsus Xaçmaz şəhəri, Alı Mustafayev küçəsində yerləşən marketi işlədir. Marketin adı yoxdur. Marketdə müxtəlif meyvə-tərəvəz məhsulları, ərzaq və xırdavat malları satır. Marketi özü tək işlədir, satıcısı yoxdur, satılan bütün hər şey özünə məxsusdur. Marketi hər gün səhər saat 08 radələrində açır və axşam saat 20 radələrində bağlayır. 01 aprel 2020-ci il tarixdə, saat 20 radələrində həmişə olduğu kimi marketi bağlayaraq evinə getmişdir. 02 aprel 2020-ci il tarixdə, saat 08 radələrində marketə gəldiyi zaman görmüşdür ki, marektin plastik materialdan ibarət qapısının üzərinə qoruyucu təbəqə kimi çəkilərək örtülmüş dəmir materialdan ibarət jalüzün yerə bitişik vəziyyətdə olan dəmir qarmaqlarının hər ikisi qırılmışdır, amma dəmir qarmaqların üzərində olan hər iki qıfıl zədələnməmişdir, yəni jalüz qıfılları deyil, qarmaqlarının qırılması yolu ilə açılmışdır, plastik materialdan ibarət digər qapı isə azca aralı vəziyyətdə qalmışdır. O başa düşmüşdür həmin gecə marketə oğurluq etmək üçün naməlum şəxs və ya şəxslər daxil olmuşdur. Dərhal DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və özü də marketə daxil olmayıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Az sonra polis əməkdaşları gəlmişlər və o polislərlə bilrikdə marketə daxil olmuşdur. Polis əmkdaşları onun iştirakı ilə hadisə yerinə Bax cild 1ış keçirməyə başlamışlar. O isə marketdən oğurlanmış əmlakını müəyyən etməyə başlamışdır. Hadisə zamanı ona məxsus olan 12 ədəd “WİNCHESTER” silver markalı siqaret (nazik qutu), 13 ədəd “WİNCHESTER” blue markalı siqaret (compact qutu), 12 ədəd “ARGO” red markalı siqaret (qalın qutu), 10 ədəd “ARGO” blue markalı siqaret (nazik qutu), 11 ədəd “ARGO” blue markalı siqaret (compact qutu), 06 ədəd “SOBRANİE” blue markalı siqaret (compact qutu), 05 ədəd “SOBRANİE”white markalı siqaret (nazik qutu), 05 ədəd “KENT 1” markalı siqaret (nazik qutu), 03 ədəd “KENT 4” markalı siqaret (nazik qutu), 03 ədəd “KENT 4" markalı siqaret (qalın qutu), 04 ədəd “KENT 8” markalı siqaret (qalın qutu), 05 ədəd “LD Club” silver markalı siqaret (compact qutu), 05 ədəd “LD Club” white markalı siqaret (nazik qutu), 05 ədəd “WİNSTON” silver markalı siqaret (compact qutu), 04 ədəd “WİNSTON” silver markalı siqaret (nazik qutu), 12 ədəd “PALL MALL” blue markalı siqaret (compact qutu), 08 ədəd “PALL MALL” silver markalı siqaret (nazik qutu), 09 ədəd “İMPERİAL CLASSİK” blue (nazik qutu), 03 ədəd “İMPERİAL CLASSİK” black (compact qutu), 07 ədəd “WEST” silver (qalın qutu), 04 ədəd “VİCEROY” S- Line silver (compact qutu), 04 ədəd “VİCEROY” S- Line blue (compact qutu), 06 ədəd “MAGNA” silver (compact qutu), 05 ədəd “MAGNA” blue (compact qutu), 05 ədəd “MAGNA” black (nazik qutu), 05 ədəd “MAGNA” silver (nazik qutu), 05 ədəd “MAGNA” white (nazik qutu), 06 ədəd “BAKİ” white (qalın qutu), 05 ədəd “VEGAS” blue (nazik qutu), 05 ədəd “VEGAS” silver (nazik qutu), 05 ədəd “ROTMANS” silver (compact qutu), 05 ədəd “ROTMANS” black (compact qutu), 05 ədəd “WANT” blue (nazik qutu), 05 ədəd “WANT” silver (nazik qutu), 05 ədəd “WANT” black (nazik qutu), 03 ədəd “KİNGSTON” silver (qalın qutu), 03 ədəd “KİNGSTON” gold (qalın qutu), 42 ədəd olan, 4 ölçülü 01 bağlama “Gizmo Baby” markalı 4 ölçülü uşaq bezi, 1 litr həcmində, “Glubina” markalı 01 ədəd araq, 0,5 litr həcmində, dəmir qutuda olan, “Baltika” markalı, spirtsiz tərkibli pivə, 0,5 litr həcmində, dəmir qutuda olan, “Baltika” markalı, 7% spirt tərkibli pivə, 250 qram çəkidə, 01 qutu “Beta” markalı çay, 500 qram çəkidə, 01 qutu “Çempion” markalı çay, 500 qram çəkidə, 01 qutu “Beta” markalı çay, 250 qram çəkidə, 02 qutu “Çempion” markalı çay, 02 kq “Manqalüstü” markalı sosiska, 01 kq “Varionnu” markalı kolbasa, 1,2 kq banan oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş X8 bildirdi ki, 2020-ci ilin aprel ayının 1-dən "xxxx" MMC-də işləyir. MMC-nin Xaçmaz rayon İzmayılovka qəsəbəsində yerləşən taxıl hazırlığı zavodunda icarəyə götürdüyü anbar vardır. İşlədiyi MMC-nin Xaçmaz rayon Hacılar kəndi ərazisində əkdiyi sarımsaq məhsulu 2020-ci ilin iyun ayında Qazel markalı avtomobillə daşınaraq anbara yığılmış və anbardakı sarımsaq kisələri kitabda qeydiyyatı alınmışdır. "xxxx" MMC-də işləyən mərhum X6 axırıncı dəfə 41 kisə yarasız sarımsağı anbara yığmışdır. Yararsız sarımsaqdan əlavə 529 kisə təmiz sarımsaq anbara Nəriman Ağabəyov tərəfindən yığılmışdır. Həmin vaxtdan MMC-nin Xaçmaz rayon ərazisində əkdiyi taxılın biçilməyinə vaxt sərf olunduğundan anbara gedilməmişdir. 16 iyul 2020-ci il tarixdə təxminən saat 18 radələrində ona deməsinə görə sarımsaqların çürüyüb çürüməməsini yoxlamaq üçün Nəriman Ağabəyov anbara getmiş, anbarın giriş qapısında olan qıfılı açıb içəri daxil olmuş və sarımsaq kisələrinin az olması diqqətini çəkmişdir. Kisələri saydıqda 476 kisə təmiz sarımsaqın olduğunu aşkar etmişdir. Nəriman Ağabəyov anbarın ətrafına Bax cild 1dıqda hər hansı sındırılma və qırılma izlərinin olmadığını gördüyünü ona bildirmişdir. Nəriman Ağabəyov buna Bax cild 1mayaraq anbardan 53 kisə sarımsağın oğurlanmasını aşkar etdiyini və bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdiyini ona bildirmişdir. Cinayət işi üzrə ilkin olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış X6 MMC-yə dəymiş ziyanı təxmini olaraq bildirmişdir. O, cinayət işi üzrə keçirilmiş məhkəməı əmtəəəşünaslıq ekspertizasının oğurlanmış sarımsaqların dəyəri ilə bağlı verdiyi qiymətlə bağlı hər hansı bir etirazlarının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, o taksi fəaliyyəti ilə məşğul olaraq öz dolanışığını təmin edir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Sonuncu ilə aralarında hər hansı bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. İmranla da aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. O hər gün saat 09 radələrindən axşam saatlarına kimi Xaçmaz şəhəri ərazisində təksi fəaliyyəti ilə məşğul olur. Müştəri olmadığı zamanlarda isə yaşadığı küçənin yaxınlığında avtomobili ilə gözləmişdir. Belə ki, 2020-ci ilin aprel ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gün Təqsirləndirilən şəxsla küçədə rastlaşmışdır. İmran ona özündə artıq siqaretlərin olduğunu və onun siqaret çəkdiyini bildiyi üçün siqaret alıb almaq istəməyəcəyini soruşmuşdur. O İmrandan həmin siqaretləri haradan əldə etdiyini soruşmuşdur. Bu zaman İmran ona həmin siqaretləri fəhlə işlədiyi zaman pulun əvəzinə verdiklərini bildirmişdir. O İmranın bu sözünə inanmışdır. İmran ona özündə “Argo” markalı siqaretlərin olmasını bildirmişdir. O İmrandan nə üçün özünün həmin siqaretləri çəkmədiyini soruşduqda isə pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O İmranın həmin siqaretləri neçəyə satdığını soruşduqda İmran ona bir paçkasını 1.30 manata sata biləcəyini demişdir. O həmin siqaretlərin normal qiymətinin 1.6 manat olduğunu bildiyindən İmranla razılaşmışdır. Lakin həmin zaman üzərində pul olmadığından günün sonunda taksi fəaliyyətindən qazanacağı pul ilə ondan siqaret ala biləcəyini bildirmişdir. Onlar İmranla bu barədə razılaşdıqdan sonra bir qədər də söhbət etmişlər və ayrılmışlar. Həmin gün axşam saatlarında yenidən onunla küçədə rastlaşmışlar. İmran ona siqaret alıb alçayacağını soruşmuşdur. O isə 27 manat pulunun olduğunu İmrana bildirmişdir. Bundan sonra İmran ondan ayrılmışdır. Təxminən 5-10 dəqiqə sonra o yenidən gəlmişdir. Özü ilə onun sayını dəqiq bilmədiyi qədər Argo markalı siqaret gətirmişdir. O İmrana 27 manat pulu vermiş və bunun müqabilində İmrandan 21 ədəd Argo markalı siqaret almışdır. Həmçinin əlavə olaraq avtomobilindən ona 30 qəpik də vermişdir. Bundan sonra onlar İmranla ayrılmışlar. O daha sonradan polis şöbəsinə dəvət olunduğu zaman aldığı həmin siqaretlərin oğurluq olmasını bilmişdir. Onun həmin oğurluq barəsində heç bir məlumatı olmamışdır.O İmrandan aldığı siqaretləri özü çəkmişdir. O İmrandan ümumilikdə 21 paçka argo markalı siqaret almışdır. İmran ona həmin siqaretləri işləməsi müqabilində aldığını bildirmişdir. O polis şöbəsinə çağırıldıqdan sonra İmranın oğurladığı siqaretlərin Firuddin adlı tanımadığı şəxsə aid olduğunu bilmişdir. O İmranın ondan başqa şəxsə siqaret satıb satmadığını bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, o Xaçmaz şəhərində yerləşən bazarda icarəyə yer götürərək meyvə-tərəvəz və bəzi zamanlarda balıq alqısatqısı ilə məşğul olur. "xxxx" MMC-nin rəhbərliyini tanımır. Onlarla və yaxud orada işləyən hər hansı bir şəxslə aralarında düşmənçilik ədavət olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər Xaçmaz şəhər sakini kimi tanımışdır. Onunla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. 2020-ci ilin iyul ayının ortalarında səhər saatlarında İmranın taksi ilə onun işlədiyi bazara gəldiyini görmüşdür. O İmranın bazara satmaq üçün mal gətirdiyini bilmişdir. O İmranın nə satdığını soruşduqda İmran ona sarımsaq satdığını bildirmişdir. O İmrana həmin sarımsaqların kilosunu 2 manata ona satmasını təklif etmişdir. İmran isə onunla razılaşmayaraq həmin sarımsağı 2.5 manata satdığını bildirmişdir. O İmranla qiymət barədə razılaşaraq həmin gün ondan 3 kisə sarımsaq almışdır. Təxminən həmin kisələrdə 125-135 kiloqram sarımsaq olmuşdur. O sarımsaqların müqabilində İmrana təxminən 350 manat pul vermişdir. İmran söhbət əsnasında yenidən bazara sarımsaq gətirəcəyini, lakin tez gələcəyini bildirmişdir. Bu zaman onlar öz aralarında İmranın növbəti dəfə sarımsaqları onun yaşadığı ünvana gətirməsi barədə razılaşmışlar. İmran həmin sarımsaqları kəndlərdən aldığını və bazarda satdığını bildirmişdir. Bundan bir neçə gün sonra səhər saatlarında İmran onun yaşadığı ünvana gəlmişdir. imran bu dəfə də ona 3 kisə sarımsaq gətirmişdir. Bu dəfə də o İmrandan 3 kisə sarımsaq almışdır. Həmin zaman kisələrin çəkiləri ümumilikdə birinci dəfə ilə eyni olardı. O həmin sarımsaqların müqabilində İmrana təxminən 350 manat pul vermişdir. Bundan təxminən bir ay sonra o İmranın ona satdığı sarımsaqların oğurluq olmasını bilmişdir. Bu barədə çağırıldığı zaman polislərə izahat vermişdir. O polis şöbəsinə dəvət olunduğu zaman həmin sarımsaqların oğurluq olmasını bilməmişdir. O polis şöbəsinə dəvət olunanadək həmin sarımsaqları bazarda satmışdır. O İmrandan ümumilikdə 2 dəfəyə olmaqla 6 kisədə təxminən 250-270 kq sarımsaq almışdır. Bunun müqabilində isə İmrana təxminən 700 manat pul vermişdir. O İmranın başqa şəxsə sarımsaq satıb satmadığını bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, o Xaçmaz şəhərində yerləşən bazarda yer götürərək meyvə tərəvəz alqı-satqısı ilə məşğul olur. "xxxx" MMC-nin rəhbərliyini tanımır. Onlarla və yaxud orada işləyən hər hansı bir şəxslə aralarında düşmənçilik ədavət olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İmrnala aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. 2020-ci ilin iyul ayının ortalarında sonradan adının İmran olduğunu bildiyi şəxs ona yaxınlaşaraq sarımsağının olduğunu və satmaq istədiyini bildirmişdir. O ilk öncə ona sarımsaq satmadığını bildirmişdir. Lakin həmin zaman bazarda sarımsağın 3-4 manata satıldığını bilmiş və həmin zaman İmrana sarımsağı neçə manata satmaq istədiyini soruşmuşdur. İmran ona sarımsağı 3 manata satmaq istədiyini bildirmişdir. O İmrandan həmin sarımsağı gətirməsini istəmişdir. İmran isə bir qədər sonra bir kisə sarımsağı gətirmişdir. O sarımsağa Bax cild 1dığı zaman həmin sarımsaqlar bir qədər keyfiyyətsiz olduğundan 3 manata almayacağını bildirmişdir. Həmçinin həmin sarımsaqların kilosuna 2.5 manatdan artıq pul verməyinin ona sərf etmədiyini demişdir. İmran onun təklifi ilə razılaşmışdır. Bundan sonra digər bir kisə sarımsağı da gətirmişdir. Ümumilikdə iki kisədə olmaqla xatırladığı qədərilə 90 kiloqram sarımsağa ümumilikdə 225 manat pul vermişdir. Onlar söhbət etdikləri zaman o sarımsağının olduğunu, gətirəcəyini bildirmişdir. İmran ondan bazara hər gün saat neçədə gəldiyini soruşmuşdur. O isə səhər hava aydınlaşdığı zaman gəldiyini bildirmişdir. O İmrandan nə üçün maraqlandığını soruşduqda İmran ona növbəti dəfələrdə səhər tez bir zamanda sarımsağı gətirib ona satmaq istədiyini daha sonra isə öz işləri ilə məşğul olmaq istədiyini bildirmişdir. O İmranın kənddə yaşadığını düşünərək öz yaşadığı evin yerini İmrana başa salaraq sarımsaq gətirdiyi zaman evinə gətirməsini tapşırmışdır. Onun məqsədi sarımsaqları müəyyən müddət özündə saxladıqdan sonra qiymətlər bahalaşdığı zaman satmaq olmuşdur. Bundan təxminən 1 gün sonra İmran səhər tezdən saat 5 radələrində onun yaşadığı evə gəlmişdir. İmran özü ilə birlikdə 2 kisə sarımsaq da gətirmişdir. O yenidən evdə İmranın gətirdiyi sarımsaqları tərəzidə çəkmişdir və 90 kq çəkidə olduğuna görə yenidən ona təxminən 225 manat pul vermişdir. İmran isə ona yenidən sarımsaq gətirəcəyini bildirmişdir. O İmranla razılaşmışdır. Bundan təxminən 1-2 gün sonra İmran yenidən səhər saat 05 radələrində onun yaşadığı ünvana gəlmişdir. Bu səfər isə özü ilə birlikdə 3 kisə sarımsaq gətirmişdir. O yenidən həmin sarımsaqları tərəzidə çəkmiş və çəkisinin ümumilikdə 125-135 kq olduğunu bilmişdir. Həmin sarımsağın müqabilində ona təxminən 350 manat pul vermişdir. Təxminən 1-2 gün sonra İmran yenidən onun evinə eyni saatda yəni saat 5 radələrində gələrək 3 kisə sarımsaq gətirmişdir. O həmin sarımsaqları da ölçdükdə çəkisinin ümumilikdə 125-135 kq olduğunu bildiyindən İmrana təxminən 350 manat pul vermişdir. Bundan sonra o İmranı ümumiyyətlə görməmişdir. Təxminən bir ay sonra o İmranın ona satdığı sarımsaqların oğurluq olmasını bilmişdir. Bu barədə çağırıldığı zaman polislərə izahat vermişdir. O polis şöbəsinə dəvət olunduğu zaman həmin sarımsaqların oğurluq olmasını bilmişdir. O polis şöbəsinə dəvət olunanadək həmin sarımsaqları bazarda satmışdır. O ümumilikdə 4 dəfəyə olmaqla 10 kisədə təxminən 430-450 kq sarımsaq almışdır. Bunun müqabilində isə İmrana təxminən 1100-1200 manat pul vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 bildirdi ki, onun özünə məxsus olan Vaz 2199 markalı avtomobili vardır. o həmin avtomobillə bəzi vaxtlarda taksi fəaliyyəti ilə məşğul olur. "xxxx" MMC-nin rəhbərliyini tanımır. Onlarla və yaxud orada işləyən hər hansı bir şəxslə aralarında düşmənçilik ədavət olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər Xaçmaz şəhər sakini kimi tanımışdır. İmranla aralarında hər hansı bir münaqişə davadalaş və ədavət olmamışdır. O yuxarıda qeyd etdiyi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğu zamanlarda Xaçmaz şəhərində yerləşən Vağzalın yaxınlığında dayanmışdır. 2020ci ilin iyul ayının ortalarında səhər saatlarında İmran onun avtomobilinə yaxınlaşaraq boş olub olmadığını soruşmuşdur. O boş olduğunu bildirdikdə İmran ona yaşadığı evə aparmasını, evindən mal götürəcəklərini bildirmişdir. O İmranla razılaşmış və onlar birlikdə onun avtomobili ilə İmranın yaşadığı Xaçmaz şəhəri Dağıstan küçəsində yerləşən evə getmişlər. Orada o İmranın evinin qarşısında gözləmişdir. İmran üç kisə sarımsaq çıxararaq onun avtomobilinin yük yerinə qoymuşdur. Daha sonra İmran ona avtomobilini haraya sürəcəyəini göstərərək adının sonradan Nizami olduğunu bildiyi şəxsin evinə sürməyini tapşırmışdır. Onlar Nizami adlı şəxsin evinə çatdıqları zaman. İmran avtomobildən düşərək Nizamini çağırmışdır. Nizami çölə çıxmışdır. Onlar gətirdiyikləri sarımsaqları Nizaminin yaşadığı evin həyətinə qoymuşlar. Bundan sonra o həyətdən çölə çıxmışdır. İmran və nizami isə həyətdə sarımsağın çəkisini ölçmək məqsədilə qalmışlar. Bir qədər sonra İmran gələrək avtomobilə əyləşmişdir. O yenidən İmranı yaşadığı küçəyə aparmışdır. İmrandan isə yol haqqı olaraq 5 manat pul almışdır. Bundan təxminən bir neçə gün sonra səhər saatlarında o avtomobili ilə eyni yerdə yəni Avtovağzalın yaxınlığında dayanmışdır. İmran həmin zaman ona yaxınlaşmış və avtomobilinin boş olduğunu bilib ilk öncə onun evinə getmələrini, oradan isə Xaçmaz şəhərində yerləşən bazara getmələrini bildirmişdir. O İmranla razılaşaraq ilk öncə İmranı yaşadığı evin qarşısına aparmışdır. İmran evinə daxil olaraq oradan 3 kisə sarımsaq çıxartmışdır. O İmranın həmin sarımsaq kisələrini onun avtomobilinin yük yerinə qoymasına kömək etmişdir. Bundan sonra onlar Xaçmaz şəhərində yerləşən bazara getmişlər. Onlar bazara çatdıqdan sonra həmin sarımsaq kisələrini avtomobildən aşağı endirmişlər. Bazarda sarımsaq almaq istəyən satıcılar İmrana yaxınlşamışlar. İmran 3 kisə sarımsaqları da bazarda satmışdır. Bundan sonra o İmranı yenidən yaşadığı ünvana aparmışdır. O bundan təxminən 1 ay sonra polis şöbəsinə çağırıldığı zaman İmranın onun avtomobili ilə daşıdığı sarımsaqların oğurluq olmasını bilmişdir. İmran onun avtomobili ilə 2 dəfəyə hər dəfəsində 3 kisə olmaqla ümumilikdə 6 kisə sarımsaq daşımışdır. İmran ona sarımsaqları kəndlərdən alaraq bazarda satdığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 bildirdi ki, o Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis leytenantı rütbəsindədir. 25 avqust 2020-ci il tarixdə Xaçmaz şəhəri Dağıstan küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməsi, daşıması, saxlaması və istifadə etməsi barədə Xaçmaz RPŞ-nin CAB-nə məlumat daxil olmuşdur. Xaçmaz RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid6 bu məlmatı Xaçmaz rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Şahid6 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Onlar 25 avqust 2020-ci il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhərində yaşadığı evin yaxınlığında olduğunu müəyyən etmişlər və həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edərək, onlarla Xaçmaz RPŞ-nə gəlməsini, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. İmran, onlarla Xaçmaz RPŞ-nin inzibati binasına gəlmişdir. X9 razılığı ilə videoçəkilişlə müdafiəçisinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə İmranın üzərinə şəxsi axtarış keçirilmişdir. İmranın üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə tiryəkə bənzər maddə olan bir ədəd sellofan büküm aşkar edilmişdir. Qurban İmranov aşkar edilmiş bükümün içərisində olan maddənin narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Onun üzərindən aşkar edilmiş bir ədəd büküm bir kağız zərfdə qablaşdırılmışdır. Keçirilmiş şəxsi axtarış barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qabalaşdırılmış zərfin tamlığını imzası ilə təsdiq etmişdir. Qurban İmranov şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. İmran həmin narkotik vasitə olan Tiryəki tapdığını və şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6, Şahid5 ifadəsi ilə anoloci ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2020-ci il tarixli 6/1664 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 48.475 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Asetilə edilən tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 08 fevral 2021-ci il tarixli 9/584 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 kiloqram iri dənəli, yerli sarımsağın orta bazar qiyməti təxminən 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4.50 manat, 1378 kiloqramı isə 6021.00 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 08 fevral 2021-ci il tarixli 9/585 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 12 ədəd “WİNCHESTER” silver markalı nazik qutulu siqaretin 1 ədədi 2.2 manat olmaqla ümumilikdə dəyəri 26.4 manat, 13 ədəd “WİNCHESTER” blue markalı compact qutulu siqaretin 1 ədədi 2.2 manat olmaqla ümumilikdə dəyəri 28.6 manat, 12 ədəd “ARGO” red markalı qalın qutulu siqaretin 1 ədədi 1.5 manat olmaqla ümumilikdə dəyəri 18 manat, 10 ədəd “ARGO” blue markalı nazik qutulu siqaretin 1 ədədi 1.6 manat olmaqla ümumilikdə dəyəri 16 manat, 11 ədəd “ARGO” blue markalı compact qutu siqaretin 1 ədədi 1.6 manat olmaqla ümumilikdə dəyəri 17.6 manat, 06 ədəd “SOBRANİE” blue markalı compact qutulu siqaretin 1 ədədi 3.6 manat olmaqla ümumilikdə dəyəri 21.6 manat, 05 ədəd “SOBRANİE” white markalı nazik qutulu siqaretin 1 ədədi 3.6 manat olmaqla ümumilikdə dəyəri 18 manat, 05 ədəd “KENT 1” markalı nazik qutulu siqaretin 1 ədədi 3 manat olmaqla ümumilikdə dəyəri 15 manat, 03 ədəd “KENT 4” markalı nazik qutulu siqaretin 1 ədədi 3 manat olmaqla ümumilikdə dəyəri 9 manat, 03 ədəd “KENT 4" markalı qalın qutulu siqaretin 1 ədədi 3 manat olmaqla ümumilikdə dəyəri 9 manat, 04 ədəd “KENT 8” markalı qalın qutulu siqaretin 1 ədədi 3 manat olmaqla ümumilikdə dəyəri 12 manat, 05 ədəd “LD Club” silver markalı compact qutulu siqaretin 1 ədədi 2.5 manat olmaqla ümumilikdə dəyəri 12.5 manat, 05 ədəd “LD Club” white markalı nazik qutulu siqaretin 1 ədədi 2.5 manat olmaqla ümumilikdə dəyəri 12.5 manat, 05 ədəd “WİNSTON” silver markalı compact qutulu siqaretin 1 ədədi 2.8 manat olmaqla ümumilikdə dəyəri 14 manat, 04 ədəd “WİNSTON” silver markalı nazik qutulu siqaretin 1 ədədi 2.8 manat olmaqla ümumilikdə dəyəri 11.2 manat, 12 ədəd “PALL MALL” blue markalı compact qutulu siqaretin 1 ədədi 1.9 manat olmaqla ümumilikdə dəyəri 22.8 manat, 08 ədəd “PALL MALL” silver markalı nazik qutulu siqaretin 1 ədədi 1.9 manat olmaqla ümumilikdə dəyəri 15.2 manat, 09 ədəd “İMPERİAL CLASSİK” blue markalı nazik qutulu siqaretin 1 ədədi 1.6 manat olmaqla ümumilikdə dəyəri 14.4 manat, 03 ədəd “İMPERİAL CLASSİK” black markalı compact qutulu siqaretin 1 ədədi 1.6 manat olmaqla ümumilikdə dəyəri 4.8 manat, 07 ədəd “WEST” silver markalı qalın qutulu siqaretin 1 ədədi 1.8 manat olmaqla ümumilikdə dəyəri 12.6 manat, 04 ədəd “VİCEROY” S- Line silver markalı compact qutulu siqaretin 1 ədədi 1.7 manat olmaqla ümumilikdə dəyəri 6.8 manat, 04 ədəd “VİCEROY” S- Line blue markalı compact qutulu siqaretin 1 ədədi 1.7 manat olmaqla ümumilikdə dəyəri 6.8 manat, 06 ədəd “MAGNA” silver markalı compact qutulu siqaretin 1 ədədi 1.5 manat olmaqla ümumilikdə dəyəri 9 manat, 05 ədəd “MAGNA” blue markalı compact qutulu siqareti 1 ədədi 1.5 manat olmaqla ümumilikdə dəyəri 7.5 manat, 05 ədəd “MAGNA” black markalı nazik qutulu siqaretin 1 ədədi 1.5 manat olmaqla ümumilikdə dəyəri 7.5 manat, 05 ədəd “MAGNA” silver markalı nazik qutulu siqaretin 1 ədədi 1.5 manat olmaqla ümumilikdə dəyəri 7.5 manat, 05 ədəd “MAGNA” white markalı nazik qutulu siqaretin 1 ədədi 1.5 manat olmaqla ümumilikdə dəyəri 7.5 manat, 06 ədəd “BAKİ” white markalı nazik qutulu siqaretin 1 ədədi 1.4 manat olmaqla ümumilikdə dəyəri 8.4 manat, 05 ədəd “VEGAS” blue markalı nazik qutulu siqaretin 1 ədədi 1.4 manat olmaqla ümumilikdə dəyəri 7 manat, 05 ədəd “VEGAS” silver markalı nazik qutulu siqaretin 1 ədədi 1.4 manat olmaqla ümumilikdə dəyəri 7 manat, 05 ədəd “ROTMANS” silver markalı compact qutulu siqaretin 1 ədədi 1.9 manat olmaqla ümumilikdə dəyəri 9.5 manat, 05 ədəd “ROTMANS” black markalı compact qutulu siqaretin 1 ədədi 1.9 manat olmaqla ümumilikdə dəyəri 9.5 manat, 05 ədəd “WANT” blue markalı nazik qutulu siqaretin 1 ədədi 1.5 manat olmaqla ümumilikdə dəyəri 7.5 manat, 05 ədəd “WANT” silver markalı nazik qutulu siqaretin 1 ədədi 1.5 manat olmaqla ümumilikdə dəyəri 7.5 manat, 05 ədəd “WANT” black markalı nazik qutulu siqaretin 1 ədədi 1.5 manat olmaqla ümumilikdə dəyəri 7.5 manat, 03 ədəd “KİNGSTON” silver markalı qalın qutulu siqaretin 1 ədədi 1.2 manat olmaqla dəyəri ümumilikdə 3.6 manat, 03 ədəd “KİNGSTON” gold markalı qalın qutulu siqaretin 1 ədədi 1.2 manat olmaqla ümumilikdə dəyəri 3.6 manat, “Gizmo Baby” markalı 4 ölçülü uşaq bezinin dəyəri 12.6 manat, 1 litrlik “Glubina” markalı 01 ədəd arağın dəyəri 10 manat, 0,5 litr həcmində, dəmir qutuda olan 1 ədəd “Baltika” markalı spirtsiz pivənin dəyəri 1 manat, 0,5 litr həcmində, dəmir qutuda olan 1 ədəd “Baltika” markalı, 7% spirt tərkibli pivənin dəyəri 2.2 manat, 250 qram çəkidə, 01 qutu “Beta” markalı çayın dəyəri 5 manat, 500 qram çəkidə, 01 qutu “Çempion” markalı çayın dəyəri 9.5 manat, 500 qram çəkidə, 01 qutu “Beta” markalı çayın dəyəri 9.5 manat, 250 qram çəkidə, 02 qutu “Çempion” markalı çayın 1 qutusu 5 manat olmaqla ümumilikdə dəyəri 10 manat, 02 kq “Manqalüstü” markalı sosiskanın 1 kiloqramı 9.5 manat olmaqla ümumilikdə dəyəri 19 manat, 01 kq “Varionnu” markalı kolbasanın dəyəri 10 manat, 1,2 kq bananın 1 kiloqramı 2.5 manat olmaqla ümumilikdə dəyəri 3 manat olduğu göstərilmişdir. Belə ki, oğurluq zamanı oğurlanan malların dəyəri ümumilikdə 526.70 manat müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 11 fevral 2020-ci il tarixli 457 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 28.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının müddəti bitməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin eyni məcəllənin 83.1-ci maddsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməllərini Xaçmaz rayon məhkəməsinin hökmü qüvvəyə minməmişdən törətmişdir. İş materiallarında olan Xaçmaz şəhər İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbayan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinə əsasən bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar tiryək üçün 0,5 qram müəyyən edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. AR CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 48.425 qram olan tiryək məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 165 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X7 vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutlan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 1(067)- 115/2020 saylı hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 28 avqust 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 48.425 qram olan tiryək məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 165 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X7 vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-in maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 48.425 qram olan tiryək məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 165 manat pul təqsirləndirilən şəxs X2 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar