Məhkəmə qərarları › İş №1(067)-66/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-66/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-66/2023 28.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi ev 52-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə Ağçay çayının Xaçmaz rayonu, Qaraçı kəndindən keçən hissəsində, kəndin qəbristanlığından 300 metr cənubda, qeyd olunan çayın axını istiqamətində sağ tərəfdə yerləşən kolluq ərazidə torpağa basdıraraq əkmiş və əkdiyi həmin toxumlardan yetişən 11 (on bir) ədəd çətənə bitkisinə 02 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları kultivasiya etmiş, bu fakt Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 14:50-15:10 müddətində qeyd olunan əraziyə baxış keçirilən zaman, həmin yerdən 11 (on bir) ədəd yaş vəziyyətdə, ümümi çəkisi 2360 (iki min üç yüz altmış) qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya (əkmə və yetişdirmə) etmişdir.Bununla da o Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər dəfələrlə marixuana istifadə etmiş, marixuananın istifadəçisidir. 2021-ci ilin avqust ayının sonlarında Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində mal-qara otaran zaman kolluq ərazidə çətənə kolu tapmışdır. Həmin vaxt kol tam yetişmiş, üzərində toxumlar olmuşdur. O marixuana istifadə etdiyindən həmin kolun üzərində olan toxumları yığmışdır ki, aparıb başqa vaxt əkib özü üçün çətənə bitkisi əldə edər. 2022-ci ilin aprel ayının ortalarında həmin toxumları əkmək qərarına gəlmiş və yaşadığı evin həyətində gizlətdiyi yerdən həmin toxumları götürüb Xaçmaz rayonu Qaraçı kəndinə gəlmişdir. Belə ki, həmin kənd ərazisində çayın kənarında kolluqların arasında narkotik vasitə çətənə bitkilərini əkə biləcəyini düşünmüşdür. O Ağçay çayının həmin kənd ərazisindən keçən hissəsinə, çayın sağ tərəfində kolluqlar olan yerə gecə vaxtı getmişdir. Həmin sahədə kolluqları təmizləyərək boşluq yaratmışdır ki, orada çətənə bitkiləri əkə bilsin. Oraya toxumları səpmiş və mütəmadi olaraq orada toxumlara qulluq etmişdir. Bir qədər sonra əkdiyi 11 ədəd toxumlardan 11 ədəd kol bitmişdir. O həmin kolları yaxınlıqdan keçən arxın suyu ilə suvarmdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində həmin sahədə, 11 ədəd çətənə bitkisinin yanında olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edib polis işçiləri olduqlarını və çətən bitkisi əkməsi barədə məlumat əldə etdiklərini demişlər. Onlar onu kolların tam yanında gördüyündən o başa düşmüşdür ki, kimsə onun barəsində polisə məlumat vermiş, heç nəyi gizlətməyin mənası yoxdur. Bundan sonra isə həmin yerə gələn polis işçiləri, həmçinin mütəxəssisin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. O hər şeyi polis işçilərinə etiraf etmiş və məlumatın doğru olmasını demişdir. O da baxışda həmin şəxslərə çətənə bitkilərini özünün əkdiyini, onlara qulluq etdiyini demişdir. Polis işçiləri və mütəxəssisin iştirakı ilə əkdiyi çətənə bitkiləri köklərindən çıxarılaraq sayılmış və 11 ədəd olması müəyyən edilmişdir. Sonra həmin kollar 01 ədəd sintetik torbada qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. O, heç kimə narkotik vasitə satmamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir təzyiq və yaxud güc tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 göstərdi ki, o Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində olmaqla polis baş-leytenantı rütbəsindədir. 02 sentyabr 2022-ci il tarixdə Xaçmaz şəhəri Ş.Qurbanov küçəsi ev 52-də qeydiyyatda olan Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin PPXB-nin bölük komandirinin müavini, polis mayoru Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs Ağçay çayının Xaçmaz rayonu Qaraçı kəndi ərazisindən keçən hissəsində çayın axını üzrə sağ tərəfdə olan kolluq ərazidə tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi müəyyən edilmiş və 02 sentyabr 2022-ci il tarixdə saat 14-15 radələrində Təqsirləndirilən şəxs, Xaçmaz RPŞ-nin polis əməkdaşları və mütəxəssisin iştirakı ilə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidən mütəxəssis aqronomun aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilməsini bildirdiyi 11 ədəd çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bitkiləri özünün əkərək kultivasiya etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını,yalnız şəxsi istifadəsi üçün tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etdiyini bildirmişdir. Məhkəmədə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin PPXB-nin bölük komandirinin müavini, polis mayoru Şahid1, ibtidai istintaq zamanı Şahid2 ifadəsi ilə oxşar ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o 2003-cü ildən Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz mənzil istismar idarəsinin aqronom-nəzarətçisi işləyir. 02 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Xaçmaz RPŞ-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün polis şöbəsinə getmişdir. Polis əməkdaşları ilə 02 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi ev 52-də yaşayan, sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs olduğu, Ağçay çayının Xaçmaz rayonu Qaraçı kəndi ərazisindən keçən hissəsində çayın axını istiqaməti üzrə sağdakı kolluğa getmişlər. Orada Təqsirləndirilən şəxs və Xaçmaz RPŞ-nin polis əməkdaşlarının iştirakı ilə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidən aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilməsini müəyyən etdiyi 11 ədəd çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bitkiləri özünün əkərək kultivasiya etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, dibləri yumşaldılmış, mütəmadi olaraq sulanmışdır. İş materillarında olan baxış keçirilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus, özü tərəfindən kultivasiya edilmiş 11 ədəd çətənə bitkiləri olması ehtimal edilən bitkilər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 03 sentyabr 2022-ci il tarixli 7/976 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş torbada 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2360,0 qram olan bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan maddi sübutun tanınması haqqında qərardan görünür ki, 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 11 (on bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 2360,0 qram olan, tədqiqatdan sonra qalan 2359,45 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Ağçay çayının Xaçmaz rayonunun, Qaraçı kəndindən keçən hissəsində, həmin çayın axın istiqamətində sağ tərəfində yerləşən kolluq əraziyə keçirilən baxış zamanı qeydə alınan video görüntülərin olduğu bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 27 dekabr 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «Xaçmaz Rayon Mərkəzi Xəstəxanası» tərəfindən verilmiş məktubdan görürünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası» X6 həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Quba rayon X2 tərəfindən verilmiş məktubdan görürünür ki, Təqsirləndirilən şəxs Quba rayon X1 müraciət etməyib. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi səciyyələndirilmir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə Ağçay çayının Xaçmaz rayonu, Qaraçı kəndindən keçən hissəsində, kəndin qəbristanlığından 300 metr cənubda, qeyd olunan çayın axını istiqamətində sağ tərəfdə yerləşən kolluq ərazidə torpağa basdıraraq əkmiş və əkdiyi həmin toxumlardan yetişən 11 (on bir) ədəd çətənə bitkisinə 02 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları kultivasiya etmiş, bu fakt Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 14:50-15:10 müddətində qeyd olunan əraziyə baxış keçirilən zaman, həmin yerdən 11 (on bir) ədəd yaş vəziyyətdə, ümümi çəkisi 2360 (iki min üç yüz altmış) qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya (əkmə və yetişdirmə) etmişdir.Bununla da o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, 2-ci dərəcə əlilliyinin olmasını və törətdiyi cinayət əməlini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 02 senyabr 2022-ci il tarixli protokoldan və qərarından, şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 04 sentyabr 2022-ci il tarixli qərarından və “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində 02(iki) gün tutulmuş, müstəntiqin şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qərarı ilə həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Ağçay çayının Xaçmaz rayonunun, Qaraçı kəndindən keçən hissəsində, həmin çayın axın istiqamətində sağ tərəfində yerləşən kolluq ərazisindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2359,45 qram təşkil edən 11 (on bir) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Ağçay çayının Xaçmaz rayonunun, Qaraçı kəndindən keçən hissəsində, həmin çayın axın istiqamətində sağ tərəfində yerləşən kolluq ərazisində keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 88 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu (tutulduğu) 02 gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Hökmün icrası Xaçmaz rayon İcra və probasiya şöbəsinə, Xaçmaz rayon polis şöbəsinə və Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Ağçay çayının Xaçmaz rayonunun, Qaraçı kəndindən keçən hissəsində, həmin çayın axın istiqamətində sağ tərəfində yerləşən kolluq ərazisindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2359,45 qram təşkil edən 11 (on bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş Ağçay çayının Xaçmaz rayonunun, Qaraçı kəndindən keçən hissəsində, həmin çayın axın istiqamətində sağ tərəfində yerləşən kolluq ərazisində keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar