Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-67/2021 19.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun Müdafiəçi2 iştirakları ilə xx xxxx 1979-cu ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Xaçmaz rayonu, Xudat şəhəri, Vaqif küçəsi, ev 24, mənzil 7-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 232.1-ci maddələri ilə, xx xxxx 1980-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsi, ev 63-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 20 oktyabr 2020-ci il tarixdə saat 22:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasardan keçməklə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli evin həyətinə, daha sonra isə zirzəmidən evə qanunsuz daxil olaraq yataq otağından 15 manat dəyərində bir ədəd boru və ucluqları üstündə olmayan «Samsung» markalı tozsoranı, həmin otaqda olan çarpayının altından isə 180 manat dəyərində bir ədəd Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, Baikal markalı, «İC-38P» modelli, 93057278 nömrəli, 4,5 mm kalibrli, «Diablo» tipli pnevmatik tüfəngi və 400 manat dəyərində bir ədəd 1959-cu ildə İcevsk mexaniki zavodunda istehsal edilmiş, 16 kalibrli, «İcK» modeli, B15391 nömrəli, xarici çaxmaqlı, təklüləli ov tüfəngini oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 595 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 31 dekabr 2020-ci il tarixdə saat 18:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasardan keçməklə Zərərçəkmiş şəxs1 Aqil oğlunun yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsi, 76 nömrəli evin həyətinə, daha sonra isə mətbəxin pəncərəsinin üzərindəki sintetik materialdan olan toru çıxarıb evə qanunsuz daxil olaraq yataq otağındakı şkafın qapısını açıb orada olan sandığın içərisindəki əl çantasından 430,50 manat dəyərində, 5,74 qram kütləli, 583/585 əyarlı, üzərində rəngsiz, qiymətli qaşlara aid olmayan, şəffaf qaşlar olan qızıl üzüyü, 430,50 manat dəyərində, 5,47 qram kütləli, 583/585 əyarlı qızıl üzüyü, 397,50 manat dəyərində 5,30 qram kütləli, 583/585 əyarlı, üzərində qiymətli qaşlara aid olmayan 1 ədəd yaşıl rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan qızıl üzüyü, 117 manat dəyərində, 1,56 qram kütləli, 583/585 əyarlı qızıl sırğa cütünü, 915,75 manat dəyərində, 12,21 qram kütləli, 583/585 əyarlı, üzərində qiymətli qaşlara aid olmayan rəngsiz, şəffaf qaşlar olan qızıl sırğa cütü-üzük dəstini, 2074,50 manat dəyərində, 27,66 qram kütləli, 583/585 əyarlı, qızıl boyunbağı-qolbaq dəstini oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 4365,75 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 232.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 20 oktyabr 2020-ci il tarixdə saat 22:30 radələrində Xudat şəhər sakni Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli evdən oğurlayıb onun evinə gətirdiyi bir ədəd boru və ucluqlar üstündə olmayan «Samsung» markalı tozsoranı, bir ədəd Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, Baikal markalı, «İC-38P» modelli, 93057278 nömrəli, 4,5 mm kalibrli, «Diablo» tipli pnevmatik tüfəngi və bir ədəd 1959-cu ildə İcevsk mexaniki zavodunda istehsal edilmiş, 16 kalibrli, «İcK» modeli, B15391 nömrəli, xarici çaxmaqlı, təklüləli ov tüfəngini qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əldə edib sahiblik etməklə pnevmatik tüfəngi 70 manata Şahid2, ov tüfəngini isə 130 manata Şahid3 satmaqla onlara sərəncam vermiş, bununla da o, qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə digər əmlakı əldə edib sahiblik etməklə onlara sərəncam vermişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 232.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda tam təqsirli bilərək göstərdi ki, o, anası Ədilə ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Vaqif küçəsi, ev 24, mənzil 7-də yaşayır. O, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə isə Quba rayon məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan o, Quba rayon məhəkəməsinin hökmündən Sumqayıt Apellyasiya məhkəməsinə şikayət vermiş və Sumqayıt Apellyasiya məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə Quba rayon məhkəməsinin hökmü ilə təyin edilmiş 02 il azadlıqdan mərhum etmə cəzası 03 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və həmin gün o, azad olunaraq Xudat şəhərinə gəlib ailəsi ilə bir evdə yaşamışdır. Cəzasının sonu bu ilin mart ayında başa çatmışdır. Cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra o, fəhləlik edərək ailəsini dolandırmışdır. O, 20 oktyabr 2020-ci il tarixdə təxminən saat 22:30 radələrində Xudat şəhəri, 1 May küçəsi ilə gedərkən görmüşdür ki, həmin küçədə yerləşən bir mərtəbəli evin işıqları yanmır, həyət qapısı isə asma qıfılla bağlanıb. Pula ehtiyacı olduğu üçün həmin evə daxil olub oğurluq etmək qərarına gəlmiş və əvvəlcə dayanıb ətrafa nəzər yetirmişdir. Ətrafda tamamilə sakitçilik olduğuna əmin olduqdan sonra həyət qapısının yaxınlığına gəlmiş və qapı ilə üzbəüz dayandıqda sağ yan tərəfdə olan hasarın üstündən keçməklə həyətə daxil olub evin sol yan tərəfinə gələndə görmüşdür ki, həmin yerdə bir laylı taxta qapı var. Taxta qapı açıq olmuş və o, həmin qapıdan içəri daxil olanda görmüşdür ki, daxil olduğu yer evin zirzəmisidir. O, özü ilə gətirdiyi alışqanın fənərini yandırıb baxanda üzbəüz başqa bir taxta qapının olduğunu görmüşdür. Həmin qapıda açıq olmuş və o, açıq qapıdan keçib sol yan tərəfdə olan taxta pilləkənlə yuxarı qalxıb əvvəlcə qonaq otağını, daha sonra isə yataq otağını axtarsada pul və ya qiymətli əşya tapa bilməmiş, yataq otağında olan iki nəfərlik taxta çarpayını qaldırıb alışqanın fənəri ilə baxanda görmüşdür ki, çarpayının altında kağıza bükülmüş bir ədəd tir tüfəngi və bir ədəd ov tüfəngi var. O, tir tüfəngini, ov tüfəngini və otaqda olan bir ədəd tozsoranı orada olan kisənin içərisinə qoyaraq götürüb girdiyi yerdən həyətə çıxmış, sonra isə hasarın üstündən tullanıb keçməklə küçəyə çıxıb bir qədər getdikdən sonra qərara gəlmişdir ki, oğurladığı tüfəngləri və tozsoranı yaxınlıqda yaşayan dayısı oğlu Asifin evinə aparsın. O, Asifin evinə gəlib qapını döymüşdür. Qapını Asif özü açmış və o, həyətə daxil olub əlindəki kisəni yerə qoymuşdur. Asif kisədə nə olduğunu soruşduqda demişdir ki, içərisində tir tüfəngi, ov tüfəngi və tozsoran var, Xudat şəhərində olan evlərin birindən oğurlamışdır, onun evində qalsın, sonra götürüb satacaqdır. Ancaq o, tüfəngləri və tozsoranı hansı evdən oğurladığını Asifə deməmişdir. Asif onunla razılaşdıqda, o Asifə təklif etmişdir ki, oğurladığı tüfəngləri satmaq üçün Asif özü də alıcı axtarsın, əgər alıcı tapıb sata bilsə, o zaman əldə olunmuş pulu onunla bölər. Asif onunla razılaşmışdır. Sonra isə tanıdığı Rəsula zəng vurub demişdir ki, bir ədəd tir tüfəngi var satmaq istəyir. Rəsul tir tüfənginin harada olduğunu soruşduqda isə ona demişdir ki, dayısı oğlu Asifin evindədir. Rəsul tüfəngin sahibi ilə danışmaq istədiyini bildirdikdə o, telefonu Asifə vermiş, sonuncuda Rəsulla danışaraq ona demişdir ki, tir tüfəngi özünə məxsusdur, atasından qalmışdır, pula ehtiyacı olduğu üçün indi 100 manata satır. Rəsulda Asifə demişdir ki, bir nəfər var tir tüfəngi almaq istəyir, səhər birlikdə gəlib baxarlar. Bundan sonra o, Asifdən ayrılıb yaşadığı evə gəlmişdir. Səhəri gün Asif ona zəng vurub demişdir ki, birazdan Rəsulgil gələcəklər, o, onun evinə gəlsin. O, evdən çıxıb Asifin yaşadığı evə getmiş, təxminən 10 dəqiqə keçdikdən sonra Xudat şəhərində yaşayan Rəsul tanımadığı başqa bir kişi ilə, yəni sonradan adını bildiyi Sahiblə Asifin yaşadığı evə gəlmiş və Asif tir tüfəngini gətirib onlara göstərərək demişdir ki, atasından qalmışdır, pula ehtiyacı olduğu üçün məcbur olub satır. Sahib tir tüfənginə baxdıqdan sonra Asifdən tir tüfəngini neçəyə satdığını soruşmuş, Asif 100 manata satdığını dedikdə Sahib Asifə baha satdığını bildirmiş, Asifdə ona demişdir ki, 70 manat versə tir tüfəngini ona satar. Sahib Asiflə razılaşaraq demişdir ki, tir tüfəngini özü ilə aparsın, iki saata gətirib pulunu verəcəkdir. Asif etiraz etməmiş və Rəsulla Sahib tir tüfəngini götürüb getmişlər, onunla Asif isə evdən çıxıb Xudat şəhərində olan hərbi hissənin yaxınlığındakı çayxanaya gəlmişlər. İki saata yaxın vaxt keçdikdən sonra o, Rəsula zəng vurub harada olduqlarını soruşmuş, Rəsulda ona Xudat şəhərində olan hərbi hissənin qarşısına gəldiklərini, orada onları gözlədiklərini demiş, onunla Asif çayxanadan çıxıb hərbi hissənin qarşısına gələrək Rəsulgillə görüşmüşlər və həmin yerdə Sahib cibindən çıxardığı 70 manat pulu sayıb Asifə vermişdir. Asif pulu ondan aldıqdan sonra onlar qayıdıb çayxanaya gəlmişlər və orada Asif Sahibdən aldığı 70 manat pulun 35 manatını özünə götürmüş, 35 manatını isə ona verib demişdir ki, ov tüfəngini satanda da ona bildirəcəkdir. Asifdən ov tüfəngini nə etdiyini soruşduqda isə demişdir ki, ov tüfənginidə almaq istəyən vardır, ancaq indi həmin şəxslə əlaqə saxlaya bilmir, ona görə də ov tüfəngini həyətində yerə basdırıb saxlamışdır. Onlar bir qədər çayxanada oturmuşlar, sonra isə o, Asifdən ayrılıb evə getmiş və əldə etdiyi 35 manat pulu sonrakı günlərdə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddət o, Asiflə görüşməmiş və onunla əlaqə saxlamamışdır. Sonradan Asifə zəng vurub ov tüfəngini satıb-satmadığını soruşmuş, o, da ona demişdir ki, ov tüfəngini sata bilməmişdir, satan kimi onunla əlaqə saxlayacaqdır. Sonrakı günlərdə Asif yenədə onunla əlaqə saxlamamış, o, özü zəng vuranda isə Asif onun etdiyi zənglərə cavab verməmiş və ov tüfəngi ilə tozsoran Asifdə qalmışdır. O, 20 oktyabr 2020-ci il tarixdə Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli evə daxil olub tozsoranı və tüfəngləri oğurlayacağını əvvəlcədən Asifə deməmiş və onun həmin evə daxil olub tozsoranı, tir tüfəngini və ov tüfəngini oğurlamasından Asifin məlumatı olmamışdır. Tüfəngləri oğurladıqdan sonra Asifin yaşadığı evə getmiş və həmin vaxt Asif bilmişdir ki, o, onun evinə gətirdiyi tir tüfəngini, ov tüfəngini və tozsoranı oğurluq yolu ilə əldə etmişdir. Qohum olduqlarına görə Asif onun oğurladığı tüfəngləri və tozsoranı evində sağlamağa razılaşmışdır. Ancaq Asif onun tüfəngləri və tozsoranı hansı evdən oğurladığını bilməmiş, o, özüdə tüfəngləri və tozsoranı hansı evdən oğurladığını Asifə bildirməmişdir. O, Yaxşıxanumun evindən oğurluq edəcəyini əvvəlcədən Asifə deməmiş və Asifin özünündə bundan məlumatı olmamışdır. Asifdə onun oğurladığı tüfəngləri və tozsoranı yaşadığı evdə saxlamış və söz vermişdir ki, tüfəngləri və tozsoranı satmaqda ona köməklik göstərəcəkdir. Sonradan isə Asif tir tüfəngini satmaqda ona köməklik göstərmiş, ov tüfəngi ilə tozsoran isə Asifin evində qalmışdır. O, Asifə hansısa evdən oğurluq etmək istədiyini qabaqcadan deməmiş, Asif özüdə qabaqcadan ona söz verməmişdir ki, onun oğurladığı əşyaları saxlayacaqdır və ya satacaqdır. Bundan başqa o, Xudat şəhəri, H.Z.Tağıyev küçəsi, 76 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs1 Aqil oğlunu uşaq yaşlarından tanıyır. Raufla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Əvvəllər dəfələrlə Raufdan müxtəlif məbləğlərdə borc pul almış, sonradan da aparıb qaytarmışdır. 31 dekabr 2020-ci il tarixdə təxminən saat 13 radələrində Xudat şəhər avtovağzalında Raufla görüşərkən ondan borc olaraq 50 manat pul istəmiş, sonuncu cibindən çıxarıb ona 50 manat pul vermiş və söyüş söyərək demişdir ki, o, bir daha ondan pul istəməsin, bir də ondan pul istəsə onu söyəcəkdir. Raufun söyüşü və dediyi sözlər ona pis təsir etmiş, ancaq bir qədər aralıdan onun anası Məlahətin gəldiyini görmüş və Raufla mübahisə etməyərək ondan ayrılıb getmişdir. Həmin gün təxminən saat 18:30 radələrində Raufun yaşadığı evin qarşısına gəlmişdir ki, onu çağırıb həm borc olaraq aldığı pulu qaytarsın, həm də ki, borc pul istəyərkən söyüş söyməsinin səbəbini aydınlaşdırsın. Raufun yaşadığı evin həyət qapısnın asma qıfılla bağlı olduğunu görüb başa düşmüşdür ki, onun yaşadığı evdə adam yoxdur. O, bir neçə dəqiqə küçədə dayanıb ətrafa nəzər yetirmiş və sakitçilik olduğunu görüb oğurluq etmək məqsədi ilə Raufun yaşadığı evin həyət qapısının sağ yan tərəfinə gələrək hasarın üsütündən tullanıb keçməklə həyətə daxil olmuşdur. Həyətdə işıq yansada evdə işiq yanmamışdır. Yaxınlaşanda evin ön tərəfində olan pəncərənin bir tayının açıq olduğunu, üzərində isə sintetik materialdan tor olduğunu görmüş və əli ilə sintetik materialdan olan torun kənarına bərkidilmiş plastikin kənarlarından tutub dartmaqla sintetik materialdan olan toru çıxarıb yerə qoyaraq həmin yerdən içəri daxil olmuşdur. İçəri daxil olarkən pəncərə ilə üzbəüz qoyulmuş stolun üstündəki qaba toxunmuş və qab yerə düşdüyü üçün içərisindəki su yerə dağılmışdır. Özü ilə gətirdiyi alışqanın fənərini yandırıb baxanda görmüşdür ki, daxil olduğu yer evin mətbəxidir. O, gəlib sol tərəfdə olan qapını açmış və alışqanın fənərini salıb baxanda görmüşdür ki, həmin yer yataq otağıdır və qapı ilə üzbəüz şkaf var. Əvvəlcə şkafla üzbəüz dayandıqda sol tərəfdə olan qapını açmış və həmin yerdə qadın geyim əşyaları olduğunu görüb qapını geri bağlamış, sonra şkafın sağ tərəfində olan qapısını açıb baxanda içərisində bir ədəd sandıq olduğunu, sandığın üstünədə yataq dəstlərinin yığıldığını görmüş və yataq dəstlərini götürüb yerə qoyaraq sandığın qapağını açıb alışqanın fənəri ilə sandığın içərisnə baxanda görmüşdür ki, orada əl çantası var. O, əl çantasını əlinə götürüb açmış və çantanın içərisində sellofana bükülmüş üç ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl kişi üzüyü, iki cüt qızıl sırğa, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağı olduğunu görüb götürərək cibinə qoymuş, əl çantasını isə sandığın içərisinə ataraq girdiyi yerdən həyətə, daha sonra isə hasarın üstündən tullanıb keçməklə küçəyə çıxıb yaşadığı ev istiqamətində getmişdir. Raufun evindən oğurladığı qızıl-zinyət əşyalarını ailə üzvlərinin görə biləcəyindən ehtiyyat etmiş, ona görə də oğurladığı qızıl-zinyət əşyalarını bir ədəd qara rəngli sellofan torbanını içərisinə qoyaraq yaşadığı evin həyətində olan albalı ağacının kök hissəsinə yaxın yerdə torpağa basırmışdır ki, sonradan yerini unutmasın, sakitçilik olanda çıxarıb satsın. 15 yanvar 2021-ci il tarixdə o, Xudat PB-nə dəvət olunduğuna görə polis bölməsinə gəlmişdir. Xudat PB-də olarkən ondan Xudat şəhərində olan evlərdən oğurluq edib-etmədiyi soruşulmuş, o, da etiraf edərək bildirmişdir ki, Xudat şəhəri, 1 May küçəsində olan evlərin birindən bir ədəd tir tüfəngi, bir ədəd ov tüfəngi, bir ədəd tozsoran, Raufun evindən isə qızıl-zinyət əşyaları oğurlamışdır. Oğurladığı tir tüfəngini dayısı oğlu Asif 70 manata satmış, ov tüfəngi ilə tozsoran Asifdə qalmış, qızıl-zinyət əşyalarını isə özü yaşadığı evin həyətində gizlədib saxlamışdır. Həmin vaxt bilmişdir ki, tir tüfəngini, ov tüfəngini, tozsoranı oğurladığı ev Yaxşıxanum adlı qadının evidir. Həmin gün o, Xaçmaz RPŞ-nə gətirilərək şübhəli şəxs qismində tutulmuş, səhəri gün isə polis əməkdaşları onunla birlikdə yaşadığı evin həyətinə getmişlər və o, həyətində əkilmiş albalı ağacının kök hissəsinə yaxın yerdə torpağa basdırdığı qızı-zinyət əşyalarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi qızıl-zinyət əşyaları polis əməkdaşları tərəfindən protokol tərtib edilməklə qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda tam təqsirli bilərək göstərdi ki, , o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsi, ev 63-də yaşayır. Xudat şəhərində yaşayan Təqsirləndirilən şəxs1 onun bibisi oğludur. Onun Turanla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin oktyabr ayının ortaları olardı təxminən saat 23 radələrində Turan onun həyətinə gəlmiş və o, Turanın əlində bir ədəd kisə olduğunu görüb nə gətirdiyini soruşduqda Turan demişdir ki, kisənin içərisində bir ədəd ov tüfəngi, bir ədəd tir tüfəngi və bir ədəd tozsoran var, Xudat şəhərində olan evlərin birindən oğurlamışdır. Turan xahiş etmişdir ki, o, oğurlanmış əçyaları evdə saxlasın sonradan gəlib aparacaqdır. Ancaq həmin vaxt Turan tüfəngləri və tozsoranı hansı evdən oğurladığını deməmişdir. O, oğurluq malları özündə saxlamağına razılıq verdikdə, Turan oğurladığı tüfəngləri satmaq üçün alıcı axtarmağını xahiş etmiş və sata biləcəyi halda əldə olunmuş pulu onunla böləcəyinə vəd vermişdir. O, Turanla razılaşmış, sonra isə Turan Rəsul adlı şəxsə zəng vurub demişdir ki, bir ədəd tir tüfəngi var satmaq istəyir. Rəsul tir tüfənginin harada olduğunu soruşduqda isə Turan ona demişdir ki, dayısı oğlu Asifin evindədir. Sonra Turan telefonu ona vermiş, o, da Rəsulla danışaraq ona tir tüfənginin özünə məxsus olduğunu, atasından qaldığını, pula ehtiyacı olduğu üçün indi 100 manat satdığını bildirmiş, Rəsulda ona demişdir ki, bir nəfər var tir tüfəngi almaq istəyir, səhər birlikdə gəlib baxarlar. Bundan sonra Turan onun həyətindən çıxıb getmiş və o, Turanın gətirdiyi kisəni açıb baxanda görmüşdür ki, kisənin içərisində bir ədəd ov tüfəngi, bir ədəd tir tüfəngi və bir ədəd borusu, ucluqları olmayan tozsoran var. Kisəni həyətində saxlamış, səhəri gün isə Turana zəng vurub demişdir ki, birazdan Rəsulgil gələcəklər, evdədir, o, onun evinə gəlsin. Bir qədər keçdikdən sonra əvvəlcə Turan, ondan sonra isə Rəsulla tanımadığı başqa bir nəfər, yəni sonradan adını bildiyi Sahib onun evinə gəlmişlər və o, tir tüfəngini gətirib onlara göstərərək demişdir ki, atasından qalmışdır, pula ehtiyacı olduğu üçün məcbur olub satır. Sahib tir tüfənginə baxdıqdan sonra neçəyə satdığını soruşmuş, o, ona 100 manata satdığını dedikdə Sahib baha satdığını bildirmiş, o, da ona demişdir ki, 70 manat versə tir tüfəngini ona satar. Sahib onunla razılaşaraq tir tüfəngini özü ilə aparmasını, iki saata gətirib pulunu verəcəyini demiş, o, etiraz etməmiş və Rəsulla Sahib tir tüfəngini götürüb getmişlər, onunla Turan isə evdən çıxıb Xudat şəhərində olan hərbi hissənin yaxınlığındakı çayxanaya gəlmişlər. İki saata yaxın vaxt keçdikdən sonra Turan Rəsula zəng vurub danışdıqdan sonra ona Rəsulgilin hərbi hissənin qarşısına gəldiklərini, orada onları gözlədiklərini demiş, onunla Turan çayxanadan çıxıb hərbi hissənin qarşısına gələrək Rəsulgillə görüşmüşlər və həmin yerdə Sahib cibindən çıxardığı 70 manat pulu sayıb ona vermişdir. Sahibdən pulu aldıqdan sonra onlar qayıdıb çayxanaya gəlmişlər və orada o, Sahibdən aldığı 70 manat pulun 35 manatını özünə götürmüş, 35 manatını isə Turana verib demişdir ki, ov tüfəngini satanda da ona bildirəcəkdir. Həmin vaxt Turan ondan ov tüfəngini nə etdiyini soruşduqda ona demişdir ki, ov tüfənginidə almaq istəyən var, ancaq indi həmin şəxslə əlaqə saxlaya bilmir, ona görə də ov tüfəngini həyətdə yerə basdırıb saxlamışdır. Onlar bir qədər çayxanada oturmuşlar, sonra o, Turandan ayrılıb evə getmiş, əldə etdiyi 35 manat pulu da sonrakı günlərdə şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonrakı günlərdə o, ov tüfəngi ilə tozsoranı yaşadığı evin həyətində saxlamışdır. Bir neçə gün keçdikdən sonra evdən küçəyə çıxanda Minbərin tək küçədə dayandığın görmüş və yaxınlaşıb Minbərə demişdir ki, özündə bir ədəd tək lüləli ov tüfəngi var, babasından qalıb, pula ehtiyacı olduğu üçün satır. Minbər ona gətir baxım demiş və o, evə gedərək Turanın verdiyi ov tüfəngini gətirib Minbərə göstərmiş, sonuncu tüfəngə baxıb bəyənmiş və ondan ov tüfəngini neçəyə satdığını soruşduqda ona 150 manata satdığını demiş, Minbər baha satdığını bildirdikdə o, ov tüfəngini ona 130 manata satmağa razılaşmış, Minbərdə ona 130 manat pul verib ov tüfəngini almışdır. Minbər tüfəngin sənədlərinin olub-olmadığını soruşmuş, o, da ona həmin ov tüfənginin babasından qaldığını, sənədlərinin harada olduğunu bilmədiyini, bir neçə günə tapıb gətirəcəyini demişdir. Mənbər ona inanmış və tüfənglə bağlı öz adına sənəd düzəltdirəcəyini bildirərək ondan ayrılıb getmişdir. Ov tüfəngini satıb əldə etdiyi 130 manat puldan Turana verməmiş və həmin 130 manat pulu bütünlüklə özü xərcləmişdir. Turanın gətirdiyi tozsoranı isə borusu və ucluqları olmadığına görə sata bilməmiş və sonrakı günlərdə tozsoran yaşadığı evin həyətində qalmışdır. 2020-ci ilin yanvar ayının ortalarında o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları ondan kiməsə ov tüfəngi satıb-satmadığını soruşmuşlar, o, da etiraf edərək bildirmişdir ki, Turan onun evinə bir ədəd ov tüfəngi, bir ədəd tir tüfəngi və bir ədəd borusu, ucluqları olmayan tozsoran gətirmiş, sonrakı günlərdə tir tüfəngini Rəsulla gəlmiş şəxsə 70 manata satmışlar, ov tüfəngini özü 130 manata Minbərə satmış, tozsoran isə yaşadığı evin həyətindədir. Həmin vaxt o, bilmişdir ki, Turan onun evinə gətirdiyi ov tüfəngini, tir tüfəngini və tozsoranı Xudat şəhəri, 1 May küçəsində yerləşən evdən oğurlayıb. Bundan sonra o, evə gedərək tozsoranı gətirib polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi tozsoran protokol tərtib edilməklə götürülmüşdür. Tir tüfəngini və ov tüfəngini Turanın oğurluq yolu əldə etdiyini bildikdən sonra onları satdığına görə əməlindən peşimandır. Tir tüfəngini Sahibə satarkən ona tir tüfənginin özünə məxsus olduğunu, ov tüfəngini Minbərə satarkən isə ona həmin ov tüfənginin babasından qaldığını demişdir. Turan Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli evə daxil olub oğurluq edəcəyini əvvəlcədən ona deməmiş və onun Turanın həmin evə daxil olub tozsoranı, tir tüfəngini və ov tüfəngini oğurlamasından məlumatı olmamışdır. Turan həyətinə gələndə onun əlində bir ədəd kisə olduğunu görüb nə gətirdiyini soruşduqda demişdir ki, kisənin içərisində bir ədəd ov tüfəngi, bir ədəd tir tüfəngi və bir ədəd tozsoran var, Xudat şəhərində olan evlərin birindən oğurlamışdır. Ancaq Turan hansı evdən oğurluq etdiyini ona deməmiş, o, özüdə bu barədə ondan soruşmamışdır. Çünki bilmişdir ki, Turan oğurluq etdiyi evi ona göstərməyəcəkdir. Həmin vaxt o, Turanın gətirdiyi tir tüfəngini, ov tüfəngini və tozsoranı oğurluq yolu əldə etdiyini bilmiş və qohum olduqlarına görə onun gətirdiyi tüfəngləri və tozsoranı yaşadığı evdə saxlamış, səhəri gün tir tüfəngini Sahibə satıb aldıqları pulu öz aralarında bölmüşlər, ov tüfəngini isə özü Minbərə satmışdır. Turan hansısa evdən oğurluq etmək istədiyini qabaqcadan ona deməmiş və o, özüdə qabaqcadan Turana söz verməmişdir ki, onun oğurladığı əşyaları saxlayacaqdır və ya satacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Yalama kəndində yaşayır. Xaçmaz rayonu, Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli ev valideyinlərinə məxsus olmuşdur. Həmin evdə əvvəllər atası Mayılla anası Səyyarə yaşamışlar. Atası Mayıl 2016-cı ilin iyun ayında, anası Səyyarə isə 2017-ci ilin mart ayında xərçəng xəstəliyindən ölmüşlər. X3 Rusiya Federasiyasının vətəndaşlarıdırlar və onların hər ikisidə Rusiya Federasiyasında yaşayırlar. Ona görə də atası ilə anası vəfat etdikdən sonra onların yaşadığı Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli evə o, özü nəzarət edir. O, valideyinlərinin yaşadıqları evdən heç bir əşya götürməmiş, bütün əşyalar, o cümlədən atasına məxsus bir ədəd ov tüfəngi və bir ədəd tir tüfəngidə həmin evdə qalmışdır. O, ayada bir dəfə, bəzən işə işləri çox olanda iki aydan bir Xudat şəhəri, 1 May küçəsinə gəlib valideyinlərinin yaşadıqları evə baxmışdır. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayının əvvəllərində valideyinlərinin yaşadıqları Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli evə gəlib baxanda görmüşdür ki, evdə olan bütün əşyalar yerindədir. Həmin vaxt o, 3-4 saat Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli evdə olub təmizik işləri görmüş, sonra isə evdən çıxıb Xudat şəhər qəbirstanlığına gedərək valideyinlərinin qəbirini ziyarət etmiş və qayıdıb Yalama kəndinə yaşadığı evə getmişdir. Sonrakı aylarda Xudat şəhərinə gələ bilməmiş, 09 noyabr 2020-ci il tarixdə təxminən saat 12 radələrində Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli evə gəlib əvvəlcə özündə olan açarla həyət qapsını açıb həyətə, sonra isə evin giriş qapısını açıb içəri daxil olmuş və otaqlara baxmadan mətbəxə gedib pəncərəni açmış, sonra isə sağ tərəfdə olan yataq otağına gəlib yataq dəstlərini götürərək bayıra çıxarıb yerə sərmiş və həyət qapısını bağlayıb Xudat şəhər qəbirstanlığına getmişdir ki, atası ilə anasının qəbirlərini ziyarət etsin. Qəbirstanlıqda atası ilə anasının qəbirlərini ziyarət etdikdən sonra qayıdıb evə gəlmiş və digər yataq otağına daxil olmuşdur ki, tozsoranı götürüb otaqların tozunu alsın. Tozsoranı həmin otaqda olan soyuducunun yanında saxlamışdır. O, baxanda qoyduğu yerdə tozsoranın olmadığını, borusu ilə ucluqların isə orada olduğunu görüb axtarsada tozsoranı tapa bilməmiş və baxanda görmüşdür ki, həmin otaqda olan iki nəfərlik çarpayı qaldırıldığı üçün üzərində olan yataq dəstləri dağılıb. O, çarpayını qaldırıb baxanda atasının ölməmişdən əvvəl çarpayının altına qoyub saxladığı ov tüfəngi ilə tir tüfənginin yerində olmadığını görüb başa düşmüşdür ki, kimsə evə daxil olub ov tüfəngini, tir tüfəngini və tozsoranı oğurlamışdır. Həmin gün o, bu barədə şikayət etməmiş və qayıdıb Yalama kəndinə öz evinə getmiş, 11 noyabr 2020-ci il tarixdə isə Xudat PB-nə gəlib Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli evindən oğurluq olması barədə məlumat vermişdir. Xudat şəhəri, 1 May küçəsi, 20 nömrəli evdən bir ədəd tir tüfəngi, bir ədəd təklüləli ov tüfəngi, bir ədəd «Samsung» markalı tozsoran oğurlanmışdır. Evindən oğurlanmış ov tüfəngi, tir tüfəngi və tozsoran valideyinlərindən qalmışdır. O, onların dəqiq qiymətlərini bilməmiş, ona görə də ərizə yazarkən fikirləşmişdir ki, oğurlanmış ov tüfənginin, tir tüfənginin və tozsoranın ümumilikdə qiyməti 2200 manat olar. Ona görə də ərizə və izahatında dəymiş ziyan olaraq 2200 manat göstərmişdir. Xudat şəhərində olan evindən oğurlanmış ov tüfəngi, tir tüfəngi, tozsoran istifadə olunmuşdur və o, onların dəqiq qiymətlərini bilməmişdir.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı ödədiyləri üçün onlardan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 Aqil oğlu bildirdi ki, , ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsi, ev 76-da yaşayır. «ATGEOTEK» şirkətində qazmaçı köməkçisi işləyir. Xudat şəhərində yaşadığı ev bir mərtəbəli olmaqla iki tərəfdən daş hasarla, bir tərəfdən tor hasarla, küçə tərəfdən isə beton hasarla əhatə olunmuşdur. Arvadı Gülşad ona məxsus bir ədəd qızıl kişi üzüyünü və onun alıb Gülşada verdiyi başqa qızıl-zinyət əşyalarını özünə məxsus əl çantasına, çantanıda yataq otağında olan şkafın içərisindəki sandığın içərisinə qoyub saxlamışdır. 31 dekabr 2020-ci il tarixdə təxminən saat 13 radələrində o, arvadı Gülşad və anası Məlahət birlikdə evdən çıxmışlar ki, Xaçmaz rayonu, Palçıq-oba kəndində yaşayan qayınanası Sevincin evinə getsinlər. Evdən çıxarkən o, özündə olan açarla evin giriş qapısını və həyət qapısını asma qıfılla bağlamış, sonra isə onlar taksi avtomobili ilə Xaçmaz rayonu, Palçıq-oba kəndinə getmişlər. Onlar təxminən saat 19 radələrinədək Palçıq-oba kəndində qayınanasının evində olmuşlar, sonra isə oradan çıxıb Xudat şəhərinə öz evlərinə gəlmişlər. Təxminən saat 19:30 radələrində yaşadığı evin qarşısına çatmışlar və o, özündə olan açarla həyət qapısını açmış və onlar birlikdə həyətə, sonra isə qapını açıb evin içərisinə daxil olmuşlar. Arvadı Gülşad mətbəxə daxil olmuş və tezdə geri qayıdıb onlara demişdir ki, mətbəxin pəncərəsi açıqdır, stolun üstündə olan qabdakı su isə yerə dağılıb. Onlar Gülşada fikir verməmişlər və anası paltarını dəyişmək üçün yataq otağına getmiş və geri qayıdıb onlara demişdir ki, yataq otağında olan əşyalar dağıdılıb, deyəsən evə girən olub. Anasının sözlərindən sonra Gülşad yataq otağına gedib şkafda olan sandığı açıb baxmış və onlara demişdir ki, əl çantası sandığın içərisindədir, ancaq çantada olan qızıl-zinyət əşyaları yerində yoxdur. O, yataq otağına gəlib baxanda görmüşdür ki, otaqda olan əşyalar dağıdılıb, Gülşadın sandıqda saxladığı əl çantasının isərisində olan qızıl-zinyət əşyaları isə yerində yoxdur. O, evdə olmadıqları müddətdə kiminsə mətbəxin pəncərəsini açıb içəri daxil olduğunu və arvadı Gülşadın yataq otağındakı şkafın içərisində olan sandıqda saxladığı əl çantasından qızıl-zinyət əşyalarını oğurladığını bilmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub evindən qızıl-zinyət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlmişlər və onun iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Sonra o, yaşadığı evdən qızıl-zinyət əşyalarının oğurlanması ilə bağlı şikayət ərizəsi yazmış və ərizəsində bacısı Aynurənin onların evində saxladığı 1500 manat dəyərində qızıl-zinyət əşyalarının oğurlandığınıda göstərmişdir. Çünki həmin hadisədən bir ay əvvəl bacısı özünə məxsus bir ədəd qızıl üzüyü, bir cüt qızıl sırğanı və bir ədəd qızıl boyunbağını gətirib saxlaması üçün anasına vermiş, anasıda bacısına aid qızılları şkafın üst rəfinə qoymuşdur. Ərizəni yazdıqdan sonra anası ona demişdir ki, Aynurə bir neçə gün əvvəl gəlib öz qızıllarını aparmışdır. Yaşadığı evdən iki ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl kişi üzüyü, bir cüt qızıl sırğa, üzük və sırğadan ibarət qızıl komplekt, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağı oğurlanmış, bacısı Aynurəyə aid qızıllar isə sonuncunun özündədir. Sonradan bilmişdir ki, onlar evdə olmayanda Xudat şəhərində yaşayan Təqsirləndirilən şəxs1 mətbəxin pəncərəsini açıb içəri daxil olmuşdur və arvadı Gülşadın yataq otağındakı şkafın içərisndə olan sandığın içərisində saxladığı əl çantasından qızılzinyət əşyalarını oğurlamışdır. Yaşadığı evdən oğurlanmış qızıl-zinyət əşyalarını o, öz pulu ilə almışdır və bununla bağlı ona 4000-4500 manat məbləğində maddi ziyan dəymişdir.Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı ödədiyi üçün ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Şollar kəndində yaşayır. Təxminən iki il olarkı Xudat şəhəri yaxınlığında olan Habil adlı şəxsə məxsus fermada işləyir. Xudat şəhərində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təxminən 3-4 il olarkı tanıyır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin oktyabr ayının axırları olardı təxminən saat 23 radələrində mobil telefonuna zəng gəlmiş və o, cavab verdikdə görmüşdür ki, zəng vuran Turandır. Turandan nə lazım olduğunu soruşduqda demişdir ki, bir ədəd tir tüfəngi var satmaq istəyir. Turandan tir tüfənginin harada olduğunu soruşduqda isə demişdir ki, dayısı oğlu Asifin evindədir. Turana tüfəngin sahibi ilə danışmaq istədiyini bildirdikdə o, telefonu Asifə vermiş, sonuncuda ona tir tüfənginin özünə məxsus olduğunu, atasından qaldığını, pula ehtiyacı olduğu üçün indi 100 manat satdığını demişdir. Asifə inandığı üçün ona demişdir ki, bir nəfər var tir tüfəngi almaq istəyir, səhər birlikdə gəlib baxarlar. Çünki bir müddət əvvəl Habil müəllimin fermasında çoban işləyən Sahib ona demişdir ki, fermada krisa çoxdur, tir tüfəngi olsaydı alıb krisaları vurardı. Səhəri gün o, bu barədə Sahibə bildirmiş və onlar birlikdə Asifin evinə gəlmişlər. Həmin vaxt Turanda Asifin evində olmuşdur. Yaşadığı evdə Asif gətirib onlara bir ədəd tir tüfəngi göstərmiş, Sahib tir tüfənginə baxıdıqdan sonra Asifdən tir tüfəngini neçəyə satdığını soruşmuş, Asif 100 manata satdığını dedikdə Sahib Asifə baha satdığını bildirmiş, Asifdə Sahibə demişdir ki, 70 manat versə tir tüfəngini ona satar. Sahib Asiflə razılaşaraq demişdir ki, üstündə pul yoxdur, tüfəngi özü ilə aparsın, iki saata gətirib aldığı tir tüfənginin pulunu verəcəkdir. Asif etiraz etməmiş və Sahib tir tüfəngini götürüb işlədiyi fermaya aparmışdır. Sahib pul götürdükdən sonra onlar Xudat şəhərinə gəlmişlər və Turan zəng vurub harada olduqlarını soruşduqda ona Xudat şəhərində olan hərbi hissənin qarşısında olduqlarını demiş, bir neçə dəqiqə keçdikdən sonra Turanla Asif hərbi hissənin qarşısına gəlmişlər və Sahib cibindən çıxarıb Asifə 70 manat pul verdikdən sonra onlardan ayrılıb getmişlər. Asifdən aldıqları tir tüfəngi bir neçə gün Sahibdə qalmış, sonradan isə Sahib Asifdən aldığı tir tüfəngini ona verib demişdir ki, kiçik oğlu tir tüfəngini götürüb atmaq istəyir, ehtiyyat edir ki, uşaq xoşa gəlməz bir hadisə törədə bilər, o, tir tüfəngini götürüb evində saxlasın. O, etiraz etməmiş və Sahibin Asifdən aldığı tir tüfəngini fermadan götürüb yaşadığı evə gətirmişdir. Sonrakü müddət ərzində tir tüfəngini o, yaşadığı evdə saxlamışdır. 19 yanvar 2021-ci il tarixdə o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları Asifdən tir tüfəngi alıb-almadığını soruşmuşlar, o, da bildirmişdir ki, 2020-ci ilin oktyabr ayının axırlarında Asif tanışı Sahibə bir ədəd tir tüfəngini 70 manata satmışdır, həmin tir tüfəngi isə hal-hazırda onun evindədir. Polis əməkdaşları Asifin Sahibə satdığı tir tüfənginin oğurluq yolu ilə əldə edildiyini bildirmişlər və o, evinə gedərək Asifdən aldığı tir tüfəngini polis şöbəsinə gətir təqdim etmişdir. Asif onunla Sahibə satdığı tir tüfənginin özünə məxsus olduğunu, atasından qaldığını demiş, Sahibdə Asifə inanıb həmin tir tüfəngini ondan almışdır. X6 satdığı tir tüfənginin oğurluq yolu ilə əldə edildiyini bilsəydilər Sahib heç vaxt Asiflə razılaşıb onu almazdı, o, özüdə buna razı olmazdı. Sahib Asifə inanıb həmin tir tüfəngini almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2, Şahid1 ifadəsi ilə anoloci ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ballistik ekspertizasının 01 mart 2021-ci il tarixli 3/258 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş və şərti olaraq “1” rəqəmi ilə işarələnmiş silah keçmiş SSRİ-də 1959-cu ildə İcevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, «İcK» modeli, B15391 nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş silah Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, Baikal markalı, «İC-38P» modelli, 93057278 nömrəli, 4,5 mm kalibrli, hədəfə (o cümlədən canlı hədəfə) zədə yetirmək təyinatına malik olmayan, «Diablo» tipli pnevmatik silah mərmiciklərini atış təlimləri prosesində 10 metr məsafədə qoyulan mişenə atmaq üçün nəzərdə tutulmuş, hava təzyiqi iş prinsipinə malik olan, yaylı-porşenli, idman-məşq təyinatlı pnevmatik tüfəngdir-odlu silah, soyuq silah hesab edilmir, saz vəziyyətdədir, təiynatı üzrə istifadəyə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası ekspertizasının 05 mart 2021-ci il tarixli 6/630 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş: -5,74 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli, halqasının üzərində “*583” damğası olan üzük təxminən 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; -5,47 qram kütləli, sarı rəngli, halqasının üzərində “*” damğası olan üzük təxminən 583/585 əyarlı qızıldan hazırlanmışdır; -5,30 qram kütləli, üzərində 1 ədəd yaşıl rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan, halqasının üzərində “B*583” və “BÖZ” damğaları olan üzük təxminən 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; -1,56 qram kütləli, qırmızımtıl-sarı rəngli, bir tayının kilidində oxunmayan damğa olan sırğa cütü təxminən 583/585 əyarlı qızıldan hazırlanmışdır; -12,21 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli və üzərlərində “:5MP1”, “B*583”, “2”, “OOÖ”, “*583” və “10” damğaları olan sırğa cütü-üzük dəsti təxminən 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; -27,66 qram kütləli, qırmızımtıl sarı rəngli, kilidlərində “*583” damğası olan boyunbağı-qolbaq dəsti təxminən 583/585 əyarlı qızıldan hazırlanmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2021-ci il tarixli 9/614 nömrəli rəyinə əsasən aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda, xüsusiləşmiş zərgərlik məmulatlarının və ov tüfənginin satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin, aparılmış fiziki-kimyəvi və ballistik-trasoloci tədqiqatın nəticələri nəzərə alınmaqla respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olurur: 31 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Aqil oğlunun evindən oğurlanmış -bir ədəd 5,74 qram kütləli, 583/585 əyarlı, üzərində rəngsiz, qiymətli qaşlara aid olmayan, şəffaf qaşlı, qırmızımtıl sarı rəngli qızıl üzük 430,50 manat; -bir ədəd 5,47 qram kütləli, 583/585 əyarlı, sarı rəngli qızıl üzük 430,50 manat; -bir ədəd 5,30 qram kütləli, 583/585 əyarlı, qiymətli qaşlara aid olmayan üzərində 1 ədəd yaşıl rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan qızıl üzük 397,50 manat; -bir ədəd 1,56 qram kütləli, 583/585 əyarlı, qırmızımtıl-sarı rəngli qızıl sırğa cütü 117,00 manat; -bir ədəd 12,21 qram kütləli, 583/585 əyarlı, üzərində qiymətli qaşlara aid olmayan rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli qızıl sırğa cütü-üzük dəsti 915,75 manat; -bir ədəd 27,66 qram kütləli, 583/585 əyarlı, qırmızımtıl sarı rəngli qızıl boyunbağıqolbaq dəsti 2074,50 manat; Zərərçəkmiş şəxs2 məxsus evdən oğurlanmış -bir ədəd gövdəsinin üzərində «Samsung, model SC4141, 1600W, sdelano v Koreye» markalanma yazısı olan, xarici görnüşünə görə uzun müddət istismar olunmuş, boru və ucluqlar üstündə olmayan ağ rəngli tozsoran aparatı 15,00 manat; -bir ədəd xarici görnüşünə görə istifadə edilmiş pnevmatik tüfəng, üzərində zədələr, cızıq və sürtülmə izləri müşahidə olundu 180,00 manat; -bir ədəd xarici görnüşünə görə istifadə uzun müddət edilmiş təklüləli yivsiz odlu ov tüfəngi, üzərində zədələr, cızıq və sürtülmə izləri müşahidə olundu, taxta qundağın alt hissəsi çatlamışdır, taxta qundağı ilə metal lülənin bərkidilən yerində boşluq əmələ gəlmişdir, tüfəng təkrar rənglənmişdir 400,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayon məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə azadlıqdan mərhum etmə cəzası 03 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə qaldığı müddət çıxılmaqla üzərində qəti olaraq 08 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış məhkum Təqsirləndirilən şəxs1 barəsində olan hökmü 03.07.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və cəzası 29.03.2021-ci il tarixdə başa çatdığı üçün Xaçmaz rayon icra və probasiya şöbəsində qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon məhkəməsinin 06 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 06.03.2020-ciil tarixdən 14.07.2021-ci il tarixədək cəzasının 01 il 04 ay 08 gün hissəsini çəkmiş, 03 ay 18 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Hal-hazırda isə Təqsirləndirilən şəxs2 02 ay 13 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan, Xaçmaz rayon, İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏD-dən tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan, Xaçmaz rayon, İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏD-dən tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 232.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini,yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini,yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-in 177.2.2, 177.2.3 və 232.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 194.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübutlar bir ədəd tir tüfəngi, bir ədəd təklüləli ov tüfəngi, bir ədəd «Samsung» markalı tozsoran Zərərçəkmiş şəxs2, 5,74 qram kütləli, 583/585 əyarlı, üzərində rəngsiz, qiymətli qaşlara aid olmayan, şəffaf qaşlar olan qızıl üzüy, 5,47 qram kütləli, 583/585 əyarlı qızıl üzüyü, 5,30 qram kütləli, 583/585 əyarlı, üzərində qiymətli qaşlara aid olmayan 1 ədəd yaşıl rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan qızıl üzüy, 1,56 qram kütləli, 583/585 əyarlı qızıl sırğa cütünü, 12,21 qram kütləli, 583/585 əyarlı, üzərində qiymətli qaşlara aid olmayan rəngsiz, şəffaf qaşlar olan qızıl sırğa cütüüzük dəsti, 27,66 qram kütləli, 583/585 əyarlı, qızıl boyunbağı-qolbaq dəsti Zərərçəkmiş şəxs1 Aqil oğluna qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərci 179 manat məhkəmə xərçi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydasında alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Hökmün icrası Xaçmaz rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı Təcridxanasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin 06 noyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 01 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) ay 13 (on üç) gün hissəsi yeni təyin olunmuş cəza ilə tamamilə birləşdirilərək, üzərində qəti olaraq 2 (iki) ay 13 (on üç) gün azadlığın məhdudlaşdırılması cəzası və 3.500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 232.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 03(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 yanvar 2021-ci il tarixdən 17 yanvar 2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 179 manat məhkəmə xərçi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydasında alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə maddi sübutlar bir ədəd tir tüfəngi, bir ədəd təklüləli ov tüfəngi, bir ədəd «Samsung» markalı tozsoran Zərərçəkmiş şəxs2, 5,74 qram kütləli, 583/585 əyarlı, üzərində rəngsiz, qiymətli qaşlara aid olmayan, şəffaf qaşlar olan qızıl üzüy, 5,47 qram kütləli, 583/585 əyarlı qızıl üzüy, 5,30 qram kütləli, 583/585 əyarlı, üzərində qiymətli qaşlara aid olmayan 1 ədəd yaşıl rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan qızıl üzüy, 1,56 qram kütləli, 583/585 əyarlı qızıl sırğa cütü, 12,21 qram kütləli, 583/585 əyarlı, üzərində qiymətli qaşlara aid olmayan rəngsiz, şəffaf qaşlar olan qızıl sırğa cütü-üzük dəsti, 27,66 qram kütləli, 583/585 əyarlı, qızıl boyunbağı-qolbaq dəsti Zərərçəkmiş şəxs1 Aqil oğluna qaytarılması nəzərə alınsın. Hökmün icrası Xaçmaz rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-67/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-67/2021
19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver