Məhkəmə qərarları › İş №1(067)-67/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-67/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-67/2024 08.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, evli, işləməyən, Neftçala rayonu, Həsənabad qəsəbəsi, H.Z.Tağıyev küçəsi ev 82də qeydiyyatda olan və həmin ünvanda yaşamış, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun və xx xxxx 1989-cu ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, evli, işləməyən, Neftçala şəhəri, məhəllə 6 ünavanda qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında 28 oktyabr 2023-cu ıl tarixdə, saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədim dövlət sərhədinin nəzarət - buraxılış məntəqələrindən kənarda, yəni X4 rayonununda yerləşən Şimal regional şöbəsinin 'Samurçay sahil nəzarət: bclməsmın xidməti ərazisindən Xəzər dənizində Rusiya Federasiyasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, 30 oktyabr 2023-cu ıl tarixdə saat 11 20də X1 regional şöbəsinin “Novxanı" sahil nəzarəti bölməsinin xidməti ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs1 qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni X4 rayonununda yerləşən Şimal regional şöbəsinin “Samurçay” sahil nəzarəti bölməsinin xidməti ərazisindən Xəzər dənizində Rusiya Federasiyasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, 30 oktyabr 2023-cü il tarixdə saat 11:20- də X1 regional şöbəsinin “Novxanı” sahil nəzarəti bölməsinin xidməti ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ilin may ayında əvvəllər tanıdığı Kazım adlı şəxs ona zəng edərək narkotik vasitəni qanunsuz İran islam Respublikasından Azərbaycan Respublikasına keçirməyi üçün onu iran İslam Respublikasına çağırmış, o, da 28 may 2023-cü il tarixdə təyyarə ilə Türkiyə Respublikasına, oradan da, İran İslam Respublikasına getmiş, 2023-cü ilin oktyabr ayına qədər İran İslam Respublikasında qalsa da Kazım ona hələki narkotik vasitə tapa bilmədiyini bildirmiş, Məmməd adlı Kazımın tanışı ona Rusiya Federasiyasına gedib oradan dəniz yolu ilə İran İslam Respublikasından gətirilmiş narkotik vasitələri Xəzər dənizində əldə etdikdən sonra Azərbaycan Respublikasına narkotik vasitə aparmağının qarşılığında kömək edəcəyini demiş, o da Məmmədlə razılaşmış, Məmməd İran islam. Respublikasında qeydiyyata düşmədən yaşadığından barəsində yaranan cəriməni ödəmiş, daha sonra təyyarə ilə 18 oktyabr 2023-cü il tarixdə İran İslam Respublikasından Dubay şəhərinə, oradan isə Rusiya Federasiyası Dağıstan Respublikasının Maxaçqala şəhərinə getmiş, Maxaçqala şəhərində olarkən 25 oktyabr 2023-cü ıl tarixdə axşam tərəfi əvvəllər ondan maddi vəziyyəti pis olduğu üçün kömək istəmiş tanışı Neftçala rayon Qoltuq kənd sakini Təqsirləndirilən şəxs1 zəng edərək Rusiya Federasiyasında olduğunu, sonuncuya rezin qayıq və onu idarə etmək üçün mator aldığını cfemiş, həmin qayığı Azərbaycan Respublikasına dəniz vasitəsilə aparmağı təklif etmiş, Rusiya Federasiyası Dağıstan Respublikasının Astarxan şəhərinə gəlməyi üçün bilet sifariş verdiyini demiş,'Təbrizdə onunla razılaşmış, 26 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 təyyarə ilə Astarxan şəhərinə gəlmiş, hava limanında onu qarşılamış, daha sonra qatar ilə Maxaçqala şəhərinə getmiş, 27 oktyabr 2023-cü il tarixdə saat 11-12 radələrində Maxaçqala şəhərinə çatmışlar, aldığı rezin qayığı və mühərriki mehmanxanaya aparmışlar. 27 oktyabr 2023-cü ıl tarixdə saat 16 radələrində taksi ilə izberbaş qəsəbəsinə getmişlər. İzberbaş qəsəbəsində Xəzər dənizinin sahilində rezin tipli qəhvəyi rəngli, üzərində «PИBEPA-3200» yazılmış qayığı nasos ilə doldurmuş, qara rəngli «МАЭНУМ ПРО 9.9» mühərrikini qayığa quraşdırmış İzberbaş qəsəbəsindən aldıqları 10 ədəd ağ və 1 ədəd qırmızı rəngli kanister benzini və paltarlarını qayığa yerləşdirmiş, 27 oktybar 2023-cu il tarixdə saat 18 radələrində qayığı dənizə salmışlar. 28 oktyabr 2023-cü il tarixdə saaf 14 radələrində Xəzər dənizində Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçmişlər, qayıqla Məmmədlə razılaşdıqiaıı Pirallahı adası istiqarrretdə hərəkət etmişlər, həmin istiqamətdən Məmmədin Nemət adlı şəxslə göndərəcəyi narkotik vasitələri əldə etdikdən sonra Məmmədin deyəcəyi yerə basdırıb, whatsaap vasitəsilə narkotik vasitənin qoyulduğu yerin kordinatını göndərəcəkmiş, lakin Nemət adlı şəxslə görüşə bilməmiş, yanacaqları qurtardığından Rusiya Federasiyasına geri qayıda bilməmiş, özündə olan CPS cihazından istifadə etmiş, avar çəkərək qayığı Azərbaycan Respublikası istiqamətdə hərəkət etdirmişlər, dənizdə hərəkət edərkən CPS cihazı suya düşmüş, həmçinin boşalmış konistirləri suya atmışlar, küləyin istiqaməti ilə qayıqla hərəkət edərək 30 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Pirşağı qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə yaxınlaşmışlar, bu zaman qayıq bort nömrəsiz və qeydiyyatsız olduğundan sərhədçilər tərəfindən saxlanılmışlar, aparılmış söhbət zamanı sərhədçilərə 27 oktyabr 2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətdə qayıqla qanunsuz yolla dövlət sərhədini keçdiklərini etiraf etmişlər, daha sonra sərhədçilər tərəfindən onların iştirakı ilə əraziyə və qayığa baxış keçirilmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 10 oktyabr 2023-cü ıl tarixdə tanışı Təqsirləndirilən şəxs2 zəng edib maddi vəziyyətinin pis olduğunu demiş, balıqçılıqla məşğul olmaq üçün rezin qayıq və mühərrik almaq uçün ona kömək etməsim xahiş etmiş, 25 oktyabr 2023-cü il tarixdə axşam tərəfi Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng etmiş, Rusiya Federasiyası Dağıstan Respublikasının Maxaçqala şəhərində olduğunu, rezin qayıq və mühərrik aldığını, quru sərhədi bağlı olduğu üçün qayığı və mühərriki Azərbaycan Respublikasına gətirə bilmədiyini demiş, qayığı dəniz yolu ilə onunla birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirməyi təklif etmiş, Təqsirləndirilən şəxs2la razılaşaraq sonuncu ona Astarxan şəhərinə bilet sifariş etmiş, 26 oktyabr 2023-cü il tarixdə X13 X7 gəlmiş, həmin gün təyyarə ilə Astarxan şəhərinə getmiş, Astarxan şəhərində Təqsirləndirilən şəxs2 onu qarşılamış, birlikdə qatarla Maxaçqala şəhərinə getmişlər, 27 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Maxaçqala şəhərində mehmanxanadan çıxıb taksi ilə İzberbaş qəsəbəsinə getmişlər, İzberbaş qəsəbəsində Xəzər dənizinin kənarında Təqsirləndirilən şəxs2 aldığı qəhvəyi rəngli üzərində «ПИВЕРА-3200» yazısı olan rezin qayığı nasos ilə doldurmuşlar, izberbaş qəsəbəsidə aldıqları 10 ədəd ağ, 1 ədəd qırmızı rəngli kanstirləri qayığa yerləşdirmişlər, həmin gün saat 18 radələrində qara rəngli «МАЭНУМ ПРО 9.9» mühərriki işə salaraq Təqsirləndirilən şəxs2 olan CPS cihazından istifadə edərək Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətdə təxminən 250-300 km hərəkət etdikdən sonra yanacaq qurtarmış, yanacaq qurtardıqdan sonra küləyin istiqamətində avarla qayığı hərəkətə gətirmişlər, 10 ədəd ağ, 1 ədəd qırmızı rəngli konıstirləri dənizə atmışlar, 30 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Pirşağı qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə yaxınlaşmışlaT, bu zaman qayıq bort nömrəsiz və qeydiyyatsız olduğundan sərhədçilər tərəfindən saxlanılmışlar, aparılmış söhbət zamanı sərhədçilərə 27 oktyabr 2023cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətdə qayıqla qanunsuz yolla dövlət sərhədini keçdiklərini etiraf etmişlər, daha sonra sərhədçilər tərəfindən onların iştirakı ilə əraziyə və qayığa baxış keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin X2 sahil nəzarət bölməsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə saat 11:20-də "Novxanı” sahil nəzarət bölməsinin sağ cinahında 59 və 60-cı yanalma körpüsündə digər əməkdaş Şahid2 ilə birlikdə “əraziyə baxış qrupu və üzmə vasitələrinin rəsmiləşdirilməsi” sərhəd naryadı xidmətində olarkən dənizdə bir üzmə vasitəsinin sahil istiqamətində hərəkətini müşahidə etmişlər, həmin üzmə vasitəsi saat 11:30-da Pirşağı qəsəbəsi ərazisində yerləşən 60-cı yanalma sahilinə yan almış, həmin üzmə vasitəsinə yaxınlaşdıqda rezin tipli, bort nömrəsiz və qeydiyyatsız üzərində «РИВЕРА-3200» sözü yazılmış, üzərində “MAGNUM PRO 9.9” mühərriki olan, içərisində 2 nəfər heyəti olan qayığı görmüşlər, aparılmış söhbət zamanı həmin şəxslərin Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları məlum olmuş, saxlanılan şəxslər İzberbaş qəsəbəsindən Xəzər dənizinə daxil olaraq 27 oktyabr 2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz keçərək gəldiklərini etiraf etmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Dövlət Sərhəd Xidmətinin X2 sahil nəzarət bölməsinin nəzarətçisi Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DSX Sahil Mühafizəsinin rəisi, vəzifələrini müvəqqəti icra edən, kontr-admiral Abbas Qiyasovun məktubundan görünür ki, 30 oktyabr 2023-cü il tarixdə saat 11:30-da dövlət qeydiyyatından keçməmiş, bort nömrəsiz “MAGNUM PRO 9.9” mühərikli rezin tipli üzmə vasitəsilə Rusiya Federasiyası Dağıstan Respublikasının izberbaş qəsəbəsindən Xəzər dənizinə daxil olmuş, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq pozduqdan sonra Sahil Mühafizəsinin "Novxanı” sahil nəzarəti bölməsinin Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində yerləşən bölmənin sağ cinahının 60-cı yanalma körpüsündə Xəzər dənizinin sahilində Azərbaycan Respublikası vətəndaşları, Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmışlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 30 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları ərazi Sahil Mühafizəsinin Bakı şəhəri, Sabunçu rayopu, Pirşağı qəsəbəsi ərazisində yerləşən "Novxanı” sahil nəzarəti bölməsinin sağ cinahının 60-cı yanalma körpüsüdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DSX ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, 14 noyabr 2019-cu il tarixdə, saat 23:33-də X8 Hava Limanında 849 nömrəli Aktau-Bakı reysi ilə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına gələn Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ölkədən getmələri barədə “İAMAS”-da məlumat olmadığından saxlanılaraq X3 bölməsinə təhvil verilmişlər. Bundan başqa 08 iyun 2014-cü il tarixdə saat 11:30-da Sahil Mühafizəsinin 8-ci sahil nəzarət məntəqəsinin xidməti sahəsinin sağ cinahı Qızılağac qoruğu istiqamətində sərhəd naryadı tərəfindən qayıqla icazəsiz və müvafiq sənədləri üzərində olmadan dənizə daxil olduğu üçün Təqsirləndirilən şəxs2 sərhəd rejim pozucusu qsimində saxlanılaraq inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən İAMAS-dan edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə 28 may 2023-cü il tarixdə, 'saat 19:26-da C01897163 nömrəli pasport ilə Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətdə, Təqsirləndirilən şəxs1 isə sonuncu dəfə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətdə dövlət sərhədini rəsmi şəkildə 26 oktyabr 2023-cü il tarixdə saat 17:38-də C03112252 nömrəli pasport ilə çıxış etsələr də daha sonra Azərbaycan Respublikasına giriş etməmişlərdir İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Neftçala İnzibati Ərazi X5 tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, 4535 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən iş materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 barəsində Neftaçala rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Neftçala İnzibati Ərazi X5 tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, 4534 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X9 adlarında iki azyaşlı övladları var. İş materiallarında olan 03 aprel 2006-cı il tarixli, AZ-İ seriyalı 718463, 10 may 2007ci il tarixli, AZ-İ seriyalı 911706 nömrəli və 10 sentyabr 2009-cu il tarixli, AZ-İİ seriyalı 308812 nömrəli doğum haqqında şəahdətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 17 fevral 2006-cı il təvəllüdlü X12, 12 mart 2007-ci il təvəllüdlü X10 və 15 iyul 2009-cu il təvəllüdlü X16 adında üç azyaşlı övladları var İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında 28 oktyabr 2023-cu ıl tarixdə, saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədim dövlət sərhədinin nəzarət - buraxılış məntəqələrindən kənarda, yəni X4 rayonununda yerləşən Şimal regional şöbəsinin 'Samurçay sahil nəzarət bölməsmın xidməti ərazisindən Xəzər dənizində Rusiya Federasiyasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, 30 oktyabr 2023-cu ıl tarixdə saat 11 20-də X1 regional şöbəsinin “Novxanı" sahil nəzarəti bölməsinin xidməti ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs1 qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni X4 rayonununda yerləşən Şimal regional şöbəsinin “Samurçay” sahil nəzarəti bölməsinin xidməti ərazisindən Xəzər dənizində Rusiya Federasiyasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, 30 oktyabr 2023-cü il tarixdə saat 11:20- də X1 regional şöbəsinin “Novxanı” sahil nəzarəti bölməsinin xidməti ərazisində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, onların əməlində Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər hədov Elmir Abduləhməd oğlu və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində əsasən Təqsirləndirilən şəxs2 himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs2 cəzasının ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzasının olmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrinə əsasən nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi və ya cəzanın şərti olaraq tətbiq edilməsinə heç bir əsas yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan 30 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan, habelə şübhəli şəxsi tutma haqqında 31 oktyabr 2023-cü il tarixli protokoldan və Bakı şəhəri Səbail rayon məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 4(009)-762/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 30 oktyabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuş, 31 oktyabr 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2023-cü il tarixdə barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin ilə 30 yanvar 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs1 cəzasının ağırlaşdıran hal müəyyən edilməmişdir.. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzasının olmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrinə əsasən nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi və ya cəzanın şərti olaraq tətbiq edilməsinə heç bir əsas yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan 30 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan, habelə şübhəli şəxsi tutma haqqında 31 oktyabr 2023-cü il tarixli protokoldan və Bakı şəhəri Səbail rayon məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 4(009)-763/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 30 oktyabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuş, 31 oktyabr 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2023-cü il tarixdə barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin ilə 30 yanvar 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 oğlunun cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində qalsın. Təqsirləndirilən şəxs2 Abdəlməd oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində qalsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutun, mülki iddianın və müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan (məhkuma münasibətdə rəsmi qaydada aldığı gündən) 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN İmza var Sərxan Səmədzadə: HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar