Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-68/2022 23.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1980-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,811 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 18 fevral 2022-ci il tarixdə saat 16:00 radələrində polis əməkdaşları tərəfindən Xaçmaz rayonunun Yalama kəndi ərazisində saxlanılaraq Xaçmaz rayon X17 Polis Bölməsinə gətirildikdən sonra, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindəki 01 ədəd bükümdə təmiz çəkisi 0,811 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,bir neçə aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. 2022-ci ilin fevral ayının 18-də iş üçün Xaçmaz rayonunun Yalama kəndinə getmiş, həmin gün saat 16 radələrində Yalama kəndində küçə ilə piyada gedərkən yerdən bir ədəd siqaret qutusu tapmış, siqaret qutusunu açıb içərisinə baxdıqda qutunun içərisində 1 ədəd siqaret və bir ədəd büküm halında olan falqa görmüş, o, həmin falqa bükümü açıb içərisinə baxdıqda, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Heroindən istifadə etdiyi üçün bükümü əynində olan idman şalvarının sağ yan cibinə qoymuş, siqaret qutusunu isə digər cibinə qoymuşdur. Az sonra iki nəfər tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması barədə X18 məlumat daxil olduğunu bildirməklə üzərinə şəxsi axtarış keçirilməsi üçün onu X18 dəvət etmişlər. Polis bölməsində o, şübhəli şəxs kimi tutulmuş və vəkil təqdim olunduqdan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş vəziyyətdə olan narkotik vasitə heroini müstəntiqə təqdim edərək həmin falqanın içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkar olunmuş narkotik vasitə protokol tərtib edilməklə götürülüb qablaşdırılmışdır. Əməlindən peşmandır, himayəsində azyaşlı uşağı və xəstə atası olması nəzərə alınaraq ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X17 Polis Bölməsinin polis nəfəri Şahid1 göstərdi ki, 18 fevral 2022-ci il tarixdə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlamaqla, daşıması barədə Xaçmaz rayon X17 Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlmatla bağlı Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə əməliyyat müvəkkili X12 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qurupunun üzvlərinin hər birinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Onlar Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə saat təxminən 16 radələrində Xaçmaz rayonunun Yalama kəndində olmasını müəyyən edərək həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, onu narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli şəxs kimi X21 dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə avtomobilə əyləşərək Polis Bölməsinə gəldikdən sonra inzibati binada müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün Xaçmaz rayon Vəkil Bürosunun vəkili X16 təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşının iştirakları ilə üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs isə bununla bağlı etirazının olmadığını bildirmiş və ona üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibində olan bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmiş, həmin büküm müstəntiq tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz halında maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin tünd qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tapdığını, özünün həmin narkotik vasitənin istifadəçisi olduğunu, öz şəxsi istifadəsi üçün üzərində gəzdirib daşımaqla saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinə oxşar kütlə qablaşdırılaraq, möhürlənmiş və qablaşdırmanın üzəri şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X17 Polis Bölməsinin əməliyyat müvəkkili X12 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materillarında olan şəxsi axtarış keçirilməsi haqqında 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 18 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bir ədəd karandaşı, bir ədəd plastik kartı və bir ədəd qış papağını çıxarıb təqdim etmiş, təqdim etdiyi falqa bükümün içərisinə baxılarkən bükümün içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli toz halında olan maddə olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar olunmamış, üzərindən aşkar olunmuş bir ədəd karandaş, bir ədəd qış papağı və bir ədəd plastik kart onun özünə qaytarılmış, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm müstəntiq tərəfindən ekspertizaya təqdim etmək üçün götürülmüşdür. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2022-ci il tarixli, 6/1039 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 58 möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,811 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 0,761 qram təşkil edir. İş materiallarında olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 06 mart 2022-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X1 rayon X17 PB-nin inzibati binasında əməliyyat müvəkkili, polis leytenantı X4, polis nəfəri Şahid1, Xaçmaz rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinə başlanılmışdır. Müstəntiq Təqsirləndirilən şəxs müraciət edərək, onun qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olduğunu və həmin məlumat əsasında Xaçmaz rayonu, Yalama kəndində saxlanılaraq Polis Bölməsinə gətirildiyini və yuxarıda adları qeyd olunun polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağını bildirir. Müstəntiq şəxsi axtarışda Təqsirləndirilən şəxs müdafiəçisi kimi Xaçmaz rayon Vəkil Bürosunun vəkili X8 da iştirak etdiyini bildirir, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirir, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd falqa bükümü, əynindəki uzunqol gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli qış papağını, əynində olan qara rəngli gödəkcənin sol qoltuq cibindən bir ədəd karandaşı, bir ədəd plastik kartı təqdim edir, Təqsirləndirilən şəxs təqdim etdiyi falqa bükümün içərisində narkotik vasitə olduğunu bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd falqa büküm müstəntiq tərəfindən açıldıqda həmin bükümün içərisində tünd qəhvəyi rəngli, toz halında olan maddə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd falqa bükümdə olan tünd qəhvəyi rəngli, toz halında maddə ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs video görüntüdəki şəxsin özü olduğunu bildirir və baxış keçirilməsi, bu barədə protokol tərtib olunması ilə bağlı heç bir vəsatətinin və etirazının olmadığını bildirir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 10 mart 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,811 qram çəkidə narkotik vasitə heroin və bir ədəd içərisində baxış keçirilməsinə dair videogörüntülər olan disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroin saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli, 1100 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 24 fevral 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 may 2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli, 1127 saylı arayışdan, 29 dekabr 2017-ci il tarixli, AZ-İİ seriyalı, 250057 nömrəli nikah haqqında, 01 sentyabr 2020-ci il tarixli, AZ-İV seriyalı, 486786 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Məhəmmədov küçəsi ev 26 ünvanında yaşayır. Ailə tərkibi1945-ci il təvəllüdlü atası X5, 1955-ci il təvəllüdlü anası X3, 1984-cü il təvəllüdlü arvadı X9 və 11 avqust 2020-ci il təvəllüdlü oğlu X10 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,811 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 18 fevral 2022-ci il tarixdə saat 16:00 radələrində polis əməkdaşları tərəfindən Xaçmaz rayonunun Yalama kəndi ərazisində saxlanılaraq Xaçmaz rayon X17 Polis Bölməsinə gətirildikdən sonra, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindəki 01 ədəd bükümdə təmiz çəkisi 0,811 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını və himayəsində iki nəfər ailə üzvü, o cümlədən bir nəfər azyaşlı uşağı olmaqla ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 18 fevral 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə 20 fevral 2022-ci il tarixli qərarından və həmin tarixli “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə Xaçmaz rayon X11 Saxlama Yerindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,761 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 110 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 04 gün) hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 0,761 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-68/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-68/2022
23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver