Məhkəmə qərarları › İş №1(067)-69/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-69/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-69/2021 23.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə 08 avqust 1996-cı ildə Xaçmaz rayonunun Bostançı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Bostançı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1998-ci ildə Xaçmaz rayonunun Ağtala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Xudat şəhəri, ünvan 3ndə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Beybutov X3 Orxan Elman oğlu ilə birlikdə özgənin amlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 sentyabr 2020-ci il tarixdə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Bostançı kəndindəki evin qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kiminsə gəldiyi halda xəbər vermək üçün ətrafa nəzarət etməkdən ötrü evin yaxınlığında gözləmiş, o isə evin həyətinə giriş darvazasının altında olan boşluqdan keçməklə həyətdə yerləşən saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq, oradan üst-üstə yığılan, bir kiloqramı 5 manat təşkil edən, hər birinin çəkisi 30 kiloqram olmaqla 3 kisə və 35 kiloqram olmaqla 1 ədəd kisəyə yığılmış, ümumilikdə sə 125 kiloqram çəkidə fındığı gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 625 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün idarə etdiyi velosipedlə 08 sentyabr 2020-ci il tarixdə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Bostançı kəndindəki evin yaxınlığına gəlib velosipeddən düşdükdən sonra giriş darvazasının altında olan boşluqdan keçməklə fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədə giriş darvazasının qapısını içəridən açdıqdan sonra həyətə girən Təqsirləndirilən şəxs2lə birlikdə evin həyətində yerləşən saxlanc yeri hesab edilən tikiliyə daxili kilidlə kilidlənmiş plastik qapını rəzəsindən çıxarmaqla qanunsuz daxil olaraq orada üst-üstə yığılan bir kiloqramı 5 manat təşkil edən, hər biri 30 kiloqram olmaqla 3 ədəd kisəyə yığılmış 90 kiloqram və bir ədəd kisədə 10 kiloqram olmaqla ümumi çəkisi 100 kiloqram olan fındığı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 500 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 sentyabr 2020-ci il tarixdə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Bostançı kəndindəki evin qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən o, kiminsə gəldiyi halda xəbər etmək üçün ətrafa nəzarət etməkdən ötrü evin yaxınlığında gözləmiş, Təqsirləndirilən şəxs1 isə evin həyətinə giriş darvazasının altında olan boşluqdan keçməklə həyətdə yerləşən saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq, oradan üst-üstə yığılan, bir kiloqramı 5 manat təşkil edən, hər birinin çəkisi 30 kiloqram olmaqla 3 ədəd kisə və 35 kiloqram olmaqla 1 ədəd kisəyə yığılmış, ümumilikdə isə 125 kiloqram çəkidə fındığı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 625 nanat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 idarə etdiyi velosipedlə 08 sentyabr 2020-ci il tarixdə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Bostançı kəndindəki evin yaxınlığına gəlib velosipeddən düşdükdən sonra Təqsirləndirilən şəxs1 giriş darvazasının altındakı boşluqdan keçməklə fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədə giriş darvazasının qapısını içəridən açdıqdan sonra o da Təqsirləndirilən şəxs1la birlikdə evin həyətində yerləşən saxlanc yeri hesab edilən tikiliyə daxili kilidlə kilidlənmiş plastik qapını rəzəsindən çıxarmaqla qanunsuz daxil olaraq oradan üst-üstə yığılan, bir kiloqramı 5 manat təşkil edən, hər biri 30 kiloqram olmaqla 3 ədəd kisəyə yığılmış 90 kiloqram və bir ədəd kisədə 10 kiloqram olmaqla ümumi çəkisi 100 kiloqram olan fındığı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 500 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Bostançı kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Anası onkoloji xəstədir və mütəmadi olaraq Xudat şəhər xəstəxanasına gedib müalicə olunur. Buna görə də onlar Xudat şəhərinə 2020-ci ilin mart ayında köçmüşdürlər. Həmin küçədə onunla Təqsirləndirilən şəxs2lə tanış olub dostluq etməyə başlamışlar. O və Orxan Xudat şəhərində yerləşən kafelərə gedib orada çay içib, söhbət etmişlər. Bir dəfə söhbət zamanı Orxan özünün banka olan kredit borcuna görə ondan 300-350 manat pul borc istəmiş, o isə pulunun olmadığını bildirmişdir. 2020-ci ilin avqust ayında o, axşam saatlarında Orxan ilə yenə yaşadıqları küçədə görüşmüş və kafeyə getmişlər. Kafedə olan zaman o, Orxana bildirmişdir ki, əgər pula ehtiyacı vardırsa, onunla birlikdə Xaçmaz rayonunun Bostançı kəndində yerləşən tanıdığı bir evə gedib oradan fındıq oğurlayıb sataraq pul əldə edə bilərlər. Həmin ev onun bibisi Gülümnaz Tarverdiyevanın yaşadığı evdir və fındıq bağları olduğu üçün hər il həyətlərində fındıq olduğunu, evlərinin yanında olan tikilidə fındığı saxladıqlarını bilmiş və bu barədə o, Orxana da məlumat vermiş, Orxana bu işdə ona köməklik etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır. Təxminən avqust ayının sonlarında onu Orxan öz yaşadığı evin həyətinə çağırmışdır ki, həmin evdən hansı yolla fındığı oğurlayıb və həmin oğurlayacaqları fındığı hansı vasitə ilə daşıyacaqlarını qərarlaşdırsınlar. Eyni zamanda, o həmin evin bütün giriş-çıxışlarını tanıdığını, həyətdə plastik qapısı olan bağlı otağın olduğunu və kisələrə yığılan fındıqların əksər hallarda həmin otaqda saxlanıldığını, özünün içəri girib fındıqları götürəcəyini, Orxanın ona kömək edib fındıqları daşımağa görə onunla getməyini istədiyini bildirmişdir. Həmçinin o, təklif etmişdir ki, taksi ilə gedib həmin bibisigilin evindən fındıqları oğurlayıb Xudat şəhərinə gətirsinlər. Orxan ona bildirmişdir ki, gecə vaxtı onlar fındıq kisələri ilə yola çıxsalar, özlərini ələ verərlər, buna görə də təklif etmişdir ki, oğurladıqları fındıqları haradasa gizlətsin və səhəri gün taksi ilə gedib aparsınlar. O da bu fikirlə razılaşmış və oğurlayacaqları fındıqları bibisigilin evindən bir neçə küçə aralıda olan açıq fındıq bağı sahəsində gizlədə biləcəklərini bildirmişdir. Orxan da onunla razılaşıb oğurluq etməkdə ona kömək edəcəyini bildirmişdir. 30 avqust 2020-ci il tarixdə, axşam saat 21 radələrində o, Orxanla görüşüb Xudat şəhərində yerləşən kafelərdən birinə getmiş və 01 sentyabr 2020-ci il tarixə keçən gecə, təxminən saat 00 radələrində kafedən çıxıb piyada gedib Orxanla birlikdə Bostançı kəndinə çatmış, orada onun bibisinin yaşadığı evə getmişlər. Orxanla evin qarşısına çatan zaman bildirmişdir ki, Orxan kənarda dayanıb nəzarət etsin və kimsə gəldiyi halda o, işıqla və ya fit atmaqla xəbər etsin. Orxan onunla razılaşıb evin yaxınlığında dayanıb gözləməyə başlamışdır, həmin vaxt o, həyət qapısının altındakı aralıqdan həyətə daxil olmuş və bibisigilin həyətdə saxladıqları itin zəncirdə olmadığını görmüş və bu zaman it hürməyə başlamışdır. Lakin onun üzərinə hücum etməmiş, çünki o bundan əvvəl də dəfələrlə bibisigilə getmiş, hətta bir neçə dəfə də həmin itə yemek vermişdir. Daha sonra o, həyətdə giriş qapsının darvazasını açmış, bayıra çıxıb bir daha Orxandan diqqətli olmağı istəyib yenə həyətə girmiş, qapını isə açıq vəziyyətdə saxlamışdır ki, kisələri götürdükdən sonra rahat çıxa bilsin. Daha sonra həyət qapısından içəri girib sağ tərəfdəki birmərtəbəli tikilinin qarşısına gəlmişdir. Əvvəllər də o, bibisigildə olan zaman bibisi və ailə üzvlərinin dəfələrlə həmin otağa daxil olub oradan balonlarda konservləşdirilmiş tərəvəz məhsullarını çıxardığını və həmin otağın qapısının üzərində həmişə açar olduğunu görmüşdür. Bundan başqa, özü də dəfələrlə bibisigildə olan zaman həmin həyətdəki otağa daxil olub orada müxtəlif məişət əşyalarının və tərəvəz məhsullarının saxlanıldığını görmüşdür. O həmin otağın qarşısına gəlib qapının üzərində açar olduğunu görmüş və qapını açıb içəri daxil oİmuşdur. O, otağa daxil olduqda yerdə üst-üstə yığılan 7 ədəd fındıqla dolu, 1 ədəd isə fındıqla yarımçıq dolu olan kisələri görmüşdür. O həmin vaxt bir dolu kisəni çiyninə qoyub əvvəlcə otağın qapısından, sonra isə həyətin qapısından çıxarmaqla tələsərək Orxanın yanına gətirib qoymuşdur. Həmin vaxt o, Orxana içəridə daha 6 dolu kisə və 1 yarım dolu kisə fındıq olduğunu bildirmiş və tez işləyib çıxıb getmək lazım olduğunu demişdir. Bundan sonra yenə içəri keçib növbəti kisəni götürüb Orxanın yanına gətirib qoymuşdur. Bu minvalla 4 kisə fındığı oğurlayıb gətirib Orxanın yanına qoymuşdur. Həmin vaxt Orxana içəridə 3 kisə yarım fındığın da qaldığını bildirmişdir. Daha sonra o, fındıq kisələrindən birini Orxanın köməyi ilə çiyninə qoymuş və həmin vaxt Orxan da onun çiynindən kisənin aşıb içindəki fındığın dağılmaması üçün və onun fındıq dolu kisələri harada gizlətdiyini bilmək üçün onun yanında gəlmişdir. Orxanla kənddəki evlərin arxasındakı cığırla təxminən 100 metr mesafədən artıq yol getmiş, açıq bir fındıq sahəsinin yanına çatdıqda həmin fındıq dolu kisəni həmin bağ sahəsində fındıq ağacının altına qoymuşdur. Daha sonra onlar yenidən qayıdıb qalan 3 kisəni də birlikdə daşıyaraq gətirib həmin açıq bağ sahəsində fındıq ağacının altına yığmışlar. Təxminən saat 03 radələrində isə onlar Bostançı kəndindən çıxıb yaşadıqları Xaçmaz rayonu, Xudat şəhərinə gəlib öz evlərinə gedib yatmışdır. Növbəti gün, yəni 01 sentyabr 2020-ci il tarixdə, saat təxminən 12 radələrində Orxanla yaşadıqları küçədə yenə görüşüb Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığına getmiş, oradan taksi tutub Xaçmaz rayonunun Bostançı kəndinə getmişlər. Yolda olan zaman tanımadıqları həmin taksi sürücüsünə öz bağlarından yığdıqları fındıq kisələrini götürüb Xaçmaz-Quba yolunda yerləşən fındıq qəbulu məntəqəsinə aparacaqlarını demiş və taksinin pulunu isə fındığı satdıqdan sonra verə biləcəklərini demişlər. Sürücü onları Xaçmaz rayonunun Bostançı kəndində fındıq kisələrini gizlətdiyi yerə gətirmiş və onlar fındıqla dolu 4 kisəni avtomobilə yükəyib Xaçmaz-Quba yolunda yerləşən fındıq satışı məntəqəsinə gətirmişlər. Orada tanımadıqları bir şəxsə bir kiloqramını 5 manatdan olmaqla ümumilikdə 125 kq fındığı 625 manata satmışlar. Həmin vaxt Orxan 625 manat pulu özündə saxlamışdır. Oğurladıqları fındığı sataraq əldə etdikləri 625 manat pulun 25 manatını taksi sürücüsünə vermiş və sürücü onları Xaçmaz şəhərində yerləşən köhnə avtovağzalın qarşsına aparmışdır. Orada onlar avtomobildən düşüb köhnə avtovağzalın içərisində olan kafedə dönər yemişlər. Sonra qalan pulu öz aralarında bölüşdürmüşlər. Fındıq oğurlayıb əldə etdikəri pulu kafelərdə yeyib-içməyə, siqretə və enerji içkiləri almağa xərcləmişlər. Təxminən 7 gün sonra, yəni 7 sentyabr 2020-ci il tarixdə, axşam saat 21 radələrində o, Orxanla görüşüb Xudat şəhərində yerləşən kafelərdən birinə getmiş, orada Orxanla razılaşmışlar ki, gedib Bostançı kəndində bibisigilin yaşadığı evin həyətindəki otaqdan qalan 3 kisə yarım fındığı da oğurlasınlar. 07 sentyabr 2020-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixə keçən gecə, saat 00 radələrində kafedən çıxıb yenə bibisigildən oğurluq etmək məqsədilə Bostançı kəndinə bibisigilin yaşadığı evə onun idarə etdiyi velosipedlə getmişlər. Bibisinin yaşadığı evə çatan zaman saat 00:20 radələri olmuşdur. O, evin qarşısına çatan zaman Orxana bildirmişdir ki, Orxan kənarda dayanıb nəzarət etsin və kimsə gəldiyi halda ona xəbər etsin. Təxminən 30 dəqiqə o, Orxanla birlikdə bibisigilin evinin qarşısında dayanmış və qonşunun həyət işıqlarının söndürülməsini gözləmişlər. İşıqlar söndükdən sonra o, hasarın üzərindən boylanıb həyətdə heç kəsin olmadığını və itin də olmadığını görmüş və yenə həyət qapısının altındakı aralıqdan həyətə daxil olaraq qapını açmışdır. Daha sonra bibisigilin həyətindəki otağın qapısının qarşısına gedən zaman otağın qapısının açarla bağlı olduğunu görmüşdür. Həmin vaxt o, Orxanı içəri girməsi üçün çağırmışdır ki, kisələri çiyninə qoymağa kömək etsin və Orxana bildirmişdir ki, otağın qapısı bağlıdır. Həmin vaxt Orxan da heç kəsin onları görməyəcəyini və evdəkilərin yatdığını dediyi üçün Orxan arxayın olub həyətə daxil olmuşdur. O həmin vaxt həyətdə olan təxminən 15-20 sm uzunluğunda olan qalın dəmir parçası ilə həyətdəki otağın qapısının pətləsini zərbə ilə vuraraq çıxarmağa başlamış və həmin vaxt Orxan da qapını dəstəyindən tutub qaldırmaqla ona qapını çərçivəsindən çıxarmağa kömək etmişdir. Beləliklə, Orxanla birlikdə otağın qapısını çərçivəsindən çıxarıb kənara qoymuş və o, içəri daxil olmuşdur. Otağın içərisində üst-üstə yığılan fındıqla dolu 3 ədəd kisə və fındıqla yarımçıq dolu 1 ədəd kisə olmuşdur. Orxan da onunla birlikdə içəri daxil olaraq yerdəki fındıq dolu kisələrdən birini onun çiyninə qaldırıb qoymuş və onlar otaqdan çıxmışlar. Orxan bayır tərəfdən həyətin hasarının kənarında dayanmış və o, həyət qapısından çıxan zaman kisəni Orxanın yanına qoymuş, yenidən bibisigilin yaşadığı evin həyətindəki otağa daxil olub digər kisələri də çiyninə qoyub bayıra çıxarmış və Orxanın yanına qoymuşdur. Beləliklə, Orxanla birlikdə 3 kisə yarım fındığı oradan götürüb onun idarə etdiyi velosipedlə yenə aparıb fındıq ağacının altına qoymuşlar. O, Orxanla birlikdə onun velosipedində fındıq kisələri ilə hərəkət edən zaman hava çox yağışlı olduğundan o bir neçə dəfə idarəetməni itirmiş və kisələrdəki fındıqların bir hissəsi getdikləri yola dağılmışdır. Onlar oğurladıqları 3 kisə yarım fındığı gizlətdikən sonra saat 03 radələrində yaşadıqları Xudat şəhərinə, öz evlərinə getmişlər. Növbəti gün saat 08 radələrində fındıq kisələrini gizlətdikləri yerə gedib baxan zaman fındıq kisələrinin yerində olduğunu görüb işlədiyi Xaçmaz rayonunun Qusarçay kəndinə getmişdir. Saat təxminn 10 radələrində atası Camal Beybutov evdə bibisigilin fındıq kisələrinin oğurlandığını və bibisinin əri Muxtar tərəfindən həmin oğurlanan fındıq kisələrinin tapıldığını öyrənmişdir. Daha sonra saat təxminən 12 radələrində Orxan ona mobil telefon vasitəsilə zəng edib fındıq kisələrinin yerində olmadığnı demişdir. O isə həmin fındıq kisələrinin yəqin ki, elə bibisinin əri Muxtar tərəfindən tapıldığını bildirmişdir. 11 sentyabr 2020-ci il tarixdə isə atası Camal ona zəng edib evlərinə polis əməkdaşlarının gəlidyini bildirmiş, onu evə çağırmışdır. O, evə gedib atası ilə birlikdə Xaçmaz RPŞ-nə getmiş, orada əvvəlcə əməlini inkar etsə də, sonradan etiraf etmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanın tamamilə ödənildiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi küçəsi ev 14də xalası X6 ilə birlikdə yaşayır. 19 avqust 2019-cu il tarixdə anası Mehriban Əmirxanova xəstəlik səbəbindən vəfat etmişdir. X10 isə Xaçmaz rayonunun Yalama kəndində yaşayır və ailəlidir. 2020-ci ilin mart ayında onun Xudat şəhərində yaşadığı küçəyə Xaçmaz rayonunun Bostançı kəndindən tanımadığı bir ailə kirayə yaşamaq üçün köçmüşdür. O həmin ailədə həmyaşıdı olan “Babaş” ləqəbli Pirverdi adlı oğlanla, yəni digər Təqsirləndirilən şəxs1la tanış olub dostluq etməyə başlamışdır. Pirverdi ilə Xudat şəhərində yerləşən kafelərə gedib orada çay içib, söhbət etmişlər. Pirverdi ilə söhbət edən zaman özünün banka olan kredit borcuna görə 300-350 manat pula ehtiyacı olduğunu dəfələrlə bildirmişdir, hətta Pirverdidən pul borc da istəmişdir. Pirverdi isə ona pulunun olmadığını bildirmişdir. 2020-ci ilin avqust aylarında axşam saatlarında Pirverdi ilə yenə yaşadığı küçədə görüşmüş və kafeyə getmişlər. Kafedə olan zaman Pirverdi ona bildirmişdir ki, əgər pula ehtiyacı vardırsa, Pirverdi ilə birlikdə Xaçmaz rayonunun Bostançı kəndində yerləşən tanıdığı bir evə gedib oradan fındıq oğurlaya bilərlər. O, pula ehtiyacı olduğu üçün Pirverdi ilə razılaşmışdır. Təxminən avqust ayının sonlarında o, Pirverdini öz yaşadığı evin həyətinə çağırmışdır ki, Pirverdinin göstərəcəyi evdən hansı yolla fındığı oğurlayacaqları və həmin oğurlayacaqları fındığı nəyin vasitəsilə daşıyacaqlarını qərarlaşdırsınlar. Həmin vaxt Pirverdi əlbir olub oğurluq edəcəkləri evin öz bibisinin evi olduğunu və bibisinin ərinin adının Muxtar olduğunu bildirmişdir. Eyni zamanda, Pirverdi həmin evin bütün giriş-çıxışlarını tanıdığını, həyətdə plastik qapısı olan bağlı otağın olduğunu və kisələrə yığılan fındıqların məhz həmin otaqda saxlanıldığını, özünün içəri girib fındıqları götürəcəyini, onun isə kömək edib fındıqları daşımağa görə Pirverdi ilə getməyini istədiyini bildirmişdir. O, Pirverdiyə bildirmişdir ki, gecə vaxtı fındıq kisələri ilə yola çıxsalar özlərini ələ verə bilərlər, buna görə də təklif etmişdir ki, oğurlayacaqları fındıqları haradasa gizlətsinlər və səhəri gün taksi ilə gedib aparsınlar. Pirverdi bu fikirlə razılaşmış və ğurlayacaqları fındıqları bibisigilin evindən bir neçə küçə aralıda açıq fındıq bağı sahəsində gizlədə biləcəklərini bildirmişdir. O, Pirverdi ilə razılaşıb oğurluq etməkdə Pirverdiyə kömək edəcəyini bildirmişdir. 30 avqust 2020-ci il tarixdə, axşam saat 21 radələrində o, Pirverdi ilə görüşüb Xudat şəhərində yerləşən kafelərdən birinə getmiş və 01 sentyabr 2020-ci il tarixə keçən gecə, saat 00 radələrində kafedən çıxıb piyada gedib Pirverdi ilə birlikdə Bostançı kəndinə çatmışlar. Orada Pirverdinin bibisinin yaşadığı evə getmişlər. Pirverdi həmin evin qarşısına çatan zaman ona bildirmişdir ki, o, kənarda dayanıb nəzarət etsin və kimsə gəldiyi halda Pirverdiyə xəbər etsin. O, Pirverdi ilə razılaşıb evin yaxınlığında dayanıb gözləməyə başlamışdır. Həmin vaxt Pirverdi həyət qapısının altındakı aralıqdan həyətə daxil olmuş və qapını açmış, bayıra çıxıb bir daha ondan diqqətli olmağı istəyib yenə həyətə girmiş, qapını isə açıq vəziyyətdə saxlamışdır. Təxminən bir neçə dəqiqədən sonra Pirverdi çiyninə qoyduğu fındıq kisəsi ilə həyətin qapısından tələsərək çıxmış və tez işləmək, çıxıb getmək lazım olduğunu demişdir. Həmin vaxt o, Pirverdidən içəridə neçə kisə fındıq olması barədə soruşduqda, Pirverdi ona 7 kisə yarım fındıq olduğunu demişdir. Bundan sonra yenə Pirverdi içəri keçib növbəti kisəni götürüb onun yanına gətirib qoymuşdur. Bu minvalla 4 kisə fındığı Pirverdi oğurlayıb gətirib onun yanına qoymuşdur. Həmin vaxt Pirverdi içəridə 3 kisə yarım fındığın da qaldığını bildirmişdir. Daha sonra o, fındıq kisələrindən birini Pirverdinin çiyninə qoymağa kömək etmiş və kisənin Pirverdinin çiynindən aşıb içindəki fındığın dağılmaması üçün və Pirverdinin fındıq dolu kisələri harada gizlətdiyini bilmək üçün Pirverdi ilə birlikdə getmişdir. Pirverdi ilə kənddəki evlərin arxasındakı cığırla təxminən 100 metr mesafədən artıq yol getmiş, açıq bir fındıq sahəsinin yanına çatdıqda Pirverdi çiynindəki fındıq dolu kisəni həmin bağ sahəsində fındıq ağacının altına qoymuşdur. Daha sonra onlar yenidən qayıdıb Pirverdinin bisisigildən oğurlayıb küçəyə çıxardığı qalan 3 kisəni də birlikdə gətirib həmin açıq bağ sahəsində fındıq ağacının altına yığmışlar. Təxminən saat 03 radələrində isə onlar Bostançı kəndindən çıxıb yaşadıqları Xaçmaz rayonu, Xudat şəhərinə gəlib öz evlərinə gedib yatmışdır. Səhəri gün, yəni 01 sentyabr 2020-ci il tarixdə, saat təxminən 12 radələrində Pirverdi ilə yaşadığı küçədə yenə görüşüb Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlmiş, oradan taksi tutub, Xaçmaz rayonunun Bostançı kəndinə gəlmişlər. Yolda olan zaman tanımadığı taksi sürücüsünə öz bağlarından yığdıqları fındıq kisələrini götürüb Xaçmaz-Quba yolunda yerləşən fındıq qəbulu məntəqəsinə aparacaqlarını və taksinin pulunu isə fındığı satdıqdan sonra verə bilcəklərini demişdirlər. Sürücü onları Xaçmaz rayonunun Bostançı kəndində fındıq kisələrini gizlətdikləri yerə gətirmiş və onlar fındıqla dolu 4 kisəni avtomobilə yükəyib Xaçmaz-Quba yolunda yerləşən fındıq satışı məntəqəsinə gətirmişlər. Orada tanımadığı bir şəxsə bir kiloqramı 5 manatdan olmaqla, ümumilikdə 125 kq fındığı 625 manata satmışdırlar. Oğurladıqları fındığı sataraq əldə etdikləri 625 manat pulun 25 manatını taksi sürücüsünə vermiş və sürücü onları Xaçmaz şəhərində yerləşən köhnə avtovağzalın qarşısına gətirmişdir. Orada onlar avtomobildən düşüb köhnə avtovağzalın içərisində olan kafedə dönər yemiş və əldə etdikləri pulu aralarında bölmüşlər. Daha sonra onlar Pirverdi ilə birlikdə Xudat şəhərinə, yaşadıqları küçəyə qayıtmışlar. Əldə etdikləri pulu kafelərdə yeyib-içməyə, siqaretə xərcləyib qurtarmışlar. Pirverdi daha sonra ona yenə oğurluq etməyi təklif etmişdir. O da Pirverdi ilə razılaşmışdır. Təxminən 7 gün sonra, yəni 7 sentyabr 2020-ci il tarixdə, saat 21 radələrində o, Pirverdi ilə görüşüb Xudat şəhərində yerləşən kafelərdən birinə getmiş, orada Pirverdi ilə razılaşmışlar ki, gedib Bostançı kəndində Pirverdinin bisigilin yaşadığı evin həyətindəki otaqdan qalan 3 kisə yarım fındığı da oğurlasınlar. 01 sentyabr 2020-ci il tarixə keçən gecə, saat 00 radələrində kafedən çıxıb yenə Pirverdinin bibisigildən oğurluq etmək məqsədilə Bostançı kəndinə, bibisigilin yaşadığı evə Pirverdinin idarə etdiyi velosipedlə getmişlər. Orada Pirverdinin bibisinin yaşadığı evə getmişlər. Saat təxminən 00:20 radələri olmuşdur. Pirverdi evin qarşısına çatan zaman ona bildirmişdir ki, o, kənarda dayanıb nəzarət etsin ki, kimsə gəldiyi halda Pirverdiyə xəbər etsin. Pirverdi ilə razılaşıb evin yaxınlığında dayanıb gözləməyə başlamışdır. Həmin vaxt Pirverdi həyət qapısının altındakı aralıqdan həyətə daxil olmuş və qapını açmış, bayıra çıxıb bir daha ondan diqqətli olmağı istəyib yenə həyətə girmiş, qapını isə açıq vəziyyətdə saxlamışdır. Təxminən bir neçə dəqiqədən sonra Pirverdi onu içəri girməyi üçün çağırmışdır ki, kisələri çiyninə qoymağa kömək etsin və həmin vaxt ona bildirmişdir ki, otağın qapısı bağlıdır. Bu zaman Pirverdi heç kəsin onları görməyəcəyini və evdəkilərin yatdığını demiş və o, arxayın olub həyətə daxil olmuşdur, həmin vaxt Pirverdi həmin həyətdən götürdüyü, əyri, təxminən 15-20 sm uzunluğunda olan qalın dəmir parçası ilə həyətdəki otağın qapısının pətləsini zərbə ilə vuraraq çıxarmağa başlamış və həmin vaxt o da qapının dəstəyindən tutub qaldırmaqla qapını çərçivəsindən çıxarmağa Pirverdiyə kömək etmişdir. Beləliklə, Pirverdi ilə birlikdə otağın qapısını çərçivəsindən çıxarıb kənara qoymuş və Pirverdi içəri daxil olmuşdur. O da içəri daxil olmuşdur. Otaqda üst-üstə yığılan fındıqla dolu 3 ədəd və fındıqla yarımçıq dolu 1 ədəd kisə olmuşdur. O, içəridən Pirverdiyə kömək edib fındıq dolu kisəni Pirverdinin çiyninə qoymuşdur. Daha sonra onlar otaqdan çıxmış və o, həyətin hasarının bayır tərəfində dayanmış, Pirverdi isə çiynindəki fındıqla dolu kisəni onun yanına qoyub yenidən özü həyət qapısından içəri girmişdir. Bundan sonra növbəti kisəni götürüb onun yanına gətirib qoymuşdur. Bu minvalla fındıqla dolu 3 ədəd kisə və fındıqla yarımçıq dolu olan 1 ədəd kisəni oğurlayıb gətirib onun yanına qoymuşdur. Daha sonra isə Pirverdinin idarə etdiyi velosipedlə onlar həmin fındıq kisələrini daşıyıb açıq bağ sahəsində fındıq ağacının altına yığmışlar. Onlar Pirverdinin idarə etdiyi velosipedlə fındıqları daşıyan zaman hava yağışlı olduğundan Pirverdi bir neçə dəfə idarəetməni itirmiş və kisələrdəki fındıqların bir hissəsi getdikləri yola dağılmışdır. Onlar oğurladıqları 3 kisə yarım fındığı gizlətdikən sonra saat 03 radələrində yaşadıqları Xudat şəhərinə, öz evlərinə getmişlər. Səhəri gün o, saat 12 radələrində həmin yerə gedib baxdıqda gizlətdikləri fındıq kisələrinin yerində olmadığını görmüş və bu barədə Pirverdiyə bildirdikdə Pirverdi oğurlayıb gizlətdikləri 3 kisə yarım fındıqların yəqin ki, elə bibisinin əri Muxtarın tapıb götürdüyünü demişdir. 11 sentyabr 2020-ci il tarixdə isə onu dayısı Əhməd öz evinə çağırmış və o, evə getdikdə polis əməkdaşları dayısının evində olmuş və o, Xaçmaz RPŞ-nə gedib izahat vermişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkən şəxsə vurduğu ziyanı tamamilə ödədiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin avqust ayının əvvəllərində onun yaşadığı kənddə bağ sahəsində fındıq yığıb həmin fındıqları yaşadığı evə gətirmişdir. Yaşadığı evin həyətində həmin fındıqları yaş vəziyyətdə qabığından təmizlədikdən sonra quruması üçün evin həyətinə sərmişdir. Təxminən bir həftədən sonra onlar həmin fındıqları kisələrə yığmış və beləliklə, 7 kisə yarım fındıq olmuşdur, daha sonra o, həmin 7 kisə yarım fındığı yaşadığı evin həyətindəki otağa yığmışdır. Həmin otağın qapısı həmişə açarla bağlı olmuşdur, belə ki, onlar həmin otağa məişət əşyaları və konservləşdirilmiş tərəvəz məhsullarını yığıb qapısını da açarla bağlamışlar. O, 7 kisə yarım fındığı otağa qoyub qapsını isə açarla bağlamışdır. O, 7 ədəd kisəyə 30 kq qurudulmuş qabıqlı fındığı yığanda həmin kisələri tərəzidə çəkmiş və həmin vaxt hər biri 30 kiloqram olmaqla 6 ədəd kisədə 180 kiloqram, içərisində 35 kiloqram fındıq olmaqla 1 ədəd kisə və 10 kiloqram fındıq olmaqla yarımçıq dolu kisədə ümumulikdə 225 kiloqram olmaqla 7 kisə yarım fındıq olmuşdur. 01 sentyabr 2020-ci il tarixdə, səhər saat 09 radələrində həyat yoldaşı Gülümnaz Tarverdiyeva ona yaşadıqları evdə bildirmişdir ki, evin həyətindəki otaqda saxladıqları 4 kisə fındıq yoxdur. O bundan sonra evin həyətindəki həmin otağa gedib baxdıqda 4 kisə fındığın olmadığını, 3 kisə yarım fındığın isə yerdə olduğunu görmüşdür. Bundan sonra bu barədə Azərbaycan Respublikasının DİN-in “102” xidmətinə zəng edərək, məlumat vermiş və dərhal hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, Xaçmaz RPŞ-nə gedərək, yaşadıqları evin həyətində yerləşən otaqdan ona məxsus 4 kisə fındığın oğurlanması barədə rəsmi müraciət etmişdir. 01 sentyabr 2020-ci il tarixdə həmin otaqlardan fındıq oğurlanan gün həmin saxlanc otağının qapısının üzərində açar qalmışdır. Həmçinin həyətə giriş darvazası da içəridən açılmışdır. 8 sentyabr 2020-ci il tarixdə, səhər saat 06 radələrində o öz yaşadığı evin həyətində olan zaman həyat yoldaşı ona bildirmişdir ki, evin həyətindəki otağın qapısı çərçivəsindən çıxarılmış vəziyyətdədir və həmin otağın pəncərəsi də açıq olmuşdur. O həmin vaxt otağın çərçivəsindən çıxarılan qapısını götürüb kənara qoymuş və otağa daxil olduqda qalan 3 kisə yarım fındığın da oğurlandığını görmüşdür. O həmin gecə yağış yağdığı üçün fındıqları oğurlayan şəxsin hansısa formada izinə düşəcəyi ümidi ilə həyət qapısından bayıra çıxıb həyətin hasarının kənarlarına baxmağa başlamışdır. Bu zaman evin həyət qapsının çıxışından sağ tərəfində yerdə velosiped təkərinin izlərinin olduğunu görmüşdür. Həmin izə baxmaqla təxminən 30 metr məsafə qət etdikdən sonra yerə bir qədər fındığın töküldüyünü görmüşdür. Təxminən 10 metr məsafəni də həmin izlə getdikdə yenə təxminən bir neçə kiloqram fındığın yerə dağıldığını və palçıqlı yerdə velosiped izlərinin olduğunu görmüşdür. Bununla da izlə təxminən 100 metr məsafəni qət etdikdən sonra daşlıq yolda velosiped təkərinin izlərinin itdiyini görmüşdür. O öz yaşadığı evə qayıdıb hadisə yerinə gələn polis əməkdaşlarına izahat verən zaman, orada olan digər əməkdaşlara küçədə velosiped izinin olmasını və həmin izlə getsə də, daşlıq yolda velosiped təkərinin izlərinin itdiyini deyib, izlərin hansı istiqamətdə olduğunu göstərmişdir. Daha sonra polis əməkşdaları həmin izlə gedib onun evindən təxminən 100 metr aralıda olan açıq fındıq bağı sahəsində fındıq ağacının altında ona məxsus 3 kisə yarım fındığı tapmışlar və o gedib fındıqlar götürüb öz evinə gətirmişdir. Sonradan ona polis əməkdaşları məlumat verərək bildirmişdir ki, onun həyətində saxlanc yeri kimi istifadə etdiyi otaqdan fındıqları qohumu Pirverdi sonuncunun dostu Orxan ilə birlikdə oğurlamış və həyətindən oğurladıqları 4 kisə fındığı Quba yolunda fındıq emalı sexinə aparıb satmışlar. Həmçinin məhkəməyə ərizə təqdim edərək iş üzrə təqsirləndirilən şəxslərin ona vurduqları ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, o, Xaçmaz- Quba yolunun kənarında yerləşən fındıq emalı sexində fındıq alışı ilə məşğul olur və bu barədə onun əmək müqaviləsi də vardır. Belə ki, o, fındıq gətirib satmaq istəyən şəxslərdən fındığı tərəzidə çəkib alır və kiloqramına uyğun fındığın pulunu verir. Gətirilən fındığın nə qədər olması və həmin fındığın alış qiymətini onlar iş yerində olan dəftərə qeyd edirlər. Bundan başqa, heç bir sənədləşmə və ya hər hansısa bir sənədi onlar fındıq satan şəxslərdən tələb etməmişlər. Çünki onlar fındıq satan şəxslərdən şəxsiyyəti təsdiq edən sənədi və ya ad və soyadını soruşduqda fındıq satan həmin şəxs onlara fındığı satmaqdan imtina edir. 01 sentyabr 2020-ci il tarixdə o, yenə öz işlədiyi Xaçmaz-Quba yolunun kənarında olan fındıq emalı sexində olan zaman, həmin gün o, bir neçə şəxsdən müxtəlif çəkilərdə fındıq almış və bu barədə fındığı aldığı şəxslərin adlarını qeyd etməsə də, lakin onlardan aldığı fındığın çəkisini və qiymətini qeydiyyat dəftərində qeydiyyata almışdır. Təxminən 2020-ci ilin sentyabr ayının ortalarında işlədiyi fındıq emalı sexinə polis əməkdaşları gəlib özlərini təqdim edib və ona bildirmişlər ki, 01 sentyabr 2020-ci il tarxidə Pirverdi və Orxan adlı şəxslər Xaçmaz rayonunun Bostançı kəndində yerləşən evdən fındıq oğurlayaraq gətirib onun işlədiyi fındıq emalı sexinə satmışlar. Həmin vaxt polis əməkdaşlarının yanıda iki nəfər şəxs də olmuşdur. O həmin şəxsləri, yəni iş üzrə təqsirləndirilən şəxsləri görən kimi tanımış və polis əməkdaşına bildirmişdir ki, həmin şəxslər gətirib fındıq emalı sexinə fındıq satmışlar. Polis əməkdaşları onun iştirakı ilə dəftərə baxmış və müəyyən edilmişdir ki, həmin şəxslər ona 01 sentyabr 2020-ci il tarixdə bir kiloqramı 5 manatdan olmaqla, sayını xatırlamadığı kisələrin içində ümumi çəkisi 125 kiloqram olan fındığı satmış və o, bunun müqabilində Pirverdi və Orxana 625 manat pul vermişdir. Həmin şəxslərin oğurlayaraq gətirib ona satdığı fındıqları artıq o, tanımadığı müştəriyə digər aldığı fındıqlarla birlikdə satdığı üçün iş üzrə təqsirləndirilən şəxslərdən aldığı fındığı polis əməkdaşlarına təqdim edə bilməmişdir. Bundan əlavə, adlarını sonradan bildiyi təqsirləndirilən şəxslər Pirverdi və Orxan ona 01 sentyabr 2020-ci il tarixdən başqa heç vaxt fındıq gətirib satmamışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, 2014-cü ildən ekspertiza sahəsində işləyir, hazırda İqtisad Ekspertizaları şöbəsinin böyük eksperti vəzifəsində işləyir, İ dərəcəli ədliyyə quluqçusudur. İş üzrə tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 dekabr 2020-ci il tarixli rəyi ilə tanış olduqdan sonra həmin rəyin onun tərəfindən tərtib edildiyini, rəyin nəticə hissəsində göstərilən xüsusuatlara müvafiq aparılmış tədqiqat nəticəsində Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza mərkəzinə təqdim edilmiş iri ölçülü qabıqlı fındığın və 08 sentyabr 2020-ci il tarixlərdə də orta bazar qiymətinin təxminən 5,00 manat müəyyən edildiyini bildirmişdir. İş materiallarında olan 01 sentyabr 2020-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-nə müraciət edərək özünün bağ sahəsindən yığaraq qurudub yaşıl qabıqlarından təmizlədikdən sonra evinin həyətindəki otağa yığıb saxladığı 7 kisə yarım fındıqdan 4 kisəsinin 01.09.2020-ci il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən götürüldüyünü, yerində olmadığını aşkar etdiyini bildirmiş və həmin şəxsvə ya şəxlərin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 08 sentyabr 2020-ci il tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-nə müraciət edərək özünün bağ sahəsindən yığaraq qurudub yaşıl qabıqlarından təmizlədikdən sonra evinin həyətindəki otağa yığıb saxladığı 7 kisə və 01 yarım kisə fındıqdan 4 kisəsinin 01.09.2020-ci il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandıqdan sonra, həmin otaqda qalan 3 kisə yarım fındığın da 08.09.2020-ci il tarixdə oğurlandığını bildirmiş, həmin tarixdə polis əməkdaşları hadisə yerinə gələrək təqsirləndirilən şəxslərin oğurladıqları 3 kisə yarım fındığı evindən 100-150 metr aralıda aşkar edib özünə təhvil vermişlər. İş materiallarında olan 13 dekabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini hadisə yerində ardıcıllığı ilə əyani olaraq göstərməsi təklif edilmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun göstərdiyi ünvana, yəni Xaçmaz rayonunun Bostançı kəndinə gedilmiş, Təqsirləndirilən şəxs1 iş üzrə zərərçəkmiş şəxsin yaşadığı evi göstərərək oğurluğu həmin ünvandan etdiklərini bildirmiş və ifadəsində bildirdiyi xüsusatları yerində əyani olaraq göstərmişdir. İş materiallarında olan 14 dekabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini hadisə yerində ardıcıllığı ilə əyani olaraq göstərməsi təklif edilmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun göstərdiyi ünvana, yəni Xaçmaz rayonunun Bostançı kəndinə gedilmiş, Təqsirləndirilən şəxs2 iş üzrə zərərçəkmiş şəxsin yaşadığı evi göstərərək oğurluğu həmin ünvandan etdiklərini bildirmiş və ifadəsində bildirdiyi xüsusatları yerində əyani olaraq göstərmişdir. İş materiallarında olan 01 sentyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs yaşadığı iş üzrə oğurluq hadisəsinin baş verdiyi ünvana baxış keçirilmiş, zərərçəkmişin həyətinin girişi ilə üzbəüz birmərtəbəli yaşayış evi olmuş, sağ tərəfində birmərtəbəli bir qapısı və bir pəncərəsi olan otaq mövcuddur ki, həmin otağın içərisində yığılmış əşyaların arasında 3 kisə yarım olmaqla fındıq kisələrinin olması müəyyən edilmişdir. Həmçinin zərərçəkmiş şəxs həmin otaqda 7 kisə yarım fındıq saxladığını, 01.09.2020-ci il tarixdə 4 kisə fındığın oğurlandığını bildirmişdir. İş materiallarında olan 08 sentyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs yaşadığı və iş üzrə oğurluq hadisəsinin baş verdiyi ünvana baxış keçirilmiş, zərərçəkmişin həyətinin girişi ilə üzbəüz birmərtəbəli yaşayış evi olmuş, sağ tərəfində birmərtəbəli bir qapısı və bir pəncərəsi olan otaq mövcuddur ki, həmin otağın pəncərəsi açıq vəziyyətdə, qapısı isə rəzəsindən çıxarılmış vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxsin həmin otaqda yığıb saxladığı fındıqla dolu 07 ədəd kisə və 01 yarımçıq kisədə olan fındıqlardan 04 kisəsi 01 sentyabr 2020-ci il tarixdə oğurlandıqdan sonra qalan fındıqla dolu 03 kisə və 01 yarımçıq kisədə olan fındıqların 08 sentyabr 2020-ci il tarixli baxış zamanı həmin otaqda olmadığı müəyyən edilmişdir. Hadisə baş vermiş otaqdan küçəyə çıxarkən yolun sol kənarında yerə dağılmış vəziyyətdə qabıqlı fındıqların olduqları müşahidə olunmuşdur. Həmin izlərlə yol boyu gedərkən təxminən 100 metr aralıda açıq fındıq sahəsində fındıq ağaclarının dibində fındıqla dolu 03 kisə və fındıqla yarımçıq dolu olan 01 kisə oğurlanmış fındıqlar aşkar olunmuşdur. Zərərçəkmiş şəxs həmin fındıq kisələrini tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş oğurlanmış fındıqla dolu 03 kisə fındıq və yarımçıq dolu 01 kisə fındıq tərəzidə ölçülmüş, 03 dolu fındıq kisəsinin hər biri 30 kq olmaqla 90 kq təşkil etməsi, 01 yarımçıq dolu fındıq kisəsinin isə 10 kq olması, həmin kisələrin ümumilikdə 100 (yüz) kq təşkil etməsi müəyyən edilmişdir. 01 yarımçıq dolu fındıq kisəsindən 01 (bir) kq fındıq ekspertizaya təqdim edilməsi üçün götürülmüş, qalan fındıqlar zərərçəkmiş şəxsin özünə təhvil verilmişdir. İş materiallarında olan “sənədə baxış keçirilməsi haqqında” 21 dekabr 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkildən və qeyd dəftərinin vərəqinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs oğurladıqları fındıqla dolu 07 kisənin və fındıqla yarımçıq dolu 01 kisənin fındıqla dolu 04 kisəsini satdıqları Xaçmaz-Quba yolunun kənarında yerləşən “fındıq qəbulu” məntəqəsində, həmin məntəqədə əmək müqaviləsi əsasında tədarükçü işləyən Şahid1 təqdim etdiyi göy cildli, vərəqlərində sütunlar şəklində müxtəlif rəqəmlər yazılmış qeyd dəftərinə baxış keçirilərək 01 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 125 kq fındığı 625 manata alması müəyyən edilmişdir. Həmçinin Şahid1 təqsirləndirilən şəxslərdən 01.09.2020-ci il tarixdə 04 kisədə ümumilikdə çəkisi 125 kq olan fındığı 625 manata aldığını bildirmişdir. İş materiallarında olan “Gülnarə Həbibova” Ticarət Mərkəzinin 02 mart 2021-ci il tarixli məlumatında göstərilmişdir ki, 01 kiloqram qabıqlı fındığın 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 5 (beş) manat olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2020-ci il tarixli, 9/5685 №-li rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 kq iri ölçülü qabıqlı fındığın hazırkı orta bazar qiyməti təxminən 5,00 manat müəyyən edilmişdir. İş materiallarında olan “Əməliyyat tapşırığı” və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etdikləri zaman onları heç bir şəxs görməmiş, oğurluq baş verən evin yaxınlığında hər hansı bir müşahidə kamerası aşkar edilməmişdir. Həmçinin iş üzrə təqsirləndirilən şəxslərin oğurluq etdikdən öncə və sonra hər hansı bir şəxsin oğurluq barədə məlumatları olmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 77.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, təqsirləndirilən şəxs Beybutov X3 Orxan Elman oğlu ilə birlikdə özgənin amlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 sentyabr 2020-ci il tarixdə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Bostançı kəndindəki evin qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kiminsə gəldiyi halda xəbər vermək üçün ətrafa nəzarət etməkdən ötrü evin yaxınlığında gözləmiş, o isə evin həyətinə giriş darvazasının altında olan boşluqdan keçməklə həyətdə yerləşən saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq, oradan üst-üstə yığılan, bir kiloqramı 5 manat təşkil edən, hər birinin çəkisi 30 kiloqram olmaqla 3 kisə və 35 kiloqram olmaqla 1 ədəd kisəyə yığılmış, ümumilikdə sə 125 kiloqram çəkidə fındığı gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 625 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün idarə etdiyi velosipedlə 08 sentyabr 2020-ci il tarixdə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Bostançı kəndindəki evin yaxınlığına gəlib velosipeddən düşdükdən sonra giriş darvazasının altında olan boşluqdan keçməklə fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədə giriş darvazasının qapısını içəridən açdıqdan sonra həyətə girən Təqsirləndirilən şəxs2lə birlikdə evin həyətində yerləşən saxlanc yeri hesab edilən tikiliyə daxili kilidlə kilidlənmiş plastik qapını rəzəsindən çıxarmaqla qanunsuz daxil olaraq orada üst-üstə yığılan bir kiloqramı 5 manat təşkil edən, hər biri 30 kiloqram olmaqla 3 ədəd kisəyə yığılmış 90 kiloqram və bir ədəd kisədə 10 kiloqram olmaqla ümumi çəkisi 100 kiloqram olan fındığı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 500 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 sentyabr 2020-ci il tarixdə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Bostançı kəndindəki evin qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən o, kiminsə gəldiyi halda xəbər etmək üçün ətrafa nəzarət etməkdən ötrü evin yaxınlığında gözləmiş, Təqsirləndirilən şəxs1 isə evin həyətinə giriş darvazasının altında olan boşluqdan keçməklə həyətdə yerləşən saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq, oradan üst-üstə yığılan, bir kiloqramı 5 manat təşkil edən, hər birinin çəkisi 30 kiloqram olmaqla 3 ədəd kisə və 35 kiloqram olmaqla 1 ədəd kisəyə yığılmış, ümumilikdə isə 125 kiloqram çəkidə fındığı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 625 nanat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 idarə etdiyi velosipedlə 08 sentyabr 2020-ci il tarixdə, saat 00:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Bostançı kəndindəki evin yaxınlığına gəlib velosipeddən düşdükdən sonra Təqsirləndirilən şəxs1 giriş darvazasının altındakı boşluqdan keçməklə fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədə giriş darvazasının qapısını içəridən açdıqdan sonra o da Təqsirləndirilən şəxs1la birlikdə evin həyətində yerləşən saxlanc yeri hesab edilən tikiliyə daxili kilidlə kilidlənmiş plastik qapını rəzəsindən çıxarmaqla qanunsuz daxil olaraq oradan üst-üstə yığılan, bir kiloqramı 5 manat təşkil edən, hər biri 30 kiloqram olmaqla 3 ədəd kisəyə yığılmış 90 kiloqram və bir ədəd kisədə 10 kiloqram olmaqla ümumi çəkisi 100 kiloqram olan fındığı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 500 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Dədəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin may ayınadək ailəsi ilə birlikdə Xaçmaz rayonunun Bostançı kəndində yaşamışdır, həmin tarixdən Nümayəndəliyə məlum olmayan səbəblərdən Xudat şəhərində məskunlaşmışlar. Təqsirləndirilən şəxs1 səhhətində olan müəyyən qüsur və çatışmazlıqlar üzündən orta məktəbdə təhsilini başa vura bilməmiş və eyni zamanda həqiqi hərbi xidmətə də qəbul edilməmişdir. Bostançı kəndində yaşayarkən ailəsinə kənd təsərrüfatı işlərində köməklik göstərmişdir. Onun Nümayəndəlik ərazisində yaşadığı zaman hər hansı ciddi qanun pozuntularına yol verməsi və müəyyən xətalar törətməsi barədə yazılı və ya şifahi formada Nümayəndəliyə müraciətlər daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş sağlamlıq vəziyyətinin müayinə aktından və hərbi biletin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 “Yüngül üzvi koqnitiv pozuntu” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin ərizəsindən, həmçinin məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş notarial qaydada tərtib edilmiş ərizəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs vurulmuş zərər tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin ödənilməsi ilə zərərçəkən şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin ödənilməsi ilə zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin barələrində cəzanı yüngülləşdirən halları, həmçinin barələrində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan şəxsin tutulması haqqında 03 mart 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutmadan azad edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi barədə 05 mart 2021-ci il tarixli qərarlardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. İş materiallarında olan şəxsin tutulması haqqında 03 mart 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin tutmadan azad edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi barədə 05 mart 2021-ci il tarixli qərarlardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 18 may 2021-ci il tarixli 1(067)- 69/2021 saylı qərarından və Xaçmaz RPŞ-nin “axtarışda olan şəxsin tutulması barədə” 26 iyun 2021-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində 18.05.2021-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 26 iyun 2021-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı 03 (üç) ay müddətdə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həbsdə olma müddəti, yəni 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq ona təyin olunacaq cəzadan çıxılmalıdır. Həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı həbsdə olma müddəti, yəni 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı tutulduğu və həbsdə olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 06 (altı) ay ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar