Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-69/2023 13.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxx 1988-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Xaçmaz rayonunun Qusarçay kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1990-cı ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Dədəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin aprel ayının axırlarında, axşam saat 23 radələrində Xaçmaz rayonu Xaçmaz-Xudat avtomobil yolunun Qusarçay kəndindən keçən hissəsində, adı çəkilən kənddən 1 km aralıda şimal istiqamətində yerləşən “Çoban bulaq” istirahət mərkəzinin yaxınlığındakı "xxxx" MMC-yə məxsus istirahət mərkəzinin həyətyanı sahəsinə hasarın sökülüb-dağılmış hissəsindən keçərək orada saxlanc yeri hesab edilən qaraja qanunsuz daxil olmaqla həmin yerdən 1 metrinin dəyəri 4 manat ümumi dəyəri isə 480 manat təşkil edən 120 metr uzunluğunda 3 fazalıq 4x4-lük 2018-ci il tarixdə alınmış mis kabeli, 1 metrinin dəyəri 1 manat 50 qəpik ümumi dəyəri 120 manat təşkil edən 80 metr uzunluğunda 1 fazalıq 10-luq 2018-ci ildə alınmış mis kabeli, 1 metrinin dəyəri 10 manat ümumi dəyəri isə 250 manat təşkil edən 5 metr uzunluğunda, cəmi isə 25 metr uzunluğunda 5 ədəd 76 diametrli dəmir boruları, 1 metrinin dəyəri 12 manat ümumi dəyəri isə 1680 manat təşkil edən cəmi 140 metr uzunluğunda kvadrat şəklində 100-lük dəmir boruları, 1 metrinin dəyəri 12 manat ümumi dəyəri isə 2160 manat təşkil edən 180 metr uzunluğunda 100-lük dəmir boruları, 1 metrinin dəyəri 10 manat ümumi dəyəri isə 1600 manat təşkil edən cəmi 160 metr uzunluğunda 76 diametrli dəmir su borularını, 1 metrinin dəyəri 10 manat ümumi dəyəri isə 250 manat təşkil edən hər bir 2,5 metr uzunluğunda cəmi isə 25 metr uzunluğunda 10 ədəd 76 diametrli dəmir dirək boruları, 1 metrinin dəyəri 5 manat ümumi dəyəri isə 200 manat təşkil edən 40 metr uzunluğunda qatar çəpər şəklində dəmir materialdan hazırlanmış zənciri və 1 metrinin dəyəri 4 manat ümumi dəyəri isə 5000 manat təşkil edən 1250 metr uzunluğunda 3x3-lük dəmir künclüyü qanunsuz götürüb aparmaqla ümumilikdə xeyli miqdar təşkil edən 11740 manat məbləğində oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar eyni niyyətlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci il oktyabr ayının sonlarında, saat 23 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində 5-ci küçədə yerləşən Zərərçəkmiş şəxs məxsus 2 saylı fərdi yaşayış evinin qarşısına gəldikdən sonra, həmin evin daş hasarından aşmaqla evin həyətinə qanunsuz daxil olmuş, əvvəlcə evin saxlanc yeri hesab edilən zirzəmisinə keçib oradan 100 manat dəyərində 1 ədəd musiqi aləti olan tarı, 30 manat dəyərində 1930-cu illərdə mis metaldan hazırlanmış 1 ədəd işlənmiş kəfkiri, daha sonra isə həmin evin ikinci mərtəbəsindəki yataq otağından 1800 manat dəyərində 1966-cı ildə Quba rayonunda yun iplikdən toxunmuş 3x2,5m ölçü nisbətində 1 ədəd xalçanı, 2500 manat dəyərində 1972-ci ildə Xaçmaz rayonunda yun iplikdən “Tabasaran” üsulubunda toxunmuş 3,5x3m ölçü nisbətində 1 ədəd xalçanı, hər birinin dəyəri 1800 manat olmaqla cəmi 3600 manat təşkil edən 2 ədəd 3x2,5m ölçü nisbətində Azərbaycan Respublikasında fabrik üsulu ilə istehsal edilmiş, işlənməmiş, yun iplikdən toxunmuş xalçaları, habelə oradakı çamadanın içindən 400 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 05 qram çəkidə 1963-cü ildə alınmış 1 ədəd qadın üzüyünü, 40 manat dəyərində 220-240W cərəyan şiddəti ilə işləyən Türkiyə Respublikasında istehsal edilmiş boz rəngli «Kumtel» markalı 1 ədəd qızdırıcı sobanı qanunsuz götürüb aparmaqla ümumilikdə xeyli miqdar təşkil edən 8470 manat məbləğində oğurluq etmiş, yəni təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs nalında, özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 2022-ci il oktyabr ayının təxminən sonlarında, axşam saat 23 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində 5-ci küçədə yerləşən Zərərçəkmiş şəxs məxsus 2 saylı fərdi yaşayış evinin qarşısına gəldikdən sonra, həmin evin daş hasarından aşmaqla evin həyətinə qanunsuz daxil olmuş, əvvəlcə evin saxlanc yeri hesab edilən zirzəmisinə keçib oradan 100 manat dəyərində 1 ədəd musiqi aləti tarı, 30 manat dəyərində 1930-cu illərdə mis metalından hazırlanmış 1 ədəd işlənmiş kəfkiri, daha sonra isə həmin evin ikinci mərtəbəsindəki yataq otağından 1800 manat dəyərində 1966-cı ildə Quba rayonunda yun iplikdən toxunmuş, 3x2,5m ölçü nisbətində 1 ədəd xalçanı, 2500 manat dəyərində 1972-ci ildə Xaçmaz rayonunda yun iplikdən “Tabasaran” üsulubunda toxunmuş, 3,5x3m ölçü nisbətində 1 ədəd xalçanı, hər birinin dəyəri 1800 manat cəmi 3600 manat təşkil edən 2 ədəd 3x2,5m ölçü nisbətində Azərbaycan Respublikasında fabrik üsulu ilə istehsal edilmiş, işlənməmiş, yun iplikdən toxunmuş xalçaları, çamadanın içindən 400 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 05 qram çəkidə 1963-cü ildə alınmış 1 ədəd qadın üzüyünü, 40 manat dəyərində 220-240W cərəyan şiddəti ilə işləyən, Türkiyə Respublikasında istehsal edilmiş boz rəngli, «Kumtel» markalı 1 ədəd qızdırıcı sobanı götürüb aparmaqla ümumilikdə 8470 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurub, özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Qusarçay kəndində ailəsi ilə birlikdə yaşayır, ailəlidir, 2 azyaşlı uşağı vardır və heç bir yerdə işləmir. Heç bir yerdə işləmədiyi üçün son vaxtlar maddi vəziyyəti ağır olmuş və buna görə də oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. 2022-ci ilin aprel ayının təxminən axırlarında yaşadığı kəndin ərazisində, yəni kəndlərindən təxminən 1 km aralıda Xaçmaz rayonunun Qusarçay kəndində “Çoban bulaq” adlı istirahət mərkəzinin yaxınlığında yerləşən, hazırkı cinayəti törətdiyi vaxt fəaliyyət göstərməyən "xxxx" MMC-yə məxsus istirahət mərkəzində dəmir boru və digər dəmir məmulatların olmasını görmüşdür. Buna görə də həmin obyektdən oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin təxminən aprel ayının axırlarında, axşam saat 23 radələrində tək həmin əraziyə gedərək hasarın sökülüb-dağılmış hissəsindən içəri keçmişdir. Həmin obyektdəki qapısı açıq olan qaraj tipli tikilidən müxtəlif ölçülü boruları, mis kabelləri, ərazidə olan dəmir zəncirləri və digər dəmir materialları oğurlayaraq onları obyektdən kənara çıxarıb və kolluqda gizlətmişdir. Əvvəlcə elə həmin ərazidə oğurladığı dəmir boruları, künclükləri, dəmir zəncirləri hissələrə ayırıb, mis kabelləri isə metal qəbulu sexinə təhvil vermək məqsədilə orada bir kənarda yandırmışdır. Bir gün sonra əvəllər tanıdığı dəmir qırıntılarının alış-satışı ilə məşğul olan, hazırda xatırlamadığı «Qazell» markalı avtomobilin sürücüsünü həmin əraziyə obyektdən oğurladığı dəmir-dümürü aparmaq üçün çağırmışdır. Həmin adı yadında qalmayan şəxs günorta saat 12 radələrində idarə etdiyi «Qazell» markalı yük avtomobili ilə "xxxx" MMC-yə məxsus istirahət mərkəzinin yaxınlığına gəlmişdir. Avtomobilin sürücüsü onun kolluqda gizlətdiyi dəmir məmulatlarını görüb və onları haradan əldə etməsini ondan soruşduqda həmin dəmir-dümürün özünə məxsus olmasını deyərək sürücünü aldadıb və həmin dəmir parçalarını satmaq üçün onu Sumqayıt şəhərinə aparmasını həmin şəxsdən xahiş etmişdir. Adı yadında qalmadığı «Qazell» markalı yük avtomobilinin sürücüsü ona inanıb və onunla razılaşdıqdan sonra həmin dəmir boruları, künclükləri, zəncirləri və yanmış mis kabelləri həmin yük avtomobilinə yükləmişdir. Bundan sonra həmin avtomobil ilə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə gedib və həmin dəmir məmulatları xatırlamadığı metal qəbulu sexinə 800-900 manat pula satmışdır. Əldə etdiyi puldan zəhmət haqqı kimi «Qazell» markalı avtomobilin sürücüsünə 100 manat pul verib və yaşadığı kəndə qayıtmışdır. Həmin nömrəsi yadında qalmayan «Qazell» markalı avtomobilin sürücüsü tanımadığı şəxsin həmin dəmir boruların və digər dəmir məmulatların oğurluq olub- olmaması barədə məlumatı olmamışdır. Oğurluqdan əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləyərək qurtarmışdır. "xxxx" MMC-dən oğurlayıb yandıraraq gizlətdiyi mis kabellər və digər dəmir qırıntıları hissələri gizlətdiyi yerdə qaldığına görə həmin dəmir qırıntılarını və yandırdığı mis naqilləri aparıb satmaq üçün təxminən 20 gün sonra, yəni 05 may 2022-ci il tarixdə günorta saatlarında taksi kimi işləyən həmkəndlisi Şahid1 zəng edərək onu həmin əraziyə çağırmışdır. "xxxx" MMC-yə məxsus istirahət mərkəzindən oğurlayaraq kolluqda gizlətdiyi yerdə olan dəmir qırıntılarını, yəni yandırdığı mis naqillərin qalıqlarını və digər kiçik dəmir parçalarını 1 ədəd kisəyə, yəni torbaya yığdıqdan sonra torbanı özü ilə götürərək avtomobil yolunun kənarına çıxıb və orada həmkəndlisi Racı gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Rac idarə etdiyi «Vaz2106» markalı avtomobil ilə "xxxx" MMC-yə məxsus istirahət mərkəzinin qarşısına gəlmişdir. Torbada olan dəmir parçalarını küçələrdən yığmasını və onları satmaq üçün onu Xaçmaz şəhərinə aparmasını Racdan xahiş etmişdir. Rac onunla razılaşdıqdan sonra həmin içində dəmirlər olan bir ədəd torbanı Racın idarə etdiyi «Vaz2106» markalı avtomobilinin yük yerinə qoyaraq Xaçmaz şəhərinə çıxıb getmişlər. Xaçmaz şəhərində «Yaşıl marketin» əks tərəfində yerləşən Pərviz adlı şəxsin işlətdiyi metal qəbulu sexinə gedərək həmin dəmir məmulatları Pərviz adlı şəxsə təhvil vermişdr. Pərviz adlı şəxs dəmirləri tərəzidə çəkib və onların ümumilikdə təxminən 30-40 kq olmasını müəyyən edərək ona təxminən 180 manat pul verdikdən sonra Racın maşını ilə yaşadıqları kəndə qayıtmışdır. Kəndlərinə qayıtdıqdan sonra əldə etdiyi puldan zəhmət haqqı kimi Şahid1 10 manat pul verdikdən sonra Rac pulu ondan alaraq çıxıb getmişdir. Bundan başqa, o, yaşadığı kənddə əvvəllər müəllim işləmiş Yunus müəllimin evindən oğurluq etmək qərarına gəlmişdir. Təxminən bir neçə il əvvəl Yunus müəllim və daha sonra isə sonuncunun arvadı Pakizə də vəfat etmişdir. Yunus müəllimin evində heç kəsin yaşamasını və hərdən nəzarət üçün Yunus müəllimin oğlu Adilin həmin evə gəlib-getməsi barədə məlumatı olmuşdur. 2022ci ilin oktyabr ayının sonlarında pula ehtiyacı olduğuna görə həmin evdən oğurluq edib pul və ya hansısa qiymətli əşya əldə etmək qərarına gəlmişdir. Bundan sonra oğurluq etmək üçün dostu, Xaçmaz rayonunun Dədəli kəndində yaşayan Səbahi ilə görüşüb və yaşadığı kənddə heç kəsin yaşamadığı bir evin olmasını və həmin evə daxil olub oradan qiymətli əşyalar oğurlamağı Səbahiyə təklif etmişdir. 2022-ci ilin oktyabr ayının sonlarında, saat 23 radələrində Səbahi ilə birlikdə yaşadığı Qusarçay kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısına getmişlər. Səbahi ilə birlikdə evin daş hasarından aşmaqla həyətə daxil olub və oradan isə ikimərtəbəli evin qarşısına gəlib və Evin birinci mərtəbəsindəki zirzəmiyə daxil olub oradan bir ədəd kəfkiri və bir ədəd tarı oğurlamışlar. Daha sonra Səbahi ilə birlikdə evin birinci mərətəbsində olan taxta qapıdan içəri girib və evin taxta qapısından evə daxil olduqdan sonra ikinci mərtəbəyə qalxaraq həmin evin ikinci mərtəbəsində olan otaqları axtarmağa başlamışlar. Həmin otaqlardan birində yerdə 3-4 ədəd bükülmüş vəziyyətdə olan xalçaları, oradakı çaprayının altındakı çamadanın içindən bir ədəd qızıl üzüyü və otaqdakı bir ədəd elektrik cərəyanı ilə işləyən qızdırıcı sobanı da götürmüşlər. Həmin əşyaları Səbahi ilə birlikdə götürüb və evin həyətinə çıxmışlar. Evin daş hasarından aşıb bayıra çıxdıqdan sonra Səbahi oğurladıqları əşyaları hasardan aşırıb və ona vermişdir. Bundan sonra isə oğurladıqları əşyaları oğurluq etdikləri evin yaxınlığındakı dəmir yolu xəttinin yaxınİğına aparıb, orada kolluq bir yerdə sonradan aparıb satmaq məqsədilə gizlətmişlər. Lakin həmin əşyalar 2022-ci ilin noyabr ayının ortalarına qədər gizlətdikləri yerdə qalmış və sonradan Xudat şəhərində bir nəfər ikinci əl işlənmiş əşyalar alıb-satan şəxsin olmasını öyrənmişdir. Daha sonra oğurladığı 3 ədəd xalçanı Qusarçay kəndində yaşayan Tərlan adlı həmkəndlisinin avtomobili ilə Xudat şəhərinə aparıb və orada Şirin ləqəbli, əsl adı isə sonradan ona məlum olmuş Tahir adlı şəxsə 110 manat pula satmışdır. Lakin Tərlana və Tahirə həmin əşyaları oğurluq yolu ilə əldə etməsi barədə heç bir söz deməmişdir. Xudat şəhərinə getmək üçün Tərlana gediş haqqı olaraq 10 manat pul vermişdir. Xalçaların satışından əldə etdiyi puldan Səbahiyə 30 manat pul vermişdir. Zərərçəkmiş şəxs evindən oğurladığı 1 ədəd kəfgiri və 1 ədəd qızıl üzüyü tanımadığı şəxsə satıb və pulunu xərcləmişdir. Oğurladığı qızdırıcı sobanı və bir ədəd tarı isə öz yaşadığı evdə gizlətmiş və Xaçmaz RPŞ-nin əməkdaşları onu oğurluqlarla əlaqədar saxladıqdan sonra əməlini etiraf edərək həmin qızdırıcı sobanı və tarı könüllü olaraq istintaqa təhvil vermişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Dədəli kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Ailəlidir və üç azyaşlı uşağı vardır. Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti törədəndən təxminən 04 ay əvvəl tanımış və sonuncu ilə münasibəti yaxşı olmuşdur. 2022-ci ilin oktyabr ayının sonlarında, saat 15 radələrində Xaçmaz rayonunun Qusarçay kəndində olduğu zaman Cəlal ona zəng edib və görüşərək söhbət etmək istəyini ona bildirmişdir. Cəlal ilə Qusarçay kəndində görüşdükdə Cəlal yaşadığı Qusarçay kəndində yaşayış olmayan bir evin olduğunu və həmin evdən oğurluq etməyi ona təklif etdikdə o, Cəlal ilə razılaşmışdır. Cəlal həmin evdən oğurluq etmək üçün axşam zəngləşib və görüşməyi ona deyərək çıxıb getmişdir. Həmin gün, axşam saat 23 radələrində Cəlal ona zəng etdikdən sonra o, yaşadığı Dədəli kəndindən çıxaraq Qusarçay kəndinə gedib və Cəlal ilə görüşmüşdür. Bundan sonra Qusarçay kəndində adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs məxsus ikimərtəbəli evin yaxınlığına gəlib və Cəlal ilə birlikdə hasardan aşaraq həyətə daxil olmuşlar. Həyətdə yerləşən ikimərtəbəli evin zirzəmisinə daxil olaraq zirzəmidə qiymətli əşyalar axtarmağa başlamışlar. Həmin vaxt Cəlal ilə birlikdə orada divara asılmış bir ədəd kəfkiri və bir ədəd müsiqi aləti olan tarı oğurlayaraq zirzəmidən çıxmışlar. Bundan sonra Cəlalla birlikdə evin birinci mərtəbəsində olan taxta qapıdan içəri girib və evin ikinci mərtəbəsinə qalxmışlar. Cəlalla birlikdə həmin evin ikinci mərtəbəsində olan otaqları axtarmağa başlamış və otaqdakı çarpayının altında olan çamadanın içindən bir ədəd qızıl üzüyü və otaqdan isə bir ədəd elektrik cərəyanı ilə işləyən qızdırıcı sobanı götürmüşlər. Həmin otaqlardan birində isə yerdə 3-4 ədəd xalçaların bükülmüş vəziyyətdə qoyulduğunu görüb və onları da evdən həyətə çıxarmışlar. Evdən oğurladıqları əşyaları evin həyətyanı sahəsindən Cəlal ilə birgə köməkləşərək küçəyə çıxarıb və dəmir yol xəttinin yaxınlığına daşıyaraq kolluq bir yerdə gizlətmişlər. Cəlal evdən oğurladıqları əşyaları satıb və əldə etdkiləri pulları aralarında böləcəyinə söz verdikdən sonra onunla sağollaşaraq həmin gecə öz yaşadığı Dədəli kəndinə çıxıb getmişdir. Həmin gündən iki gün sonra isə Göygöl rayonuna işləmək üçün getmiş və təxminən 10 gündən sonra Cəlal satdığı əşyaların pulundan 30 manat pul ona göndərmişdir. Xaçmaz RPŞ-nin əməkdaşları onu həmin oğurluqla əlaqədar polis şöbəsinə dəvət etdikdə RPŞ-yə gedərək Cəlal ilə birlikdə etmiş olduğu cinayət əməlini etiraf etmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq araşdırılmış zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, Bakı şəhəri Səməd Vurğun küçəsi ev 36-da ailəsi ilə birlikdə yaşayır və Xaçmaz rayonunun Qusarçay kənd ərazisində yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Direktor işlədiyi "xxxx" müvəqqəti olaraq işləmədiyi üçün bəzən vaxtı olarkən həmin müəssisəyə nəzarət məqsədilə gəlib-getmişdir. Sonuncu dəfə 2022-ci ilin aprel ayının təxminən ortalarında istirahət mərkəzinə gəlib və baxıdıqda obyektdə hər bir şeyin qaydasında olduğunu görərək çıxıb getmişdir. 07 may 2022-ci il tarixdə günorta saatlarında direktor işlədiyi həmin MMC-yə gəldiyi zaman obyektin ərazisindən müxtəlif çeşiddə dəmir məmulatlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması ona məlum olmuşdur. Direktoru olduğu obyektdən, yəni qarajdan və ərazidən 1 metrinin dəyəri 4 manat ümumi dəyəri isə 480 manat təşkil edən 120 metr uzunluğunda 3 fazalıq 4X4-lük 2018-ci il tarixdə alınmış mis kabelin, 1 metrinin dəyəri 10 manat ümumi dəyəri 800 manat təşkil edən 80 metr uzunluğunda 1 fazalıq 10-luq 2018-ci ildə alınmış mis kabelin, 1 metrinin dəyəri 10 manat ümumi dəyəri isə 250 manat təşkil edən 5 metr uzunluğunda 5 ədəd cəmi 25 metr 76 diametrli dəmir boruların, 1 metrinin dəyəri 15 manat ümumi dəyəri isə 2100 manat təşkil edən 140 metr uzunluğunda kvadrat şəklində 100-lük dəmir boruların, 1 metrinin dəyəri 15 manat ümumi dəyəri isə 2700 manat təşkil edən 180 metr uzunluğunda 100-lük dəmir boruların, 1 metrinin dəyəri 10 manat ümumi dəyəri isə 1600 manat təşkil edən 160 metr uzunluğunda 76 diametrli dəmir su boruların, 1 metrinin dəyəri 10 manat ümumi dəyəri isə 250 manat təşkil edən 25 metr uzunluğunda 10 ədəd 76 diametrli dəmir dirək boruların, 1 metrinin dəyəri 12 manat ümumi dəyəri isə 480 manat təşkil edən 40 metr uzunluğunda qatar çəpər şəklində dəmir materialdan hazırlanmış zəncirin və 1 metrinin dəyəri 1 manat ümumi dəyəri isə 1250 manat təşkil edən 1250 metr uzunluğunda 3x3-lük dəmir künclüyün oğurlanması ona məlum olmuşdur. Direktoru işlədiyi obyektdən oğurluğa görə ümumilikdə təxminən ona 9,910 manat dəyərində maddi ziyan dəymişdir. Buna görə də 07 may 2022-ci il tarixdə Xaçmaz RPŞ-yə gedərək "xxxx" MMC-dən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Xaçmaz RPŞ-nin əməkdaşları direktoru olduğu həmin müəsissəyə gələrək baxış keçirib və sənədləşdirmə işləri aparmışlar. "xxxx" MMC-dən məhkəməyə daxil olmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış əmlaklar həmin MMC-yə qaytarıldığından, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, heç bir mülki iddiası yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Qusarçay kəndində ailəsi ilə birlikdə yaşayır və Azərbaycan Dövlət Dəmir Yolları” QSC-də yol mantyor işləyir. Xaçmaz rayonunun Qusarçay kəndində 30 yaşına qədər atası və anasının yaşadığı ikimərtəbəli evdə yaşamış və sonradan isə həmin Qusarçay kəndində özü üçün yeni ev inşa edərək orada yaşamağa başlamışdır. 2016-cı ildə atası və 2019-cu ildə isə anası vəfat etdikdən sonra valideyinlərinin evi ona məxsus olmuşdur. Həmin vaxtdan evdə yaşayış olmamış və bəzən vaxtı olduğu zamanlar həmin evə tez-tez gedib nəzarət etmişdir. Evin həyət darvazasını asma kilidlə bağlasa da, evin birinci mərətəbsində olan evin giriş qapısı kilidli, yəni bağlı olmamışdır. 2022-ci ilin oktyabr ayının ortalarında yenə də nəzarət məqsədilə həmin evə gedib və evdəki bütün əşyaların öz yerində olmasını görmüşdür. Evdən çıxanda evin birinci mərtəbəsindəki qapını örtsə də, kilidləməmişdir. Həyət darvazasını isə asma kilidlə bağlayaraq çıxıb yaşadığı evə getmişdir. 04 noyabr 2022-ci il tarixdə yenə həmin evə getdiyi zaman həyətinə daxil olduqda evin birinci mərtəbəsindəki giriş qapısının açıq olmasını görüb və evin ikinci mərətəbəsinə pilləkənlə qalxmışdır. Evin otaqlarının giriş qapılarının da açıq olmasını gördükdə evə oğru və ya oğruların qanunsuz olaraq daxil olduqlarını başa düşmüşdür. Bundan sonra əşyaların yerində olub-olmamasını yoxlayan zaman evin yataq otağından 1 ədəd 3000 manat dəyərində 1966-cı ildə Quba rayonunda yun iplikdən toxunmuş 3mX2,5m ölçüdə xalçanın, 1 ədəd 5000 manat dəyərində 1972-ci ildə Xaçmaz rayonunda yun iplikdən “Tabasaran” üslubunda toxunmuş 3,5mX3m ölçüdə xalçanın və hər birinin dəyəri 500 manat olmaqla 2 ədəd cəmi isə 1000 manat dəyərində 3mX2,5m ölçüdə Azərbaycan Respublikasında fabrik üsulu ilə istehsal edilmiş, işlənməmiş, yun iplikdən toxunmuş xalçaların oğurlanmasını aşkar etmişdir. Bundan başqa, evin yataq otağındakı sandığın içinə baxdıqda oradan 1 ədəd 1000 manat dəyərində 1963-cü ildə alınmış Rusiya istehsalı olan 583 əyarlı 05 qram çəkidə qızıl qadın üzüyünün və 1 ədəd 50 manat dəyərində 2010-cu ildə Xaçmaz rayonundan alınmış Türkiyə istehsalı 220-240W cərəyan şiddəti ilə işləyən boz rəngli «Kumitel» markalı qızdırıcı sobanın oğurlandığını müəyyən etmişdir. Bundan sonra evin həyətinə çıxıb və evin zirzəmisinə baxdıqda evin zirzəmisindən 1 ədəd 100 manat dəyərində 1950-ci illərdə alınmış, Azərbaycan istehsalı, işlənmiş, tut ağacından hazırlanmış musiqi aləti tarın və 1 ədəd 50 manat dəyərində 1930-cu illərdə mis metalından hazırlanmış, Azərbaycan istehsalı, işlənmiş kəfkirin oğurlanmasını aşkar etmişdir. Evindən oğurluq hadisəsi baş verməsi ilə əlaqədar polisə məlumat vermişdir. Xaçmaz RPŞ-nin əməkdaşları yaşadığı evə gəldikdən sonra evindən oğurluq hadisəsi baş verməsi barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus evdən baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona təxminən 10 200 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin bildirmişdir ki, iş üzrə təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində ona vurulmuş zərər ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və mülki iddiası yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 oğlu ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri S.Vurğun küçəsi ev 24-də ailəsi ilə birlikdə yaşayır və Xaçmaz şəhəri Bakı prospektində «Yaşıl» marektin əks tərəfində yerləşən atasına məxsus metal tullantıları məntəqəsində işləyir. 05 may 2022-ci il tarixdə, axşam saat 15 radələrində adları sonradan ona məlum olmuş Xaçmaz rayon Qusarçay kənd sakinləri Rac və Cəlal adlı şəxslər qara rəngli «Vaz- 2106» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə məntəqəyə gəlmişlər. Həmin şəxslərdən biri Cəlal adlı şəxs avtomobilin yük yerində müxtəlif dəmir qırıntıların və yanmış kabellər olduğunu ona deyərək pula ehtiyacları olduğu üçün həmin dəmir materialları satmaq istədiklərini ona demişlər. Həmin şəxslərdən dəmir materialın oğurluq olub-olmamasını soruşduqda Cəlal həmin əşyaların özünə məxsus olduğunu və onları zibilliklərdən yığdığını ona dedikdən sonra o, Cəlala inanaraq həmin əşyaları almaq qərarına gəlmişdir. Həmin əşyaları məntəqədə olan tərəzidə çəkərək dəmir qırıntılarının təxminən 30-40 kq çəkidə olmasını müəyyən edib və onlara 81 manat pul verə biləcəyini bildirmişdir. Cəlal onun təklifi ilə razılaşaraq 81 manat məbləğində pulu ondan alaraq gəldiyi avtomobilə əyləşərək çıxıb getmişdir. Dəmir parçalarının onlardan alması barədə məntəqədə olan jurnalında qeydiyyatını aparmış və Rac adlı şəxsin adını və idarə etdiyi maşının nömrəsini jurnalda qeydiyyatını aparmaqla yazmışdır. Təxminən 2-3 gün sonra həmin dəmir qırıntılarını Bakı şəhərindən dəmir almaq üçün gəlmiş tanımadığı şəxsə 90 manat pula satmışdır. Xaçmaz rayon sakinləri Rac və Cəlal adlı şəxslərin ona satdıqları dəmir qırıntılarının oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 126-da ailəsi ilə birlikdə yaşayır və Xaçmaz rayonu Xudat şəhərində işlənmiş məişət əşyalarının alış-satışı ilə məşğul olur. Əsl adı Tahir olsa da, Xudat şəhərində vətəndaşlar onu Şirin kimi tanyıb və çağırırlar. 2022-ci il noyabr ayının təxminən ortalarında, saat 18 radələrində yaşadığı evdə olduğu zaman qapının döyülməsini eşidib küçəyə çıxmışdır. Evin qarşısında Xaçmaz rayon sakini kimi əvvələr tanıdığı Cəlal adlı şəxsin olduğunu görüb onunla salamlaşmışdır. Bundan başqa, evin qarşısında «VAZ 2106» markalı avtomobilin içində sürücü və daha bir nəfər sərnişin olmasını görmüşdür. Cəlal azyaşlı uşağının xəstə olmasını əsas gətirərək təcili olaraq pula ehtiyacı oluğu üçün özünə məxsus 3 ədəd xalçaları satdığını ona bildirmişdir. O, xalçalara baxmaq istəməsini Cəlala bildirdikdə sonuncu avtomobilin yük yerində olan 3 ədəd xalçaları ona göstərmişdir. Cəlalın satdığı xalçaların oğurluq olub-olmamasını sonuncudan soruşduqda Cəlal həmin xalçaların evinin xalçaları olduğunu, onların oğurluq olmadığını və bununla əlaqədar narahatlığa heç bir əsasın olmadığını ona demişdir. Cəlala inandıqdan sonra xalçaları bir daha nəzərdən keçirib və xalçalara görə ümumilikdə Cəlala 110 manat pul verə biləcəyini dedikdə Cəlal onunla razılaşaraq 110 manat məbləğində pulu ondan alıb və avtomobilə oturaraq çıxıb getmişdir. Xaçmaz RPŞ-yə dəvət edildikdən sonra Təqsirləndirilən şəxs1 ona satdığı 3 ədəd xalçaların Qusarçay kəndində bir nəfər şəxsin evindən oğurlanmsı ona məlum olmuşdur. Həmin xalçaların oğurluq yolu ilə əldə olunması barədə heç bir məlumatı olmamış və əgər olsaydı, həmin xalçaları Təqsirləndirilən şəxs1 almayaraq bu barədə polisə məlumat verərdi. Həmin 3 ədəd xalçalar onda olduğundan onları könüllü olaraq təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 Abas oğlunun ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Qusarçay kəndində atası və anası ilə birlikdə yaşayır və özünə məxsus qara rəngli «Vaz-2106» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 2022-ci ilin təxminən may ayının əvvələrində, təxminən saat 17 radələrində özünə məxsus avtomobil ilə Xaçmaz şəhərindən yaşadığı Qusarçay kəndinə gəldiyi zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək onu yaşadığı Qusarçay kəndi ərazisində yerləşən «Çoban bulağı» restoranının yanında yerləşən «İsti Su Sağlamlıq Mərkəzi”nin yanına çağırmışdır. Kəndlərindən təxminən 1 km aralıdakı həmin yerə getdikdə Cəlalın Xaçmaz-Yalama avtomobil yolunun kənarında dayandığını və yanında isə 1 ədəd torbanın olduğunu görmüşdür. Torbada nəyin olmasını Təqsirləndirilən şəxs1 sorşduqda Cəlal torbada küçələrdən və zibilliklərdən topladığı mis kabellərin qırıntılarının və digər kiçik metal qırıntılarının olmasını ona deyib və onları satmaq üçün sonuncunu Xaçmaz şəhərinə aparmasını ondan xahiş etmişdir. Razılaşdıqdan sonra Cəlal həmin torbanı onun idarə etdiyi qara rəngli «Vaz-2106» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerinə qoyub və maşına oturduqdan sonra onunla birlikdə Xaçmaz şəhərinə getmişlər. Xaçmaz şəhərinə gəldikdən sonra dəqiq yeri yadında qalmadığı metal qəbulu məntəqəsinə getmişlər. Məntəqəni işlədən adı sonradan ona məlum olmuş Pərviz adlı şəxs həmin dəmir qırıntılarının oğurluq olub-olmamasını Cəlaldan soruşduqda sonuncu həmin dəmirləri küçələrdən yığdığını və onların oğurluq olmadığını Pərvizə bildirmişdir. Pərviz adlı şəxs ona inanıb həmin dəmir qırıntıları elektron tərəzidə çəkərək çəkisinin təxminən 30-40 kq olmasını müəyyən edib və onları qəbul edərək məntəqədəki jurnalda qeydiyyat aparmışdır. Pərviz adlı şəxs həmin dəmir-dümürə görə Təqsirləndirilən şəxs1 80 manat pul verə biləcəyini dedikdə Cəlal Pərvizlə razılaşaraq həmin pulu Pərvizdən alıb və avtomobilə əyləşmişdir. Cəlal ilə birlikdə yaşadıqları kəndə qayıdıb gəldikdən sonra onu evlərinin qarşısında düşürdərkən Cəlal zəhmət haqqı kimi ona 10 manat pul verərək çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 bir daha görməmiş və onu polis əməkdaşları Xaçmaz RPŞ-yə çağırarkən şifahi formada bir dəfə Təqsirləndirilən şəxs1 dəmir qırıntılarını ona məxsus maşınla aparıb Xaçmaz şəhərində metal qəbulu sexinə verməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun idarə etdiyi avtomobil ilə metal qəbulu sexinə aparıb təhvil verdiyi dəmir qırıntılarının oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Qusarçay kəndində ailəsi ilə birlikdə yaşayır və özünə məxsus «Vaz 2106» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi kimi işləyir. 2022-ci il noyabr ayının təxminən ortalarında, saat 17 radələrində yaşadığı evdə yemək yedikdən sonra həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng edərək təcili olaraq Xudat şəhərinə getmək istədiyini və onu kəndin mərkəzində Xaçmaz-Xudat avtomobil yolunun kənarında gözlədiyini bildirmişdir. Cəlalın onu gözlədiyi yerə getdikdən sonra Cəlal özünə məxsus 3 ədəd işlənmiş xalçaları pula ehtiyacı olduğuna görə satmaq istədiyini və buna görə də onu Xudat şəhərinə aparmasını ondan xahiş etmişdir. Razılaşdıqdan sonra Cəlal yolun kənarında yerləşən mazağanın yanında olan 3-4 ədəd xalçaları götürüb və onun idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi avtomobil ilə Xudat şəhərinə getdikdən sonra Cəlal onun idarə etdiyi avtomobili Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsinə sürdürmüş və orada bir evin qarşısında dayanmasını ondan istəmişdir. Avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobildən yerə düşərək orada tanımadığı bir evin qapısını döydükdə adı sonradan ona məlum olmuş Tahir adlı şəxs qapını açmışdır. Cəlal maşının yük yerində olan xalçaları Tahirə göstərmiş və həmin xalçaların özünə məxsus olduğunu Tahirə deyərək pula ehtiyacı olduğuna görə onları satmaq istədiyinin bildirmişdir. Tahir həmin xalçaları 80 manat pula ala biləcəyini Cəlala dedikdən sonra Cəlal qiymətlə razılaşıb və Tahirdən 80 manat pul alaraq xalçaları sonuncuya vermişdir. Bundan sonra Cəlal zəhmət haqqı kimi ona 10 manat pul verdikdən sonra çıxıb getmiş və o da idarə etdiyi avtomobil ilə yaşadığı Xaçmaz rayonunun Qusarçay kəndinə qayıtmışdır. Təqsirləndirilən şəxs1 Xudat şəhərində Tahir adlı şəxsə satdığı xalçaların oğrluq olub-olmaması barədə onun hər hansı bir məlumatı olmamışdır İş materiallarında olan 07 may 2022-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, zərərçəkmiş şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə Xaçmaz RPŞ-yə müraciət edərək, direktoru olduğu, Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində yerləşən həmin MMC-nin istirahət mərkəzinə 2022-ci ildə Ramazan bayramı ərəfəsində baş çəkməyə getdikdə orada həmin istirahət mərkəzinə məxsus mis kabellərin, dəmir boruların, dəmir künclüklərin, dəmir zəncirlərin və digər metal əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. İş materiallarında olan 07 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonu, Xaçmaz- Xudat avtomobil yolunun Qusarçay kəndindən keçən hissəsində "xxxx" MMC-yə məxsus, adı çəkilən kənddən 1 km aralıda şimal istiqamətində yerləşən “Çoban bulaq” istirahət mərkəzinin yaxınlığındakı "xxxx" MMC-yə məxsus istirahət mərkəzinin həyətyanı sahəsidir. Həmin həyətyanı sahənin kənarları hasarla əhatələnimşdir, hasarın ayrı-ayrı bəzi hissələri isə sökülüb-dağılmışdır. Həmin hasarın sökülüb-dağılmış hissələrindən həyətyanı sahəyə asanlıqla daxil olmaq mümkündür. Həmin həyətyanı sahədə qaraj tipli, birmərtəbəli, dəmir darvazası olan tikili vardır. Baxışda iştirak edən Nümayəndə həmin qaraj tipli tikilinin saxlanc yeri kimi istifadə edildiyini, həmin tikilidə istirahət mərkəzinə məxsus mis kabellərin, dəmir boruların, dəmir künclüklərin, dəmir zəncirlərin və digər metal əşyaların olduğunu bildirmişdir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs1 2022-ci ilin may ayının əvəllərində axşam saatlarında dəmir boruları oğurladığı yeri göstərməsi təklif edilmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs1 təklifi ilə Xaçmaz RPŞ-nin xidməti avtomobilinə əyləşib əvvəlcə Xaçmaz-Xudat avtomobil yolu ilə hərəkət edib, “Çoban bulaq” adlı istirahət mərkəzinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 yolun kənarında, yoldan 10 metr aralıda olan "xxxx" MMC-yə məxsus istirahət mərkəzinin dəmir barmaqlıqlı daş hasarını göstərib bildirmişdir ki, 2022-ci ilin may ayının əvəllərində axşam saatlarında oğruluq etmək üçün göstərdiyi həmin yerə gəlmiş, orada olan zaman torpaq sahəsindəki qaraja qanunsuz daxil olmuş, dəmir boruları oradan götürməklə oğurlamışdır. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Xaçmaz şəhəri Bakı prospektində, Bakı-Yalama avtomobil yolunun sağ tərəfindəki «Yaşıl» marketin əks tərəfində yerləşən metal tullantılarının qəbulu məntəqəsinin qarşısına gələrək Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 2022-ci ilin təxminən may ayının əvvələrində həmkəndlisi Şahid1 məxsus «Vaz-2106» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şahid2 işlədiyi sexə gələrək "xxxx" MMC-yə məxsus istirahət mərkəzindən oğurladığı kisədə olan yanmış mis kabelləri və digər xırda dəmir qırıntılarını məntəqəyə təhvil verib və Pərvizdən 180 manat pul alaraq çıxıb getmişdir. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Xacmaz-Xudat avtomobil yolunun Qusarçay kəndindən keçən hissəsində həmin kənddən 1 km aralıda şimal istiqamətində yerləşən “Çoban bulaq” istirahət mərkəzinin yaxınlığındakı "xxxx" MMC-yə məxsus istirahət mərkəzinin qarşısına gələrək bildirmişdir ki, 2022-ci ilin təxminən aprel ayının axırlarında oğlurlayaraq 1 ədəd kisəyə yığıb və həmin ərazidə gizlətdiyi yandırdığı mis kabelləri və digər xırda dəmirləri 2022-ci ilin təxminən may ayının əvvələrində, saat 17 radələrində həmkəndlisi Şahid1 məxsus qara rəngli «Vaz-2106» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə qoyaraq satmaq məqsədilə Xaçmaz şəhərinə getmişdir. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şahid1 Abas oğlu istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Xacmaz-Xudat avtomobil yolunun Qusarçay kəndindən keçən hissəsində həmin kənddən 1 km aralıda şimal istiqamətində yerləşən “Çoban bulaq” istirahət mərkəzinin yaxınlığındakı "xxxx" MMC-yə məxsus istirahət mərkəzinin qarşısına gələrək bildirmişdir ki, 2022-ci ilin təxminən may ayının avvələrində saat 17 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 zəng edərək onu "xxxx" MMC-yə məxsus istirahət mərkəzinin qarşısına çağırdığı üçün taksi kimi idarə etdiyi qara rəngli «Vaz-2106» markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin yerə getmiş və Təqsirləndirilən şəxs1 bir ədəd kisəyə yığdığı yanmış mis kabelləri və digər xırda dəmir materialları onun idarə etdiyi avtomobilin yük yerinə qoyduqdan sonra onu Xaçmaz şəhərinə aparmış, Xaçmaz şəhərində yerləşən metal qəbulu məntəqəsində Təqsirləndirilən şəxs1 həmin 1 ədəd kisədə olan yanmış mis kabelləri və digər xırda dəmir parçalarını satdıqdan sonra zəhmət haqqı kimi ona 10 manat pul vermişdir. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş bir ədəd vərəqin kserosurətindən müəyyən edilir ki, Şahid2 oğlu tərəfindən təqdim edilərək götürülmüş metal qəbulu sexində qeydiyyat apardığı jurnaldan çıxarılmış 1 ədəd vərəqin 6-cı abzasında xx.xx.2022-ci il tarixdə Qusarçay kəndindən olan 2 nəfər şəxsin təqdim etdikləri metal qırıntılarının qəbulu barədə yazı vardır. Həmin vərəqdə 06 markalı avtomobilin dövlət qeydiyyat nişanı (**-BT-***), mis yanmış məftillər-latun və 36 manat, eləcə də Rac adı yazılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 9/9320 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış əmlaklar - 1 ədəd musiqi aləti tar 100 manat dəyərində, 1930-cu illərdə mis metalından hazırlanmış 1 ədəd işlənmiş kəfkir 30 manat dəyərində, 1966-cı ildə Quba rayonunda yun iplikdən toxunmuş 3x2,5m ölçü nisbətində 1 ədəd xalça 1800 manat dəyərində, 1972-ci ildə Xaçmaz rayonunda yun iplikdən “Tabasaran” üsulubunda toxunmuş 3,5x3m ölçü nisbətində 1 ədəd xalça 2500 manat dəyərində, 2 ədəd 3x2,5m ölçü nisbətində Azərbaycan Respublikasında fabrik üsulu ilə istehsal edilmiş, işlənməmiş, yun iplikdən toxunmuş xalçalar hər birinin dəyəri 1800 manat olmaqla cəmi 3600 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 05 qram çəkidə 1963cü ildə alınmış 1 ədəd qızıl qadın üzüyü 400 manat dəyərində və 220-240W cərəyan şiddəti ilə işləyən, Türkiyə Respublikasında istehsal edilmiş boz rəngli, «Kumtel» markalı 1 ədəd qızdırıcı soba 40 manat dəyərində olmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 8470 manat müəyyən edilmişdir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən ona məxsus evdən o, 2022-ci ilin oktyabr ayının ortalarından həmin ilin noyabr ayının 04-ə kimi həmin evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslərin qanunsuz daxil olaraq evdən xalçalar, qızıl qadın üzüyünü, elektriklə işləyən qızdırıcı sobanı, musiqi aləti olan tarı, kəfkir mətbəx əşyasını oğurladıqları barədə bildirmişdir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonunun ünvan 1 ünvanda yerləşən zirzəmisi olan fərdi yaşayış evidir. Həmin evin açıq boz rəngli dəmir darvazası vardır. Dəmir darvazadan içəri daxil olduqda girişlə üzbəüz fərdi yaşayış evidir. Həmin evin ikitaylı, taxta qapısı vardır. Həmin taxta qapıdan daxil olub fərdi yaşayış evinə pilləkənlə qalxdıqdan sonra baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin evdən ona məxsus əmlakların oğurlandığını bildirmişdir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayının axırlarında, axşam saatlarında Səbahi adlı tanışı ilə qabaqcadan əlbir olaraq ev əşyaları oğurladığı yeri göstərməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 təklifi ilə Xaçmaz RPŞ-nin xidməti avtomobilinə əyləşib əvvəlcə Xaçmaz-Xudat avtomobil yolu ilə hərəkət edilmiş, Xaçmaz-Xudat yolunun Dədəli-Pirquluoba avtomobil yolu ilə kəsişməsinə çatan zaman Təqsirləndirilən şəxs1 işıqfordan sağa dönmək lazım olduğunu bildirmiş, onun göstərdiyi istiqamətdə avtomobillə hərəkət edib, dəmir yolu xəttinin üzərindən keçdikdən sonra ikimərətəbəli evin kənarına çatdıqda Təqsirləndirilən şəxs1 hadisə yerinə gəlib çatdıqlarını demiş, daha sonra Təqsirləndirilən şəxs1 həmin ikimərtəbəli evi göstərib bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının axırlarında, axşam saatlarında tanışı və həmkəndlisi Səbahi adlı şəxslə birlikdə oğurluq etmək üçün qabacadan əlbir olub göstərdiyi yerə gəlmiş, Səbahi ilə birlikdə həmin evin həyətinin daş hasarından aşmaqla yaşayış sahəsinə daxil olmuş, oradan evin birinci mərtəbəsinin girişindəki açıq qapıdan içəri girmiş, ikinci mrətəbəyə qalxıb ikinci mərtəbədəki yataq otağından əmlakları oğurlamışdır. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayının axırlarında, axşam saatlarında Səbahi adlı tanışı ilə qabaqcadan əlbir olaraq oğurladığı xalçaları saxladığı yeri göstərməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 təklifi ilə Xaçmaz RPŞ-nin xidməti avtomobilinə əyləşib əvvəlcə Xaçmaz-Xudat avtomobil yolu ilə hərəkət edilmiş, Xaçmaz-Xudat yolunun Qusarçay kəndindən keçən hissəsində “Kristal” ticarət mərkəzinin qarşısına çatdıqda Təqsirləndirilən şəxs1 sol tərəfə dönmək lazım olduğunu bildirmiş, onun göstərdiyi istiqamətdə avtomobillə 200 metr hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs1 gedeilən həmin yerdən xalçaları saxladığı yerə qədər olan yolla piyada getmək lazım olduğunu, həmin yerə avtomobil yolunun olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə 100 metr məsafə piyada gedilmiş, Qusarçay kəndində yerləşən dəmir yolu xəttinin kənarına çatdıqda Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının sonlarında Səbahi adlı tanışı ilə birlikdə oğurladıqları 03 ədəd xalçanı gətirib dəmir yolu xəttinin yaxınlığındakı kolluq ərazidə gizlətmiş və 2022-ci ilin noyabr ayının ortalarında gəlib oradan aparıb Xaçmaz rayonu, Xudat şəhərində Şirin adlı şəxsə satmışdır. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs2 2022-ci ilin oktyabr ayının axırlarında, axşam saatlarında Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq ev əşyaları oğurladığı yeri göstərməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 təklifi ilə Xaçmaz RPŞ-nin xidməti avtomobilinə əyləşib əvvəlcə Xaçmaz-Xudat avtomobil yolu ilə hərəkət edilmiş, Xaçmaz-Xudat yolunun Dədəli-Pirquluoba avtomobil yolu ilə kəsişməsinə çatan zaman Təqsirləndirilən şəxs2 işıqfordan sağa dönmək lazım olduğunu bildirmiş, onun göstərdiyi istiqamətdə avtomobillə hərəkət edilmiş, dəmir yolu xəttinin üzərindən keçdikdən sonra ikimərətəbəli evin kənarına çatdıqda Təqsirləndirilən şəxs2 hadisə yerinə gəlib çatdıqlarını demiş, daha sonra Təqsirləndirilən şəxs2 həmin ikimərtəbəli evi göstərib bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının axırlarında, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 adlı şəxslə birlikdə oğurluq etmək üçün qabacadan əlbir olub göstərdiyi yerə gəlmiş, Cəlal ilə birlikdə həmin evin həyətyanı sahəsinin daş hasarından aşmaqla yaşayış sahəsinə daxil olmuş, oradan evin birinci mərtəbəsinin girişindəki açıq qapıdan içəri girmiş, ikinci mərtəbəyə qalxıb ikinci mərtəbədəki yataq otağından təxminən 03-04 ədəd xalçaları, yataq otağındakı çarpayının altında olan çamadandan 01 ədəd qızıl üzüyü və 01 ədəd elektrik cərəyanı ilə işləyən qızdırıcı sobanı, evin zirzəmisindən 01 ədəd kəfkiri və həmin zirzəmidən 01 ədəd musiqi aləti olan tarı oğurlamışdır. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayının sonlarında, axşam saatlarında Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən tanışı Səbahi adlı şəxslə birlikdə qabaqcadan əlbir olan şəxs halında oğurladığı qızdırıcı sobanı və musiqi aləti tarı Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən fərdi yaşayış evində təqdim etmiş, təqdim edilmiş 01 ədəd boz rəngli, yuxarı hissəsində tutacağı olan, üzərində “Kumtel” sözü yazılmış, arxa tərəfində isə “Kumtel Quadro” LX-2832 QM 50-60HZ, 1800W, 220-240 V(-), Made in Turkey sözləri yazılmışdır. Qızdırıcı soba işlək vəziyyətdə olmuşdur. Təqdim edilmiş 01 ədəd musiqi aləti tarın simləri boşaldılmış vəziyyətdə olmuş, işlədilmişdir, üzərində hər hansı zədə müşahidə olunmamışdır. Qeyd olunan əşyaları təqdim edən Təqsirləndirilən şəxs1 həmin qızdırıcı sobanı və musiqi aləti tarı 2022-ci ilin oktyabr ayının sonlarında Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurladığını və oğurladıqdan sonra gətirib öz yaşadığı evə qoyduğunu bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qızdırıcı sobanın və musiqi aləti tarın ona məxsus olduğunu və Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən evindən oğurlandığını bildirmişdir. İş materiallarında olan 10 dekabr 2022-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xudat şəhər sakini Şahid3 tərəfindən 1966-cı ildə Quba rayonunda yun iplikdən toxunmuş, 3x2,5m ölçü nisbətində 1 ədəd xalça və 2 ədəd 3x2,5m ölçü nisbətində Azərbaycan Respublikasında fabrik üsulu ilə istehsal edilmiş, işlənməmiş, yun iplikdən toxunmuş xalça təqdim edilərək Xaçmaz RPŞ-də götürülmüşdür. Həmin xalçalar işlənmiş, yəni istifadə edilmiş olmuş və üzərlərində hər hansı bir zədə yerləri müşahidə olunmamışdır. Xalçanın birinin alt hissəsində art-1397, rəsmi, 374, 2x3 ölçüsü, 86 206627 nömrəsi yazılıb və digərinin altındakı yazıda Opal 1624A 200x300 ölçüsü yazılmışdır. Xalçaların üzərində hər hansı bir zədə müşahidə olunmamışdır. Baxış zamanı Şahid3 təqdim etdiyi 3 ədəd xalçanı Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Baxışda iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs götürülən 3 ədəd xalçanı tanıyaraq onların onun evindən oğurlanmış xalçalar olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 9/9320 nömrəli ekspert rəyindən müəyyən edilir ki, “İsti Su Sağlamlıq Mərkəzi» MMC-yə məxsus istirahət mərkəzindən oğurlanmış əmlaklar - 80 metr uzunluğunda 1 fazalıq 10-luq 2018-ci ildə alınmış mis kabel - 1 metrinin dəyəri 1 manat 50 qəpik ümumi dəyəri 120 manat, 5 metr uzunluğunda 5 ədəd 76 diametrli dəmir borular - 1 metrinin dəyəri 5 manat ümumi dəyəri isə 50 manat, 140 metr uzunluğunda kvadrat şəklində 100-lük dəmir borular - 1 metrinin dəyəri 12 manat ümumi dəyəri isə 1680 manat, 180 metr uzunluğunda 100-lük dəmir borular - 1 metrinin dəyəri 12 manat ümumi dəyəri isə 2160 manat, 160 metr uzunluğunda 76 diametrli dəmir su boruları - 1 metrinin dəyəri 10 manat ümumi dəyəri isə 1600 manat, 1 metrinin dəyəri 10 manat ümumi dəyəri isə 250 manat təşkil edən, 25 metr uzunluğunda 10 ədəd 76 diametrli dəmir dirək boruları - 40 metr uzunluğunda qatar çəpər şəklində dəmir materialdan hazırlanmış zəncir - 1 metrinin dəyəri 5 manat ümumi dəyəri isə 200 manat və 1250 metr uzunluğunda 3x3-lük dəmir künclük - 1 metrinin dəyəri 4 manat ümumi dəyəri isə 5000 manat dəyərində olmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 11060 manat müəyyən edilmişdir. Təqdim edilməyən digər 01 adda mal (3 fazalıq 4x4-lük 2018-ci il tarixdə alınmış mis kabel) haqqında kifayət qədər məlumat (uzunluğu) olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsinin ifadəsinə əsasən 3 fazalıq 4x4-lük 2018-ci il tarixdə alınmış mis kabel 120 metr uzunluğunda olmaqla1 metrinin dəyəri 4 manat ümumi dəyəri isə 480 manat təşkil etməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli ifadəsindən müəyyən edilir ki, o, həmin MMC-dən oğurlanmış əmlakların ekspertiza tərəfindən müəyyən edilmiş ümumi dəyəri ilə razı olduğunu bildirmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin müvafiq olaraq 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən, Xaçmaz RİHB-nın Qusarçay kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Qusarçay kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 yaşadığı kənddə camaat ilə münasibəti yaxşıdır, mehriban, ünsiyyətcil, xoş xasiyyətə malikdir. O, kəndin ictimai işlərində yaxından iştirak edir. O, Nümayəndəlik tərəfindən heç bir irad və xəbərdarlıq almamışdır. Onun barəsində Nümayəndəliyə heç bir şikayət və irad daxil olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsinin 10 dekabr 2022-ci il tarixli ərizəsindən, həmçinin iş materiallarına əlavə edilmiş 07 mart 2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində "xxxx" MMC-yə vurulmuş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətinin və mülki iddiasının olmadığını, cəzanın təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 22 dekabr 2022-ci il tarixli ərizəsindən, həmçinin iş materiallarına əlavə edilmiş 08 iyun 2023-cü il tarixli ərizədən və həmin tarixli notarial qaydada təsdiq edilmiş ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində ona dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və mülki iddiası yoxdur. Cəzanın təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin surətlərindən, Xaçmaz RİHB-nın Dədəli kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Dədəli kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ailəlidir, üç övladı var. Onun öz həmyaşıdları arasında özünəməxsus hörməti vardır. O, yaşadığı kənddə cəmiyyət arasında olmağı, kənd sakinləri ilə söhbət aparmağı, özündən yaşlıların müsbət tövsiyələrinə əməl etməyi ilə fərqlənmişdir. Onun barəsində qanunsuz əməl törətməsinə dair Nümayəndəliyə yazılı və ya şifahi formada müraciətlər daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs 22 dekabr 2022-ci il tarixli ərizəsindən, həmçinin iş materiallarına əlavə edilmiş 08 iyun 2023-cü il tarixli ərizədən və həmin tarixli notarial qaydada təsdiq edilmiş ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində ona dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və mülki iddiası yoxdur. Cəzanın təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.13-cü maddəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurduğu zərərin tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barələrində cəzanı yüngülləşdirən halları, həmçinin barələrində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Xaçmaz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Xaçmaz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Xaçmaz rayon məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 4(067)-212/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və şəxsin tutmadan azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini seçilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildən 13 iyun 2023-cü ilədək, yəni 06 (altı) ay 14 gün həbsdə saxlanıldığı müddətinin 01 günü 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildən 08 dekabr 2022-ci ilədək olan müddət, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 günü 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan “Əşyanın maddi sübut kimi hesab edilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli qərardan, “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 01 fevral 2023cü il tarixli qərardan və qəbzdən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs evindən oğurladıqları əmlaklardan ibtidai istintaq orqanına təqdim edilmiş və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kumtel” markalı qızıdırıcı soba, 01 ədəd musiqi aləti tar və 03 ədəd xalça ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilmiş 01 ədəd “Kumtel” markalı qızıdırıcı soba, 01 ədəd musiqi aləti tar və 03 ədəd xalça hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılması nəzərə alımalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06 dekabr 2022-ci ildən 08 dekabr 2022-ci il tarixədək olan müddət, yəni 02 gün həbsdə saxlandığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Xaçmaz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək, yəni 06 ay 14 gün həbsdə saxlandığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Xaçmaz rayonun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07;00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübutlar olan və ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilmiş 01 ədəd “Kumtel” markalı qızıdırıcı soba, 01 ədəd musiqi aləti tar və 03 ədəd xalça hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-69/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-69/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver