Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-69/2025 08.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1980-ci ildə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, "xxxx" MMC-də direktor köməkçisi vəzifəsində işləyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 19 iyun 2024cü il tarixdə, saat 20 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən soyuducu anbarın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə qəsdən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək sonuncunun idarə etdiyi “X6” LC200 markalı, ** PJ *** qeydiyyat nömrə nişanlı avtomobilin ön sol qapısını açıb sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs yumruqla və təpiklə vuraraq sonuncuya sol göz ətrafında hematoma, döş qəfəsinin ön səthində solda qançır və yumşaq toxumaların əziyi, baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onunla Zərərçəkmiş şəxs mübahisəsi borc pul məsələsi ilə bağlı olmuşdur. Belə ki, o, Rusiya Federasiyasında olan tanışından borc pul alaraq digər tanışı Şahid7 vasitəsilə zərərçəkmiş şəxsə vermişdir. Bir müddət sonra zərərçəkmiş şəxs aldığı borc pulun bir qismini qaytarmış, digər qismini isə borclu qalmışdır. O, zərərçəkmişin borclu qaldığı məbləği qaytarması üçün sonuncu ilə dəfələrlə əlaqə saxlayaraq bildirmişdir. Hadisə günü də borcun qaytarılması üçün zərərçəkmiş şəxslə telefonla danışaraq sonuncuya bu məsələni bitirməyi təklif etmiş və zərərçəkmiş şəxs onun olduğu soyuducu anbara gəlmiş, həmin vaxt o, 5-6 nəfərlə birlikdə orada əyləşərək çay içmişlər, o, zərərçəkmiş şəxsə avtomobilindən düşərək gəlib onlarla çay içməsini təklif etmiş, zərərçəkmiş isə avtomobilindən düşməmiş, onu avtomobilində əyləşərək söhbət etməyə çağırmışdır. Bundan sonra o, gedərək zərərçəkmişin avtomobilində, sonuncunun yanında əyləşmiş və zərərçəkmişə borc pulun qalan məbləğini verməsini demişdir. Lakin zərərçəkmiş şəxs ona borc pulun rus rublu və Azərbaycan manatı ilə qaytarılması ilə bağlı təklif etmiş, bununla bağlı o, zərərçəkmiş şəxslə razılaşmamış, zərərçəkmiş şəxs borc pulun rus rublu ilə qaytarılmasının sərf etmədiyini, ziyan etdiyini bildirmiş, bundan sonra o, əsəbiləşərək avtomobildən düşərək avtomobilin qarşısından keçərkən zərərçəkmiş şəxs onu nalayiq ifadə ilə söymüş və o, zərərçəkmişin avtomobildə sürücü yerində əyləşdiyi tərəfə gedərək sonuncudan söyüşü ilə bağlı soruşmuş, zərərçəkmiş şəxs onu yenə söymüş, o isə zərərçəkmiş şəxsə “sən düzgün söhbət etmirsən” deyərək kənara çəkilmiş, bu zaman zərərçəkmiş şəxs bir yumruq və bir təpik zərbəsi ilə onu vurmuşdur. O da özünü müdafiə etmək üçün zərərçəkmiş şəxsi vurmuşdur. Bundan sonra zərərçəkmiş şəxs ona demişdir ki, “mən səni beşatılan tüfənglə vurmasam, kişi deyiləm”. Bundan sonra zərərçəkmiş şəxs hadisə yerindən çıxıb getmiş, bir qədər sonra isə zərərçəkmiş şəxs ona vatsap vasitəsilə tüfəng şəkli göndərərək onu həmin silahla vuracağını bildirmiş, bundan sonra elə həmin gün zərərçəkmiş şəxs avtomobili ilə yenidən soyuducu anbarın ərazisinə gəlmiş və avtomobilində tüfəng olmuş, bunu Şahid7 görmüş, həmin silahla onu vuracağını bildirmişdir. Sonra isə o, polisə şikayət etmiş, zərərçəkmiş şəxs də ondan sonra polisə şikayət etmişdir. Ona aldığı xəsarətlə bağlı ekspertizadan keçmək təklif olunmuş, o isə bunu özünə ayıb bilərək “bir balaca qaraltı izinə” görə bu addımı atmamışdır. Onu yumruq-təpiklə vuran, onu tüfənglə hədələyən, borc pulu qaytarmayan Zərərçəkmiş şəxs olmuş, lakin təqsirləndirilən şəxs kimi o cəlb olunmuşdur. Həmçinin bildirdi ki, zərərçəkmiş şəxs hadisə yerinə öz təşəbbüsü ilə gəlməmiş, o, çağırdığı üçün gəlmişdir. Zərərçəkmiş şəxsi hadisə yerinə çağırmasının səbəbi sonuncudan pulu qaytarmasını tələb etmək olmuşdur. Hadisə vaxtı aralarında borcun hansı valyuta ilə qaytarılması ilə bağlı narazılıq yaranmış, o, avtomobildən düşmüş, zərərçəkmiş şəxs onu söydüyü üçün mübahisə yaranmışdır. Lakin o, zərərçəkmiş şəxsin onu söyməsinin səbəbini bilmir. O, avtomobilin içərisində zərərçəkmişi vurmamış, əsəbiləşərək zərərçəkmiş şəxsə “get işinlə məşğul ol” deyərək avtomobildən düşərək qarşısından keçəndə zərərçəkmiş şəxs onu söymüş, o da avtomobilin çöl tərəfindən zərərçəkmişə yaxınlaşmış, söyüşü zərərçəkmişin özünə ünvanlayaraq qaytarmış, bundan sonra ilk olaraq zərərçəkmiş onu yumruq və təpiklə vurmuşdur. Zərərçəkmiş şəxsin onu söydükdə onun da zərərçəkmiş şəxsi söyməsi üçün sonuncunun avtomobilində əyləşdiyi yerə yaxınlaşmasının səbəbini izah edə bilmir. O, “kişiliyinə sığışdırmadığından” aldığı xəsarətlə bağlı ekspertizaya müraciət etməmişdir. Onun işlədiyi yerdə qırx-əlli nəfər işçisi vardır, sənədləşdirilmə işlərinin mahiyyətini, əhəmiyyətini bilir. O, zərərçəkmiş şəxsi vuraraq xəsarət yetirdiyini etiraf edir, lakin o, zərərçəkmiş şəxsi özünü müdafiə etmək üçün vurmuşdur. O, zərərçəkmiş şəxsi yumruq və təpiklə vurmuşdur. O, zərərçəkmiş şəxsin baş, sinə nahiyələrinə vurmamışdır, qol nahiyəsinə vurmuşdur. Hadisə baş verən yerdə o, işçilərlə əyləşib çay içmişdir. Zərərçəkmiş şəxslə əvvəllər aralarında işgüzar münasibətlər olmaqla normal olmuşdur. O, zərərçəkmiş şəxsə həmin borc pulu 2024-cü ilin aprel ayında vermiş, zərərçəkmiş şəxs həmin pulun qaytardığı məbləğinin bir qismini may ayında, bir qismini isə iyun ayında vermişdir. Cinayət hadisəsi də iyun ayında törədilmişdir. Zərərçəkmiş şəxs hadisə vaxtı soyuducu anbarın ərazisində, onların çay içmək üçün əyləşdikləri yerdən təxminən beş metr aralıda gələrək dayanmışdır. O, zərərçəkmiş şəxsin avtomobilinin içərisində olduğu vaxt aralarında söyüş, dalaşma olmamış, o, sadəcə, əsəbiləşmiş və avtomobildən düşmüşdür. O, zərərçəkmiş şəxsin avtomobilinin sürücü tərəfində dayandığı zaman zərərçəkmiş avtomobilin qapısını açaraq, lakin yerə düşmədən, ayağını avtomobilin ayaqaltı hissəsinə qoyaraq onu yumruq və təpiklə vurmuşdur. Hadisəni onunla birlikdə olmuş şəxslər görmüşlər, həmin şəxslər onları birbirindən aralamışlar. Həmin soyuducu anbar Ramin adlı şəxsin adınadır, o, həmin yerdə işləmir, hadisə vaxtı həmin yerdə olmasının səbəbi gilas meyvəsi sezonu ilə əlaqədar olmuş, hadisə vaxtı zərərçəkmiş şəxsi də həmin yerə çağırmışdır. Soyuducu anbara şəxslər meyvələrini axşamüstü saatlarında gətirirlər, bu səbəbdən də anbarın ərazisində insanlar adətən axşamüstü saatlarından başlayaraq toplaşmağa başlayırlar. Hadisə vaxtı zərərçəkmiş şəxslə mübahisələri 5-10 dəqiqə davam etmişdir. O, müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirməklə barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. “X2” MMCnin direktor müavini vəzifəsində işləyir. İşlədiyi MMC-yə məxsus yük avtomobilləri var və onlar əsasən həmin yük avtomobilləri ilə Rusiya Federasiyasına və başqa ölkələrə yük daşımaqla məşğul olurlar. O, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs təxminən 10 il olar ki, tanıyır. Onun Niyaməddinlə qohumluq əlaqəsi yoxdur və onunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. Niyaməddin özü də Rusiya Federasiyasından Azərbaycana diri halda quzu və dana gətirib satmaqla məşğul olur. 2023-cü ilin sonlarında və 2024-cü ilin əvvəllərində işlədiyi MMC-yə məxsus yük avtomobilləri ilə Niyaməddinin Rusiya Federasiyasının ayrı-ayrı bölgələrindən aldığı diri heyvanları Azərbaycana gətirmişlər. Niyaməddin onların yük avtomobilləri ilə gətirdiyi heyvanları satdıqdan sonra onların pulunu vermişdir. Sonuncu dəfə 2024-cü ilin aprel ayının əvvəlləri olardı, Xaçmaz şəhərində Niyaməddinlə görüşərkən sonuncu ona demişdir kı, Rusiya Federasiyasının Altay vilayətində diri danalar var, həmin danaları Azərbaycana gətirib satmaq lazımdır, o, Rusiya Federasiyasında olan tanışlarından onun üçün borca pul alsın, danaları gətirib satdıqdan sonra əldə olunmuş pulla 2-3 ay ərzində quzu alıb satsın, sonra onun borc olaraq alıb ona verdiyi pulu qaytarsın. Niyaməddini tanıdığı üçün onunla razılaşmış və işlədiyi “X3” MMC-yə aid bir ədəd yük avtomobilini Rusiya Federasiyasının Altay vilayətinə yola salmış, sonra isə Rusiya Federasiyasının Kemerov vilayətində yaşayan dostu Cəmillə danışıb ondan borc olaraq ******* (altı milyon) rus rublu pul istəmiş və Cəmilə demişdir ki, borc olaraq verdiyi pula görə hər ay ona əlavə olaraq 300000 (üç yüz min) rus rublu verəcəkdir. Cəmil də onunla razılaşaraq demişdir ki, kim gəlsə həmin məbləğdə pulu ona verəcəkdir. Bundan sonra o, yuk avtomobilinin sürücüsü Şahid7 zəng vurub bu barədə ona bildirmış, Tural da Rusiya Federasiyasında olarkən Kemerov vilayətinə gedib Cəmillə görüşərək ******* (altı milyon) rus rublunu götürdükdən sonra Rusiya Federasiyasının Altay vilayətinə gedib Niyaməddinin aldığı diri danaların pulunu ödədikdən sonra həmin danaları Azərbaycana gətirmişdir. Tural danaları Xaçmaz rayonuna gətirib Niyaməddinin özünə təhvil verdikdən sonra sonrakı günlərdə Niyaməddin həmin danaları hissə-hissə satmış və o, borc olaraq alıb Niyaməddinə verdiyi pulu ondan ala bilməmişdir. Maraqlananda eşitmişdir ki, Niyaməddin Rusiya Federasiyasının ayrı-ayrı bölgələrinə gedib diri quzu alaraq Azərbaycana gətirib satır. O, Niyaməddinlə görüşüb ona demişdir ki, alıb ona verdiyi pulla bağlı hər ay əlavə 300000 (üç yüz min) rus rublu ödənməlidir, alıb ona verdiyi pulu qaytarsın, o da həmin pulu sahibinə göndərsin. Sonrakı günlərdə Niyaməddin Rusiya Federasiyasında olarkən iki dəfəyə onların yük avtomobillərini idarə edən sürcülərə ******* (iki milyon) rus rublu, Azərbaycanda olarkən də onun özünə 17950 manat və 29000 manat olmaqla ümumiliklə 46950 manat, daşıma xərci olaraq isə əlavə 16000 manat pul vermişdir. Bundan əlavə, Niyaməddin alıb ona verdiyi puldan qalan ******* (bir milyon dörd yüz doğsan iki min) rus rublunu, alıb ona verdiyi pulun faiz olaraq 600000 (altı yüz min) rus rublu, daşıma xərci olaraq isə 2800 manat pul verməli idi. 19 iyun 2024-cü il tarixdə, təxminən saat 19 radələrində o, Niyaməddinə zəng vurub ona demişdir ki, Raminə məxsus soyuducu anbardadır, gəlsin haqq-hesab etsinlər. Zəng vurduğu vaxtdan təxminən 30-40 dəqiqə keçdikdən sonra Niyaməddin idarə etdiyi “Toyota” markalı avtomobillə Raminə məxsus soyuducu anbarın qarşısına gəlmiş və o, gedib Niyaməddinə məxsus avtomobilin ön sağ oturacağında oturmuşdur. O, Niyaməddinə demişdir ki, ona ******* (altı milyon) rus rublu vermiş, o da ona ******* (iki milyon) rus rublu və 46950 manat pul qaytarmışdır, o, ona əsas puldan qalan ******* (bir milyon dörd yüz doğsan iki min) rus rublunu, alıb verdiyi pulun faiz olaraq 600000 (altı yüz min) rus rublu, daşıma xərci olaraq isə 2800 manat pul verməlidir. Niyaməddin də ona demişdir ki, o, qalan pulu ona Azərbaycan manatı ilə verəcəkdir, çünki o, ona pul verəndə rus rublu dollar qarşısında ucuz idi, indi rus rublu bir qədər bahalaşıb, ona görə də o, ona olan borcunu Azərbaycan manatı ilə ödəyəcəkdir. O, Niyaməddinlə razılaşmayaraq ona demişdir ki, o, pulu borc olaraq alıb ona rus rublu ilə vermişdir, o da ona olan borcunu rus rublu ilə ödəsin. Niyaməddin onunla razılaşmamış və avtomobilin salonunda onunla Niyaməddin arasında mübahisə yaranmışdır. Niyaməddin onu təhqir etmiş və o, avtomobildən düşüb qapını bərk örtmüşdür. Niyaməddin ona qarşı söyüş ifadələri işlətmiş və o, avtomobilin ön sol qapısına yaxınlaşanda Niyaməddin yumruqla sol qoluna, təpiklə isə sağ ayağına vurmuş və onun sağ ayağının diz nahiyəsi avtomobilin qapısına dəymişdir. Niyaməddinin onu söyməsi və vurması onda əsəb yaratmış və o, Niyaməddinə “sən get öz ailənin içini təmizlə, öz ailən səni qonşular arasında təhqir edir” demiş və yumruqla Niyaməddıni vurmuşdur. Niyaməddin avtomobilində oturmuş və əlində tutduğu Azərbaycan manatını ona göstərib demişdir ki, ona verməsi üçün 24000 manat pul gətirmişdir, həmin pul ona düşmür. Sonra Niyaməddin ona pul verənin ünvanına söyüş ifadələri işlədərək demişdir ki, beş atılan tüfənglə gəlib onu vuracaqdır. Bundan sonra Niyaməddin avtomobilinə əyləşib getmiş, o isə Ramingillə birlikdə soyuducunun qarşısında olan stulda oturmuşdur. Bir qədər keçdikdən sonra onun mobil telefonuna «Whatsapp» vasitəsilə SMS gəlmiş, o, SMS-ə baxanda görmüşdür kı, Niyaməddin ona ov tüfənginin fotoşəklini çəkib göndərərək “mən sözümü tutacam” sözlərini yazıb. O, Niyaməddinin ona göndərdiyi silahın fotoşəklini Raminə, Natiqə, Vüsala, Araza göstərərək demişdir ki, görün Niyaməddin nə göndərib. Bir qədər keçdikdən sonra Niyaməddin qayıdıb Raminə məxsus soyuducunun qarşısına gəlmiş, o, oturduğu yerdən durmamış, Raminlə Tural isə Niyaməddinin onu vura biləcəyindən ehtiyat etdiklərinə görə oturduqları yerdən durub Niyaməddinin qarşısına getmişlər. Təxminən 10 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Raminlə Tural qayıdıb onun yanına gəlmişlər və ona demişlər ki, Niyaməddinin avtomobilində ov tüfəngi vardır, Niyaməddin onlara onu vuracağını demiş, Ramin də Niyaməddinə onu qana salmamasını demiş və sakitləşdirib Niyaməddini geri qaytarmışdır. Sonra Tural da ona demişdir ki, o özü də Niyaməddinə demişdir ki, ona olan borcunu ödəsin, başqa problem yaratmasın. Niyaməddin də Turala demişdir ki, nə pul, pul əsas deyil, o, ona pulun nə olduğunu göstərəcəkdir. Niyaməddin getdikdən sonra həmin gün o, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Ayxan adı ilə tanıdığı əməkdaşının istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub demişdir ki, Xaçmaz şəhərində Niyaməddin adlı şəxs onu tüfənglə vuracağı ilə hədələmişdir. Ayxan da ona demişdir ki, səhər tezdən Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlsin, onun izahatını alacaqdır. 20 iyun 2024-cü il tarixdə, təxminən saat 10:30 radələrində o, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, həmin Ayxan adlı polis əməkdaşı onu qarşılayıb içəri aparmış və onunla Tural orada izahat yazdıqdan sonra onlar qayıdıb Xaçmaz şəhərinə gəlmişlər. Sonradan isə o, eşitmişdir ki, Niyaməddin də Xaçmaz RPŞ-nə gələrək onun barəsində şikayət etmişdir. Niyaməddinlə aralarında olan mübahisəni Ramin, Tural, Rakim, Araz, Cabir, Natiq və başqa tanımadığı adamlar görmüşlər. Niyaməddinin ikinci dəfə qayıdıb soyuducu anbarın qarşısına gəlməsini və onu tüfənglə vuracağı ilə hədələməsini isə Tural, Ramin, Araz, Vüsal və başqa tanımadığı adamlar görmüşlər. Mübahisə zamanı o, iki dəfə yumruqla Niyaməddinin sinəsindən vurmuşdur. Orada olan Ramin, Tural, Rakim, Araz, Cabir, Natiq və başqa adlarını xatırlamadığı şəxslər araya keçərək onları ayırmışlar. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onunla təqsirləndirilən şəxs 15 ildən artıqdır ki, tanışdırlar. Hikmətlə aralarında Rusiya Federasiyasından iri və xırdabuynuzlu heyvanların daşınması ilə bağlı işgüzar əlaqələri olmuş və dəfələrlə həmin malların daşınması baş vermişdir. Sonuncu dəfə 2024-cü ilin aprel ayında isə Hikmət ona demişdir ki, onların RF-da pulları və Altay vilayətində də 90- 100 baş mal-qara vardır, Hikmət ona telefonunda video göstərərək həmin heyvanların olduğunu demiş, o da videodakı həmin heyvanları bəyənmiş və o, həmin heyvanların alınaraq gətirilməsinə razılaşmış, Hikmət ona RF-da ******* rus rublu olduğunu və həmin pulla mal-qaranın alınaraq gətirələcəyini demişdir. Bununla bağlı Hikmətlə razılığa gəldikdən bir həftə sonra o, sürücü Turala zəng edərək heyvanların gətirilməsinin yubanması ilə bağlı soruşmuş, Tural isə ona demişdir ki, “sənin gördüyün heyvanlar satılıb. Bəs Hikmət sənə bu barədə deməyib?” O isə cavabında Hikmətin ona bu barədə demədiyini bildirmişdir. Bundan sonra o, Hikmətdən bu barədə soruşduqda ona cavab vermişdir ki, “sürücü artıq yolun yarısını getmişdi deyə geri qaytarmadım, dedim ki, gedib çatsın bir şey fikirləşərik, başqa mal-qara tapsın”. Buna görə də sürücü 15-20 gün orada qalmış, onun görüb bəyəndiyi deyil, 90 baş digər mal-qara alınmışdır. Ona həmçinin bildirilmişdir ki, mal-qaranın sahibinin kartına beh kimi 100000 rus rublu göndərilib, o da buna görə arxayın olmuşdur. Sürücü ona tapdığı mal-qaranı videozəng edərək nümayiş etdirmiş, o isə həmin heyvanları bəyənməmişdir. Bir neçə gün sonra sürücü ona almaq üçün tapdığı digər heyvanların videolarını göndərmiş, o, həmin videolara baxaraq Hikmətə demişdir ki, həmin heyvanların arasında zəif heyvanlar çoxdur, onları Azərbaycana gətirənədək bir həftə vaxt keçir, həmin müddətdə isə zəif heyvanlar dözərək qalmır. Sürücü ona 30-40 heyvanın videosunu göndərmiş, qalan malları da müxtəlif yerlərdən taparaq alacağını, artıq bir aydır orada qaldığını, bu vəziyyətdən yorulduğunu bildirərək malları alaraq artıq gələcəyini demişdir. Hikmətgil də ona demişlər ki, daha nə mal-qara alıbsa götürüb gətirsin, avtomobil boş qayıtmasın, mal-qara gətirilib çatdırılsın və baxıb görsünlər vəziyyət necə olur. O da Hikmətgillə münasibəti yaxşı olduğundan sonuncunun bu sözlərindən sonra razılaşmışdır. Sürücü 99 baş mal-qara gətirmiş, sənədlə 60 başa icazə verildiyindən Azərbaycana 60 başını keçirə bilmişlər, 39 baş isə RF-da qalmışdır. Bir neçə gün sonra qalan 39 başını da Azərbaycana gətirmişlər. Həmin 99 baş mal-qara aralarında qısa müddətlər olmaqla, bir neçə gündən bir tələf olmağa başlamışdır. O, həmin heyvanlar tələf olduqca onların foto və videolarını çəkərək Hikmətə və Turala göndərmiş, Hikmət ona bu məsələni aralarında həll etməyi, ziyanla bağlı məbləğlərini deməklə güzəşt edəcəyini bildirmiş, o da Hikmətin təklifi ilə razılaşmışdır. Həmin mal-qaranın sağ qalanlarını ondan almış şəxslər, 8 başını almış Xudat şəhər sakini hələ də ondan həmin mal-qara ilə bağlı gileylənir, həmin mallar da aldıqdan sonra həmin şəxsin ünvanında tələf olmuş, həmin şəxs də malların pulunu ondan tələb edir. Hikmətlə mübahisəsi də bu səbəblərdən yaranmışdır. O, Hikmətə verməli olduğu pulun çox hissəsini qaytarmış, 2800 manat borclu qalmışdır. O, Hikmətlə aralarında qalmış mübahisəli pul məbləğini hesablamaq üçün sonuncu ilə telefonla danışdıqdan sonra Ramin adlı şəxsin soyuducu anbarına getmişdir. Həmin anbarın həyətində Hikmətlə söhbət edərkən rus rublu ilə Azərbaycan manatı arasındakı məzənnə fərqi ilə bağlı aralarında razılaşma olmadı. Belə ki, Hikmətin məzənnə üzrə hesabına görə onun verməli olduğu 2800 manatdan əlavə 3000 manat artıq məbləğ ortaya çıxmış, buna görə o da bununla razılaşmamış, Hikmətə hətta təklif etmişdir ki, ortaya çıxan kurs fərqini də yarıbayarı hesablamaqla öz aralarında həll etsinlər, Hikmət isə onun vermək üçün apardığı 2800 manat pulu onun üzünə çırparaq, onun avtomobilindən düşüb qapısını çırpıb örtərək orada olan çoxsaylı insanın yanında çox nalayiq ifadələrlə onun ünvanına söymüş, o da avtomobildən aşağı düşərək Hikmətə demişdir ki, “Hikmət, utanmırsan ailəmə, uşağıma, anama qarşı belə, insanların arasında söyüşlər söyürsən?! Lakin mən sənin ananı, ailəni, bacını söyən deyiləm”. Hikmət onu çox nalayiq ifadələrlə təhqir etmiş, ona “get ailənin içini təmizlə”, ailən barədə müxtəlif yerlərdə danışırlar demişdir. Hikmət orada ən azı on nəfər işçisi ilə olmuş, o isə tək olmuşdur. O, avtomobilinə əyləşmişdir ki, çıxıb getsin, bu zaman Hikmət əlinə sonuncuya məxsus avtomobildən sirab butulkasını götürüb avtomobilin qarşısında dayanaraq ona demişdir ki, “sən buradan heç yerə tərpənən deyilsən, mənə o pulu verib sonra gedəcəksən”. Bundan sonra o, avtomobilindən aşağı düşərək Hikmətə demişdir ki, “Hikmət, ayıbdır, dünənə kimi bir yerdə çörək yemişik”. Bundan sonra onlar bir-birini itələmişlər, o yenidən avtomobilinə əyləşib idarə edərək çıxıb getmək istəyərkən Hikmətin işçiləri onun avtomobilinə tərəf gələrək qabaq sağ tərəfdəki qapını açmışlar və onu getməyə qoymamışlar, Hikmət isə onun avtomobilində əyləşdiyi tərəfdəki qapısının ayaqaltı hissəsinə çıxıb dayanmış və əllərini avtomobilin dam hissəsindən tutaraq ayaqlarını isə içəri salıb təpiklə onu vurmağa başlamışdır. Onun qabırğalarına, gözünün altına xəsarət yetirmişlər. O, tək, Hikmətgil isə bir neçə nəfər olmuşdur. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs bu vaxtadək nə özü barışmaq üçün cəhd etməmiş, nə də qohumları arasından böyüklərdən kimsə onlara barışmaq üçün müraciət etməmişdir ki, bir səhvdir olub, barışsınlar, ibtidai istintaq zamanı da polis tərəfindən barışmaq təklifi olunmuş, o, razı olduğunu bildirmiş, lakin təqsirləndirilən şəxs tərəfindən heç bir addım atılmamış, təqsirləndirilən şəxs yalnız pul barədə deyərək durmuşdur. Pula görə heç kimin ailəsini, həm də insanlar araında təhqir etmək olmaz, pulla bağlı mübahisəni başqa yolla da həll etmək mümkündür. Onun üçün həmin mal-qaranı, daha dəqiqi 150-200 kq çəkilərdə olan danaları Hikmətgil taparaq ona videolarını göstərmişlər, o da bəyənib almağa razı olmuşdur, həmin heyvanların tapılmasında vasitəçi də Hikmətin tanışı olmuş, Hikmətgil onu həmin vasitəçi ilə də tanış etməmişdir ki, həmin vasitəçi ona heyvanların videolarını göndərsin. Hikmətin ona sonuncuya məxsus yük avtomobili ilə RF-dan, həm də Hikmətgilə məxsus pulla heyvan alaraq gətirməsinin məqsədi o olmuşdur ki, Hikmətgil RF-na satış üçün gilas meyvəsi daşıyır, meyvənin satışından əldə olunmuş pul vəsaitini Azərbaycana gətirmək, həmçinin də buradan RF-na pulu aparmaq böyük şərtlər tələb edir, bank vasitəsilə köçürüləndə də xeyli pul itirilir. Buna görə də Hikmətlə razılaşmışlar ki, Hikmətgil RF-da olan pulu ilə onun üçün mal-qara alıb gətirsin, o da Azərbaycanda həmin pulu Hikmətgilə ödəsin. Avtomobilin içərisində Hikmətlə mübahisə valyuta kursu ilə bağlı yaranmışdır, onlar malın avtomobilə yükləndiyi vaxtda olan kursun əsas götürülməsi ilə razılaşmışdırlar. O, Hikmətlə aralarında olan iş birliyinin, yaxşı münasibətin xətrinə kursla əlaqədar yaranan fərqlə bağlı yenə də razılığa gələ bilərdi. O, Hikmətə demişdir ki, malqaranın avtomobillə gətirilməsinə görə istədiyi 10000 ABŞ dollarınından əlavə hətta əlavə olaraq da 1800 manat da pul verər, təki onun üçün videoda göstərdiyi mal-qaranı gətirmiş olsun. O və Hikmət hadisə vaxtı onun avtomobilinin içərisində söhbət edərkən ilk olaraq Hikmət onu söyməyə başlamışdır, onun özünün isə söyüş söyməklə arası yoxdur, söyüş söyən adam deyildir. Hikmət avtomobilindən düşüb qapısını çırparaq orada olan 150-200 nəfərin arasında “mənim pulumla mal gətirirlər, bunlar da adlarını kişi qoyublar” demiş, o, avtomobildən düşərək Hikmətə “yekə kişisən, bu nə hərəkətdir edirsən?!” demiş, Hikmət də cavabında ona “nə kişilikdən danışırsan?! Get ailənin içini təmizlə” demişdir. O, təqsirləndirilən şəxsi vurmamış və söyməmiş, onu söyən, avtomobilinə soxularaq onu vuraraq xəsarət yetirən də təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə də söymüş, lakin o, həmin ifadələri məhkəmə iclas zalında səsləndirmək istəmir. O, 6-7 nəfər işçisi ilə birlikdə olan bir adamı döyə bilməz. O, Hikmətlə mübahisədən sonra evinə gəlmiş və sonuncuya vatsap vasitəsilə özünə məxsus tüfəngin fotosunu göndərərək foto ilə birlikdə yazmışdır ki, “əgər ailəm, qızım barədə dediklərini sübut edə bilsən, mən həmin silahla səni yox, özümü vurmasam kişi deyiləm”. Onun bu cür deməsi halı həmin vatsap yazışmasından edilmiş skrinşotla da təsdiqini tapır. O, mübahisə zamanı Hikmətə zərbə vurmamışdır, sonuncu onun avtomobilinin içərisinə ayaqlarını salıb ona təpik zərbələri atarkən ola bilər ki, o özünü qorumaq üçün Hikməti itələmişdir. Təqsirləndirilən şəxsin ona yetirdiyi xəsarətlər sol göz və sol qabırğa nahiyələrində olmuşdur. Zərərçəkmiş şəxs iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. O, Rusiya Federasiyasından Azərbaycana diri halda quzu və dana gətirib satmaqla məşğul olur. O, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs təxminən 15 il olar ki, tanıyır. Hikmətin özünə məxsus yük avtomobilləri var və o özünə məxsus yük avtomobilləri ilə Azərbaycandan Rusiya Federasiyasına, Rusiya Federasiyasından isə Azərbaycana yük daşımaqla məşğul olur. Onun Hikmətlə həmişə münasibəti yaxşı olmuş və bəzən Rusiya Federasiyasının Altay vilayətindən aldığı diri heyvanları Hikmətə məxsus yük avtomobilləri ilə Azərbaycana gətirib satmış, sonradan isə daşıma xərci olaraq Hikmətin pulunu vermişdir. Sonuncu dəfə təxminən 2 ay əvvəl Xaçmaz şəhərində Hikmətlə görüşərək ona demişdir ki, tanışları vasitəsilə Rusiya Federasiyasının Altay vilayətində 60 baş erkək dana almışdır, həmin danaları Azərbaycanə gətirmək lazımdır. Hikmət də ona demişdir ki, o özünə məxsus yük avtomobilini Rusiya Federasiyasının Altay vilayətinə göndərər. Hikmətlə aralarında belə razılaşmışlar ki, aldığı danaların gətirilməsi üçün Hikmət özünə məxsus bir ədəd yük avtomobilini Rusiya Federasiyasının Altay vilayətinə göndərəcək və o, daşıma xərci olaraq ona 10000 (on min) ABŞ dolları verəcəkdir. Sonra Hikmət ona demişdir ki, Rusiya Federasiyasında ona ******* (altı milyon) rus rublu verilməlidir, sürücüsü həmin rus rublunu götürüb onun aldığı danaların pulu olaraq ödəsin, o, həmin dövrdə olan rus rublunun məzənnəsinə uyğun olaraq ona Azərbaycan manatı versin. O, Hikmətlə razılaşmış və həmin gün Hikmət özünə məxsus yük avtomobilini Rusiya Federasiyasının Altay vilayətinə göndərmiş və bir ay keçdikdən sonra Hikmətin sürücüsü aldığı danaları Azərbaycana gətirib Xaçmaz rayonunda ona təhvil vermişdir. Həmin vaxt Hikmətin sürücüsü ona demişdir ki, o, yolda əlavə pul xərcləmişdir. Bundan sonra o da Hikmətə demişdir ki, 10000 (on min) ABŞ dollarından əlavə ona 1800 manat da pul verəcəkdir. Sonrakı günlərdə o, Hikmətin verdiyi ******* (altı milyon) rus rublunun qarşılığında və daşıma xərci olaraq ona hissə-hissə olmaqla ******* (iki milyon) rus rublu, 29000 manat, 17950 manat, 16000 manat olmaqla ümumilikdə 62950 manat pul vermiş və onun Hikmətə 2800 manat borcu qalmışdır. 19 iyun 2024-cü il tarixdə, təxminən saat 20 radələrində Hikmət zəng vurub onu Xaçmaz şəhəri, H.Əliyev prospektinin yaxınlığında yerləşən Ramin adlı şəxsə məxsus soyuducu anbara çağırmışdır. O, həmin yerə gedəndə görmüşdür ki, orada Hikmət, Araz, Tural, Ramin və başqa tanımadığı adamlar var. Hikmət gəlib onun idarə etdiyi «Toyota» markalı avtomobilə əyləşmiş və onlar öz aralarında pul haqq-hesabı etmişlər. Həmin vaxt Hikmət ona demişdir ki, o, dana gətirtdirərkən rus rublu ABŞ dolları qarşısında ucuz idi, indi rus rublu bir qədər bahalaşıb, ona görə də o, rus rublunun indiki məzənnəsinə uyğun ona pul verməlidir. O, Hikmətə ona verəcəyi pulun məbləğinin heyvanları gətirdiyi dövrün məzənnəsinə uyğun hesablanmalı olduğunu bildirdikdə, sonuncu indiki məzənnəyə uyğun olaraq ondan əlavə 3-4 min manat pul istəmiş, o, Hikmətlə razılaşmaq istəmədikdə onların arasında mübahisə yaranmış və Hikmət onu söyərək yumruqla sol göz nahiyəsinə vurub avtomobildən yerə düşmüşdür. O, avtomobildən düşüb Hikmətdən nəyə görə belə hərəkət etdiyini soruşmuş, Hikmət isə ona qarşı arvad, ana və bacı söyüşləri edərək üstünə gəlmişdir. O, Hikmətə yaxınlaşmaq istəyəndə orada olan tanımadığı adamlar yaxınlaşıb onu tutaraq avtomobilinə əyləşdirmişlər. Həmin anda Hikmət yaxınlaşıb yumruqla onu vurmağa başlamışdır. Hikmət onu vurarkən tanımadığı adamlar avtomobilin sağ yan qapısını açıb onları ayırmaq istəyərkən o, tərpənə bilməmiş və bundan istifadə edən Hikmət isə büdrəməsin deyə bir əli ilə onun avtomobilinin damından tutub özünü saxlamış, digər əli ilə və təpiklə isə onun başına və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Səsə Ramin gəlib onu Hikmətin əlindən almışdır. O, avtomobilini idarə edib getmək istəyəndə Hikmət özünə məxsus avtomobili idarə edib qarşısını kəsmiş və avtomobilinin salonundan götürdüyü şüşə butulkanı sağ əlində tutub içərisində olan suyu içə-içə onun qarşısına gəlmiş, sol əli ilə isə avtomobilin ön kapotuna vuraraq demişdir ki, ona pul verməsə, onu getməyə qoymayacaq. O, avtomobildən düşməmişdir ki, Hikmət uzaqlaşıb getsin. Hikmət isə yaxınlaşıb onun avtomobilinin ön sol qapısını açmaq istəyəndə o, avtomobilin qapılarını bağlamış. Hikmət avtomobilin qapısını aça bilməmiş, orada olan adamlar yaxınlaşıb Hikməti tutaraq uzaqlaşdırmışlar və o, avtomobilini idarə edib oradan uzaqlaşaraq evinə getmiş və özünə məxsus olan ov tüfənginin fotoşəkilini çəkib aşağı hissəsinədə “Hikmət, sübut elə dediklərini ki, mənim arvadım qəhbədir, o gün də mən özümü vurub öldürməsəm kişi deyiləm” sözlərini yazıb “Whatsapp” vasitəsilə Hikmətin mobil telefonuna göndərmiş, sonra isə avtomobilinə əyləşib Raminə məxsus soyuducunun qarşısına gəlmişdir. Ramin yanına gəlib ona demişdir ki, bu söhbəti qutarın. O da Raminə “Hikmət gəlib mənim arvadım barəsində dediklərini mənə sübut eləsin” demiş və oradan uzaqlaşıb getmiş, 20 iyun 2024-cü il tarixdə isə Xaçmaz RPŞ-nə gələrək Hikmət barəsində şikayət ərizəsi yazmışdır. Hikmətlə aralarında olan mübahisəni Ramin, Tural, Rakim, Araz və başqa tanımadığı adamlar görmüşlər. Aralarında mübahisə olarkən o, Hikməti vurmamışdır. O, qayıdıb ikinci dəfə Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən soyuducu anbarın həyətinə gələndə avtomobilində ov tüfəngi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o da təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hazırkı iş üzrə baş vermiş hadisənin şahidi olmuşdur. Belə ki, hadisə vaxtı, gilas meyvəsi sezonu olduğundan o, soyuducu anbarda olmuş, zərərçəkmiş şəxs həmin yerə gəlmiş və Hikməti vurmuşdur. Zərərçəkmiş şəxsə Şahid7 vasitəsilə təqsirləndirilən şəxs mal gətirməsi üçün borc pul vermiş, lakin zərərçəkmiş şəxs onların (bizim) pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs borc aldığı pulu onlara qaytarmamış, həmin pul camaatın pulu olmuş, mal gətirərək satmiş və camaatın pulu qaytarılmalıdır, o isə camaatın pulu ilə qazanc əldə edir. Zərərçəkmiş şəxs isə pulu qəsdən iki-üç ay verməmiş, mübahisə də bu səbəbdən yaranmışdır. Həmçinin bildirdi ki, hadisə 2024-cü ilin iyun ayında baş vermiş, zərərçəkmiş şəxs hadisə yerinə öz avtomobili ilə tək gəlmişdir. Zərərçəkmiş şəxs hadisə yerinə gələrək avtomobilindən düşməmiş, təqsirləndirilən şəxsi avtomobilinə çağırmış, avtomobildə əyləşərək söhbət etmişlər, onlar isə anbarın ərazisində əyləşərək çay içmişlər, onların çay içdiyi yerlə zərərçəkmişin avtomobili arasında təxminən 7-8 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında avtomobilin içərisində dava-dalaş olmamışdır. Zərərçəkmiş təqsirləndiriləni sonuncu avtomobildən yerə düşdükdən sonra, yəni təqsirləndirilən zərərçəkmişin avtomobildə əyləşdiyi tərəfə gedib qapısının qarşısında olduğu vaxt vurmuşdur. Təqsirləndirilən şəxs avtomobildən düşərək zərərçəkmişin avtomobildə əyləşdiyi tərəfə, qapısına tərəf getmiş, lakin o, avtomobilin həmin qapısını təqsirləndirilən şəxsin, yoxsa zərərçəkmiş şəxsin açdığını bilmir, o, Niyaməddinin Hikməti vurduğunu görmüşdür. Niyaməddin Hikməti avtomobilində oturduğu vəziyyətdə yumruq və təpiklə vurmuş, bundan sonra Hikmət də Niyaməddini vurmuşdur, onlar gedərək ayırmışlar, bundan sonra sonuncu avtomobili idarə edərək hadisə yerindən çıxıb getmişdir. Hadisə günü axşam saatlarında Niyaməddin yenidən hadisənin baş verdiyi yerə qayıtmış, eşitdiyinə görə ikinci dəfə gəldikdə Niyaməddin özü ilə tüfəng gətirmiş, lakin o, həmin vaxt tüfəngi görməmiş, yalnız Hikmətə vatsap vasitəsilə göndərdiyi tüfəngin fotosunu görmüşdür. Niyaməddin mübahisə baş verəndən bitənədək avtomobildən aşağı düşməmişdir. O, təqsirləndirilən şəxsin işlədiyi yerdə xətt nəzarətçisi işləməklə sonuncunun işçisidir. Onlar soyuducu anbarda Rusiya Federasiyasına gilas meyvəsi göndərmək üçün olmuşlar. Hikmət Niyaməddinin avtomobilindən düşdükdən sonra yenidən sonuncuya yaxınlaşmasının səbəbi Niyaməddinin ona kobud ifadə deməsi olmuşdur, lakin o, bunu eşitməmişdir. Yəqin, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi söymüş, sonuncu da şirkətin rəhbəridir, 30-40 nəfərə, işçiyə çörək verir, işçilərin yanında onu söyməsi ona təsir etməli idi. Şahid5 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Armudpadar kəndində yaşayır. 2023-cü ilin noyabr ayından “X2” MMC-də xətt nəzarətçisi işləyir. “X2” MMC-nin direktoru Nizam Musayev olsa da, həmin MMC-nin fəaliyyətinə Təqsirləndirilən şəxs rəhbərlik edir. “X2” MMC-yə məxsus yük avtomobilləri var və həmin yük avtomobilləri ilə Rusiya Federasiyasına və başqa ölkələrə yük daşımalar həyata keçirilir. Bundan başqa, Hikmət özü də mövsümi olaraq ayrı-ayrı şəxslərdən gilas və başqa meyvələr alıb Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən tanışı Şahid6 işlətdiyi soyuducu anbara yığaraq bir neçə gün saxlamış, sonra isə işlədiyi MMC-yə məxsus yük avtomobilləri ilə satılması üçün Rusiya Federasiyasına göndərmişdir. O, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təxminən 5-6 ay olar görmüşdür ki, Niyaməddin Hikmətin yanına gəlibgedir. Ancaq onun Niyaməddinlə heç bir ünsiyyəti olmamışdır. Hikmətin özünün deməsinə görə o, başqa şəxsdən pul alıb Niyaməddinə vermiş, Niyaməddin ondan aldığı pulun bir hissəsini qaytarsa da, bir hissəsini qaytarmamışdır. Buna görə də bəzən onların yanında da Hikmət Niyaməddinə zəng vurub pulunu istəmişdir. 19 iyun 2024-cü il tarixdə, təxminən saat 20 radələrində o, Hikmət və Cəmil Raminin işlətdiyi soyuducu anbarın qarşısında olan stullarda oturub söhbət edərkən Niyaməddin idarə etdiyi “Toyota” markalı avtomobillə Raminin işlətdiyi soyuducu anbarın qarşısına gəlmiş və Hikmət gedib Niyaməddinin avtomobilinə əyləşmişdir. Hikmətlə Niyaməddin avtomobilin salonunda bir neçə dəqiqə söhbət etdikdən sonra o, həmin istiqamətdə baxanda görmüşdür ki, Hikmət Niyaməddinin avtomobilinin ön sol qapısına tərəf gəlir. Hikmətin nə vaxt avtomobildən düşməsini o, görməmişdir. Hikmət avtomobilin ön sol qapısına yaxınlaşanda Niyaməddin avtomobilin ön sol qapısını açıb Hikmət istiqamətində bir dəfə yumruq zərbəsi atmış və Niyaməddinin yumruq zərbəsi Hikmətə dəydiyi üçün Hikmət bir neçə addım arxaya gedib öz avtomobilinə dəymişdir. Bundan sonra Hikmət də yaxınlaşıb avtomobildə oturmuş Niyaməddini yumruqla vurmuş və avtomobilin ayaq qoyulan hissəsinə çıxmışdır ki, Niyaməddinlə dalaşsın. Onlar araya keçib Hikməti tutaraq kənara aparmışlar. Həmin vaxt Niyaməddin tüfənglə Hikməti vuracağını demiş, Hikmət də əsəbləşib ona qarşı söyüş ifadələri işlətmişdir. Bundan sonra Niyaməddin avtomobilini idarə edib getmiş və bir müddət keçdikdən sonra o, görmüşdür ki, Niyaməddin idarə etdiyi avtomobillə soyuducun həyətindən çıxıb gedir. Sonradan bilmişdir ki, Niyaməddini ayırıb yola saldıqdan sonra o, ov tüfənginin fotoşəklini çəkib «Whatsapp» vasitəsilə Hikmətə göndərmiş və yenidən qayıdıb soyuducu anbarın həyətinə gələrək Hikməti axtarmış, Raminlə Tural da onu sakitləşdirib evinə yola salmışlar. O, Niyaməddinin avtomobilinə yaxınlaşmadığına görə onun idarə etdiyi avtomobildə ov tüfəngi olmasını görməmişdir. X4 şəhəri, H.Əliyev prospektində yerləşən soyuducu anbarın həyətində mübahisə edərək dalaşmışlar. Həmin vaxt orada ondan başqa Cəmil və başqa tanımadığı adamlar olmuşlar. Sonradan isə Ramin gəlib Hikməti sakitləşdirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs çoxdandır ki, Təqsirləndirilən şəxs pul borclu olmuşdur. Hikmət həmin pulu Niyaməddindən dəfələrlə tələb etmişdir. O, hadisə baş verən yerə gələndə hadisə yeni bitmişdir. O, gəlib görmüşdür ki, Hikmət əsəbi halda əyləşmiş, o da sonuncunun yanında əyləşmiş və bu zaman Niyaməddinin Hikmətin telefonuna mesaj yazdığını, tüfəng fotosunu göndərdiyini, bundan sonra Niyaməddinin avtomobili ilə hadisə yerinə gəlib getdiyini görmüşdür. Həmin vaxt da ətrafda olan şəxslərin dediyinə görə Niyaməddinin avtomobilində tüfəng olmuşdur. Həmçinin bildirdi ki, o, təqsirləndirilən şəxsi 7 il olar ki, tanıyır, 2019-cu ildən isə sonuncu ilə birlikdə işləyirlər. O, təqsirləndirilən şəxsin işlədiyi yerdə xətt nəzarətçisi işləyir. O, zərərçəkmiş şəxsi 1 il olar ki, tanıyır. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasındakı hazırkı iş üzrə hadisə soyuducu anbarın ərazisində baş vermişdir. Hadisə yerində ondan başqa, digər işçilər, onların öz kollektivi, soyuducu anbarın müdriyyəti, ümumiyyətlə, adam çox olmuşdur. Niyaməddin hadisə yerinə tək gəlmişdir. O, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin dava-dalaş etdiyini görməmiş, o, hadisə yeni bitdikdən sonra gəlmişdir. O, hadisəni görmədiyindən tərəflərdən kimin kimi döydüyünü bilmir. O, hadisə yerinə gəldikdə Hikmətin sifət nahiyəsində hər hansı xəsarətin olmadığını görmüşdür. Şahid4 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Ustacəlilli kəndində yaşayır. 2018-ci ildən “X2” MMC-də mühasib işləyir. “X2” MMC-nin direktoru Nizam Musayev olsa da, həmin MMCnin fəaliyyətinə Təqsirləndirilən şəxs rəhbərlik edir. “X2” MMC-yə məxsus yük avtomobilləri var və həmin yük avtomobilləri ilə Rusiya Federasiyasına və başqa ölkələrə yük daşımalar həyata keçirilir. Bundan başqa, Hikmət özü də mövsümi olaraq ayrı-ayrı şəxslərdən gilas və başqa meyvələr almış və işlədiyi MMC-yə məxsus yük avtomobilləri ilə satılması üçün Rusiya Federasiyasına göndərmişdir. O, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təxminən 2-3 ay olar görmüşdür ki, Niyaməddin Hikmətin yanına gəlibgedir. Ancaq onun Niyaməddinlə heç bir ünsiyyəti olmamışdır. Hikmətin özünün deməsinə görə o, başqa şəxsdən pul alıb Niyaməddinə vermişdir, Niyaməddin ondan aldığı pulun bir hissəsini qaytarsa da, bir hissəsini qaytarmamışdır. Buna görə də bəzən onların yanında da Hikmət Niyaməddinə zəng vurub pulunu istəmişdir. 19 iyun 2024-cü il tarixdə, təxminən saat 20 radələrində soyuducu anbarın qarşısına gələndə görmüşdür ki, Hikmət əsəbi halda oturub. Hikmətdən nə baş verdiyini soruşduqda demişdir ki, verdiyi pulu Niyaməddindən ala bilmir və ona görə də Niyaməddinlə aralarında mübahisə olmuşdur. Həmin vaxt Hikmətin mobil telefonuna «Whatsapp» vasitəsilə SMS gəlmiş, sonuncu gözləri zəif gördüyünə görə mobil telefonunu ona verib baxmasını bildirmiş və o, mobil telefona baxanda görmüşdür kı, Niyaməddin ov tüfənginin fotoşəklini çəkib göndərərək “səni bununla vuracam, bu söhbəti belə qoymayacam, sözümü tutacam” sözlərini yazıb. Bir qədər keçdikdən sonra görmüşdür ki, Niyaməddin idarə etdiyi “Toyota” markalı avtomobillə soyuducu anbarın həyətinə gəlmişdir. O, Niyaməddinə yaxınlaşmamış, Raminlə Tural isə gedib Niyaməddinlə söhbət etmişlər. Niyaməddin getdikdən sonra Ramin gəlib onlara demişdir ki, Niyaməddinin avtomobilində ov tüfəngi vardır, o, Niyaməddini sakitləşdirib evinə yola salmışdır. Həmin vaxtdan sonra o, bir daha Niyaməddini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2014-cü ildən tanıyır və həmin vaxtdan da birlikdə işləyirlər, o, beynəlxalq yük daşınmasında sürücü işləyir. Zərərçəkmiş şəxs isə 2 ildir ki, tanıyır, belə ki, o, sonuncu üçün Rusiya Fedrasiyasından avtomobillə yük daşımışdır. Niyaməddin üçün yük daşıdığı müddət ərzində sonuncu ona demişdir ki, pul təşkil edərək RF-dan mal-qara gətirərək satsınlar, o da Niyaməddin üçün pul təşkil edərək dəfələrlə RF-nın Altay vilayətindən malqara alaraq gətirmiş, bu minvalla işləmişlər və aralarında hər hansı narazılıq olmamış, Niyaməddin pulu vaxtında qaytarmışdır. Sonuncu dəfə isə Niyaməddin üçün yenə malqara gətirmək üçün Altay vilayətinə getdikdə oradan almalı olduqları mal-qaranın satıldığını görmüş və başqa yerlərdən mal-qara axtarmış, bununla bağlı nisbətən xərc də çıxmış, 99 baş mal-qara taparaq almış, gömrükdə isə sənədə əsasən yalnız 60 başın buraxmasına icazə verilmiş, 39 baş isə saxlanc yerinə boşaldılmışdır. Həmin 60 baş malqaranı Niyaməddinə təhvil vermiş, sonuncu dəfə alınmış mal-qaraya görə Hikmət tərəfindən təşkil edilmiş borc pulu isə Niyaməddin bir ay ərzində qaytarmalı olmuş, lakin üç ay olmuşdur ki, qaytarmamış, Hikmət də dəfələrlə pulu tələb etmiş, Niyaməddin isə qaynının öldüyünü və hər dəfə digər səbəblər deyərək borcu qaytarmasını uzatmışdır. Hazırkı iş üzrə hadisənin baş verdiyi vaxt onlar soyuducu anbardan gilas meyvəsi yığmışlar, o, həmin anbarın ərazisinə gəldikdə görmüşdür ki, Niyaməddin avtomobili ilə oradadır, Hikmət də həmin avtomobilin yanında olmuş, o, Niyaməddinin avtomobilin içərisində əl jestləri etdiyini görmüş, Hikmət onu görərək ona Niyaməddini nəzərdə tutaraq demişdir ki, təriflədiyin oğlan belə (qeyri-etik ifadə ilə) hərəkət edir. O, hadisə yerinə davadalaş bitdikdən sonra gəlmiş, o, gələndə Niyaməddin avtomobili ilə hələ orada olmuş və bir az sonra çıxıb getmişdir. Sonra isə Niyaməddin ona mesaj yazaraq bildirmişdir ki, Hikmət onu təhqir etmiş, buna görə də borclu olduğu pulu verən deyildir, soyuducunun qapısının qarşısında onları gözlədiyini demiş, bir qədər sonra Niyaməddin yenidən avtomobili ilə sürətlə soyuducunun həyətinə gəlmiş, soyuducu anbarın müdiri Ramin də orada olmuş, bundan da əvvəl Niyaməddin Hikmətə tüfəng fotosu atdığından orada olan şəxslər fikirləşmişlər ki, Niyaməddində silah vardır və Hikmətin söyüşünə görə sonuncunu vurmaq istəyir. Niyaməddin onu avtomobilinin yanına çağıraraq dediyi sözü tutacağını, kənara gedərək söhbətə son qoymaq üçün Hikməti çağırmasını, səhərədək yatmayacağını, ona pis təsir etdiyini demiş, bundan sonra isə çıxıb getmişdir. Həmçinin bildirdi ki, o, hadisə yerinə dava-dalaş bitdikdən sonra gəlmiş və bu zaman Hikmətlə Niyaməddinin olduğu avtomobilin arasında beş-altı metr məsafə olduğunu görmüşdür. Həmin vaxt Hikmətin qolu və çiynində ağrı olmuşdur. Niyaməddində isə xəsarət olduğunu görməmişdir. O, Niyaməddin hadisə baş verəndən sonra yenidən hadisə yerinə qayıdanda sonuncunun avtomobilində beşatılan tüfənginin olduğunu görmüş, həmin silahın lüləsinin uc hissəsində qırmızı rəngli nöqtə olmuş, silah avtomobilin arxa oturacağında olmaqla avtomobilin qoltuqaltı hissəsinə doğru yerləşdirilmişdir. O, həmin silahın qundaq hissəsini isə görməmişdir. Şahid7 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. 2013-cü ildən “X2” MMC-də sürücü işləyir. “X2” MMC-nin direktoru Nizam Musayev olsa da, həmin MMC-nin fəaliyyətinə Təqsirləndirilən şəxs rəhbərlik edir. “X2” MMC-yə məxsus yük avtomobilləri var və həmin yük avtomobilləri ilə Rusiya Federasiyasına və başqa ölkələrə yük daşımalar həyata keçirilir. Bundan başqa, Hikmət özü də mövsümi olaraq ayrı-ayrı şəxslərdən gilas və başqa meyvələr alıb Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən tanışı Şahid6 işlətdiyi soyuducu anbara yığaraq bir neçə gün saxlamış, sonra isə işlədiyi MMC-yə məxsus yük avtomobilləri ilə satılması üçün Rusiya Federasiyasına göndərmişdir. O, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs təxminən 8-9 il olar ki, tanıyır. Niyaməddin özü də Rusiya Federasiyasından Azərbaycana diri halda erkək dana gətirib satmaqla məşğul olur. 2023-cü ilin dekabr ayından 2024-cü ilin aprel ayınadək o, özü də idarə etdiyi “X2” MMCyə aid yük avtomobili ilə Niyaməddinin Rusiya Federasiyasının Dağıstan Respublikasının ayrı-ayrı bölgələrindən, Saratov şəhərindən və Altay vilayətindən aldığı heyvanları Azərbaycana gətirmişdir. Sonuncu dəfə 2024-cü ilin aprel ayının əvvəlləri olardı Niyaməddin gəlib Hikmətə demişdir kı, Rusiya Federasiyasının Altay vilayətində diri danalar var, həmin danaları Azərbaycana gətirib satmaq lazımdır, Hikmət yük avtomobillərindən birini Rusiya Federasiyasına göndərsin. Hikmət də ona demişdir ki, o, idarə etdiyi yük avtomobili ilə Rusiya Federasiyasına getsin. 03 aprel 2024-cü il tarixdə o, idarə etdiyi yük avtomobili ilə Azərbaycan sərhədini keçib Rusiya Federasiyasının Altay vilayətinə yola düşmüşdür. Altay vilayətinə çatanda məlum olmuşdur ki, Niyaməddinin almaq istədiyi heyvanlar satılıb. Sonra ona başqa heyvanlar göstərilmiş, o da həmin heyvanların fotoşəklini çəkib Niyaməddinə göndərmiş, Niyaməddin həmin heyvanları bəyənməyib ona demişdir ki, başqa cinsdən olan heyvan tapıb alsın. O, 10 günə yaxın Rusiya Federasiyasının Altay vilayətində qalmış və Altay vilayətində olan başqa fermada saxlanılan 60 baş erkək danaların satıldığını öyənib fotoşəkillərini çəkərək Niyaməddinə göndərmişdir. Niyaməddin həmin heyvanları bəyənmiş, o da Niyaməddinə demişdir ki, pul göndər alım. Niyaməddin səhər ona bir söz deyəcəyini bildirmiş, səhəri gün də zəng vurub ona demişdir ki, Hikmətlə danışsın. O, Hikmətə zəng vurmuş, Hikmət də ona demişdir kı, Rusiya Federasiyasının Kemerov vilyayətinə getsin, orada ona pul verəcəklər. O, Rusiya Federasiyasının Kemerov vilyayətinə getmiş və orada adını xatırlamadığı cavan oğlan onu qarşılayıb ona ******* (beş milyon beş yüz min) rus rublu vermiş, 500000 (beş yüz min) rus rublunu isə beh olaraq heyvanı satan şəxsin kartına köçürmüşdür. Bundan sonra o, qayıdıb Rusiya Federasiyasının Altay vilayətinə getmiş və aldığı ******* (beş milyon beş yüz min) rus rublu heyvan satan şəxsə verdikdən sonra 60 baş erkək dana bir fermadan, 39 baş erkək dana isə başqa bir fermadan onun avtomobilinin yük yerinə yükləndikdən sonra o, Azərbaycana yola düşmüş və Niyaməddinə zəng vurub bu barədə məlumat verərək sərhədi keçmək üçün sənəd almasını bildirmişdir. Niyaməddin sənəd alacağını bildirmiş, Dağıstan Respublikasına çatanda isə zəng vurub ona demişdir ki, ancaq 60 baş heyvanın sərhəddən keçirilməsi ilə bağlı sənəd ala bilmişdir, ona görə də heyvanların 39 başını Dağıstan Respublikasının Manas rayon ərazisində olan fermaya boşaltsın. Dağıstan Respublikasının Manas rayon ərazisində olan fermada heyvanların 39 başını düşürdükdən sonra 7000 rus rublu verib heyvanlar üçün ot almış, 5000 rus rublunu isə heyvanlara baxacaq şəxsə vermişdir. 2024-cü ilin aprel ayının sonları olardı o, Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisində yerləşən fermaya gəlib heyvanları Niyaməddinə təhvil vermişdir. Həmin vaxt Niyaməddin ona demişdir ki, 10-15 gün ərzində heyvanların alınması üçün verilmiş pulu Hikmətə çatdıracaq. Niyaməddin söz verdiyi vaxtda pul verməmiş, bu səbəbdən də o, fasilələrlə Niyaməddinə zəng vurub pulu nə vaxt verəcəyini soruşmuşdur. Çünki heyvanları gətirməsi ilə bağlı zəhmət haqqı olaraq ona 2000 ABŞ dolları verilməli idi. Niyaməddin Hikmətə pul vermədiyinə görə o, həmin pulu Hikmətdən ala bilməmişdir. Niyaməddin isə hər dəfə gah Bakı şəhərində olduğunu, gah da ki, başqa işləri olduğunu deməklə pul verməyib vaxtı uzatmışdır. Sonradan Niyaməddin gəlib heyvanları alarkən verdiyi pulun bir hissəsini Hikmətə ödəmiş, Hikmət də aldığı puldan ona 1500 manat vermişdir. 2024-cü ilin iyun ayında Hikmət Xaçmaz rayon sakinlərindən aldığı gilası Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən soyuducu anbara yığdığı üçün o da hər gün axşam saatlarında həmin soyuducu anbara gəlib Hikmətə köməklik göstərmişdir. 19 iyun 2024-cü il tarixdə, təxminən saat 20 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən soyuducu anbarın həyətinə gələndə görmüşdür ki, Niyaməddinin idarə etdiyi “Toyota” markalı avtomobil soyuducu anbarın həyətində dayanıb, Niyaməddin avtomobilinin salonunda oturub ön sol qapının üzərindən olan pəncərədən başını çölə çıxararaq bir qədər aralıda dayanmış Hikmətə nə isə deyir. Yaxınlaşıb Hikmətdən nə baş verdiyini soruşduqda demişdir ki, “təriflədiyin oğlandı, bu qədər ona yaxşılıq elədik, indi deyir ki, məni tüfənglə vuracaqdır”. Bundan sonra o, Niyaməddinə yaxınlaşmış, Hikmət də ona demişdir ki, o, yaxşı adam deyil, gəl bu tərəfə. Hikmətin sözündən sonra Niyaməddin də Hikmətə onu tüfənglə vuracağını demiş, Hikmət də tüfənglə gəlib onu vurmayan alçaqdır deməklə söyüş ifadələri işlətmişdir. Niyaməddin avtomobilini idarə edib getmiş və o özü Niyaməddinə zəng vurub demişdir ki, “ayıbdır, mən də sənə pul verilməsini Hikmətdən xahiş etmişəm, başqasından alınmış puldur, pulu vermək lazımdır”. Niyaməddin də ona demişdir ki, pul onun üçün önəmli deyil, Hikmət onun arvadının qəhbə olmasını sübüt etsin. Bir neçə dəqiqə keçdikdən sonra Hikmətin mobil telefonuna «Whatsapp» vasitəsilə SMS gəlmişdir. Hikmətin mobil telefonuna baxanda görmüşdür ki, Niyaməddin ov tüfənginin fotoşəklini çəkib Hikmətə göndərərək altında “mən sözümü tutacam” sözlərini yazıb. Bir qədər keçdikdən sonra görmüşdür ki, Niyaməddin idarə etdiyi “Toyota” markalı avtomobillə qayıdıb soyuducu anbarın həyətinə gəlmişdir. Hikmətə yaxınlaşmamasını demiş, özü isə oturduğu stuldan durub Niyaməddinin avtomobilinə tərəf getmişdir. Arxa tərəfdən Ramin də Niyaməddinin avtomobilinə yaxınlaşmış və Niyaməddin avtomobilin qapısını açmaq istəyəndə Ramin əli ilə avtomobilin qapısından tutub Niyaməddinin qapını açmasına mane olmuşdur. O, yaxınlaşanda Ramin ona gözlə bir dəqiqə demiş və özü Niyaməddinlə söhbət etmişdir. Sonra Niyaməddin onu yanına çağırmış, o, ona yaxınlaşanda demişdir ki, Hikməti çağırsın, onlar gedib kişi kimi söhbətlərini həll etsinlər. O da Niyaməddinə demişdir ki, bura yeri deyil, burada heç bir söhbət etmək lazım deyil. Niyaməddin də ona bu gün də olmasa sonra Hikmətlə söhbət edəcəyini, söhbəti həll etmək üçün hazır gəldiyini deməklə cavab vermişdir. O, Niyaməddinə Hikmətə olan borcunu ödəməsini bildirdikdə, Niyaməddin Hikmətin onu söydüyünü, pulun onun üçün önəmli olmadığını, Hikmətə pul verməyəcəyini bildirmiş, Ramin də Niyaməddinə demişdir ki, söyüşü pula qatmasın. O, Niyaməddinin avtomobilinin pəncərəsindən salona baxanda görmüşdür kı, arxa oturacağın üstündə ov tüfəngi var. Bundan sonra Niyaməddin avtomobilini idarə edib soyuducu anbarın həyətindən getmişdir. X4 şəhəri, H.Əliyev prospektində yerləşən soyuducu anbarın həyətində mübahisə etmişlər. Həmin vaxt orada Ramin və soyuducu anbara meyvə gətirmiş 20-30 nəfərə yaxın adlarını bilmədiyi adamlar olmuşlar. Niyaməddin qayıdıb ikinci dəfə soyuducu anbarın həyətinə gələndən sonra avtomobilinin salonunda olan ov tüfəngini əlinə götürməmiş, tüfəngi ona və ya başqa kiməsə göstərməmiş, Hikməti vuracağını və ya öldürəcəyini deməmişdir. O, avtomobilin pəncərəsindən salona baxanda görmüşdür ki, arxa oturacağın üstündə ov tüfəngi var. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Təqsirləndirilənlə zərərçəkmişin arasında pul ilə bağlı məsələ olmuşdur. Hadisə vaxtı o, soyuducu anbara mal təhvil almaqla bağlı getmişdir. Bu vaxt insanların ondan bir qədər aralıda bir yerə toplaşdığını görmüş, o, həmin yerə yaxınlaşanda Niyaməddini görmüş, sonuncu ondan su istəmiş, o da orada olan bir nəfəri su gətirməsi üçün göndərmişdir. Lakin o, həmin vaxt mübahisənin, davadalaşı görməmiş, yəni o, hadisə baş verən yerə dava-dalaş baş verib bitdikdən sonra gəlib çıxmışdır. Həmçinin bildirdi ki, o, Niyaməddinin Hikmətə verməsi üçün pul gətirdiyini görüb bilmişdir, belə ki, o, mübahisədən sonra Niyaməddinə yaxınlaşıb nə baş verdiyini soruşanda, sonuncu ona pulu göstərərək demişdir ki, Hikmətə pulu verməyə gəlmiş, lakin aralarında mübahisə olmuşdur. Lakin o, həmin pulun hansı məbləğdə olmasını bilmir. O, məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid1 elan edilmiş cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Təxminən 30 il olar ki, mövsümi olaraq Xaçmaz rayon sakinlərindən müxtəlif növ meyvənin alıb-satılması üçün Rusiya Federasiyasına göndərir. O, Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs təxminən 4 il, Zərərçəkmiş şəxs isə bir il olar ki, tanıyır. Onun Hikmətlə və Niyaməddinlə qohumluq əlaqəsi yoxdur, onlarla aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hikmət “X2” MMC-nin direktor müavini vəzifəsində işləyir və işlədiyi MMC-yə məxsus yük avtomobilləri ilə Rusiya Federasiyasına və başqa ölkələrə yük daşımaqla məşğul olur. Niyaməddinin isə nə işlə məşğul olduğunu o, dəqiq bilmir. Son zamanlar eşitmişdir ki, Niyaməddin Rusiya Federasiyasından diri halda quzu və dana gətirib satır. O, Niyaməddini çox vaxt Hikmətin yanında görmüş və onu da Niyaməddinlə Hikmət tanış etmişdir. Tanışı Şahid6 Xaçmaz şəhəri, H.Əliyev prospektinə yaxın yerdə yerləşən soyuducu anbarı işlədir, o da mövsümi olaraq aldığı meyvəni Raminin işlətdiyi soyuducuya yığıb saxlamış, sonradan isə yük avtomobili ilə Rusiya Federasiyasına göndərmişdir. 2024-cü ilin iyun ayında da gilas meyvəsi yığımı başlayanda o, aldığı gilas meyvəsini gətirib Raminin işlətdiyi soyuducu anbara yığmışdır. Ona görə də demək olar ki, o, hər gün axşam saatlarında gəlib Raminin işlətdiyi soyuducu anbarda olmuşdur. 19 iyun 2024-cü il tarixdə, təxminən saat 20 radələrində o, soyuducu anbarın içərisində oturub meyvə qəbul etmiş, soyuducu anbarın həyətində isə meyvə gətirmiş şəxslər, sürücülər və başqa tanımadığı adamlar dayanıb gözləmişlər. Həmin vaxt görmüşdür ki, soyuducunun qarşısında dayanmış adamlar sol yan tərəfə qaçırlar. Nə baş verdiyini bilmək üçün bayıra çıxanda görmüşdür ki, Niyaməddinin idarə etdiyi “Toyota” markalı avtomobil soyuducunun qarşısında dayanıb, avtomobilin ətrafına xeyli sayda adamlar toplaşıb, adlarını xatırlamadığı adamlar isə Hikməti tutub kənara aparırlar. Avtomobilə tərəf gələndə Niyaməddinin avtomobilin salonunda oturduğunu görmüş, bir qədər də yaxınlaşanda Niyaməddin ondan içməsi üçün su istəmiş, o da orada olan Tural adlı fəhləyə demişdir ki, oturduğu stolun üstündə su var, gedib həmin suyu gətirsin. Tural qaçaraq içəri getmiş və plastmas qabda olan suyu gətirib Niyaməddinə vermişdir. Niyaməddin su içdikdən sonra avtomobilini idarə edib getmiş, o isə Hikmətdən heç nə soruşmadan qayıdıb içəri getmişdir. Sonradan eşitmişdir ki, Hikmətlə Niyaməddin arasında pulla bağlı mübahisə olduğuna görə onlar mübahisə edərək dalaşmışlar. Həmin gün o, gecə saat 01-02 radələrinədək soyuducuda olmuş, sonra isə oradan çıxıb evinə getmişdir. Niyaməddin avtomobilini idarə edib getdikdən sonra o, onun qayıdıb soyuducunun həyətinə gəlməsini görməmiş və bu barədə eşitməmişdir. O, Niyaməddinin avtomobilinin dayandığı yerə gələndə avtomobilin ətrafına 20-30 nəfərə yaxın adam toplaşmışdır. Tanımadığına görə həmin adamların adlarını göstərə bilmir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, soyuducu anbarın həyətində hazırkı iş üzrə hadisənin baş verdiyi yerə səs-küylə əlaqədar yaxınlaşmış, o, Hikmətin səsinin gəldiyini eşitmişdir. O, hadisə yerinə yaxınlaşanda görmüşdür ki, zərərçəkmiş şəxs avtomobilin içərisindədir. Daha sonra isə soyuducu anbarın sahibi Ramin gələrək aranı sakitləşdirmişdir. Həmçinin bildirdi ki, mübahisənin səbəbi bildiyi qədərilə, pul ilə bağlı olmuşdur. O, hadisə zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin bir-birini vurmalarını görməmişdir. O, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edir. O, hadisə vaxtı Niyaməddinin əlində pul olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 elan edilmiş cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 8 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 9nvanında yaşayır. Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən qayınatası Raufa məxsus soyuducu anbarı icarəyə götürüb işlədir. Bundan başqa, özü elektrokar markalı yükboşaldanla soyuducuya gətirilmiş plastmas taralardakı meyvələri həm avtomobillərdən boşaldır, həm də ki, soyuducuya yığılmış meyvəni avtomobillərin yük yerinə yığır. O, Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs təxminən 25 il, Zərərçəkmiş şəxs isə 3-4 il olar ki, tanıyır. Hikmətin bacısı onun bacısının qaynı arvadıdır. Niyaməddinlə isə onun heç bir qohumluq əlaqəsi yoxdur. Əvvəllər Niyaməddinlə və Hikmətlə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hikmət “X2” MMC-nin direktor müavini vəzifəsində işləyir və işlədiyi MMC-yə məxsus yük avtomobilləri ilə Rusiya Federasiyasına və başqa ölkələrə yük daşımaqla məşğul olur. Niyaməddinin isə nə işlə məşğul olduğunu o, dəqiq bilmir. Son zamanlar eşitmişdir ki, Niyaməddin Rusiya Federasiyasından diri halda quzu və dana gətirib satır. Hikmət özü də ayrı-ayrı şəxslərdən gilas meyvəsi almış və gətirib onun işlətdiyi soyuducu anbara yığmış, sonradan isə öz avtomobilləri ilə Rusiya Federasiyasına göndərmişdir. Ona görə də demək olar ki, hər gün Hikmət onun işlətdiyi soyuducu anbara gəlib-getmişdir. 19 iyun 2024-cü il tarixdə, təxminən saat 20 radələrində o, soyuducu anbarda olan meyvəni idarə etdiyi elektrokar markalı yükboşaldanla yük avtomobilinə yığarkən soyuducu anbarın sağ yan tərəfində söyüş səsləri eşidib həmin yerə yaxınlaşanda görmüşdür ki, Niyaməddin özünə məxsus avtomobilin salonunda oturub, Hikmət Niyaməddinə qarşı söyüş ifadələri işlədir, orada olan adamlar isə Hikməti sakitləşdirib Niyaməddindən uzaqlaşdırmağa çalışırlar. Adlarını xatırlamadığı adamlar çətinliklə də olsa Hikməti Niyaməddinin dayandığı yerdən uzaqlaşdırmışlar. Bundan sonra Niyaməddin avtomobilini idarə edib getmiş, o da geri qayıdıb yük avtomobilinə meyvə yükləmişdir. Sonrakı günlərdə Niyaməddini görməmiş, Hikmət isə onun işlətdiyi soyuducu anbara gəlib-getmişdir. Niyaməddin avtomobilini idarə edib getdikdən sonra o, onun qayıdıb soyuducunun həyətinə gəlməsini görməmiş və bu barədə eşitməmişdir. O, Niyaməddinin avtomobilinin dayandığı yerə gələndə avtomobilin ətrafına 20-30 nəfərə yaxın adam toplaşmışdır. Tanımadığına görə həmin adamların adlarını göstərə bilmir. Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid6 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 11 ünvanında yaşayır. Xaçmaz şəhəri, H.Əliyev prospektində atası Raufa məxsus soyuducu anbar var. Həmin soyuducu anbarı bacısının əri Murad icarəyə götürüb işlədir, o özü də mütəmadi olaraq atasına məxsus soyuducu anbara gedib-gəlir. Murad həm soyuducu anbarın işinə nəzarət edir, həm də ki, soyuducu anbarda olan elektrokar markalı yukboşaldanla soyuducuya gətirilmiş plastmas taralardakı meyvələri həm avtomobillərdən boşaldır, həm də ki, soyuducu anbara yığılmış meyvəni avtomobillərin yük yerinə yığır. O, Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs təxminən 20 il, Zərərçəkmiş şəxs isə təxminən 5 il olar ki, tanıyır. Hikmətlə yoldaşlıq münasibəti olsa da, Niyaməddinlə heç bir ünsiyyəti olmamışdır. Hikmət “X2” MMC-nin direktor müavini vəzifəsində işləyir və işlədiyi MMC-yə məxsus yük avtomobilləri ilə Rusiya Federasiyasına və başqa ölkələrə yük daşımaqla məşğul olur. Niyaməddinin isə nə işlə məşğul olduğunu o, bilməmişdir. Son zamanlar Hikmətdən eşitmişdir ki, Niyaməddin Rusiya Federasiyasından diri halda quzu və dana gətirib satır. Hikmət özü də ayrı-ayrı şəxslərdən gilas meyvəsi almış və gətirib atasına məxsus soyuducu anbara yığmış, sonradan isə öz avtomobilləri ilə Rusiya Federasiyasına göndərmişdir. Ona görə də demək olar ki, Hikmət hər gün onun atasına məxsus, yəni bacısının əri Muradın işlətdiyi soyuducu anbara gəlibgetmişdir. 19 iyun 2024-cü il tarixdə, təxminən saat 19 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən atasına məxsus soyuducu anbara gəlib içəridə olan otaqda oturmuşdur. Həmin vaxt soyuducu anbarın qarşısında meyvə gətirən şəxslər, meyvə gətirən avtomobillərin sürücüləri olmuşlar. Təxminən saat 20 radələrində soyuducu anbarın qarşısında söyüş səsləri eşidib bayıra çıxanda görmüşdür ki, söyüş söyən Hikmətdir. Bir qədər də yaxınlaşanda görmüşdür ki, Niyaməddin özünə məxsus “Toyota” markalı avtomobilin salonunda oturub, Hikmət isə sükan arxasında oturmuş Niyaməddini yumruqla vurur. Yaxınlaşıb Hikməti arxadan tutaraq kənara aparmışdır. Hikmət yenə də sakitləşməmiş və Niyaməddinə qarşı ana, bacı, arvad söyüşləri edərək əlindən çıxıb Niyaməddinin üstünə getməyə çalışmışdır. O, Hikməti buraxmamış və Hikmət Niyaməddinə qarşı var-yox söyüşü edərək demişdir ki, bayıra çıx gör səni nə edəcəm. Bundan sonra Niyaməddin özünə məxsus “Toyota” markalı avtomobilə əyləşib soyuducu anbarın həyətindən çıxmışdır. O, Niyaməddindən nəyə görə mübahisə etdiklərini soruşmuş, Niyaməddin də ona demişdir ki, Hikmət ona faizlə pul vermişdir, o, faizlə aldığı pulu qaytarmaq üçün gətirmişdir. Hikmət isə ona verdiyi pulun faizindən əlavə pul istəyir. O, gətirdiyi pulu Hikmətə vermək istəmiş, Hikmət isə pulu götürməyərək onun arvadını söymüşdür, bu səbəbdən də onların arasında mübahisə yaranmışdır. Niyaməddinin sifət nahiyəsindən xəsarət aldığını görmüş və su verib onu sakitləşdirərək evinə yola salmışdır. Təxminən 40-50 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Niyaməddin qayıdıb soyuducu anbarın həyətinə gəlmişdir. O özü Niyaməddinə yaxınlaşıb geri qayıtmasının səbəbini soruşmuş, Niyaməddin də ona demişdir ki, Hikmətin ona qarşı arvad söyüşü söyməsi, onun arvadına qəhbə deməsi ona pis təsir etmişdir, özünü rahat hiss edə bilmir. Hikməti axtarır ki, gəlib onun arvadının qəhbə olmasını sübut etsin. O, Hikmətin səhv etdiyini, sakitləşəndə gəlib ondan üzr istəyəcəyini deməklə Niyaməddini sakitləşdirib evinə yola salmışdır. Həmin vaxt soyuducu anbarın həyətində olan Hikmət yenə də Niyaməddinin arxasınca söyüş söymüşdür. Niyaməddini evinə yola saldıqdan sonra o, yaxınlaşıb Hikmətə də demişdir ki, soyuducu anbarın qarşısında başqa adamlar var, ayıbdır, o, söyüş söyməsin. X4 şəhəri, H.Əliyev prospektində yerləşən onun atasına məxsus soyuducu anbarın həyətində mübahisə edərək dalaşmışlar. Həmin vaxt orada ondan başqa Murad, Rakim, Cabir, Elxan və başqa tanımadığı adamlar olmuşlar. Niyaməddin ikinci dəfə qayıdıb soyuducu anbarın həyətinə gələndə o, Niyaməddinin avtomobilində ov tüfəngi olmasını görməmişdir. Hikmətə Niyaməddinin avtomobilində ov tüfəngi olması, Niyaməddinin Hikməti vuracağını deməsi, Niyaməddinə onu qana salmamasını deməsi barədə Hikmətin göstərdikləri düz deyildir. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs həmin tarixdə Xaçmaz RPŞ-yə müraciət edilərək xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhəri ərazisində yerləşən Ramin adlı şəxsə məxsus soyuducu anbarın həyətində Hikmət adlı şəxsin onu döyərək xəsarət yetirdiyini bildirərək, Hikmət barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan raportdan müəyyən edilir ki, xx.xx.20024-cü il tarixdə Xaçmaz RMX-nın tibb bacısı Əliyeva Xaçmaz RPŞ-nin Növbətçi hissəsinə zəng edərək Zərərçəkmiş şəxs “Sol göz yuvasının qançırı, döş qəfəsinin əzilməsi, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin xx.xx.2024-cü il tarixdə tanıdığı şəxs tərəfindən döyüldüyünü bildirməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin Quba rayon şöbəsinin 28 iyun 2024-cü il tarixli, 475 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və xəstəlik tarixindəki məlumatlar əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsrətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan sol göz orbiti ətrafında qançır-hematoma, döş qəfəsində öndə solda qançır və yumşaq toxumaların əziyi küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 19 iyun 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin 28 oktyabr 2024-cü il tarixli, T 675/2024 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs sol göz ətrafında hematoma, döş qəfəsinin ön səthində solda qançır və yumşaq toxumaların əziyi, baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü ilə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların şəxsin özü tərəfindən yetirilə bilməsini məhkəmətibbi ekspert komissiyası inkar edir. İş materiallarında olan “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 19 noyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində hadisənin baş verdiyi Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən soyuducu anbarın qarşısına gedilmiş və orada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu döydüyü yeri göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində ilk olaraq zərərçəkmiş şəxsin onu söyməsi və vurması, yalnız bundan sonra onun özünü müdafiə etmək üçün zərərçəkmiş şəxsi vurması barədə göstərdiyi xüsusatlara tənqidi yanaşaraq qeyd edir ki, həmin xüsusatlar özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə təkzib edilir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi: İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür; ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür; cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; xuliqanlıq cinayəti gedişində şəxslərə zor tətbiq edilməsi dedikdə, zərərçəkən şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il və xx.xx.2011-ci il təvəllüdlü olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarından, ifadələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs "xxxx" MMCdə direktor köməkçisi vəzifəsində işləyir, həmin MMC-nin rəhbəri atası Nizam Musayev olsa da, faktiki rəhbərliyi iş üzrə təqsirləndirilən şəxs həyata keçirir. Zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən, həmçinin məhkəməyə ünvanladığı teleqramdan müəyyən edilir ki, o, ibtidai istintaq zamanından ona və təqsirləndirilən şəxsə barışmaq təklif olunsa da, həmin vaxtdan hazıradək o, təqsirləndirilən şəxsin barışıq təklifini qəbul etməyə razı olduğunu bildirsə də, təqsirləndirilən şəxs tərəfindən barışıq əldə olunması istiqamətində heç bir addım atılmamış, bununla da o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də özünü təqsirli bilməməklə hazıradək zərərçəkmiş şəxslə barışıq əldə etməməsi (səy göstərməməsi) və bununla da zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olması, təqsirləndirilən şəxsin hazıradək hadisədə özünü haqlı hesab etməklə törətdiyi əməldən peşman olmaması hallarını, bununla da ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya islah işləri cəzasının təyin olunacağı təqdirdə həmin cəza növlərinin onun yuxarıda sadalanan şəxsiyyətini səciyyələndirən hallarla maddi vəziyyəti qarşılıqlı şəkildə nəzərə alınmaqla onun islah edilməsi üçün yetərli olmadığını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 221.1-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasının son həddi bir ilədək müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın ən aşağı həddini təyin etməyi məqsədə müvafiq hesab edir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs ona ov tüfənginin fotoşəklini vatsap vasitəsilə göndərməklə həmin silahla onu öldürəcəyi ilə hədələdiyini bildirmiş, zərərçəkmiş şəxs isə mübahisə zamanı təqsirləndirilən şəxsin onun (arvadının) ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən əsəbiləşdiyini və həmin gün evə gedərək özünə məxsus ov tüfənginin fotoşəklini çəkərək vatsap vasitəsilə göndərərək həmin fotoşəklin alt hissəsində göndərməsinin məqsədi kimi təqsirləndirilən şəxsin onun arvadının əxlaqsız olduğunu bildirdiyini sübut edə biləcəyi halda, təqsirləndiriləni deyil, özünü vuracağını bildirmişdir. İş materiallarında olan təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasındakı yuxarıda qeyd olunan vatsap yazışmasının fotoşəklindən müəyyən edilir ki, zərərçəkmiş şəxs ov tüfənginin fotoşəklini təqsirləndirilən şəxsə göndərməklə alt hissədə “Mən sözümü tutacam. Sən mənə dakazat eləsən mənim arvadım qəhbədi onda mən səni yox, özümü vuracam” mesajını yazmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 1706 nömrəli Şəhadətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs, ona məxsus 12 kalibrli, “78- H22YT-026425” №-li, yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün rəsmi icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2024-cü il tarixli, 3/1706 saylı ekspert rəyinə (əsli) əsasən, hazırkı iş üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, patronluğunun uzunluğu 76 mm olan, “ATA NEO” modelli, “78-H22YT- 026425” №-li, daxili çaxmaqlı, təklüləli, yivsiz odlu ov tüfəngidir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2024-cü il tarixli qərardan, “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması barədə” xx.xx.2024-cü il tarixli qərardan və ayrıca icraata ayrılmış cinayət işinə daxil edilən sənədlərin siyahısından müəyyən edilir ki, Zərərçəkmiş şəxs əməlinə hüquqi qiymət verilməsindən ötrü hazırkı cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, qeyd olunan işin icraatına ibtidai istintaq orqanı tərəfindən xitam verilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 3-1706 nömrəli məhkəmə-ballistik ekspertiza tədqiqatının xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. xx.xx.2024-cü il tarixli, 3-1706 nömrəli məhkəmə-ballistik ekspertiza tədqiqatının xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə maddi sübutun, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-69/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-69/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver