Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-7/2022 27.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Xaçmaz rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1981-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, iki yetkinlik yaşına çatmayan uşağı olan, Xaçmaz rayonu, Xudat şəhəri, Dəmir Yolu küçəsi ev 3, mənzil 2-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 485,237 qram olan narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və etibarnamə ilə özünə məxsus olan "Mersedes" markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu fakt 18 mart 2021-ci il tarixdə, saat 17:00-da Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən Xudat şəhəri ərazisində saxlanılaraq idarə etdiyi ** MU *** nömrəli avtomobillə birlikdə Xudat PB-nə gətirildikdən sonra saat 18:20-dən saat 18:35-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin qabaq sağ cibindəki bir ədəd kibrit qutusundan içərisində təmiz çəkisi 5,237 qram və saat 18:35-dən saat 18:45-dək olan müddət ərzində idarə etdiyi yuxarıda qeyd olunan avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerindəki örtüyün altından bir ədəd qara rəngli sellofan paketin içərisindən təmiz çəkisi 480,0 qram olmaqla ümumilikdə təmiz çəkisi 485.237 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 il olar ki, narkotik maddə olan marixuananı aradabir qəbul edir. 17 mart 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdən çıxaraq evin yaxınlığında yerləşən dəmir yolu vağzalına piyada keçərək siqaret almaq üçün yaxınlıqdakı mağazaya gedən zaman yerdə zibil qutularının yanında diqqətini qara rəngli sellofan paketi cəlb etmişdir. Yerdən həmin sellofan paketi qaldıraraq ağzını açanda orada yaşıl rəngli xırda doğranmış narkotik maddə kimi tanıdığı nəşənin olduğunu görmüşdür. O həmin paketi idarə etdiyi “Mercedes Benz” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə qoyaraq üstünü örtüklə örtmüşdür. 18.03.2021-ci il tarixdə avtomobilinin yük yerində gizlətdiyi paketin içərisindən kibrit qutusuna nəşədən doldurmuşdur ki, istifadə etsin və bu məqsədlə kibrit qutusunu gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Saat təxminən 17 radələrində avtomobili ilə Xudat şəhəri, X.Məmmədov küçəsində dayandığı zaman ona Xudat PB-nin iki əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib, onu Xudat PB-nə dəvət etmişlər. O özünü şübhələndirməmək üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları avtomobilinə əyləşdikdən sonra Xudat polis bölməsinə getmişlər. Yolda gələrkən polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdikləri üçün üzərində olan kibrit qutusundakı "nəşə” kimi tanıdığı narkotik vasitəni özündən kənarlaşdıra bilməmişdir. Polis bölməsinin həyətində videoçəkiliş aparılmaqla vəkilin iştirakı ilə üzərində şəxsi axtarış və idarə etdiyi avtomobildə baxış aparılacağı ona izah olunmuş və o yenə də etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan nə varsa hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra o könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən kibrit qutusunu avtomobilinin arxa kapotunun üzərinə qoyaraq təqdim etmişdir. Kibrit qutusunu açan zaman içərisində olan narkotik maddə aşkar edilmiş və polis əməkdaşları həmin narkotik maddəni haradan əldə etdiyi ilə maraqlananda o həmin narkotik vasitəni sellofan paketin içərisində yaşadığı küçədən tapdığını bildirmişdir. Həmin içərisində narkotik vasitə - qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Üzərindən başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin onun idarə etdiyi, ona məxsus olan “Mercedes Benz” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilinə onun və şəxsi axtarışda iştirak edən digər şəxslərin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində gizlətdiyi içərisində narkotik vasitə - qurudulmuş marixuana olan qara rəngli sellofan paketi də polis əməkdaşlarına təqdim etmişdir. O həmin paketi yaşadığı küçədən tapdığını və üzərində aşkar edilmiş kibrit qutusunun içərisindəki qurudulmuş marixuananı həmin paketin içərisindən istifadəsi üçün ayırdığını bildirmişdir. Bundan sonra avtomobildən qanunla qadağan edilmiş digər hər hansı bir əşya, pul və s. aşkar olunmamışdır. Həmin içərisində qurudulmuş marixuana olan əşya polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İdarə etdiyi avtomobildə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamış və həmin narkotik vasitəni tapdığı yer dəqiq yadında qalmadığı üçün göstərə bilməmişdir. O heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən hüququları pozulmamış və ona qarşı hər hansı bir qanunsuzluq olmamışdır. O əvvəllər, yəni 07.08.2020-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini əldə edib istifadə etməsi ilə bağlı Xaçmaz Rayon Məhkəməsi tərəfindən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin zamanlarda o metafetamindən istifadə etmişdir. Hazırkı cinayət işi üzrə onun barəsində təyin edilərək keçirilmiş məhkəmə narkoloji ekspertizanın rəyində psixotrop maddə olan metamfetamindən asılılıq sindromunun olması həmin səbəbdən olmuş ola bilər. Faktiki olaraq heç bir narkotik maddə və ya psixotrop maddə istifadə etmir. Törətdiyi cianyət əməlindən peşman olduğunu, iki azyaşlı uşağının olmasını, anasının xəstəliyinin olduğunu, ailəsinə yeganə gəlir gətirən ailə üzvü olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 18 mart 2021-ci il tarixdə, ünvan 1 ünvanda yaşayan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Xudat polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 dərhal bu məlumatı polis bölməsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə mən və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 18 mart 2021-ci il tarixdə, saat 17 radələrində onlar Təqsirləndirilən şəxs özünə məxsus olan "Mercedes Benz-300” minik markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu Xudat şəhəri ərazisində yaşadığı küçədə olduğunu müəyyən etmişlər və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-nin Xudat PB-nə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobildə baxış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan nə varsa hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən kibrit qutusunu çıxarıb avtomobilinin arxa kapotunun üzərinə qoyaraq təqdim etmişdir. Kibrit qutusunu açan zaman içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması aşkar edilmişdir. Rövşən həmin narkotik maddəni haradan əldə etmisən sualına yaşadığı küçədən bir ədəd içərisində nəşə adlandırdığı narkotik vasitə - qurudulmuş marixuana olan bir ədəd sellofan paketi tapdığını və həmin paketi idarə etdiyi avtomobilinin baqajına qoyduğunu, bitki kütləsinin bir hissəsini isə kibrit qutusuna yığaraq istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Həmin içərisində narkotik vasitə - qurudulmuş marixuana olan kibrit qutusu ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Rövşənin üzərindən başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi, özünə məxsus olan “Mercedes Benz” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilinə eyni şəxslərin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində (baqajında) gizlətdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli sellofan paketi də təklifə uyğun olaraq təqdim etmişdir. Rövşən həmin paketi yaşadığı küçədən tapdığını və üzərindən aşkar edilmiş kibrit qutusunun içərisindəki qurudulmuş marixuananı həmin paketin içərisindən istifadəsi üçün ayırdığını bildirmişdir. Bundan sonra avtomobildən digər qanunla qadağan edilmiş hər hansı bir əşya, pul və s. aşkar olunmamışdır. Həmin içərisində narkotik vasitə - qurudulmuş marixuana olan sellofan torba polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, heç bir şəxsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı küçədən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 18 mart 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, qeyd olunan tarixdə Xaçmaz RPŞ-nin Xudat PB-də müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin qabaq sağ yan cibindən bir ədəd kibrit qutusu çıxararaq təqdim etmiş, kibrit qutusu açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, təqsirləndirilən şəxs həmin kütlənin nəşə kimi tanıdığı narkotik vasitə olduğunu, özünün istifadəi üçün saxladığını və 17.03.2021-ci il tarixdə yerdən qara rəngli sellofan torbada tapdığı marixuanadan bir hissə olduğunu, həmin sellofan torbada olan qurudulmuş marixuananı isə avtomobilinin arxa yük yerində gizlətdiyini etiraf etmişdir. İş materiallarında olan 18 mart 2021-ci il tarixli “Avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və DVD diskə məhkəmə iclasında kompüter vasitəsi il baxış keçirilərək müəyyən olunmuşdur ki, qeyd olunan tarixdə Xaçmaz RPŞ-nin Xudat PB-də müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman təqsirləndirilən şəxsə avtomobilində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı digər əşya vardırsa təqdim etməsi təklif edilmiş, təqsirləndirilən şəxs həmin avtomobilin arxa yük yerində örtüyün altında gizlətdiyi qara rəngli sellofan torbanı çıxarıb açaraq içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsini təqdim etmiş, təqsirləndirilən şəxs həmin kütlənin nəşə kimi tanıdığı qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni həmin sellofan torbada 17.03.2021-ci il tarixdə yerdən tapdığını, özünün istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 7/283 №-li ekspert rəyindən müəyyən edilir ki: 1. tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üstündə saxladığı kibrit qutusunda...” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,237 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 2. tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi Mersedes...” sözləri yazılmış qara rəngli torbada təmiz çəkisi 480,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdqiqata təqdim edilmiş marixuananın ümumi çəkisi 485,237 qram olmuş, cəmi tədqiqata 0,1 qram (hər obyektdən 0,05 qram) sərf edildikdən sonra qalıq 485,137 qram təşkil etmişdir. İş materiallarında olan 19 mart 2021-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan və 12 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş ümumi təmiz çəkisi 485,237 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə təmiz çəkisi 485,137 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi, onun kimlərəsə narkotik vasitə satması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin qeyd olunan hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 05 may 2021-ci il tarixli, 1389 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 12 iyun 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən və idarə etdiyi avtomobilindən aşkar olunmuş narkotik vasitə - qurudulmuş marixuananın ümumi təmiz çəkisi 485,237 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 485,237 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və etibarnamə ilə özünə məxsus olan "Mersedes" markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu fakt 18 mart 2021-ci il tarixdə, saat 17:00-da Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən Xudat şəhəri ərazisində saxlanılaraq idarə etdiyi ** MU *** nömrəli avtomobillə birlikdə Xudat PB-nə gətirildikdən sonra saat 18:20-dən saat 18:35-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin qabaq sağ cibindəki bir ədəd kibrit qutusundan içərisində təmiz çəkisi 5,237 qram və saat 18:35-dən saat 18:45-dək olan müddət ərzində idarə etdiyi yuxarıda qeyd olunan avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerindəki örtüyün altından bir ədəd qara rəngli sellofan paketin içərisindən təmiz çəkisi 480,0 qram olmaqla ümumilikdə təmiz çəkisi 485.237 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 04.09.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş 01 il islah işləri cəzasını 10.10.2010-cu il tarixdə tam çəkib qurtarmışdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(067)-19/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs haqqında Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla onun himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də təqsirləndirilən şəxsin bundan əvvəl metamfetamin psixotrop maddəsi əldə edərək saxlamasına görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə baxmayaraq yenidən cinayət törətməsini və hazırkı cinayət işi üzrə ondan ümumilikdə 485,237 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan hökmdən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(067)-19/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(105)-45/2021 saylı qərarından müəyyən edilir ki, apellyasiya protesti qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(067)-19/2020 saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifəsi qoyulmuş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(102)-1215/2021 saylı qərarından müəyyən edilir ki, kassasiya protesti təmin edilərək Təqsirləndirilən şəxs haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 27 dekabr 2021ci il tarixli, 1(105)-706/2021 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(067)-19/2020 saylı hökmünə əsasən qəti olaraq təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci maddəsi tətbiq edilərək həmin cəzası 01 (bir) il azaldılmaqla onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(067)-113/2021 saylı qərarından, Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, məhkəmənin həmin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 25 avqust 2021-ci il tarixdə tutularaq həbsə edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 14 mart 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(067)-19/2020 saylı hökmü üzrə 25 avqust 2021-ci il tarixədək 02 (iki) il 07 (yeddi) ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla da, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(105)-706/2021 saylı qərarı ilə təyin olunmuş (üzərində qəti olaraq saxlanılmış) 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 20 gün müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (09 ay 25 gün) hazırkı hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 18 mart 2021-ci il tarixli protokoldan, 20 mart 2021-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan və 20.03.2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam”dan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olma müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(067)-113/2021 saylı qərarından, Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, məhkəmənin həmin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 25 avqust 2021-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş marixuananın ümumi çəkisi 485,237 qram olmuş, cəmi tədqiqata 0,1 qram (hər obyektdən 0,05 qram) sərf edildikdən sonra qalıq 485,137 qram təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş ümumi təmiz çəkisi 485,237 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə təmiz çəkisi 485,137 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 485,137 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı və avtomobilinə keçirilmiş baxış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 1(105)-706/2021 saylı qərarı ilə təyin olunmuş (üzərində qəti olaraq saxlanılmış) 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 20 gün müddəti, 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (9 ay 25 gün), Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 485,137 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı və avtomobilinə keçirilmiş baxış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-7/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-7/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver