Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-7/2023 08.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından HÖKMDƏN ÇİXARİŞ Xaçmaz şəhəri İş № 1(067)-34/2022 xx.xx.2022-ci il XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs Şahid5 və onun qanuni nümayəndəsi Şahid6, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi X3 iştirakı ilə xx xxxx 1976-cı ildə Xaçmaz rayonunun Xudatbaza qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər bir neçə dəfə məhkum olunmuş, Xaçmaz rayonunun Nabran kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2, 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 170.2, 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 170.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə barəsində 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 28 dekabr 2013-cü il tarixli, 1(067)-141 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin təxirə salınması ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Xaçmaz rayon məhkəməsinin 28 dekabr 2013-cü il tarixli, 1(067)-141 saylı hökmü ilə ona təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət, yəni 05 (beş) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 05 (beş) ay ona hazırkı hökmlə qəti olaraq təyin olunmuş 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd tava, 04 ədəd termos, 08 ədəd mətbəx bıçağı, 06 ədəd boşqab, 06 ədəd qaşıq, 01 ədəd 1 litr həcmli «Fairy» yuyucu maddə və 01 ədəd Çin istehsallı 40 ölçülü cins şalvarın Zərərçəkmiş şəxs1; 01 ədəd “Rambo” markalı, 28 ölçülü velosipedin Zərərçəkmiş şəxs3; 01 ədəd «Shivaki» markalı soyuducunun zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, 27 noyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu Nabran kəndində yerləşən evdə baş vermiş oğurluq hadisəsinə dair vidogörüntülər (07 ədəd fraqment) köçürülmüş 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 375 (üç yüz yetmiş beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE **********0002088501, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-7/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-7/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver