Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-7/2024 02.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx xxxxxxx 1992-ci ildə Qusar rayonunun Həzrə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Həzrə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə, xx xxxx 1975-ci ildə Qusar rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, natamam orta təhsilli, deməsinə görə fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyasının Dağıstan Respublikası, Məhərrəmkənd rayonu, Butkazmalar kəndində qeydiyyatda olmaqla Qusar rayonunun Yasab kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdə, saat 23:20 radələrində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu, Ləcət kəndində yerləşən Ləcət-Xudat mənzilinin 2468-ci kilometrliyinin 7ci piketindən ümumilikdə 207 manat 20 qəpik dəyərində hər birinin qiyməti 07 manat 02 qəpik olan 11 ədəd yarım-yararlı D-65 altlığı, hər birinin qiyməti 08 manat 18 qəpik olan 08 ədəd yarım-yararlı KB-65 altlığı, hər birinin qiyməti 0.82 qəpik olan 23 ədəd yarım-yararlı özül boltlarını, hər birinin qiyməti 0.12 qəpik olan 21 ədəd yarım-yararlı şaybanı, hər birinin qiyməti 0.61 qəpik olan 10 ədəd yarım-yararlı sıxac boltunu, o cümlədən hər birinin qiyməti 01 manat 58 qəpik olan 05 ədəd yararsız D-43 altlığı, hər birinin qiyməti 01 manat 86 qəpik olan 08 ədəd yararsız D-50 altlığı, hər birinin qiyməti 02 manat 30 qəpik olan 04 ədəd yararsız D-65 altlığı, hər birinin qiyməti 0.12 qəpik olan 28 ədəd yararsız yol mıxını, hər birinin qiyməti 0.04 qəpik olan 43 ədəd yararsız qaykanı qanunsuz götürüb uzaqlaşmaq istəyərkən Yalama st. X8 əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yol xətlərinə münasibətdə oğurluğa, yəni qabaqcadan əlbjr olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 26 fevral 2022-ci il tarixdə, saat 23:20 radələrində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə "xxxx"Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu, Ləcət kəndində yerləşən Ləcət-Xudat mənzilinin 2468-ci kilometrliyinin 7-ci piketindən ümumilikdə 207 manat 20 qəpik dəyərində hər birinin qiyməti 07 manat 02 qəpik olan 11 ədəd yarım-yararlı D-65 altlığı, hər birinin qiyməti 08 manat 18 qəpik olan 08 ədəd yarımyararlı KB- 65 altlığı, hər birinin qiyməti 0.82 qəpik olan 23 ədəd yarım-yararlı özül boltlarını, hər birinin qiyməti 0.12 qəpik olan 21 ədəd yarım-yararlı şaybanı, hər birinin qiyməti 0.61 qəpik olan 10 ədəd yarım-yararlı sıxac boltunu, o cümlədən hər birinin qiyməti 01 manat 58 qəpik olan 05 ədəd yararsız D-43 altlığı, hər birinin qiyməti 01 manat 86 qəpik olan 08 ədəd yararsız B-50 altlığı, hər birinin qiyməti 02 manat 30 qəpik olan 04 ədəd yararsız D-65 altlığı, hər birinin qiyməti 0.12 qəpik olan 28 ədəd yararsız yol mıxını, hər birinin qiyməti 0.04 qəpik olan 43 ədəd yararsız qaykanı qanunsuz götürüb uzaqlaşmaq istəyərkən Yalama st. X8 əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yol xətlərinə münasibətdə oğurluğa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ittihamda qeyd olunduğu kimi, oğurluq etməyə cəhd etmişdir, lakin ittihamda qeyd olunan sayda əmlakı deyil, cəmi üç ədəd detalı oğurlamaq istəmişdir. Təqsirləndirilən şəxs2 onun dayısıdır və sonuncu Qusar rayonunun Yasab kəndində yaşayır. Dayısı Aydəmir onların evinə fındıq qələmi aparmaq üçün gəlməli olmuş, Aydəmirdə metal axtaran aparat olduğundan o, sonuncuya demişdir ki, onlara gələndə həmin aparatı özü ilə gətirsin, çünki o, özünə məxsus sahədə özünə aid metallar itirdiyindən həmin metalları həmin aparat vasitəsilə axtarmaq istəmişdir. O, həmin metalları tapmış, metal axtaran aparatı yolun kənarında qoyub həmin metalları apararaq satmış, onlar aparatı gedərkən dəmir yolundan təxminən 40-45 metr aralıda qoyaraq getmiş, bu vaxt yağış yaşmış və aparat islanmış, onlar geri qayıdanda aparatın islanandan sonra işləyib-işləmədiyini yoxlamaq üçün dəmir yolunun kənarında yoxlamışlar və aparat vasitəsilə dəmiryoluna aid üç ədəd detal aşkar etmişlər və həmin üç ədəd metalı götürərək yolun kənarına çıxanda polis əməkdaşları onlara yaxınlaşaraq onları polis bölməsinə aparmışlar. Onları bölməyə aparan iki nəfər polis əməkdaşından biri hətta demişdir ki, cəmi üç ədəd paslanmış detala görə onları polis bölməsinə aparmaq zəruri deyil, digər polis əməkdaşı isə aparıb bölmədə aydınlaşdırılmalı olduğunu bildirmişdir. Həmin gün onları gecəni polis bölməsində saxlayaraq döymüşlər, növbəti gün günorta saatlarına yaxın isə onları polis bölməsindən buraxmışlar. Həmçinin bildirdi ki, o, Qusar rayonunun Həzrə kəndində yaşayır, metal satmaq üçün məhz Xaçmaz rayonuna gəlməsinin səbəbi yaşadığı kəndin Xaçmaz rayonunun yaxınlığnda yerləşməsi olmuşdur. Onun itirdiyi metalları axtardığı özünə məxsus torpaq sahəsi dəmir yolundan təxminən səkkiz kilometr aralıda yerləşir. O, öz torpaq sahəsindən metalları taparaq dayısı Aydəmirlə həmin metalları satmağa apararkən metal axtaran aparatı avtomobildən düşürərək dəmir yolunun yaxınlığında gizlətmişlər ki, metal alan şəxs həmin aparatı görməsin, onun apardığı metal da paslı olmuşdur. O, Aydəmirlə tapdığı üç ədəd metalın nə kimi əşyalar olmasını da bilmir, ittihamda sadalanan metal əşyaları isə o, görməmişdir, çünki onlar həmin sayda əşyaları götürməmişlər, oğurlamamışlar. Onları polis bölməsində saxladıqları günün səhəri bölmənin həyətində onların dəmiryoluna aid metallarla birlikdə fotoşəkillərini çəkmişlər, polis əməkdaşları onlara bildirmişdir ki, həmin detalları onlar oğurlamışlar, o isə bunu təkzib etmişdir. O və Aydəmir dəmiryolunun kənarından tapdıqları metalları götürərək dəmir yolundan təxminən iki yüz metr aralandıqdan sonra iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq əllərindəki çantanın içərisində nə olduğunu soruşmuş, onlar polis əməkdaşlarına bildirmişlər ki, metal axtaran aparatın işləyib-işləmədiyini yoxlayarkən dəmir yolunun kənarından üç ədəd metal əşya tapdıqlarını və çantanın içərisində də həmin üç ədəd metalın olduğunu bildirmiş, polis əməkdaşı həmin metalların dəmir yoluna aid olduğunu və onların oğurluq etdiklərini bildirmişdir. Onları dəmiryolundan təxminən iki yüz metr aralandıqdan sonra, axşamüstü saat təxminən 8-də iki nəfər polis əməkdaşı saxlamışdır. O, saxlanılan gün üzərində istifadəsində olan mobil telefon olmuş, polis bölməsində olduğu müddətdə telefonunu ondan götürmüşlər. Polis əməkdaşları onları dəmir yolunun kənarında saxladıqdan sonra təxminən on beş dəqiqə sonra onlar polis bölməsinə çatmışlar. Onlar polis bölməsinə çatdıqda polis əməkdaşları onları növbətçi zalında saxlamış, daha sonra isə Məhəmməd adlı əməliyyatçı gəlmiş və onları döymüş, bundan sonra isə onları ikinci mərtəbəyə çıxarmışlar, onları ikinci mərtəbədə də döymüşlər, bu proses təxminən axşam saat 9-un yarısından, 11-ə kimi davam etmişdir. Onları həmin gecə polis bölməsində saxlamışlar, səhəri gün isə dəmiryoluna məxsus metal əşyaları yerə düzərək onlarla birgə fotoşəkillərini çəkib günorta saatlarına yaxın buraxmışlar. Onlar hadisə yerində avtomobillə olmuşlar, polis onları saxladıqları yerdə hər hansı foto-videoçəkiliş etməmişdir. Onların dəmiryolunun kənarından tapdıqları üç ədəd metal əşyanın ümumilikdə çəkisi təxminən altı kiloqram olardı. O, hadisə günü iş üzrə Şahid5 hal şahidi kimi nə hadisə yerində, nə də polis bölməsində görməmiş, həmin şahid qeyd olunan yerlərdə olmamışdır. O, dəmiryoluna məxsus cəmi üç ədəd detalı götürmüş, buna görə də o, törətdiyi əməldən peşmandır, himayəsində iki uşağının olmasının, anasının və qardaşının xəstəliyinin olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, 26 fevral 2022-ci il tarixdə, 11-12 radələrində dayısı Təqsirləndirilən şəxs2 və onun oğlu Aydəmirov Eldənizlə birlikdə yaşadıqları Qusar rayonu, Həzrə kəndində, onun həyətində olan metal qırıntılarını metal axtaran aparatla axtarıb yerdən yığaraq Xaçmaz rayonu, Xudat şəhərində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Xudat şəhərinə gedərkən dayısı Aydəmir metal axtaran aparat yer tutduğu üçün həmin aparatı Xaçmaz rayonu, Ləcət kəndi ərazisində yolun kənarına qoymuş, sonra yollarını davam edərək Xudat şəhərinə gedib metalları metal qəbul edən yerə təhvil vermişlər. Həmin yerdən qayıdarkən ona məxsus Qaz 3110 markalı avtomobilin əyləci xarab olmuş, buna görə də o, avtomobilini Xudat şəhərində usta yanına aparmış, avtomobilin təmirdə olması ilə əlaqədar onlar Xudat şəhərindən saat 19 radələrində çıxaraq evləri istiqamətində getmişlər. Həmin yerdən qayıdarkən dayısı Aydəmirə məxsus metal axtaran aparatı götürmək üçün onlar Xaçmaz rayonu, Ləcət kəndinə getmişlər. Həmin yerdən metal aparatını götürdükdən dəmir yolu xətləri ərazisində yerləşən, xətlərin yanında dayısı özünə məxsus metal axtaran aparatı yoxlamaq qərarına gəlmiş və aparatla metal axtarmağa başlamışdır. Bu vaxt dayısı Aydəmir aparatla yerdən torpağın altından üç ədəd paslanmış dəmir parçası tapmış, həmin dəmir parçalarını o, avtomobilin yük hissəsinə apararaq qoymaq istəyərkən onlara polis əməkdaşları yaxınlaşmış, götürdükləri detallarla onları Yalama st. XPB-nə dəvət etmişlər. Yalama st. XPB-nə getməmişdən öncə onları saxlayan iki nəfər polis əməkdaşından biri digərinə üç ədəd dəmir parçasına görə onları bölməyə aparmaq istəmədiyini demiş, lakin sonradan onları bölməyə aparmaq qərarına gəlmişlər. Yalama st. XPB-nə getdikdə orada növbətçi hissədə onlara Məhəmməd adlı polis əməkdaşı yaxınlaşmış, niyə oğurluq etdiklərini onlardan soruşmuş, sonra onları döyməyə başlamışdır. Sonra həmin polis əməkdaşı onları döyüb rəis otağına aparmış, orada da rəis öz sürücüsü ilə onlardan nə qədər dəmir detalları oğurladığını soruşmuş, sonra rəis onu döyməyə başlamışdır. Bundan sonra Yalama st. XPB-nin rəisi və əməkdaşları onu izahatda oğurluq etməsini yazmasını tələb edərək ona izahatı məcbur yazdırmışdır. Daha sonradan bölmənin qarşısında dayısı Aydəmirlə onu tanımadıqları və yığmadıqları detalların yanına apararaq onların fotoşəkillərini həmin detalların yanında çəkmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bacısının oğlu olan digər Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadəsində bildirdikləri düzgündür, hadisə Ravilin qeyd etdiyi kimi olmuşdur. İki nəfər polis əməkdaşı ona və Ravilə dəmiryolunun kənarında yaxınlaşmış, onları Ravilin avtomobili ilə birlikdə polis bölməsinə aparmışlar, bölmədə onları döymüşlər, sonra isə onları bölmənin ikinci mərtəbəsinə çıxarmışlar, onları orada da döymüşlər. Onları polis bölməsində saxladıqdan sonra səhəri gün bölmənin həyətinə çıxarmışlar, həyətə dəmir yoluna aid metal əşyalar düzmüşlər, həmin əşyalar nisbətən təmiz, yararlı kimi görünüşlü olmuş, lakin onlar cəmi üç ədəd metal əşya tapmışlar və həmin üç ədəd əşya paslı olmuşdur. Onların həmin üç ədəd metal əşyadan başqa digərlərindən heç bir xəbəri olmamışdır. Həmçinin bildirdi ki, onlar həmin vaxt dəmir yolu xətlərinin yanında olmuşlar, olduqları dəmir yolu xətti avtomobil yolunun yaxınlığından keçir və onlar da avtomobildən düşərək dəmiryolu xətti tərəfə getmişlər. Onların tapdığı üç ədəd metal əşya xamut kimi əşyalar olmuşdur. Onlara əvvəlcədən kimsə həmin ərazidə metal olduğunu deməmiş, onlar həmin əraziyə ilk dəfə olmuşdur ki, getmişlər. Onlar həmin vaxt sadəcə, metal axtaran aparatı yoxlamışlar, özləri ilə həmçinin bel də götürmüşlər. Hadisə yerində saxlanılarkən onun istifadəsində mobil telefon olmamışdır. O, yalnız kiril qrafikalı Azərbaycan dilində yazıb-oxuya bilir, latın qrafikalı yazıları isə oxuya bilmir. İş materiallarındakı ifadəsinin sonunda diyircəkli qələmlə, kiril hərfləri ilə “ifadə mənim sözlərimlə yazıldı...doğruluğunu öz imzamla təsdiq edirəm” cümlələrini o yazsa da, o, bu cümləni yazmağa məcbur edilmişdir. Ona ibtidai istintaq orqanında tərcüməçi təklif edilməmişdir. Polis bölməsinin həyətində fotoşəkilləri çəkilmiş dəmiryoluna aid metal əşyaların onlara heç bir aidiyyəti yoxdur, onlar həmin əşyaları götürməmiş, oğurlamamışlar. İbtidai istintaq zamanı onun müdafiəçisi olmamış, o, dindirilərkən müdafiəçi iştirak etməmişdir. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı tərtib edilmiş ifadəsindəki xüsusatlara münasibətdə bildirdi ki, onlar metalları dəmir yolu xəttlərinin yaxınlığından, metal axtaran aparat vasitəsilə tapmış, xətlərin üzərindən detal açmamışlar, bundan başqa, onlar işlərini davam edərkən deyil, tapdıqları metalları avtomobillərinə qoymaq üçün apararkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. O, ibtidai istintaq orqanında tərtib edilmiş iş materiallarında olan ifadəsini təsdiq etmir. O, hadisə günü iş üzrə Şahid5 hal şahidi kimi nə hadisə yerində, nə də polis bölməsində görməmiş, həmin şahid qeyd olunan yerlərdə olmamışdır. O, dəmiryoluna məxsus iki-üç ədəd detalı götürmüş, buna görə də o, törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, 26 fevral 2022-ci il tarixdə, 11-12 radələrində bacısı oğlu Ravil və oğlu Aydəmirov Eldənizlə birlikdə Qusar rayonu, Həzrə-oba kəndində Ravilin həyətində olan metal qırıntılarını yığaraq pul əldə etmək üçün Xaçmaz rayonu, Xudat şəhərində yerləşən metal qəbulu məntəqəsinə Ravilə məxsus Qaz 3110 markalı avtomobil ilə gedib orada metalları təhvil verib 110 manata yaxın pul əldə etmişlər. Həmin yerə getdikdə avtomobildə yer tutduğu üçün o, müvəqqəti olaraq avtomobildən özünə məxsus metal axtaran aparatı Xaçmaz rayonu, Ləcət kəndində düşürtmüş və gizlətmişdir. Xudat şəhərindən geri qayıdan zaman Ravilə məxsus avtomobilin əyləci xarab olmuş, buna görə də o, Xudat şəhərində avtomobili ustaya aparmışdır. Bu səbəbdən də o, Xudat şəhərindən gec çıxmış, saat 19 radələrində evləri istiqamətində, yəni Qusar rayonuna getmişlər. Yol ilə gedərkən o, özünə məxsus metal axtaran aparatı bir qədər öncə qoyduğu yerə, Xaçmaz rayonu, Ləcət kəndinə getmişdir. Həmin aparatı götürdükdən sonra o, yanında olan Ravil ilə dəmir yolu xətləri ərazisində metal axtaran aparatla metal axtarmağa başlamış və həmin ərazidən metal yığaraq metal qəbulu məntəqəsinə təhvil vermək qərarına gəlmişlər. Bu vaxt onunla birlikdə Xudat şəhərinə getmiş oğlu Eldəniz Ravilə məxsus avtomobildə oturmuş və onların nə etdiklərindən xəbəri olmamamışdır. Olduqları yerdən təxminən 10 ədəd lazımsız və pastlanmış halda olan dəmir yolu xətlərinə məxsus dəmir detallardan götürüb avtomobilin yük hissəsinə qoyduqda və işlərini davam etmək istədikdə onlara polis əməkdaşları yaxınlaşmış, onlardan nə etdiklərini soruşmuşlar. Onlar da həmin yerdən lazımsız metallardan yığdıqlarını bildirmişlər. Bu vaxt polis əməkdaşları onları Yalama st. XPB-nə dəvət etmiş, onlar da polis əməkdaşları ilə birlikdə Yalama st. XPB-nə getmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə ifadəsindən müəyyən edilir ki, o, "xxxx" QSCnin 1 nömrəli X9 SƏTƏM (Sağlamlıq əməyin təhlükəsizliyi ətraf mühit) üzrə mütəxəssisi vəzifəsində işləyir. "xxxx" QSC-nin verdiyi etibarnaməyə əsasən ona ********* saylı cinayət işində zərər çəkmiş şəxsin, yəni "xxxx" QSC-nin nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. 26 fevral 2022-ci il tarixdə Qusar rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ləcət-Xudat mənzilinin 2468ci km-nin 7-ci piketindən cəmi 170 manat 14 qəpik dəyərində 11 ədəd yarım-yararlı B-65 altlığı, 08 ədəd KB-65 altlığı, 23 ədəd yarım-yararlı özül boltlarını, 21 ədəd yarım-yararlı şaybanı, 10 ədəd yarım-yararlı sıxac boltunu və 37 manat 06 qəpik dəyərində 5 ədəd yararsız B-43 altlığı, 08 ədəd yararsız D-50 altlığı, 04 ədəd D-65 yararsız altlığı, 28 ədəd yararsız yol mıxını, 43 ədəd yararsız qaykanı oğurlamalarına cəhd etmələri nəticəsində ümumilikdə 207 manat 20 qəpik ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, iş üzrə təqsirləndirilən şəxsləri xx.xx.2022-ci il tarixdə dəmir yolu xəttlərinə məxsus müxtəlif metalları oğurlayarkən saxlamışlar, təqsirləndirilən şəxsləri də həmin vaxtdan tanımışdır. İşlədiyi polis bölməsinə Xudat-Ləcət mənzilində iki nəfər şəxsin dəmir yolu xəttinə məxsus metalları oğurladıqlarına görə saxlamaları barədə şifahi məlumat daxil olmuşdur. Bundan sonra onlar gedərək əraziyə baxmışlar və orada “QAZ 31” markalı avtomobilin, həmin avtomobildə isə iki ədəd kisənin içərisində dəmir yoluna aid müxtəlif dəmir əşyaların olduğunu görmüşlər. Onlar təqsirləndirilən şəxsləri polis bölməsinə gətirmiş və sənədləşdirmişlər. Həmçinin bildirdi ki, məlumat daxil olduqdan sonra o, hadisə yerinə gedəndə təqsirləndirilən şəxslər hadisə yerində olmuşlar. O, hadisə yerinə dəqiq olaraq hansı saatda getdiyini xatırlamır, lakin həmin vaxt hava qaranlıq olmuşdur. Hadisə yerində həmçinin təqsirləndirilən şəxslərdən Aydəmirin oğlu da olmuşdur. Dəmir yoluna məxsus dəmir detallar avtomobilin içərisində olmuşdur. Təqsirləndirilən şəxslər özləri əməllərini etiraf edərək səhv əməl törətdiklərini bildirmişlər, hər hansı etiraz etməmişlər, əməllərini səmimi olaraq etiraf etmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslərin oğurluq etmələrini hadisə yerində xidmətdə olan polis əməkdaşı polis bölməsinə zəng edərək bildirmişdir. O, hadisə yerinə təhqiqatçı ilə birlikdə getmiş, çatdıqda orada poli əməkdaşı Şahid1 da olmuşdur. Onlar hadisə yerinə baxış keçirmiş və bundan sonra polis bölməsinə getmişlər. Təhqiqatçı hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib etmişdir. Lakin o, təhqiqatçının həmin protokolu hadisə yerində, yaxud sonradan tərtib etməsini xatırlamır. O, hadisə yerinə baxış protokoluna imza etmiş, lakin harada imzaladığını xatırlamır. O, hadisə yerində hər hansı sənədləşmə işinin, foto-videoçəkilişlərin aparılıb-aparılmadığını da xatırlamır, bu məsələlərdən təhqiqatçı bilgilidir. Təqsirləndirilən şəxslərin onları polis bölməsində döymələri barədə bildirdikləri yalandır, belə hal olmamışdır. Şahid3 cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, 26 fevral 2022-ci il tarixdə Yalama st. XPB-nin PPXM-nın polis nəfəri, polis serjantı Şahid2 Yalama st. XPB-nin rəhbərliyinə şifahi və raportla müraciət edərək Azərbaycan Dəmir Yolları QSC-nin Xudat-Ləcət mənzilinin 2468-ci kilometrliyinin 7-ci piketindən oğurluğa cəhd edən şəxsləri aşkar edərək saxladığını bildirmişdir. Buna görə də o, təhqiqatçı Əli Hüseynovla birlikdə dərhal həmin yerə gedərək hal şahidlərinin və Qusar rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə hadisə yerində olan Qaz 3110 markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan 11 ədəd yarım-yararlı D-65 altlığına, 08 ədəd KB-65 altlığına, 23 ədəd yarım-yararlı özül boltlarına, 21 ədəd yarım-yararlı şaybaya, 10 ədəd yarım-yararlı sıxac boltuna, 05 ədəd yararsız D-43 altlığına, 08 ədəd yararsız D-50 altlığına, 04 ədəd D-65 yararsız altlığına, 28 ədəd yararsız yol mıxına, 43 ədəd yararsız qayka detallarına baxış keçirildikdən sonra həmin şəxslər avtomobil ilə birlikdə Yalama st. XPB-nə araşdırma aparılması üçün dəvət edilmişlər. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, axşam saat 11 radələrində digər polis əməkdaşı Şahid2lə Xudat-Ləcət ərazisində xidmətdə olduqları zaman iş üzrə təqsirləndirilən şəxsləri dəmir yolu ərazisində görmüşlər, onlar təqsirləndirilən şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər, bu zaman Təqsirləndirilən şəxs2 əlində ağ kisə olmuşdur. Onlar təqsirləndirilən şəxslərdən kisənin içərisində nə olduğunu soruşmuş, sonuncular onlara kisənin içində balıq olduğunu demişlər. Bundan sonra onlar həmin kisəni açaraq içinə baxdıqda dəmiryoluna məxsus detalların – boltlar, qaykalar, rels altlıqları, mıxların olduğunu görmüşlər. Onlar təqsirləndirilən şəxsləri sonuncuların gəldikləri, yolun kənarında saxladıqları “QAZ 3110” markalı avtomobilin yanına gətirmişlər, onlar orada avtomobilin yük yerində daha bir kisənin içərisində dəmir yoluna məxsus dəmir detalların olduğunu görmüşlər. Bundan sonra onlar bu barədə rəhbərliklərinə məlumat vermişlər. O, təqsirləndirilən şəxslərlə birlikdə avtomobilin yanında qalmış, Şahid2 PPX avtomobili ilə gələrək təqsirləndirilən şəxsləri polis bölməsinə aparmışlar, bundan sonra təhqiqatçı Əli Hüseynov və polis bölməsinin CAQnun əməliyyat müvəkkili Şahid3 hadisə yerinə gələrək baxış keçirmişlər, bu zaman gecə saat təxminən 00:30 radələri olmuş, yoldan keçən iki nəfər hal şahidi dəvət edilmiş, hadisə yerinə baxış keçirlmiş, fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. Bundan sonra hamı birlikdə polis bölməsinə getmişlər, bölmədə kompyuterdə protokol tərtib edilərək çap edilmiş, o da protokola imza edərək getmişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onlar təqsirləndirilən şəxslərə yaxınlaşanda sonuncular dəmir yoluna aid detalları yığmaqda davam etmirdilər, artıq kisəyə yığıb getmək üzrə olmuşlar. O və Şahid2 təqsirləndirilən şəxsləri saxladıqdan sonra Emir polis bölməsinə zəng edərək xəbər vermişdir. Onlar təqsirləndirilən şəxsləri axşam saat 11 radələrində saxlamışlar, bu barədə məlumat verdikdən təxminən 30 dəqiqə sonra PPX avtomobili gələrək təqsirləndirilən şəxsləri polis bölməsinə aparmışdır, sonuncuların gəldikləri avtomobil isə hadisə yerində qalmışdır. Hadisə yerində təqsirləndirilən şəxslər, o, Şahid3, Əli Hüseynov və iki nəfər hal şahidi olmuşdur. Hal şahidlərindən biri yol ilə piyada gedən, digəri isə avtomobil ilə gedən olmuşdur. Piyada gedən hal şahidinin adı Qismət, avtomobil ilə gedənin adı isə Rauf olmuşdur. Hal şahidləri dəvət olunduqdan sonra təqsirləndirilən şəxslərin avtomobilinin yük yerinə, oğurluq edilən əraziyə baxılmış, baxış barədə adi vərəqdə qeyd edilmiş, təhqiqatçı Əli Hüseynov tərəfindən təqsirləndirilən şəxslərin avtomobilinin, yük yerində olan dəmirlərin fotoşəkilləri çəkilmiş, fotoşəkillər çəkilərkən təqsirləndirilən şəxslər əlləri ilə avtomobilin yük yerində olan dəmirləri işarə edərək göstərmişlər. Təqsirləndirilən şəxslərin oğurlayaraq avtomobilin yük yerinə qoyduqları dəmir yoluna məxsus detalların sayını polis bölməsində müəyyən etmişlər. Həmin detallar avtomobilin yük yerində çox olmuş, hadisə yerində onları çıxararaq saymamışlar. Təqsirləndirilən şəxslərin hadisə yerində avtomobili saxladıqları yerlə dəmir yolu xətti arasında təxminən 40-50 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxslərin avtomobili polis bölməsinə gətirildikdə həmin avtomobilin yük yerinə hər hansı dəmir detallar qoyulmamışdır. O, təqsirləndirilən şəxslərin birinin əlində kisə olduğunu, digərinin isə fanar işığı ilə dəmir yolu xəttində gəzişərək nəsə axtardığını görmüş və o, Emirlə təqsirləndirilən şəxslərə yaxınlaşmışlar. Cinayət işinin materiallarında olan ifadəsində hadisənin vaxtı xx.xx.2022-ci il kimi göstərilsə də, bu, texniki səhvdir. Belə ki, o, yanvar ayında əraziyə xidmətə çıxmamış, yalnız fevral ayından çıxmışdır, o və Şahid2 təqsirləndirilən şəxsləri xx.xx.2022-ci il tarixdə görərək saxlamışlar. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla qonşu kənddə yaşayan Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımışdır. 27 fevral 2022-ci il tarixdə, gecə saat birə beş-on dəqiqə işləmiş o, Xudat şəhərində marketdə MilliÖn ödəniş terminalı vasitəsilə işıq kartının balansını artırmaq istədikdə həmin aparat işləmədiyindən o, yaşadığı ünvana geri qayıdarkən Ləcət kəndi ərazisində iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq oğurluq hadisəsi baş verdiyini bildirmişlər və onu hal şahidi kimi dəvət etmişlər, o, hal şahidi kimi iştirak etməyə razı olmuşdur. O, hadisə yerinə yaxınlaşanda orada iki polis əməkdaşının, PPX avtomobilinin və “QAZ 3110” markalı avtomobilin olduğunu, “QAZ 3110” markalı avtomobilin yük yerində kisədə müxtəlif dəmir detalların olmasını görmüş, təhqiqatçı baxış keçirmiş, daha sonra isə onlar polis bölməsinə getmiş, PB-də təhqiqatçı protokol tərtib etmiş, o da protokolu imzaladıqdan sonra çıxıb getmişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onun iş üzrə təqsirləndirilən şəxslərlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, hadisə yerində baxış keçirilməsində iştirak etmiş, hadisə yerində bir ədəd kisənin içərisində və avtomobilin yük yerində müxtəlif dəmir detalların olduğunu görmüş, həmin detallar bolt, qayka, düzbucaqlı formada dəmir detallardan ibarət olmuşdur. Hadisə vaxtı onun üzərində mobil telefon olmamış, həmin vaxt mobil telefonunu yaşadığı evdə saxlamışdır. Hadisə yerinə baxış protokolunu polis bölməsində təhqiqatçı kompyuterdə tətib edərək çap etmişdir. Hadisə yerində kisənin içərisindəki detallar boşaldılmamış, o, kisənin içərisində və yük yerində dəmir yoluna məxsus dəmir detalların olduğunu görmüşdür. O, hal şahidi kimi dəvət olunmuş, bundan sonra özü könüllü olaraq iştirak etmişdir. Onun polis əməkdaşları ilə münasibətləri yoxdur. O, məhkəmə iclasında elan edilmiş onun cinayət işinin materiallarında olan ifadəsini təsdiq edir, həmin detalların sayını hazırda xatırlamır, lakin ibtidai istintaq zamanı həmin detalların sayını bilmişdir. O, hadisədən sonra polis bölməsinə gedərək ifadə vermişdir, o, polis bölməsində ifadəsini hadisə günü və ya hadisədən sonrakı günlərdə verdiyini hazırda xatırlamır. İş materiallarındakı ifadəsində olan imza onun özünə məxsusdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, 27 fevral 2022-ci il tarixdə, saat 00:05 radələrində o, Xaçmaz rayonu, Xudat şəhərindən yaşadığı Tağar-oba kəndinə gedərkən Ləcət kəndi ərazisində yerləşən dəmir yolu xətləri istiqamətində polis avtomobilinin və yanında Qaz 3110 markalı avtomobilin durduğunu, həmin yerdə bir neçə şəxsin olduğunu görmüş, bu vaxt polis əməkdaşlarından biri ona yaxınlaşmış, həmin yerdə baş vermiş oğurluq hadisəsi ilə bağlı keçirilən baxışda iştirak etməyini təklif etmişdir. Buna görə də o, etiraz etmədən baxışda iştirak etmiş, həmin yerdə ağ rəngdə olan Qaz 3110 markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilmişdir. Avtomobilin yük yerində dəmir yolu xətlərinə aid müxtəlif tipli detalların olması müşahidə edilmiş, baxış zamanı Əli adlı təhqiqatçı avtomobilin yük yerində 36 ədəd rels altlığı, 28 ədəd yol mıxı, 23 ədəd bolt, 43 ədəd qayka, 21 ədəd şayba və 10 ədəd sıxıcı boltu sayaraq avtomobilin yük yerini bağlamışdır. Bu vaxt oğurluğa cəhd edən Ravil və Aydəmir adlı şəxslər avtomobilin yük yerində olan detalları Ləcət kəndi ərazisində yerləşən dəmir yolu xətlərindən və xətlərin yanından gizli yığaraq götürdüklərini bildirmişlər. Baxış bitdikdən sonra o, digər iştiraklar kimi tərtib edilmiş protokolu öz imzası ilə təstiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, iş üzrə təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. O, taksi sürücüsü kimi fəaliyyət göstərir. O, hadisə günü Xaçmaz rayonunun Yalama kəndindən qayıdarkən Ləcət kəndi ərazisində yolun kənarımda polis əməkdaşlarının toplandığını görərək avtomobilini orada saxlamış, polis əməkdaşı ona yaxınlaşaraq oğurluq hadisəsi baş verdiyini, avtomobildə dəmir detalların olduğunu bildirərək ona hal şahidi kimi iştirak etməsini təklif etmiş, o da razılaşmış, hadisə yerində “QAZ 3110” markalı avtomobilin içində kisədə dəmir detalların olduğunu görmüş, sonra isə o, polis bölməsinə gedərək orada protokola imza etmiş, üç-dörd gündən sonra isə onu polis bölməsinə çağırmışlar, o da gedərək izahat vermişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, polis əməkdaşlarının yolun kənarında toplaşdığını görüb nə kimi hadisə baş verdiyi ona maraqlı gəldiyi üçün avtomobilini onların yanında saxlamışdır. Polis əməkdaşı onu hal şahidi kimi dəvət etdikdən sonra o, hadisə yerinə yaxınlaşanda görmüşdür ki, orada ondan başqa bir nəfər də yaşlı şəxs olan hal şahidi var, lakin o, həmin şahidi tanımır. Dəmir detallar kisədən başqa avtomobilin yük yerində də olmuşdur. Hadisə yerində polis əməkdaşı kisəni, avtomobilin yük yerini açaraq ona dəmir detalları nümayiş etdirmiş, lakin həmin detallar kisədən, yük yerindən çıxararaq ona bir-bir təqdim edilməmişdir. O, hadisə yerində baxış zamanı foto-videoçəkiliş edildiyini görməmişdir. Hadisə yerində o, hansısa sənədə imza etmiş, həmin sənədin nə barədə olduğunu bilməmiş və oxumadan imza etmiş, daha sonra polis bölməsinə də gedərək protokola imza etmişdir. Hadisə vaxtı onun üzərində mobil telefon olmamış, həmin vaxt mobil telefonunu yaşadığı evdə saxlamışdır. O, digər hal şahidi Şahid4, polis əməkdaşı Şahid3, ümumiyyətlə, orada olan polis əməkdaşlarının heç birini tanımır. O, birinci dəfədir ki, hal şahidi kimi iştirak etmişdir. O, məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan ifadəsini təsdiq edir, həmin ifadəni verərkən o, oğurlanmış dəmir detalların sayını bilmiş, hazırda isə xatırlamır. Bundan başqa, o, hadisə yerində sənədi imzalayarkən həmin sənədin hadisə yerinə baxış protokolu olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, o, taksi fəaliyyətilə məşğul olur. 26 fevral 2022-ci il tarixdə o, Xaçmaz rayonu, Yalama kəndinə müştəri aparıb geri qayıdarkən Ləcət kəndi ərazisində yerləşən avtomobil yolunun kənarında, dəmir yolu xətləri istiqamətində polis avtomobilinin və yanında Qaz 310 markalı avtomobilin durduğunu, həmin yerdə bir neçə şəxsin olduğunu görmüş və avtomobili saxlamış, bu vaxt polis əməkdaşlarından biri ona yaxınlaşmış, həmin yerdə baş vermiş oğurluq hadisəsi ilə bağlı keçirilən baxışda iştirak etməyini ona təklif etmiş, buna görə də o, etiraz etmədən baxışda iştirak etmişdir. Həmin yerdə ağ rəngdə olan Qaz 3110 markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilmiş, avtomobilin yük yerində dəmir yolu xətlərinə aid müxtəlif tipli detalların olması müşahidə edilmişdir. Baxış zamanı Əli adlı təhqiqatçı avtomobilin yük yerində 36 ədəd rels altlığı, 28 ədəd yol mıxı, 23 ədəd bolt, 43 ədəd qayka, 21 ədəd şayba və 10 ədəd sıxıcı boltu sayaraq avtomobilin yük yerini bağlamışdır. Bu vaxt oğurluğa cəhd edən Ravil və Aydəmir adlı şəxslər avtomobilin yük yerində olan detalları Ləcət kəndi ərazisində yerləşən dəmir yolu xətlərindən və xətlərin yanından gizli yığaraq götürdüklərini bildirmişlər. Baxış bitdikdən sonra o, digər iştiraklar kimi tərtib edilmiş protokolu öz imzası ilə təstiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Kiçibəyoviçin ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz st. XPŞ-nin Yalama st. XPM-nın polis nəfəridir. 26 yanvar 2022-ci il tarixdə xidmətdə olduğu zaman xidməti ərazinin yoxlanılması üçün Yalama st. XPB-nin Xudat st. XPM-nin polis nəfəri, polis serjantı Şahid1la xidməti ərazilərini gəzərkən saat 23 radələrində Xudat-Ləcət dəmir yolu xətlərinin Yalama stansiyası istiqamətində iki nəfər şəxsin dəmir yolu xətlərinə aid detalları dəmir yolu xətləri ərazisindən kisəyə yığdıqlarını görmüşlər. Buna görə də onlar həmin şəxslərə yaxınlaşıb orada nə etdiklərini soruşmuşlar. Bu vaxt həmin şəxslər onları görüb hərəkətlərini dayandırmışlar. Bundan sonra iki nəfər şəxsin dəmir yolu xətlərindən detalları qanunsuz gizlin götürdükləri onlara məlum olmuş, həmin şəxslərin idarə etdikləri Qaz-3110 markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqda iki nəfər şəxslə üçüncü şəxsin də olması və həmin şəxsin avtomobildə olduğunu görmüşlər. Bu vaxt şəxslərdən birinin əlində olan kisə Qaz 3110 markalı avtomobilin yük yerinə qoyulmuş, yük yerinin qapısı bağlanmışdır. Bu səbəbdən də onlar dərhal rəhbərliyə bu barədə məlumat verib aşkar olunmuş şəxsləri Yalama st. XPB-nə dəvət etmişlər. Bölmədə oğurluq edən şəxslərin Qusar rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və avtomobildə olan şəxsin X5 olması məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X2 ifadəsindən müəyyən edilir ki, 26 fevral 2022-ci il tarixdə o, atası ilə bibisi oğlu Ravilin evinə Qusar rayonu, Həzrə kəndinə getmiş, həmin günü atası və bibisi oğlu Ravil onların həyətdən bir qədər metal yığaraq Xaçmaz rayonu, Xudat şəhərində yerləşən metal qəbulu məntəqələrindən birinə təhvil vermək üçün getmək qərarına gəlmişlər. Buna görə də bir qədər metal yığdıqdan sonra onlar Ravilə məxsus Qaz 3110 markalı avtomobil ilə yola düşərək Xudat şəhərinə getmişlər. Xudat şəhərinə çatmamış atası avtomobildə yer tutmaması üçün özünə məxsus metal axtaran aparatı Ləcət kəndi ərazisində yolun kənarına qoymuş, qayıdan baş həmin aparatı götürəcəyini demişdir. Xudat şəhərinə çatıb metalları təhvil verdikdən sonra onlar geri qayıtmaq istərkən Ravilin avtomobilində nasazlıq yaranmış və o, avtomobilini Xudat şəhərində yerləşən təmirxanaya aparmışdır. Bu səbəbdən də onlar Xudat şəhərindən bir qədər gec çıxmışlar. Xaçmaz rayonu, Ləcət kəndinə çatdıqda atası və bibisi oğlu Ravil avtomobildən düşmüş, lakin nə etdiklərindən xəbərləri olmamışdır. Həmin vaxt avtomobilin yük hissəsinə atası və Ravil nəsə qoymuş, bir qədər sonra bayırdan kiminsə səsi gəlmiş və o, avtomobildən bayıra çıxdıqda iki nəfər polis əməkdaşlarının atası və Ravilə yaxınlaşmalarını görmüşdür. Sonradan həmin polis əməkdaşları onları bölməyə dəvət edərək bölmədə onları döymüşlər. İş materiallarında olan “Hadisə yerinə baxış aparılması haqqında” 27 fevral 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonu ərazisində yerləşən Xudat-Ləcət mənzilinin Ləcət kəndi ərazisində yerləşən 2468-ci kilometr mənzilinin 7-ci piketidir. Baxışda iştirak edən Qusar rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı səmimi etiraf edərək bildirmişlər ki, pula ehtiyacları olduğu üçün satmaq məqsədilə dəmir yoluna məxsus bolt, qayka, şayba və rels altlıqlarını dəmir yolu xətlərindən gizli yığaraq bir qismini Ravilin idarə etdiyi “QAZ 3110” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə, bir qismini isə Aydəmirin əlində olan kisəyə yığaraq oğurlamağa cəhd etmişlər. Baxış zamanı “QAZ 3110” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində kisədə olanlarla birlikdə 36 ədəd rels altlığı, 28 ədəd yol mıxı, 23 ədəd bolt, 43 ədəd qayka, 21 ədəd şayba və 10 ədəd sıxıcı boltu detalları hadisə yerindən maddi sübut kimi götürülmüşdür. Protokol iştirakçıların, həmçinin təqsirləndirilən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan “Əşyaya baxış keçirilməsi haqqında” 27 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin inzibati binasının həyətində (qarşısında) iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da iştirakı ilə sonuncuların oğurlamağa cəhd etdikləri dəmir yoluna məxsus 36 ədəd rels altlığı, 28 ədəd yol mıxına, 23 ədəd bolt, 43 ədəd qayka, 21 ədəd şayba və 10 ədəd sıxıcı boltuna baxış keçirilmişdir. Protokol iştirakçıların, həmçinin təqsirləndirilən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" QSC-nin 05 mart 2022-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26 fevral 2022-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu, Ləcət kəndində yerləşən Ləcət-Xudat mənzilinin 2468-ci kilometrliyinin 7-ci piketindən hər birinin qiyməti 07 manat 02 qəpik olan 11 ədəd yarım-yararlı D-65 altlığı, hər birinin qiyməti 08 manat 18 qəpik olan 08 ədəd yarım-yararlı KB- 65 altlığı, hər birinin qiyməti 0.82 qəpik olan 23 ədəd yarım-yararlı özül boltlarını, hər birinin qiyməti 0.12 qəpik olan 21 ədəd yarım-yararlı şaybanı, hər birinin qiyməti 0.61 qəpik olan 10 ədəd yarım-yararlı sıxac boltunu, o cümlədən hər birinin qiyməti 01 manat 58 qəpik olan 05 ədəd yararsız D-43 altlığı, hər birinin qiyməti 01 manat 86 qəpik olan 08 ədəd yararsız B-50 altlığı, hər birinin qiyməti 02 manat 30 qəpik olan 04 ədəd yararsız D-65 altlığı, hər birinin qiyməti 0.12 qəpik olan 28 ədəd yararsız yol mıxını, hər birinin qiyməti 0.04 qəpik olan 43 ədəd yararsız qaykanı oğurluq əməlləri nəticəsində ümumilikdə 207 manat 20 qəpik məbləğində ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 9/1847 nömrəli ekspert rəyindən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən ekspertiza təyini haqqında qərarda göstərilən malların 2022-ci ilin fevral ayına orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 207,20 manat müəyyən edilir. İş materiallarında olan, müdafiəçinin vəsatəti əsasında məhkəmənin 06 fevral 2023cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli 9/1543 saylı əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən qeyd edilən malların halhazırkı tarixə orta bazar qiymətilə ümumi dəyəri təxminən 207,20 manat müəyyən edilir. Həmin malların yararlılıq vəziyyəti (tam yararlı, yarımyararlı, yararsız və digər) məhkəməəmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından tədqiqat aparılmadı. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan və 01 avqust 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26 fevral 2022-ci il tarixdə oğurlamağa cəhd etdikləri 11 ədəd yarım-yararlı D-65 altlığı, 08 ədəd yarım-yararlı KB- 65 altlığı, 23 ədəd yarım-yararlı özül boltları, 21 ədəd yarımyararlı şayba, 10 ədəd yarım-yararlı sıxac boltu, 05 ədəd yararsız D-43 altlığı, 08 ədəd yararsız B-50 altlığı, 04 ədəd yararsız D-65 altlığı, 28 ədəd yararsız yol mıxı, 43 ədəd yararsız qayka iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadələrində dəmir yoluna məxsus cəmi üç ədəd dəmir detal oğurlamaları, polis bölməsində fiziki təzyiqə (döyülmələrini) məruz qalmaları, Təqsirləndirilən şəxs2 həmçinin latın qrafikalı Azərbaycan dilində oxuya bilməməsi barədə bildirdikləri xüsusatlara tənqidi yanaşaraq, bu halı onların özlərini müdafiə xarakteri daşıdığı, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığı qənaətinə gəlir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, kiril qrafikalı Azərbaycan dilində, diyircəkli qələmlə tərtib etdiyi ərizədən, Qusar rayonu Yasab kənd tam orta məktəbin arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 kiril əlifbası ilə Azərbaycan dilində təhsil almışdır. Ərizəsində göstərmişdir ki, o, Azərbaycan dilində təhsil almış, tərcüməçiyə ehtiyacı yoxdur, kiril qrafikalı Azərbaycan dilində yaza bilir, latın qrafikalı Azərbaycan dilində oxuya bilir. İş materiallarından, həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 latın qrafikalı Azərbaycan dilində yaza və oxuya bilir. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli izahatlarından müəyyən olunur ki, onlar ilkin izahatlarında cinayət əməllərini etiraf edərək, ittihamda göstərilən sayda və adda, dəmir yoluna məxsus dəmir detalları oğurlamağa cəhd etdiklərini göstərmişlər. Bundan başqa, iş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə ibtidai istintaq orqanında verdikləri ifadələrindən müəyyən olunur ki, onlar dəmir yoluna məxsus cəmi 03 ədəd (Təqsirləndirilən şəxs1), 10 ədəd (Təqsirləndirilən şəxs2) dəmir detalı oğurlamağa cəhd etdiklərini bildirmişlər. Bundan başqa, iş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1la Şahid1, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2la Şahid1 arasında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokollarından və üzləşdirmənin videoçəkilişinin köçürüldüyü 02 ədəd CD diskdən müəyyən edilir ki, həmin tarixdə Xaçmaz st. XPŞ-nin inzibati binasında təqsirləndirilən şəxslər (müvafiq olaraq müdafiəçiləri Müdafiəçi1 və Hacıbala Məlikovun iştirakı ilə) ayrı-ayrılıqda Şahid1la üzləşdirilmişlər, Təqsirləndirilən şəxs1 dəmir yoluna məxsus 03 ədəd detalı, Təqsirləndirilən şəxs2 isə 10 ədəd dəmir detalı oğurlamağa cəhd etdiklərini bildirmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən, ona verilmiş suallara cavablardan görünür ki, o, dəmir yoluna məxsus cəmi 03 ədəd dəmir detalı oğurlamağa cəhd etdiklərini bildirmişdir. İş materiallarında olan ifadələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsini xx.xx.2022-ci il tarixdə olmaqla müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs2 ifadəsini xx.xx.2022-ci il tarixdə olmaqla müdafiəçisi Hacıbala Məlikovun iştirakı ilə vermişlər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi protokolundan, əşyaya baxış keçirilməsi protokolundan və fotoşəkillərdən, şahidlərin ifadələrindən, zərərçəkmiş şəxsin arayışından və ekspert rəyindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə dəmir yoluna məxsus olmaqla oğurlamağa cəhd etdikləri əmlak 11 ədəd yarım-yararlı D-65 altlığı, 08 ədəd yarım-yararlı KB- 65 altlığı, 23 ədəd yarım-yararlı özül boltları, 21 ədəd yarımyararlı şayba, 10 ədəd yarım-yararlı sıxac boltu, 05 ədəd yararsız D-43 altlığı, 08 ədəd yararsız B-50 altlığı, 04 ədəd yararsız D-65 altlığı, 28 ədəd yararsız yol mıxı, 43 ədəd yararsız qaykadan ibarət olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edilir ki, Xaçmaz Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Xanəmir oğlunun və X2 Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin əməkdaşları tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalmaları faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan, müdafiəçinin vəsatəti əsasında məhkəmənin 01 noyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 1210 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən müəyyən edilir ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci, 2-ci, 5-ci, 7-ci, 8-ci və 9-cu suallara cavab: Təqsirləndirilən şəxs1 Yüngül kəmağıllıq (orta debillik dərəcəsində oliqofreniya) formasında kəmağıllıq müəyyən edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 müəyyən edilən kəmağıllılıq o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın, yəni törətdiyi əməlinə görə anlaqlı hesab edilməldir. 3-cü, 4-cü və 6-cı suallara cavab: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 aşkar edilən Yüngül kəmağıllıq (orta debillik dərəcəsində oliqofreniya) diaqnozlu əqli geriliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə prossesual fəaliyyət qabiliyyətli hesab edilir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə həmin Məcəllənin 177.2.3-2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Ali Məhkəmənin qeyd olunan qərarının 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın təsdiqlənmiş kserosurətindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2014 və xx.xx.2016) İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Qusar rayon İHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində biri azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2008, xx.xx.2013, xx.xx.2015, xx.xx.2017) İş materiallarına əlavə edilmiş, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə “elektron məhkəmə” sistemi vasitəsilə təqdim edilmiş ərizədən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladığı dəmir yoluna məxsus əmlaklar zərərçəkmiş şəxsə əvvəlki vəziyyətində qaytarılmış, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını, təqsirləndirilən şəxsin səhhətini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində biri azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs1 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi halını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinin (29,177.2.1 və 29,177.2.3-2) sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qusar Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi halını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinin (29,177.2.1 və 29,177.2.3-2) sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qusar Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş ərizədən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamağa cəhd etdikləri dəmir yoluna məxsus əmlaklar zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılmışdır. Odur ki, iş üzrə maddi sübut olan, Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılmış 11 ədəd yarım-yararlı D-65 altlığının, 08 ədəd yarım-yararlı KB- 65 altlığı, 23 ədəd yarım-yararlı özül boltları, 21 ədəd yarım-yararlı şayba, 10 ədəd yarımyararlı sıxac boltu, 05 ədəd yararsız D-43 altlığı, 08 ədəd yararsız B-50 altlığı, 04 ədəd yararsız D-65 altlığı, 28 ədəd yararsız yol mıxı, 43 ədəd yararsız qaykanın zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qusar Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qusar Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut olan, Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılmış 11 ədəd yarım-yararlı D-65 altlığının, 08 ədəd yarım-yararlı KB- 65 altlığı, 23 ədəd yarım-yararlı özül boltları, 21 ədəd yarım-yararlı şayba, 10 ədəd yarım-yararlı sıxac boltu, 05 ədəd yararsız D-43 altlığı, 08 ədəd yararsız B-50 altlığı, 04 ədəd yararsız D-65 altlığı, 28 ədəd yararsız yol mıxı, 43 ədəd yararsız qaykanın zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Qusar Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-7/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-7/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver