Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-7/2025 28.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx xxxxxx 1962-ci ildə Xaçmaz rayonu, Köhnə-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Xaçmaz rayonu, Seyidlər kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına verilmə” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs2 və xx xxxxxxxx 1994-cü ildə Xaçmaz rayonu, Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Seyidlər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına verilmə” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 30 iyul 2022ci il tarixdə saat 20 radələrində yaşadığı Xaçmaz rayonu, Seyidlər kəndində yerləşən evin qarşısında olan küçədə qonşusu Zərərçəkmiş şəxs3 dayanıb mobil telefondan istifadə etməsini görüb sonuncunu ağır söyüşlərlə təhqir edib oradan qovması ilə əlaqədar sonradan məsələyə aydınlıq gətirmək üçün oraya gəlmiş Zərərçəkmiş şəxs3 və sonuncunun atası Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək əvvəlcə Zərərçəkmiş şəxs3, daha sonra Zərərçəkmiş şəxs2 əynində olan köynəyin yaxasından tutub dartmaqla xuliqanlıq etmiş, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Bundan başqa o, təkrar, 30 iyul 2022-ci il tarixdə, saat 20:30 radələrində oğlu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Seyidlər kəndində olan evin qarşısında olan küçəyə gedərək bir müddət əvvəl öz yaşadığı evin qarşısında olan küçədə Zərərçəkmiş şəxs2 və sonuncunun oğlu Zərərçəkmiş şəxs3 ilə mübahisə etməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında olan küçədə və yaşadığı evin həyətində yumruqla Zərərçəkmiş şəxs1 yaxın qohumlarının, yəni əri Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs3 gözü qarşısında qəsdən vurub, onlara ağrı və iztirab yetirdiyini dərk edib, bunları arzulayaraq Zərərçəkmiş şəxs1 sol göz orbiti ətrafında qançır- hematoma, sol süd vəzi üzərində və sol bazu nahiyəsində qançır ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, həmçinin həmin qanunsuz hərəkətlərin davamı kimi bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 da öz növbəsində yumruqla Zərərçəkmiş şəxs3 qəsdən vuraraq sonuncuya baş və üz nahiyələrinin əzilmələri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi, daha sonra onları ayırmaqla ictimai borcunu yerinə yetirmək istəyən Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs1 qəsdən itələyib yerə yıxmaqla Zərərçəkmiş şəxs2 sol dirsəkdə sıyrıq ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi nəticəsində təkrar, bir qrup şəxs halında, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmiş, yəni təkrar, bir qrup şəxs halında, ictimai qaydanın qorunmasi üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 30 iyul 2022-ci il tarixdə, saat 20:30 radələrində atası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Seyidlər kəndində olan evin qarşısında olan küçəyə gedərək bir müddət əvvəl öz yaşadıqları evin qarşısında olan küçəyə gələn Zərərçəkmiş şəxs2 və sonuncunun oğlu Zərərçəkmiş şəxs3 atası Təqsirləndirilən şəxs2la mübahisə etmələrini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs3 yaxın qohumlarının, yəni atası Zərərçəkmiş şəxs2 və anası Zərərçəkmiş şəxs1nm gözü qarşısında qəsdən vurub, onlara ağrı və iztirab yetirdiyini dərk edib, bunları arzulayaraq Zərərçəkmiş şəxs3 baş və üz nahiyələrinin əzilmələri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, daha sonra onları ayırmaqla ictimai borcunu yerinə yetirmək istəyən Zərərçəkmiş şəxs2 arvadının və oğlunun gözləri qarşısında vurub itələyib yerə yıxmaqla sonuncuya sol dirsəkdə sıyrıq ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, həmçinin həmin qanunsuz hərəkətlərin gedişatmda bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 da öz növbəsində yumruqla Zərərçəkmiş şəxs1 qəsdən vurub sonuncuya sol göz orbiti ətrafında qançır- hematoma, sol süd vəzi üzərində və sol bazu nahiyəsində qançır ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi nəticəsində bir qrup şəxs halında, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmiş, yəni bir qrup şəxs halında, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Zərərçəkmiş şəxs2 və ailəsi onunla eyni kənddə yaşayır və onlarla münasibəti normal olmuşdur. 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində o, velosipedlə Xudat şəhərindən yaşadığı evə gələndə həyət qapısının qarşısında qonşuluqda yaşayan Talehin, qonşusu Turalın yaşadığı evə çəkilmiş internetdən istifadə etdiyini, həmçinin kiminləsə telefonla danışaraq söyüş söydüyünü və Talehin yanında həmkəndlisi İlhamın oğlu İftixarın olduğunu görüb sonuncunların üstünə acıqlanmışdır ki, öz evlərinin qarşısına getsinlər. Taleh və İlham ona heçnə deməyərək çıxıb getmişlər. Qonşuluqda yaşayan Turalın onun səsinə küçəyə çıxdığını görüb sonuncuya kənardan gələn cavanları evinin qarşısında dayanaraq internetdən istifadə etmələrinə niyə göz yumduğunu irad bildirmişdir. Bir neçə dəqiqədən sonra Talehlə atası Heydərin ona tərəf gəldiklərini görmüşdür. Taleh və atası Heydər ona yaxınlaşanda Taleh onu yumruqla vurmuş, Heydər əlindəki daşla başının arxasına vurmuş və bundan sonra onun bədəninin müxtəlif yerlərinə yumruqla vuraraq döyməyə başlamışlar. Həmin vaxt başı mişar daşından olan hasara dəymişdir. Taleh və Heydərin belə hərəkət etmələrini görən Tural yaşadığı evə getmişdir. Onların səs- küyünə oraya gələn Elçin və X6 ayırmışlar. Heydər və oğlu Taleh ondan bir qədər aralandıqdan sonra yerdən daş götürərək ona tərəf atmağa başlamışlar. Bundan sonra Heydərlə Taleh sakitləşərək yaşadıqları evə getmişlər. Təxminən 30 dəqiqədən sonra oğlunun qabağına çıxmışdır. Oğlu ilə birlikdə iri buynuzlu heyvanlarını evə gətirəndə Heydər və oğlu Taleh qəfil yaşadıqları evin həyətindən çıxaraq onun üstünə gəlmişlər və Heydər yumruqla başından vurmuş, zərbədən o, su arxına yıxılaraq huşunu itirmişdir. O, ayılanda özünün evində olduğunu görmüşdür. Taleh küçədə onun yaşadığı evin həyət qapısının qarşısında dayanaraq qonşusunun internetindən istifadə etdiyinə, həmçinin kiminləsə danışaraq söyüş söydüyünə görə o, Talehə oradan çıxıb getməsini demiş, bundan sonra Taleh öz yaşadığı evə getmiş və bir neçə dəqiqə sonra atası Heydərlə birlikdə yanma gələrək küçədə qaz borusunun üstündə oturduğu zaman onu döymüşlər. Həmin vaxt orada qonşuluqda yaşayan Tural olmuşdur və sonradan səs-küyə Turalın atası Elçin və digər qonşu Elşən də gəlib Heydərlə Talehi ondan ayırmışlar. Həmin proses təxminən 15-20 dəqiqə davam etmişdir. İkinci dəfə Heydər və oğlu Taleh tərəfindən döyülməsi sonuncuların yaşadıqları evin həyət qapısının qarşısında küçədə olmuşdur. Heydərin onun başından vurduğu yumruqdan sonra o, yerə yıxılaraq huşunu itirmiş və bundan sonra nə baş verməsindən xəbəri olmamışdır. O, döyülən zaman başından, sol gözünün altından və bədəninin müxətəlif yerlərindən xəsarət almışdır. O aldığı xəsarətlərlə bağlı özünü yaxşı hiss etməmiş və bu günə kimi bədəninin müxtəlif yerlərində ağrıları vardır. O və ailə üzvlərindən hər hansı biri Heydəri və Günayı vrmamışlar və döyməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onunla eyni kənddə yaşamaqla, onun yaşadığı evdən təxminən 100-150 metr aralı məsafədə yerləşən özlərinə məxsus evdə yaşayırlar. 30 iyul 2022-ci il tarixdə o, özlərinə məxsus olan iri buynuzlu heyvanları Xaçmaz rayonu, Seyidlər kəndi ərazisində olan boş sahədə otarmağa aparmışdır. 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində o, bacısı Rəbiyyəyə zəng edərək demişdir ki, atası Təqsirləndirilən şəxs2 ona kömək etməsi üçün onun yanma göndərsin. Bacısı Rəbiyyə də ona demişdir ki, atası həmkəndliləri Heydərlə oğlu Taleh tərəfindən döymüşdür, ona görə də atasının gəlməyə halı yoxdur. O, da bacıma demişdir ki, eybi yoxdur, bir təhər atası ona kömək etmək üçün gəlsin. O, bacısı ilə danışdıqdan sonra, atasının gəlməsini gözləməyib heyvanları yaşadığı evə tərəf aparmağa başlamışdır. Onun yaşadığım evə gedən yol, Heydər və Talehin yaşadıqları evin qarşısından keçmişdir. O, heyvanları yaşadığı tərəf evə aparan zaman, Heydər və Talehin yaşadıqları evə təxminən 50 metr məsafə qalmış, atası onun yanma gəlmişdir. Atası onun yanma gələn zaman o görmüşdür ki, atasının sol gözünün altı qaralmışdır, başının isə arxa nahiyəsində şişkinlik vardır. O, atasından gözünün altındakı və başındakı xəsarətləri kim yetirdiyini soruşduqda, atası heç bir cavab verməmiş, çünki atasının həmin vaxt vəziyyəti yaxşı olmamışdır. O da bundan sonra özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edib həmkənliləri Heydər və sonuncunun oğlu Talehin atasını küçədə, yaşadıqları evin qarşısında döydüklərini demişdir. O, telefonla danışa danışa atası ilə heyvanları yaşadıqları evə tərəf apararkən Heydər və Talehin yaşadığı evin həyət qapısının qarşısında olan zaman, Heydər qəfildən yaşadığı evin həyətindən çıxıb, əli ilə atasının sifət-nahiyəsindən bir dəfə vuran kimi, atası yerə yıxılmış, ardınca Heydər dayanmayaraq atasının üzərinə gedib, yerdə uzanıqlı vəziyyətdə olan atasını əlləri ilə baş və bədən nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Bu zaman Taleh də yaşadığı evin həyətindən çıxıb, huşunu itirmiş vəziyyətdə yerdə uzanıqlı vəziyyətdə olan Ehtibarı təpiklə baş və bədən nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Həmin vaxt o, əvvəlcə Heydəri atasından aralamağa çalışmış, daha sonra isə Taleh də gəldiyindən o, Taleh və Heydərin hansını atasından ayıracağını bilməmişdir. Həmin vaxt orada dava-dalaş olan zaman səs-küyə Heydərin arvadı, həmçinin onun anası və bacısı da küçəyə çıxmışlar. O, dava-dalaş zamanı küçədə uca səslə qışqırıb su gətirmələrini demişdir. Çünki, atasının həmin vaxt huşu özündə olmamış və o çox qorxmuşdur. Onun səsinə anası su gətirəndə, Heydərlə Taleh atasını vurmaqlarını dayandırmışlar. Anası onun yanma su gətirdikdən sonra, o, atasını sol çiyni üstə yerə uzadıb anasının gətirdiyi suyu atasının baş nahiyəsinə tökmüşdür. Başına su töksə də atası özünə gəlməmişdir. O, atasını yerdən qaldırıb sinə nahiyəsindən tutub qucaqlayaraq yaşadıqları evə tərəf aparmışdır. O, atasını aparan zaman Heydərin arvadı Günay yaşadığı evdən küçəyə çıxaraq onu və atasını şərləyərək tutduracağını bildirmişdir. O, atasını evə apardıqdan sonra, yenidən 102 xidmətinə zəng edib olanlar barəsində bildirmişdir. Bir neçə dəqiqə sonra yaşadığı evə polis əməkdaşları gəlmişlər və şikayətinin olması barədə ərizə yazmışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Xaçmaz rayonu, Seyidlər kəndində, Zərərçəkmiş şəxs2 yaşadığı evin həyət qapısının qarşısında atanızla Heydər və oğlu arasında düşən dava-dalaş təxminən 10 dəqiqə ərzində davam etmişdir, oraya səs-küyə onun anası Şahid4, bacısı Rəbiyyə, həmçinin Heydərin arvadı Günay gəlmişdir. Dava-dalaş zamanı atasını Heydər və oğlu Taleh əlləri və ayaqları ilə vurmuşlar. Ancaq atası Ehtibar Taleh və Heydəri vurmamışdır. Həmin vaxt dava- dalaş zamanı Heydər və Taleh onu vurmamışdırlar, nə də ki o, heç kimi vurmamışdır. O, sadəcə Heydər və Talehi atasından aralaşdırmışdır. Həmin gün nə o, nə də ki atası Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə daxil olmamışlar. Hadisəni anası, bacısı, qonşu Tural və onuncunun atası Elçin, digər qonşusu Saimat və Saimatın ailə üzvləri görmüşlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailəsi birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Zərərçəkmiş şəxs2 ilə evlidir, bir övladı vardır. Seyidlər kəndində onlarla qonşu evdə, həmkəndlisi X8 yaşayır. Ehtibar həmin evdə arvadı Rəna və oğlu Zəki ilə birlikdə yaşayır. Ehtibarı hamı kənddə tərbiyəsiz biri kimi tanıdıqları üçün hamı Ehtibardan aralı gəzir. Ehtibarla əvvəllər bir neçə dəfə aralarında söz-söhbət olmuş, ancaq həmkəndli və qonşu olduqlarından Ehtibarla küsülü qalmamışlar, ancaq aralarında pərdə saxlamışlar. 30 iyul 2022-ci il tarixdə axşam saat 19 radələrində əri Zərərçəkmiş şəxs2 işdən yaşadığı evə gəlib hamamda çimib çıxdıqdan sonra saat 20 radələrində oğlu Zərərçəkmiş şəxs3 atası Heydərin yanma gəlib demişdir ki, o, qonşumuz Turalgilin evinin yanında dayanıb sonuncunun evinin internet şəbəkəsinə qoşulub internetdən istifadə edəndə, Ehtibar yaşadığı evdən çıxıb Talehi, həmin yerdən söyərək qovmuş və həmin vaxt Ehtibar Talehin və onun ünvanına nalayiq söyüşlər söymüşdür. Ehtibarm yaşadığı evlə Turalın yaşadığı ev qarşı-qarşıyadır. Ehtibarm Talehi və onu söyməsi əri Heydəri əsəbiləşdirdiyi üçün Eleydər oğlu Talehlə birlikdə yaşadığı evdən küçəyə çıxmışlar. Həmin vaxt o da Taleh və Heydərin arxası ilə küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra Taleh və Heydər Ehtibarm yaşadığı evin qarşsma getmişlər. Həmin vaxt Ehtibarla qonşu Tural, Ehtibarm yaşadığı evin həyət qapısının qarşısında olan qaz borusunun üstündə oturub söhbət etmişlər. Taleh Ehtibara yaxınlaşıb demişdir ki, “sən kimsənki mənə elə söyüşlər söyürdün, sənə kim haqq verib ki, mənim anamın və mənim ünvanıma nalayiq ifadələr işlədəsən”, bu zaman Taleh Ehtibarm üstünə gedib əynində paltarın yaxasından tutub dartmışdır. Həmin vaxt Ehtibar yenə də uca səslə söyüşlər söymüşdür. Bu zaman Heydər əli ilə Talehi arxaya itələyib özü Ehtibarm əynində olan paltarın yaxasından tutub dartaraq uca səslə ona söyüş söyməməsini, yoxsa pis olacağını demişdir. Ehtibar isə heç nəyə məhəl qoymadan qışqıraraq söyüşlər söyməyə davam etmişdir. Ehtibarm söyüş ifadələri demək olar ki, bütün qonşular tərəfindən eşidilmişdir. Heydər Talehi arxaya itələyəndə, o da Talehə yaxınlaşıb demişdir ki, yaşadıqları evə getsin. Bu zaman səs-küyə qonşuları Elşən gəlmiş və Elşən Talehə yaxınlaşıb qolundan tutaraq dava-dalaşa qarışmamasmı, böyüklərin məsələni özlərinin həll edəcəyini demişdir. Bundan sonra Elşən Talehin qolundan tutaraq Talehi yaşadığı evə tərəf aparmışdır. Həmin vaxt Ehtibarla Heydər bir-birilərinin paltarının yaxasından tutub dartaraq mübahisə etmişlər. Ehtibarla Heydər ikisi də bir-birlərinin əyinlərində olan paltarın yaxasından tutub çəkişdirərək bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Ehtibarm qışqıraraq nalayiq ifadələr işlətməsini görən Heydər əsəbiləşərək o da Ehtibarm ünvanına qışqıraraq nalayiq ifadələr işlətmişdir. Bu zaman orada qonşusu Tural da olmuşdur. Turalın yanında qardaşının körpə uşağı da olmuşdur. Tural uşaq arabasında olan uşağı kənara qoyub tez gəlib Heydər və Ehtibarı ayırmağa başlamışdır. O da tez qaçaraq Heydərlə Ehtibarı ayırmağa cəhd etmişdir. Onlar, yəni o, Turalın köməkliyi ilə Heydər və Ehtibarı bir-birindən ayırmaq istəsə də, onların dava-dalaş səsindən uşaq qorxub ağladığından Tural uşağı da götürüb yaşadığı evin həyətinə girmişdir. Daha sonra o da Heydərlə Ehtibarm dalaşdıqlarını görüb qışqırmağa başlamışdır. Onların səs-küyünə qonşuları Saimat və Ehtibarm arvadı ilə qızı da küçəyə çıxmışlar. Qonşuların küçəyə çıxdıqlarını görəndən sonra, Heydərlə Ehtibar bir-birindən ayrılmışlar. Ayrıldıqdan sonra Ehtibar özü yeriyərək arvadı və qızı ilə öz yaşadığı evə tərəf, onunla Heydər də öz yaşadıqları evə tərəf gəlməyə başlamışlar. Həmin vaxt Ehtibar yenə də qışqıraraq onların ünvanına nalayiq ifadələr işlətmişdir deyə, Heydər də Ehtibarm ünvanına nalayiq ifadələr, yəni söyüş ifadələri işlətmişdir. Bunu ətrafda olan qonşular da eşitmişlər, ancaq buna məhəl oymadan söyüşlər söyülmüşdür. Orada mübahisə zamanı Heydər və Ehtibar bir- birilərinin əyinlərində olan paltarın yaxasından tutub çəkişdirib söyüşlər söysələr də, onlar bir-birilərini vurmamışlar. Həmin vaxt nə onun əri Heydərdə, nə də ki, Ehtibarın xarici görkəmində xəsarət izləri olmamışdır. Heydərin Ehtibarı vurmamasını qonşuları Tural da görmüşdür. Heydərlə Ehtibar bir-birindən ayrıldıqdan sonra səs-küyə qonşuları Turalın atası Elçin də çıxmışdır. Beləliklə onlar yaşadıqları evə tərəf getmişlər və evə qalxmışlar. Onların yaşadıqları ev iki mərtəbəli ev olduğuna görə, evin ikinci mərtəbəsində olan eyvandan küçə rahatlıqla görünür. Belə ki, həmin eyvanla küçənin arasında təxminən 6-7 metr məsafə olmuşdur. Yay aylarında onlar, həmin eyvana masa və oturacaq qoyub orada oturmuşlar. Onlar, evə qalxdıqdan sonra o, eyvana çıxıb çayı qızdırmağa qoyan zaman, Heydər də eyvanda dayanıb siqaret çəkmişdir. Bundan təxminən 15 dəqiqə sonra görmüşlər ki, Ehtibarın oğlu Zəki küçə ilə gələrək özlərinə məxsus heyvanları yaşadığı evə tərəf aparır. Zəkini görən kimi, X13 demişdir ki, “ay Zəki, sənin atan Ehtibar Talehin və mənim arvadımın ünvanına nalayiq söyüşlər söymüşdür, ona görə də atanla aramızda mübahisə olub, get atana denən özünü yığışdırsın, belə hərəkət olmaz”. Bu zaman Zəki onların yaşadıqları evin qarşısında, küçədə dayanıb Heydərə demişdir ki, o atası ilə söhbət edəcəkdir, narahat olmayaq. Bundan sonra Zəki Heydərdən bir ədəd siqaret istəmiş, Heydər də eyvandan Zəkiyə bir ədəd siqaret atmışdır. Siqareti götürdükdən sonra, Zəki yaşadığı evə getmişdir. Ehtibar və Zəkigilin yaşadıqları evin bağ sahəsi ilə onun yaşadığı ev qarşı-qarşıyadır, yəni Ehtibargilin yaşadıqların evin həyətyanı bağ sahələri onun yaşadığı evin qarşısında yerləşir. Belə ki, Ehtibargil yaşadıqları evin həyətində dayanıb söhbət edən zaman, onlar öz yaşadıqları evin həyətində dayanıb Ehtibargilin səsini eşitmişlər. Zəki, yaşadığı evin həyətinə girən kimi, atasına demişdir ki, “ata, bu nə söhbətdir, Heydər dayı məni küçədə saxlayıb deyir ki, sən küçədə Talehi söymüsən”, Ehtibar da Zəkiyə demişdir ki, “Taleh kimdi ki, mənim evimin yaxınlığında dayanır”, bundan sonra Ehtibar Talehin və onun ünvanına yenə də nalayiq ifadələr işlətmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra o, eşitmişdir ki, Zəki yaşadıqları evin həyət qapısının qarşısından əri Zərərçəkmiş şəxs2 çağırır. Onlar, həmin vaxt üçü də evin eyvanında olmuşlar. Əvvəlcə o, onun ardınca da Heydərlə Taleh həyətə düşmüşlər. O, özü birinci küçəyə çıxıb Zəki və Ehtibarı qarşılamaq istəmiş, çünki fıkriləşmişdir ki, Zəki və Ehtibarın qarşsına Heydər və Taleh çıxsa birdən yenə də aralarında dava-dalaş olar, o çıxsın, yəqin ki, onu vurmazlar. O, evdən həyətə düşüb, həyət qapısına yaxınlaşıb qapını açıb həyət qapısının qarşısına çıxan kimi, Ehtibar əli ilə əvvəlcə onun sol qulağının üstündən sillə ilə vurmuşdur. Şillənin təsirindən onun qulağı sanki kar olmuş və qulağına səs gəlməyə başlamışdır. Həmin vaxt ona dəyən şillənin təsirindən o, özünü itirmiş və onu ağlamaq tutmuş, arxaya çevrilib həyətə daxil olmuşdur. Ehtibarın ona sillə vurmasını əri Heydər və oğlu Taleh də görmüşlər. Bundan sonra Ehtibarla Zəki yaşadığı evin həyətinə daxil olmuşlar. Həmin vaxt Ehtibarla Zəkinin yanında Ehtibarın arvadı Rəna və qızı Rəbiyyə də olmuşlar. Heydər orada Ehtibara demişdir ki, “sən niyə mənim arvadımı vurursan, kişisən gəl mənimlə söhbət elə”, bu zaman Ehtibarın yanında olan oğlu Zəki həyətdə Talehin üzərinə hücum edib əli ilə Talehin sağ tərəfdən baş və üz nahiyəsinə yumruq ilə vurub yerə yıxmışdır. Heydər də Zəkinin üzərinə gedib Zəkini Talehdən ayırmaq üçün belindən itələmişdir. Bu zaman onun tək olduğunu görən Ehtibar ona yaxınlaşıb qışqırıb nalayiq söyüşlər söyərək əli ilə əvvəlcə onun sol gözünün altından, daha sonra da, sol qolundan və sol süd vəzinin üzərindən yumruqla vurmuşdur. Onun süd vəzində xərçəng xəstəliyi olduğundan, Ehtibarın ona zərbəsinin təsirindən o, yerə yıxılmışdır. Onun yerə yıxıldığını görən kimi, Heydər Ehtibarın üzərinə hücum edib əli ilə Ehtibarın baş və sifətindən yumruq ilə vurmuş, zərbənin təsirindən Ehtibar müvazinətini itirib yerə yıxılmış və Ehtibarın baş nahiyəsi onlara məxsus tövlənin hasarına dəymişdir. O, yerə yıxılsa da olanları görmüşdür. Yerə yıxıldıqdan sonra o, Ehtibarla Heydərin bir-biri ilə dalaşdıqlarını görüb, eləcə də dava-dalaşın səs- küyündən bir az da qorxaraq qorxudan və sinəmdə olan ağrının təsirindən huşunu itirmişdir. Ancaq buna baxmayaraq olanların səs-küyünü eşitmişdir. Heydər Ehtibarı vurduqdan sonra, Ehtibara demişdir ki, “Günay ölsə cavab verəcəksən”. Onun yerdən qalxa bilmədiyini görən kimi Taleh qaçıb su gətirmiş və onun başına su tökdükdən sonra o, özünə gəlməyə başlamışdır. Bu zaman Heydər Talehə demişdir ki, tez polisə zəng etsin olanlar barədə məlumat versin, polis də gəlib bu vəziyyəti görsün. Taleh DİN-nin 102 xidmətinə zəng etdikdən sonra Zəki də istifadəsində olan mobil telefonla 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra Ehtibar və ailəsi yaşadıqları evin həyətindən çıxıb getmişlər. Daha sonra həmin gecə onlar xəstəxanaya müraciət etmişlər. Yaşadığı evin həyətində olan dava-dalaş təxminən 15-20 dəqiqə ərzində davam etmiş və oraya kənar şəxslər gəlməmişdir.Ancaq əmindir ki, dava-dalaş zamanı qışqırıq səsləri, eləcə də Ehtibar və Zəkinin söyüş səsləri qonşular tərəfindən eşidilmişdir. Birinci dəfə, yəni küçədə mübahisə olan zaman Heydər və Taleh Ehtibar vurmamışlar, küçədə nə Heydər, nə dəki Taleh Ehtibarı vurmamışdır, onlar sadəcə Ehtibara yaxınlaşıb sonuncunun əynində olan paltarın yaxasından tutub dartmışlar, daha sonra onlar Talehi oradan uzaqlaşdırmışlar, Heydərlə Ehtibar ikisi yenə də mübahisə etsələr də onlar bir-birilərini vurmamışlar. Ehtibar onu yaşadı evin həyətində əli ilə vurmuşdur. Həmin vaxt Ehtibar onu vurduğuna görə Heydər də Ehtibarı vurub xəsarət yetirmişdir. Həmin gün mübahisə vaxt ümumiyyətlə Taleh Ehtibarı vurmamış, əksinə yaşadığı evin həyətində Ehtibarın oğlu Zəki Talehi vurub ona xəsarət yetirmişdir. Küçədə birinci dəfə mübahisə olan zaman səs-küyə qonşuluqda yaşayan Elşən, Saimat, Turalın atası Elçin, eləcə də Ehtibarın arvadı Rəna və qızı Rəbiyyə də küçəyə çıxmışlar. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonu, Seyidlər kəndində ailə ilə birlikdə yaşayır. Seyidlər kəndində özünün fərdi yaşayış evi vardır. Həmin evdə o, arvadı Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşayır. Oğlunun 18 yaşı vardır. Onlarla qonşu evdə, həmkəndlisi X8 yaşayır. Təqsirləndirilən şəxs2, həmin evdə arvadı Rəna və oğlu Zəki ilə birlikdə yaşayır. Ehtibarı hamı kənddə tərbiyəsiz biri kimi tanıdıqları üçün hamı ondan aralı gəzmişdir. Ehtibarla əvvəllər bir neçə dəfə aralarında söz-söhbət olmuş, ancaq həmkəndli və qonşu olduqları üçün o, Təqsirləndirilən şəxs2la küsülü qalmamış, ancaq sonuncu ilə aralarında pərdə saxlamışlar. 30 iyul 2022-ci il tarixdə o, gün ərzində işlədikdən sonra axşam saat 19 radələrində işdən yaşadığı evə gəlib hamamda çimib çıxdıqdan sonra saat 20 radələrində oğlu Taleh onun yanma gələrək demişdir ki, o, qonşumuz Turalgilin evinin yanında dayanıb sonuncunun evinin internet şəbəkəsinə qoşulub internetdən istifadə edəndə, Ehtibar yaşadığı evdən çıxıb onu, həmin yerdən söyərək qovmuşdur. Oğlu demişdir ki; Ehtibar onun və arvadı Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söymüşdür. Ehtibarın yaşadığı evlə Turalın yaşadığı ev qarşı-qarşıya yerləşir. Ehtibarın oğlunu və ailəsini söyməsi onu əsəbiləşdirdiyi üçün o, oğlu Talehlə birlikdə yaşadığı evdən küçəyə çıxmış və görmşdür ki, Ehtibar küçədə, qonşuları Turalın evinin həyət qapısının yanında sonuncu ilə birlikdə dayanıb söhbət edirlər. O, :'ğlu Talehlə birlikdə Ehtibarın yanma yaxınlaşıb ona “sən niyə mənim oğluma və -mumiyyətlə ailəmin üvanına nalayiq söyüşlər söyürsən”, deyib Ehtibarın əynində olan T-iltarın yaxasından tutmuş və silkələmiş, bu zaman Ehtibar ona demişdir ki, 'söymüşəm əccəb eləmişəm. Bu sözləri dedikdən sonra Etibar yenə də onların -"•.anma söyüşlər söyməyə davam etmişdir. Həmin vaxt Ehtibar uca səslə qışqıraraq söyüşlər söymüşdür. Ehtibarın söyüş söydüyünü görəndə oğlu Taleh də Ehtibarın '-.mində olan platarm yaxasından tutub dartmış, bu zaman qonşu Tural onları irmağa çalışmışdır. Etibarın sözlərinə görə onların aralarında mübahisə düşmüş və ~ ibahisə zamanı onlar qısa zaman ərzində bir-biriləri ilə əlbəyaxa olmuşlar, yəni birbirilərinin yaxasından tutmuşlar. Orada onları əvvəlcə Tural ayırmış, daha sonra arvadı da səs-küyü eşidib onları ayırmağa gəlmişdir. Arvadı onlara yaxınlaşıb əvvəlcə Talehi oradan uzaqlaşdırmışdır. Tural nə qədər onları ayırmağa çalışsa da, Turalın yanında olan körpə uşaq ağladığı üçün sonuncu, onları ayıra bilməyib uşağı götürüb yaşadığı evə tərəf girmişdir. Aralarında olan mübahisə vaxtı o, orada Etibarı vurmamışdır. Onlar təxminən 10- 15 dəqiqə bir-biriləri mübahisə etmişlər, həmin vaxt Ehtibar onların ünvanına qışqıraraq nalayiq ifadələr işlətmişdir. Aralarında olan mübahisə vaxtı onların səs-küyü digər qonşular tərəfindən eşidilmişdir. Çünki, küçədə onların aralarında olan mübahisə vaxtı qonşuları Saimat, həmçinin Ehtibarm arvadı və qızı, həmçinin digər qonşuları Elşən, eləcə də qonşuları Turalın atası Elçin də yaşadıqları evdən küçəyə çıxmışlar. Mübahisə vaxtı o da Ehtibarm üvanına nalayiq ifadələr işlətmişdir. Aralarında olan mübahisənin səsinə gələn qonşusu Elşən mübahisə vaxtı oğlu Talehi tutub saxlamışdır, bundan sonra arvadı Günay da onlara yaxınlaşıb ayırmağa cəhd etmişdir. Mübahisə zamanı yaşadıqları evin yerləşdiyi küçədə yaşayan digər qonşuların hamısı yaşadıqları evdən küçəyə çıxıb onlara baxdıqlarına görə, eləcə də arvadı Günayın da onları ayırmağa çalışdığını gördüyünə görə o, Ehtibardan ayrılmışdır. Onlar bir-birilərindən ayrıldıqdan sonra yaşadıqları evə tərəf gəlmişlər, həmin vaxt Ehtibar da özü yeriyərək yaşadığı evə tərəf getmişdir. Onlar yaşadıqları evə tərəf gedəndə, bir-birilərinin ünvanına yenə də nalayiq ifadələr işlətmişlər. Beləliklə o, öz ailəsi ilə birgə yaşadığı evə gedib girmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra o və arvadı Günay yaşadıqları evin eyvanında olarkən, Etibarın oğlu Zəkinin küçə ilə özlərinə məxsus heyvanları yaşadığı evə tərəf apardığını görmüşlər. Bu zaman o, Eyvandan qışqıraraq Zəkiyə demişdir ki, “atanın ağzını yığ, yenə artıq-əskik danışıb bizi söyümüşdür, ona görə də aramızda mübahisə düşdü”. Zəki isə onun sözlərinə qulaq asdıqdan sonra “Ehtibardı da, fikir verməyin, mən gedib danışaram” deyib yaşadığı evə tərəf getməyə davam etmişdir. Həmin vaxtdan təxminən 15 dəqiqə sonra, yəni saat 20:40 radələrində o evdə olan zaman, evin həyət qapısından Ehtibarmm oğlu Zəkinin onu çağırdığını eşitmişdir. Həmin vaxt Zəkinin onu çağırmasına əvvəlcə arvadı Günay, onun ardınca da Talehlə o, evin həyətinə düşüb yaşadıqları evin həyət qapısına tərəf getmişlər. Arvadı Günay yaşadıqları evin həyət qapısından küçəyə çıxan kimi, həyət qapısının qarşısında, yəni küçədə Ehtibar arvadı Günayın sol qulaq nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Günay şillənin təsirindən bir anlıq özünü itirmiş və daha sonra tez geriyə dönüb ağlayaraq evin həyətinə girmişdir. Bu zaman Ehtibarla oğlu Zəki də Günayın arxası ilə evin həyətinə daxil olmuşlar. O, orada Ehtibara demişdir ki, ”sən kimsən ki mənim arvadımı vurursan, kişisən gəl mənimlə söhbət elə”. Bu zaman Ehtibarm yanında dayanan oğlu Zəki yaşadığı evin həyətində oğlu Talehin üzərinə hücum edərək yumruq ilə sonuncunun baş və üz nahiyəsindən vurmuşdur. Həmin vaxt Ehtibar yaşadıqları evin həyətində dayanıb onun və ailəsinin ünvanına qışqıraraq söyüşlər söymüşdür. Ehtibarm oğlu Zəkinin Talehi vurduğunu görüb, Zəkini Talehdən ayırmaq üçün o, onlara yaxınlaşıb Zəkini itələyib Talehdən ayırmışdır. Həmin vaxt Ehtibarm arvadı Rəna və qızı Rəbiyyə də onların yanında olmuşlar. O, Zəkini oğlu Talehdən ayırmağa gedən zaman Günayın tək qalmasından istifadə edən Ehtibar Günaya yaxınlaşıb yumruq ilə sonuncunun sol qol, sol gözünün altı və sol süd vəzi nahiyəsindən vurmuşdur. Ehtibarın onun arvadı Günayı vurduğunu görən kimi o, oğlu Talehin yanından aralanıb Ehtibara yaxınlaşıb sağ əli ilə Ehtibarın sifət və baş nahiyələrinə zərbələr vurmuş və o, müavazinətini itirib yıxılmış, Etibarın başının təpə nahiyyəsi tövlənin mişar daşından tikilmiş hasarına dəymişdir. Onun vurdğu zərbəılər Ehtibarın başının təpə nahiyyəsinə, sol göz ətrafına və dodaq ətrafına dəymişdir. O, Ehtibarı vuran zaman sağ əlinin baş barmağı zədələnmişdir. O, orada Ehtibarla əlbəyaxa olan zaman Zəki oğlunun yanından aralanıb onun yanına gəlib onu itələmişdir. O da buna görə sol qolunun üstə yerə yıxılmış və sol qolundan xəsarət almışdır. Həmin vaxt Zəki ilə Ehtibar aqressiv şəkildə qarşlıqlı söyüş ifadələri işlətmişlər. O, həmin söyüş səslərini qonşuların eşitdiyinə əmindir. Ehtibar onun arvadı Günayı vurduğuna görə, Günay huşunu itirmiş, bunu görəndə Ehtibarla Zəki dayanmışlar və o, Ehtibara “gördün, vurub öldürdün, indi gedib cavab verərsən” demişdir. Bu zaman Taleh qaçıb həyətdən Günay üçün su gətirmiş və onlar Günayın sifətinə su vurub özünə gətirməyə çalışmışlar. Həmin vaxt Ehtibar başından xəsarət aldığından, o da başını tutub yerdə oturmuşdur. Bunu görən Ehtibarın qızı Rəbiyyə küçəyə qaçıb qonşu Saimatm evinin həyətindən plastmas qabda su gətirib soyuq suyu Ehtibarın baş və sifət nahiyəsinə vurmuşlar. Arvadı Günay özünə gəldikdən sonra oğlu Taleh istifadəsində olan mobil telefon ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib qonşusu Ehtibar və sonuncunun oğlu Zəkinin yaşadıqları evin həyətində öünü, onu, və anası Günayı döymələri barədə bildirmişdir. Bunu görən Zəki də tez öz istifadəsində olan telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib dava-dalaş barəsində bildirmişdir. Daha sonra Xaçmaz RPŞ-nin Xudat PB-nə gedib şikayət ərizəsi yazmışdır. Dava-dalaş zamanı o, yaşadığı evin həyətində Ehtibarı əli ilə vurmuşdur. xx.xx.2022-ci il tarixdə Etibarla birinci dəfə aralarında küçədə mübahisə olan zmaan nə Ehtibar, nə də ki Ehtibar onu vurmamışdır. Orada Tural və onun arvadı Günay Egtibar və onu tez ayırmışdır. Onlar sadəcə bir-birilərinin əynində olan paltarın yaxasından tutub uca səslə bir-birilərinin ünvanına söyüş ifadələri işlətmişlər, ancaq, onların səs-küylərinə bütün qonşuların küçəyə çıxdığını görəndə bir-birindan aralanmışlar. Həmin vaxt Ehtibar səsküyə digər insanların, eləcə də əsasən qadınların çıxdığını görsə də, insanlara məhəl qoymaraq onun və ailəsinin ünvanına daha da nalayiq ifadələr işlətmiş, sanki insanların çıxmasına görə də daha da cəsarətlənib nalayiq ifadələr işlətmişdir. Küçədə aralarında mübahisə olan vaxtı oğlu Zərərçəkmiş şəxs3 da Ehtibara yaxınlaşıb paltarından dartsa da, anası Günay müdaxilə edib əvvəlcə Talehi oradan uzaqlaşdırmış, sonradan Taleh yenə də onlara tərəf gəlmək istəsə də, qonşusu Elşən Talehi tutub saxlamışdır. Küçədə aralarında mübahisə olan vaxtı demək olar ki, onlarla qonşuluqda yaşayan bütün sakinlər səs-küyə küçəyə çıxmış və qonşular onların aralarında olan mübahisəyə baxmışlar. Həmin vaxt Ehtibar, yenə də nalayiq ifadələr işlətməyə davam etdiyindən, o, Ehtibarı buraxmaq istəməmiş, lakin həmin vaxt onu vurmamışdır. Onun yaşadığı evin həyətində olan davadalaş təxminən 15-20 dəqiqə ərzində davam etmiş və həmin vaxt saat təxminən 20:30- 20:40 radələri olmuşdur. Həmin dava-dalaş zamanı onların yanma digər qonşular gəlməsə də Ehtibarla Zəki yenə də onların ünvanına nalayiq ifadələr işlətmişlər. Onun arvadı Zərərçəkmiş şəxs1 xəsarəti Ehtibar yetirmişdir. 30 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində aralarında olan mübahisə və dava-dalaş zamanı Ehtibar əvvəlcə yaşadıqları evin həyət qapısının qarşısında, daha sonra isə evin həyətində arvadını əli ilə vurub ona ekspert rəyində göstərilən xəsarətləri yetirmişdir. 30 iyul 2022-ci il tarixdə küçədə birinci dəfə aralarında olan mübahisə vaxtı o, Ehtibarın əynində paltarın yaxasından tutub dartsa da, sonuncunun əynində olan paltar cırılmamış, həmçinin Eht'ibar huşunu itirməmişdir. Onlar küçədə bir-birlərindən aralandıqdan sonra Ehtibar özü yeriyərək yaşadığı evə tərəf getmişdir. Bunu orada olan qonşulardan Elçin, Tural və Saimat da görmüşdür. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Seyidlər kəndində onlarla qonşu evdə, həmkəndlisi X8 yaşamışdır. Ehtibar həmin evdə arvadı Rəna və oğlu Zəki ilə birlikdə yaşamışdır. Ehtibarı hamı kənddə tərbiyəsiz biri kimi tanıdıqları üçün hamı ondan aralı gəzmişdir. Entibarla əvvəllər bir neçə dəfə aralarında söz-söhbət olmuş, ancaq həmkəndli və qonşu olduqları üçün onlar Ehtibarla küsülü qalmamışlar, ancaq aralarında pərdə saxlamışlar. 30 iyul 2022-ci il tarixdə axşam saat 20 radələrində o, həmkəndlisi İlhamın oğlu İftixarla birlikdə yaşadığı evin yerləşdiyi küçədə, Turalgililin yaşadığı evin yanında dayanıb qonşuları Şahid2 yaşadığı evə çəkdirdiyi internet şəbəkəsindən istifadə edən zaman, qonşusu Təqsirləndirilən şəxs2 velosipedlə onların yanma, yəni yaşadığı evə tərəf gəlmişdir. Ehtibarm yaşadığı ev Turalın yaşadığı evlə qarşı-qarşıyadır. Ehtibar onların yanma çatdıqdan sonra, İftixara demişdir ki, “sənin mənim qapımda nə işin var”, İftixar da Ehtibara demişdir ki, “mən Talehin yanında dayanmışam”. Bu zaman Ehtibar onun və anasının ünvanına söyüşlər söyərək onlara həmin yerdən getmələrini demişdir. Onlar da Ehtibarm sözündən sonra yaşadıqları evə tərəf hərəkət etməyə başlayanda, Tural yaşadığı evin həyəti ilə küçəni ayıran hasarın üzərindən boylanıb ondan nə məsələ olduğunu soruşmuşdur. O da Turala demişdir ki, “həmişəki adamdı da, ağzına gələni danışır”. Tural da cavab vermişdir ki, “get get, Ehtibardı da, baş qoşma”. O da yaşadığı evə tərəf gedəndə, Tural Ehtibardan nə məsələ olduğunu soruşmuş, Ehtibar da həmin vaxt onun ailəsinin, xüsusən də anasının ünvanına nalayiq ifadələr işlətmişdir. O da yaşadığı evə girib bu barədə atasına dedikdən sonra, atası ona demişdir ki, Ehtibara baş qoşmasın, onsuz da Ehtibarı hamı tanıyır, hamı Ehtibara dəfələrlə söyür. O, atasının sözündən sonra “Ehtibar kimdir ki, mənim anama söysün” demiş və əsəbi şəkildə küçəyə tərəf hərəkət etməyə başlamışdır. Həmin vaxt atası da onun arxası ilə küçəyə çıxmışdır. O, küçəyə çıxanda həmin vaxt Tural və Ehtibarı Turalgilin həyət qapısının qarşısında dayanıb söhbət etdiyini görmüşlər. Turalın yanında uşaq arabasında qardaşının 5 aylıq övladı da olmuşdur. O, öz yuaşadığı evin həyət qapısının qarşısında dayananda eşitmişdir ki, Ehtibar yenə də onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədir. O da oradan Ehtibara adekvat cavab verib həmin söyüşləri qışqıraraq sonuncuya demişdir. Həmin vaxt Ehtiba yenə də onun anasının barəsində çox pis söyüş söydüyündən, o, Ehtibarm üzərinə getmişdir. Atası da onun arxası ilə gəlmişdir. Atası ilə onun arasında təxminən 7-8 metr məsafə olmuşdur. O, Ehtibarm yanma çatan kimi, Ehtibar əlləri ilə onun əynində olan paltarın yaxasından tutub dartışdırmışdır. O, da əlləri ilə Ehtibarm əynində olan paltarın yaxasından tutub silkələyəndə, bunu görən atası, Ehtibarm yanma çatıb əli ilə onu arxaya itələyib, özü Ehtibarm əynində olan paltarın yaxasından turub dartışdırmış və həmin vaxt onlar bir-birilərinin ünvanına qışqıraraq uca səslə nalayiq ifadələr işlətmişlər. Həmin vaxt səs-küyə anası Zərərçəkmiş şəxs1 da küçəyə çıxıb onların yanma gəlmişdir. O, özü də yaxınlaşıb Ehtibarı vurmaq istəmiş, ancaq bu zaman anası onun qolumdan tutub onu yaşadıqları evə tərəf dartmışdır. Həmin vaxt səs-küyə qonşusu Elşən gəlmiş və Elşən onun qolundan tutub yaşadıqları evə tərəf dartdaraq onun qarışmamasmı, böyüklərin məsələni özlərinin həll edəcəyini demişdir. Bu zaman qonşusu Tural atası ilə Ehtibarı birbirindən ayırmağa çalışmışlar. Anası məni tutmağı Elşənə tapşırdıqdan sonra, özü də gedib atası Heydərlə Ehtibarı ayırmağa çalışmışdır. Ancaq nə Turalın, nə də ki, anasının onları ayırmağa gücləri çatmamışdır. Turalın yanında olan uşaq səs-küydən qorxub ağladığından Tural uşağı götürüb yaşadığı evin həyətinə daxil olmuşdur. Həmin vaxt onları ayıra bilmədiyindən anası qışqırmışdır. Ehibarla atası Heydər bir-birilərinin ünvanına qışqıraraq uca səslə nalayiq söyüşlər söymüşlər. Atası ilə Ehtibarm aralarında olan mübahisənin səs-küyünə qonşuların hamısı demək olar ki, küçəyə çıxmışlar. Ehtibar qonşuların çıxmasına baxmayaraq öz '.ərbiyəsiz hərəkətlərini etməyə davam etmişdir. Ancaq Ehtibar arvadı və qızının səs- xüyə çıxmasını görən kimi, atası ilə Ehtibar birbirindən ayrılmışlar və Ehtibar özü yeriyərək yaşadığı evə tərəf, atası ilə anası da yaşadıqları evə tərəf gəlmişlər. Həmin vaxt qonşusu Elçin də küçəyə çıxmışdır. Elçin də küçəyə çıxmışdır. Elçin küçəyə çıxanda atası ilə Ehtibar bir-birindən ayrılmışlar, ancaq onlar yenə də bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin vaxt küçədə nə o, nə də ki, atası Ehtibarı vurmamışlar. Həmçinin Ehtibar da orada onların hər hansı birini vurmamışdır. Onlar, yaşadıqları evə gəlib evin eyvanında oturmuşlar. Həmin vaxt anası çay qızdırmış, atası isə eyvanda dayanıb siqaret çəkmişdir. Bu zaman Ehtibarın oğlu Zəki küçə ilə yaşadığı evə tərəf getmiş və özlərinə məxsus heyvanıları aparmışdır. X18 demişdir ki, “ay Zəki sənin atan Ehtibar Talehin və mənim arvadımın ünvanına nalayiq söyüşlər söymüşdür, ona görə də atanla aramızda mübahisə olub, get atana denən özünü yığışdırsın, belə hərəkət olmaz”. Bu zaman Zəki onların evininin qarşısında, küçədə dayanıb atasına demişdir ki, o atası ilə söhbət edəcəkdir, narahat olmasinlar. Bundan sonra Zəki atasından bir ədəd siqaret istəmiş, atası da eyvandan Zəkiyə bir ədəd siqaret atmışdır. Siqareti götürdükdən sonra, Zəki yaşadığı evə getmişdir. Zəkigilin yaşadıqları evlə onların yaşadıqları ev çox yaxın yerləşmişdir. Belə ki, Zəkigil yaşadıqları evin həyətində dayanıb söhbət edən zaman, onlar öz yaşadıqları evin həyətində dayanıb onların səsini eşitmişlər. Zəki, yaşadığı evin həyətinə girən kimi, atasına demişdir ki, “ata, bu nə söhbətdir, Heydər dayı məni küçədə saxlayıb deyir ki, sən küçədə Talehi söymüsən”, Ehtibar da Zəkiyə demişdir ki, “Taleh kimdir ki, mənim evimin yaxınlığında dayanıb internetdən istifadə edib tərbiyəsizlik edir”, bundan sonra Ehtibar onun və anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan təxminən 10- 15 dəqiqə sonra o eşitmişdir ki, Zəki yaşadıqları evin həyət qapısının qarşısından atasını çağırır. O, həmin vaxt evin həyətində olmuşdur. Əvvəlcə anası, anasının ardınca da atası da həyətə düşmüş, qarşıda anası olmaqla onlar yaşadıqları evin həyət qapısına tərəf getmişlər. Anası evdən həyətə düşüb, həyət qapısına yaxınlaşıb qapını açıb küçəyə çıxan kimi, Ehtibar əli ilə əvvəlcə anasının sol qulağının üstündən sillə ilə vurmuşdur. Bundan sonra Ehtibarla Zəki evin həyətinə daxil olmuşlar. Ehtibarm anasını vurmasım o və atası görmüşlər. Həmin vaxt Ehtibarm arvadı Rəna və qızı Rəbiyyə də orada olmuşlar. Atası orada Ehtibara demişdir ki, “sən niyə mənim arvadımı vurursan, kişisən gəl mənimlə söhbət elə”, bu zaman Ehtibarın yanında olan oğlu Zəki onun üzərinə hücum edib yumruq ilə onun sağ tərəfdən baş və üz nahiyəsinə yumruq ilə vurub onu yerə yıxmışdır. Atası da Zəkinin onu yerə yıxıb yenə də vurmaq istədiyini görüb onlara yaxınlaşıb Zəkini itələyib ondan ayırmışdır. Bu zaman anasının tək olduğunu görən Ehtibar anasına yaxınlaşıb əli ilə əvvəlcə anasının sol gözünün altından, daha sonra da, sol qolundan- və sol süd vəzinin üzərindən yumruqla vurmuşdur. Anasının süd vəzində xərçəng xəstəliyi olduğundan, Ehtibarm anasına zərbəsindən sonra, anası yerə yıxılmışdır. Anasının yerə yıxıldığını görən kimi, atası Ehtibarm üzərinə hücum edib əli ilə Ehtibarm baş və sifətindən yumruq ilə vurmuş, zərbənin təsirindən Ehtibar müvazinətini itirib yerə yıxılmış və yerə yıxılan zaman Ehtibarm başı onlara məxsus tövlənin hasarına dəymiş və sonuncu başından xəsarət almışdır. Atası Ehtibarı vurduqdan sonra, Ehtibara demişdir ki, “Günay ölsə cavab verəcəksən”. Anasının yerdən qalxa bilmədiyimi görən kimi o qaçıb su gətirmiş və anasının başına su tökdükdən sonra anası özünə gəlməyə başlamışdır. Bu zaman atası ona demişdir ki, tez polisə zəng etsin və olanlar barədə məlumat versin, polis də gəlib bu vəziyyəti görsün. O, dərhal DİN-nin 102 xidmətinə zəng etdikdən sonra Ehtibar və ailəsi yaşadıqları evin həyətindən çıxıb getmişlər. Onun polisə məlumat verməsini görən kimi Ehtibarm oğlu Zəki də zəng edib polisə məlumat vermişdir. Daha sonra həmin gecə onlar xəstəxanaya müraciət etmişlər. Onun yaşadığı evin həyətində olan dava-dalaş təxminən 15-20 dəqiqə ərzində davam etmiş və oraya kənar şəxslər gəlməmiş, ancaq qonşular səsküyə küçəyə çıxmışlar. Çünki dava-dalaş zamanı Ehtibar və Zəki qışqırıb onların ünvanına nalayiq ifadələr işlətmişlər. O da atası ilə birlikdə Ehtibarın ünvanına söyüşlər söymüşlər. Birinci dəfə, yəni küçədə mübahisə olan zaman atası Heydər və o, Ehtibarı vurmamışlar. Həmin vaxt Heydər və o, Ehtibarın əynində olan paltarının yaxasından tutub dartmışlar, həmçinin Ehtibar da atasının və onun əynində olan paltarın yaxasından tutub dartmış, ancaq nə onlar Ehtibarı, nə də ki Ehtibar onları vurmamışdır. Ehtibar onun anası Günayı yaşadığı evin həyət qapısının qarşısında, yəni küçədə və daha sonra evin həyətinə daxil olub orada əli ilə vurmuşdur. Həmin vaxt Ehtibar anasını vurduğuna görə atası Heydər də əli ilə Ehtibarı vurub xəsarət yetirmişdir. Həmin gün mübahisə vaxtı ümumiyyətlə heç kimi vurmamışdır. Küçədə birinci dəfə mübahisə vaxtı Ehtibar qonşusu Turalın yanında onun anasının ünvanına söyüşlər söydüyü üçün o, Ehtibarı vurmaq istəmiş, ancaq sonradan buna imkan olmamışdır. Əgər müdaxilə edən olmasaydı Ehtibarı vura bilərdi. Ehtibar anasını vurduqdan sonra anası özünü yaxşı hiss etməyib yerə yıxılmış və daha sonra huşunu itirmişdir. Bunu görən atası da Ehtibarı baş nahiyəsindən bir neçə dəfə vurmuş, Ehtibar da yıxılanda başı tövlələrinin hasarına dəymişdir. Bu zaman Ehtibar yerdə oturub əli başını tutmuş, bunu görən Ehtibarın qızı Rəbiyə qonşu Saimatgilə gedib su gətirib atasının baş və üz nahiyəsinə su tökmişlər. Həmin gün Ehtibarın oğlu Zəki yaşadığı evin həyətində onu əli ilə, yəni yumruq ilə vurmuş və başında şişkinliklər yaranmışdır. Başında ağrı olduğuna görə onlar həmin gecə, yəni 31 iyul 2022-ci il tarixdə gecə saat 01 radələrində xəstəxanaya gedib tibbi yardım almışlar. Yaşadıqları evin həyətində davadalaş olan zaman atası Ehtibarı vurmuş, atası Heydərin Ehtibarı vurduğunu görən Zəki də, atasının üzərinə gedib itələmiş, bu zaman atası da qolu üzərinə yerə yıxılmış və sol qolundan xəsarət almışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanda yaşayır. Əri həmin hərbi hissədə işləyir. O, N ildir ki, evlidir və demək olar ki, hər ilin yay fəslində dincəlmək üçün Xaçmaz rayonu, Seyidlər kəndində yaşayan ailəsinin yanma gəlmişdir. Ancaq 2022-ci ilin yay fəslində əri işi ilə bağlı Şuşa şəhərində olduğundan kənddə, ata və anasının yanında bu dəfə daha çox qalmalı olmuşdur. 30 iyul 2022-ci il tarixdə saat 19 radələrində atası Ehtibara məxsus evdə olan zaman, küçədən səs-küy gəldiyini eşitmişdir. Həmin vaxt o, evdə, anası isə evin həyətinə olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs1 isə özlərinə məxsus heyvanları otarmağa aparmışdır deyə evdə olmamışdır. Həmin gün saat 19 radələrində küçədən səs-küy gəldiyinə görə, o, tez evdən çıxıb küçəyə qaçmışdır. Küçəyə çıxanda görmüşdür ki, atası Ehtibar yaşadıqları evin həyət qapısının qarşısında, həmkəndlisi Taleh, Talehin atası Heydər və Heydərin arvadı Günay da atasından təxminən 3-4 metr aralıda olmuşlar və atasının üzərinə hücum çəkmək istəyirdilər deyə, atası qaçaraq evin həyətinə girmişdir. Taleh və Heydər həmin vaxt atasına daş atmışlar və sonuncuların atdıqları daş onun atasına dəymişdir. Həmin vaxt o, atasına baxanda üzündə xəsarətlər olduğunu görmüşdür. Daha sonra atasının ardınca onlar da yaşadıqları evin həyətinə girmişlər. Həmin vaxt o, qardaşı Təqsirləndirilən şəxs1 Ehtibar oğluna zəng edib olanlar barəsində məlumat vermiş və atasını döydüklərini bildirmişdir. Zəki də “yaxşı gəlirəm” deyib telefonu söndürmüşdür. Bundan təxminən yarım saat sonra Zəki ona zəng edərək atasını ona kömək etməsi üçün göndərməsini demişdir. O da bu barədə atasına demiş, atası da dərhal Zəkiyə kömək etmək üçün çıxıb getmişdir. Bundan təxminən 15 dəqiqə sonra küçədən, daha doğrusu Zərərçəkmiş şəxs2 yaşadığı ev tərəfdən səs-küy gəldiyini eşitmişdir. O, səslərdən tanımışdır ki, həmin səslər Heydərgilin və atasının səsləridir. Buna görə də, anası ilə birlikdə evdən çıxıb Heydərin yaşadığı evə tərəf qaçaraq getməyə başlamışlar. Onlar ikisi Heydərin yaşadığı evin qarşısına çatanda görmüşlər ki, atası huşunu itirmiş vəziyyətdə küçədə yerdə uzanmışdır, qardaşı da atasının yanında dayanmış və Heydərgilə demişdir ki, su gətirsinlər. Ancaq Heydər də demişdir ki, su vermirlər, qoy ölsün. Onlar Ehtibara yaxınlaşmaq istəyəndə, Heydər onların qarşısına çıxaraq Ehtibara onları yaxınlaşmağa qoymamışdır. O da tez qonşusu Saimat adlı qadının evinə qaçıb oradan plastmas qabda su gətirib atasının üz nahiyəsinə tökmüşdür və itası yavaş-yavaş özünə gəlməyə başlamışdır. Bundan sonra qardaşı Zəki atasını yaşadıqları evə gətirmiş və daha sonra Zəki bu barədə polisə məlumat vermişdir. O, öz gözləri ilə atasını kimin vurduğunu görməmişdir, ancaq sonradan atasından və qonşulardan eşitmişdir ki, atasını Heydər və Taleh vurmuşdur. X14 Talehin vurmasını qonşuları Elçin, Tural, Elşən və Saimat demişdir. Küçədə birinci ləfə olan dava-dalaş zamanı atasının vəziyyəti çox da pis olmamış, atası durub rahat hərəkət edə bilmişdir. Birinci dəfə küçədə olan dava-dalaşdan sonra atasının sifət nahiyəsində göyərmələr və başında şişlər əmələ gəlmişdir. İkinci dəfə küçədə dava- dalaş olan zaman atasının baş nahiyəsində və qollarında xəsarət izləri əmələ gəlmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onun qonşusudur. 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin həyətində olan zaman küçədən, yəni Ehtibarm yaşadığı evin qarşısından dava-dalaş və söyüş səslərinin gəldiyini eşitmişdir. O, tez küçəyə çıxıb Ehtibarm yaşadığı evə tərəf qaçaraq getmiş və X10 yaşadığı evin həyət qapısının qarşısında, yəni küçədə dalaşdıqlarını görmüşdür. Həmin vaxt Heydərin oğlu Taleh də orada olmuş və Talehin anası Günay Talehi qolundan tutub öz yaşadıqları evə tərəf dartmış və Talehə “dayan, getmə”, demiş, Taleh də anasına “burax məni, onu vuracam” demişdir. O da tez Talehin yanma yaxınlaşıb sonuncunun qolundan tutub demişdir ki, böyüklərin işinə qarışmasın, böyüklər özləri öz işlərini həll etsinlər. Həmin vaxt Günay Talehi dartaraq Saimatm yaşadığı evin həyət qapısı tərəfə gətirmişdir. Heydərlə Ehtibarm bir-biri ilə mübahisə etdikləri yer ilə Talehi gördüyü yerin arasında təxminən 10- 15 metr məsafə olmuşdur. Həmin vaxt küçədə Heydərlə Ehtibar bir- birilərinin əynində olan paltarın yaxasından tutub dartmışlar və bir-birilərinin ünvanına uca səslə qışqıraraq çox nalayiq ifadələr işlətmişlər. Onların dava-dalaş səslərinə qonşuları Saimat və Ehtibarm arvadı ilə qızı da çıxmışlar. Heydərlə Ehtibar digər qonşuların çıxmasına məhəl qoymaraq söyüş söyməyə davam etmişlər. Ehtibar daha da söyüş söyməyə meyilli adamdır. O, Talehi tutduqdan sonra Günay gedib Ehtibarla Heydəri ayırmağa başlamış, ancaq Günayın gücü çatmamışdır. Heydərlə Talehin səs-küyünə Ehtibarm arvadı Rəna ilə qızı Rəbiyyə çıxdıqdan sonra Heydərlə Taleh ayrılmışlar və Günay Heydərin qolundan tutub yaşadığı evə tərəf aparmağa başlamışdır. Onlar ayrıldıqdan sonra Ehtibar özü yeriyərək öz yaşadığı evə tərəf getməyə başlamışdır. Həmin vaxt Ehtibarm sifətində hər hansı bir xəsarət izləri olmamış və paltarları cırılmamışdır. Ehtibarla Heydər bir-birindən ayrıldıqdan sonra öz yaşadıqları evə tərəf getmişlər və bir-birilərinin ünvanına yenə də qışqıraraq nalayiq ifadələr işlətmişlər. Heydərlə Ehtibar ayrıldıqdan sonra dava-dalaşın səsinə qonşusu Elçin də küçəyə çıxmış və onların nalayiq söyüşlər söyməsini görmüş və eşitmişdir. Ancaq dava-dalaş zamanı Elçin orada olmamış, yəni Elçin sonradan küçəyə çıxmışdır. O da Talehi dartıb yaşadığı evə tərəf gətirmiş və daha sonra yaşadığı evə çıxıb getmişdir. Həmin vaxt Heydərgillə Ehtibarm aralarında olan dava-dalaş təxminən 10- 15 dəqiqə davam etmişdir. Ancaq orada o, Heydərin Ehtibarı, həmçinin Ehtibarm da Heydəri vurmasını görməmişdir. O, öz yaşadığı evə getdikdən təxminən 10 dəqiqə sonra yaşadığı evin həyət qapısının qarşısına çıxıb siqaret çəkən zaman Ehtibarm oğlu Zəkinin özlərinə məxsus heyvanları yaşadığı evə tərəf aparmasını görmüşdür. O, Zəki ilə salamlaşdıqdan sonra Zəki yoluna davam edib yaşadığı evə tərəf getmiş və həmin vaxt Zəki tək olmuşdur. O, siqaret çəkdikdən sonra yaşadığı evə girmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra, yaşadığı evdə olan zaman Heydərgillə Etabargilin yenə də dava-dalaş səslərini gəldiyini eşitmiş, ancaq həmin vaxt qarışmamaq üçün evdən çıxmamışdır. X4 bu dəfə bir-birilərinə qarşı uca səslə qışqırıb nalayiq ifadələr işlətmişlər. O da ailə üzvlərinə demişdir ki, heç kim küçəyə çıxmasın. Bundan təxminən 15-20 dəqiqə sonra səs-küy kəsilmişdir. Daha sonra nə olması barədə hər hansı bir məlumatı yoxdur. Ancaq səhəri gün Zəkini görüb axşam gələn səs-küyün nə olmasını sonuncudan soruşduqda, Zəki ona demişdir ki, Heydər küçədə atası Ehtibarı döydüyünə görə o, atasını, anasını və bacısını götürüb Heydərin V" yaşadığı evin həyətinə getmiş, orada Heydərin arvadı Güynayın onları görən kimi qışqırbağır salaraq DİN-nin 102 xidmətinə zəng etmişdir. Heydərlə və Ehtibar bir-biri ilə mübahisə edən zaman o, Heydərin oğlu Talehi tutub saxlamış, ona görə də Heydərlə Ehtibarı ayırmaq üçün yaxınlaşa bilməmişdir. Ehtibarla Heydər ayrıldıqdan sonra öz yaşadıqları evə tərəf gedən zaman bir-birinin ünvanlarına nalayiq ifadələr işlətmişlər, ancaq həmin vaxt orada daş atan olmamışdır. Küçədə birinci dəfə dava- dalaş zamanı Heydərlə Ehtibar bir-birindən ayrıldıqdan sonra Ehtibar özü yeriyərək öz yaşadığı evə tərəf getmişdir. Ehtibar sərbəst şəkildə özü yeriyib evinə gedə bilmiş, bunu qonşulardan Elçin, Elçinin oğlu Tural və Saimat da görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, o, bütün gördüklərini izahatında göstərmişdir. Belə ki, həmin günü Heydər ilə Etibar dalaşıb bundan sonra isə ayrılıb gediblər. O, bundan sonra daha heç nə görməmişdir. Sədrlik edənin məhkəmə istintaqında ibtidi istintaq verdiyi ifadəsindən fəqli ifadə verməsinin səbibini soruşduqda o, xəstəsi ilə bağlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gəldiyi zaman müstəntiqin onu ifadəsinin kənddə olarkən alınmış ifadəsini kompüter vasitəsi ilə çap edildiyini və buna görə də imza edilməsi üçün polis şöbəsinə dəvət edildiyini, lakin imza etmək üçün şöbəyə getdiyi zaman ifadəsini oxumadan imza etdiyini və səhvinin də elə orada oxumadan imza etməsinin olmasını bildirdi. Əslində isə hər şey məhkəmədə dediyi kimi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, atası, anası və qardaşının ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Yaşadıqları ev onun atası Şahid5 məxsusdur. 2022- ci ilin may ayında yaşadığı evə internet şəbəkəsi, (yəni wi-fı) çəkdirmişlər. O, internet şəbəkəsinin şifrəsini qonşuları Heydərin oğlu Talehə və Ehtibarın oğlu Zəkiyə də vermişdir. Təqsirləndirilən şəxs1 Ehtibar oğlunun yaşadığı ev onun yaşadığı evə yaxın olduğu üçün internet şəbəkəsi Zəkinin yaşadığı evin həyətindən tutmuşdur. Zərərçəkmiş şəxs3 yaşadığı ev isə onun yaşadığı evdən uzaq olduğu üçün internet şəbəkəsi Talehin yaşadığı evdən tutmamışdır. Buna görə də Taleh internet şəbəkəsindən istifadə etmək məqsədi ilə hər dəfəsində onun yaşadığı evin qarşısına gəlib, küçədə dayanaraq onun yaşadığı evin həyət qapısının qarşısından internet şəbəkəsindən istifadə etmişdir. Onun yaşadığı evlə Təqsirləndirilən şəxs2 yaşadığı ev qarşı-qarşıya yerləşmiş, yəni, Taleh, onlara məxsus internet şəbəkəsindən istifadə edərkən, Təqsirləndirilən şəxs2 da yaşadığı evin həyətinin hasarının yanında dayanmış olmuşdur. 30 iyul 2022-ci il tarixdə günorta saatlarında qonşusu Təqsirləndirilən şəxs2 ondan velosipedini istəyib Xudat şəhərinə gedəcəyini bildirmişdir. O da özünə məxsus olan velosipedi Ehtibara vermiş və Ehtibar çıxıb getmişdir. 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evin həyətində qardaşının beş aylıq övladını uşaq arabasında gəzdirən zaman küçədən Ehtibarın söyüş səsinin gəldiyini eşitmişdir. Bu zaman o, yaşadığı evin.həyətinin hasarından boylanıb küçəyə baxanda Talehlə həmkəndlisi İlhamın oğlu İftixarın onun yaşadığı evin yaxınlığında, yəni Ehtibarın yaşadığı evin həyətinin hasarının yanında dayanıb internet şəbəkəsindən istifadə etdiklərini və Ehtibarın Talehə “burda dayanma, get burdan” dediyini eşitmiş ə görmüşdür. Həmin vaxt Ehtibar yenə də qışqıraraq ucasəslə Talehin və anasının invanma söyüş ifadələri işlətmişdir. Taleh və İftixar da Ehtibarın sözündən sonra oradan çıxıb Talehin yaşadığı evə tərəf getmişlər. O, Talehi çağırıb nə məsələ 'İduğunu soruşduqda, sonuncu da ona demişdir ki, “görmürsən Ehtibar yenə söyüş Söyür”. O da Talehə vecinə almamasını demişdir. Bu zaman Ehtibar küçədən onu çağırmış o da Ehtibarın çağırışına küçəyə çıxmışdır. Həmin vaxt qardaşının övladının da uşaq arabası ilə birgə küçəyə çıxarmışdır. Ehtibar ona “gəl velosipedi götür” deyib dosipedi hasara söykəmişdir. O, küçəyə çıxdıqdan sora, yaşadığı evin həyət qapısının, qarşısında, yəni Ehtibara məxsus tövlənin yanında, küçədən keçən qaz borusunun stündə oturub söhbət etməyə başlamışlar. Həmin vaxt Ehtibar yenə də Talehin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Taleh yaşadığı evin həyətindən küçəyə çıxıb Ehtibarın ona ünvanlandığı söyüşləri eşitmiş, Taleh də qışqıraraq Ehtibarın ünvanına həmin söyüşləri söymüş və iti addımlarla Ehtibarın üzərinə gəlmişdir. Taleh onlara tərəf gələndə sonuncudan təxminən 3-4 metr arxada Talehin atası Heydərin də onlara tərəf gəldiklərini görmüşdür. Gəlişindən hiss olunmuşdur ki, orada Ehtibarla Talehin arasında mübahisə düşəcəkdir. Taleh onlara yaxınlaşanda Ehtibar ayağa qalxmış və Taleh Ehtibara yaxınlaşıb Ehtibarın əynində olan paltarın yaxasından tutub dartmağa və üzərinə qışqıraraq üzünə söyüş söyməyə başlamışdır. Ehtibarın ayağa qalxdığını görən kimi o da ayağa qalxmışdır. Bu zaman Ehtibar da Talehə nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman Ehtibar da Talehin əynində olan paltarın yaxasından tutub qışqıraraq Talehin əynində pıaltarm yaxasından dartmışdır. Bu zaman Heydər Ehtibara yaxınlaşıb əli ilə Talehi arxaya itələmiş və özü Ehtibarm əynində olan paltarın yaxasından tutub dartmağa başlamış və Ehtibara “dən kimsən ki mənim arvadımın və övladımın ünvanına söyüşlər söyürsən” deyib sonucuya qarşı qışqıraraq söyüşlər söymüşdür. O, Ehtibarla Heydərin arasına girib onları ayırmaq istəmişdir. Bu zaman Heydərin arvadı Günay gəlib oğlu Talehi tutub orada yaşadığı evə tərəf dartıb aparmışdır. Ehtibarla Heydərgilin dava-dalaş səsinə qonşuları Elşəm qaçaraq yanlarına gəlmiş və Elşən onlara yaxınlaşıb Talehin qolundan tutub oradan uzaqlaşdırmağa çalışmışdır. Elşən Talehin qolundan tutub saxladıqdan sonra Talehin anası Günay onlara yaxınlaşıb Heydərlə Ehtibarı bir-birindən ayırmağa çalışmışdır. O, nə qədər Heydərlə Ehtibarı bir-birindən ayırmağa çalışsa da sonuncuları ayırmağa gücü çatmamışdır. Ehtibarla Heydər bir-birinin paltarlarından tutub dartaraq aqressiv şəkildə bir-birinə qarşı nalayiq söyüşlər söysələr də, həmin vaxt nə Talehlə və Heydər Ehtibarı vurmamışlar, nə də ki Ehtibar Talah və Heydəri vurmamışdır. Bu zaman sonuncuların mübahisə səslərindən yanındakı körpə uşaq qorxub ağlamağa başlamışdır. Uşağın qorxub ağladığını görəndə, o, uşağı da götürüb yaşadığı evin həyətinə girmişdir. O, yaşadığı evin həyətinə daxil olan kimi atasının bağ sahəsindən evin həyət qapısına tərəf iti addımlarla gəldiyini görmüşdür. Atası Elçin onun yanma çatıb ondan nə məsələ olduğunu soruşmuş, o da atasına Heydərlə Ehtibarm mübahisə etdiklərini demişdir. Atası uaşağa yaxınlaşıb bir az uşağı sakitləşdirdikdən sonra onlar küçəyə çıxmışlar. Həmin vaxt görmüşlər ki, Ehtibarla Heydər bir-birindən ayrılmışlar. Onlar küçəyə çıxanda Ehtibarm arvadı və qızını, həmçinin qonşu Samitin da küçədə olduğunu görmüşlər. Onlar küçəyə çıxanda küçədə qadınların olmasına baxmayaraq Ehtibarla Heydər, eləcə də Heydərin oğlu Taleh uca səslə bir-birilərinin ünvanına qarşılıqlı olaraq söyüşlər söyürmüşlər. Ehtibarla Heydərin, eləcə də Heydərin oğlu Talehin söyüş ifadələri işlətməsini görüb onlar yaşadıqları evin həyətinə girmişlər. Həmin vaxt Ehtibarm oğlu Zəki evdə olmamış, sonuncu öz heyvanlarını otarmaq üçün aparmışdır. Həmin vaxtdan təxminən 20 dəqiqə və yaxud yarım saat sonra, yəni saat 20:30 radələrində o, yaşadığı evin həyətində olan zaman Heydərgilin yaşadığı ev tərəfdən dava-dalaş səsinin, eləcə də söyüş səsləri gəldiyini eşitmişdir. O, bilmişdir ki, Ehtibargil bu dəfə də Heydərigilin yaşadığı ev tərəfə gedərək orada dalaşırlar. Ancaq o, həmin vaxt küçədə olmadığına görə orada konkret olaraq dava-dalaşın harada olmasını və orada kimin kimi vurmasını bilməmişdir. Ancaq hiss olunmuşdur ki, həmin vaxt dava-dalaş səsləri Heydərgilin yaşadığı evin həyətindən gəlir. Həmin vaxt o, atasının yanma gedib Ehtibargillə Heydərgilin yenə dalaşdıqlarını, yenə də bir- birilərinin üvanına nalayiq ifadələr işlətdikdlərini demiş, atası da ona qarışmamasmı demişdir. Bundan sonra nə olması ilə bağlı hər hansı bir məlumatı yoxdur. Ancaq səhəri gün də qonşularla söhbət zamanı öyərənmişdir ki, Ehtibargil Heydərgilin yaşadığı evin həyətinə hücum edib orada Ehtibar Heydərin arvadı Günayı, X9, Heydər də orada Ehtibarı döymüşdür. Bundan başqa nə olması barədə məlumatı yoxdur. Küçədə onun yanınızda mübahisə olan zaman, yəni 30 iyul 2022-ci il tarixdə saat* 20 radələrində yaşadığı evin həyət qapısının qarşısında Ehtibarla Heydər və Talehin aralarında mübahisə olan zaman Heydər və yaxud Taleh Ehtibara yaxınlaşıb sonuncunun əynində olan paltarın yaxasından tutub dartsalar da onların heç biri Ehtibarı vurmamışlar. Həmçinin Ehtibar da həmin vaxt Taleh və Heydəri vurmamışdır. Taleh və Heydər yaşadıqları evin həyətindən çıxıb onlara tərəf gəldikləri zaman onların əllərində daş və yaxud Ehtibarı vura biləcəkləri əşya olmamışdır. Küçədə mübahisə olan zaman Heydər və Taleh Ehtibarın paltarından tutub dartsalar da, həmin vaxt Ehtibarın paltarları salamat qalmış və heç biri cırılmamışdır. Küçədə mübahisə olan zamanı Ehtibar orada huşunu itirərək yerə yıxılmamışdır. Mübahisə zamanı Ehtibar tək olsa da, sonuncu sakit qalmayaraq Heydər və Talehin ünvanına nalayiq ifadələr işlətmiş və bunları qışqıraraq uca səslə demişdir. Ancaq həmin vaxt Talehlə Heydər də Ehtibara qarşı nalayiq ifadələr işlətmişlər. Ehtibarla Heydər birbirilərindən ayrıldıqdan sonra, Heydər, Taleh və yaxud Heydərin arvadı Günay Ehtibar və onun ailə üzvlərinə küçədən daş və yaxud digər predmet atmamışlar, onlar mübahisədən sonra ayrılıb öz yaşadıqları evə tərəf getmişlər və orada heç bir tərəf daş atmamışdır. Ancaq biri-birilərinin ünvanna uca səslə nalayiq ifadələr işlətmişlər. Həmin şəxslərin mübahisələrinin səsinə qonşuları Elşən, Saimat da küçəyə çıxmışlar. Talehlə Heydər küçədə Ehtibara yaxınlaşanda nə Talehin, nə də ki Heydərin əlində daş olmamışdır. Ona görə də Heydərin Ehtibarı daşla vurması yalandır. Həmçinin həmin vaxt Taleh Ehtibarm əynində olan paltarın yaxasından tutub dartsa da Ehtibarı vurmamışdır. Onlar bir-biri ilə mübahisə edən zaman Elşən oraya gəlsə də, atası Elçin orada olmamışdır. Həmin şəxslər mübahisə edib ayrıldıqdan sonra atası küçəyə çıxmışdır. Ehtibar və Heydər bir-birilərindən ayırlıb hərəsi öz yaşadıqları evə tərəf gedən zaman bir-birilərinə qarşı uca səslə qışqıraraq söyüşlər söysələr də, həmin vaxt orada daş atan olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, həm təqsirləndirilən şəxslər həm də ki, zərərçəkmiş şəxslər onun qohumlarıdır. Ehtibar dayı Zərərçəkmiş şəxs3 internet xəttindən istifadə etdiytinə görə irda bildirmişdir. Ehtibar ondan aldığı verlospedi ona qaytarmaq üçün onu çağırdığı üçün o, həyətdə kalyaskada gəzdirdiyi qaradşının beş aylıq körpəsi ilə birlikdə küçəyə çıxmışdır. Həmin vaxt onlar Ehtibarndan küçədə dayanıb söhbət etdikləri zaman, Ehtibarın Talehi internetə görə irad bildirdiyi üçün Taleh atası ilə birlikdə onların yanına yaxınlaşmışlar. Bu zaman o, Heydəri tutmuşdur ki, aralarında mübahisə yaramasın, lakin buna baxmayaraq onlar bir-biri ilə dalaşmışlar. Həmin vaxt orada davanın ortasında qalmış körpə ağladığı üçün o, uşağı da kalyaskanı götürüb evin qapısından içəri keçmişdir. O, bundan başqa heç nə görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, atası, anası və qardaşının ailəsi ilə birlikdə Xaçmaz-rayonu, Seyidlər kəndində yaşayır. Yaşadığları ev ona məxsusdur. Həmin evdə o, oğlu Tural, digər oğlu Əlisəfa, Əlisəfanm ailəsi və öz həyat yoldaşı birlikdə yaşayırlar. Əlisəfanın iki övladı vardır və onun kiçik övladı 2022-ci ilin iyul ayında 5 aylıq idi. 2022-ci ilin may ayında yaşadığı evə internet şəbəkəsi, (yəni wi-fı) çəkdirmişdir. Oğlu Tural internet şəbəkəsinin şifrəsini qonşuları Heydərin oğlu Talehə və Ehtibarın oğlu Zəkiyə də vermişdir. Təqsirləndirilən şəxs1 Ehtibar oğlunun yaşadığı ev onların evə yaxın olduğu üçün internet şəbəkəsi Zəkinin yaşadığı evin həyətindən tuturdu. Zərərçəkmiş şəxs3 yaşadığı ev isə onların yaşadığları evdən uzaq olduğu üçün internet şəbəkəsi onun yaşadığı evdən tutmurdu. Buna görə də Taleh internet şəbəkəsindən istifadə etmək məqsədi ilə hər dəfəsində onun yaşadığı evin qarşısına gəlib, küçədə dayanaraq internet şəbəkəsindən istifadə edirdi. Onun yaşadığı evlə Təqsirləndirilən şəxs2 yaşadığı ev üzbəüz yerləşir. Yəni, Taleh, onlara məxsus internet şəbəkəsindən istifadə edərkən, Təqsirləndirilən şəxs2 da yaşadığı evin həyətinin hasarının yanında dayanmış olurdu. 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində o, bağ sahəsində işləyən zaman Əlisəfanın 5 aylıq övladının küçədən qışqırıq səsinin, həminin küçədən kimlərinsə dava-dalaş səsinin və nalayiq söyüş ifadələrinin səsinin gəldiyini eşitmişdir. Onun yaşadığı evdə arvadı və gəlini olduğu üçün, o, küçəyə çıxıb söyüş söyən şəxslərə xəbərdarlıq etmək, həmçinin nəvəsinin nə üçün ağladığına baxmaq üçün küçəyə tərəf getməyə başlamışdır. O, bağ sahəsindən yaşadığı evin həyət qapısına gedib çatanda evdəkilərdən soruşmuşdur ki, nə məsələdir, evdəndə də ona qonşuların dalaşdıqlarını demişdirlər. Bu zaman o, küçəyə çıxan zaman Tural uşaqla birlikdə evin həyətinə daxil oldu. O, Turaldan uşağın nə üçün ağladığını və küçədə mübahisə edən şəxslərin kim olduqlarını soruşduqda, X12 mübahisə etdiklərini və bir-birinin ünvanına nalayiq ifadələr işlətdiklərini demişdir. O, da onlara xəbərdarlıq etmək və onları ayırmaq məqsədi ilə tez küçəyə çıxdığında görmüdür ki, Ehtibar özü yeriyərərk öz yaşadığı evə tərəf, Heydər, Taleh və Heydərin arvadı Günay da də öz yaşadıqları evə tərəf gedirlər. Onlar evlərinə gedə-gedə bir-birləri ilə söz mübahisəsi edirdilər və bir-birinin ünvanlarına uca səslə nalayiq ifadələr işlədirdilər. Həmin vaxt küçədə qonşumuz Elşən, Saimat, Ehtibarın arvadı və qızı da var idi. Mənlə Tural onların ayrıldıqlarını görüb, həmçinin onların bir-birilərinə söyükləri söyüşlərdən utanıb yenidən yaşadığları evə getmişlər. Həmin vaxtdan təxminən yarım saat sonra, yəni saat 20:30 radələrində Tural gəlib ona Heydərgilin yaşadığı evin həyətindən yenə də dava-dalaş səsinin gəldiyni demişdir. O, da Turala qarışmamasını özləri bilərlər demişdir. Bundan sonra həmin gün nə olması barədə hər hansı bir məlumatım yoxdur. Ancaq, səhəri gün kənd sakinlərindən eşitmişdir ki, Ehtibar və oğlu Zəki Heydərgilin yaşadığı evin həyətinə hücum ediblər və orada dava-dalaş olmuşdur. Ancaq, o, dava-dalaş vaxtı orada olmadığına görə, kimin-kimi döyməsini bilməmiş və görməmişdir. İbtidai istintaq zamanı Şahid6 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 onun qonşularıdır. Etibarla Heydərin arasında əvvəllər də mübhaisələri olmuş, lakin həmin mübahisələr heç vaxt dava-dalaşa çevrilməmişdir. 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində küçədən, yəni Ehtibarın yaşadığı evin həyət qapısının qarşısından dava-dalaş və söyüş səslərinin gəldiyini eşitdim. Səslərindən məlum olurdu Heydərlə Etibar bir-biri ilə dalaşırlar və nalayiq ifadələr işlədirlər. Səs-küyü eşidib küçəyə çıxanda qonşusu X2 qollarından tutub saxladığını və ona dayanmasını, böyüklərin işinə qarışmamasmı dediyini görmüş və həmin vaxt Taleh də Elşənə onu buraxmasını, Ehtibarı gedib vuracağını dediyini eşitmişdir. Heydərlə Ehtibar isə əlbəyaxa idilər, ancaq Heydərin Ehtibarı, həmçinin Ehtibarın da Heydəri konkret olaraq vurmasını görməmişdir. Onlar bir-birilərinin paltarlarından tutub dartırdılar və uca səslə bir-birilərinə nalayiq söyüşlər söyürdülər. Həmin vaxt qonşusu Tural da onları ayırmağa çalışırdı, ancaq o, Heydəri Ehtibardan ayıra bilmirdi. Dava- dalaş zamanı tərəflərin əllərində hər hansı bir əşya yox idi. Həmin vaxt Heydərin arvadı Günay da küçəyə Heydərlə Ehtibarı ayırmağa çalışırdı və o da onları ayıra bilmirdi. Dava-dalaş zamanı səs-küyə onun, Ehtibarın arvadı və qızının çıxdığını görən Heydər Ehtibardan ayrıldı. Heydərlə Ehtibarın arasında olan mübahisə zamanı Turalın onları ayırmağa gücü çatmadı və həmin vaxt Turalın yanında olan qardaşının körpə uşağı ağladığından, Tural uşağı da götürüb yaşadığı evin həyətinə daxil oldu. Heydərlə Ehtibar bir-birindən ayrıldıqdan sonra, onlar bir-birinin ünvanlarına uca səslər, onların da həmin söyüşləri eşitdiklərini bilə-bilə söyürdülər. Onlar ayrıldıqdan sonra Ehtibar yeriyərək öz yaşadığı evə tərəf, Heydər də öz ailəsi ilə öz yaşadığı evə tərəf getdilər. Bundan təxminən yarım saat sonra bu dəfə də Heydərin yaşadığı evin həyət qapısı tərəfdən səs gəldiyini eşitmiş, ancaq həmin vaxt hava qaralmışdı və o, bu məsləyə qarışmaq istəməmişdir. X1 arasında mütəmadi olaraq söz mübahisələri olurdu və onlar yola getmirdilər. Həmin vaxt, yəni ikinci dəfə səs-küy gələn vaxtı Ehtibarın qızı-həyəcanlı şəkildə onun yaşadığı evə gələrək su istəmiş, o, da evdən ona plastmas qab vermişdir və o, həmin qaba su doldurub getmişdir. Həmin vaxt Rəbiyyənin suyu nə üçün aparmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 hər iki tərəfin onunla qonşulqda yaşadıqlarını, lakin aralarında hər zaman dava olmadığını, hadisənin baş verdiyi gündən çox vaxt keçdiyindən hadisinin tam və necə baş verməsini xatirlamadığını bildirdi. Dövlət ittihamçısının şifahi vəsatəti əsasında Şahid6 ifadəsi elan edildiyində o, ibtidai istintaqda verdiyi ifadəsinin qismən yəni, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşadığını. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 onun qonşuları olduğunu. Etibarla Heydərin arasında əvvəllər də mübhaisələri olduğunu, lakin həmin mübahisələr heç vaxt dava-dalaşa çevrilmədiyini. 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində küçədən, yəni Ehtibarın yaşadığı evin həyət qapısının qarşısından dava-dalaş və söyüş səslərinin gəldiyini eşitdiyini. X5 bir-biri ilə dalaşdıqlarının hiss oldunduğun və nalayiq ifadələr işlədiklərini. Səs-küyü eşidib küçəyə çıxanda qonşusu X2 qollarından tutub saxladığını və ona dayanmasını, böyüklərin işinə qarışmamasmı dediyini gördüyübü və həmin vaxt Taleh də Elşənə onu buraxmasını, Ehtibarı gedib vuracağını dediyini eşitdiyini. Heydərlə Ehtibar isə əlbəyaxa olduğlarını, ancaq Heydərin Ehtibarı, həmçinin Ehtibarın da Heydəri konkret olaraq vurmasını görməmişdir. Onlar bir-birilərinin paltarlarından tutub dartırdıqlarını və uca səslə bir-birilərinə nalayiq söyüşlər söyürdüklərini. Həmin vaxt qonşusu Tural da onları ayırmağa çalışdığını, ancaq Heydəri Ehtibardan ayıra bilmədiyini, dava- dalaş zamanı tərəflərin əllərində hər hansı bir əşya olmamasını. Həmin vaxt Heydərin arvadı Günay da küçəyə Heydərlə Ehtibarı ayırmağa çalışşdığını və o da onları ayıra bilmmədiyini. Dava-dalaş zamanı səs-küyə onun, Ehtibarın arvadı və qızının çıxdığını görən Heydər Ehtibardan ayrıldığını. Heydərlə Ehtibarın arasında olan mübahisə zamanı Turalın onları ayırmağa gücü çatmadığını və həmin vaxt Turalın yanında olan qardaşının körpə uşağı ağladığından, Tural uşağı da götürüb yaşadığı evin həyətinə daxil olduğunu. Heydərlə Ehtibar bir-birindən ayrıldıqdan sonra, onlar bir-birinin ünvanlarına uca səslər, onların da həmin söyüşləri eşitdiklərini bilə-bilə söydüklərini, onlar ayrıldıqdan sonra Ehtibar yeriyərək öz yaşadığı evə tərəf, Heydər də öz ailəsi ilə öz yaşadığı evə tərəf getdikləri hissədə qəbul etdiyini, ifadənin qalan hissəsini isə qəbul etmədiyini bildirdi. İbtidai istintaq zamanı şahid X7 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onun qonşusudur. 30 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində yaşadığı evin həyətində olan zaman Heydərin yaşadığı evin həyətindən dava-dalaş və söyüş səslərinin gəldiyini eşitmişdir. Həmin vaxt artıq hava qutarmışdır. Gələn səslərdən o, başa düşmüşdür ki, qonşuları Ehtibarla Heydər bir-biri ilə mübahisə edirlər. Dava-dalaş zamanı Heydərin arvadı Günay uca səslə qışqırırdı və hiss olunurdu ki, dalaşanları ayırmaq istəyirdi. Dava-dalaş zamanı uca səslə söyüşlər söyülürdü deyə, o, həmin söyüş ifadələrini eşitməmək üçün yaşadığı evə daxil olmuşdur. Təxminən 15-20 dəqiqə ərzində həmin dava-dalaş davam etmişdir və daha sonra saktçilik olmuşdur. Səhəri gün qonşulardan öyrənmişdir ki, Heydərlə Ehtibar bir-biri ilə mübahisə ediblər və həmin mübahisə zamanı xəsarət alanlar olmuşdur. Ancaq o, kimin kimi vurub xəsarət yetirməsini görməmişdir və bilməmişdir. Bu həmin gün artıq onların ikinci dava-dalaşları idi. Birinci dəfə də saat 20 radələrində onların aralarında küçədə dava-dalaş olmuşdur. Həmin vaxt da o, yaşadığı evdə olmuşdur və kimlərin konkret olaraq mübahisə etdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, o, evdən bayıra çıxdığı zaman uzaqdan səs gəldiyini eşitmiş, bundan başqa heç nə görməmişdir. Sonra qayıdıb evə girmişdir. İstintaqda eyni cür ifadə vermişdir. Dövlət ittihamçısının şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsi ilə bağlı şifahi vəsatətinə əsasən Şahid7 ifadəsi elan edlməsinə baxmayaraq həmin ifadəsinin altındakı imzanın özünə məxsus olduğunu bildirsə də, elə bir ifadəni vermədiyini bildirmişdir. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onun qonşusudur. 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin həyətində olan zaman küçədən, yəni Ehtibarm yaşadığı evin qarşısından dava-dalaş və söyüş səslərinin gəldiyini eşitmişdir. O, tez küçəyə çıxıb Ehtibarm yaşadığı evə tərəf qaçaraq getmiş və X10 yaşadığı evin həyət qapısının qarşısında, yəni küçədə dalaşdıqlarını görmüşdür. Həmin vaxt Heydərin oğlu Taleh də orada olmuş və Talehin anası Günay Talehi qolundan tutub öz yaşadıqları evə tərəf dartmış və Talehə “dayan, getmə”, demiş, Taleh də anasına “burax məni, onu vuracam” demişdir. O da tez Talehin yanma yaxınlaşıb sonuncunun qolundan tutub demişdir ki, böyüklərin işinə qarışmasın, böyüklər özləri öz işlərini həll etsinlər. Həmin vaxt Günay Talehi dartaraq Saimatm yaşadığı evin həyət qapısı tərəfə gətirmişdir. Heydərlə Ehtibarm bir-biri ilə mübahisə etdikləri yer ilə Talehi gördüyü yerin arasında təxminən 10- 15 metr məsafə olmuşdur. Həmin vaxt küçədə Heydərlə Ehtibar bir- birilərinin əynində olan paltarın yaxasından tutub dartmışlar və bir-birilərinin ünvanına uca səslə qışqıraraq çox nalayiq ifadələr işlətmişlər. Onların dava-dalaş səslərinə qonşuları Saimat və Ehtibarm arvadı ilə qızı da çıxmışlar. Heydərlə Ehtibar digər qonşuların çıxmasına məhəl qoymaraq söyüş söyməyə davam etmişlər. Ehtibar daha da söyüş söyməyə meyilli adamdır. O, Talehi tutduqdan sonra Günay gedib Ehtibarla Heydəri ayırmağa başlamış, ancaq Günayın gücü çatmamışdır. Heydərlə Talehin səs-küyünə Ehtibarm arvadı Rəna ilə qızı Rəbiyyə çıxdıqdan sonra Heydərlə Taleh ayrılmışlar və Günay Heydərin qolundan tutub yaşadığı evə tərəf aparmağa başlamışdır. Onlar ayrıldıqdan sonra Ehtibar özü yeriyərək öz yaşadığı evə tərəf getməyə başlamışdır. Həmin vaxt Ehtibarm sifətində hər hansı bir xəsarət izləri olmamış və paltarları cırılmamışdır. Ehtibarla Heydər bir-birindən ayrıldıqdan sonra öz yaşadıqları evə tərəf getmişlər və bir-birilərinin ünvanına yenə də qışqıraraq nalayiq ifadələr işlətmişlər. Heydərlə Ehtibar ayrıldıqdan sonra dava-dalaşın səsinə qonşusu Elçin də küçəyə çıxmış və onların nalayiq söyüşlər söyməsini görmüş və eşitmişdir. Ancaq dava-dalaş zamanı Elçin orada olmamış, yəni Elçin sonradan küçəyə çıxmışdır. O da Talehi dartıb yaşadığı evə tərəf gətirmiş və daha sonra yaşadığı evə çıxıb getmişdir. Həmin vaxt Heydərgillə Ehtibarm aralarında olan dava-dalaş təxminən 10- 15 dəqiqə davam etmişdir. Ancaq orada o, Heydərin Ehtibarı, həmçinin Ehtibarm da Heydəri vurmasını görməmişdir. O, öz yaşadığı evə getdikdən təxminən 10 dəqiqə sonra yaşadığı evin həyət qapısının qarşısına çıxıb siqaret çəkən zaman Ehtibarm oğlu Zəkinin özlərinə məxsus heyvanları yaşadığı evə tərəf aparmasını görmüşdür. O, Zəki ilə salamlaşdıqdan sonra Zəki yoluna davam edib yaşadığı evə tərəf getmiş və həmin vaxt Zəki tək olmuşdur. O, siqaret çəkdikdən sonra yaşadığı evə girmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra, yaşadığı evdə olan zaman Heydər və Etibarın yenə dava-dalaş səslərini eşitmiş, ancaq həmin vaxt qarışmamaq üçün evdən çıxmamışdır. X3 bu dəfə bir-birilərinə qarşı uca səslə qışqırıb nalayiq ifadələr işlətmişlər. O, da ailə üzvlərinə demişdir ki, heç kim küçəyə çıxmasın. Bundan təxminən 15-20 dəqiqə sonra səs-küy kəsilmişdir. Daha sonra nə olması barədə hər hansı bir məlumatı yoxdur. Ancaq, səhəri gün Zəkini görüb axşam gələn səs-küyün nə olmasını sonuncudan soruşduqda, Zəki ona demişdir ki, Heydər küçədə atası Ehtibarı döydüyünə görə o, atasını, anasını və bacısını götürüb Heydərin yaşadığı evin həyətinə getmiş, orada Heydərin arvadı Güynayın onları görən kimi qışqırbağır salaraq DİN-nin 102 xidmətinə zəng etmişdir. Heydərlə və Ehtibar bir-biri ilə mübahisə edən zaman o, Heydərin oğlu Talehi tutub saxlamış, ona görə də Heydərlə Ehtibarı ayırmaq üçün yaxınlaşa bilməmişdir. Ehtibarla Heydər ayrıldıqdan sonra öz yaşadıqları evə tərəf gedən zaman bir-birinin ünvanlarına nalayiq ifadələr işlətmişlər, ancaq həmin vaxt orada daş atan olmamışdır. Küçədə birinci dəfə dava- dalaş zamanı Heydərlə Ehtibar bir-birindən ayrıldıqdan sonra Ehtibar özü yeriyərək öz yaşadığı evə tərəf getmişdir. Ehtibar sərbəst şəkildə özü yeriyib evinə gedə bilmiş, bunu qonşulardan Elçin, Elçinin oğlu Tural və Saimat da görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsinin tam əksinə olaraq ifadə verərək bildirmişdir ki, Heydər ilə Etibar dalaşdıqlarını, sonra isə ayrılıb getdiklərini görmüşdür. O, hər ikisini davasını küçədə olarkən görmüşdür, ancaq ondan sonra heç bir davanın görməmişdir. İbtidai istintaqda da olduğu zaman o, eyni ifadə vermişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 02 avqust 2022-ci il tarixli 661 nömrəli ekspert rəyinə əsasən 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər- sol dirsəkdə sıyrıq, sağ əlin baş barmağının uc falanqasının arxa səthində səthi əzilmiş yara küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 30 iyul 2022-ci il tarixdə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 02 avqust 2022-ci il tarixli 662 nömrəli ekspert rəyinə əsasən 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər- sol gözün orbiti ətrafında qançır-hematoma, sol süd vəzi üzərində və sol bazu nahiyəsində qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 30 iyul 2022-ci il tarixdə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 01 noyabr 2022-ci il tarixli 611 nömrəli ekspert rəyinə əsasən 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 adma tərtib edilmiş tibbi sənəddə qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir- onun bədəni üzərində aşkar edilmiş xəsarətlər baş və üz nahiyələrinin əzilmələri, bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 30 iyul 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs2 oğlu xx xxxxxx 1962-ci ildə Xaçmaz rayonu, Köhnə- Xudat kəndində anadan olmuşdur, Xaçmaz rayonu, Seyidlər kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır, məhkumluğu yoxdur, orta təhsillidir, işləmir, Xaçmaz rayon İHB-nın Könə-Xudat kənd İƏD-dən verilmiş arayışlara və xasiyyətnaməyə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs2 mənfi xarakterizə olunur. İş materiallarında olan cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu qeydə alınmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Könə-Xudat kənd İƏD-dən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 aşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir.» Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İzah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə taməhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsifə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.» Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində xuliqanlıq cinayətinin əlamətləri vardır və onların əməlləri Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif ediliyindən, həmin maddə ilə məsuliyyət daşımalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğunun və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslər barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini 00:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini 00:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-7/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-7/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver