Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-70/2021 30.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Nafih oğlunun iştirakları ilə xx.xx.1993-cü ildə Xaçmaz rayonun rayonunun Arzu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Xaçmaz rayonunun Gedezeyxur kəndində qeydiyyatda olan və Xaçmaz rayonunun, Arzu kəndində yaşayan–Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı (SİM) işi üzrə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 23 radələrində Xaçmaz rayonunun, Müşkür kəndində yerləşən «Xoşbəxt» kafesində aralarında yaranmış narazılıq zamanı Zərərçəkmiş şəxs sağ göz ətrafından bir yumruq zərbəsi vuraraq ona sağ gözətrafı nahiyənin qançırı və sağ göz almasına qansızma kimi sağlamlığın qısa pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Qeyd edilən cinayət işi üzrə sadələşdirilmiş icraat materialına məhkəmə iclasında mahiyyəti üzrə baxılarkən, iş üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs üzdən tanısa da, sonuncu ilə heç bir münasibəti, eləcə də ədavəti olmamışdır. 31 mart 2021-ci il tarixində saat 22 radələrində o, dostu Çingiz və tanışı Qorxmazla birlikdə Xaçmaz rayonu Müşkür kəndi ərazisində, Xaçmaz-Xudat yolunun kənarında yerləşən «Xoşbəxt» kafesinə getmiş, kafeyə daxil olub masaların birində əyləşib çay sifariş etmiş, həmin vaxt İlqarın kafedə başqa masada əyləşib orada işləyən Şəbnəm adlı qadınla pivə içib söhbət etdiyini görmüşdür. Təxminən yarım saat sonra İlqar sərxoş vəziyyətdə onun əyləşdiyi masaya yaxınlaşaraq sağ çiyninə əlini qoyaraq “ağıllı olun” deyib var-yox söyüşü söymüş, bu səbəbdən o, ayağa qalxıb sol əlinin içi ilə, yəni ovuc hissəsilə İlqarın sağ gözünün alt hissəsinə vurub itələmişdir. Həmin vaxt İlqar içkili olduğu üçün müvazinətini saxlaya bilməyib yerə yıxılmış, onun yıxılmaq səsinə kafenin mətbəxində olan işçi Şəbnəm və ofisiant Nəzakət gəlmiş, o da Qorxmaz və Çingiz ilə birlikdə masadan duraraq kafedən çıxıb getmişdir. O, qeyd olunan tarixdə, kafedə İlqarın sifətindən yumruqla yox, sol əlinin ovuc hissəsi ilə vurduğunu, həmin vaxt kafedə ondan başqa dostu Çingiz, tanışı Qorxmaz, İlqar və kafeni işlədən Şəbnəm ilə orada ofisiant işləyən Nəzakətin olduğunu bildirmişdir. Həmçinin o, kafedə İlqara söz atmadığını, əksinə İlqarın ona yaxınlaşıb əlini çiyninə qoyub söyüş söydüyü üçün sonuncunu vurduğunu demişdir. Hazırda o, törətmiş olduğu cinayət əməlinə görə özünü tam təqsirli bilir və peşmançılıq çəkir. Hadisədən sonra o, Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Qeyd edilən cinayət işinə məhkəmə iclasında mahiyyəti üzrə baxılarkən, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə baxışında bildirdi ki, Təqsirləndirilən şəxs üzdən tanıyıb adını bilsə də sonuncu ilə heç bir münasibəti və ədavəti olmamışdır. 31 mart 2021-ci il tarixdə saat 22 radələrində evdən çıxıb yaşadığı kəndin ərazisində, Xaçmaz-Xudat yolunun kənarında olan «Xoşbəxt» kafesinə getmiş, kafeyə daxil olanda kafedə Çingizin, Əbülfərzin və taksi sürücüsü kimi tanıdığı Qorxmazın bir masada əyləşdiyini görərək onlara salam verib başqa masaya keçib əyləşmiş və pivə sifariş vermişdir. Kafedə işləyən Şəbnəm pivəni gətirdikdən sonra əvvəlcədən onunla tanışlığı olduğu üçün yanında əyləşərək söhbət etməyə başlamışdır. Təxminən 15 dəqiqə sonra, Şəbnəm mətbəxə getmiş, bu vaxt Əbilfərz və Çingiz ona söz atmağa başlamışlar. O, əvvəl baş qoşmamış, lakin Əbülfərz yenə onun ünvanına xoşagəlməz sözlər işlətdiyi üçün Əbülfərzə «ağıllı ol, çaşma» demişdir. Bu vaxt Əbülfərz masadan qalxıb ona tərəf gələrək heç bir söz demədən gözləmədiyi halda yumruğu ilə onun sağ gözünün altından bir zərbə vurmuş və o, oturacaqda əyləşdiyi üçün zərbə ona dəyən kimi huşunu itirərək yerə yıxılmışdır. O, özünə gələndə kafedə yerdə uzanmış vəziyyətdə olmuş, Əbülfərz, Çingiz və Qorxmaz isə kafedə olmamışlar. Kafeni işlədən Şəbnəm və kafedə ofisiant işləyən Nəzakət onun üzünə su vuraraq ayıltmışlar. Həmçinin o, hadisə zamanı kafedə adı çəkilən şəxslərdən başqa kənar şəxslərin olmadığını, Çingizin və Qorxmazın ona xəsarət yetirmədiklərini, zor tətbiq etmədiklərini, Əbülfərzin masasına yaxınlaşmadığını, əksinə sonuncunun onun masasına yaxınlaşaraq onu yumruqla sağ göz ətrafına vurub xəsarət yetirdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istəmiş və onlar barışmışlar. Məhkəmədə şahid qismində ifadə verən X3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur, Zərərçəkmiş şəxs isə tanımır və sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 31 mart 2021-ci il tarixində saat 22 radələrində o, dostu Əbülfərz və tanışı Qorxmazla birlikdə Xaçmaz rayonu Müşkür kəndi ərazisində yerləşən, Xaçmaz- Xudat yolunun kənarında olan «Xoşbəxt» kafesinə getmiş, içəri daxil olub masaların birində əyləşib çay sifariş etmişdir. Həmin vaxt İlqar kafedə başqa bir masada, kafedə işləyən qadınla əyləşib söhbət edərək pivə içmişdir. Təxminən yarım saat sonra İlqar onun əyləşdiyi masaya yaxınlaşaraq Əbülfərzin sağ çiyninə əlini qoyaraq “ağıllı olun" deyib varyox söyüşü söyəndə Əbülfərz masadan ayağa qalxıb sol əlinin içi ilə İlqarın sağ gözünün altına vurub itələmiş, həmin vaxt İlqar içkili olduğundan müvazinətini saxlaya bilməyib yerə yıxılmış, yıxılmaq səsinə kafedə işləyən Şəbnəm və Nəzakət gəlmiş, həmin vaxt İlqar yerdə yıxılmış vəziyyətdə olmuşdur. Daha sonra o, Qorxmaz və Əbülfərzlə birlikdə masadan qalxıb kafedən çıxıb getmişlər. Həmçinin o, Əbülfərzin İlqarın sağ gözünün altına yumruqla yox sol əlinin ovuc hissəsi ilə vurub itələdiyini, həmin vaxt kafedə ondan başqa Əbülfərz, Qorxmaz, İlqar və kafeni işlədən Şəbnəm ilə ofisiant işləyən Nəzakətin olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4, X2 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid1 göstərmişdir ki, Xaçmaz-Xudat yolunun kənarında olan «Xoşbəxt» kafesində ofısiant işləyir. 31 mart 2021-ci il tarixdə saat 21:30 radələrində üzdən tanıdığı Çingiz, Əbülfərz və Qorxmaz kafeyə gələrək zalda masaların birində əyləşib çay sifariş etmişlər. Saat 22 radələrində kafeyə müştəri kimi gəlib-gedən, Xaçmaz rayonu Müşkür kənd sakini Zərərçəkmiş şəxs gələrək kafedə masaların birində əyləşib pivə sifariş vermiş. Şəbnəm İlqarı tanıdığı üçün sonuncunun masasına pivəni aparıb İlqarın yanında əyləşib söhbət etməyə başlamışdır. O, kafenin mətbəxinə keçib iş görməyə başlamış, təxminən 10-15 dəqiqədən sonra Şəbnəm də mətbəxə gəlmiş, bu vaxt o, Şəbnəmlə birgə kafenin zalından səs eşitdikləri üçün dərhal mətbəxdən kafenin zalına çıxmış və zalda İlqarın yerdə uzanmış vəziyyətdə olduğunu, Əbülfərzin də İlqarın yanında dayandığını görmüşdür. Şəbnəm tələsik İlqara tərəf gedərək Əbülfərzdən nə baş verdiyini soruşanda Əbülfərz, İlqarı vurub yerə yıxdığını Şəbnəmə demişdir. Bundan sonra o, su gətirmiş, Şəbnəm də İlqarın başını qaldıraraq ayılması üçün sonuncunun üzünə su vurmuş, həmin vaxt Çingiz tanışları Əbülfərz və Qorxmazla birlikdə kafedən çıxıb getmişlər. Həmin vaxt o, İlqarın sağ göz ətrafının şişmiş və qızarmış halda olduğunu görmüşdür. O, Şəbnəmlə birlikdə İlqarın üzünə su vurub ayıltdıqdan sonra Şəbnəm DİN-nin 102 xidmətinə zəng etmək istəyəndə İlqar zəng etməyə qoymamış və Xaçmaz RPŞ-nə ərizə ilə müraciət edəcəyini demişdir. Həmçinin, o, Əbülfərzin İlqarı vurmasını görmədiyini, lakin səsə mətbəxdən zala çıxanda İlqarı yerdə uzanmış vəziyyətdə, yanında isə Əbülfərzin ayaq üstə dayandığını görmüş, Şəbnəm nə baş verdiyini soruşanda Əbülfərzin İlqarı vurub yıxdığını deməsinin şahidi olmuşdur. Hadisə zamanı kafedə yuxarıda adları qeyd olunan şəxslərdən başqa heç kimin olmadığını qeyd edərək hadisənin bir neçə saniyə ərzində baş verdiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində ifadə verən Şahid2 göstərmişdir ki, Xaçmaz-Xudat yolunun kənarında olan «Xoşbəxt» kafesini icarəyə götürüb işlədir. 31 mart 2021- ci il tarixdə, saat 21:30 radələrində əvvəllər qeyri rəsmi birlikdə yaşadığı Çingiz, tanışları Əbülfərz və Qorxmazla birlikdə kafeyə gəlib zalda masaların birində əyləşərək çay sifariş etmiş, bir qədər sonra saat 22 radələrində kafeyə Xaçmaz rayonu Müşkür kənd sakini kimi tanıdığı Zərərçəkmiş şəxs gəlmiş, İlqar kafeyə daxil olub masaların birində əyləşib pivə sifariş vermişdirr. İlqara pivə verildikdən sonra əvvəlcədən tanışlığı olduğu üçün o, İlqarın yanında əyləşib söhbət etməyə başlamış, təxminən 15 dəqiqədən sonra mətbəxə, Nəzakətin yanına keçmişdir. Mətbəxdə olarkən zaldan səs eşitmiş və tez Nəzakətlə birlikdə mətbəxdən kafenin zalına çıxanda İlqarın yerdə huşsuz vəziyyətdə uzandığını görüb yanında dayanmış Əbülfərzdən nə baş verdiyini soruşanda sonuncu İlqarı vurub yıxdığını ona demişdir. O, İlqarı bu vəziyyətdə görüb Nəzakətdən su gətirməsini xahiş edib İlqarın yanına getmiş, İlqar başını qaldıranda onun sağ gğzü və ətrafının şişmiş vəziyyətdə olduğn görmüş, bu vaxt Əbülfərz tanışları Qorxmaz və Çingizlə birlikdə kafedən çıxıb getmişlər. Nəzakət su gətirdikdən sonra İlqarın üzünə vurub ayıltmış, İlqar özünə gəldikdən sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmək istəyəndə İlqar onu zəng etməyə qoymamış və gedib Xaçmaz RPŞ-nə ərizə ilə müraciət edəcəyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 02.04.2021-ci il tarixli 163 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözətrafı nahiyənin qançırı və sağ göz almasına qansızına bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 31.03.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə prosesində verdiyi etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi, məhkəmə-tibbi ekspertizasının 02.04.2021-ci il tarixli 163 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq keçirir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnın ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşimançılığını, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı (SİM) işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-70/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-70/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver