Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-70/2022 26.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları, xx xxx 1980-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, özünün spirtli içkilərə aludəçiliyi olduğu və yad adamları spirtli içki qəbul etməsi üçün yaşadığı evə gətirməsinə görə qardaşı Zərərçəkmiş şəxs onu izləməsi səbəbindən, eləcə də yaşadıqları evin bölünərək bir hissəsinin ona verilməsi üçün 02 fevral 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Xaçmaz şəhəri, Ruhulla Axundov küçəsində yerləşən 29 nömrəli evin sonuncuya məxsus yataq otağında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bir neçə dəfə sillə ilə sifət, burun, alm və boyun nahiyələrindən vuraraq və sağ əlinin şəhadət barmağı ilə Zərərçəkmiş şəxs sol gözündən sıxaraq ona, alm, burun və hər iki tərəf sifət nahiyələrinin sıyrıqları, sol göz almasına və alt dodağın selikli qişasına qansızmalar, boyun nahiyəsinin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Ruhulla Axundov küçəsində yerləşən 29 nömrəl evdə yaşayır. Həmin ünvanda iki ədəd ev yerləşir. Evin biri köhnə ev, digəri isə nisbətən yeni evdir. Nisbətən yeni evdə doğma qardaşı Zərərçəkmiş şəxs anası Şahid ilə birlikdə yaşayır. X3 15 ildən çoxdur ki, anasından ayrılaraq başqa bir qadınla ailə qurub həmin qadınla birlikdə yaşayır. O, spirtli içki içdiyinə görə qardaşı Pənahın onunla münasibəti yoxdur. Çünki o, Xaçmaz şəhərində spirtli içki içən digər şəxslərə qoşularaq içki qəbul etdiyinə görə Pənahla aralarında bir neçə dəfə mübahisə yaranmışdır. Hətta bir müddət əvvəl Pənahla əlbəyaxa davaları olsa da, Pənah onun barəsində polisə şikayət etməmişdir. Qardaşı Pənah mübahisə zamanı hər dəfə ona demişdir ki, spirtli içki içən dostlarından uzaq dursun. Buna görə son zamanlar Pənah onu izləmiş, onu həmin şəxslərdən uzaq saxlamağa çalışmışdır. Bu hal isə onun xoşuna gəlməmişdir. Çünki o, ailəsində olan problemlərə görə spirtli içki qəbul etmişdir və mən uşaq deyildir. Buna görə də Pənahın onu izləməsi ona xoş təsir bağışlamamışdır. 02 fevral 2022-ci il tarixdə axşam saatlarında o, spirtli içki qəbul etmişdir. Həmin gün saat 20 radələrində o, yaşadığı evin həyətindən küçəyə çıxmışdır. Küçəyə çıxıdığı vaxtdan bir-iki dəqiqə sonra arxası ilə Pənah da küçəyə çıxaraq siqaret yandırıb çəkərək ona baxmağa başlamış və ona demişdir ki, “yenə kimisə gözləyirsən?”. O, başa düşmüşdür ki, Pənah yenə də onu güdür. Həmin vaxt o, sərxoş olduğuna görə əsəbləşmış və anası Pənahın yaşadığı evə girib anasının yanına gedib sonuncuya demişddir ki, “bu yenə məni güdür”. Həmin vaxt sərxoş olduğuna görə Pənahın barəsində nalayiq söyüşlər söyməyə başlamışdır. O, anasının yanında olan zaman Pənah da küçədən onların yamız gəlib otaqda olan masanın arxasında oturub yeməyini yeməyə davam etmişdir. Pənahın yemək yediyi masanın yanında qaz sobası olmuşdur. Anası həmin sobanın üzərinə çaydan və çayniki qoymuşdur ki, çay həmişə isti qalsın. Həmin vaxt anası ayaq üstə olmuş və o, uca səslə anasından tələb etmişdir ki, anası evi bölsün, onun payını versinlər, istəyərsə satar, istəyərsə həmin evdə yaşayar. Həmin ev atasının adına olsa da, atası anasına 60 illik etibarnamə vermişdir, ona görə də anası istəsə evi bölə bilərmiş. O da bunu bildiyinə görə anasından evi bölməsini tələb etmişdir. Bu zaman Pənah oturduğu yerdən ona demişdir ki, “anamın üzərinə qışqırma, anam evi bölə bilməz, ev atamın adınadır, get atama denən, bölürsə gəlib bölsün”. O da demişdir ki, anasının adma etibarnamə vardır, atası anasına etibarnamə vermişdir, anası istəsə bölə bilərmiş. Bu zaman Pənah demişdir ki, atasının anasına verdiyi etibarnamə atası öldükdən sonra qüvvədə olacaqdır. O da Pənaha demişdir ki, düz danışmırsan, yenə də anasına çevrilib evi bölməsini tələb etmişdir. Bu zaman Pənah yenə demişdir ki, qışqıraraq danışmasın. O, əsəbi olduğuna görə əsəbiləşib Pənaha nalayiq söyüş söymüşdür. Bu zaman Pənah özünə çay süzüb çay içmişdir.O, Pənaha nalayiq söyüş söydükdən sonra, Pənah otaqda olan qaz sobasının üzərindən çayniki götürüb qapağını kənara atdıqdan sonra, həmin çayniki onun üzərinə atmışdır. Həmin vaxt çaynikin içərisində qaynar su olmuşdur. O, otaqda anası ilə yanaşı durmuş və Pənahdan təxminən 2 metr aralıda dayanmışdır. Pənah çayniki onun üzərinə atanda, çaynikin içərisindəki qaynar suyun bir hissəsi Pənahın özününü üzərinə dağılsa da, Pənah yenə də çayniki ona tərəf atmışdır. Çaynik anası ilə onun ortasına yerə düşmüş və içərisindəki suyun bir hissəsi anasının ayaqlarına dağılmış, eləcə də bir hissəsi anasının qollarına sıçramışdır. O, buna görə Pənahı vurmaq üçün sonuncunun üstünə getmişdir. O, Pənahın yanma çatanda Pənah otaqda olan rəfdən bıçaq götürməyə çalışmış, ancaq onun Pənaha çatdığını görüb bıçağı götürməyə çatdıra bilməmiş və ayağa qalxmış, o da Pənahın əynində olan paltarının yaxasından tutub dartmağa başlamışdır. Bu zaman Pənah da onun paltarımın yaxasından tutub dartmağa başlamışdır deyə, onlar müvazinətlərini itirib otaqda olan çarpayının üstünə yıxılmışlar. O, Pənahdan həm boyda, həm də çəkidə böyük olduğuna görə, çarpayının üzərində Pənah onun altında qalmışdır. Həmin vaxt o, bir əli ilə Pənahın boğaz nahiyəsindən tutsa da, digər əli ilə də Pənahın sifətindən, üzündən, 'sol göz nahiyəsin sillə ilə bir neçə dəfə vurmuşdur. Həmin vaxt vurduğu sillərlərdən biri Pənahın gözünə yaxın dəymişdir. Çarpayının üzərində olan zaman Pənah da əli ilə onun dodaq və sol göz nahiyəsinə vurmuşdur. Anası onların əlbəyaxa olduqlarını görüb gəlib onun əlindən tutaraq yalvarıb Pənahı buraxmasını istəmişdir. O da, anasının xahişindən sonra Pənahı buraxmışdır. O, Pənahı buraxan kimi Pənah özünə məxsus mobil telefonu götürüb DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra o da DİN-in 102 xidmətinə zəng edib yaşadığı evdə qardaşı ilə aralarında ailə münaqişəsi olması barədə müraciət etmişdir. Bir neçə dəqiqə sonra yaşadıqları evə polis əməkdaşları gəlmişlər və qardaşı Pənah döyülməsi barədə ərizə yazmışdır. Həmçinin o da qardaşı Pənahın onun üzərimə içərisində qaynar su olan çayniki atması barədə ərizə yazmışdır. Onların aralarında dava-dalaşın düşməsinə səbəb o olmuşdur ki, o, spirtli içki içdiyinə və spirtli içki içən digər şəxslərə qoşulduğuna görə son zamanlar Pənah onun hər addımını izləmiş, o da hərdən öz dostlarını yaşadığı evə dəvət edərək ohəmin şəxslərlə birlikdə yaşadığı evdə spirtli içki qəbul etmişdir. Bu hal Pənahın xoşuna gəlməmişdir. Bu səbəblərə görə Pənahla aralarında mübahisə və yaxud davadalaş düşmüşdür. O, Pənahı sillə ilə bir neçə dəfə sifət nahiyəsindən vurmuş və sağ əlimin işarət barmağı ilə sonuncunun sol gözünü sıxıb ağrı yetirmişdir. Hadisə Xaçmaz şəhəri, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin içərisində baş vermişdir.Baş vermiş davadalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı səs-küyə kənar şəxslər gəlməmiş, onların yanında sadəcə onlarla birlikdə yaşayan anası Duma Tağıyeva olmuşdur. Dava-dalaş zamanı Pənah da çarpayının üzərində onun əlindən çıxmaq üçün əli ilə onun sifət nahiyəsindən vurmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, anası ilə birlikdə Xaçmaz şəhəri, Ruhulla Axundov küçəsində yerləşən 29 nömrəli evdə yaşayır. Onun 49 yaşı vardır və o, bu yaşınadək heç vaxt evlənməmişdir. Rəsmi olaraq heç bir yerdə işləməsə də fəhləlik edərək dolanışığını təmin etmişdir. Onun yaşadığı evin həyətində bir ədəd köhnə ev də vardır. Həmin ev, anası ilə atasının əvvəllər yaşadığı ev olmuşdur. İndi anası ilə yaşadıqları evi isə sonradan atası tikmiş, o da, sonradan təmir etdirdiyinə görə həmin evdə anası ilə birgə yaşamışdır. X1 isə 15 ildən çoxdur ki, anasından ayrılaraq başqa qadınla evlənmişdir. Həyətdə olan digər köhnə evdə isə doğma qardaşı Təqsirləndirilən şəxs yaşamışdır. Təvəkügül demək olar ki, anası ilə onun yaşadığı evə gəlməmiş, ancaq hərdən sərxoş olanda onların yanına gəlmişdir. Onun Təvəkgül ilə 10 ildən çoxdur ki, münasibəti olmasa da, anasının Təvəkgüllə normal münasibəti vardır. Onun Təvəkgül ilə münasibətinin olmamasının səbəbi odur ki, Təvəkgül uzun illərdir spirtli içkilərin aludəçisidir və Təvəkgüllə birlikdə spirtli içkilər qəbul edən yad adamlar onların yaşadığı evə gəlmişdir. O da, həmin şəxsləri yaşadığı evin həyətində görmüşdür deyə Təvəkgül ilə aralarında hər dəfə mübahisə düşmüşdür. Elə bu səbələrə görə Təvəkgül ilə aralarında bir neçə dəfə əlbəyaxa dava olmuş, ancaq hər dəfəsində qardaşı olduğuna görə Təvəkgüldən şikayət etməmişdir. Təvəkgül ilə hər nə qədər münasibəti olmasa da, o, Təvəkgülün böyük qardaşı olduğuna görə son zamanlar Təvəkgülü izləmişdir ki, sonuncu narkomanlara və spirtli içkilərə aludəçi olan şəxslərə qoşulmasın. Ona görə çalışmışdır ki, haraya getsə Təvəkgülü izləsin və Təvəkgülü həmin şəxslərdən uzaq tutsun. 02 fevral 2022-ci il tarixdə saat təxminən 20 radələrində o, evdə oturub yemək yeyərkən, pəncərədən Təvəkgül həyətin giriş qapısından küçəyə çıxdığını gördüyündən yeməyini bitirmədən yemək masasından qalxaraq Təvəkgülün arxasınca küçəyə çıxaraq sonucuya “yenə kimisə gözləyirsən?” deyə soruşmuşdur. Həmin vaxt küçədə heç kim olmamışdır. O, küçəyə çıxıb siqaret çəkməyə başlayan kimi Təvəkgül yenidən evin həyətinə qayıdıb onun yaşadığı evə girmişdir. Həmin vaxt o, küçədə Təvəkgülün anasına qışqıraraq onun barəsində nalayiq ifadə işlətdiyini, Təvəkgül anasına yaşadıqları evi bölərək onun da həmin evdən payı olduğunu dediyini eşitdiyindən evə onların yanına qayıdaraq yemək masasının arxasına keçib yemək yeməyə başlamışdır. Həmin vaxt Təvəkgül yenidən anasının üstünə qışqıraraq evi bölməlisən dediyinə görə o, Təvəkgülə anasının üstünə qışqırmamasını, anası kimdir ki, evi bölsün, ev atasının adınadır, getsin atasına desin, atası sağdır, gəlib evi bölürsə bölsün. Bu zaman Təvəkgül demişdir ki, atası anasına etibarnamə vermişdir, anası istəsə bölə bilər. O da, Təvəkgüldə demişdir ki, həmin etibarnamə atası dünyasını dəyişdikdən sonra qüvvədə olacaqdır. Təvəkgül isə onun sözlərini qəbul etməmiş, yenə də anasından qışqıraraq evi bölməsini tələb etmişdir. O, yenə də Təvəkgülə demişdir ki, anasından əl çəksin, xəstə adamdır. Bu zaman Təvəkgül anasının ünvanına nalayiq söyüşlər söyməyə başladığından o, Təvəkgülə anasını söyməməsini, belinin ağradığını yazıqdıq qoy uzansın demişdir. Təvəkgül bunları edən zaman o, masanın ətrafında oturub masanın üzərində olan çaynikdən stəkana özü üçün çay süzmüşdür. O, bunları deyən zaman Təvəkgül onun tərəfə çevrilib ona nalayiq söyüşlər söyərək üstünə gəlməyə başlamışdır. O, Təvəkgülün onu vuracağından ehtiyyat edərək əlində olan çayniki Təvəkgülün üzərinə atmaq istəmiş, bu zaman çaynikin içərisində olan qaynar suyun bir hissəsi onun üzərinə tökülsə də, o, çayniki Təvəkgülə tərəf atmışdır. Həmin vaxt anası Təvəkgülün yanında olduğuna görə çaynikin içərisindəki qaynar su anasının əlinin üzərinə tökülmüşdür. Bu zaman Təvəkgül onun üstünə gəlib masanın ətrafında oturduğu yerdə onu vurmaq istəyəndə o, ayağa qalxıb Təvəkgülün əynində olan paltarın yaxasından tutmuş, Təvəkgül də onun əynində olan paltarın yaxasından tutmuşdur. Onlar bir-birilərini itələyə-itələyə müvazinətlərini itirib otaqda olan çaypayının üzərinə yıxılmışlar. Yıxılan zaman o, alt tərəfdə, Təvəkgül isə üst tərəfdə olmuşdur. Təvəkgül həm çəkidə həm də boyda ondan yekə olduğuna görə onu altına yıxmışdır. O, çaypayının üzərində, Təvəkgülün altında olan zaman, sonuncudan canını qurtarmaq üçün üzünə əlimi atsam da, Təvəkgülü özündən ayrmağa gücü çatmamışdır. Təvəkgül isə onun çapaladığmı görüb, bir əli ilə onun boğaz nahiyəsindən tutub digər əli ilə də onun dodaq nahiyəsindən, sifətindən və sol göz nahiyəsindən vurmuşdur. Bu zaman onun sifət, boyun,dodaq və göz ətrafı nahiyələrində xəsarətlər yaranmışdır. Həmçinin Təvəkgül sağ əlinin işarət barmağı ilə onun gözümdən basaraq ona ağrı yetirmişdir. O da Təvəkgüldən canını qurtarmaq üçün çırpınmışdır. Anası isə onların dalaşdıqlarını görüb Təvəkgülü tutub dartaraq ayrılmaları üçün yalvarmışdır. Anasının yalvarışlarından sonra Təvəkgül onun üstündən durub telefonunu götürmüş və DİN-in 102 xidmətinə zəng etmişdir. Bundan sonra o da, DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Daha sonra yaşadıqları evə polis əməkdaşları gəlmişlər və və qardaşının onu döyməsi barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Qardaşım Təvəkgül 02 fevral 2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları Xaçmaz şəhəri, R.Axundov küçəsində yerləşən 29 nömrəli evdə anası Duma Tağıyevanın yanında döymüşdür. Təvəkgül spirtli içki aludəçisidir və sonuncu 02.02.2022-ci il tarixdə axşam saat 20 radələrində evin bölünməsini tələb edərək ona nalayiq söyüş söydüyünə görə aralarında dava-dalaş düşmüşdür. Dava-dalaş zamanı Təvəkgül onu əli vurmuşdur, başqa hər hansı bir əşya ilə vurmamışdır. Dava-dalaş zamanı o, canını Təvəkgülün əlindən qurtarmağa çalışmışdır. Həmin vaxt əli ilə bıçaq götürməyə imkanım olmamışdır. Davadalaşdan yarım saat sonra o, otağı yığışdıran zaman bıçağı evin döşəməsindən götürüb masanın üzərinə qoyan zaman Təvəkgül onu görmüş və elə bilmişdir ki, bıçaqla Təvəkgülü hədələyir. Ancaq o, Təvəkgülü hədələməmişdir. Dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş və onların səslərinə kənar şəxslər evə gəlməmişdir. Aralarında olan dava-dalaş zamanı Təvəkgül onu əli ilə tutub sifətindən vurmuşdur. Təvəkgül ondan yekə olduğu üçün onun Təvəkgülə gücü çatmamışdır. O, Təvəkgülün altından çıxaraq canını qurtarmaq üçün çırpınmışdır. Həmin vaxt o, əli ilə Təvəkgülə xəsarət yetirmişdir. Ancaq onun Təvəkgülə xəsarət yetirmək niyyəti olmamışdır. Təvəkgülün sifətinə əl atmaqda məqsədi, Təvəkgülün əlindən çıxmaq olmuşdur. Təvəkgül spirtli içkilərin aludəçisi olduğu üçün, özü kimi spirtli içkilərə aludəçi olan şəxslərlə görüşmüşdür. O da Təvəkgülü bu vərdişindən kənarlaşdırmaq istəmişdir. Ona görə də o, son zamanlar Təvəkgülün hər addımını izləmişdir. Bu hal Təvəkgülün xoşuna gəlməmiş və ona demişdir ki, izləməsin. Həmçinin onların yaşadıqları evdə anası da onlarla birlikdə yaşamışdır. Təvəkgül də teztez evə spirtli içki qəbul etmək üçün yad adamları gətirmişdir. Bu hal onun xoşuna gəlməmiş və o, bir neçə dəfə evə yad adamları gətirməməsini Təvəkgülə demişdir. Bu səbəblərə görə tez-tez Təvəkgüllə aralarında mübahisələr düşmüşdür. Ancaq mən hər dəfəsində Təvəkgülün barəsində şikayət etməmişdir. Ancaq sonuncu dəfə onu çox pis döymüşdür deyə o, bu barədə polisə şikayət etmişdir. Şahid məhkəmə iclasında çıxış edərək, ibtidai istintaqda verdiyi ifadəsi ilə razı olmayaraq məhkəmə istintaqında yeni ifadə verərək bildirmişdir ki, 02 fevral 2022-ci il tarxidə Xaçmaz şəhəri, Ruhulla Axundov küçəsində yaşadığı 29 nömrəli evdə iki doğma oğlu Təvəkgül və Pənah mübahisə etmişlər. Mübahisə zamanı onlar bir-birləri ilə tutaşmışlar və mübahisələri evin içində təxminən 3-4 dəqiqə ərzində davam etmişdir. Mübahisə zamanı hər ikisinin bir-biri ilə dartışdığını görmüş, lakin konkret olaraq kimin kimi vurmasını görməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 03 fevral 2022-ci il tarixli 77 nömrəli ekspert rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətləralın, burun və hər iki sifət nahiyələrinin sıyrıqları, sol göz almasına və alt dodağın selikli qişasına qansızmalar, boyun nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 02.02.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq olunan 14 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs aralarında dava-dalaş baş vermiş yerə, yəni Xaçmaz şəhəri, Ruhulla Axundov küçəsində yerləşən 29 nömrəli evə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən və görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş mteriallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünün spirtli içkilərə aludəçiliyi olduğu və yad adamları spirtli içki qəbul etməsi üçün yaşadığı evə gətirməsinə görə qardaşı Zərərçəkmiş şəxs onu izləməsi səbəbindən, eləcə də yaşadıqları evin bölünərək bir hissəsinin ona verilməsi üçün 02 fevral 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Xaçmaz şəhəri, Ruhulla Axundov küçəsində yerləşən 29 nömrəli evin sonuncuya məxsus yataq otağında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bir neçə dəfə sillə ilə sifət, burun, alm və boyun nahiyələrindən vuraraq və sağ əlinin şəhadət barmağı ilə Zərərçəkmiş şəxs sol gözündən sıxaraq ona, alm, burun və hər iki tərəf sifət nahiyələrinin sıyrıqları, sol göz almasına və alt dodağın selikli qişasına qansızmalar, boyun nahiyəsinin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1.; 59.1.4. və 59.2ci maddələrinə əsaslanaraq, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını ona təyin edilən cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzanın Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, daimi iş yerinin olmasını, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı və həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədləri ilə tətbiq edilməlidir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 360 (üç yüz altmış) saat ictimai işlər cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-70/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-70/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver