Məhkəmə qərarları › İş №1(067)-70/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-70/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-70/2023 05.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, Natəvan küçəsi, ev 27A, mənzil 15-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbayjan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, Ə.Vahid küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 16 noyabr 2022-ci il tarixdə saat 11:00-11:15 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol arxa cibində saxladığı pul kisəsinin içərisində 05 ədəd sellofan bükümdə 0,375 qram, 0,397 qram, 0,417 qram, 0,401 qram, 0,158 qram çəkilərdə olmaqla ümumilikdə 1,748 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmin pul kisəsinin içərisində olan 07 ədəd sellofan bükümdə və əynində olan narıncı rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı «Rothmans» markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə olmaqla ümumilikdə 08 ədəd sellofan bükümdə 0,561 qram, 0,226 qram, 0,242 qram, 0,209 qram, 0,180 qram, 0,220 qram, 0,187 qram, 0,067 qram çəkilərdə olmaqla ümumilikdə 1,892 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, bir il olar kş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. 2022-ci ilin noyabr ayının əvvəllərində Xaçmaz şəhəri, Bakı prospektinə gəlib tanımadığı şəxsin idarə etdiyi markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilin arxa oturacağına əyləşmişdir ki, Bakı şəhərinə getsin. Həmin avtomobildə ondan başqa tanımadığı üç nəfər kişi sərnişində olmuşdur. Bakı şəhərinə «Şamaxinka» adı ilə tanınan yerə çatanda arxa oturacaqda onun yanında əyləşmiş sərnişinlər avtomobildən düşüb getmişlər və o, baxanda görmüşdür ki, arxa oturacağın üstündə bir ədəd kağız büküm var. Həmin kağız bükümü əlinə götürüb açanda içərisində 12 ədəd sellofan və 01 ədəd kağız bükümlərin olduqlarını görmüşdür. O, kağız bükümü açıb baxanda görmüşdür ki, içərisində başqa bir ədəd sellofan büküm var. Sonra o, sellofan bükümləri tək-tək açmış və sellofan bükümlərdən 08 ədədinin içərisində narkotik vasitə olan heroin, 05 ədədinin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Özüdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metametamindən istifadə etdiyi üçün tapdığı heroini və metamfetamini özünə məxsus qara rəngli pul kisəsinin içərisinə, pul kisəsini isə şalvarının cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Həmin gün o, Bakı şəhərində qalmış, səhəri gün isə qayıdıb Xaçmaz şəhərinə yaşadığı evə gəlmişdir. Tapdığı heroini və metamfetamini görən olmasın deyə pul kisəsinin içərisində, pul kisəsini isə şalvarının cibində saxlamışdır. Sonrakı günlərdə o, əvvəlcə 02 ədəd bir manatlıq pul əskinasından və bir ədəd 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından borucuq düzəltmiş, sonra isə tapdığı metamfetaminin üzərindən bir qədər götürüb özündə olan folqa kəsiyinin üzərinə tökmüş və alışqanı yandırıb folqa kəsyinin alt hissəsinə tutmaqla qızdırıb həmin metamfetaminin tüstüsünü düzəltdiyi borucuqlar vasitəsi ilə daxilə qəbul etmiş, qalan heroini və metamfetamini isə pul kisəsində saxlamışdır. 15 noyabr 2022-ci il tarixdə axşam saatlarında o, pul kisəsində saxladığı sellofan bükümlərdən birini çıxarıb açaraq içərisində olan heroindən bir qədər götürüb istifadə etmiş, qalan hissəsini isə sellofan bükümdə «Rothmans» markalı siqaret qutusunun içərisinə qoymuşdur ki, sonradan götürüb istifadə edə bilsin. İki ədəd bir manatlıq pul əskinasından və bir ədəd 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından düzəltdiyi borucuqları və folqa kəsiyini isə özündə olan «Kent» markalı siqaret qutusunun içərisində saxlamışdır və lazım olduqca çıxarıb istifadə etmişdir. 16 noyabr 2022-ci il tarixdə o, idarə etdiyi «Vaz-2107» markalı ** FG *** qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektinə gəlib tanışı Lətifə ilə görüşmüşdür. Lətifə gəlib avtomobilə əyləşdikdən sonra o, avtomobili hərəkətə gətirmiş və onlar bir qədər Xaçmaz şəhərində gəzmişlər. 16 noyabr 2022-ci il tarixdə təxminən saat 09:30 radələrində Xaçmaz şəhəri, Ə.Vahid küçəsinə gəlmişlər və o, avtomobili saxlayıb yerə düşərək pul kisəsini çıxarıb içərisinə baxmaq istəyərkən həmin küçədə avtomobillə xidmət aparan polis əməkdaşlarının gəldiklərini görüb həyacan keçirmiş və tələsik halda avtomobilə yaxınlaşıb pul kisəsini gizlətməyə çalışmışdır. Polis əməkdaşları həyəcanlı olduğunu hiss edib ona yaxınlaşmışlar və özlərini təqdim etdikdən sonra ondan narahatçılığının səbəbini soruşmuşlar, o, da üzərində narkotik vasitə daşıdığını polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra polis əməkdaşlarından biri onun avtomobilinə əyləşmiş və o, avtomobili idarə edib polis əməkdaşı ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan şalvarın sol arxa cibindən bir ədəd qara rəngli pul kisəsini, əynində olan idman gödəkçəsinin sol yan cibindən 02 ədəd alışqanı, idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd «Rothmans» markalı və 01 ədəd «Kent» markalı siqaret qutusunu, şalvarının sağ yan cibindən 06 ədəd 5 manatlıq, 05 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq əskinasları çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilsədə üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq pul kisəsini açıb içərisində olan 11 ədəd sellofan və 01 ədəd kağız bükümləri görmüş və həmin bükümləri çıxararaq masanın üstünə qoymuşdur. Müstəntiq onun və müdafiəçinin iştirakı ilə kağız bükümü açıb içərisində olan sellofan bükümü çıxardıqdan sonra sellofan bükümlərdən 05 ədədinin içərisində ağ rəngli kristalşəkilli maddə, 07 ədədinin içərisində isə tünd qəhvəyi rəngli maddə olduğunu bildirərək nə olduğunu, haradan aldığını soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, sellofan bükümlərdə olan ağ rəngli kristalşəkilli maddə psixotrop maddə olan metamfetamindir, qəhvəyi rəngli maddə isə narkotik vasitə olan heroindir, özünə məxsusdur, tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra müstəntiq «Rothmans» markalı siqaret qutusunu və «Kent» markalı siqaret qutusunu açmış, «Rothmans» markalı siqaret qutusunu içərisində olan siqaret dənələrini, içərisində heroin olan bir ədəd sellofan bükümü, «Kent» markalı siqaret qutusunun içərisindən isə 01 ədəd siqaret dənəsini, 01 ədəd folqa kəsiyini, 02 ədəd bir manatlıq pul əskinaslarından və 01 ədəd 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından düzəldilmiş borucuqları çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən onun üzərində aşkar olunmuş 08 ədəd sellofan bükümlərdə olan heroin, 05 ədəd sellofan bükümdə olan metamfetamin, 01 ədəd folqa kəsiyi, 02 ədəd bir manatlıq pul əskinaslarından və 01 ədəd 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından düzəldilmiş borucuqlar bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş heroinin, metamfetaminin, folqa kəsiyinin, bir manatlıq pul əskinaslarından və 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından düzəldilmiş borucuqların qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş bir ədəd «Rothmans» markalı, bir ədəd «Kent» markalı siqaret qutuları, siqaret dənələri, 02 ədəd alışqan, 06 ədəd 5 manatlıq, 05 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq əskinaslar isə götürülməyərək özünə qaytarılmışdır. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üzərində aşkar olunmuş heroini və metamfetamini isə 2022-ci ilin noyabr ayının əvvəllərində tanımadığı şəxsin idarə etdiyi avtomobillə Bakı şəhərinə gedərkən avtomobilin salonundan tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, o, Xaçmaz rayon polis şöbəsinin post patrul xidməti bölüyünün manqa komandiri vəzifəsində xidmət edir. 16 noyabr 2022-ci il tarixdə saat 09:30 radələrində Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantı Şahid2, polis kiçik serjantı Şahid3 və polis serjantı Şahid4 ilə birlikdə Xaçmaz şəhəri, Ə.Vahid küçəsində xidmətdə olarkən həmin küçədə dayanmış Vaz-2107 markalı ** FG *** qeydiyyat nişanlı avtomobilin yaxınlığında tanımadıqları bir nəfər oğlan və bir nəfər qızın dayandıqlarını görmüşlər. Oğlan onları görən kimi həyacanlı halda avtomobilə əyləşib əlində tutduğu pul kisəsini gizlətməyə çalışmışdır. Həmin oğlanın hərəkətlərindən narkotik təsiri altında olması hiss edildiyinə görə ona yaxınlaşaraq özlərini təqdim edib kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, Xaçmaz şəhəri, Natəvan küçəsi, ev 27A, mənzil 15-də yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdiyinə görə onlar onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz RPŞ-nə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə gətirilməsi ilə bağlı o, raport yazmış və bununla bağlı araşdırma aparılması Xaçmaz RPŞnin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Xaçmaz rayon polis şöbəsində X5 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X5 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları özü təqdim etsin. X3 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən bir ədəd qara rəngli pul kisəsini, əynində olan idman gödəkçəsinin sol yan cibindən 02 ədəd alışqanı, idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd «Rothmans» markalı və 01 ədəd «Kent» markalı siqaret qutusunu, şalvarının sağ yan cibindən 06 ədəd 5 manatlıq, 05 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq əskinasları çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə onun üzərində başqa heç nə aşkar olunmamışdır. X5 pul kisəsini açıb içərisində olan 11 ədəd sellofan və 01 ədəd kağız bükümləri çıxararaq masanın üstünə qoymuşdur. X5 kağız bükümü açıb içərisində olan 01 ədəd sellofan bükümü çıxardıqdan sonra sellofan bükümlərdən 05 ədədinin içərisində ağ rəngli kristalşəkilli maddə, 07 ədədinin içərisində isə tünd qəhvəyi rəngli maddə olduğunu bildirərək Təqsirləndirilən şəxs sellofan bükümlərdə olan maddələrin nə olduğunu və haradan aldığını soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümlərdə olan ağ rəngli kristalşəkilli maddə psixotrop maddə olan metamfetamindir, qəhvəyi rəngli maddə isə narkotik vasitə olan heroindir, özünə məxsusdur, tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra X5 «Rothmans» markalı siqaret qutusunu və «Kent» markalı siqaret qutusunu açmış və «Rothmans» markalı siqaret qutusunu içərisində siqaret dənələri, içərisində qəhvəyi rəngli maddə olan bir ədəd sellofan büküm, «Kent» markalı siqaret qutusunun içərisində isə 01 ədəd siqaret dənəsi, 01 ədəd folqa kəsiyi, 02 ədəd bir manatlıq pul əskinaslarından və 01 ədəd 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından düzəldilmiş borucuqlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 08 ədəd sellofan bükümlərdə olan qəhvəyi rəngli tozşəkilli maddə və 05 ədəd sellofan bükümlərdə olan ağ rəngli kristalşəkilli maddə, 01 ədəd folqa kəsiyi, 02 ədəd bir manatlıq pul əskinaslarından, 01 ədəd 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından düzəldilmiş borucuqlar Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, bir ədəd «Rothmans» markalı, bir ədəd «Kent» markalı siqaret qutuları, siqaret dənələri, 02 ədəd alışqan, 06 ədəd 5 manatlıq, 05 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq əskinaslar isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2, Şahid3 və Şahid4 oğlu, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2022-ci il tarixli 6/6598 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №58» dairəvi möhür əksləri olan: «Təqsirləndirilən şəxs üzərindən aşkar edilən…» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 8 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,561 qram, 0,226 qram, 0,242 qram, 0,209 qram, 0,180 qram, 0,220 qram,0,187 qram, 0,067 qram, ümumi təmiz çəkisi 1,892 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,375 qram, 0,397 qram, 0,417 qram, 0,401 qram, 0,158 qram, ümumi təmiz çəkisi 1,748 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Təqdim olunmuş 8 (səkkiz) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Təqdim olunmuş 5 (beş) ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Təqdim edilmiş 2 (iki) ədəd pul əskinasından düzəldilmiş üzəri polietilen parçası ilə sarılmış, 1 (bir) ədəd 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından düzəldilmiş borucuqların içərisində və 1 (bir) ədəd folqa kəsiyinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı və maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in (Siyahı İ) daxildir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin»in (Siyahı İ) daxildir. Heroinin ümumi təmizçəkisi -1,892 qram, tədqiqata sərf edildi-0,400 qram, qalıq-1,492 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 1,748 qram, tədqiqata sərf edildi-0,250 qram, qalıq-1,498 qram. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli “Maddi sübutun tanınması barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1,892 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq təmiz çəkisi 1,492 qram təşkil edən narkotik vasitəsi heroin və təmiz çəkisi 1,748 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq təmiz çəkisi 1,498 qram təşkil edən narkotik vasitəsi metamfetaminin, üzərində metamfetaminə məxsus izlər olan 2 (iki) ədəd pul əskinasından düzəldilmiş üzəri polietilen parçası ilə sarılmış, 1 (bir) ədəd 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından düzəldilmiş borucuqlar, 1 (bir) ədəd folqa kəsiyi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirlənkən qeydə alınmış video görüntülərin köçürülən bir ədəd «DVD» disk maddi sübut kimi iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 10 yanvar 2023-cü il tarixli 94 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 9-cu bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİH-nin Mənzil Komunal Təsərüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı müddətə onun barəsində Mənzil Komunal Təsərüfatı İdarəsinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini (cəzasını) ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, qətimkan tədbirinin seçilməsi barədə qərardan və iltizamdan müəyyən edilir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,492 qram olan heroin, 1,498 qram olan metamfetamin, üzərində metamfetaminə məxsus izlər olan 2 (iki) ədəd pul əskinasından düzəldilmiş üzəri polietilen parçası ilə sarılmış, 1 (bir) ədəd 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından düzəldilmiş borucuqlar, 1 (bir) ədəd folqa kəsiyi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq 1,492 qram olan heroin, 1,498 qram olan metamfetamin, üzərində metamfetaminə məxsus izlər olan 2 (iki) ədəd pul əskinasından düzəldilmiş üzəri polietilen parçası ilə sarılmış, 1 (bir) ədəd 100 ABŞ dolları formasında çap edilmiş kağız parçasından düzəldilmiş borucuqlar, 1 (bir) ədəd folqa kəsiyi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun, Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM VÜSALƏ QASİMOVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar