Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-71/2020 09.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi1 iştirakı ilə xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Xaçmaz şəhər, Yaşıllaşdırma İdarəsində işləyən, ailəli, məhkum olunmamış, Xaçmaz rayonunun, Yergüc kəndində yaşayan –Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində Xaçmaz rayonunun, Yergüc kəndində yaşadıqları evin yataq otağında arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət zəmnində aralarında yaranmış mübahisə zamanı otaqdakı masanın üzərində olan stəkanı yaxın məsafədən qəsdən Zərərçəkmiş şəxs üstünə ataraq, ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Qeyd edilən cinayət icraat materialına məhkəmə iclasında mahiyyəti üzrə baxılarkən, iş üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx xxxx 2020-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Yergüc kəndindəki evin yaxınlığında yerləşən dükandan 500 qramlıq Rusiya istehsalı olan arağı alaraq orada tək başına içmiş və sonra oradan yaşadığı evə gədərək, həyat yoldaşı Zöhrəyə demişdir ki, « ay Zöhrə məni bu evə qeydiyyata sal». Həyat yoldaşı Zöhrə isə cavab olaraq ona demişdir ki, salmıram, sən alkaşsan». Həyat yoldaşı Zöhrənin bu sözündən sonra, o, bərk əsəbləşmiş və həmin vaxt qarşılarında olan masanın üzərindəki stəkanı götürüb yaxın məsafədən arvadının baş nahiyəsindən atmışdır. Həmin vaxt stəkan həyat yoldaşının baş nahiyəsinin sağ tərəfinə dəymiş və yerə düşərək hissələrə bölünmüşdür. O, arvadını alnından gələn qanı görüb qorxmuş, səpilmiş stəkanın qırıqlarını əli ilə otağın döşəməsindən yığışdırmış və zibilliyə atmış və daha sonra evdən çıxıb küçəyə qaçmışdır. Daha sonra həyat yoldaşı DİN-nin 102 xidmətinə zəng vururub barəsində şikayət etmişdir. Hazırda o, törətmiş olduğu cinayət əməlinə görə özünü tam təqsirli bilir və peşmançılıq çəkir. Hadisədən sonra o, Musayeva SədaqətVaqif qızından üzr istəmiş və onlar barışmışlar. Qeyd edilən cinayət işinə məhkəmə iclasında mahiyyəti üzrə baxılarkən, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə baxışında bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx xxxx 2020-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yaşadıqları Xaçmaz rayonunun, Yergüc kəndindəki evə gələrək ona demişdir ki, «ay Zöhrə ərə get ya da məni bu evə qeydiyyata sal». O, isə cavab olaraq ərinə demişdir ki, «alkaş olduğu üçün səni qeydiyyata salmıram». Onun bu sözündən sonra əri Vaqif əsəbləşmiş və qarşılarında olan masanın üzərindəki stəkanı götürüb yaxın məsafədən baş nahiyəsinə atmışdır. Həmin vaxt ərinin atdığı stəkan onun baş nahiyəsinin sağ tərəfinə dəymiş və yerə düşərək hissələrə bölünmüşdür. Vaqif alnından gələn qanı görüb qorxmuş, səpilmiş stəkanın qırıqlarını əli ilə otağın döşəməsindən yığışdırıb tez zibilliyə atmış və evdən də çıxaraq küçəyə qaçmışdır. O, da bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan başqa o, hadisə ilə bağlı Bakı şəhərində yaşayan qızı Məhəbbətlə əlaqə saxlamış və baş verənləri ona danışmıdır. Hazırda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istəm.dir və onlar barışmışlar. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 163 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Zərərçəkmiş şəxs bədəni üzərində sağ qaş nahiyəsinin şişkinlik və sıyrığı, sağ tərəf sifət nahiyyəsinin sıyrığı və sağ göz almasına tünd qırmızı rıngli qansızma xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsilə barışdığından, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə prosesində verdiyi etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 163 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq keçirir, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılığını, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-71/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-71/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver