Məhkəmə qərarları › İş №1(067)-71/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-71/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-71/2023 20.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx xxxx 1993-cü ildə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şabran rayonunun Şahnəzərli kəndində qeydiyyatda olmaqla yaşamış, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci madəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, 31 avqust 1989-cu ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şabran rayonunun Şahnəzərli kəndində qeydiyyatda olan və yaşayan, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz rayonu, İstisu qəsəbəsindən qoyun oğurlamaq qərarına gələrək bu məqsədlə markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobillə 11 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Xaçmaz rayonu, İstisu qəsəbəsinə getmiş və qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 avtomobilin salonunda oturub kənar şəxslərin yaxınlaşmasına nəzarət edərək onun oğurluq etməsinə şərait yaratmasından istifadə edərək İstisu qəsəbəsi, Məhəmməd Əliyev küçəsində yerləşən həkim məntəqəsindən qərb istiqamətində 150 metr aralı məsafədə olan açıq sahədən həmin qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus hər biri 180 manat qiymətində olan 19 baş dişi quzunu və 350 manat qiymətində olan 01 baş erkək qoyunu Təqsirləndirilən şəxs2 dayanıb gözlədiyi Xudat- Nabran avtomobil yolunun kənarına aparıb birlikdə avtomobilə yükləyib apararaq sonradan istintaqa məlum olmayan şəxslərə satıb özgəninkiləşdirməklə ümumilikdə 3770 manat məbləğində oğurluq etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakı gizli olaraq talama məqsədi ilə 07 dekabr 2021-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Aşağı-Ləgər kəndi ərazisində, Xudat-Qusar avtomobil yolundan cənub istiqamətdə 200 metr aralı məsafədə yerləşən evin həyətində yerləşən tövləyə qapını açıb qanunsuz daxil olaraq hər biri 220 manat qiymətində olan 02 baş erkək qoyunu və hər biri 210 manat qiymətində olan 06 baş dişi qoyunu markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə yükləyib apararaq sonradan istintaqa məlum olmayan şəxslərə satıb özgəninkiləşdirməklə ümumilikdə 1700 manat məbləğində oğurluq etmiş, bununla da o, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz rayonu, İstisu qəsəbəsindən qoyun oğurlamaq qərarına gələrək bu məqsədlə markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobillə 11 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Xaçmaz rayonu, İstisu qəsəbəsinə getmiş və qabaqcadan razılaşdıqları kimi avtomobilin salonunda oturub kənar şəxslərin yaxınlaşmasına nəzarət edərək Təqsirləndirilən şəxs1 İstisu qəsəbəsi, Məhəmməd Əliyev küçəsində yerləşən həkim məntəqəsindən qərb istiqamətində 150 metr aralı məsafədə olan açıq sahədən həmin qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus hər biri 180 manat qiymətində olan 19 baş dişi quzunu və 350 manat qiymətində olan 01 baş erkək qoyunu onun dayanıb gözlədiyi Xudat-Nabran avtomobil yolunun kənarına gətirərək birlikdə avtomobilə yükləyib aparmasına şərait yaratmış, sonradan oğurladıqları qoyunları istintaqa məlum olmayan şəxslərə satıb özgəninkiləşdirməklə ümumilikdə 3770 manat məbləğində oğurluq etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tarixini dəqiq xatırlamadığı vaxtda Xaçmaz rayonunda yerləşən Nabran kəndinə Bakı şəhərindən icarəyə avtomobil verilən yerdən bir neçə günlük icarəyə götürdüyü “Kia Sportage” markalı avtomobillə istirahət etmək üçün tək getmiş, Nabrandan qayıdanda Xudat ərazisində, avtomobil yolundan təxminən 150 metr aralıda, yolun kənarında qoyunların olduğunu görmüş, o, 7 baş qoyunu, yəni idarə etdiyi avtomobilə yerləşəcək qədərini oğurlayaraq aparıb satmış, pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin bildirdi ki, o, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. O, İmranın 20 baş qoyununu deyil, 07 baş qoyununu oğurlamışdır. Oğurladığı həmin qoyunları tanımadığı şəxsə hər biri 110 manat olmaqla satmışdır. Qoyunlar isti hava olduğundan bir yerə yığışaraq dayanmış, qaçmamışlar, o da onları götürərək oğurlamışdır. O, həmin qoyunları harasa sürdükdən sonra götürməmiş, qoyunlar yolun kənarında olmuşdur. O, hadisə vaxtı “Qazel” avtomobili ilə olmamışdır. Digər Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir, həm də sonuncu ilə qohumluğu vardır. O, Vüsalı oğurluq etdiyi gün görməmiş, o, oğurluğu Vüsalla deyil, tək etmişdir. Vüsalın mobil telefonu o, İmranın qoyunlarını oğurladığı gün onun idarə etdiyi avtomobildə qalmış, bu səbəbdən də anten məlumatları onların hadisə vaxtı birlikdə olduqlarını göstərmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 qoyunlarını da tək özü, icarəyə götürdüyü “Kia” markalı avtomobillə gedərək oğurlamışdır. O, Akifi də əvvəllər tanımamışdır. Onun Akifdən oğurladığı qoyunların sayı təxminən 7-8 baş olmuşdur. O, həmin qoyunları da hazırda xatırlamadığı qiymətə satmış və pulunu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxslərə vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməmiş, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra ödəmək fikri vardır. O, ibtidai istintaq orqanında oğurluğu tək etdiyini bildirmiş, o, ifadəsini oxumadan imzalamışdır. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, xuliqanlıq etdiyinə görə Şabran rayon məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra müxtəlif yerlərdən oğurluq etdiyinə görə Şabran rayon məhkəməsinin 30 noyabr 2022- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. O, müxtəlif yerlərdən oğurluq edərək dolanışığını təmin etmişdir. Yaşadığı evdən işləmək adi ilə əvvəlcə Bakı şəhərinə gedib Bakı şəhərində olan avtoyuma məntəqələrinin birində işləməyə başlamışdır. Daha sonra bir az pul topladıqdan sonra fikrinə oğurluq etmək düşmüşdür deyə, Bakı şəhərində ünvanını xatırlamadığı avtomobil icarəyə verilən yerlərin birindən icarəyə dövlət qeydiyyat nişanını xatrlamadığı ağ rəngli “KİA Sportage” markalı avtomobil götürüb Xaçmaz rayonuna gəlib Xudat şəhəri ətrafında olan kəndləri həmin avtomobil ilə gəzməyə başlamışdır. 2021-ci ilin avqust ayının əvvəllərində əvvəlcə Xaçmaz rayonu, İstisu qəsəbəsinə gəlib gəzəndə qəsəbənin mərkəzində qoyunların olmasını görmüşdür. O, həmin yerə gələrkən avtomobili meşə sahəsi tərəfdə saxlayıb piyada gəlib həmin yerlərə baxmışdır. Bundan sonra 11 avqust 2021-ci il tarixdə bu barədə həmkəndlisi Təqsirləndirilən şəxs2 bildirmişdir. Vüsal ilə 11 avqust 2021-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs2 zəng edib ondan harada olduğunu soruşmuş, Vüsal da ona Şabran şəhərində olduğunu, Şahnəzərli kəndinə getmək istədiyini bildirmişdir. Həmin vaxt o, Vüsala heç yerə getməməsini, olduğu yerdə onu gözləməsini, 20-25 dəqiqəyə yanına çatacağını demişdir. Təxminən 20 dəqiqə sonra o, Şabran şəhər avtovağzalından Vüsalı da idarə etdiyi avtomobil ilə götürmüşdür. Avtomobilə əyləşən zaman Vüsal avtomobili haradan əldə etdiyini soruşduqda, o, ona Bakı şəhərindən icarəyə götürdüyünü bildirmişdir. O, avtomobili hərəkətə gətirmiş və onlar Şabran rayonu, Şahnəzərli kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Şahnəzərli kəndinə çatmağa az qalmış o, Vüsala demişdir ki, onunla birlikdə Xaçmaz rayonu, Nabran kəndinə getsinlər. Vüsal ondan Nabran kəndinə getmələrinin səbəbini soruşduqda, o, oradan qoyun aldığını, həmin qoyunları götürməyə getdiklərini demişdir. Beləliklə, Vüsal onunla razılaşmış və onlar yola düşmüşlər. Xudat şəhərini keçib bir qədər Nabran kəndi istiqamətində getdikdən sonra o, avtomobili saxlayıb Vüsala təklif etmişdir ki, avtomobili Vüsal idarə etsin. Vüsal onunla razılaşıb sükan arxasında əyləşərək avtomobili idarə etmiş, o isə ön sağ oturacaqda əyləşmişdir. Həmin vaxt söhbət əsnasında o Vüsala burada tanımadığı şəxsin çoxsaylı qoyunları vardır, əvvəllər gəlib baxıb yerini yadda saxlamış, o həmin qoyunlardan 10 başını birlikdə oğurlayıb satmaq istədiyini demişdir. Vüsal da onun fikri ilə razılaşmış və onlar birlikdə gedib həmin qoyunlardan 10 başını oğurlamaq barədə qərara gəlmişlər. Vüsal avtomobil ilə Xudat-Nabran avtomobil yolu ilə Nabran kəndi istiqamətində hərəkət etdirib, həmin istiqamət üzrə hərəkət edən zaman həmin yolun İstisu qəsəbəsi ərazisində, yolun sağ tərəfində yerləşən “4 fəsil” restoranını Nabran kəndi istiqamətində təxminən 100 metr keçdikdən sonra o, Vüsala avtomobili dayandırmasını demişdir. Vüsal avtomobili yolun sağ kənarında dayandırmış, o, Vüsala demişdir ki, o, orada olan küçə ilə bir qədər irəli hərəkət edib qoyunları həmin yerdən təxminən bir kilometr Xudat şəhəri istiqamətində gətirəcəkdir, meşə sahəsinin kənarında Vüsal onun gəlməsini gözləsin, qoyunları həmin yerə gətirdikdən sonra birlikdə avtomobilə yükləyib oğurlayıb aparacaqlar. Vüsal onu həmin yerdə avtomobildən düşürdükdən sonra Vüsal həmin yerdən çıxıb getmişdir. O, avtomobildən endiyi yerdən küçə ilə qəsəbənin içərisinə gedib, boşluq yerdə nəzarətsiz otlayan qoyunları Xudat-Nabran avtomobil yolu ilə paralel istiqamətdə Xudat şəhəri istiqamətində aparmağa başlamışdır. O, əvvəl heyvandarlıqla məşğul olmuşdur deyə, qoyunları harayasa aparmaq onun üçün çətinlik törətməmişdir. O, təxminən saat 12:15 radələrində qoyunları həmin yerdən Xudat şəhəri istiqamətində təxminən bir kilometer məsafədə apardıqdan sonra Vüsalın onu yolun digər tərəfində, meşə sahəsinin kənarında avtomobili dayandırıb gözlədiyini görmüşdür. O, qoyunları yolun digər tərəfinə, meşə sahəsi tərəfə keçirmiş və avtomobilin yanına çatdıqdan sonra Vüsal ilə birlikdə həmin qoyunlardan 10 başını avtomobilə yükləmişlər. Belə ki, o, qoyunları avtomobilin yanına gətirdikdən sonra tək-tək qoyunları tutub 7 başını avtomobilin arxa yük yerinə, 3 başını isə avtomobilin arxa oturacağının ön tərəfində olan boş yerə qoyduqdan sonra özü də gəlib avtomobilə əyləşmiş və Vüsal avtomobili hərəkətə gətirib Bakı şəhəri istiqamətində getməyə başlamışdır. Həmin vaxt artıq saat 13:20 radələri olmuşdur. Yəni həmin gün saat 12:15-dən 13:20 radələrinədək olan müddət ərzində qoyunları oğurlayıb avtomobilə yerləşdirmişlər. Xudat şəhərinə çatanda o sükan arxasında əyləşib avtomobili idarə etmiş, Vüsal isə ön sağ oturacaqda əyləşmişdir. Təxminən saat 18 radələrində onlar Bakı şəhərinə çatmışlar. Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığına çatanda o avtomobili sağa döndərib bir qədər getdikdən sonra sola dönüb orada olan məhəllələrdən birində əvvəllər oğurladığı qoyunları satdığı restoran sahibinə zəng etmişdir. O, həmin şəxsə çoxlu sayda qoyun satmışdır və həmin şəxs qoyunları özünün saxlayıb baxdığını, yəni özünə məxsus olduğunu zənn etmişdir. O, restoranı işlədən şəxsə zəng edib danışdıqdan sonra həmin şəxs onların yanına gəlmişdir. O, həmin şəxsin adını və mobil telefon nömrəsini xatırlamır. Həmin şəxs onların yanına gəldikdən sonra o, həmin kişi ilə danışıb razılaşdıqdan sonra 10 baş qoyunu satmışdır. Qoyunları satan zaman o, qoyunların özünə məxsus olduğunu bir daha həmin şəxsə bildirmişdir. Qoyunları alan şəxs ona 3-4 saatdan sonra gəlib qoyunların pulunu götürməsini demişdir. Bu zaman o, Vüsalı həmin şəxsə göstərib demişdir ki, Vüsalı yola salmalıdır, ona görə də pul lazımdır. Onun sözündən sonra həmin şəxs cibindən çıxarıb ona 200 manat pul verərək demişdir ki, qalan pulu da 3-4 saatdan sonra verəcəkdir. O həmin şəxsdən 200 manat pulu aldıqdan sonra Vüsala 100 manat pul vermiş və onlar ikisi birlikdə «Şamaxinka» adı ilə tanınan yerə getmişlər. O, həmin yerdə avtomobili yudurtmaq üçün orada olan avtoyuma məntəqələrindən birinə vermiş, özləri isə həmin yerdə olan kafelərdən birində oturub yemək yemişlər. Yemək yedikdən sonra o, Vüsalı «Şamaxinka» adı ilə tanınan yerdə dayanmış taksi avtomobillərindən birinə əyləşdirib Şabran rayonuna yola salmışdır. Həmin vaxtdan sonra o, Vüsalı görməmiş və ondan xəbər almamışdır. Bundan başqa, 2021-ci ilin dekabr ayının əvvəllərində yenə də oğurluq etmək barədə fikirləşib Xaçmaz rayonu, Aşağı- Ləgər kəndində qoyun saxlayan şəxslərin birinin yaşadığı ünvanı dəqiqləşdirmişdir. Yenə də Bakı şəhərində ünvanını xatırlamadığı avtomobil icarəyə verilən yerlərin birindən icarəyə dövlət qeydiyyat nişanını xatrlamadığı ağ rəngli “KİA Sportage” markalı avtomobil götürüb 2021-ci ilin dekabr ayının 6-da Xaçmaz rayonu, Aşağı-ləgər kəndinə gəlmişdir. O, bu dəfə oğurluğa tək gəlmişdir. O, 06 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu, Aşağı-ləgər kəndinə gəlib, avtomobili Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığında diqqət çəkməyəcək bir yerdə saxlamış və havanın tam qaralıb hamının evə keçməsini gözləmişdir. Həmin gecə hamı yatdıqdan sonra 07 dekabr 2021-ci il tarixdə gecə saat 01:30 radələrində avtomobili Zərərçəkmiş şəxs2 yaşadığı evin yerləşdiyi küçənin baş hissəsində, Xudat-Qusar avtomobil yolundan təxminən 40 metr içəri tərəfdə saxlamış və Zərərçəkmiş şəxs2 qoyunları saxladığı tövləyə daxil olmuşdur. Tövləyə daxil olanda görmüşdür ki, qoyunlar tövlədə iki yerdə saxlanılır. O, hər iki yerin qapısını açıb saxlanılan qoyunlardan böyük görünənlərini əlində olan fənərlə seçib qoyunları bir-bir tutub tövlədən çıxarıb küçə ilə avtomobilin yanına aparıb, avtomobilin yanında qoyunların ayağını bağlayıb avtomobilin yük yerinə yığmağa başlamışdır. Tövlənin qapısı birbaşa küçəyə açılmışdır deyə, o, qoyunları rahatlıqla tövlədən çıxara bilmişdir. Həmin gecə saat 01:30 radələrindən 02:40 radələrindək tövlədən 08 baş qoyun oğurlayıb, 06 başını avtomobilin arxa yük yerinə, 02 başını isə avtomobilin arxa oturacağının ön tərəfində olan boş yerə qoyduqdan sonra Bakı şəhəri istiqamətində hərəkət edib qoyunları aparıb Bakı şəhərində digər qoyunları satdığı yerə satmışdır. Beləliklə, Zərərçəkmiş şəxs2 məxsus qoyunları tək oğurlamışdır. O, qoyunları satdığı şəxsi tanımamış, adını və mobil telefon nömrəsini xatırlamamışdır. Ancaq həmin şəxs qoyunların oğurluq olmasını bilməmişdir. Onun adına bir çox sayda mobil telefon nömrəsi olmuş, ancaq o, tanışının adına olan mobil telefon nömrəsindən istifadə etmişdir. Qoyunları oğurlayan zaman istifadə etdiyi avtomobili Bakı şəhərində icarəyə verilən avtomobillərdən götürmüşdür. Avtomobil ağ rəngli “KİA Sportage” markalı avtomobil olmuşdur. Ancaq həmin avtomobilin dövlət qeydiyyat nişanını və haradan icarəyə götürdüyünü xatırlamamışdır. Çünki Bakı şəhərini tam da yaxşı tanımamışdır. Yəni avtomobil haqqında bunlardan başqa məlumatı yoxdur. O, Xaçmaz rayonu, Aşağı-ləgər kəndindən etdiyi 08 baş qoyun oğurluğunu əvvəlcə qohumu Murad Hüseynov ilə, daha sonra isə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə etdiyini demişdir, ona görə ki, fikirləşmişdir ki, həmin şəxslər Şabran rayon məhkəməsinə verilmiş barələrində olan işdə onunla digər oğurluqlarda iştirak etmişlər, ona görə istəmişdir ki, yenə də onunla birgə bu işdə də olsunlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, digər Təqsirləndirilən şəxs1la həmkəndlidirlər. O, Sadiqi oğurluq edən şəxs kimi tanımamış, sonuncunun oğurluq etməsindən məlumatı olmamışdır. Hazırkı iş üzrə Sadiq oğurluq etdiyi gün onun mobil telefonu Sadiqin idarə etdiyi avtomobildə qalmış, iki gün sonra Sadiq gətirərək onun telefonunu özünə vermişdir. O, Sadiqlə birlikdə olmamışdır. Həmçinin bildirdi ki, o, hadisə günü Sadiqlə görüşməmiş, həmin hadisədən bir gün əvvəl görüşmüşlər. O, mobil telefondan çox da istifadə etmir, ona yalnız zəng edib danışmaq üçün lazım olmuşdur, yəni mobil telefona zərurəti olmamışdır. O, ibtidai istintaqda verdiyi ifadəsini oxumadan imzalamışdır, həmin ifadəsi ilə razı deyildir. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək ailəli olmaqla iki uşağının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Şabran rayonu, Şahnazərli kəndində tək yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 həmkəndlisidir və sonuncu ilə qohumluğu vardır. Onun Sadiqlə münasibəti yaxşı olmuşdur və əvvəllər onlar yoldaşlıq etmişlər. 11 avqust 2021-ci il tarixdə, saat 10 radələrində Sadiq ona zəng vurub harada olduğunu soruşmuş, o, Sadiqə Şabran şəhər avtovağzalında olduğunu, Şahnəzərli kəndinə getmək istədiyini bildirdikdə demişdir ki, orada gözləsin, 20-25 dəqiqəyə onun yanına çatacaqdır. O, Şabran şəhər avtovağzalında dayanıb gözləmiş və təxminən 20 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Sadiq qeydiyyat nömrə nişanını xatırlamadığı ağ rəngli «KİA Sportage» markalı avtomobillə onun yanına gəlmişdir. O, avtomobilə əyləşəndə Sadiq ona demişdir ki, həmin avtomobili də Bakı şəhərində olarkən kirayə (Rent A Car) götürmüşdür. Sadiq avtomobili hərəkətə gətirmiş və onlar Şabran rayonu, Şahnəzərli kəndi istiqamətində getməyə başlamışlar. Şahnəzərli kəndinə çatmağa bir az qalmış Sadiq ona demişdir ki, birlikdə Xaçmaz rayonu, Nabran kəndinə getsinlər. Sadiqdən Nabran kəndinə getməsinin səbəbini soruşduqda isə demişdir ki, oradan qoyun alıb Bakı şəhərinə aparacaqdır. O, Sadiqlə razılaşmış və onlar Xaçmaz rayonu, Nabran kəndinə yola düşmüşlər. Xudat şəhərini keçib bir qədər Nabran kəndi istiqamətində getdikdən sonra Sadiq avtomobili saxlayıb ona təklif etmişdir ki, avtomobili o idarə etsin. O, Sadiqlə razılaşıb sükan arxasında əyləşərək avtomobili idarə etmiş, Sadiq isə ön sağ oturacaqda əyləşmişdir. Həmin vaxt söhbət əsnasında Sadiq ona bildirmişdir ki, burada tanımadığı şəxsin çoxsaylı qoyunları vardır, əvvəllər gəlib baxıb yerini yadda saxlamışdır, həmin qoyunlardan 10 başını onunla birlikdə oğurlayıb satmaq istəyir. O da Sadiqin fikri ilə razılaşmış və onlar birlikdə gedib həmin qoyunlardan 10 başını oğurlamaq barədə qərara gəlmişlər. O, avtomobil ilə Xudat-Nabran avtomobil yolu ilə Nabran kəndi istiqamətində hərəkət etmişdir. Həmin istiqamət üzrə hərəkət edən zaman həmin yolun İstisu qəsəbəsi ərazisində, yolun sağ tərəfində yerləşən “4 fəsil” restoranını Nabran kəndi istiqamətində təxminən 100 metr keçdikdən sonra Sadiq ona avtomobili dayandırmasını demişdir. O, avtomobili yolun sağ kənarında dayandırmışdır. Sadiq ona demişdir ki, o, orada olan küçə ilə bir qədər irəli hərəkət edib qoyunları həmin yerdən təxminən bir kilometr Xudat şəhəri istiqamətində gətirəcəkdir, meşə sahəsinin kənarında o Sadiqi gözləsin, qoyunları həmin yerə gətirdikdən sonra birlikdə avtomobilə yükləyib oğurlayıb aparacaqlar. O, Sadiqi həmin yerdə avtomobildən düşürdükdən sonra və 5-10 dəqiqə avtomobil ilə gəzdikdən sonra Xudat şəhəri istiqamətində həmin yerdən təxminən bir kilometr qayıdıb Xudat şəhəri istiqamətində gedib sola dönərək avtomobili meşəlik sahənin kənarında saxlamışdır. O, Sadiqi avtomobildən düşürən vaxt təxminən saat 12 radələri olmuşdur. Təxminən saat 12:40 radələrində Sadiq qarşısında təxminən 30-35 baş qoyunla ona tərəf gəlmiş və qoyunlarla onun yanına çatdıqdan sonra onlar həmin qoyunların içərisindən 10 başını oğurlamışlar. Sadiq qoyunları avtomobilin yanına gətirdikdən sonra tək-tək qoyunları tutub 7 başını avtomobilin arxa yük yerinə, 3 başını isə avtomobilin arxa oturacağının ön tərəfində olan boş yerə qoyduqdan sonra özü də gəlib avtomobilə əyləşmiş və o, avtomobili hərəkətə gətirib Bakı şəhəri istiqamətində getmişdir. Xudat şəhərinə çatanda Sadiq sükan arxasında əyləşib avtomobili idarə etmiş, o isə ön sağ oturacaqda əyləşmişdir. Təxminən saat 18 radələrində onlar Bakı şəhərinə çatmışlar. Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığına çatanda Sadiq avtomobili sağa döndərib bir qədər getdikdən sonra sola dönüb orada olan məhəllələrdən birinə gedərək kiməsə zəng vurub danışdıqdan sonra onların yanına tanımadığı 45-50 yaşlarında bir kişi gəlmişdir. Sadiq həmin kişi ilə danışıb razılaşdıqdan sonra 10 baş qoyunu həmin şəxsə satmışdır. Qoyunları satan zaman Sadiq qoyunların özünə məxsus olduğunu bildirmişdir. Qoyunları alan şəxs Sadiqə demişdir ki, 3-4 saatdan sonra gəlib qoyunların pulunu alar. Sadiq onu həmin şəxsə göstərib demişdir ki, onu yola salması üçün pul lazımdır. Sadiqin sözündən sonra həmin şəxs cibindən çıxarıb Sadiqə 200 manat pul verərək demişdir ki, qalan pulu da 3-4 saatdan sonra verəcəkdir. Sadiq həmin şəxsdən 200 manat pulu aldıqdan sonra ona 100 manat pul vermiş və onlar birlikdə «Şamaxinka» adı ilə tanınan yerə getmişlər. Sadiq avtomobili yudurtmaq üçün orada olan avtoyuma məntəqələrindən birinə vermiş, özləri isə həmin yerdə olan kafelərdən birində oturub yemək yemişlər. Yemək yedikdən sonra Sadiq onu «Şamaxinka» adı ilə tanınan yerdə dayanmış taksi avtomobllərindən birinə əyləşdirib Şabran rayonuna yola salmışdır. Həmin vaxtdan sonra o Sadiqi görməmiş və Sadiq özü də onunla əlaqə saxlamamışdır. Onun adına bir neçə mobil telefon nömrəsi vardır, ancaq həmin mobil telefon nömrələrin çoxu hazırda işləmir. Onun daimi istifadə etdiyi mobil telefon nömrəsi ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. O, 11 avqust 2021-ci il tarixdə Xaçmaz rayonu, Müqtədir kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 10 baş qoyunun oğurlanmasında onunla birlikdə olmuşdur, 2021-ci ilin dekabr ayının 6-dan 7-nə keçən gecə o, Şabran rayonunda olmuş, ümumiyyətlə Xaçmaz rayonunda olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun 69 baş qoyunu olmuş, hadisə vaxtı çöldən 49 başı qayıtmış, 20 baş qoyunu oğurlanmışdır. O, ziyanın ödənilməsini tələb edir. Həmçinin bildirdi ki, qoyunlara atası və o özü baxmışlar. 20 baş qoyunu 2021-ci ilin avqust ayında oğurlanmışdır. Onlar yay aylarında qoyunları səhər saat 06-da otarmaq üçün aparırlar, günorta saatlarında kəndlərində yolka ağacları olan yerə gətirib kölgəlikdə saxlayırlar, onlar özləri isə evə gedirlər, hər yarım saatdan bir atası gedərək qoyunların həmin yerdə olmalarına nəzarət edir. Hadisə günü də, günorta saatlarında, saat 12-01 arası ağacların altında saxlamışlar, yarım saatdan sonra gedib qoyunları saxladıqları həmin ağacların altına baxdıqda qoyunların yerində olmadıqlarını görmüşlər. Onlar 1-2 saat ətrafı axtardıqdan və qoyunları tapmadıqdan sonra o, DİN-nin 102-xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra isə qoyunlarının meşə tərəfdən gəldiklərini görmüşlər, qoyunları saydıqda 20 baş qoyunun olmadığını görmüşlər. Qoyunlarının əvvəllər saxladıqları yerdən meşəyə getmələri halı olmamışdır. Atası qoyunların gəldiyi istiqamətdə, izi ilə gedərək meşənin içərisində dalan kimi bir yerdə dayandıqlarını, yəni qoyunların meşədə sonuncu dayandığı yeri aşkar etmişdir, ola bilsin ki, qoyunları həmin yerdə sıxışdıraraq tutmuşlar. Həmin meşə avtomobil yolunun kənarında yerləşir. Polis tərəfindən Təqsirləndirilən şəxs1 hadisə yerinə gətirilmiş, hadisə yerində Sadiq on baş qoyunu oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın məbləğini, ya da 20 baş qoyunun qaytarılmasını istəyir. Təqsirləndirilən şəxslər ona vurduqları ziyanla bağlı heç bir ödəniş etməmişlər, o, ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxslərə qarşı şikayətçidir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, əsasən heyvandarlıqla məşğul olmuş və eyni zamanda ev ustası da işləyir. Muxtadır qəsəbəsində, yaşadığı evin həyətində olan tövlədə özünə məxsus 69 baş qoyun olmuşdur. Həmin heyvanlara o atası Şahid1 ilə birlikdə baxmışdır. Heyvanları atası bir qayda olaraq hər gün səhər saat 06 radələrində tövlədən çıxarıb, yaşadıqları evdən təxminən 200-300 metr aralı məsafədə yerləşən boş torpaq sahələrinə aparıb otarmış, axşam isə saat 20 radələrində yenidən tövləyə gətirmişdir. 11 avqust 2021-ci il tarixdə atası yenə də həmişəki kimi 69 baş qoyunu tövlədən çıxarıb yaşadıqları evdən təxminən 200-300 metr aralı məsafədə yerləşən boş torpaq sahəsinə aparmışdır. Həmin torpaq sahəsi Xudat-Nabran avtomobil yolunun Nabran kəndi istiqamətində sol tərəfində yerləşmişdir. Onların yaşadığı ev də həmin istiqamətdə yerləşmişdir. Həmin gün saat 12 radələrində atası Xiyirbəy Kiçibəyov qoyunları həmin torpaq sahəsində olan ağaclığın altına ötürüb özü nahar etmək üçün evə gəlmişdir. Həmin vaxt o, işdə olmuşdur. Saat 13 radələrində atası nahar edib qoyunları otarmaq üçün ötürdüyü yerə qayıdanda qoyunların orada olmadığını görmüşdür. Atası oradan ona zəng edib qoyunları tapa bilmədiyini, gəlib qoyunları axtarmalarını demişdir. O da tez qardaşı Şahid2 zəng edib qoyunları otardıqları torpaq sahəsinə çağırmışdır. Saat 13:50 radələrində qardaşı və o, atasının yanına getmişlər. Onlar görmüşlər ki, həqiqətən qoyunlar orada yoxdur. Həmin vaxt qardaşı Telman onlara demişdir ki, o, nahar etmək üçün saat 12:20 radələrində yaşadıqları evə gələn zaman kiminsə qoyunları həmin boş torpaq sahəsindən aparmasını görmüş, lakin o, qoyunların özlərinə məxsus olduğunu bilmədiyi üçün tanımadığından hər hansı bir söz deməmişdir. Bu zaman onlar Telmandan həmin şəxsin qoyunları hansı istiqamətə apardığını soruşmuşlar. Telman da onlara demişdir ki, həmin şəxs qoyunların hamısını Xudat-Nabran avtomobil yolunun digər tərəfinə aparıldığını görmüşdür. Onlar, yəni atası, qardaşı Telman və o, Xudat- Nabran avtomobil yolunun digər tərəfinə keçib qoyunları axtarmağa başlamışlar. Təxminən 1 saat sonra, yəni saat 14:40 radələrində onlar özlərinə məxsus olan 69 baş qoyunun 49 başını həmin istiqamətdə meşə sahəsinin içərisindən tapmışlar. O, tapdıqdan sonra qoyunları sayarkən görmüşdür ki, qoyunlardan 20 baş yoxdur. Onlar başa düşmüşlər ki, qoyunları oğurlayıblar. Bundan sonra o, DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermiş və daha sonra hadisə yerinə Xudat PB-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər və fotoşəkillər çəkmişlər. Həmin vaxt hadisə yerini polis əməkdaşlarına atası təqdim etmişdir. Ona məxsus olan 20 baş qoyun 11 avqust 2022-ci il tarixdə, saat 12 radələrindən 13 radələrinədək olan müddət ərzində oğrulanmışdır. Oğurlanmış heyvanların 19 başı 7 aylıq quzu, bir başı isə 1 yaşlı qoç olmuşdur. Həmin qoç diri halda 50 kq çəkidə olmaqla yerli cinsdən olmuşdur. Qalan 19 baş quzunun hər biri yerli cinsdən olmaqla, heç vaxt bala verməmiş, diri çəkiləri isə 22-25 kiloqram aralığında olmuşdur. Qoyunların hamısını o almışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanla bağlı heç bir ödəniş etməmiş, lakin Ramazan bayramı olduğundan o, ziyanı təqsirləndirilən şəxsə bağışlayır, həmin ziyanı tələb etmir. Həmçinin bildirdi ki, onun 8 baş qoyunu oğurlanmışdır. Ziyanın ödənilməsini təqsirləndirilənin vicdanına buraxır, ödəməsə də, ziyanı tələb etmir və şikayətçi deyil. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Aşağı-ləgər kəndində ailəsi ilə birlikdə yaşamışdır. Onun özünə məxsus olan 40 baş qoyunu vardır. O, uzun illər heyvandarlıqla məşğul olmuşdur. Həmin qoyunları yaşadığı evin həyətində olan tövlədə saxlamışdır. Tövlə yaşadığı evin həyətində girişdən solda yerləşmişdir. Tövlənin özü mişar daşından tikilsə də, qarşısında hevanları saxlamaq üçün dəmir materialdan hazırlanmış tor hasardan düzəltdiyi yer də vardır. O, hər gün qoyunları səhər tezdən tövlədən çıxarıb otarmağa aparıb, axşamlar da gətirib yenidən tövləyə salmışdır. 06 dekabr 2021-ci il tarixdə, axşam saatlarında yenə də qoyunları gətirib sayaraq tövləyə salmış, otlarını da verib yaşadığı evə getmişdir. 07 dekabr 2021-ci il tarixdə, səhər saat 06:30 radələrində yuxudan durub heyvanlara baxanda görmüşdür ki, tövlənin qapısı açıqdır. O, qoyunları seçib tövlədə iki yerdə saxlamışdır. Səhər gələndə görmüşdür ki, qoyunlar hamısı bir-biri ilə qarışmışdır. Bu hal onda şübhə yaratdığından qoyunları sayanda görmüşdür ki, içərisindən səkkiz baş qoyun əskikdir. O, qoyunları nəzərdən keçirəndə görmüşdür ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında tövlədən iki baş erkək, altı baş isə dişi olmaqla ümumilikdə səkkiz baş qoyunu oğurlamışdır. Qoyunların hamısı qarabaşlı cinsindən olmuşdur. Oğurlanmış iki baş erkək qoyun bir yaşlı olmaqla, hər biri 40 kiloqram çəkidə olan qoyunlar olmuşdur. Oğurlanmış 6 baş dişi qoyunun hər biri bir yaşlı olmaqla, heç biri bala verməmiş, ümumi çəkiləri 40 kiloqram çəkidə olan qoyunlar olmuşdur. Qoyunların oğurlanması nəticəsində ona ümumilikdə 1400 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs1 onun qardaşıdır. 2021-ci ilin avqust ayında o, işdən nahar etmək üçün evə gəldikdə evlərinin yaxınlığından tanımadığı bir şəxsin qarşısında qoyunları aparmasını görmüş, lakin o, həmin qoyunların onların olduğunu bilməmişdir. Atası və qardaşı ona qoyunların oğurlandığını dedikdə, o, sonunculara bir nəfər şəxsin qoyunları apardığı istiqaməti göstərmişdir. O, həmin şəxsin üzünü görməmiş, həmin şəxs ondan aralıda olmuşdur. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid X2 elan edilərək tədqiq edilmiş ifadəsindən müəyyən edilir ki, o, hazırda heç bir yerdə işləmir. O, əsasən heyvandarlıqla məşğul olmuşdur. Belə ki, oğlu Zərərçəkmiş şəxs1 ev ustasıdır, ona görə də İmran işləyərək qoyunlar almış, o da həmin qoyunlara baxmaqla məşğul olmuşdur. Onların ümumilikdə 69 baş qoyunu olmuşdur. Həmin qoyunları o, bir qayda olaraq səhər saat 06 radələrində otarmağa çıxarıb yaşadıqları evin yaxınlığında yerləşən boş torpaq sahəsində otarmışdır. Qoyunları həmin yerə gətirib günorta saat 12 radələrinədək nəzarəti altında otarıb, saat 12 radələrində nahar yeməyinə gedib saat 13 radələrində isə yenidən qoyunların yanına gəlib nəzarət etmişdir. 11 avqust 2021-ci il tarixdə də, saat 06 radələrində 69 baş qoyunu yaşadığı evdən təxminən 200-300 metr aralı məsafədə yerləşən boş torpaq sahəsinə gətirib orada otarmışdır. Həmin yer Xaçmaz rayonu, İstisu qəsəbəsi, Məhəmməd Əliyev küçəsində, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi “Xaçmaz RMX” PHŞ-nin X6 qərb istiqamətdə 150 metr aralı məsafədə yerləşmişdir. O, 69 baş qoyunu həmin yerə gətirib saat 12 radələrindək qoyunları otardıqdan sonra saat 12 radələrində nahar etmək üçün yaşadığı evə getmişdir. Həmin vaxt qoyunların yanında heç kim olmamışdır. Evə gedib təxminən bir saat ərzində nahar etdikdən sonra qoyunları otarmaq üçün qoyub getdiyi yerə gəlib baxanda qoyunların həmin yerdə olmadığını görmüşdür. Bir qədər həmin yerin ətrafında qoyunları axtarsa da, tapa bilmədiyinə görə bu barədə oğlu Zərərçəkmiş şəxs1 zəng edib qoyunları tapa bilmədiyini, axtarmaq üçün ona kömək etməyə gəlməsini demişdir. İmran da zəng edərək bu barədə digər oğlu Telmana məlumat verərək sonuncunu qoyunları axtarmaq üçün qoyunları otarmaq üçün qoyub getdiyi yerə dəvət etmişdir. Saat 13:50 radələrində İmran və Telman onun yanına gələrək qoyunların orada olmadığını görmüşlər. Həmin vaxt Telman onlara demişdir ki, o, nahar etmək üçün saat 12:20 radələrində yaşadıqları evə gələn zaman kiminsə buradan qoyunları həmin boş torpaq sahəsindən aparmasını görmüş, lakin o, onların qoyunları tanımadığı üçün hər hansı bir söz deməmişdir. Bu zaman onlar Telmandan həmin şəxsin qoyunları hansı istiqamətə apardığını soruşmuşlar, sonuncu da onlara həmin şəxsin qoyunların hamısını Xudat-Nabran avtomobil yolunun digər tərəfinə, yəni Xudat şəhəri istiqamətində avtomobil yolunun sol tərəfinə aparıldığını gördüyünü demişdir. Onlar yəni o və iki oğlu Xudat-Nabran avtomobil yolunun digər tərəfinə keçib meşə sahəsində qoyunları axtarmağa başlamışlar. Təxminən 1 saat sonra, yəni saat 14:40 radələrində onlar özlərinə məxsus olan 69 baş qoyunun 49 başını həmin istiqamətdə meşə sahəsinin içərisindən tapmışlar. O, həmin yerdə qoyunları sayarkən görmüşdür ki, qoyunlardan 20 baş yoxdur. Onlar başa düşmüşlər ki, qoyunları oğurlayıblar. Bundan sonra İmran DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermiş və daha sonra hadisə yerinə Xudat PB-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisə yerinə, yəni onun qoyunları otarmaq üçün qoyub getdiyi yerə baxış keçirmişlərr və fotoşəkillər çəkmişlər. Həmin vaxt hadisə yerini polis əməkdaşlarına o təqdim etmişdir. Onlara məxsus olan 20 baş qoyun 11 avqust 2022-ci il tarixdə, saat 12 radələrindən 13 radələrinədək olan müddət ərzində oğurlanmışdır. Qoyunların hamısını oğlu İmran almışdır, ancaq həmin qoyunlara baxmaq üçün o və digər oğlu Telman da köməklik etmişdir. Ancaq qoyunların sahibi oğlu Zərərçəkmiş şəxs1 olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, şahid Xiyirbəy Kiçibəyovun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli raportdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı Xaçmaz rayonunun Müqtədir (İstisu) qəsəbəsində 20 baş qoyununun oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində, Məhəmməd Əliyev küçəsində İcbari Tibbi Sığorta Agentliyi “Xaçmaz RMX” PHŞ-nin X6 qərb istiqamətdə 150 metr aralı məsafədə yerləşən yerdir. Hadisə yerinə baxış zamanı Xiyirbəy Kiçibəyov açıq sahəni göstərib bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə, səhər saatlarında özlərinə məxsus 69 baş qoyunu otarmaq üçün həmin açıq sahəyə gətirmiş, daha sonra nahar vaxtı evinə getmiş və qoyunlar həmin yerdə nəzarətsiz qalmış, nahar edib qoyunları qoyduğu yerə gəlib baxan zaman qoyunların həmin yerdə olmadığını görmüşdür. İş materiallarında olan 25 avqust 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, baxış keçirilən yer Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində, Xudat-Nabran avtomobil yolunun Nabran kəndi istiqamətində həmin yolun sağ kənarında yerləşən “4 fəsil” restoranına 800 metr məsafədə yerləşir. Baxış zamanı Təqsirləndirilən şəxs1 “4 fəsil” restoranı istiqamətini göstərərək qoyunların həmin istiqamətdən gətirildiyini, qoyunları həmin istiqamətdən həmkəndlisi Təqsirləndirilən şəxs2 gətirdiyini, Vüsalın qoyunları gətirənədək onun baxış keçirilən yerdə, meşə sahəsinin kənarında Vüsalı gözlədiyini, Təqsirləndirilən şəxs2 qoyunları gətirdikdən sonra 10 baş qoyunu Vüsal ilə birlikdə həmin yerdə avtomobilə yüklədiklərini bildirmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin İfadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz RPŞ-yə dəvət olunduqdan sonra, ifadəsinin yerində yoxlanması məqsədi ilə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə 10 baş qoyunu oğurladığı yeri göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 bildirdi ki, onlar on baş qoyunu Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisindən oğurlamışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 təklifi ilə Xaçmaz-Xudat avtomobil yolu ilə Xudat şəhəri istiqamətində, daha sonra Nabran kəndi istiqamətində hərəkət etmişlər, Xudat-Nabran avtomobil yolu ilə hərəkət edən zaman, həmin yolun İstisu kəndi ərazisində, həmin yolun sağ tərəfində yerləşən “4 fəsil” restoranından Xudat şəhəri istiqamətində bir kilometr məsafədə yolun sağ kənarında dayanmışlar. Təqsirləndirilən şəxs2 həmin yerdə meşə sahəsinin kənarını göstərib 11 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qoyunları gətirdikdən sonra həmin yerdə avtomobilə yüklədiklərini bildirmişdir. İfadənin yerində yoxlanmasında iştirak edən Zərərçəkmiş şəxs1 özlərinə məxsus qalan 49 baş qoyunu həmin istiqamətdən tapdıqlarını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 təklifi ilə həmin yerdən Nabran kəndi istiqamətində hərəkət edib, “4 fəsil” restoranı 100 metr məsafədə Nabran kəndi istiqamətində keçib yolun sağ kənarında dayanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 İstisu qəsəbəsi ərazisində olan küçənin baş hissəsini göstərib oğurluğa gələn zaman Təqsirləndirilən şəxs1 həmin yerdə düşürdüyünü, avtomobildən düşüb gedən zaman Təqsirləndirilən şəxs1 onu gedib arxa tərəfdə gözləməsini, onun da gedib qoyunları həmin yerə gətirəcəyini dediyini bildirmişdir. İfadənin yerində yoxlanmasında iştirak edən Zərərçəkmiş şəxs1 atasının qoyunları otarmaq üçün həmin yerə gətirib buraxdığını, qoyunların həmin yerdən aparıldığını bildirmişdir. Protokolun düzgünlüyü iştirakçıları tərəfindən, həmçinin təqsirləndirilən şəxsin və müdafiəçinin imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş CD diskdən müəyyən edilir ki, 11 avqust 2021-ci il tarixdə, saat 11:55 radələrində 050 417-33-99 saylı mobil telefon nömrəsini istifadə edən Təqsirləndirilən şəxs2 həmin vaxt Xaçmaz rayonunun Muxtadır (İstisu) qəsəbəsi ərazisində olmuşdur. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli şifahi ərizə protokolundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2021-ci il tarixdə, saat 06:30 radələrində yaşadığı ünvanda yardımçı tikiliyə gələrkən orada saxladığı 6 baş dişi və 2 baş qarabaşlı erkək xırdabuynuzlu heyvanının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etməsi barədə bildirərək, həmin şəxsin və ya şəxslərin tapılaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, hadisə yeri Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonunun Aşağı Ləgər kəndi ərazisində, Xudat-Qusar avtomobil yolundan 200 metr cənub istiqamətində yerləşən evin həyətindəki tövlədir. Oğurluq hadisəsinin baş verdiyi tövlə evin həyətində yerləşsə də, tövlənin küçəyə açılan qapısı vardər. Tövlə mişar daşından tikilsə də, onun qarşısında heyvanları saxlamaq üçün dəmir materialdan hazırlanmış tor hasardan düzəldilmiş yer vardır. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış və o, zərərçəkəmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı ünvanda tövlədən 8 baş qoyunu necə oğurlamasını əyani olaraq göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 9/7413 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuz heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: -2021-ci ilin dekabr ayına olan orta bazar satış qiyməti nəzəri qaydada: - Zərərçəkmiş şəxs2 məxsus yerli qarabaşlı cinsindən olan 2 baş, bir yaşlı, diri halda 40 kiloqram çəkidə olan erkək qoyun - 440 (2 baş x 220 man) manat; -Zərərçəkmiş şəxs2 məxsus yerli qarabaşlı cinsindən olmaqla 6 baş, heç vaxt bala verməmiş, diri halda 40 kiloqram çəkidə olan qoyun - 1260 (6 baş x 210 man) manat; - 2022-ci ilin avqust ayına olan orta bazar satış qiyməti nəzəri qaydada; -X3 məxsus yerli cinsdən olan, 19 baş, 7 aylıq, heç vaxt bala verməmiş, diri halda çəkiləri 20-25 kiloqram çəkidə olan dişi qoyun - 2850,00 (19başx150man) manat; -X3 məxsus yerli cinsdən olan, 1 baş, bir yaşlı, diri halda çəkisi 50 kiloqram çəkidə olan erkək qoyun - 350,00 manat. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 27 yanvar 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məxsus, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış qoyun və quzuların qiymətləri məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 noyabr 2022-ci il tarixli, 9/7413 nömrəli rəyində göstərilən qiymətlərlə deyil, zərərçəkmişin ifadəsində göstərdiyi kimi, yəni bir dişi quzunun qiyməti 180 manat, bir baş erkək qoyunun qiyməti isə 350 manat olmaqla, ümumilikdə ona dəymiş maddi ziyanın məbləğinin 3770 manat miqdarında hesablanması qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs1 Xeyribəy oğluna məxsus qoyunları tək oğurlaması, yəni digər Təqsirləndirilən şəxs2 onunla birlikdə olmadığı, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində digər Təqsirləndirilən şəxs1la birlikdə, Zərərçəkmiş şəxs1 məxsus qoyunları oğurlamadığı, bundan əlavə, ibtidai istintaqda verdikləri ifadələri oxumadan imza etdikləri barədə bildirdikləri xüsusatlara tənqidi yanaşaraq, bu halı onların özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə edildiyi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan təqsirləndirilən şəxslərin ifadələrindən, ifadələrin yerində yoxlanılması barədə protokollardan, fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məxsus qoyunları təqsirləndirilən şəxslər birlikdə gedərək oğurladıqlarını bildirmişlər, ifadələri hadisə yerində yoxlanılmış və ibtidai istintaqda verdikləri ifadələrində qeyd olunan xüsusatları əyani şəkildə göstərərək təsdiq etmişlər, ifadələrinin və protokolların, müdafiəçinin də iştirakı ilə, düzgün tərtib edildiyini öz imzaları ilə təsdiq etmişlər. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, cinayət işinin ibtidai istintaq dövründə təqsirləndirilən şəxslərin heç biri verdikləri ifadələrlə bağlı hər hansı etiraz və ya vəsatətlə müraciət etməmişlər. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, 01 ədəd CD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin müvafiq olaraq 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmlərin surətlərindən və Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(031)-58/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci madəsinə əsasən qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şahnəzərli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 yaşadığı həmin kənddə kənd əhalisi ilə mehriban olmuş və kəndin ictimai işlərində yaxından iştirak etmişdir. O, kənddə özündən böyüklərə hörmətlə yanaşmışdır. Yoldaşları ilə davranışda mülayim rəftar etmiş, onlarla rəftarda kobudluq etməmişdir. Barəsində Nümayəndəliyə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 11 may 2023-cü il tarixli ərizəsindən, həmçinin onun məhkəmə iclasındakı ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində ona vurulmuş ziyandan heç bir məbləğ ödənilməmiş, lakin o, təqsirləndirilən şəxsi bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(031)-58/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü madəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan şəxsiyyəti təsdiq edən sənədə dair veb-portaldan çıxarışlardan, həmçinin iş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Şabran rayon İHB-nın Şahnəzərli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 yaşadığı həmin kənddə kənd əhalisi ilə mehriban olmuş və kəndin ictimai işlərində yaxından iştirak etmişdir. O, kənddə özündən böyüklərə hörmətlə yanaşmışdır. Yoldaşları ilə davranışda mülayim rəftar etmiş, onlarla rəftarda kobudluq etməmişdir. Onun kənd sakinləri arasında böyük hörməti vardır. Barəsində Nümayəndəliyə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 onun barəsində şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlindən peşman olmasını və biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barələrində cəzanı yüngülləşdirən halları, həmçinin barələrində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməllərinin törədilməsi hallarını, eləcə də zərərçəkmiş şəxslərə vurduqları ziyanı ödəməmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(031)-58/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci madəsinə əsasən qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(031)-58/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü madəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin ediləcək cəza Şabran rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(031)-58/2022 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Şabran rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 1(031)- 58/2022 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 hazırkı hökm üzrə cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 digər cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs2 Şabran rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(031)- 58/2022 saylı hökmü ilə təyin olunmuş (üzərində qəti olaraq saxlanılmış) 02 (iki) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Şabran rayon icra və probasiya şöbəsinin 20 iyul 2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Şabran rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(031)-58/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı Təqsirləndirilən şəxs2 17 mart 2023-cü il tarixdə Şabran rayon icra və probasiya şöbəsinin qeydiyyatına götürülmüş, Təqsirləndirilən şəxs2 həmin cəzasının 19 iyul 2023-cü il tarix də daxil olmaqla 04 (dörd) ay 02 gününü çəkmiş, onun 02 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Şabran rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(031)-58/2022 saylı hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkdiyi 04 (dörd) ay 02 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə iki günə bir gün hesabı ilə hesablanaraq 02 (iki) ay 01 gün ona hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 01 (bir) ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Şabran rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(031)-58/2022 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 barəsində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan Şabran rayon məhkəməsinin hökmünə əsasən cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Şabran rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(031)- 58/2022 saylı hökmü ilə təyin olunmuş (üzərində CM-nin 69.3-cü mad. əsasən qəti olaraq saxlanılmış) 02 (iki) il 11 (on bir) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla cəmi 01 il 05 ay 29 gün Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Şabran rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(031)- 58/2022 saylı hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkdiyi 04 (dörd) ay 02 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə iki günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) ay 01 gün ona hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Şabran Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar