Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-71/2024 20.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Xaçmaz rayonu, Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Xaçmaz Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 02 ay, 07 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə və 19 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 oktyabr 2023-cü il tarixdə gecə saat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun sağ kənarında olan “VİP oil” yanacaq doldurma məntəqəsindən şimal istiqamətində 600 metr məsafədə yerləşən evin yaxınlığına gedərək həyətdə heç kimin olmadığına əmin olduqdan sonra dəmir materialdan hazırlanmış tor hasarı əyib üzərindən keçməklə əvvəlcə həmin evin həyətinə, daha sonra isə evin həyətində yerləşən, yan tərəfləri dəmir materialdan hazırlanmış tordan ibarət olan tövlənin qapısındakı ipi üzərində olan alışqanla yandırıb açaraq saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olub 300 manat dəyərində olan bir baş dişi qoyunu qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 oktyabr 2023-cü il tarixdə gecə saat 22:40 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun sağ kənarında olan “VİP oil” yanacaq doldurma məntəqəsindən şimal istiqamətində 60Q metr məsafədə yerləşən evin yaxınlığına gedərək həyətdə heç kimin olmadığına əmin olduqdan sonra dəmir materialdan hazırlanmış tor hasarı əyib üzərindən keçməklə həmin evin həyətinə, daha sonra isə evin həyətində yerləşən, mişar daşından tikilmiş tövlənin taxta qapısında olan qıfılın keçirildiyi dəmiri yerindən çıxarmaqla qapını açıb saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq 250 manat dəyərində olan bir baş dişi qoyunu qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası ona aydındır, həmin ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilir. O, əvvəllər oğurluq cinayəti törətdiyinə görə Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə ona 01 il, 03 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin həmin cəzanın başa çatmasına 04 aydan bir qədər artıq müddət qalmış o, həmin cəzanın icraası ilə əlaqədar üzərinə qoyulmuş vəzifələri icra etmədiyinə görə, Xaçmaz Rayon Məhkəməsinin, qərarı ilə barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 04 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. O, 04 ay 14 gün müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasım çəkib 19 sentyabr 2023-cü il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra nə qədər iş axtarsa da işləyə biləcəyi bir iş tapa «bilməmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin yanından keçərkən həyətdə qoyunlarının olduğunu görmüş və həmin ərəfədə pula ehtiyacı olduğu üçün həmin qoyunları oğurlamaq qərarına gəlmişdir. O, 09 oktyabr 2023-cü il tarixdə qoyunu oğurlamaq barədə fikrini dəqiqləşdirmiş və həmin gün axşam saatlarında Xarnaz şəhərində yerləşən mərkəzi bazarda qəssab işləyən Şahid zəng edib ona özünə məxsus 01 baş qoyun olduğunu, anasının xəstəxanada olduğunu, ona görə də pula ehtiyacı olduğu üçün həmin qoyunu satmaq istədiyini bildirmiş, Azad da demişdir ki, yaşadığı evə gətirsə qoyunu alacaqdır. Bu məqsədlə 09 oktyabr 2023-cü il tarixdə gecə saat 23 radələrində yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına getmiş və bir neçə dəqiqə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə baxmış və əmin olmuşdur ki, evin həyətində heç kim yoxdur. O, oğurluq etmək üçün gecə saatlarında getmişdir ki, həmin vaxtda kənddə hamı yatmış olsun. Zərərçəkmiş şəxs yaşadığı evin həyətində heç kimin olmadığına əmin olduqdan sonra saat 23 radələrində dəmir materialdan hazırlanmış tor hasarın üzərindən aşmaqla həyətinə daxil olmuşdur. Evin həyətinə keçdiyi yer evin həyətində olan tövlənin yaxınlığı olmuşdur deyə, o həyətə keçən kimi tövləyə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan tövlənin yan tərəfləri tor hasardan düzəldilmiş, həmçinin tövlənin qapısı da tor hasardan hazırlanmış və qapı açılmasın deyə tövlənin yan divarına iplə bağlanmışdır. O, tövləyə daxil olmamışdan əvvəl oradan bir ədəd ip tapıb götürmüşdür ki, oğurlayacağı qoyunun ayaqlarını bağlaya bilsin. O, üzərində olan alışqan ilə qapıda olan ipi yandırmış və tövlənin qapısını açmış, daha sonra tövləyə daxil olub qoyunlardan birini tutmuş və tutduğu qoyunun ayaqlarını tapdığı iplə bir-birinə bağlamışdır. O, tutduğu qoyunu bağlayan zaman tövlədə olan digər qoyunlar evin həyətinə çıxmışlar. O, tutub bağladığı qoyunu iki əli ilə tutub qaldırıb qucağında evin həyətinə keçdiyi yerə tərəf aparmış və həmin yerə çatıb tor hasarı əyərək qoyunu küçəyə qoymuşdur. Daha sonra özü də küçəyə çıxıb qoyunu götürüb Zərərçəkmiş şəxs Gtilməmməd oğlunun yaşadığı evin həyətinin qarşısında olan, yəni küçənin digər tərəfində olan bağ sahəsinə keçirib oraya qoymuşdur. Bundan sonra piyada təxminən 600 metr məsafədə yerləşən Xaçmaz- Quba avtomobil yolunun kənarında yerləşən “VİP oil” yanacaq doldurma məntəqəsinin yanma gəlmiş və həmin yol ilə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olan avtomobillərə əl edib birini dayandırmış və onu Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil dairəsinin yanma aparmasını xahiş etmişdir. Tanımadığı həmin şəxs idarə etdiyi avtomobil ilə onu Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil dairəsinin yanma çatdırmış və o, orada düşüb həmin yerdə dayanan Vaz-21011 markalı taksi avtomobilinə yaxınlaşmış və tanımadığı taksi sürücüsünə yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndində özünə məxsus bir baş qoyun olduğunu, həmin qoyunu satmaq üçün Xaçmaz şəhərində yaşayan qəssaba çatdırmaq lazım olduğunu demişdir. Taksi sürücüsü ona bildirmişdir ki, bunun üçün ondan 6 manat gediş haqqı alacaqdır, o da taksi sürücüsü ilə razılaşıb avtomobilə əyləşmiş və onlar Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən qoyunu saxladığı bağ sahəsinin yanma getmişlər, o, avtomobildən enib bağ sahəsindən qoyunu götürüb avtomobilin yük yerinə qoymuş və qoyunu Xaçmaz şəhərində yaşayan Azad adlı şəxsin yaşadığı evin həyətinə gətirmişdir. Qoyunu avtomobildən endirib Azadın yaşadığı evin həyətinə gətirmişdir. Azad əvvəlcə qoyunun oğurluq olub-olmamasını soruşmuş, o da Azada qoyunun özünə məxsus olduğunu və oğurluq olmadığını, anasının xəstəxanada olduğundan pula ehtiyacı olduğu üçün bu saatda qoyunu gətirdiyini demişdir. Bundan sonra Azad qoyunu hansı qiymətə satmasını soruşmuş, o da Azada 180 manata satdığını bildirmişdir. Azad qoyuna baxdıqdan sonra arıq və yaşlı olduğunu, ona görə də 160 manat pul verə biləcəyini bildirmişdir. O da Azadla 160 manata razılaşıb qoyunu vermiş və Azaddan 160 manat pul alıb oradan çıxıb getmişdir. Həmin «puldan 6 manatını taksi sürücüsünə verib qalan pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra həmin pulu öz ehtiyaclarına xərclədiyindən 11 oktyabr 2023-cü il tarixdə qərara almışdır ki, gedib yenidən Yaquba məxsus qoyunlardan bir başını da oğurlasın. 11 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhərində yerləşən mərkəzi bazarda qəssab işləyən Azad adlı şəxsə zəng edib özünə məxsus 01 baş qoyun olduğunu, anasının xəstəxanada olduğunu, ona görə də pula ehtiyacı olduğu üçün həmin qoyunu satmaq istədiyini bildirmiş, Azad da demişdir ki, əgər yenə də qoyunu yaşadığı evə gətirsə qoyuna baxıb bir qiymətə alacaqdır. Azadla danışdıqdan sonra həmin gün, yəni 11 oktyabr 2023-cü il tarixdə saat 22:15 radələrində yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına getmiş və bir neçə dəqiqə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə baxmış və əmin olmuşdur ki, evin həyətində heç kim yoxdur. Zərərçəkmiş şəxs yaşadığı evin həyətində heç kimin olmadığına əmin olduqdan sonra saat 22:40 radələrində dəmir materialdan hazırlanmış tor hasarı əyib üzərindən keçib həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra əvvəlcə yan tərəfləri dəmir materialdan olan tor hasardan düzəldilmiş tövləyə yaxınlaşıb baxıb görmüşdür ki, qoyunlar həmin yerdə yoxdur. Qoyunların orada olmadığını görəndə başa düşmüşdür ki, birinci oğurluğundan sonra Yaqub qoyunları həyətdə olan digər tövlədə, yəni mişar daşından tikilmiş tövlədə saxlayır. Buna görə də həmin tövlənin yanma gedib taxta materialdan olan qapısına baxanda görmüşdür ki, tövlənin qapısında asma qıfıl vardır. O, tövlənin taxta materialdan olan qapısının tutacağmdan tutub güc verərək arxayaqabağa hərəkət etdirib asma qıfıl keçirilərək bağlanmış dəmiri yerindən çıxarıb tövlənin qapısını açmışdır. Bundan sonra tövləyə daxil olub qoyunlardan birinin ayağını özü ilə apardığı iplə bağlamış və iki əli ilə tutub qaldırıb qucağında evin həyətinə keçdiyi yerə tərəf aparıb həmin yerə çatıb tor hasarı əyərək qoyunu küçəyə qoymuşdur. Daha sonra özü də küçəyə çıxıb qoyunu götürüb küçənin digər tərəfində olan, birinci dəfə də qoyunu saxladığı bağ sahəsinə keçirib bu dəfə oğurladığı qoyunu da oraya qoymuşdur. Bundan sonra piyada həmin yerdən təxminən 600 metr məsafədə olan Xaçmaz-Quba avtomobil yolunun kənarına gəlmiş və həmin yol ilə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olan avtomobillərin birini əl işarəsi edib saxlatdırıb həmin avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil dairəsinin yanma gəlmiş, orada dayanan Vaz-2106 markalı taksi avtomobilinə yaxınlaşmış və tanımadığı taksi sürücüsünə yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndində özünə məxsus bir baş qoyun olduğunu, həmin qoyunu satmaq üçün Xaçmaz şəhərində yaşayan qəssaba çatdırmaq lazım olduğunu bildirmişdir. Taksi sürücüsü ona bildirmişdir ki, bunun üçün ondan 8 manat gediş haqqı alacaqdır, o da taksi sürücüsü ilə razılaşıb avtomobilə əyləşmiş və omar Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən qoyunu saxladığı bağ sahəsinin yanma getmişlər, o, avtomobildən enib bağ sahəsindən qoyunu götürüb avtomobilin yük yerinə qoymuş və qoyunu Xaçmaz şəhərində yaşayan Şahid yaşadığı evin həyətinə gətirmişdir. Qoyunu avtomobildən endirib Azadın yaşadığı evin həyətinə gətirmişdir. Bundan bir-iki gün əvvəl də Azada qoyun satmış və bu dəfə də qoyunu satarkən əvvəki kimi, yəni qoyunun özünə məxsus olduğunu, anasının xəstə olduğunu, ona görə də pula ehtiyacı olduğundan qoyunu gətirib bu saatda satdığım bildirmişdir. Bundan sonra Azad qoyunu hansı qiymətə satmasını soruşmuş, o da bu dəfəki qoyun balaca olduğu üçün 140 manata satdığını bildirmişdir. Azad qoyuna baxdıqdan sonra arıq və ətinin az olduğunu, ona görə də ən çox 130 manat pul verə biləcəyini bildirmişdir. O da söhbəti uzatmayıb Azadla 130 manata razılaşıb qoyunu vermiş və Azaddan 130 manat pul alıb oradan çıxıb getmişdir. Həmin puldan 8 manatını taksi sürücüsünə vermiş və qalan pulu da götürüb yaşadığı evə getmiş və sonrakı günlərdə əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. 16 oktyabr 2023-cü il tarixdə Xaçmaz RPŞnin əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər və ondan şöbədə həmin oğurluqla bağlı soruşmuşlar, o da etdiyi əməli etiraf edib Zərərçəkmiş şəxs məxsus qoyunu oğurladığını bildirmişdir. Etdiyi əməllərdən peşmandır, bir daha belə əməlləri etməyəcəkdir. Zərərçəkmiş şəxs məxsus qoyunu oğurlayarkən o tək olmuş, başqa şəxs iştirak etməmişdir. Qoyunları satdığı Azad adlı şəxs və qoyunu gətirdiyini taksi sürücüləri həmin qoyunların oğurluq olduğunu bilməmişlər, o, qoyunların özünə məxsus qoyunlar olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini, qoyunun oğurluq olmadığını demişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Xaçmaz rayonu, Armudpadar kəndində ailəsi ilə birlikdə yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı bacarmasa da sərbəst oxumağı bacarır. O, yaşadığı evin həyətində qoyun saxlayır və ümumilikdə 10 oktyabr 2023-cü il tarixədək 05 baş qoyun saxlamışdır. Havalar mülayim keçmişdir deyə həmin qoyunları həyətdə olan, divarlarını dəmir materialdan olan tor hasardan hazırladığı tövlədə saxlamışdır. 09 oktyabr 2023-cü il tarixdə saxladığı 05 baş qoyunu yaşadığı evin həyətində olan divarlarını dəmir materialdan olan tor hasardan hazırladığı tövləyə salıb tövlənin də qapısını iplə bağlamışdır ki, qoyunlar tövlədən çıxa bilməsinlər. 10 oktyabr 2023-cü il tarixdə saat 02:30 radələrində yatmaq üçün evin yataq otağına getmişdir. Yataq otağının pəncərəsi bağ sahəsinə tərəf baxdığından o, yataq otağında olan zaman evin həyətindən səs gəldiyini eşitmişdir. Evin arxa tərəfində dəmir şiferlər qoymuşdur və adətən həyətə kiminsə iti və yaxud pişiyi keçəndə həmin yerdən səs gəlmişdir. Fikirləşmişdir ki, birdən həyətdə olan hinin qapısı açıq qalar, həyətə gələn it də hinə girib toyuqları aparar, ona görə də mən pəncərəyə yaxınlaşıb səs gələn yer tərəfə, yəni bağ sahəsinə baxan zaman görmüşdür ki, qoyunlar bağ sahəsindədirlər. O, tez əynini geyinib həyətə düşmüş və əvvəlcə tövlənin yanma gedib qapısına bağladığı ipə baxanda görmüşdür ki, tövlənin qapısına bağladığı ip yandırılmışdır. Bundan sonra qoyunları tövlənin yanma gətirib sayanda görmüşdür ki, 05 baş qoyunun 01 başı oğurlanmışdır. Həmin oğurlanmış qoyun yerli cinsdən olmaqla, dişi cinsli, 03 yaşlı, beş ədəd bala vermiş, diri halda çəkisi 40 kiloqram olmuşdur. Həmin qoyunun oğurlanmasına görə ona 300 manat dəyərində maddi ziyan dəymişdir. O, qoyunun oğurlanmasına görə həmin gecə saat 02:41 radələrində Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər, o, şikayət ərizəsi yazmış, hadisə yerinə baxış keçirmişlər, daha sonra polis şöbəsinə gəlib izahat vermişdir. Oğurluq hadisəsindən sonra onun 04 baş qoyunu qalmış və həmin qoyunları artıq həyətdə olan, divarları mişar daşından hörülmüş tövləyə salmışdır. 11 oktyabr 2023-cü il tarixdə axşam saatlarında qoyunları həmin tövləyə salıb taxta materialdan olab qapısını qıfıl ilə bağlamışdır ki, kimsə oğurlaya bilməsin. 12 oktyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində tövləyə gedib qapısını açmaq istəyəndə görmüşdür ki, qapıda olan qıfılın keçirildiyi dəmir yerindən çıxarılmışdır. Qapı həmin vaxt örtülü olduğundan bu dəfə qoyunlar tövlənin içərisində olmuşdur. O, tövləyə daxil olub baxanda görmüşdür ki, qoyunlardan yenə də bir başı oğurlanmışdır. Həmin oğurlanmış qoyun yerli cinsdən olmaqla dişi cinsli, heç bir vaxt bala verməmiş, 01 yaşlı, diri halda çəkisi 25 kiloqram olmuş və həmin qoyunun oğurlanmasına görə ona 250 manat maddi ziyan dəymişdir. O, bu dəfə də Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər, o, şikayət ərizəsi yazmış, hadisə yerinə baxış keçirmişlər, daha sonra polis şöbəsinə gəlib izahat vermişdir. Hal-hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdu, belə ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Latın -qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır. Rəsmi olaraq heç bir yerdə işləmir, Xaçmaz rayon mərkəzi bazarında qəssab işləyir. Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Samiri uzun müddətdirki tanıyır, belə ki, Salehin qardaşının ferması vardır və bir neçə dəfə Salehin qardaşı Samir gətirib ona qoyun satmış, o da həmin qoyunları kəsib satmışdır. 09 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Saleh ona zəng edib anasının xəstə olduğunu və xəstəxanaya yerləşdirdiklərini, qardaşı Samirin xəstəxanada anasının yanında olduğunu, pula ehtiyacları olduğu üçün bir baş qoyun gətirib satmaq istədiyini bildirmişdir. O da Salehə bildirmişdir ki, imkanı çatırsa gətirsin yaşadığı evin həyətinə, orada baxar, bir qiymətdə razılaşarlar alar. 10 oktyabr 2023-cü il tarixdə saat 00:10 radələrində Saleh ona zəng edərək qoyunu bir neçə dəqiqədən gətirəcəyini deyib daha sonra Saleh Vaz-21011 markalı taksi avtomobili ilə yaşadığı evin qarşısına gəlib gəlib qoyunu avtomobildən düşürüb evin həyətinə gətirmişdir. O da həyətdə qoyuna baxıb qoyunun arıq və yaşlı olduğunu görmüş və həmin qoyuna görə Salehə 160 manat pul verə biləcəyini demişdir. Saleh də qiymət barədə çox uzatmayıb 160 manata onunla razılaşmış və mən həmin gün Salehə 160 manat pul verib qoyunu yaşadığı evin həyətinə yerləşən tövləyə salmış, daha sonra Saleh də çıxıb getmiş, o da səhəri gün həmin qoyunu kəsərək satmışdır. Qoyunu ona satan zaman qoyunun özlərinə məxsus olduğunu, anasının xəstəliyi ilə əlaqədar olaraq təcili pula ehtiyacları olduğunu bildirmişdir. Ona görə də o, qoyunun oğurluq olmasını ehtimalını fikirləşməmiş və almışdır. Bundan başqa həmin gündən bir gün sonra, yəni 11 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Saleh yenidən ona zəng edib yenə də pula ehtiyacları olduğu üçün qoyun satmaq istədiyini bildirmişdir. O, keçən dəfəki kimi yenə də qoyunu yaşadı evin həyətinə gətirməsini demiş, Saleh də onunla razılaşmışdır. 11 oktyabr 2023-cü il tarixdə də gecə saat 23:50 radələrində Saleh ona zəng edib qoyun gətirmək istədiyini bildirmişdir. O, telefonda danışıq zamanı nə üçün gecə saatlarında gəldiyini soruşduqda Saleh gün ərzində anasının yanında xəstəxanada olduqlarını, ona görə də sutkanın gündüz vaxtı gəlməyə çatdırmadığım bildirmişdir. O da Salehin anasının xəstə olmasına görə qoyunun oğurluq olmasından şübhələnməmiş və Salehə qoyunu gətirməsini demişdir. Bir neçə dəqiqə sonra Saleh tanımadığı şəxsin idarə etdiyi Vaz-2106 markalı taksi avtomobili ilə qoyunu yaşadığı evin həyətinə gətirmişdir. Qoyunu həyətə gətirdikdən sonra baxıb görmüşdür ki, qoyunun yaşı və əti azdır, arıqdır. Ona görə də qərara almışdır ki, Salehdən aldıqdan sonra qoyunu bir neçə gün saxlayıb yaşadığı evin həyətində bəsləsin və bir az kökəltdikdən sonra aparıb satar. Ona görə də Salehin gətirdiyi qoyuna görə razılaşıb 130 manat pul verib qoyunu almışdır. Qoyunu aldıqdan sonra 24 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs ona 10 oktyabr 2023-cü il tarixdə gecə saatlarında bir baş qoyun, 11 oktyabr 2023-cü il tarixdə isə gecə saatlarında yenidən bir baş qoyun satmış, həmin qoyunlardan birincisini kəsib satmış, ikincisi isə hələ də yaşadığı evin həyətindədir. O, həmin qoyunların oğurluq olmasını bilməmişdir. Saleh həmin qoyunların özünə məxsus olmasını bildirməsinə görə o, Salehdən həmin qoyunları almışdır. Salehdən aldığı ikinci qoyun hazırda yaşadığı evin həyətində olduğu üçün o, həmin qoyunu sahibinə könüllü olaraq qaytarıb verə bilər. İş materiallarında olan cinayət işinə əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli və 12 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokollarından görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ev Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun sağ kənarında yerləşən “Vip oil” yanacaq doldurma məntəqəsindən şimal istiqamətində 600 metr məsafədə yerləşir, Zərərçəkmiş şəxs yaşadığı evin həyətində, evin arxa tərəfində yan tərəfləri və qapısı dəmir materialdan hazırlanmış tordan düzəldilmiş bir ədəd tövlə və mişar daşından tikilmiş bir ədəd tövlə yerləşir. Yan tərəfləri və qapısı dəmir materialdan hazırlanmış tordan düzəldilmiş tövlədən bir baş qoyun, mişar daşından tikilmiş tövlədən isə bir baş qoyun oğurlanmışdır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş 24 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid yaşadığı ünvan 2 ünvanından Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki tövlədən Təqsirləndirilən şəxs tərəfindən 11 oktyabr 2023-cü il tarixdə saat 22:40 radələrində oğurlanmış yerli cinsdən olmaqla dişi cinsli və diri halda çəkisi 25 kiloqram olan bir baş qoyun aşkar edilərək götürülmüşdür. İş materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Armudadar kəndi ərazisində yerləşən evin həyətindəki tövlədən 11 oktyabr 2023-cü il tarixdə saat 22:40 radələrində oğurlanmış və Şahid yaşadığı ünvan 2 ünvanından aşkar olunmuş yerli cinsdən olmaqla dişi cinsli və diri halda çəkisi 25 kiloqram olan bir baş qoyunun tərəfimdən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli qərarla ilə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 02 ay, 07 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 19 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İHB-nm Yergüc kənd İƏD-də nümayəndəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, subaydır, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Beləliklə, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Xaçmaz Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 02 ay, 07 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə və 19 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 oktyabr 2023-cü il tarixdə gecə saat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun sağ kənarında olan “VİP oil” yanacaq doldurma məntəqəsindən şimal istiqamətində 600 metr məsafədə yerləşən evin yaxınlığına gedərək həyətdə heç kimin olmadığına əmin olduqdan sonra dəmir materialdan hazırlanmış tor hasarı əyib üzərindən keçməklə əvvəlcə həmin evin həyətinə, daha sonra isə evin həyətində yerləşən, yan tərəfləri dəmir materialdan hazırlanmış tordan ibarət olan tövlənin qapısındakı ipi üzərində olan alışqanla yandırıb açaraq saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olub 300 manat dəyərində olan bir baş dişi qoyunu qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 oktyabr 2023-cü il tarixdə gecə saat 22:40 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun sağ kənarında olan “VİP oil” yanacaq doldurma məntəqəsindən şimal istiqamətində 60Q metr məsafədə yerləşən evin yaxınlığına gedərək həyətdə heç kimin olmadığına əmin olduqdan sonra dəmir materialdan hazırlanmış tor hasarı əyib üzərindən keçməklə həmin evin həyətinə, daha sonra isə evin həyətində yerləşən, mişar daşından tikilmiş tövlənin taxta qapısında olan qıfılın keçirildiyi dəmiri yerindən çıxarmaqla qapını açıb saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq 250 manat dəyərində olan bir baş dişi qoyunu qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni, təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Zərərçəkmiş şəxs dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını əvəz edilmiş azadlıqdan məhrum etmə növündə cəza kimi 19 sentyabr 2023-cü il tarixdə çəkib qurtardıqdan sonra bir il keçmədən 09 oktyabr və 11 oktyabr 2023-cü il tarixlərdə məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1 və 58.3-cü maddələrinin təbələbləri baxımından az ciddi cəza növünün təyin edilməsi cəzanın məqsədlərini təmin etməyəcəyini hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək ona 01 il 03 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs birinci dəfə oğurluq cinayəti törətdiyinə görə məhkəmə tərəfindən onun şəxsiyyəti nəzərə alınmış və azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Lakin, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını vicdanla icra etməmiş, cəzanın icrasından qərəzli şəkildə yayınmış və nəticədə məhkəminin qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsi 02 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs islah olunmayaraq cəzasının sonu ilə azadlığa çıxdıqdan cəmi 20-22 gündən sonra yenidən eyni əməli, yəni oğurluq cinayətini iki dəfə törətmişdir. Əməlində qanunvericiliyinin normalarına əsasən cinayətlərin residivi olmasa da, məhkumluğunun ödənilmədən və ya götürülmədən eyni əməlləri dəfələrlə törətməsi göstərir ki, əvvəlki təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədlərini təmin etməmiş, həmin növdə cəzanı belə çəkmədən yayınması onun islah olunmadığını göstərir və təqsirləndirilən şəxsə onun törətdiyi hazırkı cinayət əməllərinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi ədadlətli cəza olmayacaqdır və məhkəmənin qənaətinə görə, onun islah olunması yalnız daha ciddi cəza növünün, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə mümkün ola bilər. Buna görə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yügülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də məhkumluğunun ödənilmədən və ya götürülmədən yenidən eyni cinayət əməllərini törətməsini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 18 oktyabr 2023-cü il tarixli protokoldan və müstəntiqin 20 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20 oktyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 20 fevral 2023-cü il tarixdən hesablanmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 baş dişi qoyunun iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü tarixdən 20 oktyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cəzaçəkmənin əvvəli həbsə alındığı gündən, yəni 20 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 baş dişi qoyunun iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddia və müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-71/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-71/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver