Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-72/2021 12.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxx 1991-ci ildə Sabirabad rayonu, Qaratoğay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu, Qaratoğay kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair və xx xxxxxx 1994-cü ildə Sabirabad rayonu, Qaratoğay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilməyən, Sabirabad rayonu, Qaratoğay kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 dekabr 2020-ci il tarixdə saat 01 radələrində "xxxx" ASC-nin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağına tor hasarın üstündən keçməklə qanunsuz daxil olaraq duracaqda saxlanılmış «X11» markalı asfalt bərkidən texnikanın kabinəsindən «Vögele 1800-2» markalı 10-Z- 317 qeydiyyat nişanlı asfalt yayan texnikaya aid hər biri 4000 manat dəyərində iki ədəd «Vögele» markalı «ErgoPlus» modelli pult-lazer idarəetmə qurğusunu oğurlayıb zərər çəkmiş "xxxx" ASC-yə xeyli miqdarda, yəni ümumilikdə 8000 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Heydərli X5 Ağır Cinayətlər məhkəməsinin 05 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Şirvan Apellyasiya məhkəməsinin 28 aprel 2017-ci il tarixli qərarı ilə höküm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 144.2.3cü maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsinə əsasən 05 il azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsinə və Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı sərəncamına əsasın əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 dekabr 2020-ci il tarixdə saat 01 radələrində "xxxx" ASC-nin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağına tor hasarın üstündən keçməklə qanunsuz daxil olaraq duracaqda saxlanılmış «X11» markalı asfalt bərkidən texnikanın kabinəsindən «Vögele 1800-2» markalı 10-Z- 317 qeydiyyat nişanlı asfalt yayan texnikaya aid hər biri 4000 manat dəyərində iki ədəd «Vögele» markalı «ErgoPlus» modelli pult-lazer idarəetmə qurğusunu oğurlayıb zərər çəkmiş "xxxx" ASC-yə xeyli miqdarda, yəni ümumilikdə 8000 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməlini törətməkləri aşağıdakı sübutlarla təsdiq olunur: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, valideyinləri ilə birlikdə Sabirabad rayonu, Qaratoğay kəndində yaşayır. O, 2015-ci ildən 2020-ci ilin oktyabr ayınadək "xxxx" ASC-də sürücü operator vəzifəsində işləmişdir. İşlədiyi "xxxx" ASC Bakı-Rostov avtomobil yolunun çəkilişini həyata keçirmiş və yol çəkilişində istifadə olunan nəqliyyat vasitələri və digər texnikaları Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində olan şirkətə aid duracaqda saxlanılmışdır. 2020-ci ilin oktyabr ayında şirkət tərəfindən onunla bağlanmış əmək müqaviləsi birtərəfli qaydada ləğv edilmiş və həmin vaxtdan sonra o, yol çəkilişində işləməmiş, ancaq aradabir Xaçmaz rayonuna gəlib iş yoldaşları ilə görüşmüşdür. 2020-ci ilin oktyabr ayının axırlarında şirkətin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağına gələndə görmüşdür ki, duracaqda saxlanılmış «Vögele 1800-2» markalı asfalt yayan texnikanın pult-lazer qurğuları açılıb qutularında qablaşdırılaraq asfalt bərkidən texnikanın kabinənin içərisinə qoyulub. Həmin gün axşamadək orada olmuş, sonra isə qayıdıb yaşadığı Sabirabad rayonu, Qaratoğay kəndinə getmişdir. Səhəri gün yaşadığı kənddə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə görüşərkən ona demişdir ki, bir gün əvvəl Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracaqda olarkən «Vögele 1800-2» markalı asfalt yayan texnikanın pult-lazer qurğularının açılıb qutularında qablaşdırılaraq asfalt bərkidən texnikanın kabinəsinin içərisinə qoyulduğunu görmüşdür, gedib onları oğurlayıb satmağı təklif etmişdir. Xəyyamın atasıda onunla birlikdə həmin şirkətdə işləyirdi və buna görə də Xəyyam bir neçə dəfə idarə etdiyi avtomobillə atasını Xaçmaz rayonuna gətirmişdir. Ona görə bu barədə Xəyyama demişdir ki, sonuncu işlədikləri yeri tanımış, həm də ki, onun avtomobili olduğu üçün onların Xaçmaz rayonuna gəlib-qayıtmaları asan olardı. Xəyyam onunla razılaşmış və 04 dekabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı kənddə o, Xəyyamla görüşmüş və sonuncunun idarə etdiyi Vaz-2106 markalı avtomobilə əyləşib birlikdə Xaçmaz rayonuna yola düşmüşlər. 05 dekabr 2020-ci il tarixdə təxminən saat 01 radələrində onlar "xxxx" ASC-nin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağına çatmışlar. Xəyyam avtomobili bir qədər kənarda saxlamış və onlar birlikdə avtomobildən düşüb bağ sahəsindən keçərək şirkətə aid nəqliyyat vasitələrinin saxlanıldığı duracağa yaxınlaşanda görmüşlər ki, gözətçilər odun yandırıb ətrafında oturmuşlar. Xəyyamla birlikdə duracağın ətrafına çəkilmiş tor hasarın üstündən keçərək duracağa daxil olub «Vögele 1800-2» markalı asfalt yayan texnikaya aid pult-lazer qurğularının olduğu yerə yaxınlaşmışlar və hərəsi içərisində pult-lazer qurğusu olan bir ədəd qutunu götürüb tor hasarın üstündən keçərək avtomobilin olduğu yerə getmişlər. Oğurladıqları pult-lazer qurğularını avtomobilin yük yerinə qoyduqdan sonra Xəyyam avtomobili hərəkətə gətirmiş və onlar Sabirabad rayonuna yola düşmüşlər. Sabirabad rayonu, Qaratoğay kəndinə çatanda Xəyyam avtomobili saxlamış, o, avtomobildən düşüb yaşadığı evə getmiş, oğurladıqları pult-lazer qurğuları isə Xəyyamın avtomobilində qalmışdır. Sonrakı günlərdə oğurladıqları pult-lazer qurğularını o, tanıdığı Surətə zəng vurub demişdir ki, özündə «Vögele 1800-2» markalı asfalt yayan texnikanın iki ədəd pultlazer qurğuları var, həmin qurğuları yeddi min manata satmaq istəyir. Surətə söz vermişdir ki, qurğuların satılmasında köməkliyini göstərsə, ona 200 manat hörmət edəcək. İlk öncə Surətə pult-lazer qurğuların oğurluq olduğunu bildirməmişdir. Surət də, onunla razılaşaraq, pult-lazer qurğularını ona göndərməsini tapşırmışdır. Səhəri gün o, Xəyyamın idarə etdiyi avtomobillə Şirvan şəhərinə gəlmiş və o, Bakı şəhərinə sərnişin aparan taksi sürücülərindən birinə oğurladıqları pult-lazer qurğularını, 15 manat pul və Surətin mobil telefon nömrəsini verib xahiş etmişdir ki, qurğuları Bakı şəhərində Surətə versin. Sonra o, Surətə zəng vurub demişdir ki, pult-lazer qurğularını taksi ilə göndərmişdir, taksi sürücüsü ona zəng vuracaq, onunla görüşüb qurğuları götürər. Pultlazer qurğularını Bakı şəhərinə göndərdiyi avtomobilin markasını və qeydiyyat nömrə nişanını baxmadığına görə bilməmiş, sürücünü isə tanımamışdır. Həmin gün axşam saatlarında Surət ona zəng vurub pult-lazer qurğularını götürdüyünü bildirərək neçəyə satmaq istədiyini soruşduqda demişdir ki, «neçəyə istəyirsənsə sat, ancaq mənə 7000 manat pul verərsən». Söhbət əsasnasında o, Surətə bildirmişdir ki, ona göndərdiyi pultlazer qurğuları onun tərəfindən oğurlanmışdır, lakin Surət buna heç bir önəm verməmişdir. Surət onunla razılaşmış və sonrakı günlərdə oğurladıqları pult-lazer qurğuları Surətdə qalmışdır. Aradabir Surətə zəng vurub qurğuları satıb-satmadığını soruşduqda demişdir ki, alıcı tapmışdır, gəlib pulunu verib aparacaqlar. 26 yanvar 2021ci il tarixdə o, Sabirabad RPŞ-nə dəvət olunmuş və şöbədə olarkən bilmişdir ki, Surət onların oğurladıqları pult-lazer qurğularını satmaq istəyərkən Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Sonra polis əməkdaşalrı onu Şəmkir RPŞ-nə aparmışlar, 28 yanvar 2021-ci il tarixdə isə o, Xaçmaz RPŞ-nə gətirilmişdir. O, başqa heç bir yerdən oğurluq etməmişdir. Həmçinin məhkəmə iclas zalında Təqsirləndirilən şəxs2 Şahid2 üzünə qarşı ifadə verərək ona satmaq üçün verdiyi iki ədəd pult-lazer qurğularının oğurladığını bildirdiyini qeyd etmişdir. Həmin qurğuların oğurluq olmasını Surətə təhvil aldıqdan sonra demişdir, Surət isə buna heç bir önəm verməmiş və satmaqda köməklik göstərəcəyinə söz vermişdir. Şahid2 isə Təqsirləndirilən şəxs2lərin dediklərini inkar edərək, pult-lazer qurğularının oğurluq olması barədə məlumatın olmamasını bildirmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Sabirabad rayonu, Qaratoğay kəndində yaşayır. O, 2019-cu ilin aprel ayından 2020-ci ilin iyul ayınadək "xxxx" ASC-də sürücü operator işləmiş və həmin illərdə işlədiyi şirkət Biləsuvar raynunda yol çəkmişdir. O, Təqsirləndirilən şəxs2 uşaqlıq illərindən tanıyır. Təbriz atasının əmisi nəvəsidir və sonuncu Qaratoğay kəndində onlarla qonşluqda yaşayır. Təbrizdə "xxxx" ASC-də sürücü operator işləmişdir. Ancaq həmin illərdə Təbrizgil Bakı-Rostov avtomobil yolunun çəkilişində işləmişlər. Atasıda iki-üç ay Təbrizlə birlikdə Bakı-Rostov avtomobil yolunun çəkilişində işləmişdir. O, özüdə əvvəllər bir dəfə idarə etdiyi avtomobillə atasını Xaçmaz rayonuna iş yerinə gətirmişdir. Ona görə də bilmişdir ki, atasının işlədiyi şirkətin yol çəkilişində istifadə olunan nəqliyyat vasitələri və digər texnikaları Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində olan şirkətə aid duracaqda saxlanılır. 2020-ci ilin iyul ayında şirkət tərəfindən onunla bağlanmış əmək müqaviləsi birtərəfli qaydada ləğv edilmiş və həmin vaxtdan sonra o, yol çəkilişində işləməmişdir. Ona görə də həmin vaxtdan sonra idarə etdiyi Vaz-2106 markalı ** BX *** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərmişdir. 04 dekabr 2020-ci il tarixdə yaşadığı kənddə Təbrizlə görüşərkən sonuncu ondan idarə etdiyi avtomobillə onu Xaçmaz rayonuna apara bilib-bilməyəcəyini soruşmuş, o, da ona demişdir ki, avtomobili ilə onu apara bilər. Təbrizdən Xaçmaz rayonuna getməsinin səbəbini soruşduqda isə ona demişdir ki, işdən çıxmışdır, bir gün əvvəl Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracaqda olarkən «Vögele 1800-2» markalı asfalt yayan texnikanın pult-lazer qurğularının açılıb qutularında qablaşdırılaraq asfalt bərkidən texnikanın içərisinə qoyulduğunu görmüşdür, gedib onları oğurlayıb gətirsinlər. Təbrizlə razılaşmış və 04 dekabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı kənddə Təbrizlə görüşmüş və sonuncu onun idarə etdiyi Vaz-2106 markalı avtomobilə əyləşdikdən sonra onlar birlikdə Xaçmaz rayonuna yola düşmüşlər. 05 dekabr 2020-ci il tarixdə təxminən saat 01 radələrində onlar "xxxx" ASC-nin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağına çatmışlar. O, avtomobili bir qədər kənarda saxlamış və onlar birlikdə avtomobildən düşüb bağ sahəsindən keçərək şirkətə aid nəqliyyat vasitələrinin saxlanıldığı duracağa yaxınlaşıb baxanda görmüşlər ki, gözətçilər odun yandırıb ətrafında oturmuşlar. Təbrizlə birlikdə duracağın ətrafına çəkilmiş tor hasarın üstündən keçərək duracağa daxil olub «Vögele 1800-2» markalı asfalt yayan texnikaya aid pult-lazer qurğularının olduğu yerə yaxınlaşmışlar və hərəsi içərisində pult-lazer qurğusu olan bir ədəd qutunu götürüb tor hasarın üstündən keçərək avtomobili saxladığı yerə getmişlər. Pult-lazer qurğularını avtomobilinin arxa yük yerinə qoyduqdan sonra hər ikisi avtomobilə əyləşmişlər və o, avtomobili hərəkətə gətirib Sabirabad rayonuna yola düşmüşdür. 05 dekabr 2020-ci il tarixdə təxminən saat 05 radələrində Təbrizi Sabirabad rayonu, Qaratoğay kəndində yaşadığı evin yaxınlığında düşürərkən sonuncu avtomobilin yük yerində olan pult-lazer qurğularını aparmayaraq demişdir ki, qurğular avtomobilin yük yerində qalsın, sonradan götürüb satarlar. Sonrakı günlərdə həmin pult-lazer qurğuları onun avtomobilinin yük yerində qalmış və onlar oğurladıqları pult-lazer qurğularını sata bilməmişlər. 16 yanvar 2021-ci il tarixdə Təbriz ona zəng vurub demişdir ki, Şirvan şəhərinə gedib pult-lazer qurğularını Bakı şəhrinə yola salsınlar. O, Təbrizin yaşadığı evin qarşısına gəlmiş və Təbriz onun avtomobilinə əyləşdikdən sonra onlar Şirvan şəhərinə getmişlər. Şirvan şəhərində olarkən Təbriz Bakı şəhərinə sərnişin aparan taksi sürücülərindən birinə oğurladıqları pult-lazer qurğularını, 15 manat pul və mobil telefon nömrəsini verib xahiş etdi ki, pult-lazer qurğularını Bakı şəhərində mobil telefon nömrəsini verdiyi şəxsə çatdırsın. O, pult-lazer qurğularını Bakı şəhərinə göndərdikləri avtomobilin markasını və qeydiyyat nömrə nişanını baxmadığına görə bilməmiş, sürücünü isə tanımamışdır. 29 yanvar 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evə polis əməkdaşları gələndə bilmişdir ki, Təbrizin pult-lazer qurğularını satmaq üçün verdiyi şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. O, polis əməkdaşlarına Təbrizlə birlikdə Xaçmaz rayonuna gəldiyini və orada olan duracaqdan iki ədəd pult-lazer qurğuları oğurladıqlarını etiraf etmiş və həmin gün polis əməkdaşalrı onu Xaçmaz RPŞ-nə gətirmişlər. O, Surəti tanımamış və Surətə pult-lazer qurğularını oğurluq yolu ilə əldə etdiklərini deməmişdir. Təbrizin isə Surətə nə dediyini o, bilməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, o, ailəsi ilə birlikdə Şamaxı rayonu, 1-ci Çaylı kəndində yaşayır. "xxxx" ASC-də hüquqşünas vəzifəsində işləyir. "xxxx" ASC Bakı- Rostov avtomobil yolunun çəkilişini həyata keçirir, yol çəkilişində istifadə olunan nəqliyyat vasitələri və digər texnikalar isə Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində olan şirkətə aid duracaqda saxlanılır. O, Sabirabad rayonu, Qaratoğay kəndində yaşayan Təqsirləndirilən şəxs2 tanımış, həmin kənd sakini Təqsirləndirilən şəxs1 isə tanımamışdır. Ancaq Xəyyamın atası Vəlixan əvvəllər "xxxx" ASC-də sürücü işləmiş, Təqsirləndirilən şəxs2 isə "xxxx" ASC-də sürücü işləyərək «X11» markalı asfalt bərkidən texnikanı idarə etmişdir. "xxxx" ASC Bakı-Rostov avtomobil yolunun çəkilişində istifadə olunması üçün 3 ədəd «Vibro yolbasan HAMM HD-110W» markalı texnikaları və iki ədəd «Vögele 1800-2» markalı 10-Z-317 və 10-Z-318 qeydiyyat nişanlı asfalt yayan texnikaları X1 icarəyə götürmüş və bununla bağlı "xxxx" ASC-nin sədri Şahid1lə Orxan Cəbrayılov arasında icarə müqaviləsi bağlanmışdır. 2020-ci ilin oktyabr ayında işçilərin bir hissəsi Qarabağ döyüşlərində iştirak etmək üçün getmişlər, bəzi texnikalar isə azad olunmuş rayonlar ərazisində yol çəkilişlərinə cəlb edilmiş, bu səbəbdən də Bakı-Rostov avtomobil yolunun çəkilişi müvvəqqəti olaraq dayandırılmışdır. Bakı-Rostov avtomobil yolunun çəkilişi dayandırıldıqdan sonra yol çəkilişində istifadə olunan texnikalar və digər nəqliyyat vasitələri gətirilərək Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində olan duracaqda saxlanılmışdır. Asfaltyayan texnikalar duracaqda saxlanılarkən onların pult-lazer qurğuları açıq havada qalıb yararsız hala düşməsinlər deyə açılıb öz qutularında qablaşdırılaraq «X11» markalı asfalt bərkidən texnikanın kabinəsinə qoyulmuşdur. Sonrakı aylarda Bakı-Rostov avtomobil yolunun çəkilişi dayandırıldığı üçün yol çəkilişində istifadə olunan bütün texnikalar duracaqda qalmış, 27 yanvar 2021-ci il tarixdə duracaqda saxlanılmış texnikalar yoxlanılarkən məlum olmuşdur ki, «Vögele 1800-2» markalı 10-Z-317 qeydiyyat nişanlı asfalt yayan texnikaya aid iki ədəd pult-lazer qurğuları «X11» markalı asfalt bərkidən texnikanın kabinəsindən oğurlanıb. Bu səbəbdən də "xxxx" ASC-nin sədri Şahid1 həmin gün ərizə ilə Xaçmaz RPŞ-nə müraciət edərək "xxxx" ASCnin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağından iki ədəd pultlazer qurğularının oğurlanması barədə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" ASC-nin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağından iki ədəd pult-lazer qurğularını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurlamışlar. Həmçinin onu da bildirmişdir ki, şirkətdə hüquqşünas vəzifəsində işlədiyindən texnikalar haqqında anlayışı olmadığı üçün ilk öncə oğurlanmış pult-lazer qurğuları barədə ətraflı və dolğun məlumatın olmamasını bildirmiş, bu səbəbdən də, məhkəmə istintaqının əvvəlindən bildirmişdir ki, pult-lazer qurğusu onlara natamam şəkildə təhvil verilmişdir. Belə ki, əvvəllər elə bilmişdir ki, oğurlanmış qurğuların yalnız pult hissələri qaytarılıb, lazer hissələrin isə harada olması naməlum olaraq qalmışdır. Lakin, iş üzrə əlavə şahid qismində dindirilmiş X6 birbaşa qeyd olunan cıhazlarla işlədyindən, məhkəmə iclasında məsələyə tam aydınlıq gətirdiyindən məlum olmuşdur ki, təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış pult lazer qurğuları hal-hazırda şirkətə qaytarılıb və təyinatı üzrə istifadə olunur. Bunu nəzərə alaraq, təqsdirləndirilən şəxslərdən heç bir şikayətin olmamasını və onların cəzalandırılmasında maraqların olmamasını bildimirşdir. Şikayətin olmaması barədə yazılı ərizəsini məhkəmə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 65-də yaşayır. "xxxx" ASC-nin sədri vəzifəsində işləyir. Rəhbərlik etdiyi "xxxx" ASC Bakı-Rostov avtomobil yolunun çəkilişini həyata keçirir, yol çəkilişində istifadə olunan nəqliyyat vasitələri və digər texnikalar isə Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində olan şirkətə aid duracaqda saxlanılır. O, Sabirabad rayonu, Qaratoğay kəndində yaşayan Təqsirləndirilən şəxs2 2015-ci ildən tanımış, həmin kənd sakini Təqsirləndirilən şəxs1 isə tanımamışdır. Ancaq Xəyyamın atası Vəlixan əvvəllər "xxxx" ASC-də sürücü işləmiş, Təqsirləndirilən şəxs2 isə "xxxx" ASC-də sürücü işləyərək «X11» markalı asfalt bərkidən texnikanı idarə etmişdir. "xxxx" ASC Bakı-Rostov avtomobil yolunun çəkilişində istifadə olunması üçün 3 ədəd «Vibro yolbasan HAMM HD-110W» markalı texnikaları və iki ədəd «Vögele 1800-2» markalı 10-Z-317 və 10-Z-318 qeydiyyat nişanlı asfalt yayan texnikaları X1 icarəyə götürmüş və bununla bağlı onunla Orxan Cəbrayılov arasında icarə müqaviləsi bağlanmışdır. 2020-ci ilin oktyabr ayında işçilərin bir hissəsi Qarabağ döyüşlərində iştirak etmək üçün getmişlər, bəzi texnikaları isə azad olunmuş rayonlar ərazisində yol çəkilişlərinə cəlb edilmiş, bu səbəbdən də Bakı-Rostov avtomobil yolunun çəkilişi müvvəqqəti olaraq dayandırılmışdır. Bakı-Rostov avtomobil yolunun çəkilişi dayandırıldıqdan sonra onlar asfalt yayan texnikaları və yol çəkilişində istifadə olunan digər texnikaları gətirib Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində olan duracaqda saxlamışlar. Asfaltyayan texnikaları duracaqda saxlayarkən onların pult-lazer qurğuları açıq havada qalıb yararsız hala düşməsinlər deyə açılıb öz qutularında qablaşdırılaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi «X11» markalı asfalt bərkidən texnikanın kabinəsinə qoyulmuşdur. Sonrakı aylarda işləmədikləri üçün yol çəkilişində istifadə olunan bütün texnikalar duracaqda qalmışdır. 27 yanvar 2021-ci il tarixdə duracaqda saxlanılmış texnikalar yoxlanılarkən məlum olmuşdur ki, «Vögele 1800-2» markalı 10-Z-317 qeydiyyat nişanlı asfalt yayan texnikaya aid iki ədəd pult-lazer qurğuları «X11» markalı asfalt bərkidən texnikanın kabinəsindən oğurlanıb. O, bu barədə bildikdən sonra həmin gün Xaçmaz RPŞ-nə gəlib şikayət ərizəsi yazaraq rəhbərlik etdiyi "xxxx" ASC-nin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağından iki ədəd pult-lazer qurğularının oğurlanması barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, "xxxx" ASCnin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağından iki ədəd pultlazer qurğularını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurlamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olsada ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Mərkəzi küçədə kirayədə yaşayır. "xxxx" MMC-də operator işləyir. İşlədiyi "xxxx" MMC yol tikintisi ilə məşğul olur. O, Sabirabad rayonu, Qaratoğay kəndində yaşayan Təqsirləndirilən şəxs2 təxminən 4 il olarkı tanıyır. O, əvvəllər Təbrizlə birlikdə «Azəravtoyol» şirkətində işləmişdir. 2021-ci ilin yanvar ayının ortalarında Təbriz ona zəng vurub demişdir ki, onda «Vögele» markalı asfalt yayan texnikanın pult-lazer qurğusu var, özünə məxsusdur, satmaq istəyir, o, həmin qurğunu satmaqda ona köməklik göstərsin. O, da Təbrizə demişdir ki, «həmin qurğunu gətir mənə ver, alan olsa çalışaram satılmasında sənə köməklik göstərim». Səhəri gün Təbriz ona zəng vurub pultlazer qurğularını taksi ilə göndərdiyini, taksi sürücüsünün ona zəng vuracağını, sürücü ilə görüşüb qurğuları götürməsini demiş, həmin gün xatırlamadığı mobil telefon nömrəsindən istifadəsində olan mobil telefona zəng gəlmiş və cavab verdikdə həmin şəxs ona demişdir ki, göndərilən əşya var gəlib götürsün. Binəqədi rayonu ərazisində o, markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilinin sürücüsü ilə görüşmüş və sürücü iki ədəd qara rəngli plastmas materialdan olan qutuların içərisində pult-lazer qurğularını ona vermişdir. Təbrizə zəng vurub həmin pult-lazer qurğularını neçəyə satmaq istədiyini soruşduqda demişdir ki, neçəyə istəyirsənsə sat, ancaq ona 7000 manat pul verərəm. O, Təbrizlə razılaşmış və iki ədəd pult-lazer qurğusunu götürüb yaşadığı evə aparmışdır. Sonrakı günlərdə pult-lazer qurğuları onda qalmış, 26 yanvar 2021-ci il tarixdə tanımadığı üç nəfər şəxs yaşadığı evə gəlib ona demişlər ki, satmaq istədiyi pult-lazer qurğularını almaq istəyirlər, gətirib onlara göstərsin. O, da gedib pultlazer qurğularını gətirib həmin şəxslərə göstərmişdir. Həmin vaxt gələn şəxslər xidməti vəsiqələrini göstərib Şəmkir rayon polis şöbəsinin əməkdaşları olduqlarını, Şəmkir rayonu ərazisində də asfalt yayan texnikanın üzərindən həmin qurğuların açılaraq oğurlandığını bildirdikdə onlara demişdir ki, həmin qurğuları keçmiş iş yoldaşı Təbriz ona göndərmişdir, Təbrizin özünün deməsinə görə həmin qurğular onun özünə məxsusdur, o, da Təbrizə inanıb həmin qurğuları evində saxlamışdır. Polis əməkdaşları onunla birlikdə pult-lazer qurğularını Şəmkir RPŞ-nə aparmışlar, 28 yanvar 2021-ci il tarixdə isə o, Xaçmaz RPŞ-nə gətirilmişdir. Təbriz «Vögele 1800-2» markalı asfalt yayan texnikaya aid iki ədəd pult-lazer qurğusunu ona verərkən demişdir ki, göndərdiyi iki ədəd pult-lazer qurğuları özünə məxsusdur, satmaq istəyir. Təbrizi tanıdığı üçün ona inanıb demişdir ki, pult-lazer qurğularını Bakı şəhərinə göndər, alan olsa satıb pulunu sənə göndərərəm. Təbrizin pult-lazer qurğularını oğurluq yolu ilə əldə etdiyini bilsəydi heç vaxt ona deməzdi ki, pult-lazer qurğularını göndər satım. Təbriz pult-lazer qurğularının özünə məxsus olduğunu demiş, o, da ona inanıb pul-lazer qurğularını götürərək evində saxlamışdır.Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 pult-lazer qurğularının oğurluq olması barədə ona məlumat verməyini onun üzünə qarşı desə də, Şahid2 bu faktı inkar etdi və həmin qurğuların oğurluq olması barədə məlumatın olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, "xxxx" ASC-də operator vəzifəsində işləyir. İş fəaliyyəti birbaşa texnikanın işlədilməsi ilə bağlıdır. "xxxx" ASC –də baş vermiş oğurluq hadisəsinin hansı şəraitdə və necə baş verməsi barədə heç bir məlumatı yoxdur. Amma oğurlanmış pult-lazer qurğuları ilə bağlı onu bildirmişdir ki, həmin cihazlar asfaltbasan texnikanın ayrılmaz tərkib hissəsidir və pultlazer qurğuların olmaması texnikanın işlək vəziyyətdə olmamasına gətirib çıxarır, yəni əgər pult-lazer qurğusu olmasa bu halda texnika işə tam yararsız olacaq. Pult-lazer qurğusunun iki ədəd olması isə onunla bağlıdır ki, bir texnikaya aid iki pult-lazer qurğusu olur, sağ tərəf və sol tərəf. Pult-lazer qurğusu komplektdən ibarət olur, yəni xüsusi qutuda yerləşir, qutuda pult, lazer və naqillər yerləşir. Qeyd olunan əşyalardan birinin olmaması texnikanın işləməsini istisna edir. Cinayət işinə əlavə olunmuş fotoşəkillərdə göstərilən iki ədəd qutuda yerləşən pul-lazer qutuları tam olaraq komplektləşdirilib və çatışmayan detalları yoxdur. Həmçinin şahid X6 onu da bildirdi ki, oğurlanmış qurğular polis tərəfindən tapılaraq şirkətə təhvil verilib və hal-hazırda da texnikaya quraşdırılaraq, istifadə olunur. İş materiallarında olan baxış keçirilməsi haqqında 28 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 iki ədəd «Vögele» markalı «ErgoPlus» modelli pult-lazer idarəetmə qurğusu götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2021-ci il tarixli 9/587 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Vögele» markalı asfalt yayan texnikasına aid «Vögele» markalı «ErgoPlus» modelli pult-lazer idarəetmə qurğusunun istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 4000 manat, 2 ədədi 8000 manat müəyyən edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nın Güdəcühür kənd İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur, subaydır, Sabirabad rayonu, Qaratoğay kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Lənkəran Ağır Cinayətlər məhkəməsinin 05 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin 28 aprel 2017-ci il tarixli qərarı ilə höküm dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsinə əsasən 05 il azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı sərəncamına əsasın əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Sabirabad RİHB-nın Güdəcühür kənd İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur, evlidir, Sabirabad rayonu, Qaratoğay kəndində qeydiyyatdadır və yaşayır. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 dekabr 2020-ci il tarixdə saat 01 radələrində "xxxx" ASC-nin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağına tor hasarın üstündən keçməklə qanunsuz daxil olaraq duracaqda saxlanılmış «X11» markalı asfalt bərkidən texnikanın kabinəsindən «Vögele 1800-2» markalı 10-Z- 317 qeydiyyat nişanlı asfalt yayan texnikaya aid hər biri 4000 manat dəyərində iki ədəd «Vögele» markalı «ErgoPlus» modelli pult-lazer idarəetmə qurğusunu oğurlayıb, zərər çəkmiş "xxxx" ASC-yə xeyli miqdarda, yəni ümumilikdə 8000 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Heydərli X5 Ağır Cinayətlər məhkəməsinin 05 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Şirvan Apellyasiya məhkəməsinin 28 aprel 2017-ci il tarixli qərarı ilə höküm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 144.2.3cü maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsinə əsasən 05 il azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsinə və Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı sərəncamına əsasın əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 dekabr 2020-ci il tarixdə saat 01 radələrində "xxxx" ASC-nin Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən duracağına tor hasarın üstündən keçməklə qanunsuz daxil olaraq duracaqda saxlanılmış «X11» markalı asfalt bərkidən texnikanın kabinəsindən «Vögele 1800-2» markalı 10-Z- 317 qeydiyyat nişanlı asfalt yayan texnikaya aid hər biri 4000 manat dəyərində iki ədəd «Vögele» markalı «ErgoPlus» modelli pult-lazer idarəetmə qurğusunu oğurlayıb zərər çəkmiş "xxxx" ASC-yə xeyli miqdarda, yəni ümumilikdə 8000 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışında və tapılmasında fəal kömək etməsi, habelə 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallardan biridir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12-ci və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 təqsirini tam etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini,yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, Şahid2 bilə-bilə cinayət yolu ilə əldə olunmuş əmlakı əldə etməsi faktını ifşa etməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, cinayətin digər iştirakçıların ifşa edilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Sabirabad rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan 28 yanvar 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 28 yanvar 2021-ci il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2021-ci il tarixdə isə barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilərək həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 təqsirini tam etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini,yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi qeyd olunmuşdur. İş materiallarında olan AR DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuş və yeni cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 177.2-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını qeyd edir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-in 177.2.1, 177.2.3 və 177.2.4-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan 29 yanvar 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 yanvar 2021-ci il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2021-ci il tarixdə saat 12:00-da isə barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilərək həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, cəmi 01 (bir) gün müddət azadlıqdan məhrumetmə növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3 təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Habelə, Qeyd olunan Məcəllənin 208.0.5-ci maddəsində göstərilir ki, məhkəmə cinayət haqqında məlumatı ədalət mühakiməsinin hər hansı icraatı üzrə həyata keçirilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda cinayət işinin başlanmasına səbəb olur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 oğurladığı pult-lazer qurğularını satılması üçün Şahid2 verdikdən sonra, həmin qurğuların oğurluq olmasını Şahid2 bildirmiş və bu halı Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı iclas zalında Şahid2 üzünə qarşı təsdiq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Şahid2 məhkəmədə verdiyi cinayət haqqında məlumat araşdırılıb müvafiq qərar qəbul edilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar çıxarılmalıdır. İş üzrə maddi sübutlar iki ədəd “Vögele” markalı “ErgoPlus” modelli pult-lazer qurğularının zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Sabirabad rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29 yanvar 2021-ci il tarixdən saat 14:00-dan 30 yanvar 2021-ci il tarixədək saat 12:00-dək, yəni 01 (bir) gün şübhəli şəxs qismində tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Şahid2 məhkəmədə verdiyi cinayət haqqında məlumat araşdırılıb müvafiq qərar qəbul edilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar çıxarılsın. İş üzrə maddi sübutlar iki ədəd “Vögele” markalı “ErgoPlus” modelli pult-lazer qurğularının zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-72/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-72/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver