Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-72/2022 02.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Xudat şəhəri, Rəşid Behbudov küçəsi ev 14Ada qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon Polis Şöbəsinin X3 əməkdaşları tərəfindən 12 fevral 2022ci il tarixdə saat 19:00-da o, Xaçmaz rayon Yalama kəndində saxlanılıb gətirilərək saat 20:10-dan 20:20-dək olan müddətdə Xaçmaz rayonu, Yalama kəndində yerləşən X3 inzibati binasında onun üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilən siqaret qutusunun içərisində olan bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 1,598 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu, Xudat şəhəri, Rəşid Behbudov küçəsi ev 14 A-da yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Fərdi qaydada harada iş düşsə işləyib özünü dolandırır. Təxminən 3 ildir ki, o narkotik vasitə olan “kakosda”, yəni, heroindən istifadə edir. 09 fevral 2022-ci il tarixdə o, günorta saatlarında yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, R.Behbudov küçəsində olan zaman yerdə bir ədəd siqaret qutusunun oldunu görmüş və həmin siqaret qutusuna ayağıla vurduqda siqaret qustunun içərisində nəsə olmasını hiss etmişdir. Bundan sonra həmin siqaret qustunu götürərək içərisinə baxdıqda həmin qutunun içərisində bir ədəd uzunsov formada bükülmüş gümüşü rəngli kağız kəsiyinin və bir ədəd qara rəngli kağız bükümün olduğunu görmüşdür. Həmin qara rəngli bükümü açıdqda içərisində narkotik vasitə “kakos”, yəni heroin olduğunu gürmüşdür. Daha sonra həmin narkotik vasitə olan heroindən bir hissəsini həmin gümüşü kağızdan istifadə etməklə qəbul etmişdir. Sonra isə həmin bükümü və gümüşü rəngli kağız kəsiyini siqaret qutusunun içərisinə qoyaraq əynində olan idman şalvarının sağ yan cibinə qoymuşdur. 12 fevral 2022-ci il tarixdə Xaçmaz rayonu, Yalama kəndinə gündəlik fəhlə işləmək üçün iş axtarmağa getdiyi zaman həmin tapdığı narkotik vasitə heroin də üzərində olmuşdur. O, Yalama kəndi ərazisində olan vaxt saat 19 radələrində iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, X3 əməkdaşları olduqlarını, narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində daşımağı barədə onlarda məlumat olduğunu bildirərək onu Yalama Polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Yol boyu polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdikləri üçün o, cibində olan narkotik vasitəni tullaya bilməmişdir. Xaçmaz RPŞ-nin Yalama PB-nin inzibati binasında xidməti otaqda olan zaman müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah edilərək ona müdafiçəsi kimi Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edilmişdir. Bundan sonra onun üzəridə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı bildirilərək üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axatrış keçirilərkən üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmişdir. O, heç bir etiraz etmədən əynində olan qara rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibindən bir ədəd siqaret qutusunu və alışqanı, əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun əynində olan şalvarın sağ yan cibində çıxarıb təqdim etdiyi siqaret qutusu müstəntiq tərəfindən açıldıqda içərisindən istifadə edilməmiş siqaretlər aşkar edilmişdir. Əynində olan idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd siqaret qutusa açıldıqda içərisindən bir ədəd qara rəngli kağız büküm və bir ədəd uzunsof formada bükdüyü gümüşü rəngli kağız kəsiyi aşkar edilmişdir. Həmin qara rəngli büküm müstəntiq tərəfindən açıdıqda içərisində tünd qəhvəyi rəngli toz halında kütlə aşkar edilmiş, gümüşü rəngli uzunsov formada bükülmüş kağız açıldıqda üzərində tünd qəhvəyi rənli izlər olması aşkar edilmişdir. O, həmin qəhvəyi rəngli, toz halında olan kütlənin “kakos” yəni narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 09 fevral 2022-ci il tarixdə yaşadığı Xaçmaz rayonu, Xudat şəhər, R.Behbudov küçəsindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, gümüşü rəngli kağız bükümün üzərində olan izlərin də narkotik vasitə heroinin izləri olduğunu etiraf etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Onun üzərindən aşkar edilən narkotik vasitə heroin və üzərində heroin izləri olan uzunsov formada olan gümüşü rəngli kağız kəsiyi kağız zərfdə qablaşdırılaraq, zərfin üzəri möhürləndikdən sonra imzalarla təsdiq edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilən içərsində siqaretlər olan siqaret qutusu və bir ədəd alışqan özünə qaytarılmışdır. Bunda əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üstündə saxlamışdır. O, heç vaxt narkotik vasitə satmamış, heç kimdən narkotik almamış, tapdığı narkotik vasitədən də heç kimə verməmişdir. 12 fevral 2022-ci il tarixdə, saat 19 radələrində Xaçmaz rayonu, Yalama kəndinə polis əməkdaşları tərəfindən saxlanılaraq Yalama Polis bölməsinə gətirilən zaman və gətirildikdən sonra polis şöbəsində ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 göstərdi ki, Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatını, Xaçmaz rayon X6 Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 Nazim oğlu raport yazaraq rəhbərliyə məruzə etdi. Təqsirləndirilən şəxs əməllərini ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü X3 əməliyyat müvəkkili polis kapitanı Şahid1 rəhbərliyi ilə ondan və Xaçmaz rayon Polis Şöbəsinin X3 polis nəfəri, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradıldı. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Yalama kəndinin ərazisində olduğunu müəyyən etmişlər və 12 fevral 2022-ci il tarixdə saat 19 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri daşımaqda şübhəli olduğu üçün Xaçmaz Rayon Polis Şöbəsinə Yalama PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Yalama Polis bölməsinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Yalama Polis bölməsində Xaçmaz RPŞnin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Şəhriyar Kərimli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Şəhriyar Kərimli tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu, əynində olan tünd boz rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibindən bir ədəd siqaret qutusunu və alışqanı, çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan uzunqol qış gödəkcəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi siqaret qutusu müstəntiq tərəfindən açıldıqda içərisindən istifadə edilməmiş siqaretlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd siqaret qutusa açıldıqda isə içərisindən bir ədəd qara rəngli kağız büküm və bir ədəd uzunsov formada bükdüyü gümüşü rəngli kağız kəsiyi aşkar edilmişdir. Həmin qara rəngli büküm müstəntiq tərəfindən açıdıqda içərisində tünd qəhvəyi rəngli toz halında kütlə aşkar edilmişdir, gümüşü rəngli uzunsov formada bükülmüş kağız açıldıqda üzərində tünd qəhvəyi rənli izlər olması aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs həmin qəhvəyi rəngli toz halında olan kütlənin “kakos” yəni narkotik vasitə heroin olmasını, gümüşü rəngli kağız kəsiyinin isə narkotik vasitə heroini qəbul etmək üçün istifadə etdiyini və həmin narkotik vasitəni, gümüşü rəngli kağız kəsiyini 09 fevral 2022-ci il tarixdə yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, R.Behbudov küçəsindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra gümüşü rəngli kağız bükümün üzərində olan izlərin də narkotik vasitə heroinin izləri olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam edirilsədə, heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən içərisində narkotik vasitə heroin olan bir ədəd kağız büküm və üzərində heroin izləri olan uzunsov formada olan bir ədəd gümüşü rəngli kağız kəsiyi maddi sübut olaraq ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol müstəntiq tərəfindən ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs o, və digər iştirakçılar tərəfindən protokolun doğruluğunu öz imzalarıla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretlər olan bir ədəd siqaret qutusu və bir ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz RPŞ-nin, Yalama PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 Nazim oğlu ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü mənim, Xaçmaz RPŞ-nin Yalama PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Xaçmaz RPŞ-nin Yalama PB-nin polis nəfəri, polis baş serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Yalama kəndinin ərazisində olduğunu müəyyən etmişlər və 12 fevral 2022-ci il tarixdə saat 19 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri daşımaqda şübhəli olduğu üçün Xaçmaz Rayon Polis Şöbəsinə Yalama PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Yalama Polis bölməsinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Yalama Polis bölməsində Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Şəhriyar Kərimli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Şəhriyar Kərimli tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu, əynində olan tünd boz rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibindən bir ədəd siqaret qutusunu və alışqanı, çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan uzunqol qış gödəkcəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi siqaret qutusu müstəntiq tərəfindən açıldıqda içərisindən istifadə edilməmiş siqaretlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd siqaret qutusa açıldıqda isə içərisindən bir ədəd qara rəngli kağız büküm və bir ədəd uzunsov formada bükdüyü gümüşü rəngli kağız kəsiyi aşkar edilmişdir. Həmin qara rəngli büküm müstəntiq tərəfindən açıdıqda içərisində tünd qəhvəyi rəngli toz halında kütlə aşkar edilmişdir, gümüşü rəngli uzunsov formada bükülmüş kağız açıldıqda üzərində tünd qəhvəyi rənli izlər olması aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs həmin qəhvəyi rəngli toz halında olan kütlənin “kakos” yəni narkotik vasitə heroin olmasını, gümüşü rəngli kağız kəsiyinin isə narkotik vasitə heroini qəbul etmək üçün istifadə etdiyini və həmin narkotik vasitəni, gümüşü rəngli kağız kəsiyini 09 fevral 2022-ci il tarixdə yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, R.Behbudov küçəsindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra gümüşü rəngli kağız bükümün üzərində olan izlərin də narkotik vasitə heroinin izləri olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam edirilsədə, heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən içərisində narkotik vasitə heroin olan bir ədəd kağız büküm və üzərində heroin izləri olan uzunsov formada olan bir ədəd gümüşü rəngli kağız kəsiyi maddi sübut olaraq ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol müstəntiq tərəfindən ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs o, və digər iştirakçılar tərəfindən protokolun doğruluğunu öz imzalarıla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretlər olan bir ədəd siqaret qutusu və bir ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 Nazim oğlunun ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair 13 fevral 2022-ci il tarixli 6\900 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,598 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd gümüşü rəngli kağız kəsiyinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş 15.02.2022-ci il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,598 qram olan narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd gümüşü rəngli kağız kəsiyi maddi sübut kimi tanınmış, heroinin ekspertiza tədqiqatından sonra qalan 1,548 qram qalığı və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd gümüşü rəngli kağız kəsiyi 01 ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz RPŞ- nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında 12.02.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində əynində tünd boz rəngli uzunqol qış gödəkcəsi, qara rəngli idman şalvarı, tünd qəhvəyi rəngli ayaqqabı vardır. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, daşıması barədə məlumat daxil olduğu bildirilərək hüququ və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi məqsədilə müdafiəçi kimi təqdim edilmiş Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və digər polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş. Bununla bağlı Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan hər hansı bir əşya və ya narkotik vasitə varsa çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd siqaret qutusunu, əynində olan uzunqol gödəkcəsinin sağ yan cibindən bir ədəd siqaret qutusunu və bir ədəd yaşıl rəngli alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən çıxarıb təqdim etdiyi siqaret qutusu açıldıqda içərisində istifadə edilməmiş siqaretlər aşkar edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd siqarət qutusu açıldıqda həmin siqaret qutusunun içərisindən bir ədəd uzunsov formada bükülmüş gümüşü rəngli kağız kəsiyi, bir ədəd qara rəngli kağız büküm aşkar edilmişdir. Gümüşü rəngli kağız kəsiyinin üzərində tünd qəhvəyi rəngli izlərin olması aşkar edilmiş, qara rəngli bir ədəd kağız büküm açıldıqda isə içərisində tünd qəhvəyi rəngli toz halında olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin tünd qəhvəyi rəngli kütlənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu, gümüşü rəngli kağız kəsiyinin isə narkotik vasitə heroini qəbul etmək üçün istifadə etdiyini, həmin narkotik vasitəni və uzunsov gümüşü rəngli kağız kəsiyini 3 gün əvvəl yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, R.Behbudov küçəsindən tapdığını və öz istifadəsi üçün üzərində saxlayıb, daşıdığını, həmin narkotik vasitədən heç kəsə satmadığın bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da və heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinə oxşar kütlə və bir ədəd gümüşü rəngli kağız kəsiyi ağ rəngli kağız zərfdə qablaşdırılaraq, zərfin üzəri möhürləndikdən, iştirakçılar tərəfindən imzalarla təsdiq edildikdən sonra müstəntiq tərəfindən ekspertizya təqdim edilməsindən ötrü maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd alışqan və siqaret qutusu onun özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş bir ədəd disk baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 04 mart 2022-ci il tarixli 1097 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon Polis Şöbəsinin X3 əməkdaşları tərəfindən 12 fevral 2022-ci il tarixdə saat 19:00-da o, Xaçmaz rayon Yalama kəndində saxlanılıb gətirilərək saat 20:10-dan 20:20-dək olan müddətdə Xaçmaz rayonu, Yalama kəndində yerləşən X3 inzibati binasında onun üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilən siqaret qutusunun içərisində olan bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 1,598 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayər əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanın ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu gündən, yəni 02 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,598 qram olan narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd gümüşü rəngli kağız kəsiyi maddi sübut kimi tanınmış, heroinin ekspertiza tədqiqatından sonra qalan 1,548 qram qalıq heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd gümüşü rəngli kağız kəsiyi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2022-ci ildən 14 fevral 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkməsinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın və barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,598 qram olan narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd gümüşü rəngli kağız kəsiyi maddi sübut kimi tanınmış, heroinin ekspertiza tədqiqatından sonra qalan 1,548 qram qalığı və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd gümüşü rəngli kağız kəsiyi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-72/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-72/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver