Məhkəmə qərarları › İş №1(067)-72/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-72/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-72/2023 10.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxx 1977-ci ildə Xaçmaz rayonu, Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,238 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 04 oktyabr 2022-ci il tarixdə o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhər ərazisində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin gün Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 17:25-dən 17:40-dək olan vaxt müddətində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli jiletin sağ yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,238 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur. Narkotik vasitə olan heroindən istifadə edir. 03 oktyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində, Xaçmaz rayon dəmir yol vağzalının yanında, dəmir yolunun kənarında piyada gəzən zaman yerdə bir ədəd qızılı rəngli kağız büküm olduğunu görmüş, həmin bükümü əyilib yerdən götürüb açıb içərisinə baxanda, görmüşdür ki, içərisində “kakos”, yəni narkotik vasitə heroin vardır. O, heroin istifadəçisi olduğu üçün bükümün içərisindəki maddənin heroin olmasını bilmiş, buna görə də, həmin kağız bükümü cibində olan siqaret qutusunun içərisinə qoymuşdur. 03 oktyabr 2022-ci il tarixdə axşam saatlarında həmin bükümün içərisində heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini yenə də cibində olan, üzərinə “Rothmans” yazılmış siqaret qutusunun içərisinə qoymuşdur. 04 oktyabr 2022-ci il tarixdə saat 16:20 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində piyada hərəkətdə olan zaman, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb bildirmişdirlər ki, onun qanunsuz olaraq üzərimdə narkotik vasitə saxlamağı və daşımağı barədə Xaçmaz RPŞ-nə məlumat daxil olmuşdur və onlar da Xaçmaz RPŞ-nin əməkdaşlarıdır. Ona görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişdirlər. O, RPŞ- də şübhəli kimi tutulmuş və ona vəkil təqdim olunmuşdur. Vəkilin iştirakı ilə Xaçmaz RPŞ-də üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli jiletin sağ yan cibindən bir ədəd üzərinə “Rothmans” yazılmış siqaret qutusunu və bir ədəd qırmızı rəngi alışqanı, həmin jiletin sol yan cibindən isə bir ədəd cib dəsmalını çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Müstəntiq siqaret qutusunu açıb içərisinə baxanda içərisində 11 ədəd siqaret və bir ədəd kağız büküm olması müəyyən olumnuşdur. Müstəntiq tərəfindən aşkar olunmuş büküm açılıb içərisinə baxılanda, içərisində qəhvəyi rəngli toz halında maddə olması aşkar edilmişdir. O, həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı həmin büküm bir ədəd zərfdə qablaşdırılaraq müstəntiq tərəfindən götürülmüş, 11 ədəd siqaret qutusu, bir ədəd alışqan və bir ədəd cib dəsmalı ona geri qaytarılmışdır. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X6 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin NMQnın əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis leytenantı rütbəsindədir. 04 oktyabr 2022-ci il tarixdə ünvan 5 ünvanda faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla, daşıması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfimdən raportla işlədiyi şöbənin rəisinə məruzə edildikdən sonra, X2 ifşa edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra ondan və Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenanatı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvlərinə əməliyyat tədbiri zamanı davaranış xətti izah edilmişdir. 04 oktyabr 2022-ci il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Nərimanov küçəsində olmasını müəyyən edib, həmin gün saat 16 radələrində ona yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərinda saxlayaraq daşıması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğunu bildirdik və həmin şəxsi Xaçmaz RPŞ-nə dəvət etmişdirlər. Həmin şəxs də onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Yol boyu onlar Təqsirləndirilən şəxs hərəkətlərini nəzarətdə saxlamışdır ki, üzərindən hər hansı bir predmeti kənarlaşdıra bilməsin. Xaçmaz RPŞ-nin inzibati binasında Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılov xidməti iş otağında mənim və digər əməliyyat müvəkkili Cahagir Ağayevin və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinə başlamış. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan jiletin sağ yan cibindən üzərinə “Rothmans” yazılmış bir ədəd siqaret qutusunu və bir ədəd qırmızı rəngli alışqanı, həmin jiletin sol yan cibindən isə bir ədəd cib dəsmalını çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən həmin siqaret qutusunun içərisinə baxılan zaman, həmin siqaret qutusunun içərisində 11 ədəd siqaret dənələrinin və bir ədəd qızılı rəngli kağız büküm olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd qızılı rəngli kağız büküm müstəntiq tərəfindən açılmış və içərisində tünd qəhvəyi rəngli, toz halında maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən tünd qəhvəyi rəngli toz halında olan maddə bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış və qablaşmanın üzəri o və şəxsi axtarışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edildikdən sonra ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində 11 ədəd siqaret dənələri olan “Rothmans” markalı siqaret qutusu siqaretlərlə birlikdə, habelə bir ədəd cib dəsmalı və bir ədəd alışqan onun özünə qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, o və şəxsi axtarışda iştirak edən digər şəxslər protokolu imzalarımızla təsdiq etmişdirlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X6 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2, Xaçmaz rayon X6 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış aparılması haqqında 04 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli jiletin sağ yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,238 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 6/5699 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,238 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazrılanmış narkotik vasitə heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,238 qram narkotik vasitə heroin və iş materiallarında olan 04 oktyabr 2022-ci il tarixli şəxsi axtarış protokoluna əlavə edilmiş 01 ədəd disk işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan qəbul edilmiş 02 noyabr 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış, həmin narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,188 qram qalığı saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 yanvar 2023-cü il tarixli, 95 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1 -ci maddəsi ilə təqsirli bilinərək ona 4.000 manat cərimə cəzası təyin edilmiş, 26 noyabr 2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Xaçmaz rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz rayon Məhkəməsinin 20 dekabr 2021 -ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən 01 il azaldılmış və 25 yanvar 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinin materiallanan əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 06 fevral 2022-ci il tarixli, 110 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzası 25 yanvar 2022-ci il tarixdə bitmişdir və məhkum Təqsirləndirilən şəxs şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzası xx.xx.2022-ci il tarixdə bitsə də, yeni cinayəti xx.xx.2022-ci il tarixdə, yəni məhkumluğu ödənilmədiyi halda törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilsə də, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 28 yanvar 2023-cü il tarixli, 102 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tibb müəssisəsinə müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 28 yanvar 2023-cü il tarixli, PHŞ- 6-43/2-277/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tibb müəssisəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,238 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 04 oktyabr 2022-ci il tarixdə o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhər ərazisində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin gün Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 17:25-dən 17:40-dək olan vaxt müddətində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli jiletin sağ yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,238 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan AZ İİ № 174450 nömrəli və AZ İİİ № 901867 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 vardır. Azərabaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının və bir yetkinlik yaşına çatmayan uşağın olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərabaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Xaçmaz rayon məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 4(067)-174/2022 saylı qərarına əsasən onun barəsində həbsetmənin əvvəlli xx.xx.2022-ci ildən hesablanmaqla, 01 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, müstəntiqin 04 noyabr 2022-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixdək tutularaq həbsdə saxlanıldığı cəmi 01 (bir) ay müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 10 may 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,188 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək, yəni 01 (bir) ay həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 01 (bir) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın və barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,188 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar