Məhkəmə qərarları › İş №1(067)-72/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-72/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-72/2025 23.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ilde Xaçmaz şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasi vətəndaşı, subay, fərdi əməklə məşgul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyada olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 0.394 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 0,211 qramını 24 may 2024-cii il tarixdə saat 18 radələrində Xaçmaz şəhəri. Zərifə Əliyeva küçəsində yerləşən "AL" marketin yanında 13 manat müqabilində tanışı Şahid3 satıb qalan 0.183 qramını üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, Atatürk küçəsində Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 24 may 2024-cü il tarixdə saat 21:45-21:55 müddətində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli pencəyin sağ yan cibində olan "Prima" markalı siqaret qutusunun içərisində gizlədib saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə 0,183 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq narkotik vasitəni satmış və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik satışı ilə məşğul olmamış, lakin üzərindən narkotik vasitə aşkar olunduğu üçün Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. 2024-cü ilin may ayının 23 və ya 24 günorta saat 2-3 olardı dostu Pərviz Cavadovla olmuşdur.Həmin vaxt evin qapısı açıq olmuşdur. O, stol arxasında oturub həmin günü aldığı pensiya pullarını sayırdı. Əməliyatcıların içəri girdiklərini görmüşdür. Stolun üstündə olan pulları götürüb cibinə qoymuşdur. Həmin vaxt orda onun üstünə baxış keçirtdilər. Üstündə nə var idi çıxarıb stolun üstünə qoymuşdur. Sonra onu Polis Şöbəsinə gətirdilər. Polis şöbəsinə gətirilən zaman narkotik vasitə siqaret qutusunun içərisində olmuşdur. Polis Şöbəsində ona təzyiq göstərilmişdir ki, o, narkotik vasitəni adı cəkilən Rəvana satdığını desin. O, boynuna almırdı. Ona dedilər ki, «al boynuva burdan buraxılacaqsan». O, Rəvanı tanımır, heç Rəvanı da görməmişdir. O, Rəvanı Xaçmaza gəlib gedən şəxs kimi tanıyırdı. Lakin onunla münasibəti olmayıb, nə alışı nə verişi, nə də ki, bir yerdə istifadə etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o ünvan 4 ünvanında tək yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Subaydır. O, 10 ilə yaxındır ki, narkotik vasitə olan quıudulmuş marixuana və heroindən istifadə edir. Xaçmaz rayonu, Hacıəhmədoba kənd sakini Şahid3 tanıyır və Rəvanın da narkotik vasitələrdən istilada etməsi barədə məlumatı vardır. 24 may 2024-cü il tarixdə saat 17:30 radələrində tanışı Şahid3 onun istifadəsində olan 070-96193-75 saylı mobil telefon nömrəsinə zəng edib onunla hal-əhval tutduqdan sonra ona bədənində ağrılar olduğunu. 13 manat pulunun olduğunu, əgər varıdırsa 13 manat pula kifayət edən narkotik vasitə olan heroin satmasını təklif etmişdir, o da Rəvana kakos, yəni narkotik vasitə olan heroininin olduğunu, sata biləcəyini, pulu götürüb yanına gəlməsini demişdir. Bir qədər sonra, yəni saat 18 radələrində Rəvan ona yenidən zəng edib Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində yerləşən "Al" marketin yanında olduğunu bildirmiş və o, Rəvana orada gözləməsini, bir-iki dəqiqə sonra gələcəyini demişdir. O, dediyi kimi zəngdən dərhal sonra Rəvanın yanına getmiş və Rəvandan 13 manat pul alıb bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroin satmışdı. Onun üzərində özünün istifadəsi üçün bir ədəd eyni gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroin qalmış və o həmin bükümü əynində olan pencəyin sağ yan cibinə qoymuşdur. 24 may 2024-cü il tarixdə saat 20:35-da o, yaşadığı evin yerləşdiyi Xaçmaz şəhəri, Atatürk küçəsində olan zaman iki nəfər milli geyimli tanımadığı şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər, daha sonra ona narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə etdikləıini bidirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə Xaçmaz RPŞ-nə gəlmiş, rayon polis şöbəsində şübhəli şəxsi kimi tutulmuş, dövlət hesabına ona müdafiəçi dəvət edilmiş və bundan sonra üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış başlamazdan müstəntiq özünü və şəxsi axtarışda iştirak edən şəxsləri ona təqdim etmiş və bundan sonra ondan Azərbaycan dilini bilib-bilməməyini və videoçəkiliş aparılmaqla üzərinə həmin şəxslərin iştirakı ilə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşmuş, o, da Azərbaycan dilində sərbəst danışa və başa düşə bildiyini, üzərinə isə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq tərəfindən ona bildirilmişdir ki, Xaçmaz rayonu, Hacıəhmədoba kənd sakini Şahid3 qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və üzərində daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid3 Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən 24 may 2024-cü il tarixdə Xaçmaz şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞ-nə dəvət edilmiş, Xaçmaz RPŞ-nin inzibati binasında yerləşən xidməti iş otaqlarının birində Şahid3 üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuş, araşdırma zamanı Şahid3 həmin maddənin narkotik vasitə olan heroin olduğunu və onu 24 may 2024-cü il tarixdə ondan Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində 13 manat pula aldığını demiş, buna görə də o, rayon polis şöbəsinə gətrilmişdir. Bundan sonra müstəntiq tərəfindən ondan bu barədə soruşulduqda o Şahid3 dediklərini təsdiq etmiş və 24 may 2024-cü il tarixdə saat 18 radələrində tanışı Şahid3 13 manat pula narkotik vasitə olan heroin satdığım və hazırda da üzərində narkotik vasitə olmasını bildirmişdir. Onun sözlərindən sonra müstəntiq ona təklif etmişdir ki, o üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoysun. Bu təklifdən sonra o əynində olan tünd göy rəngli pencəyin sağ yan cibindən bir ədəd "Prima” markalı siqaret qutusunu, həmin pencəyin sol yan cibindən iki ədəd alışqan, əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul. pencəyinin sol tərəf içəri cibindən isə bir ədəd eynək çıxarıb otaqda olan masanın üzərinə qoymuş və narkotik vasitənin siqaret qutusunun içərisində olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın arxa sol cibindən bir ədəd qəbz aşkar olunsa da həmin qəbz iş üçün əhəmiyyət kəsb etmədiyindən aşkar olunan vaxt onun özünə qaytarılmışdır. Bundan sonra müstəntiq tərəfindən təqdim etdiyi "Prima” markalı siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisindən 09 ədəd siqaret dənələri və bir ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Həmin kağız büküm müstəntiq tərəfindən açılıb baxılan zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuş, o verilən suallara cavab olaraq həmin maddənin də narkotik vasitə olan heroin olduğunu və onu Bakı şəhərində olarkən tapdığını bildirmişdir. Bundan sonra verilən suallara cavab olaraq o bir daha bildirmişdir ki, 13 manat pula 24 may 2024-cü il tarixdə tanışı Şahid3 narkotik vasitə olan heroin satmış və əldə etdiyi həmin pulun çox hissəsini xərcləmişdir. Üzərindən aşkar olunmuş bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul olmaqla ümumilikdə 0.90 manat pulun da həmin 13 manat puldan qalan pul olduğunu bildirmişdir. Bundan sonra içərisində heroinə bənzər maddə olan büküm elektron tərəzidə çəkilən zaman tərəzidə bükümün çəkisini göstərmək mümkün olmamışdır. Daha sonra isə üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan bir ədəd kağız biikiim müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış, həmin şəxslər zərfin üzərinə adlarının qarşısından imza etmişlər, həmçinin o da imzalamış, narkotik vasitənin satışından əldə edib xərclədikdən sonra qalan bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul cinayət yolu ilə əldə olunmuş pul vəsaiti olduğuna görə müstəntiq tərəfindən götürülmüş, üzərindən aşkar olunmuş digər əşyalar ona geri qaytarılmışdır. Şəxsi axtarış prosesi videoçəkiliş vasitəsi ilə əvvəldən axıradək qeydə alınmış və həmin videogörüntü bir ədəd DVD formatlı diskə köçürülüb şəxsi axtarış protokoluna əlavə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs daha sonradan təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o hər hansı şəxsə həmçinin Şahid3 narkotik vasitə və yaxud psixotrop maddə satmamışdır. Daha öncə verdiyi ifadəsində bu barədə ondan müstəntiq soruşduqda o ağrıları olduğundan bunu təsdiq etsə də həqiqətdə o heç bir zaman narkotik vasitə və yaxud psixotrop maddə satmamışdır. Bundan başqa üzərindən aşkar edilmiş 0.90 manatlıq qəpiklər özünə məxsus olmaqla narkotik vasitənin Şahid3 satılmasından əldə etdiyi 13 manata aid olan puldan qalıq qalmamışdır. O heç bir şəxsə narkotik vasitə satmamışdır. Öz adna qeydiyyatda olan **********75 mobil nömrəsi ilə Şahid3 adna qeydiyyatda olan **********29 mobil nömrəsi arasında xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda 8 dəfə əlaqə yaradılmaqla müxtəlif müddətlərdə danışılınası ilə bağlı həmin zəngləri xatırlamadığını, özünün Şahid3lə arasında narkotik vasitə alışı və satışı ilə bağlı heç bir danışıq razılaşma olmadığını və hər hansı şəxsə, həmçinin Şahid3 narkotik vasitə satmadığını bildirmişdir. Özünün və Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərin eyni tərkibli olması ilə bağlı narkotik vasitə olduqlarından eyni tərkibli ola biləcəklərini, bu barədə dəqiq fikir bildirə bilməyəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 bildirdi ki, Rəvan barəsində Xaçmaz rayon Polis Şöbəsinə narkotik vasitənin istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar bundan sonra Rəvan ətrafında əməliyyat tədbirləri qurdular. Şahid3 Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi səbəbindən sonuncunu Xaçmaz. RPŞ-nə dəvət etmişlər. X7 rayon Polis Şöbəsində üzərinə baxış keçirilən zaman üzərindən qanunsuz qadağan olmuş narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu.Sorğu sual zamanı Rəvan bildirmişdir ki, həmin narkotik vasitəni Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs 13 manata aldığını bildirmişdir. Onlar ondan sonra Elxan ətrafında əməliyyat tədbirləri gördük və onu Xaçmaz şəhəri, Atatürk küçəsində saxlayaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində narkotik vasitə satdığına və daşımasına görə şübhəli olduğuna görə onun üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şahid Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz RPŞnin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində olmaqla polis baş leytenantı rütbəsindədir. 24 may 2024-cii il tarixdə Xaçmaz rayonu, Hacıəhmədoba kəndində qeydiyyatda olamaqla yaşayan Şahid3 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Şahid3 ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 24 may 2024-cii il tarixdə saat 18:30-da onlar Şahid3 Xaçmaz şəhəri. Z.Əliyeva küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi səbəbindən sonuncunu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Şahid3 onlarla Xaçmaz RPŞnə gəlmişdir. Polis şöbəsində Rəvan Mirzəliycvə hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X4 tərəfindən videoçəkilişlə Şahid3 üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Şahid3 buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid3 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixatrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitə olmasını bildirmiş və əynində olan cins şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd gümüşü rəngli kağız bükümü, hamin şalvarın arxa sol cibindən dörd ədəd 1 manatlıq əskinazlar və iki ədəd 20 qəpik pulları, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd kağız parçası, həmin gödəkçənin sol yan cibindən bir ədəd alışqan, daha sonra yenə də əynində olan cins şalvarın arxa sağ cibindən bir ədəd sim kart (mobil telefon nömrəsi) çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra Şahid3 üzərinə şəxsi axtarış keçirilsə də üzərindən hər hansı bir başqa əşya aşkar olunmamışdır. Şahid3 təqdim etdiyi gümüşü rəngli kağız büküm açılaraq içərisinə baxıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli toz şəkilli maddə olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Şahid3 bükümün içərisinə olan maddənin "kakos", yəni narkotik vasitə olan heroin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün üzərində daşıdığını, 24 may 2024-cii il tarixdə şəxsi axtarış keçirilən vaxtdan təxminən bir saat əvvəl Xaçmaz şəhəri, dəmir yolu tərəfdə Elxan adlı şəxsdən 13 manat pul müqabilində aldığını, özünün narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra içərisində heroinə bənzər maddə olan gümüşü rəngli kağız büküm elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə 0,3 qram olması müəyyən olunmuşdur. Şahid3 üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan bir ədəd kağız büküm bir-ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış, həmin şəxslər zərfin üzərinə adlarının qarşısından imza etmişlər. Şəxsi axtarış zamanı Şahid3 üzərindən aşkar olunmuş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülmüş, üzərindən aşkar olunmuş digər əşyalar onun özünə geri qaytarılmışdır. Bundan başqa Şahid2 bildirmişdir ki, Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitəni 24 may 2024-cii il tarixdə Xaçmaz şəhəri Z.Əliyeva küçəsində yerləşən "Al" market yaxınlığında Təqsirləndirilən şəxs 13 manat müqabilində almasını bildirmişdir. Verilmiş əməliyyat tapşırığına uyğun olaraq 24 may 2024-cü il tarixdə saat 20:35-də Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Atatürk küçəsində olması tərəflərindən müəyyən edilmiş, Elxan Şahverdiyevə yaxınlaşaraq Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra Elxan Şahverdiyev onlarla Xaçmaz rayon Polis Şöbəsinə gəlmişdir. X9 Şahverdiyevə hüquqların müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra Xaçmaz rayon X5 bölməsinin müstəntiqi X4 tərəfindən videoçəkilişlə Elxan Şahverdiyevə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə satması ilə bağlı soruşulduqda Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə saat 18 radələrində tanışı Şahid3 13 manat pula narkotik vasitə olan heroin satdığını və hazırda da üzərində narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs sözlərindən sonra müstəntiq tərəfindən üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoyması təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tiind göy rəngli pencəyin sağ yan cibindən bir ədəd "Prima" markalı siqaret qutusunu, həmin pencəyin sol yan cibindən iki ədəd alışqan, əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul. pencəyinin sol tərəf içəri cibindən isə bir ədəd eynək çıxarıb otaqda olan masanın Azərinə qoymuş və narkotik vasitənin siqaret qutusunun içərisində olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən hər hansı başqa qanunsuz predımet aşkar edilməmişdir. Bundan sonra müstəntiq tərəfndən Təqsirləndirilən şəxs təqdim etdiyi "Prima" markalı siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisindən 09 ədəd siqaret dənələri və bir ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur.Həmin kağız büküm müstəntiq tərəfindən açılıb baxılan zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin maddənin də narkotik vasitə olan heroin olduğunu və Bakı şəhərində olarkən tapdığını bildirmişdir. Bundan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 13 manat pula 24 may 2024-cü il tarixdə tanışı Şahid3 narkotik vasitə olan heroin satmış və əldə etdiyi həmin pulun çox hissəsini xərcləmiş, üzərindən aşkar olunmuş 0.90 manat pulun da həmin 13 manat puldan qalan pul olduğunu bildirmişdir. Bundan sonra içərisində heroinə bənzər maddə olan büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman tərəzidə bükümün çəkisini göstərmək mümkün olmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan bir ədəd kağız büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış, həmin şəxslər zərfin üzərinə adlarının qarşısından imza etmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitənin satışından əldə edib xərclədikdən sonra qalan bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul cinayət yolu ilə əldə olunmuş pul vəsaiti olduğuna görə müstəntiq tərəfindən götürülmüş, üzərindən aşkar olunmuş digər əşyalar özünə geri qaytarılmışdır. Şahid3 şifahi olaraq heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını. Təqsirləndirilən şəxs isə Şahid3 narkotik vasitə satdığım bildirmişdir.Şahid3 həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 13 manat müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxs isə üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhərindən tapmasını, həmin narkotik vasitənin bir qismini Şahid3 satmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan elan olunmuş Şahid1, ibtidai istintaq zamanı Şahid2 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, o, relslərin yanı ilə özünə məxsus torpaq sahəsindən gələn zaman, tanışı Həzrət maşını saxlamış, o, maşına əyləşərək dəmir yolunun relslərinin yanına gələrək pulunu verib narkotik vasitəni almış və yolun kənarına gələrək maşından düşmüş və yolun kənarı ilə gedərkən əməliyyatçılar onu saxlamışlar. Təqsirləndirilən şəxs tanımadığını və ondan narkotik vasitə almadığını bildirmişdir. İstintaq zamanı onu Elxanla üzləşdirərkən o, Elxanı Xaçmaz şəhər sakini kimi tanıdığını lakin ondan narkotik vasitə almadığını bildirmişdir. İstintaq zamanı polis əməkdaşları ona təzyiq göstərildiyləri üçün orda narkotik vasitəni Elxandan aldığını bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Hacıəhmədoba kəndində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. İzahatının onun sözləri ilə azərbaycan dilində latın qrafikası ilə, kompyuter vasitəsilə yazılmasına etiraf etmir.Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolanışığını təmin edir. Evlidir, iki az yaşlı övladı vardır, belə ki, övladlarının birinin 9 yaşı, digərinin isə 7 yaşı vardır. O, 6-7 ay olar ki, tapanda «kakosdan», yəni, narkotik vasitə olan heroindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Xaçmaz şəhərində Elxan adlı tanışı yaşayır və Təqsirləndirilən şəxs da narkotik vasitə istifadəçisidir. 24 may 2024-cü il tarixdə saat 17:30 radələrində istifadəsində olan mobil telefon nömrəsi ilə tanışı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib sonuncu ilə haləhval tutduqdan sonra bədənində ağrılar olduğunu. 13 manat pulunun olduğunu, əgər varıdırsa ona 13 manat pula kifayət edən narkotik vasitə olan heroin satmasını təklif etmişdir. Elxan da ona demişdir ki. hər hansı bir problem yoxdur, pulu götürüb gəlsin yanma, ona heroin salacaqdır. O da yaşadığı evdən çıxıb Xaçmaz şəhəri. Z.Əliyeva küçəsində yerləşən "Al" marketin yanma gəlib Elxana zəng etmiş və marketin yanında olduğunu bildirmişdir. Bir qədər sonra Elxan onun yanma gəlmişdir. Həmin vaxt saat 18 radələri olardı. O, Elxana 13 manat pul vermiş, Elxan da ona bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroin satmışdır. O, Elxandan aldığı heroini əynində olan cins şalvarın arxa sağ cibinə qoymuş və Xaçmaz şəhəri, Z.Əliyeva küçəsi ilə piyada hərəkət edib oradan uzaqlaşmağa başlamışdır. O, heroini alıb təxminən 300 metr gəlmişdir ki, iki nəfər milli geyimli tanımadığı şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər, daha sonra üzərində narkotik vasitə olması barədə məlumat əldə etdiklərini deyib üzərinə şəxsi axtarış keçirilinəsi iiçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O polis əməkdaşlarını təklifi ilə Xaçmaz RPŞ-nə gəlib, rayon polis şöbəsində şübhəli şəxsi kimi tutulmuş, dövlət hesabına ona müdafiəçi dəvət edilmiş və bundan sonra üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış başlamazdan müstəntiq özünü və şəxsi axtarışda iştirak edən şəxsləri ona təqdim etmişdir və bundan sonra ondan Azərbaycan dilini bilib-bilməməsini və videoçəkiliş aparılmaqla üzərinə həmin şəxslərin iştirakı ilə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşmuş, o da Azərbaycan dilində sərbəst danışa və başa düşə bildiyini, üzərinə isə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki. üzərində narkotik vasitə və yaxud psixatrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra o üzərində narkotik vasitə olmasını bildirmiş, bu zaman müstəntiq ona üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoymağımı təklif etmişdir. Bu təklifdən sonra o əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd gümüşü rəngli kağız bükümü, həmin şalvarın arxa sol cibindən dörd ədəd 1 manatlıq əskinazlar və iki ədəd 20 qəpik pulları, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd kağız parçası, həmin gödəkçənin sol yan cibindən bir ədəd alışqan, daha sonra yenə də əynində olan cins şalvarın arxa sağ cibindən bir ədəd sim kart (mobil telefon nömrəsi) çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, ancaq üzərindən hər hansı bir başqa əşya aşkar olunmamışdır. Daha sonra müstəntiq tərəfindən təqdim etdiyi giimüşü rəngli kağız büküm açılaraq içərisinə baxıldıqda içərisində narkotik vasitə olan heroine bənzər qəhvəyi rəngli toz şəkilli maddə olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı o bükümün içərisinə olan maddənin "kakos", yəni narkotik vasitə olan heroin olduğunu, həmin maddəni şəxsi istifadə üçün üzərində daşıdığını. 24 may 2024-cü il tarixdə şəxsi axtarış keçirilən vaxtdan təxminən bir saat əvvəl Xaçmaz şəhəri, dəmir yolu tərəfdə Elxan adlı şəxsdən 13 manat pula aldığını, özünün narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra içərisində heroinə bənzər maddə olan gümüşü rəngli kağız büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə 0.3 qram olması müəyyən olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan bir ədəd kağız büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış, həmin şəxslər zərfin üzərinə adlarının qarşısından imza etmişlər, həmçinin o da imza etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar olunmuş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülmüş, üzərindən aşkar olunmuş digər əşyalar özünə geri qaytarılmışdır. Şəxsi axtarış prosesi videoçəkiliş vasitəsi ilə əvvəldən axıradək qeydə alınmış və həmin videogöriintü bir ədəd DVD formatlı diskə köçürülüb şəxsi axtarış protokoluna əlavə edilmişdir. Öz adına qeydiyyatda olan **********29 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs adına qeydiyyatda olan **********75 mobil nömrəsi arasında xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda 8 dəfə əlaqə yaradılmaqla müxtəlif müddətlərdə danışılması ilə bağlı həmin zəngləri xatırlamadığını, özünün Təqsirləndirilən şəxslə aralarında narkotik vasitə alışı və satışı ilə bağlı heç bir danışıq razılaşma olmadığını bildirmişdir. Özünün və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərin eyni tərkibli olması ilə bağlı narkotik vasitə olduqlarından eyni tərkibli ola biləcəklərini, bu barədə dəqiq fikir bildirə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan cinayət işi başlamaq və işi icraata qəbul etmək haqqında 25 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarına olan şübhəli şəxsin tutulması haqqında 24 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materillarında olan şəxsi axtarış aparılması haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli pencəyinin sol yan cibindən aşkar olunan «Prima» markalı siqaret qutusunun içərisinə baxan zaman icərisində 09 ədəd siqaret dənələri və bir ədəd gümüşü rəngində kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə məhkəmə-bioloji ekspertizasına dair 25 may 2024-cii il tarixli 3-16-16/2-6/2963 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz, çəkisi 0.183 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi çəkisi – 0,183 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq – 0,133 qram. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı) İ daxildir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 26 may 2024-cü il tarixli, 4(067)-84/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 may 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri secilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınmaq şaqqında 28 may 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalan 0,133 qram heroin və narkotik vasitənin satışından əldə edilmiş bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 4(067)-118/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin 20 gün, yəni 13 avqust 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 27 may 2024-cü il tarixli, 5(067)-140/2024 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 24 may 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 5(067)-186/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının DİN-in Baş İnformasiya-Kommunikasiya idarəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********, **********, **********,**********,**********,**********,**********,**********,********** və Şahid3 istifadəsində olmuş **********,**********,**********, **********,********** mobil telefon nömrələrindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısının, zənglərin daxil olduğu və çıxdığı mobil nömrələrin kimə məxsus olması barədə məlumatların (konkret olaraq, həmin şəxslərin ünvanı, ad, soyad və atasının adı göstərilməklə), həmin mobil nömrələrindən yazılan və qəbul edilən SMS yazışmaların məzmunu və mətninin, anten əhatə dairələrinə dair məlumatların ələ keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 03 avqust 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaq aparılmışdır. İş materiallarında olan telefon zənglərinin və SMS-lərin siyahısına baxış keçirilməsi haqqında 08 avqust 2024-cü il tarixli protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:41:02-də Təqsirləndirilən şəxs adına qeydiyyatda olan **********75 mobil nömrəsindən Şahid3 adına qeydiyyatda olan **********29 mobil nömrəsindən zəng daxil olmaqla onlar 97 saniyə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat 13:41:02-də Təqsirləndirilən şəxs adına qeydiyyatda olan **********75 mobil nömrəsindən Şahid3 adına qeydiyyatda olan **********29 mobil nömrəsindən zəng daxil olmaqla onlar 97 saniyə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat 13:50:14-də Təqsirləndirilən şəxs adına qeydiyyatda olan **********75 mobil nömrəsindən Şahid3 adına qeydiyyatda olan **********29 mobil nömrəsindən zəng daxil olmaqla onlar 64 saniyə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat 13:51:43-də Təqsirləndirilən şəxs adına qeydiyyatda olan **********75 mobil nömrəsindən Şahid3 adına qeydiyyatda olan **********29 mobil nömrəsindən zəng daxil olmaqla onlar 111 saniyə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat 13:59:58-də Təqsirləndirilən şəxs adına qeydiyyatda olan **********75 mobil nömrəsindən Şahid3 adına qeydiyyatda olan **********29 mobil nömrəsindən zəng daxil olmaqla onlar 37 saniyə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat 14:15:04-də Təqsirləndirilən şəxs adına qeydiyyatda olan **********75 mobil nömrəsindən Şahid3 adına qeydiyyatda olan **********29 mobil nömrəsindən zəng daxil olmaqla onlar 38 saniyə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat 15:20:06-da Təqsirləndirilən şəxs adına qeydiyyatda olan **********75 mobil nömrəsindən Şahid3 adına qeydiyyatda olan **********29 mobil nömrəsindən zəng daxil olmaqla onlar 52 saniyə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat 16:01:25-də Təqsirləndirilən şəxs adına qeydiyyatda olan **********75 mobil nömrəsindən Şahid3 adına qeydiyyatda olan **********29 mobil nömrəsindən zəng daxil olmaqla onlar 49 saniyə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat 16:23:29-da Təqsirləndirilən şəxs adına qeydiyyatda olan **********75 mobil nömrəsindən Şahid3 adına qeydiyyatda olan **********29 mobil nömrəsindən zəng daxil olmaqla onlar 5 saniyə danışmışlar. Baxışda iştirak edən Şahid3 **********29 mobil nömrənin özünə məxsus olmasını, həmin nömrə ilə Təqsirləndirilən şəxs ilə qeyd olunan tarix və saatlarda əlaqə saxladığını bildirmişdir. İş materiallarında olan cinayət işlərinin bir icraata birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 10 avqust 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə qərarından görünür ki, Xaçmaz rayon X5 bölməsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 02 ay müddətinə, yəni 03 noyabr 2024-cü il tarixdən 03 yanvar 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 16 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntünün köçürüldüyü bir ədəd «DVD» formatlı disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Komunikasiya İdarəsindən xx.xx.2024cü il tarixli 20/1-8116m nömrəli məktuba daxil olmuş bir ədəd disk daşıyıcıdakı telefon zənglərinin, anten və SMS-lərin siyahısına dair məlumatlar işin faktiki hallarını təstiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,183 qram narkotik vasitə heroin müstəntiq tərəfindən 28 may 2024-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,133 qram təşkil edən narkotik vasitə heroin və narkotik vasitənin satışından əldə edilmiş bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutları saxlanc təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərinə 24 may 2024-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «DVD» formatlı disk və telefon zəngləri, anten və SMS-lərin məzmununa dair məlumatları özündə əks etdirilən 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 16 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 24 may 2024cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 26 iyul 2024-cü il tarixli 5101 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostiınulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərar ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsminə əsasən 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD-nin nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görürün ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmamışdır.Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 0.394 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 0,211 qramını 24 may 2024-cii il tarixdə saat 18 radələrində Xaçmaz şəhəri. Zərifə Əliyeva küçəsində yerləşən "AL" marketin yanında 13 manat müqabilində tanışı Şahid3 satıb qalan 0.183 qramını üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, Atatürk küçəsində Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 24 may 2024-cü il tarixdə saat 21:45-21:55 müddətində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli pencəyin sağ yan cibində olan "Prima" markalı siqaret qutusunun içərisində gizlədib saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə 0,183 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq narkotik vasitəni satmış və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 8 saylı qərarının 8-ci bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən, özünü ona elan olunmuş ittihamla qismən təqsirli bilsə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və o, məsuliyyətdən yaxa qurtarmaq istəyir. Məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq, onu iş üzrə toplanmış digər sübutlarla: şahidlərin ifadələri, telefon danışıqları, SMS yazışmaları, ekspertiza rəyləri və digər iş materialları ilə yanaşı qiymətləndirərək, uydurulmuş dəlil kimi rədd edir. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməsi barədə verdiyi vəsatəti yuxarda qeyd olunanlara əsasən əsassız olduğunu hesab edir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sadalanmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 24 may 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təhqiqata sərfdən sonra qalıq çəkisi 0,133 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs narkotik vasitənin satışından əldə edilmiş pul olan bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk və telefon zəngləri, anten və SMS-lərin məzmununa dair məlumatları özündə əks etdirilən 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 1(067)- 124/2024 saylı hökmü ilə təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 1(067)- 124/2024 saylı hökmü üzrə 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 24 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təhqiqata sərfdən sonra qalıq çəkisi 0,133 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs narkotik vasitənin satışından əldə edilmiş pul olan bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk və telefon zəngləri, anten və SMS-lərin məzmununa dair məlumatları özündə əks etdirilən 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM NƏRMİN ABİYEVA.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar