Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-73/2024 04.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 08 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında kirayəçi kimi yaşadığı evin hasarını aşaraq həyətyanı sahəyə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub həyətin giriş qapısından solda yerləşən 100 manat dəyərində “Luckypro” markalı Çin istehsallı hidrafonlu su nasosunu, həyətyanı sahədə yerləşən əşyaların saxlandığı otağın qapısını açıq olduğunu görüb daxil olaraq oradan 01 ədəd 110 manat dəyərində “Eurolux markalı” Super slim model 2930S göstəricili televizoru, 01 ədəd 20 manat dəyərində “BlackDecker” markalı əl tozsoranını, 01 ədəd 20 manat dəyərində 70 litrlik alüminium qazanı, 1 ədəd 15 manat dəyərində 40 litrlik alüminium qazanı, 1 ədəd 12 manat dəyərində 5 litrlik alüminium qazanı, 3 ədəd hər biri 8 manat olmaqla ümumilikdə 24 manat dəyərində 3 litrlik alüminium qazanları, 1 ədəd 5 manat dəyərində paslanmayan poladdan sinini (podnos), 1 ədəd 3 manat dəyərində köhnə dəmir vannanı, 1 ədəd 20 manat dəyərində dəmir manqalı, 1 ədəd 150 manat dəyərində 3x5 ölçüdə türkiyə istehsallı xalçanı, 1 ədəd 5 manat dəyərində 30 metr uzunluqda markasız elektrik uzadıcısını (udlinitel), 1 ədəd 3 manat dəyərində 10 metr uzunluğunda markasız elektrik uzadıcısını (udlinitel), 1 ədəd 30 manat dəyərində “Bosh” markalı GSB 13 RE göstəricili dreli, 1 ədəd 5 manat dəyərində markasız aşsüzəni, 1 ədəd 20 manat dəyərində “Texnolux” marka AHE-8802, 2800/Watt göstəricili ətçəkən maşını, 1 ədəd qutuda 5 manat dəyərində “5.5 Saucer” markalı istifadə olunmamış altılıq nəlbəki, 2 ədəd hər biri 2 manat olmaqla ümumilikdə 4 manat dəyərində “Konya” markalı qəndqabı, 1 ədəd qutuda 4 manat dəyərində “Glass” markalı altılıq araq stəkanları, 1 ədəd qutuda 5 manat dəyərində “Glass” markalı altılıq çay stəkanları, 1 ədəd 5 manat dəyərində markasız bazar çantası, 1 ədəd 1 manat dəyərində meyvə yeşiyi, 1 ədəd 4 manat dəyərində markasız plasmas mala, 1 ədəd 5 manat dəyərində markasız qızılı rəngli külqabı, 1 ədəd 12 manat dəyərində “Total markalı” plasmas boru birləşdirən ütünün boş qutusunu və həmçinin evin giriş qapısının yanındakı qaz sobasının içərisindən 01 ədəd 20 manat dəyərində “Nova” markalı tək gözlü elektrik sobasını götürməklə apararaq ümumi dəyəri 607(altı yüz yeddi) manat dəyərində məhsulları saxlanc yerinə qanunsuz daxil olmaqla oğurlamış, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona elan olunmuş maddənin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası göstərilir. O, barəsində həmin maddə üzrə azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddi olan 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, öz evində yaşayır, etdiyi cinayət əməlini qisas niyyəti ilə etməmişdir və o, zərərçəkmiş şəxsi heç tanımamışdır. O, evin boş olduğunu, hərdən isə həmin evdə kiminsə olduğunu və kimin yaşadığını təxminən bildiyini, lakin dəqiq olaraq həmin evin Zərərçəkmiş şəxs məxsus olmasını bilməmişdir. O, əvvəllər heç yerdə oğurluq əməlini törətmədiyini bildirmişdir. Hazırkı cinayət işi üzrə oğurladığı əşyaları satan vaxt həmin əşyaları alan adam tərəfindən şəxsiyyət vəsiqəsinin şəkili çəkilmiş, ondan ötrü oğurluq hadisəsinin onun tərəfindən törədildiyi bilinmişdir. O, etdiyi cinayət əməlindən peşman olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs gizli olaraq talama yolu ilə özgənin əmlakını ələ keçirərək oğurluq cinayətini törətməsi barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxsxan oğlu ifadəsində göstərdi ki, o, həmin gün işlə əlaqədar kəndə getmişdir, həyat yoldaşı isə “Gəncə təndiri” adlanan un məmulatları mağazasında gecə növbəsində işləyir. Həyat yoldaşı gecə növbəsindən evə qayıdıb və evin qapısının sınıq olmasını görüb ona zəng edərək bu haqda məlumat vermişdir. O, həyat yoldaşına heçnəyə toxunmamasını bildirərək evə getmiş və polisə zəng edib hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları ora gedərək hadisə barədə maraqlanmışlar və nəyin oğurlandığını soruşduqda onlar xalça, televizor, qazanlar, elektrik uzadıcısı (udilnitel), nerjavika vanna, drel və başqa dəqiq bilmədikləri hansısa əşyaların oğurlandığı haqqında məlumat vermişlər. Polis əməkdaşları oğurluq barədə kimdən şübhələndiklərini onlardan soruşduqda 13 gündür ki, kirayə qalmaq üçün həmin ünvana köçdüklərini və orada heç kimi tanımadıqlarını bildirmişlər. Polis əməkdaşları həmin gün bir saat ərzində zəng edərək oğurlanan əşyaları tapdıqlarını və gedib götürməklərini demişlər. Onlar maşın sifariş edərək “Yaşıl” marketin yanında metal qəbulu sexinə gedərək həmin əşyaların özlərinə aid olmasını görmüşlər. Lakin təxminən 30 manat məbləğində dəymiş ziyanın ödənildikdən sonra əşyaları apara biləcəkləri onlara deyilmişdir. Növbəti gün Elşənin anası gələrək əşyaların onların evində olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin əşyaları həyətdə yerləşən saxlanc yerində saxlamışdı. Qeyd olunan digər əşyalar isə polis şöbəsində təhvil almışlar. Lakin soba, tozsoran və digər xırda əşyalar tapılmamışdır. O, şikayətinin dəymiş maddi ziyanı tələb etməkdə olduğunu bildirərək ümumilikdə ödənilməmiş 85 manat ziyan qaldığını, həmin məbləğdən 40 manatı ödənilməmiş ziyandır, öz hesabına 3 dəfə şəhərdən gəlib-getdiyi üçün qalan məbləği (45 manatı) həmin məbləğin üzərinə hesabladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, metal qəbulu ilə məşğuldurlar və əvvəllər tanımadığı Təqsirləndirilən şəxs satmaq üçün gətirdiyi metalları almışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin etdiyi cinayət əməlindən polis əməkdaşlarının evinə gedib axtarış aparmaları üçün icazə istədiklərində xəbəri olmuşdur. Oğlunun oğurlayaraq həmin əşyaları evinə gətirməsindən xəbəri olmamışdır. Əri və oğlu olmasına baxmayaraq, 8 nəfər ailə üzvünün maddi ehtiyaclarını özü ödəyir və gün ərzində şəxsi işlərlə əlaqədar evdə olmur. Evdə axtarış aparılarkən məlum olmuşdur ki, oğurladıqları əşyaları həyətdə olan saxlanc yerindəki çarpayının altında saxlamışlar və polis əməkdaşlarının iştirakı ilə həmin əşyalar oradan çıxarılmışdır. Daha sonra oğurladıqları əşyalardan soba və başqa bir hansısa əşyanın çatışmadığı məlum olmuşdur. Lakin o, evə baxış keçirməsinə baxmayaraq, həmin çatışmayan əşyalar evdə tapmamışdır. O, oğlunun Anar adlı şəxslə əlaqələrinin olduğunu bilir. Əsas oğurluq hadisəsini törədən Anar adlı şəxs olmuşdur. Lakin oğlu onun adını vermək istəmir. Oğlu gətirdikləri əşyaları evinə yığıb, az-az sataraq pulunu xərcləmişdir. Maddi ziyanın ödənilməsini imza edərək öhdəsinə götürmüşdür, lakin hazırda maddi imkanı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 08 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 05) görünür ki, Zərərçəkmiş şəxs yaşadığı, oğurluq hadisəsi baş vermiş ünvan 2 ünvanında yerləşən evə 08 oktyabr 2023-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan evin həyətyanı sahədə olan saxlanıldığı otaqdan müxtəlif təyinatlı məişət əşyaları oğurlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 16) görünür ki, 09 oktyabr 2023-cü il tarixdə Şahid2 işlədiyi, Xaçmaz şəhəri, Bakı prospektində olan “Yaşıl” marketin qarşısındakı metal qəbulu məntəqəsində əşyaya baxış keçirilmişdir. Baxış zamanı Şahid2 işlədiyi metal qəbulu məntəqəsindəki 1 ədəd manqalı, 6 ədəd qazanı, 1 ədəd sini və 1 ədəd qabı (vannanı) təqdim edərək həmin əşyaları xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs gətirərək özünə məxsus olmasını, satmaq istəməsini bildirdiyini, özünün isə həmin əşyaları 30 manat müqabilində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini özünə məxsus mobil telefonla çəkməklə aldığını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin əşyaları Zərərçəkmiş şəxs yaşadığı evdən xx.xx.2023-cü il tarixdə oğurlamasını və eyni tarixdə gətirərək Şahid2 satmasını bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin əşyalara baxaraq onların özünə məxsus olmasını həmin əşyalara üzərlərində olan istifadə izlərindən müvafiq yerlərinin paslanmalarından tanımasını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 19) görünür ki, 09 oktyabr 2023-cü il tarixdə Şahid1 yaşadığı Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsi ev 37 ünvanında əşyaya baxış keçirilmişdir. Baxış zamanı Şahid1 oğlu Təqsirləndirilən şəxs və digər ailə üzvləri ilə birlikdə yaşadıqları evdəki 1 ədəd gidroforlu su matoru, 1 ədəd televizor, 1 ədəd xalça, 2 ədəd uzadıcı (udlinitel), 1 ədəd drel, 1 ədəd aşsüzən, 1 ədəd ətçəkən maşın, 1 ədəd qutuda altılıq nəlbəki, 2 ədəd qəndqabı, 1 ədəd altılıq qutuda araq stəkanları, 1 ədəd altılıq qutuda çay stəkanları, 1 ədəd bazar çantası, 1 ədəd meyvə yeşiyi, 1 ədəd plastik mala, 1 ədəd külqabı, 1 ədəd plasmas boru birləşdirən ütünün boş qutusunu təqdim edərək həmin əşyaları xx.xx.2023-cü il tarixdə gecə saatlarında oğlu Təqsirləndirilən şəxs gətirərək evə qoymasını müəyyən etdiyini bildirmişdir. Şahid1 həmin əşyaların özlərinə məxsus olmamaqla polisə təqdim etmək istəməsini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin əşyaları təqdim edərək anası Şahid1 dediklərini bir daha təsdiq edib həmin əşyaları Zərərçəkmiş şəxs yaşadığı evdən xx.xx.2023-cü il tarixdə oğurlamasını və yaşadığı evə gətirməsini, daha sonradan həmin əşyaları satmaq niyyətinin olmasını bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin əşyalara baxaraq onların özünə məxsus olmasını həmin əşyaları üzərlərində olan istifadə izlərindən, markalarından müvafiq yerlərinin aşınmasından və rənglərindən tanımasını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2023-cü il tarixli şahidin dindirilməsi haqqında (cild 01, vərəq 31), həmin tarixli şübhəli şəxsin dindirilməsi haqqında (cild 01, vərəq 50), 14 oktyabr 2023-cü il (cild 01, 73) və 23 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında (cild 01, vərəq 125) protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs marketdən 1 ədəd 250 ml-lik butulkada araq və 2 ədəd 0,5 litrlik pivə alaraq yaşadığı küçəyə getmiş, həmin küçənin bir kənarında dəmiryolunun kənarında həmin araq və piyvələri tək içdikdən sonra yaşadığı ünvana getmiş və onunla eyni küçədə kirayədə yaşayan, aralarında hər hansı bir münaqişə, davadalaş və ya ədavət olmayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2023cü il tarixli qərardan(cild 01, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli bilindiyinə görə cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərar qəbul olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2023-cü il tarixlişübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 47) və 14 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən tutmadan azad edilməsi haqqında qərardan (cild 01, vərəq 76) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 01, iş vərəqə 47) müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, (cild 01, vərəqə 64), Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla, surəti təqdim edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2023-cü il tarixli iltizamdan (cild 01, vərəq 78) görünür ki, Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərarda (cild 01, vərəq 80) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd hidrafonlu su nasosu, 1 ədəd televizor, 6 ədəd alüminium qazanlar, 1 ədəd sini (podnos), 1 ədəd dəmir vanna, 1 ədəd dəmir manqal, 1 ədəd xalça, 2 ədəd uzadıcı (udlinitel), 1 ədəd drel, 1 ədəd aşsüsəz, 1 ədəd ətçəkən maşın, 1 ədəd qutuda altılıq nəlbəki, 2 ədəd qəndqabı, 1 ədəd qutuda altılıq araq stəkanları, 1 ədəd qutuda altılıq çay stəkanları, 1 ədəd bazar çantası, 1 ədəd meyvə yeşiyi, 1 ədəd plasmas mala, 1 ədəd külqabı və 1 ədəd boru birləşdirən ütünün boş qutusu işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 01, vərəq 97) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixli hökmünə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin120.2.2-ci maddəsinə əsasən 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən 11 ay 5 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 dekabr 2023-cü il tarixli Xaçmaz Rayon Mərkəzi X6 Şəxs tərəfindən Xaçmaz RPŞ-yə göndərilmiş məktubdan (cild 01, vərəq 98) müəyyən olunur ki, Xaçmaz rayon sakini xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8761 nömrəli ekspert rəyindən (cild 01, vərəq 102) müəyyən olunur ki, ekspertiza təyini haqqında və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 507,0 manat müəyyən olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan (cild 01, vərəq 116) görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək ona həmin maddə ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, vərəq 129) müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 23 dekabr 2023-cü il tarixdə ittiham olunması və təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər hesab edilmiş, ona elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə, törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla sonuncunun əmlakını gizli yolla talamışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.3-cü maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət işinin materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən (cild 01, vərəq 108-109) müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 2010-cu il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X5 adında iki azyaşlı uşağının olduğu qeyd olunmuşdur. Həmçinin onun həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakı insanlara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, lakin təqsirləndirilən şəxsin əməlindən peşman olamamasını həmçinin, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 12 oktyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa, Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuşmaddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidi`r. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin344-347-ci, 349-cu, 351-353-cü, 356-cı , 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K ME TDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd hidrofonlu su nasosu, 1 ədəd televizor, 6 ədəd alüminium qazanlar, 1 ədəd sini (podnos), 1 ədəd dəmir vanna, 1 ədəd dəmir manqal, 1 ədəd xalça, 2 ədəd uzadıcı (udlinitel), 1 ədəd drel, 1 ədəd aşsüzən, 1 ədəd ətçəkən maşın, 1 ədəd qutuda altılıq nəlbəki, 2 ədəd qəndqabı, 1 ədəd qutuda altılıq araq stəkanları, 1 ədəd qutuda altılıq çay stəkanları, 1 ədəd bazar çantası, 1 ədəd meyvə yeşiyi, 1 ədəd plasmas mala, 1 ədəd külqabı və 1 ədəd boru birləşdirən ütünün boş qutusu saxlanmasından ötrü Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsxan oğluna cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-73/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-73/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver