Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-73/2025 18.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçil oğlu Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci ildə Xaçmaz rayonu, Susay-Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əməllərində cinayətlərin residivi olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Susay-Qışlaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 30 oktyabr 2009-cu il tarixdən hesablanmaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 30 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Xaçmaz rayonu, Susay-Qışlaq kəndi ərazisində olmaqla Xaçmaz RİHB-nin Susay-Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin inzibati binasının həyətindən Zərərçəkmiş şəxs1 məxsus 1000 manat dəyərində olan bir baş erkək cinsli, qara rəngli, baş nahiyəsində ağ zolaq olan atın bağlandığı yerdən boynunda olan kəndirini açaraq atı minib sürərək qanunsuz aparmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 aprel 2024-cü il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Xuray kəndi ərazisində olmaqla Xaçmaz rayonu, Xuray kəndi ərazisində olmaqla Xaçmaz rayonu, Xuray kəndindən Susay-Qışlaq kəndinə gedən avtomobil yolundan cənub istiqamətində 500 metr aralı məsafədə yerləşən bağ sahəsinin kənarından Zərərçəkmiş şəxs2 məxsus 1100 manat dəyərində olan bir baş erkək cinsli, sarı-qızılı rəngli, başında və üç ayağında ağ rəngli ləkələr olan atın boynunda olan kəndirini bağlandığı yerdən açaraq atı minib sürərək qanunsuz aparmaqla təkrar oğurluq etmiş, yəni təkrar, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 may 2024-cü il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu, Susay-Qışlaq kəndi ərazisində olmaqla Xaçmaz rayonu, Susay-Qışlaq kəndindən Pərdiqıran kəndinə gedən avtomobil yolunun sağ kənarında yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus 600 manat dəyərində olan bir baş erkək cinsli, ağ rəngli atın boynunda olan kəndiri ni bağlandığı yerdən açaraq atı minib sürərək qanunsuz aparmaqla təkrar oğurluq etmiş, yəni təkrar, özgənin əmlakını gizli olaraq talamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və etdiyi cinayət əməlini etiraf edərək ifadəsində bildirmişdir ki, tərəfindən oğurlanan 2 at qaytarılmış, lakin 1 at isə qaytarılmamışdır. Belə ki, Zərərçəkmiş şəxs2 atını Şahid3 atı ilə dəyişmiş, üstündə 20 manat pulu ona verilmişdir. Zərərçəkmiş şəxs1 atını isə Şahid2 200 manat pulun qarşılığında satmışdır. O, Şahid2 pulunu qaytarmamışdır. Lakin Şahid2 dəymiş ziyanı ödəmək fikri vardır.O, Xudat PB-da olduğu zaman Zərərçəkmiş şəxs3 yaşayış ünvanına gedilib və başqa atın qaytarılması ilə maddi ziyanın ödəniləcəyi təklifi edilmişdir. Lakin zərərçəkmiş şəxsin bununla atası razılaşmamışdır. O, bu səbəbdən zərərçəkmiş şəxsə dəymiş ziyanı qaytaramayacaqdır. Həmçinin atın qiymətinin 600 manat olması ilə razı deyil, hazırkı qiyməti 200-300 manat ola bilər.O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini,etdiyi cinayət əməlindən peşman olmadığını və cinayət əməllərini törətdiyini etiraf etmişdir. Müəyyən ediləcək cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi məqsədilə qısa zaman ərzində qanunvericilikdə nəzərdə tutulmuş cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası ona aydındır, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. O, Xaçmaz rayonu, Susay-qışlaq kəndində tək yaşayır. Azərbaycan dilində sərbəst danışa və başa düşə bilir, həmçinin, latın qrafikalı azərbaycan əlifbası ilə yazmağı bacarmasa da sərbəst oxumağı bacarır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər oğurluq və qəsdən adam öldürmə cinayətlərini törətdiyinə görə məhkumluğu olmuşdur. Sonuncu dəfə 2010-cu ildə Quba rayonu ərazisində arvadını qəsdən öldürdüyünə görə Quba Rayon Prokurorluğunda barəsində cinayət işi başlanaraq ibtidai istintaqı yekunlaşdırılıb baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin hökmü ilə 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan nəhrumetmə cəzasına məhkum edilmiş və 30 oktyabr 2020-ci ildə cəza müddəti başa qatdığı üçün cəza çəkmə müəssisəsindən azad olunmuşdur. 2020-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra fəhləllik edərək dolanışığını təmin etməyə başlamışdır. O, kənd ərazisində gəzən zaman həmkəndlisi Zərərçəkmiş şəxs1 özünə məxsus olan bir baş atı Xaçmaz RİHB-nin Susay-Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin həyətində bağlayıb saxladığını görmüşdür. 19 aprel 2024-cü il tarixdə pula ehtiyacı oldu deyə həmin atı oğurlamaq qərarına gəlmişdir. 19 aprel 2024-cü il tarixdə saat 23 radələrində Şahbazın atının bağlandığı yerə, yəni Xaçmaz RİHB-nin Susay-Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin inzibati binasının həyətinə gedib görmüşdür ki, Şahbaz atının boğazına kəndir bağlayıb həmin kəndirin digər ucunu da yerə dəmir parçası basdırıb həmin dəmir parçasına bağlamışdır. O, kəndirin ucunu dəmir parçasından açıb atı oradan uzaqlaşdırmış, bir qədər irəli getdikdən sonra isə özü ilə gətirdiyi yüyəni atın ağzına keçirmiş, atın boğazında olan ipi isə açıb yerə atmış, bundan sonra atın belinə minib atla birlikdə oradan uzaqlaşmışdır. O, atla əvvəlcə dənizin kənarına getmiş, gecəni orada keçirdikdən sonra səhəri gün atı satmaq məqsədi ilə Xaçmaz rayonu, Sibir-oba kəndinə getmişdir. Getdiyi istiqamətdə birinci kənd Sibir-oba kəndi olmuşdur. Sibir-oba kəndinə gedib çatdıqdan sonra otlaq sahəsində bir nəfər şəxsin qoyun otardığını görmüşdür. O, həmin şəxsə yaxınlaşıb bir qədər onunla söhbət etmiş, söhbət əsnasında həmin şəxs adının Ədalət olduğunu və Sibir-oba kəndində yaşadığı bildirmişdir. Söhbət edən zaman o, Ədalətə həmin atın özünə məxsus olduğunu və atı satmaq istədiyini bildirmiş, Ədalət isə həmin atı ondan almaq istədiyini demişdir. O, Ədalətlə danışıb razılaşmış və həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində atı Ədalətə 200 manat pula satmışdır. Daha sonra atı Ədalətə təhvil verib özü oradan piyada uzaqlaşmış, Ədalətin verdiyi pulu öz ehtiyaclarına xərcləməyə başlamışdır. 19 aprel 2024cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs1 atını oğurlayıb 20 aprel 2024-cü il tarixdə saat 12 radələrində həmin atı Xaçmaz rayonu, Sibir-oba kənd sakini Ədalət adlı şəxsə özünün atı kimi təqdim edərək atı ona 200 manat pula satmışdır. Şahbazın atını sataraq asan yolla 200 manat pul əldə etdiyinə görə gedib özü tək yeyib araq içmişdir. O, Şahbazın atını oğurlayıb aparan zaman Xaçmaz rayonu, Xuray kəndi ərazisindən keçmiş, oradan keçən zaman bağ sahəsinin kənarında su arxının yanında bir baş atın oraya bağlandığını görmüşdür. Həmin vaxt gecə saatları olduğuna görə bilmişdir ki, həmin atın sahibi də atı oraya bağlayıb saxlayır. O, Şahbazın atını satıb yeyib-içdikdən sonra həmin atı da oğurlamağı qərara almışdır. Bu məqsədlə 20 aprel 2024-cü il tarixdə, saat 21 radələrində o, Xuray kəndində həmin atın bağlandığı yerə gedib görmüşdür ki, atın sahibi atı kəndirlə yerə ağac parçası basdırıb bağlamışdır. O, ata yaxınlaşıb yüyəni atın ağzına keçirmiş, daha sonra atın boğazına bağlanmış kəndiri açıb atın belinə minib oradan uzaqlaşmışdır. Atı həmin gecə Susay-Qışlaq kəndi ərazisində olan meşə sahəsində saxlamış, səhəri gün, yəni 21 aprel 2024-cü il tarixdə atla Qusar rayonu, Üzdənoba kəndinə getmişdir. Şahbazın atını oğurlamağı ilə əlaqədar bu atın da oğurluq olduğunu bilərlər və onu tanıyarlar deyə qəsdən Xaçmaz rayonu ərazisindən çıxıb Qusar rayonu, Üzdənoba kəndinə getmişdir. O, Qusar rayonu, Üzdənoba kəndinə getmiş, kəndin ərazisində atla hərəkətdə olan zaman üç-dörd nəfər şəxsin hasar çəkdiyini görmüşdür. Orada olan sonradan adının Sədrəddin olduğunu öyrəndiyi şəxslə söhbət etmiş, Sədrəddin ona bildirmişdir ki, onun dişi cinsli atı vardır, öz atını onun atı ilə dəyişmək istəyər. O da Sədrəddinə demişdir ki, öz atının üstündə pul versə dəyişər. Sədrəddin ona demişdir ki, 20 manat pulu vardır, başqa pulu yoxdur. O da Sədrəddinlə razılaşmış və sonuncuya oğurladığı, Novruza məxsus atı vermişdir. Sədrəddində özünə məxsus dişi cinsli atı və əlavə olaraq 20 manat pulu ona vermiş, o da oradan çıxıb Xaçmaz rayonu, Susay-Qışlaq kəndi istiqamətində gəlməyə başlamışdır. Susay-qışlaq kəndi ərazisində meşə sahəsinin kənarına çatanda fikirləşmişdir ki, Sədrəddinin dişi cinsli atını heç kim ondan alan deyil, ona görədə yüyənini açıb atı buraxmış, özü isə meşə sahəsi ilə Susay-Qışlaq kəndi ərazisinə gəlmiş, həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Sədrəddin atıb ondan alan zaman atın özünə məxsus olduğunu demişdir. 19 aprel 2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs1, 20 aprel 2024-cü il tarixdə isə Xaçmaz rayonu, Xuray kənd sakini Zərərçəkmiş şəxs2 məxsus bir baş atı oğurlayıb satmış, əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. O bilmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs3 özünə məxsus olan bir baş atı Xaçmaz rayonu, Susay- Qışlaq kəndində yerləşən otlaq sahəsinə bağlayıb saxlayır. 19 may 2024-cü il tarixdə pula ehtiyacı olmuşdur deyə həmin atı oğurlamaq qərarına gəlmiş və həmin gün saat 20 radələrində Susay-Qışlaq kəndi ərazisində yerləşən otlaq sahəsinə gedib bağlandığı yerdən kəndirini açıb ipindən tutub atı oradan aparmışdır. Bir qədər irəli getdikdən sonra atın boynunda olan kəndiri yüyən kimi atın ağzına keçirmiş və belinə minib atla Xaçmaz- Xudat avtomobil yolunun kənarı ilə Xaçmaz şəhəri istiqamətində gəlməyə başlamışdır. Xaçmaz şəhərinə çatmağa az qalmış meşə sahəsinə girib atı ağacların birinə bağlamış, özüdə atın yanında gecələmiş, səhəri gün atı satmaq məqsədi ilə Şabran rayonu istiqamətində gedərkən Bakı-Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Hülövlü kəndi ərazisindən keçən hissəsinin kənarında “Qazel” markalı avtomobili idarə edən şəxs avtomobili onun yanında saxlayıb atı satıb-satmadığını soruşmuş, o da həmin şəxsə yaxşı pul versələr satacağını demişdir. Qazelin içərisində üç nəfər şəxs olmuş və o, həmin şəxslərin heç birini tanımamışdır. Həmin şəxslərdən biri ondan atı hansı qiymətə satdığını soruşduqda o, 100 manat pula satdığını bildirmiş, bu zaman həmin şəxs ona 80 manat verə biləcəklərini demiş, o da həmin şəxslərlə razılaşmış və həmin şəxslərdən 80 manat pul almış, atı isə onlara təhvil vermişdir. Həmin şəxslərdə atı Qazel markalı avtomobilə yükləyib aparmışlar. Bundan sonra həmin şəxsləri bir daha görməmiş və hazırda da həmin şəxslərin kim olmasını bilmir. Atları satdığı şəxslərin hər birinə həmin atların özünə məxsus atlar olduğunu demişdir. X4 təkrar oğurluq etməsi, yəni təkrar özgənin əmlakını gizli olaraq talaması barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə qonşu olmuşlar. Atını bağladığı yerə səhəri gün gedib baxanda atın yerində olmadığını görüb oğurlandığını anlamışdır. Atı axtardığı zaman Nabran qəsəbəsi istiqamətində aparıldığı ona deyilmişdir. Hadisədən sonra təqsirləndirilən şəxsin hansısa məhkum yoldaşı ona yaxınlaşıb oğurlanan atın əvəzində başqa at verəcəyini demişdir. Lakin mən razılaşmayaraq öz atını geri istəmişdir. Təqsirləndirilən şəxsin atası və ya qardaşı isə bu barədə ona yaxınlaşmamışlar. O, hadisədən sonra təqsirləndirilən şəxsin atasına və qardaşına yaxınlaşıb atının geri qaytarılacağı təqdirdə təqsirləndirilən şəxs barəsində şikayət etməyəcəyini demiş, lakin qardaşı hadisədən xəbərsiz olduğunu, atası isə “mənim elə oğlum yoxdur, get şikayət et tutdur” demişdir. Bundan başqa o, təqsirləndirilən şəxsin həminatın qiymətinin 200-300 manat olduğunu bildirməsinə 200-300 manata at olmadığını, atın qiymətinin 600 manat olduğunu demişdir. Həmçinin yay fəslində kənd təsərrüfatı işlərinin görülməsi ilə əlaqədar atının olmadığı üçün otu pulnan almış və ona maddi ziyan dəymişdir. Bundan başqa atın oğurlandıqdan sonra tapılması üçün taksilərə xərc çəkmiş, dəymiş ziyan isə geri qaytarılmamışdır. O, dəymiş ziyanı tələb edərək ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun qonşusudur. O, atını hadisədən əvvəl idarənin inzibati binasının həyətində bağlamış, səhər saatlarında ora getdiyində atın bağlanıldığı yerdə olmadığını görüb oğurlandığını anlamışdır. 500 metr aralı məsafədə qonşusunun təsərrüfat sahəsində atın ipinin kəsilib ora atıldığını və Xaçmaz rayonu, Xuray kəndi istiqamətində aparıldığını izlərdən aşkar etmişdir. Lakin o axtarmasına baxmayaraq atını tapa bilməmişdir və DİNnin 102 xidmətinə zən vurub hadisə barədə məlumat verib təqsirləndirilən şəxsdən şübhələndiyini bildirmişdir. Belə ki, hadisə 20 aprel 2024-cü il tarixdə baş vermiş və 24 aprel 2024-cü il tarixdə ona Xaçmaz rayonu, Sibir-oba kənd sakini Ədalət adlı şəxsə atnın satıldığını və Ədalətin onu axtardığı xəbərini almışdır. Ədalət adlı şəxs ona aldandığını və inanaraq atı aldığını bildirmişdir. O, atın özünə məxsus olduğundan əmin olduqdan sonra atını aparmışdır. O, atının qaytarıldığı üçün şikayət və tələbinin olmadığını, həmçinin təqsirləndirilən şəxsin barəsində veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, atını pay torpağının yanında bağlamış və at gecələr orada qalmışdır. 23 aprel 2024-cü il tarixdə atı həmin yerdə bağlamış və səhər saatlarında ora getdiyində atın yerində olmadığını, atın kəndirinin isə açılıb yerə atılmış vəziyyətdə olduğunu görmüşdür. O, təqsirləndirilən şəxsi axşam saatlarında torpaq sahələrinin olduğu yerdən gəldiyini görmüş, lakin ondan bu şübhələnməmişdir. Təqsirləndirilən şəxsin adını eşitməsinə baxmayaraq əvvəldən tanımamışdır. O, atı axtaran zaman Xaçmaz rayonu, Palçıqoba kəndində atın ayaq izlərini görmüş və Şahbazla rastlaşdığı vaxt Şahbaz ona atının oğurlandığı haqqında bildirmişdir. İzdən müəyyən olunmuşdur ki, Şahbazın atını təqsirləndirilən şəxs Xaçmaz rayonu, Sibiroba kəndinə aparıb orada satmışdır. Onlar Xudat PB-ya gedib orada hadisə barədə şikayət etmişlər. Həmçinin təqsirləndirilən şəxs atın qiymətinin 200-300 manat olduğunu bildirmiş, lakin o, həmin atı zamanında 1100 manat müqabilində almışdır. Bundan başqa atın axtarılması üçün oğlu və özü ayrı-ayrılıqda taksilərdən istifadə etmişlər və 2000 manat xərcləri çıxmışdır. O, atını 17-18 gündən sonra Qusar rayonu, Üzdənoba kəndində tapmışdır. O, təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu və təqsirləndirilən şəxsin barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, qonşuluqda, yolun kənarında işlədiyi vaxt təqsirləndirilən şəxs yaxınlaşaraq atasının, anasının xəstə olduğunu və bu səbəbdən atını satmaq fikri olduğunu ona demişdir. Daha sonra təqsirləndirilən şəxs atını onun atı ilə dəyişdirmiş və yolunun uzaq olduğunu deyib ondan 20 manat pul almışdır. Bundan sonra təqsirləndirilən şəxslə dəyişdirdiyi atın əsil sahibinin oğlu olan Elçin adlı şəxs gəlib atın onlara məxsus olmasını demişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, evinin önündə qoyunları otardığı vaxt təqsirləndirilən şəxs yaxınlaşıb atı satmaq fikrinin olduğunu ona demişdir. O, özünə məxsus atının yaxşı işləməməsi səbəbilə təqsirləndirilən şəxsin satdığı atı almaq fikrinə düşmüş və daha sonra təqsirləndirilən şəxsdən atı 200 manat pul qarşılığında almışdır. Təqsirləndirilən şəxsdən telefon nömrəsini istədiyində sonuncu ona telefon nömrəsini demiş, lakin telefonunun suya düşdüyünü və işləmədiyini, 10 gün sonra gələcəyini və atı bəyənmədiyi halda pulunu qaytarıb atı aparacağını ona demişdir. Təqsirləndirilən şəxs həmçinin onların kəndində Samir adlı şəxsin adını çəkərək əsgər yoldaşı olduğunu demişdir. Sonradan o, Samirdən bu barədə soruşduğunda Samir ona elə bir əsgər yoldaşının olmadığını bildirmiş və o, təqsirləndirilən şəxsin at oğrusu olduğunu anlamışdır. Təqsirləndirilən şəxs ona Xudat şəhərinin aşağı məhəlləsindən olduğunu dediyi üçün o, həmin ünvana gedib oranın insanlarından təqsirləndirilən şəxs barəsində soruşduğunda elə bir şəxsin həmin ünvanda yaşamadığını ona bildirmişlər. Sonradan ona satılan atın qonşu kənd sakini Şahbazın oğurluq atı olduğunu öyrənmiş və gəlib atını aparması üçün Şahbaza xəbər yollamışdır. O, təqsirləndirilən şəxsə atın qarşılığında verdiyi 200 manat pulu geri qaytarılmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanınma və işin icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 15) müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Xudat PB-ya ərizə ilə müraciət edərək bir neçə gün əvvəl oğurlanmış atını Xaçmaz rayonu, Sibir-oba kənd sakini olan Ədalət adlı şəxsdən taparaq götürdüyünü bildirmişdir. Bundan başqa Şahid2 Xudat PB-da izahat verən zaman Ruhi adlı şəxsdən pul ilə bir baş erkək cinsli atı aldığını və xx.xx.2024-cü il tarixdə həmin atı Zərərçəkmiş şəxs1 könüllü şəkildə verdiyini bildirmişdir. Ona görə də Zərərçəkmiş şəxs1 öz yaşadığı Xaçmaz rayonu, Susay-Qışlaq kəndində yerləşən evinin həyətində bir neçə gün əvvəl oğurlanmış özünə məxsus atı təqdim etmişdir. - xx.xx.2024-cü il tarixli “Tapşırıq”dan və xx.xx.2024-cü il tarixli “Raport”dan (cild 01, vərəq 29, 30) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Turqut Şadiyev roportla məruzə edərək Xaçmaz rayonu, Xuray kənd sakini Zərərçəkmiş şəxs2 məxsus bir baş atın oğurlanması ilə bağlı oğurluq etmiş şəxs və ya şəxslərin müəyyən edilməsi üçün təhqiqatçı Kamran Zeynalov tərəfindən əməliyyat tapşırığı verilmişdir. Qeyd olunan əməliyyat tapşırığı əsasında tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, həmin oğurluq əməlini Xaçmaz rayonu, Susay-Qışlaq kənd sakini Təqsirləndirilən şəxs törətmiş, sonuncu atı oğurladıqdan sonra Qusar rayonu, Üzdənoba kənd sakini Şahid3 satmışdır. - xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 32) müəyyən edilir ki, Şahid3 Xudat PB-da izahat verən zaman Ruhi adlı şəxsdən öz atını verməklə üzərində 20 manat pul verib aldığını bildirib bir baş erkək cinsli atı öz razılığı əsasında Xudat şəhərinə gətirib təqdim etmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 Şahid3 təqdim etdiyi bir baş erkək cinsli atın özünə məxsus at olduğunu bildirmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 01, vərəq 53) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 177.2.2 və 66.3-cü maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən çəkilməmiş cəzası 02 il 02 ay 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş və xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 85) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır (tutulmuşdur). - xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəqə 92) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla, surəti təqdim edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 4(067)-129/2024 nömrəli qərarından (cild 01, vərəq 109) görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 20 avqust 2024-cü il tarixdən, saat 18:40-dan hesablanmaqla 20 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan (cild 01, vərəq 116) və xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 188) müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, Susay-Qışlaq kəndi ərazisindən 19 aprel 2024-cü il tarixdə, saat 23 radələrində oğurlanmış bir baş erkək cinsli at və Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Xuray kəndi ərazisindən 20 aprel 2024-cü il tarixdə, saat 21 radələrində oğurlanmış bir baş erkək cinsli at iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 24 aprel 2024-cü il tarixli, Zərərçəkmiş şəxs2 isə 30 aprel 2024-cü il tarixli protokollarla təhvil verilmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs əməliyyat tapşırığında göstərilən cinayət əməllərini tək törtəmişdir. - Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 aprel 2010-cu il tarixli, 1(101)-728 nömrəli hökmündən (cild 01, vərəq 131) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona CM-nin 120.1-ci maddəsi ilə 30 oktyabr 2009-cu il tarixdən hesablanmaqla 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 01, vərəq 148) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri X10 rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə, 05 ayadək, yəni 20 noyabr 2024-cü il tarixdən 20 yanvar 2025-ci il tarixədək uzadılmışdır. - Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 4(067)-152/2024 nömrəli qərarından (cild 01, vərəq 156) görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay müddətinə, yəni 20 noyabr 2024-cü il tarixdən 20 yanvar 2025-ci il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2024-cü il tarixli, 9/8327 nömrəli ekspert rəyindən (cild 01, vərəq 174) müəyyən edilir ki, satışda olan analoji atların qiymətinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 02 adda atların 2024-cü ilin aprel-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 800,00 manat müəyyən edilir. Digər 01 rəst yerli cinsdən olan 23 yaşlı, erkək cinsli atın yerli internet saytlarında qiyməti barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. - Xaçmaz Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 4(067)-9/2025 nömrəli qərardan çıxarışından (cild 01, vərəq 226) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün, yəni 20 yanvar 2025-ci il tarixdən 04 fevral 2025-ci il tarixədək uzadılmışdır. - Xaçmaz Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 1(067)-73/2025 nömrəli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 01, vərəq 53) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 177.2.2 və 66.3-cü maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən çəkilməmiş cəzası 02 il 02 ay 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş və xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan (cild 01, vərəq 116) və xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 188) müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, Susay-Qışlaq kəndi ərazisindən 19 aprel 2024-cü il tarixdə, saat 23 radələrində oğurlanmış bir baş erkək cinsli at və Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Xuray kəndi ərazisindən 20 aprel 2024-cü il tarixdə, saat 21 radələrində oğurlanmış bir baş erkək cinsli at zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 24 aprel 2024-cü il tarixli, Zərərçəkmiş şəxs2 isə 30 aprel 2024-cü il tarixli protokollarla təhvil verilmişdir. - Xaçmaz RİHB-nın Susayqışlaq kənd İƏD tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 139) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1982-ci ildən hal hazıradək anadan olduğu Xaçmaz rayonunun Susayqışlaq kəndində valideynləri ilə birlikdə yaşayır. Əvvəllər ailəli olmuş, bir qızı var və onlar uzun müddətdir ayrı yaşayırlar. Özü hazırda subaydır, heç yerdə işləmir. O, əvvəllər qətl və oğurluğa görə xeyli müddət həbsdə olmuş, azad olduqdan sonra kəndə valideynlərinin yanına gəlmişdir. Bu müddət ərzində o, fərdi təsərrüfatlarda gözətçi və günəmuzd olaraq işləmişdir. Ara-sıra narahat yaşayışa meylliliyi səbəbindən onunla və valideyni ilə mütəmadi olaraq tərbiyələndirici və marifləndirici söhbətlər aparılmış, ictimaiyyət arasında özünün davranışı, yaşayış tərzi ilə cəmiyyətə yararlı bir insan kimi formalaşmağı üçün nümayəndəlik öz tövsiyyələrini vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində, cinayətlərin residivinin olmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və cəzanın təyin edilməsində nəzərə alır. Belə ki, cinayət işi materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 aprel 2010-cu il tarixli, 1(101)-728 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə əsasən təqsirli bilinib və barəsində 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Cinayət Məcəlləsinin 83.3 və 83.3.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran halı, yəni cinayətlərin residivini, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 02 (iki) ədəd erkək cinsli atın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa, zərərçəkmiş şəxslər cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE **********0002088501, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ÖK M E TDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE **********0002088501, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində vurulmuşmaddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi)andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-73/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-73/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver