Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-74/2021 08.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Xaçmaz rayonunun Qobu-Qıraq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, cavabdeh kimi 12 fevral 2010-cu il tarixdən başlayaraq, 18.07.2009-cu il təvəllüdlü X1 üçün hər ay 40,00 manat məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə və 20,00 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(067)-286/2010 saylı qətnaməsi, Təqsirləndirilən şəxs 18.07.2009-cu il təvəllüdlü X1 üçün hər ay 110,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə və 20,00 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(067)-3806/2018 nömrəli qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla 13 avqust 2020-ci və 07 oktyabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada bildirişlər verilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 17 noyabr 2020-ci il tarixədək borclu Təqsirləndirilən şəxs şəxsi maraqları naminə 6360,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ilin əvvəllərində Zərərçəkmiş şəxs ilə ailə münasibətləri pis olduğundan nikahları rəsmi qaydada xitam olunmuş, həmin nikahdan 18.07.2009-cu il təvəllüdlü Zəhra adlı övladları anadan olmuşdur. Aliment tələblərinə dair Xaçmaz Rayon Məhkəməsinin qətnamələri çıxarılmış və icra edilməsi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən qətnamələr üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmişdir. Lakin xəbərdarlıq edilməsinə, izahatı alınaraq məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq, aliment borcunu ödəməmişdir. O, hazıradək cəmi 280 manat aliment ödəmiş, 6080 manat aliment borcu qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, təqdimat verilən 17 noyabr 2020-ci il tarixədək 6080 manat məbləğində aliment borcunu ödəməmişdir. Məşğulluq Mərkəzinə müraciət edən şəxslərə əmək haqqı 200 manat olan Mənzil Kommunal təsərrüfat birliyində iş təklif etdiklərindən, əmək haqqının az olması səbəbindən mərkəzə müraciət etməmişdir. Hazırda aliment borcunu ödəyə bilmir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2009-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə ailə münasibətləri pis olduğundan nikahları rəsmi qaydada xitam olunmuşdur. Bu səbəbdən nikah qeydinin ləğvi və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(067)-286/2010 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2010-cu il tarixdən başlayaraq, 18.07.2009-cu il təvəllüdlü X1 üçün hər ay 40,00 manat məbləğində alimentin xeyrinə, 20,00 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəməlidir. Həmçinin həmin məhkəmənin 21 noyabr 2018-ci il tarixli, 2(067)- 3806/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 18.07.2009-cu il təvəllüdlü X1 üçün hər ay 110,00 manat sabit pul məbləğində alimentin xeyrinə və 20,00 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəməsi qət edilmişdir. Qətnamələr icra edilməsi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs hazıradək şəxsən onun özünə verməklə 2011-ci ildən 2020-ci ilədək cəmi 280 manat aliment ödəmiş, bu barədə hər hansı rəsmiləşdirmə etməmişlər. Lakin icra məmurunun tələblərinə və cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 17 noyabr 2020-ci il tarixədək borclu Təqsirləndirilən şəxs 6080 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Həmin borcunu qərəzli olaraq ödəməyən, həmçinin övladı ilə maraqlanmayan, heç bir yardım göstərməyən, valideynlik borcunu yerinə yetirməyən məsuliyyətsiz bir insandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun cəzalandırılaraq barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 12 fevral 2010-cu il tarixdən başlayaraq, 18.07.2009-cu il təvəllüdlü X1 üçün hər ay 40,00 manat məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə və 20,00 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(067)- 286/2010 saylı qətnaməsi, həmçinin Təqsirləndirilən şəxs 18.07.2009-cu il təvəllüdlü X1 üçün hər ay 110,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə və 20,00 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(067)-3806/2018 saylı qətnaməsi qərəzli olaraq icra edilməmişdir. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməyinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, təqdimat verilən 17 noyabr 2020-ci il tarixədək borclu Təqsirləndirilən şəxs 6360,00 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasına, ona yeni icra müddətinin verilməsinə baxmayaraq, qətnamələr üzrə borcundan ödəniş etməmiş, dövlət adından çıxarılan məhkəmə qərarlarının icrasından qərəzli şəkildə yayınmağa davam etmişdir. Məhkəmə iclasında həmçinin onu da bildirmişdir ki, təqsirləndirilən şəxs aliment borcundan əvvəllər 280 manat ödəniş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(067)-286/2010 saylı qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, 2009-cu il iyulun 18-də anadan olmuş X2 üçün 2010-cu ilin fevralın 12-dən başlayaraq Təqsirləndirilən şəxs hər ay 40 (qırx) manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi, həmçinin Təqsirləndirilən şəxs 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 10 mart 2010-cu il tarixli 2(067)- 286/2010 saylı icra vərəqəsinin və Xaçmaz rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 10 mart 2010-cu il tarixli 2(067)-286/2010 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra şöbəsinin “tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(067)-286/2010 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, hüquqi vəzifəsi və məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildirişi şəxsən qəbul etmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(067)-3806/2018 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, alimentin miqdarı artırılaraq 18 iyul 2009-cu il təvəllüdlü X1 üçün Təqsirləndirilən şəxs X5 xeyrinə hər ay 110 (yüz on) manat məbləğində sabit aliment alınaraq X6 verilməsi, həmçinin Təqsirləndirilən şəxs 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli 2(067)-3806/2018 saylı icra vərəqəsinin və Xaçmaz rayon İcra və probasiya şöbəsinin 14 dekabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli 2(067)- 3806/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra və probasiya şöbəsinin 14 dekabr 2018-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli 2(067)-3806/2018 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, hüquqi vəzifəsi və məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildirişi şəxsən qəbul etmişdir. İş materiallarında olan “icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında” 14 dekabr 2018-ci il tarixli qərarın təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 10 mart 2010-cu il tarixli 2(067)-286/2010 saylı və 21 noyabr 2018-ci il tarixli 2(067)-3806/2018 saylı icra sənədləri üzrə icra işləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon İcra şöbəsində verdiyi 02 noyabr 2016-cı il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, izahatında 10.03.2010-cu il tarixli icra sənədinə əsasən tələbkar Pərvanə Şıxiyevaya bir uşağın saxlanması üçün hər ay 40 manat aliment ödəməli olduğunu, indiyədək 240 manat aliment ödədiyini, 3060 manat aliment borcu olduğunu, heç yerdə işləmədiyini, bu gün və ya sabah yenə də aliment borcunu ödəyə bilməyəyini, heç bir il müddətinə də aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra şöbəsinin inzibati xəta haqqında 02 noyabr 2016-cı il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)- 673/2016 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb olmadan icra vərəqəsini icra etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və Xaçmaz rayon məhkəməsinin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 27 fevral 2017-ci il tarixli 8(067)- 74/2017 saylı qərardadının surətindən müəyyən edilir ki, Xaçmaz rayon İcra şöbəsinin təqdimatına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat təmin edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon İcra şöbəsində verdiyi 10 oktyabr 2017-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, izahatında 10.03.2010-cu il tarixli icra sənədinə əsasən tələbkar Pərvanə Şıxiyevaya bir uşağın saxlanması üçün hər ay 40 manat aliment ödəməli olduğunu, indiyədək 240 manat aliment ödədiyini, 3400 manat aliment borcu olduğunu, fərdi əməklə məşğul olaraq qazancının 150 manat təşkil etdiyini, hər ay 60 manat olmaqla ödəyə biləcəyini, həmçinin alimenti ödəməkdən boyun qaçıracağı təqdirdə əvvəlcə inzibati məsuliyyətə, daha sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumatlı olduğunu bildirmişdir. İş materiallarında olan İcra və probasiya şöbəsinin 18 noyabr 2019-cu il tarixli qərarının təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana gedilsə də, onun həmin ünvanda deyil, başqa yerdə yaşadığı müəyyən edilmiş, bir neçə dəfə onun yaşadığı ünvana gedilsə də onu evdə tapmaq mümkün olmamış, həmçinin borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müxtəlif təşkilatlara sorğular edilsə də, onun adına heç bir əmlak və pul vəsaiti qeydə alınmamış, borclu barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli aktın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilmiş, lakin mənzilində tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon İcra və probasiya şöbəsində verdiyi 15 yanvar 2020-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, izahatında 10.03.2010-cu il tarixli 2(067)-286/2010 saylı icra sənədinə əsasən tələbkar Pərvanə Şıxiyevaya bir uşağın saxlanması üçün hər ay 40 manat aliment ödəməli olduğunu, həmçinin 21 noyabr 2018-ci il tarixli 2(067)-3806/2018 saylı icra sənədinə əsasən tələbkar Pərvanə Şıxiyevaya bir uşağın saxlanması üçün hər ay 110 manat aliment ödəməli olduğunu, indiyədək icra sənədi üzrə tələbkarın xeyrinə ümumilikdə 280 manat aliment ödədiyini, hal-hazırda 2(067)-286/2010 saylı icra sənədi üzrə 3720 manat, 2(067)-3806/2018 saylı icra sənədi üzrə isə 1540 manat, ümumilikdə 5260 manat borcu qaldığını, həmin borcdan hal-hazırda heç bir ödəniş etmədiyini, ödəniş etməməsinin səbəbinin tələbkarın uşağı onunla görüşdürməməsi olduğunu bildirmişdir. Həmin izahatdan həmçinin müəyyən edilir ki, icra məmuru tərəfindən borcluya rəsmi iş axtaran kimi Xaçmaz rayon Məşğulluq Mərkəzində qeydiyyata durması bildirilmiş, borclu qeydiyyata durmaqdan imtina etdiyini, imtina etməsinin səbəbini isə rəsmi iş yerində əmək haqqının az olduğunu göstərmişdir. Bundan əlavə, icra məmuru tərəfindən qeyd olunan borcu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə izah olunduğunu bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və probasiya şöbəsinin inzibati xəta haqqında 15 yanvar 2020-ci il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)-89/2020 saylı qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb olmadan icra sənədlərini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və Xaçmaz rayon məhkəməsinin qeyd olunan qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 06 avqust 2020-ci il tarixli 8(067)-74/2020 saylı qərardadının təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz rayon İcra və probasiya şöbəsinin təqdimatına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat təmin edilmişdir. İş materiallarında olan Dövlət Məşğulluq Xidmətinin Xaçmaz rayon Məşğulluq Mərkəzinin 11 iyun 2020-ci il tarixli məktubundan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Atluxanov X9 Mərkəzinə gəlməmiş və işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon İcra və probasiya şöbəsində verdiyi 13 avqust 2020-ci il tarixli izahatının təsdiqlənmiş surətindən müəyyən edilir ki, izahatında 10.03.2010-cu il tarixli 2(067)-286/2010 saylı icra sənədinə əsasən tələbkar Pərvanə Şıxiyevaya bir uşağın saxlanması üçün hər ay 40 manat aliment ödəməli olduğunu, həmçinin 21 noyabr 2018-ci il tarixli 2(067)-3806/2018 saylı icra sənədinə əsasən tələbkar Pərvanə Şıxiyevaya bir uşağın saxlanması üçün hər ay 110 manat aliment ödəməli olduğunu, indiyədək icra sənədi üzrə tələbkarın xeyrinə ümumilikdə 280 manat aliment ödədiyini, hal-hazırda 2(067)-286/2010 saylı icra sənədi üzrə 3720 manat, 2(067)-3806/2018 saylı icra sənədi üzrə isə 2310 manat, ümumilikdə 6030 manat borcu qaldığını, həmin borcdan hal-hazırda heç bir ödəniş etmədiyini, ödəniş etməməsinin səbəbinin tələbkarın uşağı onunla görüşdürməməsi olduğunu bildirmişdir. Həmin izahatdan həmçinin müəyyən edilir ki, icra məmuru tərəfindən borcluya rəsmi iş axtaran kimi Xaçmaz rayon Məşğulluq Mərkəzində qeydiyyata durması bildirilmiş, borclu qeydiyyata durmaqdan imtina etdiyini, imtina etməsinin səbəbini isə rəsmi iş yerində əmək haqqının az olduğunu göstərmişdir. Bundan əlavə, icra məmuru tərəfindən qeyd olunan borcu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətə cəlb olunacağı barədə izah olunduğunu bildirmişdir. İş materiallarında olan 13 avqust 2020-ci il tarixli bildirişin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs bildiriş təqdim edilərək ona sonuncu dəfə təklif olunmuşdur ki, yaranmış 6030 manat aliment borcunu 10 gün müddətində tələbkarın xeyrinə ödəsin və ödəniş qəbzini icra və probasiya şöbəsinə təqdim etsin. Əks təqdirdə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsinə dair xəbərdar edilmişdir. Borclu bildirişi şəxsən qəbul etmişdir. İş materiallarında olan 07 oktyabr 2020-ci il tarixli bildirişin təsdiqlənmiş surətindən və poçt xəbərnaməsinin surətindən müəyyən edilir ki, Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs bildiriş göndərilərək ona sonuncu dəfə təklif olunmuşdur ki, yaranmış 6250 manat aliment borcunu 10 gün müddətində tələbkarın xeyrinə ödəsin və ödəniş qəbzini icra və probasiya şöbəsinə təqdim etsin. Əks təqdirdə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsinə dair xəbərdar edilmişdir. Borclu bildirişi şəxsən qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 01 iyun 2021-ci il tarixli ərizəsindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs tərəfindən aliment tələbinə dair qətnamələr üzrə ona 2011-ci ildən 2020-ci ilədək cəmi 280 manat məbləğində aliment ödənilmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi 12 fevral 2010-cu il tarixdən başlayaraq, 18.07.2009cu il təvəllüdlü X1 üçün hər ay 40,00 manat məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə və 20,00 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(067)-286/2010 saylı qətnaməsi, Təqsirləndirilən şəxs 18.07.2009-cu il təvəllüdlü X1 üçün hər ay 110,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə və 20,00 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(067)-3806/2018 nömrəli qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla 13 avqust 2020-ci və 07 oktyabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada bildirişlər verilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 17 noyabr 2020-ci il tarixədək borclu Təqsirləndirilən şəxs şəxsi maraqları naminə 6080 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X4 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Hülövlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç vaxt, heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” protokoldan, “müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-74/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-74/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver