Məhkəmə qərarları › İş №1(067)-74/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-74/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-74/2024 13.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1988-ci ildə Quba rayonu, Susay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Quba rayonu, Qırızdıhnə kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Xaçmaz rayonu, Arzu kəndində yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 0,462 qram çəkidəkustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış bu fakt o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Şöbəsinə dəvət edilib Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 20 sentyabr 2023-cü il tarixdə, saat 22:15-22:25 müddətində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,462 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən metal qəbulu məntəqəsinə metal təhvil verib çıxaraq velosipedlə gedərkən polis əməkdaşları “Range Rover” markalı avtomobili saxlayaraq onuhəmin avtomobillə RPŞ-yə aparmışlar. O yaxınlıqda olan tanışı Bəhrama əli ilə işarə edərək velosipedini evə aparmağını bildirmişdir. Onu şöbədə döyərək narkotik vasitəni vermişlər ki, cibinə qoysun və vəkilin iştirakı ilə videoşəkilişlə həmin narkotik vasitəni təqdim edərək guya “Xəzər parkı”ndan tapdığını boynuna alsın. Deyilənləri edərsə 48 saat sonra azad ediləcəyini demişlər. Lakin onun üzərində narkotik vasitə olmamışdır. Onu döyən Cahangir və Nemət adlı polis əməkdaşları olmuşdur. O, atasının dünyasını dəyişdiyini, qardaş-bacısının olmadığını və anasının gözlərinin görmədiyini, həmçinin məhkəmə istintaqının tez yekunlaşması üçün əməli etiraf etməsini, lakin qeyd olunan ittiham üzrə onun üzərində narkotik vasitə olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşıması barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur ki, o narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir. Polis şöbəsinin rəhbərliyinin icazəsi ilə əməliyyat qrupu yaradılmış vəo, həmin qrupda qrup üzvü kimi iştirak etmişdir. O və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə gətirilmiş və onun üzərinə şəxsi axtarış aparılarkən üzərindən qanunla qadağan edilmiş narkotik vasitə aşkar edilərək müstəntiq tərəfindən götürülmüşdür. O, Xaçmaz rayonunda yeniişlədiyindən küçələri dəqiq tanımır. Təqsirləndirilən şəxs onların tərəfindən Xaçmaz şəhərinin mərkəzi küçəsində yerləşən gül dükanın yanında saxlanılıb. Həmin vaxt onlar mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxsin barəsində iki dəfə oğurluq faktı ilə inzibati material olmuşdur.Təqsirləndirilən şəxs Bəhram adlı şəxslə metal qəbulu sexində görüşüblər. O, Təqsirləndirilən şəxs izləyib tutmuşdur. Həmin vaxt onlar “Niva” markalı avtomobildə hərəkət etmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Quba rayonu, Qırızdəhnə kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Arzu kəndində yaşayan Yadigar adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs yerini Xaçmaz şəhəri, N.Nərimanov küçəsində müəyyənləşdirib Xaçmaz RPŞ-yə aparmışlar. Müstəntiqin və müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən qanunsuz narkotik vasitə olan heroin aşkar olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs narkotik istifadəçiləri ilə münasibətdə olan adamdır. Onun Bəhram adlı şəxslə əlaqəsi olub, həmin şəxs hal-hazırda həbsdədir. O, təqsirləndirilən şəxsi faktla tutmuş, onu döyməmiş və döyülməsi barədə məlumatı yoxdur. O,əməliyyat qrupunda “Range Rover” markalı nəqliyyat vasitəsinin olmadığını, lakin “Niva” markalı avtomobilin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tutulan vaxt halı özündə olmamışdır. Təqsirləndirilən şəxs onların tərəfindən N.Nərimanov küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin vaxt tək olmuş vəonları görərkən qaçmamışdır. Həmin əməliyyat qrupunda Nemət adlı əməliyyat müvəkkili olmamışdır. Rayon ərazisində baş verən oğurluq, narkotik işlərinin əksəriyyətində Təqsirləndirilən şəxs adı hallanır. O, 10 gün əvvəl təqsirləndirilən şəxslə şəhərdə rastlaşarkən təqsirləndirilən şəxsə xəbərdarlıq etmişdir ki, barəsində olan məlumatlar həbsinə zəmin yaradır. Belə ki, onun Rəhman adlı dostu təqsirləndirilən şəxsin anasını tanıdığı üçün ondan xahiş etmişdir ki, Yadigarı pis vərdişlərdən qorusun və buna görə o, Yadigarı xəbərdar etmişdir. Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Yadigar onu görmüş, o, Yadigarı izləyib tutmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində X5 ifadəsində göstərdi ki, 2023-cü il tarixdə dəqiq xatırlamadığı tarixdə, axşamçağı “Zəfər parkı”nın yanında olan bulağdan su götürərkən təqsirləndirilən şəxs salam verərək bulağdan su içmək üçün yaxınlaşmışdır. Onlar oradan birlikdə çıxarkən PPXB-nin avtomobili, göy rəngli “Range Rover” markalı avtomobil və PPX avtomobili ilə polis əməkdaşları yaxınlaşaraq onları ayrı-ayrı avtomobillərə əyləşdirərək PŞ-yə aparmışlar. Həmin vaxt onlar üç nəfər olmuşlar. Lakin digər üçüncü şəxs hazırda həbsdədir. O, narkotiki vasitə istifadəçisidir. Lakin təqsirləndirilən şəxslə heç bir əlaqəsi yoxdur. Atası həmin vaxt yaxınlıqda olmuşdur. Həmin polis əməkdaşlarından biri Səttar adlı polis əməkdaşı olmuşdur. O, digər polis əməkdaşlarını mülki geyimdə olduqları üçün tanımamışdır. Həmin vaxt orada Cahangir və Nemət adlı polis əməkdaşları olmamışdır. O, təqsirləndirilən şəxsin velosipedini görməmiş və ona təqsirləndirilən şəxs tərəfindən velosipedi götürməsi deyilməmişdir. 48 saat sonra onlar tutulmadan azad olunmuşlar. Bir neçə gün sonra yenidən polis əməkdaşları tərəfindən tutulmuş və məhkəmə tərəfindən barəsində hökm çıxarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -20 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 01, vərəq 28- 30) baxış keçirərkən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nınmüstəntiqi, polis X1, Xaçmaz RPŞ-nin NMQ-nunəməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Şahid2, Xaçmaz rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis X1 özünü təqdim etmiş və narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində qara rəngli cins şalvar, ağ rəngli qısaqol köynək, ayağında qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs bildirildi ki, üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynindəki cins şalvarın sol yan cibində olan 01 ədəd gümüşü folqa bükümünü, 1 ədəd alışqanı və bir ədəd prima markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoydu. Bundan sonra onun üzərinə şəxsi axtarış davam etdirildi, qanunsuz başqa heç nə aşkar edilmədi. Aşkar edilmiş alışqan və siqaret qutusu içərisindəki siqaretlərlə birlikdə onun özünə qaytarıldı. Həmin 01 ədəd gümüşü folqa bükümü açılıb baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükülüdəki narkotik vasitəni tapmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Aşkar edilmiş heroinə bənzər kütlə müstəntiq tərəfindən bükülü ilə birlikdə elektron tərəzidə çəkildi və çəkisinin 0,62 qram olması müəyyən olundu. Həmin büküm müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırıldı və imzalanıb möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz başqa hər-hansı əşya, predmet aşkar edilmədi və götürülmədi.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsiningörüntüləri Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahin Qədiyev tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan (cild 01, vərəq 24), 22 sentyabr 2023-cü il tarixli təsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan və başqa yerə getməmək haqqında iltizamdan (cild 01, vərəq 57-59), müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə şübhəli şəxs qismində həbsdə saxlanılmışdır (tutulmuşdur). -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4969 (cild 01, vərəq 38) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,412 qram təşkil etmişdir. -22 sentyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 45) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olnmuşdur. -“Əməliyyat tapşırığı”ndan və ona cavabdan (cild 01, vərəq 61-68) müəyən edilir ki, əməliyyat tapşırığına əsasən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroini 20 sentyabr 2023-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Notariat kontorunun yaxınlığında yerdən tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satması və onun başqa cinayət əməli törətməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. -29 sentyabr 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan (cild 01, vərəq 63) və 02 yanvar 2024-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 111) müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,462 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin narkotik vasitə heroinin 0,412 qram qalığı saxlanmasından ötrü RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. -Xaçmaz rayon məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 5(067)-208/2023 saylı qərarından müəyyən edilir ki, (cild 01, vərəq 73) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin NMQnun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsinə dair əməliyyat tədbirinin keçirilməsi barədə 20 sentyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. -01 dekabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında” qərardan (cild 01, vərəq 78) müəyyən edilir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-nin istintaq bölməsinə təmin edilməsi məqsədilə axtarış elan edilməsi və müəyyən edildikdə tutularaq Xaçmaz RPŞ-nin MSY-nə təhvil verilməsi haqqında, həmçinin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyi üçün cinayət işinin icraatı dayandırılması haqqında qərar qəbul olunmuşdur. -17 dekabr 2023-cü il tarixli “Raport”dan (cild 01, vərəq 84) müəyyən edilir ki, təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında qərara əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə Xaçmaz rayonu, Arzu kəndi ərazisində tutularaq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Buna görədə Təqsirləndirilən şəxs barəsində olan 780580 nömrəli axtarış işi xx.xx.2023-cü il tarixdə xitam olunmuşdur. -17 dekabr 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan (cild 01, vərəq 85) və ”təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvədə saxlanması haqqında” qərardan (cild 01, vərəq 91) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə axtarışda olan şəxs qismində həbsdə saxlanılmışdır (tutulmuşdur). -17 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 01, vərəq 86) müəyyən edilir ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulduğundan və iş üzrə bəzi istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti yarandığından icraatın təzələnməsi haqqında qərar qəbul olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 19 dekabr 2023-cü il tarixli, 8310 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 01, vərəq 97) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. -30 dekabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan elan etmə haqqında” qərardan (cild 01, vərəq 100) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək ona həmin Məcəllənin 234.1-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. -Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 81) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə, təqsirini etiraf etməməsinə dair məhkəmə iclasında verdiyi ifadə iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin cinayət əməli şahidlərin ifadələri, eyni zamanda təqsirləndirilən şəxs tərəfindən çıxış etmiş əlavə şahidin təqsirləndirilən şəxslə bir-birini təkzib edən ifadələri, ekspertiza rəyləri eləcə də iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Qanunun21.2-ci maddasinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə heroinin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə heroinin təmiz çəkisi 0,462 qram, yəni xeyli miqdarda olmuşdur. Qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifedilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 04 dekabr 2023-cü il tarixli məktubdan (cild 01, vərəq 83) görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Hacıəlibəy kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən (cild 01, vərəq 95) müəyyən edilir ki, Təqsirləndirilən şəxs orta təhsillidir, hərbi xidmət borcunu yerinə yetirmişdir və subaydır. Təqsirləndirilən şəxs yaşadığı kənddə kənd sakinləri ilə, xüsusən həmyaşıdlarına qarşı münasibətdə problemlər yaşayır. Kəndin ictimai işlərində yaxından köməklik göstərmir. Mənfi xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-74/2024 saylı qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtraış elan edilmiş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pennitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-74/2024 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, AR CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 20 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində, 17 dekabr 2023-cü il tarixdən 19 dekabr 2023-cü il tarixədək axtarışda olan şəxs qismində tutulduğu 04 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 18 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,412 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və axtarışda olan şəxs qismində tutularaq həbsdə olduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 18 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ekspertiza təhqiqatından sonra qalıq qalmış çəkisi 0,412 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrəkeçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: AynurƏliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar