Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-75/2020 12.05.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, İzzətli Anar İzzət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1993-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yaşadıqları evin həyətində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vuraraq ona alın nahiyəsinin sıyrıqları, sol göz ətrafının qançırı və sol göz almasına geniş qansızma kimi sağlamılığa yüngül zərər vurmaya səbəb olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 21:30 radələrində qardaşıZərərçəkmiş şəxs yaşadıqları Xaçmaz rayonunun Qımıl-qışlaq kəndindəki evlərinə sərxoş vəziyyətdə gələrək atası Şahid ilə mübahisə etmiş və söyüşlər söyməyə başlamışdır. O, otaqdın çıxdıqda atası Məmmədzahirin yaşadıqları evin həyətində oğlu Təzahürün sakitləşdirməyə çalışdığını və söyüş söyməməsi üçün ağız nahiyəsindən tutduğunu görüb o, da atasına kömək etmək məqsədilə qardaşı Təzahürü yerə yıxmış, əsəbləşərək ona yumruqla bir neçə zərbə vurmuş, qardaşı Təzahürün ayılması üçün üzərinə və baş nahiyəsinə su tökmüşdür. Törətmiş olduğu əmələ görə özünü təqsirli bilir və əməlindən peşmançılıq hissi keçirir. Etdiyi hərəkətə görə zərər çəkmiş şəxs olan qardaşı Zərərçəkmiş şəxs üzr istəmiş və hazırda onlar barışmışlar. Ona görə də barışmaları nəzərə alınmaqla barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. xx xxxx 2020-ci il tarixdə axşamüstü yemək yeyərkən spirtli içki qəbul edib sərxoş olmuş və saat 21:30 radələrində evə gəldikdən sonra özünü idarə edə bilməyərək atası Şahid ilə mübahisə edib sö8yüşlər söymüş, onların yanına gələn qardaşı Təqsirləndirilən şəxs onu sakitləşdirmək istədikdə qardaşı ilə də mübahisə etmiş, qardaşı ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Baba yaşadıqları evin həyətində onu yumruqla vurmuşdur. Daha sonra ataları Məmmədzahir onları ayırmışdır. Hadisədən sonra qardaşı- Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə ondan üzr istəmiş və hal-hazırda onlar barışmışlar. Odur ki, barışmaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə ijraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Təqsirləndirilən şəxs və Təzahür Bbayev onun oğlanlarıdır. xx xxxx 2020-ci il tarixdə saat 21:30 radələrində oğlu Təzahür sərxoş vəziyyətdə evə gəlmiş və özünü idarə edə bilməmişdir. Buna görə də o, Təzahürə spirtli içki içdiyində görə öz iradını bildirmiş və üstünə acıqlanmışdır. Təzahür sərxoş olduöundan söyüşlər sşyməyə başladıqda o, oğlunu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Təzahürün 6 yaşlı oğlu evdə olan digər oğlu Babanın yanına gedərək ona Təzahürün evə sərxoş vəziyyətdə gəldiyini və həyətdə mübahisə yaratdığını demişdir. Bu səbəbdən oğlu Baba həyətə düşmüş və Təzahür söyüş söydüyü üçün ağız nahiyəsindən bir-iki dəfə vurmuşdur. Lakin Təzahür sakitləşməmiş və söyüş söyməyə davam etmişdir. Baba da ona nə üçün onları qonşuların yanında biyabır etdiyini dedikdən sonra onlar əlbəyaxa olmuşlar. O, bunu görən kimi onların aralarına girib onları ayıraraq Təzahürü evə gətirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Eksperyiza və Patoloği Anatomiya ETT Birliyinin xx xxxx 2020-ci il tarixli, 176 saylı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin sıyrıqları, sol göz ətrafının qançırı və sol göz almasına geniş qansızma bərk küt əşya (əşayalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsilə barışdığından, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə prosesində verdiyi etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin, şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 176 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq hissi keçirir, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılığını, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-75/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-75/2020
12.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver