Məhkəmə qərarları › İş №1(067)-75/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-75/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-75/2022 02.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 23 avqust 1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əməlində cinayətlərin residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 22 oktyabr 2020- ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 22 sentyabr 2021ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,205 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 23 fevral 2022-ci il tarixdə saat 11:40-da Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Xaçmaz şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin gün Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 12:25-12:40 müddətində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindəki 01 ədəd bükümdə təmiz çəkisi 1,205qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitələrdən istifadə etsə də, 23 fevral 2022-ci il tarixdə üstündə heç bir narkotik maddə olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Əvvəllər bir neçə dəfə narkotik vasitələrin istifadə etməyinə görə məhkum olunmuşdur və hər dəfə törətdiyi əməli səmimi etiraf etmişdir. Bu dəfə isə özünü təqsirli bilmir. Polis əməkdaşları onu Xaçmaz şəhərində saxlayarkən o, polislərə qarşı müqavimət göstərməmişdir. Onlarla birlikd polis şöbəsinə getmişdir, lakin orada üzərinə baxış keçirilən zaman, narkotik vasitənin cibinə əvvəlcədən qoyulduğunu bildirmişdir. Bundan başqa, evində aşkar olunan şprits və sair ləvazimatlar da, ona məxsus deyil. Əvvəllcədən qoyulmuşdur ki, onu həbs etdirmək üçün. Bundan sonra, Təqsirləndirilən şəxs ifadə verməmiş və məhkəmə istintaqında iştirak etməsinə etiraz bildirərək, məhkəmə istintaqında aparılan proseslərdə heç bir ifadə verməmiş və araşdırılan sübutlara münasibət bildirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş hüquqları ona izah olnmuş, buna baxmayaraq oğlu Təqsirləndirilən şəxs qarşı ifadə vermək istəyir. O, ünvan 1 ünvanında oğlu Təqsirləndirilən şəxs və nəvəsi X12 ilə birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs uzun illərdir narkotik vasitə aludəçisidir, bir neçə dəfə məhkum olunmuşdur, sonuncu dəfə 2021-ci ildə cəza çəkmə müəssisəsindən azad olunmuşdur. Əziz hər gün narkotik vasitələrdən istifadə edərək, narkotik sərxoşluğu vəziyyətində onunla mübahisə edib, münaqişə yaratmışdır. Əziz daimi olaraq çöldə narkotik vasitə qəbul etməsi ilə yanaşı, həmçinin evdə də onun yanında da narkotik vasitə qəbul etmişdir. Əziz yaşadıqları evdə narkotik vasitəni şpris vasitəsi ilə damarlarına və ayağının bud hissəsinin içəri tərəfinə yeritmişdir. Əzizin belə hərəktlərinə görə bir ana kimi dəfələrlə Əzizə irad bildirib, əməlindən çəkindirməyə çalışsa da, Əziz ona qarşı daha da aqressivləmiş hətta bir neçə dəfə onu döymüşdür. Əksər hallarda Əziz narkotik vasitələrədən öz yataq otağında istifadə edirdi, şprisləri isə döşəyinin alıtna saxlayırdı. Bununla yanaşı Əziz əldə etdiyi narkotik vasitələrin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini cibinə qoyub üzərində gəzdirmişdir. Dəfələrlə o, Əzizin narkotik vasitələri cibinə qoyduğunu və cibindən çıxarıb istifadə etdiyini görmüşdür. 23 fevral 2022-ci il tarixdə yaşadığı evdə olan zaman, polis əməkdaşları yaşadığı evə gələrək oğlu Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və qəbul etdiyinə görə şübhəli şəxs qismində tutulduğunu bildirmişlər. Yaşadığı evə baxış keçirmək istədiklərini bildirdikdə, o videoçəkilişlə yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, videoçəkilişlə yaşadığı evə baxış keçirilməsinə başlanmış, baxış zamanı, Əzizin yatdığı çarpayının döşəyinin altından bir ədəd sellofan torba, bundan başqa həmin sellofan torbanın yanından bir ədəd stəkan, bir ədəd təzə stəkan və bir ədəd sarı rəngli plastmas qab və bir ədəd istifadə edilməmiş şpris aşkar olunmuşdur. Baxış zamanı müstəntiq aşkar olunmuş sellofan torbanın içərisindən üç ədəd tibbi ampula, üç ədəd, Əzizin narkotik vasitə qəbul etməsi üçün istifadə etdiyi şprislər, bir ədəd stəkan, bundan başqa aşkar olunmuş sarı rəngli plastmas qabın içərisinə baxan zaman, həmin qabın içərisindən Əzizin “şüşə” dediyi ağ rəngli maddə aşkar olunmuşdur. O, hərdən evə girəndə Əzizi narkotik vasitə qəbul edən görmüşdür və Əzizi narkotik vasitə qəbul edən vaxt görəndə qorxudan qaçmışdır ki, Əziz ona nəsə edə bilməsin. Hərdən də evə gələndə Əzizin narkotik vasitəni şprisdə hazırlayıb, əynində olan şalvarı aşağı çəkib cinsiyyət orqanına vurduğunu görmüşdür. Həmçinin, Əzizin yatdığı çarpayının döşəyinin altından bir ədəd sellofan paketdə limon turşusu aşkar olunmuşdur. Əziz həmin limon turşusunu ampulada və stəkanda narkotik vasitə ilə birlikdə bişirib damarına yeritmişdir. Buna görə də, yaşadığı evə baxış keçirilən zaman o, Əzizə məxsus olan əşyaların yerini polis əməkdaşlarına bildirmişdir. Məhkəmə istintaqında şahid qisimində dindirilən Xaçmaz tayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 23 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı raport yazaraq işlədiyi şöbənin rəisinə məruzə etdikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirinin keçiriləməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra o və Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3dan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qurupunun üzvlərinin hər birinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmiş, 23 fevral 2022-ci il tarixdə saat 11:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, M.F.Axundov küçəsində olduğunu müəyyənləşdirərək, Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlamqla daşıması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olduğunu bildirərək Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinə gəlməyə etiraz edərək qaçmağa cəhd göstərsə də, onlar Təqsirləndirilən şəxs saxlayıb, avtomobilə əyləşdirmiş və polis şöbəsinə aparmışdırlar. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirən zaman onlar Təqsirləndirilən şəxs davranışına nəzarət etmişdir ki, Təqsirləndirilən şəxs üzərindən hansısa predmeti kənarlaşdıra bilməsin. Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinə gətirilməsi ilə bağlı tərəfindən raport yazılmış və bununla bağlı araşdırmanın aparılması Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X6 həvalə olunmuşdur. Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim edilən vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, bundan sonra müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olduğu, həmin məlumat əsasında Xaçmaz şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirildiyi, onun və əməliyyat müvəkkili Şahid3, vəkil Müdafiəçi1 iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd alışqanı, bir ədəd dırnaq kəsəni, şalvarının arxa sağ cibindən bir ədəd 5 AZN pul əskinazını, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən isə bir ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin kağız büküm Təqsirləndirilən şəxs, vəkil Müdafiəçi1 və onların iştirakı ilə açıldıqda içərisindən başqa bir ədəd sellofan büküm, həmin sellofan büküm açıldıqda içərisində toz halında tünd qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Davranışlarından və hərəkətlərindən narkotik vasitənin təsiri altında olması aydın hiss olunan Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin cibinə qoyulduğunu desə də həmin kütlənin kim tərəfindən cibinə qoyulmasını bildirməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən tünd qəhvəyi rəngli, toz halında kütlə müstəntiq Mətləb İsmayılov tərəfindən qablaşdırılaraq möhürlənərək götürüldükdən sonra bu barədə protokol tərtib edilmişdir. Protokol oxunduqdan sonra iştirakçılar tərəfindən protokola və zərfin üzərinə imza edilmiş, Təqsirləndirilən şəxs isə protokola imza etməkdən imtina etmişdir. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün özünün, müdafiəçisi Müdafiəçi1, Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, poli leytenantı Şahid5 oğlunun, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid6, müstıntiq Mətləb İsmayılovun iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında getmiş, müstəntiq Mətləb İsmayılov tərəfindən Şahid1 qızna oğlu Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində tutulması barədə məlumat verərək Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək istədiyiklərini bildirmiş, Şahid1 oğlu Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitədən istifadə etdiyini və yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, onlar Şahid1 razılığı ilə Əziz Teymuorvun yaşadığı evə daxil olmuşdur. Şahid1 sol yan tərəfdə olan otağı göstərərək oğlu Təqsirləndirilən şəxs yataq otağı olduğunu oğlunun otaqda olan çarpayıda yatdığını, çarpayının üzərindəki döşəyin altında oğluna aid narkotik vasitə olacağım bildirmiş, çarpayının üzərində olan döşək qaldırıldıqda bir ədəd sellofan torba, sellofan torbanın yanında isə bir ədəd baş hissəsi sınmış stəkan, bir ədəd sarı rəngli plastmas qab və bir ədəd istifadə edilməmiş şpris, bir ədəd sellafon paket aşkar olunmuş, şəffaf sellofan paketin içərisində ağ rəngli, kristal şəkilli maddə olması görünmüş, bundan sonra sellofan torba açıldıqda içərisindən üç ədəd tibbi ampula, üç ədəd şpris, bir ədəd stəkan, bundan başqa aşkar olunmuş sarı rəngli plastmas qabın içərisinə baxan zaman, həmin qabın içərisindən kağız bükümdə ağ rəngli maddə aşkar olunmuş və müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Xaçmaz rayon X16 Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid6 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Xaçmaz rayon X8 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid5 oğlu iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, 23 fevral 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında barəsində şəxsi axtarış aparılan şəxs - Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçə, boz rəngli kofta, tünd göy rəngli cins şalvar, qara dəri ayaqqabı olmuş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində daşınması qadağan olunmuş hər hansı bir vasitə olmadığını demiş, şəxsi axtarışda iştirak edən polis əməkdaşı Şahid2 onun üzərində şəxsi axtarış aparmağa başlayan zaman Təqsirləndirilən şəxs ona əl vurulmamasım bildirib, özü masaya yaxınlaşıb, üzərində olanları təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs ciblərini axtarıb cibində olanları otaqda olan masanın üzərinə çıxarıb qoymuş, bu zaman o, əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd alışqan və bir ədəd dırnaqkəsən çıxarıb masanın üzərinə qoymuş, daha sonra əynində olan cins şalvarın sağ arxa cibindən bir ədəd beş manatlıq pul əskinazım çıxarıb masanın üzərinə qoymuş, daha sonra isə əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymuş, həmin vaxt Təqsirləndirilən şəxs əsəbiləşərək, xidməti otaqda gəzişməyə başlamaqla, cibindən çıxardığı kağız bükümün ona məxsus olmadığını, cibinə qoyulduğunu deməyə başlamış, müstəntiq tərəfindən həmin kağız büküm açılan zaman kağız bükümün içərisində bir ədəd sellofan büküm olması məlum olmuş, həmin sellofan bükümü açıb içərisinə baxan zaman sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər toz halında olan maddənin olması aşkar edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd qara rəngli “Huawei” markalı mobil telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən, içərisində tünd qəhvəyi rəngli, toz halında olan kütlənin cibinə kimin tərəfindən qoyulduğunu bildirsə də həmin şəxsin adını deməmiş, onun üzərindən aşkar olunmuş iki ədəd alışqan, bir ədəd dırnaq kəsən və bir ədəd beş manatlıq pul əskinazı onun özünə qaytarılmış, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, üzərindən aşkar edilən büküm və “Huawei" markalı mobil telefon müstəntiq tərəfindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 23 fevral 2022-ci il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, M.F.Axundov küçəsində yerləşən 44 nömrəli ev olmuş, həmin ev bir mərtəbəli mişar daşından tikilmiş ev olmuş, evin giriş qapısını boz rəngli dəmir materialdan ibarət qapısı olmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə, həmin evin sahibi, şübhəli şəxs Təqsirləndirilən şəxs anası Şahid1 etirazının olub-olmaması soruşulduqda, sonuncu heç bir etirazının olmadığını bildirmiş, bundan sonra müstəntiq və baxışda iştirak edən digər şəxslər evə daxil olmuş, evin içərisində olan zaman, Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus narkotik vasitə olmadığını bildirən zaman, Şahid1 baxışda iştirak edən şəxsləri Təqsirləndirilən şəxs yataq otağına apararaq onun yatdığı çarpayının döşəyinin altına baxmağmağ bildirmiş, bundan sonra Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tərəfindən həmin çarpayının döşəyinin altına baxan zaman, döşəyin altından bir ədəd sellofan torba və həmin sellofan torbanın yanında bir ədəd bir hissəsi sındırılmış stəkan, bir ədəd istifadə olunmamış şpris və bir ədəd sarı rəngli plastmas qab aşkar olunmuş, həmin sellofan torbanın içərisinə baxan zaman, orada üç ədəd istifadə olunmuş şpris, üç ədəd tibbi ampula, bir ədəd sellofan paketdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal halında olan maddə aşkar olunmuş, bundan başqa aşkar olunmuş sarı rəngli plastmas qabı açıb içərisinə baxan zaman, içərisində ağ rəngli kristal halında olan, psixatrop maddə metamfetaminə bənzər maddə olan kağız büküm olması müşahidə edilmiş, aşkar olunmuş əşyaların hər biri maddi sübut əhəmiyyəti kəsb etdiyindən, müstəntiq tərəfindən bir ədəd zərfdə qablaşdırılıb götürülmüş, hadisə yerinə baxış zamanı, Şahid1 yaşadığı evdən aşkar olunmuş əşyaların oğlu Təqsirləndirilən şəxs aid olduğunu və Təqsirləndirilən şəxs istifadə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videoçəkilişin köçürüldüyü 01 (bir) ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X2 RPŞ-nin inzibati binasında Xaçmaz RPŞ- nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesina başlamış, müstəntiq Təqsirləndirilən şəxs müraciət edərək, onun qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olduğunu və həmin məlumat əsasında yaşadığı Xaçmaz şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirildiyini və yuxarıda adları qeyd olunun polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağını bildirmiş, müstəntiq şəxsi axtarışda Təqsirləndirilən şəxs müdafiəçisi kimi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 da iştirak etdiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirmiş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində daşınması qadağan olunmuş hər hansı bir vasitə olmadığını demiş, şəxsi axtarışda iştirak edən polis əməkdaşı Şahid2 onun üzərində şəxsi axtarış aparmağa başlayan zaman Təqsirləndirilən şəxs ona əl vurulmamasım bildirib, özü masaya yaxınlaşıb, üzərində olanları təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs ciblərini axtarıb cibində olanları otaqda olan masanın üzərinə çıxarıb qoymuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd alışqan və bir ədəd dımaqkəsən çıxarıb masanın üzərinə qoymuş, daha sonra əynində olan cins şalvarın sağ arxa cibindən bir ədəd beş manatlıq pul əskinazını çıxarıb masanın üzərinə qoymuş, daha sonra isə əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymuş, həmin vaxt Təqsirləndirilən şəxs əsəbiləşərək, xidməti otaqda gəzişməyə başlamaqla, cibindən çıxardığı kağız bükümün ona məxsus olmadığını, cibinə qoyulduğunu deməyə başlamış, müstəntiq tərəfindən həmin kağız büküm açılan zaman kağız bükümün içərisində bir ədəd sellofan büküm olması məlum olmuş, həmin sellofan bükümü açıb içərisinə baxan zaman sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər toz halında olan maddənin olması aşkar edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd qara rəngli “Huawei” markalı mobil telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən, içərisində tünd qəhvəyi rəngli, toz halında olan kütlənin cibinə kimin tərəfindən qoyulduğunu bildirsə də həmin şəxsin adını deməmiş, üzərindən aşkar olunmuş iki ədəd alışqan, bir ədəd dırnaq kəsən və bir ədəd beş manatlıq pul əskinazı Təqsirləndirilən şəxs özünə qaytarılmış, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, üzərindən aşkar edilən büküm və “Huawei” markalı mobil telefon müstəntiq tərəfindən götürülmüş, «DVD» formatlı diskdə olan video görüntü 06 dəqiqə 19 saniyə davam etmiş, video görüntüyə baxış İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs yaşadığı evə baxış aparılan zaman çəkilmiş videoçəkilişin köçürüldüyü 01 (bir) ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X2 şəhəri, M.F.Axundov küçəsi ev 44 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı fəri yaşayış evinə Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Xaçmaz RPŞnin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid5 oğlunun, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid6, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan X5 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış aparılması prosesinə başlamış, müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə, həmin evin sahibi, şübhəli şəxsin anası Şahid1 etirazının olub-olmamasını soruşduqda Şahid1 heç bir etirazının olmadığın bildirmiş, bundan sonra müstəntiq və baxışda iştirak edən, yuxarıda adları qeyd olunan şəxslər evə daxil olmuş, evin içərisində olan zaman, Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus narkotik vasitə olmadığını bildirən zaman, Şahid1 baxışda iştirak edən şəxslər Təqsirləndirilən şəxs yataq otağına apararaq onun yatdığı çarpayının döşəyinin altına baxmağı təklif etmiş, bundan sonra Xaçmaz RPŞnin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tərəfindən həmin çarpayının döşəyinin altına baxan zaman, döşəyin altından bir ədəd sellofan torba və həmin sellofan torbanın yanında bir ədəd bir hissəsi sındırılmış stəkan, bir ədəd istifadə olunmamış şpris və bir ədəd sarı rəngli plastmas qab aşkar olunmuş, həmin sellofan torbanın içərisinə baxan zaman, orada üç ədəd istifadə olunmuş şpris, üç ədəd tibbi ampula, bir ədəd sellofan paketdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal halında olan maddə aşkar olunmuş, Şahid1 aşkar edilənlərin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin stəkanda və qabda narkotik vasitəni bişirib şprisə çəkməklə damarına vurduğunu, dəfələrlə oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməməsini bildirdiyini, Təqsirləndirilən şəxs onun haqlı iradlarından daha da əsəbləşib onunla yaşdıqları evdə münaqişə yaratdığını, bir neçə dəfə bu səbəbdən onu döydüyünü, söyüşlər söydüyünü, bununla yanaşı onu hədələdiyini bildirmiş, bundan başqa aşkar olunmuş sarı rəngli plastmas qabı açıb içərisinə baxan zaman, içərisində ağ rəngli kristal halında olan, psixotrop maddə metamfetaminə bənzər maddə olan kağız büküm olması müşahidə edilmiş, aşkar olunmuş əşyaların hər biri müstəntiq tərəfindən bir ədəd zərfdə qablaşdırılıb götürülmüş, hadisə yerinə baxış zamanı, Şahid1 yaşadığı evdən aşkar olunmuş əşyaların oğlu Təqsirləndirilən şəxs aid olduğunu və onun istifadə etdiyini bildirmiş, diskdə olan video görüntü 09 dəqiqə 04 saniyə davam etmiş, video görüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 və Şahid1 da baxışda iştirak etmiş, Təqsirləndirilən şəxs video görüntüdəki şəxsin özü olduğunu bildirsə də yaşadığı evdən aşkar edilən əşyaların özünə məxsus olmadığını onun evinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmiş, baxışda iştirak edən Şahid1 video görüntüdəki fərdi yaşayış evinin özünə məxsus olduğunu, həmin evdə oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığını, oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğunu, İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 fevral 2022-ci il tarixli, 6/1125 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzaları olan 1 №-li kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi - l,205qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üç ədəd birdəfəlik şpris, üç ədəd (1-i tamamilə sınıq) ampula, bir ədəd sınıq stəkanda narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş cəmi 1,205 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək gütürülmüş, üzərində narkotik vasitə heroinə məxsus izlər olan üç ədəd birdəfəlik şprisin, üç ədəd(l-i tamamilə sınıq) ampulanın, bir ədəd sınıq stəkan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin köçürüldüyü, şəxsi axtarış keçirilməsi protokoluna əlavə edilmiş 01 (bir) ədəd disk, Təqsirləndirilən şəxs yaşadığı evə baxış aparılan zaman aparılmış videoçəkilişin köçürüldüyü, hadisə yerinə baxış aparılması haqqında protokoluna əlavə edilmiş 01 (bir) ədəd disk 27 fevral 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 hüquqi şəxsi tərəfindən verilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 12 mart 2022-ci il tarixli, 648 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dər etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, özünü psixoloji müdafiə etməyə meyillilik, situasiyanı öz xeyrinə yönəltmək, laqeydlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə olunmadı. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilər. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual imkanları nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd hərəkətlərdən əvvəl və baş vermiş hadisə zamanı psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hazırkı psixi-emosional durumu normaya uyğundur. Təqsirləndirilən şəxs baş vermiş hadisəni törədən zaman qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 mart 2022-ci il tarixli, 1491 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayonlararası X1 verilən cavab məktubundan görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd olunan səhiyyə təşkilatına müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in 1 saylı Quba-Xaçmaz Regional filialından verilən cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan dövlət qurumundan heç bir növ pensiya və müavinət almır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş cavab məktubunda görünür ki, Təqsirləndirilən şəxs “Xr. Narkomaniya, asılılıq sindromu ilə” diaqnozu ilə Xaçmaz RMX” PHŞ- də həkim-narkoloqun qeydiyyatındadır, həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən və Xaçmaz rayon Məhkməsinin 22 oktyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, götürülməmişdir və əməllərində cinayətlərin residivi vardır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 22 oktyabr 2020- ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 22 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi l,205qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 23 fevral 2022-ci il tarixdə saat ll:40-da Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Xaçmaz şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin gün Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 12:25-12:40 müddətində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindəki 01 ədəd bükümdə təmiz çəkisi l,205qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin yüngülləşdirən halların olmamasını, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.1 və 65.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. http://www.eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23 fevral 2022-ci il tarixli qərardan və həmin tarixli şübhəli şəxsi tutma haqqında protokoldan, Xaçmaz rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 4(067)-32/2022 saylı qərarının surətindən, müstəntiqin 23 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 4(067)-32/2022 saylı qərarına əsasən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 23 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,155 qram heroin, üzərində narkotik vasitə heroinə məxsus izlər olan üç ədəd birdəfəlik şpris, üç ədəd (1-i tamamilə sınıq) ampula, bir ədəd sınıq stəkan məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,155 qram heroin, üzərində narkotik vasitə heroinə məxsus izlər olan üç ədəd birdəfəlik şpris, üç ədəd (1-i tamamilə sınıq) ampula, bir ədəd sınıq stəkan məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar