Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-75/2024 13.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Türkiyyə Respublikası, Trabzon şəhərində anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Türkiyə Respublikası, Rizə şəhəri, Fındıklı qəsəbəsi, Sümər köyü 33 ünvanda qeydiyyatda olmaqla, məvəqqəti Gəncə şəhəri, Məshəti qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu Xudat şəhəri ərazisindən keçən 48-ci km-də texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “İveco” markalı **-JC-***0 türk dövlət qeydiyyat nişanlı avtomobili ilə Xudat şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığım gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib avtomobilin sağ qarşı tərəfi ilə yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq ona travmatik şok və baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşaiyət olunmuş alın və ənsə nahiyələrinin sıyrıqları, sol bud sümüyünün qapalı sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmya aid xəsarətlər alıb ölməsi ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, hadisə istəmədən oldu. Cox üzülüb. 22 oktyabr 2023-cü il tarixdə idarə etdiyi «İveco» markalı avtomobillə saatda 30-35 km sürətlə Xudat şəhər istiqamətində hərəkətdə olarkən sağ tərəfdən küt bir səs eşidib dərhal idarə etdiyi avtomaşını saxlamışdır. İdarə etdiyi avtomaşından yerə düşdüqdə avtomaşının sağ tərəfi ilə piyadanı vurduğunu görmüşdür. İdarə etdiyi tır markalı avtomaşının sağ tərəfi cətinliklə görmək olduğunu bildirmişdir. İllərcə calışdığını, belə hadisənin birinci dəfə baş vermişdir.Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, avtomobil idarə etmək üçün “CE” dərəcəli sürücülük hüququ vardır. Sürücülük vəsiqəsindən məhrum olunmamış və sürücülük müddətində hadisə törətməmişdir. 16 oktyabr 2023-cü il tarixdə Türkiyə Respublikasından Qazaxıstan Respublikasının Alma-Ata şəhərinə İveco markalı, **-JC-***0 türk qeydiyyat nişanlı avtomobil ilə yük aparmaq üçün yola çıxmış, 19 oktyabr 2023-cü il tarixdə Qırmızı körpü sərhəd keçid məntəqəsindən Azərbaycan Respublikasına daxil olmuşdur. Daha sonra iki gün Gəncə şəhərində tanışının evində gecələmiş və 22 oktyabr 2023-cü il tarixdə yola çıxmışdır. Həmin gün yəni 22 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Gəndob Yalama yolunun Xaçmaz rayonu, Xudat şəhəri ərazisindən keçən 48-ci km-liyi ilə idarə etdiyi “İveco” markalı **-JC-***0 dövlət qeydiyyat nişanlı avtomobillə saatda 25-30 km sürətlə Xudat istiqamətində hərəkətdə olarkən hərəkət yolunun sağından sola 1 nəfər piyada keçdiyini gördüyü zaman avtomobili dayanma həddinə çatdırmış, lakin avtomobil həmin piyadaya dəydiyindən piyada yerə yıxılaraq xəsarət almışdır. Sonradan ambulans gəlmiş və xəstəni yerdən götürüb Xaçmaz RMX-na aparmışlar. Daha sonra adını bilmədiyi piyadanın xəstəxanada öldüyünü bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X7 ifadə verərək göstərmişdir ki,yol nəqliyyat hadisəsi zamanı rəhmətə gedən onun qardaşıdı. Hadisə günü o, evdə olmuşdur. O, Xudat şəhərində yaşayır. İş üzrə Şahid saat yeddi səkkizə işləmiş radələrində ona zəng edərək Xudat kruqunun yanında yerləşən «Lyuks» marketin yanında qardaşını avtomaşın vurduğunu və tez gəlməsini bildirmişdir. O, da avtomaşına əyləşərək tez oraya gəlmişdir. Oraya catdıqda coxlu sayda tanımadığı şəxslərin toplaşdığını, həmçinin YPX, yük maşınının və təcili tibbi yardım avtomobilinin dayandığını görmüşdür. Qardaşını təcilli tibbi avtomaşına qoyaraq Xaçmaz şəhərinə apararkən o, da təcilli tibbi maşınına əyləşərəq qardaşı ilə birlikdə gəlmişdir. Təcilli yardım şöbəsində qardaşına yardım göstərsələrdə, hardasa saat 2 radələrində keçinmişdi.Təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs kiçik qardaşıdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində həmkəndlisi Ceyhun mobil telefonuna zəng vuraraq qardaşı Hamleti Xudat şəhərində dairənin yaxınlığında yük maşını vurduğunu bildirdikdən sonra o, tez evdən çıxmış və Xudat şəhər dairəsinin yaxınlığına gələndə dairənin yaxınlığında çoxlu sayda tanımadığı şəxslərin toplaşdığını, həmçinin YPX və təcili tibbi yardım avtomobilinin olduğunu görmüşdür. O, təcili tibbi yardım avtomobilinə yaxınlaşanda qardaşı Hamleti təcili tibbi yardım avtomobilinə mindirdiklərini görmüş və o, da təcili tibbi yardım avtomobilinə oturub Xaçmaz MRX-na gəlmişdir. Xaçmaz MRX-da həkimlər qardaşına tibib yardım göstərsələr də bir qədər sonra qardaşı Hamletin aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Daha sonra qardaşı Hamletin meyiti müayinə olunduqdan sonra ona təhvil verilmiş və qardaşı Hamletin meyitini yaşadığı Qusar rayonu Əniğ-oba kəndinə gətirmiş, səhəri gün yəni xx.xx.2023-cü il tarixdə qardaşı Hamleti Qusar rayonu Ənığ-oba kənd qəbbristanlığinda dəfn etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid bildirdi ki, Xudat şəhərində yerləşən «Lyuks» marketindən çıxarkən fura maşını gələrək bir nəfər şəxsi vurduğunu görmüşdür. O, hadisə yerinə getdikdə, vurulan şəxsin kəndcisi olduğunu görüb dərhal onun qardaşına zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə avtomaşınla vurulan şəxsin qardaşı Nüsrət gəlmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 22 oktyabr 2023-cü il tarixdə saat təxminən 19 radələrində Xudat şəhəri dairəsi ilə üzbə-üz olan “Lyuks” marketdə olarkən Xaçmaz istiqamətindən gələn yük avtomobilinin yolu keçmək istəyən piyadanın vurduğunu görüb mağazadan çölə çıxmış və hadisə baş verən yerə gəlmişdir. Həmin vaxt oraya çoxlu sayda tanımadığı şəxslər toplaşmışdır. O, hadisə baş verən yerə yaxınlaşanda yük avtomobilinin vurduğu piyadaçının asvaltın üzərində olduğunu görmüş və baxanda həmin şəxsi tanımış, həmin şəxs həmkəndlisi Nüsrətin qardaşı Hamlet olduğunu bilmişdir. Bundan sonra o, tez mobil telefon vasitəsi ilə Nüsrətə zəng vurub qardaşı Hamleti yük avtomobili vurduğunu demişdir.Hadisə baş verdikdən bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Daha sonra Nüsrət də hadisə yerinə gəlmiş və qardaşı Hamleti təcili tibbi yardım avtomobili ilə Xaçmaz MRX-na aparmışdır. X9 MRX-da öldüyünü bilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3 məhkəmə istintaqı zamanı verdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 22 oktyabr 2023-cü il tarixli 275 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan Azərbayjan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 56 №-li rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə və labarator cavablarına əsaslanaraq aşağıdakı nəticəyə gəlir. l.Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: travmatik şok və baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşaiyət olunmuş alın və ənsə nahiyyələrinin əzilmiş yaraları, sol göz ətrafının qançırı, burun və sol bud-çanaq oynağı nahiyələrinin sıyrıqları, sol bud sümüyünün qapalı sınığı. Qeyd olunan xəsarətlərdən baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşaiyət olunmuş alın və ənsə nahiyyələrinin əzilmiş yaraları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, travmatik şokla müşaiyət olunmuş sol bud sümüyünün qapalı sınığı dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya, sol göz ətrafının qançırı, burun və sol bud-çanaq oynağı nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir Göstərilən xəsarətlər həyati olub, qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-5 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində 0,49%o-li qatılıqda etil spirti aşkar edilmişdir ki,bu da canlı şəxslərdə praktik ayıq vəziyyətinə aiddir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yol-nəqliyyat hadisəsi ekspertizasının 28 dekabr 2023-cü il tarixli, 8/3728 nömrəli rəydən görünür ki, «İveco» markalı, **-JC-***0 türk dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafı, şahid ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə jəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 42-cı maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəza, əsas cəzanın cəkdiyi bütün müddət və hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməlidir.Əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının xərci olan cəmi 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X6, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəza, əsas cəzanın cəkdiyi bütün müddət və hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş qətimkan tədbiri – başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan cəmi 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X6, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-75/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-75/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver