Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-75/2025 26.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi İzzətli Anar İzzət oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1980-ci ildə Quba rayonunun Barlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, özünün deməsinə görə fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə, saat 17 radələrində quru hava şəraitində idarə etdiyi özünə məxsus “Tufan M50” markalı moped ilə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti istiqamətindən Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi istiqamətinə doğru hərəkətdə olarkən avtomobil yolunun Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, ev 36 ünvanından keçən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı” kimi tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq yolu soldan sağa keçmək istəyən Zərərçəkmiş şəxs vurub ehtiyatsızlıqdan sonuncuya “baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol almacıqəngin, sol almacıq gicgah qövsünün, soldan alın-almacıq birləşməsi nahiyəsinin və burun sümüyünün sınıqları, sol körpücük, sol tərəfdən ll-V qabırğaların sınıqları, sol gicgah nahiyəsinin əzilmiş yarası, sol göz yuvası, hər iki əl, hər iki bud və sol topuq nahiyələrinin qançırları, boyun, sol qulaqarxası, sol bud, sol baldır, sol kürək və bel nahiyələrinin sıyrıqları” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, bununla da o, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 21 iyun 2024-cü il tarixdə “Tufan” markalı mopedini təxminən 30- 35 km/saat sürətlə idarə edərək marketə gedərkən o, zərərçəkmiş şəxsin yolun kənarı ilə piyada getdiyini görmüş, o, fikirləşmişdir ki, zərərçəkmiş piyada keçidindən keçəcəkdir, lakin zərərçəkmiş yolun soluna, əlindəki zibil torbalarını atmaq üçün keçmək məqsədilə gözləmədiyi anda yolun hərəkət hissəsinə daxil olmuş, bu zaman o, dərhal mopedi zərərçəkmişə dəyməmək üçün kənara qaçırmış və moped zərərçəkmişə toxunmamışdır. O, mopedi kənara qaçırdarkən onun yalnız sağ dirsəyi zərərçəkmişin qabırğa nahiyəsinə dəymiş, bunun nəticəsində də o və zərərçəkmiş şəxs yerə yıxılmışlar. Həmin qəzada ən çox ziyanı o özü almışdır. Belə ki, o, yıxılaraq başı zədələnmiş və gözü tutulmuşdur, həmin qəza nəticəsində gözündən aldığı xəsarətlə bağlı xx.xx.2024-cü ildə oftalmologiya mərkəzində əməliyyat olunmuş və sağ gözünün görmə qabiliyyəti yeddi faizə düşmüşdür. Hadisə yerində o və orada olan digər şəxslərlə birlikdə təcili-tibbi yardım gələnədək zərərçəkmiş şəxsi avtomobil ilə xəstəxanaya göndərmişlər, təcili-tibbi yardım gəldikdə isə onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxsə müalicəsi ilə bağlı təxminən 500 manat köməklik etmiş, zərərçəkmiş şəxsin əvvəldən qan azlığı olduğu üçün həkim qan köçürülməli olduğunu bildirdiyindən o, Quba şəhərindən sonuncu üçün bir litr qan da almışdır. Zərərçəkmiş şəxsə işləyə bilməyəcəyi bildirildiyindən və o da özünü bunda təqsirli bildiyi üçün zərərçəkmiş şəxsə 1000 manat təklif etmişdir ki, bir-iki ay işləyə bilməyəcəksə, həmin pul köməklik etmiş olsun, lakin zərərçəkmiş şəxs ondan 5000 manat istəmiş, onun isə həmin məbləği verməsi üçün maddi imkanı yoxdur. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsə vurduğu ziyanın məbləğini 1000 manat olduğunu hesab edir, onun zərərçəkmişə vurduğu ziyanın sonuncu tərəfindən 5000 manat hesab edilməsi ilə razı deyildir. O özü də xəsarətlər almış və buna görə xeyli xərci çıxmışdır. O, törətdiyi əməldən peşmandır. O, bu əməli qəsdən etməmiş, istəməzdi ki, belə bir hadisə törətmiş olsun. O özü də hadisə zamanı xəsarət almış, gözünün birinin görmə qabiliyyəti xeyli zəifləmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və üç övladı var. Özü müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırırmış. Onun “Tufan M50” markalı, motoru 49 kub olan mopedi varmış və onu da 1 ilə yaxındır ki, idarə edirmiş. Həmin mopedi də Bakı şəhərində Etibar Xəlilov adlı şəxsdən 1000 manata almışdır. Qeyd edir ki, o, Etibar Xəlilov adlı şəxsi şəxsən tanımır, onunla münasibəti yoxdur və həmin mopedi də internet saytlarından birində görərək almışdır. 21 iyun 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı evdə imiş. Bu zaman çörək almaq məqsədilə Səid Qurbanov küçəsində yerləşən “Oba” marketə getmək istəmiş, buna görə də evindən mopedlə çıxaraq əvvəl Xaçmaz şəhəri, Heydər Əliyev prospektinə, oradan isə Xaçmaz şəhəri, Səid Qurbanov küçəsinə dönməklə H.Z.Tağıyev küçəsi istiqamətində həmin marketə doğru getməyə başlamışdır. Qeyd edir ki, həmin küçə ilə saatda 30-40 km sürətdə imiş. “Oba” marketə çatmamış yolun kənarında orta yaşlarında bir qadının yolun sol tərəfində yol kənarında qoyulmuş zibil qutularından təxminən 2 metr yolun içərisində dayandığını görmüşdür. Belə ki, o hələ Səid Qurbanov küçəsinə təzə dönən zaman həmin xanım əlində zibil torbalarını atmaq üçün yolu sağdan sola keçirmiş. Artıq o, həmin xanıma yaxınlaşanda həmin xanım zibil torbalarını zibil qutusuna atmış və zibil qutularından təxminən 2 metr irəli gedərək yolu keçməyə çalışırmış. O, həmin küçə ilə hərəkətdə olan zaman qadın onu görərək gah arxaya, gah da qabağa getməyə başlamış, qadının gah arxaya, gah da qabağa getməsi istər-istəməz onu da çaşdırmışdır. Buna görə də o, mopedi yığışdıra bilməmiş və Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, ev 36 ünvanının qarşısında avtomobil yolunda o, qadınla toqquşmuşdur. Toqquşmanın nəticəsində hər ikisi xəsarət almışdır. Ardınca isə həm qadını, həm də ki, onu Xaçmaz RMX-na aparmışlar. Hadisə zamanı spirtli içki qəbul etməmiş, mopedlə vurduğu qadını əvvəllər tanımamışdır. Bundan əlavə o, cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat ekspertizaların rəyləri ilə razıdır. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, yolun kənarındakı zibil qutusuna zibil torbalarını ataraq geri qayıtmaq istəyəndə, yəni yolu keçmək istəyərkən iş üzrə təqsirləndirilən şəxsin aralıdan mopedlə gəldiyini görmüş, həmin mopedin sürətindən onun yolu keçməsini gözləməyəcəyini hiss etmiş, buna görə də o, yolu keçməsini dayandıraraq bir qədər geri çəkilmişdir. Həmin vaxt yolda digər nəqliyyat vasitələri olmamışdır. Onun ağlına da gəlməzdi ki, təqsirləndirilən şəxs mopedi idarə edərək, ona tərəf döndərərək gəlib onu zibil qutularının yanında vurar. O, təqsirləndirilən şəxsin idarə etdiyi mopedin qarşısına çıxmamışdır. Təqsirləndirilən şəxsin əməli nəticəsində o, xəsarətlər və müalicələr almış, hazırda da dərmanlar alır. O, təqsirləndirilən şəxsdən istədiyi 5000 manat pul ilə əlaqədar sonuncuya demişdir ki, həmin pulu onunla birlikdə gedərək müalicəsi üçün xərclədiyi yerlərə təqsirləndirilən şəxs özü versin. Təqsirləndirilən şəxsin onun müalicəsi üçün 500 manat xərcləməsi, ona 1000 manat təklif etməsilə bağlı dedikləri yalandır. O, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində aldığı xəsarətlərlə bağlı müalicələr almış, bununla bağlı çəkdiyi xərcləri təsdiqləyən sənədləri vardır. Onun qan azlığı olmamış, təqsirləndirilən şəxsin törətdiyi əməldən sonra aldığı xəsarətlə bağlı qan itirmişdir. Həmçinin bildirdi ki, o, hadisə vaxtı yolun hərəkət hissəsinə çıxmamış, çıxmaq istəyərkən təqsirləndirilən şəxsin sürətlə gəldiyini görərək bir qədər də geri çəkilmiş, zibil qutusunun tam yaxınlığında, qarşısında dayanmışdır. Onun çiyni hazırda da ağrıyır, işləyə bilmir, himayəsində üç qız övladı var. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və iş üzrə təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3irlikdə yaşayır. Mərhum həyat yoldaşı Kəbir Kərimov təxminən 10 il əvvəl vəfat etmişdir və onunla olan nikahından da 3 övladı var. Özü hal-hazırda heç bir yerdə işləmir. 21 iyun 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı evdə olmuşdur. Bu zaman evdə zibil tullantıları olmuş, evdəki zibil tullantılarını zibilxanaya atmaq üçün zibil torbalarını götürərək evdən tək başına çıxmışdır. Qeyd edir ki, zibil qutuları onun yaşadığı evdən üzbəüz yolun əks tərəfində yerləşirmiş. O da evdən zibil torbaları ilə çıxaraq yaşadığı küçədə avtomobil yolunu keçmək istəyən zaman əvvəl yolun sağ və sol tərəflərinə baxmış, bu zaman yolun hər iki tərəfi boş imiş. O da yolun boş olduğunu gördüyünə görə yolu keçərək zibil torbalarını zibil qutusuna atmış və gəldiyi kimi, yəni yolun əks tərəfinə keçmək istəyən zaman yenidən yolun sağ və sol tərəflərinə baxmışdır. Qeyd edir ki, bu zaman o, zibil qutularının yanında olmuşdur. Bu zaman Xaçmaz şəhəri, Heydər Əliyev prospektindən Xaçmaz şəhəri, Səid Qurbanov küçəsinə dönən bir mopedin yüksək sürətlə H.Z.Tağıyev küçəsi istiqamətində gəldiyini görmüşdür. Mopedin də yüksək sürətlə gəldiyini gördüyünə görə moped onu vurmasın deyə arxaya çəkilmiş, bu zaman moped yüksək sürətlə onun qarşısından keçməyə çalışmışdır. Ancaq mopedin də sürəti yüksək olduğuna görə sürücü mopedi ondan yayındıra bilməmiş və yaşadığı evin, yəni Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, ev 36 ünvanının qarşısındakı yolda mopedin sol tərəfi ilə onu vurmuşdur. Zərbənin təsirindən həm o, həm də ki, mopedin sürücüsü yerə yıxılmışdır. Ardınca isə yoldan keçən tanımadığı insanların köməkliyi ilə o, Xaçmaz RMX-na gətirilmişdir. Onu vuran sürücünü tanımırmış. Bundan əlavə, o, cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi və məhkəmə yolnəqliyyat ekspertizaların rəyləri ilə razıdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, hazırkı cinayət işi üzrə hadisənin baş verdiyi vaxt o, işdə olmuş, bacısı ona zəng edərək anasının yol qəzasına düşdüyünü və xəstəxanada olduğunu bildirmiş, o da işdən çıxaraq xəstəxanaya getmişdir. Xəstəxanaya çatanda görmüşdür ki, anası müxtəlif xəsarətlər almış, sifət nahiyəsində sümükləri sınmışdır. Sonra ona məlum olmuşdur ki, anasını iş üzrə təqsirləndirilən şəxs mopedi idarə edərkən onların evinin qarşısında, zibil qutularının yanında vurmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz Rayon Mərkəzi X2 Yardım şöbəsində çağırışçı həkim kimi çalışır. O, hazırda tam xatırlamır, lakin təqsirləndirilən şəxsi məhkəmə iclasında gördükdə həmin şəxsi xəsarət aldığı üçün təcilitibbi yardım avtomobili ilə nəqliyyat hadisəsi yerindən götürərək xəstəxanaya gətirdiklərini xatırlayır. Əslində, onların hadisə yerinə çağırışı başqa şəxs barəsində olmuş, lakin onlar hadisə yerinə getdikdə təqsirləndirilən şəxsin də xəsarət aldığını görmüşlər və sonuncunu götürərək xəstəxanaya gətirmişlər. O, məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, o, 30 ilə yaxındır ki, Xaçmaz Rayon Mərkəzi X2 Yardım şöbəsində çağırışçı həkim kimi çalışır. O, 21 iyun 2024-cü il tarixdə növbədə olmuşdur. Həmin gün saat 17 radələrində Xaçmaz şəhəri, Səid Qurbanov küçəsindən Səhiyyə Nazirliyinin 103 zəng mərkəzinə müraciət daxil olmuşdur ki, həmin ünvanda yol nəqliyyat hadisəsi baş vermişdir. Çağırış əsasında da o və digər tibb işçiləri qeyd edilən ünvana getmişlər. Həmin ünvana getdikdə bir nəfər orta yaşlarında kişi cinsli şəxsin yaralı vəziyyətdə olduğunu aşkar etdiklərinə görə onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Xəstəxanada olan zaman da həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim eləmiş və bildirmişdir ki, həmin tarixdə saat 17 radələrində idarə etdiyi mopedlə Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində hərəkətdə olarkən yoldan keçmək istəyən piyadanı vurmuş, özü isə idarə etməni itirərək yerə yıxılmaqla xəsarət almışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid - Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının TTY şöbəsinin sürücüsü Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz RMX-nin tibb bacısı Həmidova Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək, Zərərçəkmiş şəxs “Soldan 2-3-4-5-ci qabırğalarının sınığı, sol körpücüyün sınığı, qapalı kəllə beyin travması” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin deməsinə görə həmin xəsarətləri motosikletin vurması nəticəsində aldığını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli “Şifahi ərizə protokolu”ndan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs 21 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində yolu piyada keçmək istəyərkən sürücüsünü tanımadığı mopedin onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan 22 iyun 2024-cü il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz RMX-nin tibb bacısı Həmidova Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək, Təqsirləndirilən şəxs “Ənsənin əzilmiş yarası, burun çəpərinin əzilmiş yarası, burunun sıyrılmış yaraları, sağ dirsəyin əzilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin deməsinə görə həmin xəsarətləri mopedlə qəzaya düşməsi nəticəsində aldığını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 iyun 2024-cü il tarixli protokoldan, sxemdən və fotoşəkillərdən müəyyən edilir ki, hadisə Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində olmuşdur. Hadisənin baş verdiyi yolun hərəkət hissəsi asfalt-beton örtüklü, düzünə, hamar vəziyyətdə olmaqla nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində 1.2 “Piyada keçidi” nişanı vardır. Səid Qurbanov küçəsində yolun sağ tərəfində səki, ondan sağ tərəfdə tikililər, sol çiynində də səki və fərdi yaşayış evləri yerləşir, həmin yolun ümumi eni 10 metrdir. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi "Tufan M50” markalı moped Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində hərəkətdə olmuş, hərəkət zamanı həmin yolu piyada keçmək istəyən Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Yol- nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs özü də mopeddən yıxılaraq xəsarət almışdır. Baxışda iş üzrə təqsirləndirilən şəxs iştirak edərək zərərçəkmiş şəxsi mopedlə vurduğu yeri əyani olaraq göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 8/2004 nömrəli ekspert rəyindən müəyyən edilir ki, “Tufan” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 02 iyul 2024-cü il tarixli, 262 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir: onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol almacıq, burun, sol körpücük, sol tərəfdən 2, 3, 4, 5 qabırğaların sınıqları, sol gicgah nahiyəsinin əzilmiş yarası, sol göz yuvası, hər iki əl, hər iki bud və sol topuq nahiyələrinin qançırları, boyun, sol qulaqarxası, sol bud, sol baldır, sol kürək və bel nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin 26 noyabr 2024-cü il tarixli, T770/2024 nömrəli ekspert rəyindən (zərərçəkmiş şəxsin təkrar tibbi ekspertizanın keçirilməsinə dair vəsatətinə əsasən) müəyyən edilir ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan sol almacıq-əngin, sol almacıq gicgah qövsünün, soldan alın-almacıq birləşməsi nahiyəsinin və burun sümüyünün sınıqları, sol körpücük, sol tərəfdən İİ-V qabırğaların sınıqları, sol gicgah nahiyəsinin əzilmiş yarası, sol göz yuvası, hər iki əl, hər iki bud və sol topuq nahiyələrinin qançırları, boyun, sol qulaqarxası, sol bud, sol baldır, sol kürək və bel nahiyələrinin sıyrıqları bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 10 iyul 2024-cü il tarixli, 289 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarət - ənsə nahiyəsinin əzilmiş yarası bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan müəyyən edilir ki, Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsini bir daha təsdiq edərək 21 iyun 2024-cü il tarixdə Xaçmaz şəhəri, Səid Qurbanov küçəsində Təqsirləndirilən şəxs “Tufan M50” markalı mopedlə onu vurduğu yeri əyani olaraq göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2024-cü il tarixli, 8/3069 nömrəli (əlavə) ekspert rəyindən müəyyən edilir ki: İ variant – hadisədən əvvəl “Tufan M 50” markalı mopedi 30-40 km/saat sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyadanı yolun ortasında, yəni yolun sağ və sol kənarlarında 5 metr məsafədə vurması şəraitində: 1. Piyadanın yolu sağdan sola doğru keçərkən mopedlə vurulması və piyadanın vurulma yerinə kimi 5 metr məsafə qət etməsinə uyğun xx.xx.2024-cü il tarixli, 8/2004 nömrəli rəy verilərək “Tufan” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması nəticəsinə gəlinmişdir. İİ variant – hadisədən əvvəl piyada yolu soldan sağa keçmək istəyərkən yolun sol səkisindən sağa doğru 2 metr məsafədə mopedlə vurulması şəraitində: 1. “Tufan” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 18-ci bəndinin tələblərinə əsasən mexaniki nəqliyyat vasitələri - asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 27-ci bəndinin tələblərinə əsasən moped - iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin hazırkı cinayət işi üzrə yol-nəqliyyat hadisəsini törədərkən idarə etdiyi “Tufan M50” markalı mopedin iki təkəri vardır, rəngi mavidir. Mopedin motorunun üzərində 49 kub sm sözləri yazılmışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş veb-portaldan çıxarışdan müəyyən edilir ki, “Tufan M50” markalı mopedin mühərrik həcmi 49 kub sm-dir. Sürətlər qutusu 4 pilləli olub, benzin sərfiyyatı 100 km/2 litrdir. Çəkisi isə 92 kiloqramdır. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 21 iyun 2024-cü il tarixli, 271 nömrəli Aktdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətində olmamışdır. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2024-cü il tarixli, 8/3069 nömrəli rəyin İİ variantının əsas götürülməsi qərar alınmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə görə, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 1-ci maddəsinin 27-ci bəndinə görə, moped – iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda həmin Məcəllənin 267.1-ci maddəsinin tərkibi yaranır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən, hökmün surətindən və “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materiallarında olan Xaçmaz Mənzil-Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs himayəsində biri yetkinlik yaşına çatmayan (xx.xx.2009) olmaqla üç övladı vardır. İş materiallarında olan Xaçmaz MKTİ tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində həmin idarəyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən, hökmün surətindən və “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 232.1-ci maddələri ilə təqsirli bilinərək xx.xx.2013-cü il tarixdən hesablanmaqla 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı Sərəncamına əsasən Təqsirləndirilən şəxs əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsinin sanksiyasında ən yuxarı cəza həddi bir ilədək azadlığın məhdudlaşdırılması növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olması halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 267.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-75/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-75/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver