Məhkəmə qərarları › İş №1(067)-76/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-76/2021

21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-76/2021 21.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 1 №-li Xaçmaz yol sahəsinin nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Xaçmaz şəhəri, Xanlar küçəsi ev 21, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 dekabr 2020-ci il tarixdə saat 18:50 radələrində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasının ərazisindən dəmir yolu xətlərinə aid, dəyəri 166 manat 88 qəpik olan 07 ədəd R50 yarım yararlı yanlığın, metallom qiyməti 01 (bir) manat olan 01 (bir) ədəd D50 (yararsız metallom) altlığın və 1.45 (bir manat qırx beş qəpik) manat olan 01 (bir) ədəd (yararsız metallom) muftanı, ümumilikdə 169.33 (yüz altımış doqquz manat otuz üç qəpik) manat dəyərində detalları əl arabasına qoyub apararkən, Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfərləri, polis baş serjantı Şahid2 və polis serjantı Şahid1 tərəfindən aşkar edilmiş, polis əməkdaşlarını görən Təqsirləndirilən şəxs ifşa olunduğunu başa düşərək detalları yığdığı arabanın yanında durmuş, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, bununla da o, dəmir yol xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Xanlar küçəsi ev 21, mənzil 1-də yaşayır. Bir azyaşlı övladı var. Hal-hazırda heç bir yerdə işləmir. 28 dekabr 2020-ci il tarixdə evdən iş axtarmaq üçün çıxaraq dəmir yolu ərazisindən keçəndə yerdə, dəmir yolu xətlərininin yanında, dəmir yoluna aid detalları görmüş, cib xərclərini qazanmaq üçün həmin detalları gizli götürüb metal qəbulu məntəqəsinə apararaq təhvil verib əldə pul etmək qərarına gəlmiş, buna görə də əvvəl dəmir yolu ərazisinə hər hansı bir şəxsin olub-olmamasını yoxlamaq üçün ətrafa baxmış, lakin hər hansı bir şəxsin yaxınlıqda olmamasına görə dəmir detalları bir kənara gizli olaraq yığmışdır. Detalları əlində tək başına aparmaq mümkün olmadığı üçün o, gedib yaşadığı evdən arabasını gətirmiş, həmin detalları arabaya yığmış, arabanı yerindən tərpədərək detalları aparmaq istəyəndə uzağdan ona tərəf iki nəfər polis əməkdaşlarının yaxınlaşmalarını görmüşdür. Bu vaxt o, polis tərəfindən ifşa olundğunu başa düşmüş, buna görə də hərəkətini dayandırmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdib ondan detalları hara aparmaq istədiyini və buna görə hər hansı bir şəxsdən icazə alıb-almadığını soruşmuşlar. Oda detalları metal qəbulu məntəqəsinə aparmaq istədiyini və heç kimdən buna görə icazə almaqdığını demiş, bundan sonra polis əməkdaşları olduqları yerə Xaçmaz st. XPŞ-si ilə əlaqə saxlayaraq təhqiqatçını çağırmışlar.Bir neçə dəqiqə sonra həmin yerə təhqiqatçı gəlmiş, təhqiqatçı hadisə yerində fotoşəkillər çəkərək protokol tərtib etmiş, arabasında olan detalları qablaşdırmış, əmtəəşünaslıq ekspertizasına təqdim etməsi üçün götürmüşdür. Sonra o, təhqiqatçı tərəfindən Xaçmaz st. XPŞ-nə izahatının alınması üçün dəvət edilmiş, buna o, etiraz etməyərək onlarla birlikdə getmiş və izahatı alınmışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 1 №-li Xaçmaz yol sahəsinin nümayəndəsi qismində dindirilmiş X4 bildirdi ki, Azərbaycan Dəmir Yolları QSC-nin 1 nömrəli X6 mühəndis vəzifəsində işləyir. Azərbaycan Dəmir Yolları QSC-nin 1 nömrəli Xaçmaz Yol sahəsinin verdiyi etibarnaməyə əsasən ona cinayət prosesində zərər çəkmiş şəxsın nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. O, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə vurulmağa cəhd edilən maddi ziyanın 169 manat 33 qəpik dəyərində hesablanması ilə tam razı olduğunu bildirmişdir. Təmsil etdiyi idarənin Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. 28 dekabr 2020-ci il tarixdə tərtib edilmiş cədvələ əsasən polis baş serjantı Şahid2 ilə birlikdə o, Xaçmaz Dəmir yolu vağzalının ərazisində xidmətdə olmuş, vağzaldan Xudat şəhəri istiqamətində saat 18:50 radələrində ərazi ilə hərəkət edərkən dəmir yolu xətlərinin yaxınlığında, bir nəfər şəxsin əlində araba ilə nəsə apararaq hərəkət etdiyini görmüş, həmin şəxsin hərəkətləri onlara şübhəli gəlmiş, onlar həmin şəxsi çağıraraq dayanmasını xahiş etmişlər. Sonra o və Ziya həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş, arabada olanların nə olduğunu və hara aparmaq istədiyini soruşmuşlar. Həmin şəxs arabada dəmir yolu xətlərinə aid detalların olmasını və həmin detalları xətlərin üzərindən və yanlarından yığdığını, buna görə heç kimdən icazə almadığını deyərək özünü təqdim edib Xaçmaz şəhər sakini, Təqsirləndirilən şəxs olmasını demişdir. Bu vaxt o və polis baş serjantı Şahid2 Xaçmaz st. XPŞ-nin rəhbərliyi ilə əlaqə saxlamış, baş vermiş hadisə ilə bağlı məlumat vermişlər. Bundan sonra Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı, polis kapitanı Nadir Məmmədov olduqları yerə gəlib arabada olan detallara baxış keçirmiş, arabaya yığılmış 07 ədəd ədəd R-50 yarım yararlı yanlıqları, 01 (bir) ədəd D50 altılığı və 01 (bir) ədəd muftanı tərtib etdiyi protokolda qeyd etmişdir. Sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüş və onlar saxlanılan şəxsi izahatının alınması üçün Xaçmaz st. XPŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəri, polis baş serjantı vəzifəsində xidmət edir. 28 dekabr 2020-ci il tarixdə tərtib edilmiş cədvələ əsasən polis serjantı Şahid1 ilə birlikdə o, Xaçmaz Dəmir yolu vağzalının ərazisində xidmətdə olmuş, vağzaldan Xudat şəhəri istiqamətində saat 18:50 radələrində ərazi ilə hərəkət edərkən dəmir yolu xətlərinin yaxınlığında, bir nəfər şəxsin əlində araba ilə nəsə apararaq hərəkət etdiyini görmüş, həmin şəxsin hərəkətləri onlara şübhəli gəlmiş, buna görə onlar həmin şəxsi çağıraraq dayanmasını xahiş etmişlər. Sonra o və Orxan həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş, arabada olanların nə olduğunu və hara aparmaq istədiyini soruşmuşlar. Həmin şəxs arabada dəmir yolu xətlərinə aid detalların olmasını və həmin detalları xətlərin üzərindən və yanlarından yığdığını, buna görə heç kimdən icazə almadığını deyərək özünü təqdim edib Xaçmaz şəhər sakini, Təqsirləndirilən şəxs olmasını demişdir. Bu vaxt o və polis serjantı Şahid1 Xaçmaz st. XPŞ-nin rəhbərliyi ilə əlaqə saxlamış, baş vermiş hadisə ilə bağlı məlumat vermişlər. Bundan sonra Xaçmaz st. XPŞ-nin İ və TQnun baş təhqiqatçısı, polis kapitanı Nadir Məmmədov olduqları yerə gəlmiş, arabada olan detallara baxış keçirmiş, arabaya yığılmış 07 ədəd ədəd R-50 yarım yararlı yanlıqları, 01 (bir) ədəd D50 altılığı və 01 (bir) ədəd muftanı tərtib etdiyi protokolda qeyd etmişdir. Sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüş və onlar saxlanılan şəxsin izahatının alınması üçün Xaçmaz st. XPŞ-nə dəvət etmişlər. İş materiallarında olan Xaçmaz rayonu İH-nin MKTİ üzrə nümayəndəliyi tərəfindən alınmış xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 yanvar 2021-ci il tarixli 9/65 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 07 ədəd ədəd R-50 yarım yararlı yanlıqları, 01 (bir) ədəd D50 (yararsız metallom) altlığı və 01 (bir) ədəd (yararsız metallom) muftanın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 169,33 manat müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CMnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini,törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini,himayəsində bir azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayətinin və tələbinin olmamasını olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsiriləndirilən şəxsə cəza növü və ölçüsü müəyyən edərkən, cəzasını yüngülləşdirən göstərilən halları nəzərə alıb, hesab edir ki, onun islah olunması cəmiyyətdən təcrid edilmədən də mümkündür. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29,177.2.3- 2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Xaçmaz st. XPŞ-nin Maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, 07 ədəd ədəd R-50 yarım yararlı yanlıqları, 01 (bir) ədəd D50 altlığı və 01 (bir) ədəd muft hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasına qaytarılmalıdır. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Sülüyman oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, X2, KOD 210005 Müxbir hesab 41NABZ******************** SVİFT BİK CTREAZ 22, hesab № AZ34CTRE******************** saylı hesaba köçürülsün. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00-dək yaşayış yerini tərk etməmək, cəzanın çəkilməmiş müddəti ərzində yaşayış yeri üzrə icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Xaçmaz st. XPŞ-nin Maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, 07 ədəd ədəd R-50 yarım yararlı yanlıqları, 01 (bir) ədəd D50 altlığı və 01 (bir) ədəd muft hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz dəmir yolu stansiyasına qaytarılsın. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, X2, KOD 210005 Müxbir hesab 41NABZ******************** SVİFT BİK CTREAZ 22, hesab № AZ34CTRE******************** saylı hesaba köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar